[b]Azərbaycanın paytaxtında 20 yaşlı gənc özünə qəsd edib[b]
Bakı. Samir Kazımlı - APA. Bu il martın 8-də Masallı rayon sakini, 20 yaşlı Rauf Feyzi oğlu Musayev bicaq yarası diaqnoz ilə 3 saylı xəstəxanaya yerləşdirilib.
[Sabunçu Rayon Polis İdarəsinini 13-cü bölməsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Rauf Musayevin Bakıxanov qəsəbəsində kirayədə yaşadığı mənzildə bıçaqla özünə xəsarət yetirdiyi müəyyən olunub. Bölmədə toplanmış ilkin təhqiqat materialları araşdırılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib. Bölmədən onu da bildiriblər ki, Rauf Musayevin şəxsi ailə münaqişəsi zəminində özünə qəsd etdiyi ehtimal olunur. Belə ki, onun sevdiyi qızın ailəsi ilə problemi olması ilə bağlı ehtimallar var. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Xəbərləri
Printable View

03-10-2008, 06:06 PMAPAAzərbaycanın paytaxtında 20 yaşlı gənc özünə qəsd edib

03-10-2008, 06:11 PMAPATürkiyəli professor: "PKK və ASALA terror təşkilatları Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərir"
[b]Türkiyəli professor: "PKK və ASALA terror təşkilatları Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərir"[b]
Ərzurum - APA. Ermənilərin 90 il əvvəl Türkiyənin Ərzurum rayonunun Alaca kəndində qətlə yetirdiyi 278 türkün anım mərasimi keçirilib.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, mərasimdə çıxış edən Atatürk Universitetinin Türk-Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri, professor Erol Kürkçüoğlu erməni terror təşkilatı ASALA ilə PKK-nın Türkiyə və Azərbaycana qarşı birgə fəaliyyət göstərdiklərini bildirib. O, ermənilərin 15 dövlətin parlamentində uydurma "soyqırım"ı tanıtdıqlarını təəssüflə vurğulayıb. Professor Ermənistan öz Konstitusiyasında Türkiyənin Qars, Ərdahan, Van və Ərzincan vilayətlərini Qərbi Ermənistan kimi göstərdiyini söyləyib. Türkiyə Silahlı Qüvvələrinin mayoru Polad Can isə ermənilərin hələ də Türkiyə ərazisində dövlət qurmaq xəyalında olduqlarını deyib: "Osmanlı dövləti Birinci Dünya Müharibəsində məğlub olduqdan sonra ermənilərin içindəki xəyanət hissi üzə çıxdı. Onlar bizim torpaqlarımızda erməni dövləti qurmaq istədilər. Buna nail olmadıqda isə şərq vilayətlərimizdə kütləvi qətllər törətdilər. Hələ də torpaqlarımızda erməni dövləti qurmaq üçün təbliğat aparırlar. Ancaq dünən olduğu kimi, bu gün də, sabah da vətənimizə qəsd edənlərin qolları qoparılacaq və düşmənlərimiz ən sərt şəkildə layiqli cavablarını alacaqlar". -
03-10-2008, 06:16 PMAPARamil Usubov: "Polisin qeyri-qanuni halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var"
[b]Ramil Usubov: "Polisin qeyri-qanuni halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var"[b]
Bakı. Rəşad Süleymanov - APA. "Payızda Azərbaycanda keçiriləcək prezident seçkilərdə cəmiyyətimiz üçün problem yaradan halların olacağını düşünmürəm".
[Bunu APA-nın sualını cavablandıran Azərbaycanın daxili işlər naziri Ramil Usubov bildirib. Nazir polisin həmişə, o cümlədən seçki ilində də baş verəcək bütün qanunsuz hərəkətlərin qarşısını almağa hazır olduğunu vurğulayıb: " Polis həmişə baş verə biləcək bütün qeyri-qanuni halların qarşısını almağa hazırdır. Polisin belə halların qarşısını tez və qətiyyətlə almağa hər cür imkanı var. Belə hallar baş verəcəyi təqdirdə də, qarşısı qətiyyətlə alınacaq". -
03-10-2008, 06:21 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib
[b]Azərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib[b]
Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi yeni «Fiat» markalı avtomobilləri polis əməkdaşlarına təqdim edib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən daxili işlər naziri Ramil Usubov bildirib ki, son illər polisin müasir avadanlıqlar və texniki vasitələrlə təchizatı yüksəlib.
