[b]Luis Maria de Puç: "Ümidvaram ki, Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ümidvaram ki, Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq".
[APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan AŞ PA prezidenti Luis Maria de Puç verib. Onun sözlərinə görə, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynovla görüşündə bu məsələ diqqət mərkəzində olub: "Əminəm ki, Edvard Ohara ilə danışıqlar davam edəcək və son nəticədə yekun qərar qəbul olunacaq".
Azərbaycan Xəbərləri
Printable View

07-02-2008, 02:41 PMAPALuis Maria de Puç: "Ümidvaram ki, Edvard Oharanın rəhbərlik etdiyi missiyanın Cənubi Qafqaza səfəri baş tutacaq"

07-02-2008, 02:51 PMAPASəfər Əbiyev: "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır"
[b]Səfər Əbiyev: "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır"[b]
Bakı. Turan Hüseynova - APA. "MDB-yə üzv ölkələrin ərazisindəki münaqişələr bir nömrəli problem olaraq qalır".
[APA-nın Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu sözləri MDB ölkələri müdafiə nazirləri Şurasının Bişkekdə keçirilən toplantısında çıxış edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib. Nazir Azərbaycanın 20% ərazisinin Ermənistanın işğalı altında olduğunu, mövcud konfliktlərin MDB ölkələri arasında münasibətlərə və əlaqələrin inkişafına mənfi təsir göstərdiyini vurğulayıb. Qeyd edək ki, Şuranın iclasında 20-dən çox sənədə baxış keçirilib. -
07-02-2008, 03:01 PMAPAPolad Bülbüloğu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır"
[b]Polad Bülbüloğu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında çox mühüm rol oynayır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanla Rusiya arasında ən yüksək səviyyədə, yəni hökumətlər və prezidentlər səviyyəsində tərəfdaşlıq dialoqu var. Dialoq prosesində isə ortaya çıxan problemləri həmişə həll etmək mümkündür". APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "RİA Novosti" agentliyinə müsahibəsində öz əksini tapıb. O, Rusiya prezidentinin öz fəaliyyətinin əsas prioriteti kimi MDB-ni götürməsini düzgün addım adlandırıb: "Əgər regionda GUAM, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsi, Avrasiya İqtisadi Birliyi və digər ittifaqların yaranması göstərir ki, MDB daha çox danışıqlar formatında olan qurumdur". Səfir Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi rol oynadığını bildirib: "Rusiya münaqişənin həlli prosesində ciddi rol oynayır. Mən isə şuşalıyam, buna görə də münaqişənin dərinliklərini daha yaxşı anlayıram. Bu isə çox mühüm məqamdır". -
07-02-2008, 03:11 PMAPATürkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb
[b]Türkiyə ordusunun Baş Qərargahı həbslər və axtarışlarla bağlı rəsmi açıqlama yayıb[b]
Ankara - APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 1-də həyata keçirilən həbslərlə bağlı rəsmi açıqlama yayıb.
[APA-nın məlumatına görə, istefada olan generalların evlərində və ofislərində aparılmış axtarışlarla bağlı verilən açıqlamada deyilir: "Həbs və axtarışların bir qismi hərbi məhəllələrdə aparılıb. Bəzi mətbuat orqanlarında bunların Baş Qərargahın icazəsi ilə edildiyi barədə xəbərlər yer alıb. Bildiririk ki, axtarışlar 5271 saylı Cəza Mühakiməsi Qanununun 119-cu maddəsinin 5-ci bəndinə uyğun aparılıb. Həmin bənddə deyilir ki, hərbi məhəllələrdə axtarışlar prokurorun istəyi və iştirakı ilə hərbi orqanlar tərəfindən aparılır". -
07-02-2008, 03:21 PMAPAAXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib
[b]AXCP sədrinin müavini Müsavat Partiyasını avantürizmdə ittiham edib[b]
[Bakı. Elnur Məmmədli - APA. "Hesab etmirəm ki, "Azadlıq" blokunda təmsil olunan şəxslər Müsavatın avantürist ideyasına şərik olacaqlar. Müsavatçıların blokun elektoratını öz tərəflərinə çəkmək cəhdi tamamilə qeyri-ciddi yanaşmadır". Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli Müsavat Partiyası təmsilçilərinin seçkilər zamanı "Azadlıq" blokunun tərəfdarlarını İsa Qəmbəri dəstəkləməyə çağıracaqları ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. N. Məmmədlinin sözlərinə görə, bu gün boykot qərarı ictimai fikirdə oturuşub və nəinki "Azadlıq" blokunun üzvləri, daha geniş spektr bu ideyanı dəstəkləyir: "Müsavat hazırda bütün vasitələrlə özünü seçki tərəfdarı kimi göstərməklə bu ideyanı imitasiya vasitəsinə çevirir. Amma bunun perspektivi yoxdur. Çünki Azərbaycan cəmiyyəti onsuz da bu imitasiyalardan təngə gəlib. Ona görə də Müsavat sadəcə seçkidə iştirakına haqq qazandırmaq üçün bu qeyri-sağlam ideyaya əhalinin mümkün qədər geniş hissəsini cəlb etməyə çalışır". Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə belə müraciətin edilməsində hər hansı avantüra və qeyri-ciddiliyin olmadığını düşünür: "Seçkidə iştirak edən hər hansı tərəf bütün elektorata müraciətlər edir. İsa Qəmbər prezident olacaqsa, yalnız müsavatçıların prezidenti olmayacaq. Bu baxımdan siyasi partiyalara müraciət edilməsi normal haldır. Biz seçki ərəfəsində hətta sıravi YAP-çılara da müraciətlər edəcəyik". -