[Bu da vətəndaşların qarşılaşdıqları problemlərin vaxtından aradan qaldırılmasına kömək edir. Daha sonra yeni avtomobillərin sənədləri polis bölmələrinə təqdim olunub. Tədbirin sonunda polis əməkdaşları yeni maşınlarla rəsmi keçid ediblər. R. Usubov jurnalistlərə açıqlamasında bildirib ki, növbətçi hissələrdə xidmət aparmaq üçün nəzərdə tutulan bu avtomaşınların alınmasına ümumilikdə 3 mln. 100 min manat (hər biri 16 500 manat) vəsait xərclənib: «Bu gün 188 avtomaşın təqdim olunur ki, onun da 130-u Bakı şəhərinin polis idarələrinə verilib. Bu ilin sonuna qədər daha 50-60 maşının alınaraq paytaxt və rayon polislərinə verilməsi nəzərdə tutulur».R.Usubov onu da vurğulayıb ki, bunlardan əlavə respublikada 400 belə avtomaşına ehtiyac var. -
03-10-2008, 07:16 PMAPAAzərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib
[b]Azərbaycan və Bolqarıstan prezidentləri arasında görüş keçirilib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan prezidenti Georgi Pırvanovla təkbətək görüşüb. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, perspektivlərlə bağlı müzakirələr aparılıb
[Görüşdə həmçinin iki ölkə arasında əlaqələrin inkişafı üçün potensial olduğu da qeyd edilib. Görüşdə regional və beynəlxalq məsələlərlə bağlı da müzakirələr aparılıb.Daha sonra prezidentlərin də iştirakı ilə nümayəndə heyətlərinin görüşü keçirilib. Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidentini salamlayıb və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, qarşılıqlı səfərlərin münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.Öz növbəsində Bolqarıstan prezidenti Azərbaycanın dövlət başçısı ilə apardıqları müzakirələrin səmərəli olduğunu, Azərbaycanın Avropaya inteqrasiya yolu tutmasından məmnun olduğunu və bu yöndə ölkəsinin dəstəyə hazır olduğunu deyib. -
03-10-2008, 08:31 PMAPAAzərbaycan və Bolqarıstan prezidentləri birgə brifinq keçiriblər
[b]Azərbaycan və Bolqarıstan prezidentləri birgə brifinq keçiriblər[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan və Bolqarıstan prezidentləri İlham Əliyevlə Georgi Pırvanov birgə brifinq keçiriblər. APA-nın məlumatına görə, Azərbaycan prezidenti Georgi Pırvanovun işgüzar səfərinin önəmli olduğunu deyib.
[İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, səfər çərçivəsində iqtisadi, siyasi, humanitar sahədə müzakirələr aparıldığını vurğulayıb. Bolqarıstanın Azərbaycanın Avropaya inteqrasiya prosesinə dəstək verdiyini deyib. Azərbaycan prezidenti müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıldığını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mütləqliyinin bir daha vurğulandığını bildirib. Azərbaycan prezidenti həmçinin beynəlxalq və regional layihələrdən, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxmasından, ölkəmizin regiondakı bütün layihələrdə əsas iştirakçı olmasından danışıb. Dövlət başçısı Bakı-Tiflis-Qars layihəsinin perspektivdə Avropa və Asiyanı birləşdirən dəmir yolu xətti olacağını və Azərbaycanın imkanlarının günbəgün artdığını qeyd edib. İ. Əliyev bildirib ki, onun həmkarı ilə apardığı danışıqlar təkcə ikitərəfli deyil, həm də regional mahiyyət daşıyıb: "Bu əməkdaşlıq Qara dəniz və Xəzər dənizi hövzəsinin əməkdaşlığına çevrilir".Öz növbəsində Bolqarıstan prezidenti Georgi Pırvanov da səfərini "siyasi dialoqun bir hissəsi" adlandırıb. O deyib ki, bu, açıq dialoqdur və artıq yaxşı nəticələr də var. Bolqarıstanın Avropa Birliyi ölkəsi olduğunu xatırladan Georgi Pırvanov birlik üçün enerji təhlükəsizliyinin mühümlüyünü vurğulayıb. "Nabucco" layihəsinin reallaşdırlması istiqamətində müzakirələrin intensivləşməsinin tərəfdarı olan Bolqarıstan prezidenti Xəzər və Qara dəniz regionu ölkələrinin birgə konfransının keçirilməsini təklif etdiyini də bildirib. O, Azərbaycan prezidentinin bu təklifə dəstək verdiyini də vurğulayıb. G. Pırvanov deyib ki, təklifin gercəkləşdirilməsi üçün ekspertlər iş aparıb, müzakirə ediləcək mövzuları müəyyənlışdirməlidirlər. Bolqarıstanın dövlət başçısı Azərbaycanın Burqas-Aleksandropolis layihəsində də iştirakını arzu etdiklərini söyləyib. O, ölkəsinin həm də enerji və nəqliyyat sektorunda əməkdaşlığa hazır olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini hələ ATƏT-ə sədrlik etdiyi dövrdə açıqladığını deyən G. Pırvanov Kosovanın müstəqilliyini tanımadıqlarını, orada vəziyyətin sabitləşməsini və münasibətlərin aydınlaşmasını gözlədiklərini bildirib. O, Kosovonın digər münaqişələr üçün president olmadığını da deyib. G. Pırvanov Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət etdiyni də açıqlayıb. -
03-10-2008, 09:16 PMAPALənkəranda ər arvadını güllələyib
[b]Lənkəranda ər arvadını güllələyib[b]
[Lənkəranda ər arvadını güllələyib. APA-nın cənub bölgəsinin məlumatına görə, rayonun Tütəpeştə kənd sakini, 1961- ci il təvəllüdlü Şəmsəddin Cəfər oğlu Əliyev ailə münaqişəsi zəminində 1954-cü il təvəllüdlü həyat yoldaşı Qafilə Paşa qızı Əliyevaya odlu silahdan atəş açıb. Nəticədə Q. əliyeva ağır yaralanıb. Ona Lənkəran rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Bakıya göndərilib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırma aparılır. -
03-11-2008, 02:21 PMAPASara Aşurbəyli haqqında sayt istifadəyə verilib
[b]Sara Aşurbəyli haqqında sayt istifadəyə verilib[b]
[Bakı. Zaur Nurməmmədov - APA. Yaxın günlərdə internetin Azərbaycan seqmentində daha bir sayt istifadəyə verilib. Bu, görkəmli tarixçi-alim Sara Aşurbəyli haqqında yaradılmış saytdır. APA-nın məlumatına görə, [ ünvanlı saytın yaradılması S. Aşurbəylinin yaxın qohumları Ramiz Aşurlu, Yevgeniya Aşurlu və Süleyman Aşurlunun təşəbbüsü ilə həyata keçirilib. Qeyd edək ki, S.Aşurbəyli Bakının və Şirvanşahlar dövlətinin tarixinə dair çox qiymətli tədqiqatların, tarix, mədəniyyət və incəsənətə dair gözəl məqalələrin müəllifidir. -