07-02-2008, 03:31 PMAPATürkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib
[b]Türkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib[b]
Ankara - APA. Türkiyənin ən nəhəng biznes qurumlarından biri olan Ticarət Palataları və Birjalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu Ankara Ticarət Palatasının sədri Sinan Aygünün həbsinə sərt reaksiya verib.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara Ticarət Palatası Məclisinin toplantısına qatılan R. Hisarcıklıoğlu Türkiyə iş dünyasının hər zaman demokratiyanın, şəffaflığın, legitimliyin tərəfində olduğunu, belə bir ailənin hörmətli nümayəndəsinin hərbi çevriliş dövrlərini xatırladan üsulla həbs edilməsinin bütün iş adamlarını dərindən yaraladığını bildirib: "Açıq deyirəm: bu durumu əsla qəbul etmirik. Aygünün adının hələ də ictimaiyyətə açıqlanmamış bəzi qeyri-qanuni fəaliyyətlərdə hallandırılmasını, hər hansı ittiham irəli sürülmədən bu cür davranışa məruz qalmasını pisləyirik". R. Hisarcıklıoğlu S. Aygünün qeyri-qanuni hərəkətlərə yol verəcəyinə inanmadıqlarını deyib: "Dəvət edilsəydi, ədalət mühakiməsinə yardımçı olmaq üçün ifadə verməyə getməyəcəkdi? Dünən baş verənlər insan ləyaqətinə zərbədir. Çünki ticarət inam, etimad üzərində qurulur. Bir tacirin ən böyük sərmayəsi onun etibarıdır". Ticarət Palataları və Birjalar Birliyinin sədri hesab edir ki, bir siyasi sistem hüquq və ədalət çərçivəsindən çıxmaqla qorunacaqsa, o sistem heç qorunmağa layiq deyil. Onun sözlərinə görə, S. Aygünün məruz qaldığı davranış Türkiyənin gələcəyi ilə bağlı narahatlığı artırıb: "Gecə yatarkən "səhər hansı Türkiyədə oyanacağam" narahatlığı içində olmaq istəmirəm. Hüququn olmadığı yerdə azadlıq da yoxdur. Yaşadığımız olaylar cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir, iqtisadi həyata mənfi təsir göstərir". R. Hisarcıklıoğlunun çıxışı dəfələrlə alqışlarla kəsilib. -
07-02-2008, 03:41 PMAPABakıda və Qazaxda yaşayış evlərində partlayış baş verib
[b]Bakıda və Qazaxda yaşayış evlərində partlayış baş verib[b]
[Bakı-Qazax. Məhbubə Qasımbəyli - APA. Bakının Yasamal rayonu, M. Əliyev küçəsi, ev 60-da ünvanında yaşayan Tofiq Salmanovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə xəsarət alan T. Salmanov xəstəxanaya yerləşdirilib. Daha bir partlayış Qazaxda qeydə alınıb. Qazax rayonundakı 20 Yanvar küçəsi, ev 14-də yaşayan Şahsənəm Süleymanovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə xəsarət alan Ş. Süleymanova xəstəxanaya yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır. -
07-02-2008, 03:51 PMAPARusiya vətəndaşı Azərbaycanda qəza törədib, üç nəfər ölüb
[b]Rusiya vətəndaşı Azərbaycanda qəza törədib, üç nəfər ölüb[b]
Göyçay-APA. Göyçay rayonunun Mirzəhüseynli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
[Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax rayon sakini Həmzə Əhmədovun idarə etdiyi "Mercedes" markalı və Rusiya Federasiyası vətəndaşı Cavid Fərəcəovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə C .Fərəcov və "VAZ-2107"-in sərnişinlərindən, Rusiya vətəndaşları Sülhiyyə Abdulrəhmanova, onun oğlu Nicat hadisə yerində keçiniblər. Xəsarət alan Rusiya vətəndaşları Fuad Sadıqov, Mövlud Abdulrəhmanov, habelə H. Əhmədov isə xəstəxanaya yerləşdiriliblər. -
07-02-2008, 04:01 PMAPADini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər
[b]Dini konfessiyaların rəhbərləri Dmitri Medvedyevə Azərbaycandakı tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər[b]
[Bakı. Laçın Sultanova-APA. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı Azərbaycanda tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər. APA-nın məlumatına görə, bu barədə Xəzəryanı və Bakı yepiskopu Aleksandr Ata deyib. "Azərbaycanda konfessiyalararası münasibətlər bütün dünyada böyük maraq doğurur. Bu münasibətlər barədə Almaniyada keçirilmiş konfransda da danışmışam. Rusiyanın yeni seçilmiş prezidentinin Azərbaycana səfəri bir məqamla da əlamətdardır. Dmitri Medvedyev ilk səfərlərindən birini Azərbaycana edir. Bu onu göstərir ki, Rusiya Azərbaycana böyük maraq göstərir, səfər bu əlaqələrin bütün sahələr və səviyyələrdə inkişafına xidmət edəcək". -
07-02-2008, 04:11 PMAPAİtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək
[b]İtalyan mediası Türkiyə-Çexiya matçının son 48 ilin ən yaxşı oyunu kimi əbədiləşdirilməsi təklifi ilə UEFA-ya müraciət edəcək[b]
[Roma-APA. İtaliyanın "Tuttosport" qəzeti Türkiyə-Çexiya matçının əbədiləşdirilməsi təklifi ilə UEFA-ya rəsmən müraciət edəcək. APA-nın məlumatına görə, qəzetin köşə yazarı Massimo Françi bu oyunun Avropa çempionatı tarixinin ən gözəl və baxımlı oyunu seçilməsi ilə bağlı UEFA-nın qərarını alqışlayıb. "Avropa çempionatında Türkiyə-Çexiya oyununun oynandığı "Stat de Geneve" stadionunun qarşısına üzərində "Son 48 ilin ən gözəl oyunu bu stadionda Türkiyə ilə Çexiya milliləri arasında oynanıb. Fatih Terim və tələbələrinə bizə bu həyəcanı yaşatdıqlarına görə təşəkkür edirik" sözləri yazılmış löhvə vurulsun. Bununla bağlı UEFA-ya rəsmi müraciət etməyə hazırlaşırıq". Massimo Françi Fatih Terimi Sultan Süleymanla müqayisə edib: "Fatih Terim Türkiyə yığmasını Sultan Süleyman kimi idarə etdi və Avropanın nəhənglərinə meydan oxudu. Terim Avropa çempionatının düşən nüfuzunu öz xarizması hesabına xilas etmiş oldu. O oyun 48 ilin ən yaxşı oyunudur. Həmin oyunun yaddaşlarda əbədiləşdirilməsi üçün qəzet olaraq UEFA qarşısında bu təkliflə çıxış edəcəyik". -
07-02-2008, 04:21 PMAPAAzay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq
[b]Azay Quliyev: Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihələrin icrası üçün büdcədən ayrılan maliyyə vəsaiti bu il artırılmayacaq. APA-nın məlumatına görə, şuranın sədri Azay Quliyev jurnalistlərə bildirib ki, bu il şuraya büdcədən 1,5 milyon manat məbləğində vəsait daxil olub. Bunun 300 min manatı maddi texniki imkanlara, qalan 1,2 milyon manatı isə təqdim olunan layihələr üçün nəzərdə tutulub. O, ayrılan vəsaitin artırılması məqsədilə Maliyyə Nazirliyinə müraciət etdiklərini də söyləyib: "Gələcəkdə ayrılan məbləğin bir neçə dəfə artırılması ilə bağlı təkliflə çıxış etmişik. QHT sektorunun potensialı böyük olduğundan tələb olunan vəsaitin də artırılması zəruriləşir. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2006-cı ildə QHT-lərin həyata keçirdiyi layihələrin məbləği 10 milyon ABŞ dollarından çoxdur. Bu rəqəm müvafiq uçotun aparıldığı layihələrə şamil edilir. 2008-ci ilin 5 ayı üçün isə artıq 5,3 milyon ABŞ dolları qəbul edilib və icraya yönəldilib". A. Quliyev xaricdə fəaliyyət göstərən və Azərbaycanın dövlət maraqlarına xidmət edən layihələrə də maliyyə yardımının ayrılmasının mümkünlüyündən danışıb: "Biz ilk növbədə vəsaiti səmərəli istifadə edərək, milli və dövlət maraqlarına uyğun məsələlərə yönəltməyə çalışacağıq". -
07-02-2008, 04:31 PMAPAAMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər
[b]AMEA-nın tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində yeni elmi-tədqiqat institutları yaradıla bilər. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, prezidentin fərmanına əsasən akademiyada aparılacaq islahatlarla bağlı inkişaf konsepsiyası hazırlanır: "Akademiyada müəyyən struktur dəyişiklikləri - elmin idarə olunması, elmin əsas istiqamətləri və maliyyələşməsi məsələləri bu proqramda öz əksini tapacaq. Ola bilsin ki, bəzi elmi-tədqiqat institutlar birləşdirilsin. Bu məsələdə hər müəssisənin elmi fəaliyyəti, məhsuldarlığı, iqtisadiyyata və elmə verdiyi töhfələr nəzərə alınacaq". M. Kərimov AMEA-nın elmi-tədqiqat institutlarında direktor seçkilərinin başladığını da söyləyib. -
07-02-2008, 06:21 PMAPABələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb
[b]Bələdiyyə sədrinin qardaşını güllələməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Bakı şəhər Nizami rayon Bələdiyyəsinin sədri Arif Qasımovun qardaşı Vidadi Qasımovu odlu silahla yaralamaqda təqsirləndirilən Əfqan Şirzadovun və Cəbi Sailovun apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə tərkibinə etiraz veriblər. Etirazla bağlı qərar qəbul olunması üçün proses iyulun 4-dək təxirə salınıb.Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ə. Şirzadov 13 il, C. Sailov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ə. Şirzadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adamöldürməyə cəhd), 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), C. Sailov CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar. -
07-02-2008, 06:31 PMAPABrilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib
[b]Brilliant Dadaşovanın həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib[b]
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Ədalət Hacıyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru təyin edilib.
[Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, teatrın əvvəlki direktoru Marat İbrahimov ailə vəziyyəti ilə əlaqədar tutduğu vəzifədən istefa verib. Qeyd edək ki, Ədalət Hacıyev Azərbaycanın əməkdar artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır. -
07-02-2008, 06:41 PMAPARauf Zeyni: "Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq"
[b]Rauf Zeyni: "Milli QHT Forumunun fəaliyyətində islahatlar olacaq"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycan Milli QHT Forumunun indiyə qədər olan fəaliyyətində qəbul etmədiyim məqamlar var idi. Bundan sonra təşkilatın fəaliyyətində islahatlar olacaq. Milli QHT Forumunun yeni konsepsiya və proqramını qəbul edəcəyik". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumuna bu gün prezident seçilən Rauf Zeyni bildirib. Milli QHT Forumunun yeni prezidenti dəyişikliklərin əsasən türk dünyası ilə əlaqələrin genişləndirilməsi, Azərbaycan cəmiyyətinin beynəlxalq təşkilatlar yanında daha çox tanıdılması və digər istiqamətlərdə olacağını deyib. R. Zeyni qurumun indiyə qədər olan kursunun bundan sonra da davam etdiriləcəyini bildirib: "Dövlətlə QHT sektoru arasında əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görəcəyik. QHT-lərin dövlət tərəfindən maliyyələşməsi ideyasını dəstəkləyirik. Ancaq beynəlxalq təşkilatlarla da geniş əlaqələr qurulmalıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə qrant almaq üçün edilməməlidir. Azərbaycanın tanınması istiqamətində işlər görmək lazımdır". Milli QHT Forumunun prezidenti rəhbəri seçildiyi təşkilatın 479 üzvünün olduğunu deyib: "Kəmiyyət dalınca qaçıb quruma QHT-lərin axınını təşkil etmək yox, mövcud təşkilatlarla işləmək fikrindəyik". -
07-02-2008, 06:51 PMAPAAzərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusu nəşrə hazırlanır
[b]Azərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusu nəşrə hazırlanır[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan kinosunun 110 illiyi münasibəti ilə hazırlanan kino bülleten toplusunun I nömrəsi çapdadır. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, topluda 2000-2007-ci illər ərzində Azərbaycanda çəkilmiş bədii, sənədli və cizgi filmləri haqqında geniş məlumatlar yer alıb. Azərbaycan kinosunun 110 illyinə həsr olunmuş bülleten topluda bir il müddətində Dövlət Film Fonduna təqdim olunmuş filmlər barədə də yazılar toplanılıb. Bülleten toplusu yaxın vaxtlarda ictiamiyyətə təqdim olunacaq. -
07-02-2008, 07:01 PMAPAAzərbaycanda insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı məhkum olunub
[b]Azərbaycanda insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı məhkum olunub[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində təqsirləndirilən Türkiyə vətəndaşı Bayram Samiyə hökm oxunub. Məhkəmədən APA-ya verilən məlumata görə, B. Sami 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, B. Sami Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunub. -
07-02-2008, 07:11 PMAPABişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib
[b]Bişkekdə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bişkekdə MDB Müdafiə Nazirləri Şurası çərçivəsində Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında görüş keçirilib.