03-11-2008, 02:26 PMAPAÖmürlük və uzun müddətə həbs cəzasına məhkum edilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək
[b]Ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Sabah Bakıda ömürlük və uzun müddətə həbs cəzasına məhkum edilənlərin, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti mövzusunda beynəlxalq ekspertlərin görüşü keçiriləcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Görüş Ədliyyə Nazirliyi ilə Avropa Şurası arasında Azərbaycanda həbsxana sisteminin yeniləşdirilməsinin əsas istiqamətləri ilə bağlı qəbul edilən birgə fəaliyyət proqramı (2007-2008-ci illər) çərçivəsində təşkil olunacaq. İndiyədək bu proqrama uyğun olaraq üç tədbir keçirilib. -
03-11-2008, 02:31 PMAPAABŞ Konqresi Ağ Evi məhkəməyə verib
[b]ABŞ Konqresi Ağ Evi məhkəməyə verib[b]
Vaşinqton - APA. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Konqres adından Corc Buş administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 36 səhifəlik iddia Nümayəndələr Palatasının Hüquq Komitəsinin baş hüquqşünası İrvin Neytan tərəfindən məhkəməyə təqdim olunub. Cavabdehlər qismində prezident aparatının rəhbəri Coşua Bolten və administrasiyanın keçmiş baş hüquqşünası Xerriyet Mayers göstərilib. Bu iki şəxs bir sıra ştatlarda bəzi prokurorların işdən qovulması ilə bağlı yaranmış qalmaqala dair ifadə vermək üçün ötən ilin yayında rəsmi şəkildə Konqresə dəvət olunsalar da, Ağ Evin qadağasını əsas gətirərək dəvəti rədd ediblər. Məhkəmə iddiasında bildirilir ki, siyasi hakimiyyətin qolları tıxanıb, ona görə də Bolten və Mayersin Konqresə gələrək ifadə vermələri və tələb olunan bütün sənədləri təqdim etmələri üçün məhkəmənin müdaxiləsi zəruridir. Ağ Evin mətbuat katibi Dan Perino isə prezident administrasiyasının məhkəməyə verilməsini siyasi teatr adlandırıb. -
03-11-2008, 02:36 PMAPAİslam Konfransı Təşkilatının Sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək
[b]İslam Konfransı Təşkilatının Sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək[b]
Bakı. Laçın Sultanova-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Seneqalın paytaxtı Dakara yola düşüb.
[APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 11-də keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir martın 13-14-də Dakarda keçiriləcək İslam Konfransı Təşkilatının (İKT) 11-ci Sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. İKT-nin nazirlər səviyyəsində keçirilən görüşündə Azərbaycanı xarici işlər nazirinin müavini Vaqif Sadıxov təmsil edir. Sammitdə yekunlara dair kommunikenin və bir sıra sənədlərin imzalanması gözlənilir. Qeyd edək ki, bu Sammitdə İKT-in adının dəyişdirilməsi məsələsinə də baxılacaq. -
03-11-2008, 02:41 PMAPAXələf Xələfov Rumıniyada səfərdədir
[b]Xələf Xələfov Rumıniyada səfərdədir[b]
[Bakı. Laçın Sulytanova-APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov martın 10-dan Buxarestdə səfərdədir. APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib. Səfərdən məqsəd siyasi məsləhətləşmələr aparmaqdır. -
03-11-2008, 02:46 PMAPAVenesiya Komissiyasının Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıql
[b]Venesiya Komissiyasının Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa və Seçki Məcəlləsinə dəyişikliklərə dair ilkin rəyi açıqlanacaq[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Martın 14-15-də Venesiya Komissiyasının 74-cü plenar sessiyası keçiriləcək. APA-nın Avropa Şurasının saytına istinadən verdiyi məlumata görə, sessiyada Azərbaycanla bağlı iki məsələ müzakirə olunacaq.