[APA-nın məlumatına görə, görüşdə qoşunların təmas xəttində atəşkəsin pozulma hallarının azaldılması, itkin düşmüş vətəndaşların axtarışı və s. məsələlər müzakirə edilib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Sehran Şahsuvaryanın sözlərinə görə, nazirlər gələcəkdə də bu məsələləri müzakirə etmək üçün mümkün dərəcədə daha çox görüş keçirmək barədə razılığa gəliblər. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu APA-ya açıqlamasında Bişkekdə iki ölkənin müdafiə nazirlərinin görüşü haqqında məlumatı olmadığını deyib. -
07-02-2008, 07:21 PMAPAİranda suda mehmanxana inşa olunacaq
[b]İranda suda mehmanxana inşa olunacaq[b]
[Bakı. Zaur Nurməmmədov - APA. İranın Buşehr vilayətində suda mehmanxana inşa olunacaq. APA-in [ saytına istinadən verdiyi məlumata görə, "Lianmond Marine Hotel" adlı mehmanxana ölkəyə səfər edən turistlərin sayını artırmaq məqsədi ilə tikiləcək. Ekoloji cəhətdən təmiz materiallardan inşa olunacaq otelin tikilməsi üçün 450 milyon ABŞ dolları xərclənəcək. Mehmanxananın tutumu 1000 nəfərədək olacaq. -
07-02-2008, 07:31 PMAPAAleksandr Stabb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir"
[b]Aleksandr Stabb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müsbət istiqamətdə davam edir və mən buna ehtiyatlı nikbinliklə yanaşıram". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb qurumun Parlament Assambleyasının Astanada keçirilən sessiyasından sonra deyib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə yönəlmiş səylərinə hərtərəfli dəstək verdiyini söyləyib. ATƏT PA-nın prezidenti Qoran Lenmarker isə ümid etdiyini bildirib ki, tərəflər həmsədrlərin təklifləri ilə razılaşacaq. -
07-02-2008, 07:41 PMAPA"Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib
[b]"Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Turan Hüseynova-APA. Bu gün Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı və Milli Məclis Aparatı əməkdaşlarının iştirakı ilə "Parlament informasiya və araşdırma xidmətləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masa ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan Parlament Proqramının təşəbbüsü ilə keçirilib. Tədbirin əsas məqsədi Milli Məclisin informasiya və araşdırmalar sahəsində ehtiyaclarını öyrənmək, Aparat daxilində informasiya və araşdırmalar sahəsi üzrə güclü institusional imkanlar yaratmaq üçün qəbul edilə biləcək qərarlar ətrafında açıq müzakirə aparmaqdan ibarətdir. Tədbirdə çıxış edən Milli Məclisinin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə dövlət büdcəsi ilə bağlı Milli Məclisdə analitika-tədqiqatlar bölməsinin yaradılmasının zərurətini vurğulayıb. Milli Məclis Aparatının şöbə müdirləri Nizami Səfərov və Lətif Hüseynov qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədi ilə sistematik şəkildə geniş müqayisəli tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Tədbirdə USAİD-nin Azərbaycan Parlament Proqramının nümayəndələri, İsrail səfirliyinin əməkdaşı çıxış edərək fikir və təkliflərini söyləyiblər. -
07-02-2008, 07:51 PMAPADAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər
[b]DAK həmsədrləri Azərbaycanda rəsmi şəxslərlə görüşüblər[b]
[Bakı-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Firudin Pərviznia və Sabir Rüstəmxanlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, təhsil naziri Misir Mərdanov və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənovla görüşüblər. N. İbrahimovla görüşdə bu il iyunun 6-8-də DAK-ın Almaniyanın Köln şəhərində keçirilən növbədənkənar qurultayı, gələcək əməkdaşlıq perspektivləri və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə DAK və Dövlət Komitəsinin birgə tədbirlər keçirməsi qərara alınıb. M. Mərdanovla görüş zamanı Güney Azərbaycandan olan tələbələrin, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlıların, xüsusilə də gənclərin təhsil problemləri əsas müzakirə mövzusu olub. Ə. Həsənovla görüşdə isə Güney Azərbaycandan gələn insanların problemləri, Ermənistanın işğalı nəticəsində didərgin düşmüş soydaşlarımızın və bu sahədə DAK-ın görə biləcəyi işlər barəsində müzakirələr aparılıb. -
07-02-2008, 08:01 PMAPARəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır
[b]Rəmişin konsertinin biletlərinin qiyməti 15-80 manat arasındadır[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış ifaçı Rəmişin konsertinin biletlərinin qiyməti açıqlanıb. Konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsertin biletlərinin qiyməti 15-80 manat arasındadır. "Sənət gecəsi" adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları Rəmişlə birgə səhnədə çıxış edəcəklər. Konsertdə Rəmişlə sənət dostlarının deyişməsi də təşkil olunacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
07-02-2008, 08:11 PMAPARusiya prezidentinin köməkçisi: "Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər"
[b]Rusiya prezidentinin köməkçisi: "Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran məsələsi də gündəmə gələ bilər"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsini müzakirə edəcəklər".
[APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. S. Prixodko bildirib ki, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq: "Sammitin konkret vaxtı hələ müəyyənləşdirilməsə də, artıq hazırlıq işləri gedir. Hər hansı tələskənliyə ehtiyac yoxdur. Bizim üçün əsas məsələ toplantının vaxtı yox, dövlət rəhbərlərinin görüşünün məzmunlu alınmasıdır". S. Prixodko D. Medvedevlə İ. Əliyevin görüşündə İran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: "Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır". Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. O, Rusiyanın həm ATƏT-in Minsk Qrupu, həm də digər formatlar daxilində kompromis həll variantının axtarışına fəal dəstək verməyə hazır olduğunu bəyan edib: "Moskvanın prinsipial mövqeyi dəyişməzdir. Biz hesab edirik ki, problemin yekun həll formulunu azərbaycanlılar və ermənilər özləri seçməlidir". S. Prixodko bildirib ki, Rusiya kompromis razılaşmaların təminatçısı kimi çıxış edə bilər. -
07-02-2008, 08:21 PMAPAUNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib
[b]UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib[b]
[Bakı. Ülkər Qasımova-APA. UNESCO-nun təşəbbüsü ilə 2008-ci il Beynəlxalq Dillər İli elan edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya bildirilib ki, bu gün Yakutsk şəhərində öz işinə başlayan "Kibernetik məkanda dil və mədəniyyət müxtəlifliyi" mövzusunda beynəlxalq konfrans 2008-ci il - Beynəlxalq Dillər İli çərçivəsində keçirilir. Konfransda 4 MDB dövlətinin (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya Federasiyası), habelə Belçika, Braziliya, Kanada, Mali, Niderland, Yeni Zelandiya, ABŞ, Finlandiya, Fransa, Cənubi Koreya, Yaponiyanın və digər ölkələrin nümayəndələri iştirak edirlər. Bundan başqa, konfransa UNESCO-nun Moskva Bürosunun məsləhətçisi Marius Lukoşunas və UNESCO Baş direktorunun məsləhətçisi Henrix Yuşkəviçus dəvət olunublar. Bu gün Hökumət evinin "Respublika" zalında konfransın açılışı və plenar iclası təşkil olunub. Konfransın açılışında UNESCO-nun baş direktoru K. Matsuranın, Saxa Respublikasının prezidenti V. Ştirovun təbrik məktubları oxunub. Konfransın açılışında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri L. Məmmədova "Azərbaycan: mədəni simbioz və ənənə müxtəlifliyi" məruzəsi ilə çıxış edib. Məruzəçi müstəqil Azərbaycan Respublikasının milli-mədəni siyasətindən geniş məlumat verib və əhalinin mentaliteti digər xalqların, millətlərin mədəniyyətlərinə tolerantlıq münasibəti şəraitində formalaşdığını qeyd edib. Konfrans iştirakçılarına Azərbaycanla bağlı müxtəlif kitablar paylanıb. -
07-02-2008, 08:31 PMAPAElmar Məmmədyarov AŞ PA sədrini qəbul edib
[b]Elmar Məmmədyarov AŞ PA sədrini qəbul edib[b]
[Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puçu qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. AŞ PA sədri səfər zamanı Azərbaycandakı vəziyyətlə əyani şəkildə tanış olaraq Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini daha da gücləndirmək əzmində olduğunu müşahidə etdiyini bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qeyd edib, bunun AŞ-nın mövqeyi olduğunu və bu yaxınlarda qəbul olunmuş qətnamədə də əks edildiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov AŞ-nın mövqeyinə görə təşəkkürünü bildirib və münaqişənin həllinin daha çox məhz Ermənistanın maraqlarında olduğunu deyib. E. Məmmədyarov Azərbaycanın Avropa dəyərlərinə sadiq olduğunu və AŞ ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf edəcəyini söyləyib. Görüşdə maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub. -
07-02-2008, 08:41 PMAPAUcarda Dövlət Yol Polisinə məxsus "Wolswagen" markalı maşınla "VAZ 21011" toqquşub
[b]Ucarda Dövlət Yol Polisinə məxsus "Wolswagen" markalı maşınla "VAZ 21011" toqquşub[b]
[Ucar. Zahid Abışov - APA. Bu gün Ucar-Zərdab yolunda, Ucar rayonunun Qarabörk kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, Dövlət Yol Polisinə məxsus "Wolswagen - Passat" markalı, 10 YP 949 dövlət nömrə-nişanlı maşınla kənd sakini Müşfiq Qurbanovun idarə etdiyi "VAZ 21011" markalı, 03 BB 246 nömrə nişanlı maşınla toqquşub. Nəticədə "VAZ 21011" yoldan çıxaraq aşıb, maşının sürücüsü və sərnişini yaralanıb. Faktla bağlı araşdırma aparılır. -
07-02-2008, 08:51 PMAPATürkiyədə "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb
[b]Türkiyədə "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb[b]
Ankara - APA. Türkiyədə gizli təşkilat olduğu iddia edilən "Ergenekon"ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb.
[APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prokurorlar aralarında istefada olan general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də olduğu 49 nəfər, eləcə də əvvəlcə həbs olunub daha sonra azadlığa buraxılmış bir neçə nəfər haqqında 2500 səhifəlik ittiham aktı hazırlayıblar. İndiyədək bu həcmdə ittihamnamə hazırlanmadığı üçün "Word"da yazılmış mətn internet vasitəsilə Ədliyyə Nazirliyinə göndərilərkən sistem çöküb. Bu səbəblə prokurorluq nazirliyə məktub göndərərək sistemin müasirləşdirilməsini istəyib. V Kiçik, D. Pərinçək və digərlərinin terror təşkilatı qurmaqda ittiham olunduğu ittiham aktı Ədliyyə Nazirliyinin internet sistemi tərəfindən müəyyən olunacaq məhkəməyə göndəriləcək. Qeyd edək ki, iyulun 1-də həbs olunmuş 21 nəfər haqqında başqa bir ittiham aktı hazırlanacaq. -
07-02-2008, 09:01 PMAPAPakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
[b]Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib[b]
[Bakı-APA. Bu gün Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmid etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyəsi qeyd olunub, E. Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib. Görüşdə, həmçinin bir sıra regional, beynəlxalq və maraq doğuran digər məsələlər müzakirə olunub. -
07-03-2008, 10:41 AMAPA"Taliban" 3 NATO vertolyotunu oğurlayıb
[b]"Taliban" 3 NATO vertolyotunu oğurlayıb[b]
[Pakistan - APA. Pakistanın şimalında fəaliyyət göstərən Əfqanıstanın "Taliban" hərəkatının yaraqlıları ABŞ-a məxsus üç vertolyot oğurlayıblar. APA-nın məlumatına görə, Almaniyanın "Die Welt" qəzeti yazıb ki, vertolyotlardan ikisi hərbi ("Cobra" və "Blackhawk"), biri isə "Chinook" tipli nəqliyyat vertolyotudur. Vertolyotlar ayrı-ayrı hissələrə sökülmüş halda Pakistanın Kəraçi limanından Əfqanıstanın Cəlalabad şəhərinə - NATO qüvvələrinin (İSAF) istifadəsinə göndərilirmiş. Böyük konteynerlərin içində olan vertolyotların hissələri Pakistanın Peşəvər rayonunun Əfqanıstanla sərhədində oğurlanıb. Pakistan hökuməti xəbəri təsdiqləyərək olayın üç həftə əvvəl baş verdiyini bildirib. -
07-03-2008, 11:01 AMAPABu gün Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayır
[b]Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri başlayır[b]
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedyev bu gün Azərbaycana rəsmi səfər gələcək. APA-nın məlumatına görə, iki gün davam edəcək səfər çərçivəsində Dmitri Medvedyevin Azərbaycan prezidenti ilə təkbətək görüşü nəzərdə tutulur.
[Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdiriləcək. Danışıqlarda sonra Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur. Rusiya prezidentinin Azərbaycanda keçirdiyi görüşlərdə əsasən iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko danışıqlarda Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsinin müzakirə olunacağını bildirib. O, görüşdə İran probleminə toxunulacağını da istisna etməyib. Prezidentlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. -
07-03-2008, 11:11 AMAPAErmənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür
[b]Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində terror aktı törətməsindən 14 il ötür[b]
[Bakı-APA. Bakı metropoliteninin "28 May" və "Gənclik" metro stansiyaları arasında hərəkət edən qatarda terror aktı törədilməsindən 14 il ötür. APA-nın məlumatına görə, 1994-cü il iyulun 3-də törədilən terror aktı nəticəsində 14 nəfər həlak olub, 57 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Təhqiqat nəticəsində terror aktının Dağlıq Qarabağ uğrunda döyüşlərdə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədildiyi müəyyənləşib. Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Azər Aslanov Moskvada həbs olunub. Vətənə xəyanət maddəsi ilə mühakimə olunan Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib. -
07-03-2008, 11:31 AMAPAErmənilər növbəti dəfə atəşkəsi pozublar
[b]Ermənilər növbəti dəfə atəşkəsi pozublar[b]
[Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 16.30-dan 16.40-dək və saat 17.45-dən 17.55-dək Ermənistanın Berd rayonunun Çinarlı və Noyenberyan rayonunun Vazaşen kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ermənilər dünən saat 16.25-dən 16.45-dək isə Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərindən, iyulun 3-də saat 01.35-dən 01.55-dək və saat 05.40-dan 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdən və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Ermənistan Silahlı Qüvvələri həmçinin saat 02.49-dan 02.55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur. -
07-03-2008, 11:41 AMAPAAŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib
[b]AŞ PA prezidenti Luis Maria de Puç Qubada aşkarlanan kütləvi məzarlığa baş çəkib[b]
[Quba. Solmaz Mehdiyeva-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç şimal bölgəsində səfərdədir. APA-nın Şimal bürosunun məlumatına görə, AŞ PA prezidentini səfərdə Milli Məclisin spikeri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti müşayiət edir. Luis Maria de Puç ilk öncə Qubanın "Qırmızı qəsəbə" yaşayış məntəqəsində fəaliyyət göstərən sinaqoqa baş çəkib, qəsəbədə yaşayan yəhudi icmasının üzvləri ilə görüşüb. Daha sonra qonaq Qubada ermənilərin əsrin əvvəllərində vəhşiliklə qətlə yetirdikləri insanların basdırıldığı kütləvi məzarlığa baş çəkib. Burada AŞ PA prezidentinə azərbaycanlılara qarşı törədilən soyqırımı barədə məlumat verilib, məzarlıqdan çıxarılan cəsədlərin nümunələri göstərilib. Luis Maria de Puçun Şimal bölgəsinə səfəri davam edir. -
07-03-2008, 11:51 AMAPAEldar Sabiroğlu: "Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb"
[b]Eldar Sabiroğlu: "Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb"[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycan və Ermənistan müdafiə nazirlərinin Bişkek görüşü əvvəlcədən planlaşdırılmayıb". Bu açıqlamanı APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu verrib. Onun sözlərinə görə, Bişkekdə MDB Müdafiə Nazirləri Şurasının 54-cü toplantısı zamanı Ermənistanın müdafiə naziri Sergey Ohanyan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə foyedə yaxınlaşaraq ondan itkin düşmüş vətəndaşların axtarışı ilə bağlı müzakirələr aparmağı xahiş edib: "Səfər Əbiyev cavab olaraq bildirib ki, hər hansı məsələ ətrafında müzakirələr aparmağın mümkünlüyü işğal altında olan Azərbaycan torpaqları azad edildikdən, müharibə qurtardıqdan sonra baş tuta bilər". -
07-03-2008, 12:01 PMAPAAzərbaycanın 88 sülhməramlı hərbçisi rotasiya qaydasında İraqa yola salınıb
[b]Azərbaycanın 88 sülhməramlı hərbçisi rotasiya qaydasında İraqa yola salınıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 2-də 88 nəfərdən ibarət Azərbaycan sülhməramlısı rotasiya qaydasında İraqa yola salınıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, yaxın günlərdə eyni sayda sülhməramlımız xidmətlərini başa vuraraq İraqdan Azərbaycana yola düşəcəklər. Qeyd edək ki, İraqda sülhyaratma əməliyyatlarında Azərbaycanın 150 sülhməramlısı xidmət edir. -
07-03-2008, 12:11 PMAPAOğlunun ölümünə dözməyən ana özünü asıb
[b]Oğlunun ölümünə dözməyən ana özünü asıb[b]
[Qax. Hafiz Heydərov - APA. Qax rayonunda 78 yaşlı qadın özünü asıb. Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayon sakini, 1930-cu il təvəllüdlü Mafizət Əhməd qızı Camalova yaşadığı həyətdə qoz ağacından özünü asaraq intihar edib. Onun intihardan əvvəl məktub yazdığı məlum olub. M. Camalova məktubda gənc oğlunun ölümündən sarsıntı keçirdiyini və bu acıya dözmədiyini yazıb. Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. -
07-03-2008, 12:21 PMAPAÇexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Bakıya gəlir
[b]Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Bakıya gəlir[b]
Bakı. Laçın Sultanova-APA. Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq bu gün Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, XİN başçısı üç günlük səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, daxili işlər naziri Ramil Usubovla görüşəcək.
[Bu müddətdə Çexiya və Azərbaycan xarici siyasət idarələri arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Karel Şvartsenberq Bakıda keçiriləcək Azərbaycan-Çexiya biznes forumun açılışında iştirak edəcək, Bakının tarixi abidələri, o cümlədən İçərişəhərlə tanış olacaq. -
07-03-2008, 12:31 PMAPAGəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub
[b]Gəncənin doğum evləri və uşaq poliklinikaları kompüterlərlə təchiz olunub[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə fəaliyyət göstərən bütün doğum evləri və uşaq poliklinikalarına kompüterlər paylanıb. Gəncə şəhər Səhiyyə İdarəsinin mətbuat xidmətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ilkin olaraq hər müəssisəyə 2 kompüter dəsti verilib. İyunun 25-dən etibarən Gəncədə yeni doğulan uşaqların sağlamlığına aid olan bütün məlumatlar vahid kompüter sistemində öz əksini tapır. Qeyd edək ki, 2008-ci ilin sonlarından etibarən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə "Elektron Azərbaycan" layihəsi çərçivəsində yeni doğulanlara yaş kağızı ilə yanaşı elektron kartlar da paylanacaq. -
07-03-2008, 12:41 PMAPAAqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib
[b]Aqil Xəlil məcburi şəkildə Strekalinin məhkəməsinə gətirilib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi başlanıb. APA-nın məlumatına görə, "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlil polislər tərəfindən məhkəməyə gətirilib. Amma o, vəkili gəldikdən sonra məhkəmənin başlanması ilə bağlı vəsatət qaldırıb. Müxbirin vəsatəti təmin olunub. Hal-hazırda prosesə fasilə verilib. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham olunur.