[Tədbirdə Silahlı Qüvvələrə demokratik nəzarətin təşkili, Bolqarıstan və Finlandiya Konstitusiyası, Azərbaycanın "Sərbəst toplaşma azadlığı haqqında" qanununa düzəlişlər və Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ilkin rəylər açıqlanacaq. Toplantıda Prezidentin İcra Aparatının qanunçuluq və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev də iştirak edəcək. Sessiyada Azərbaycan tərəfinin təklifi əsasında Venesiya Komissiyasının "Sərbəst toplaşma azadlığı haqqında" qanuna 2006-cı ildə təklif etdiyi düzəliş ətrafında müzakirələr aparılacaq və Azərbaycanın Seçki Məcəlləsinə dair ilkin rəy veriləcək. Qeyd edək ki, Venesiya Komissiyasının növbəti 75-ci sessiyası iyunun 13-14-də keçiriləcək. -
03-11-2008, 02:51 PMAPAAzadlığa buraxılan Əhməd Özal siyasətə qoşulacağını açıqlayıb
[b]Azadlığa buraxılan Əhməd Özal siyasətə qoşulacağını açıqlayıb[b]
Ankara. Mayis Əlizadə - APA. Türkiyənin Ədirnə şəhər bələdiyyəsindəki korrupsiya qalmaqalı ilə bağlı saxlanılan sabiq prezident Turqut Özalın oğlu Əhməd Özal sərbəst buraxılıb.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ə. Özal Ədirnə Prokurorluğunda dindirildikdən sonra azad edilib. O, prokurorluğun binası qarşısına toplaşan insanların qarşısındakı çıxışında iftiraya məruz qaldığını bildirib: "Türk ədalətinə güvənin. Bu işin arxasında siyasi niyyətlər var. Siyasətə girməyə hazırlaşmağım bəzi insanları narahat edib. Amma buna kimsə əngəl ola bilməyəcək. Siyasətə girəcəyəm və Ana Vətən Partiyasının başqanlığına namizədliyimi irəli sürəcəyəm". Qeyd edək ki, Ana Vətən Partiyası 1983-cü ildə mərhum Turqut Özal tərəfindən qurulub və hazırda dərin böhran içindədir. -
03-11-2008, 02:56 PMAPAKomandan: "Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır"
[b]Komandan: "Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır"[b]
Bakı. Rəşad Süleymanov-APA. Bu gün Daxili Qoşunların (DQ) yaranmasının 16-cı ildönümü münasibəti ilə DQ-nin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. APA-nın məlumatına görə, DQ komandanı, general-leytenant Zakir Həsənov bildirib ki, rəhbərlik etdiyi qurum bu gün ölkə daxilində asayişin qorunmasını təmin etmək üçün ən müasir silah və xüsusi vasitələrlə təmin olunub.
[Z. Həsənovun sözlərinə görə, Qarabağda gedən döyüşlərdə cəmi 3 min nəfər şəxsi heyəti olan Daxili Qoşunların 496 hərbi qulluqçusu həlak olub, 268 nəfər itkin düşüb: "Bu gün Daxili Qoşunlar yüksək döyüş hazırlığına və nizam-intizama malik bir qurumdur, ən müasir silah və texnika ilə təmin olunub. Bunu hətta NATO nümayəndələri də bəyan edirlər. Daxili Qoşunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hazırdır".Qeyd edək ki, 1995-ci ildən 12 mart Daxili Qoşunların yaranma günü kimi qeyd olunur. -
03-11-2008, 03:01 PMAPAMartın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək
[b]Martın 28-də Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək[b]
Bakı. Ülviyyə Əliyeva-APA. Martın 28-də Kanadanın ən böyük təhsil ocağı olan Toronto Universitetində Azərbaycanla bağlı elmi konfrans keçiriləcək.
[Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyevin "Təhlükəsizlik və enerji sahəsində Azərbaycan-ABŞ münasibətləri", Xarici İşlər Nazirliyinin idarə rəisi Tofiq Musayevin "Azərbaycanın xarici siyasət prioritetləri" məruzələri və Toronto Universitetinin bir sıra professor və tələbələrinin çıxışları dinləniləcək. Tədbirdə "Azerbaijan Dairy" kitabının müəllifi Thomas Qolts "On yeddi il Odlar yurdu ilə birlikdə; müstəqilliyin ilk illərindən bu günə kimi olan dəyişikliklər" mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, konfrans Azərbaycanın ABŞ-dakı səfirliyinin və Toronto Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. -
03-11-2008, 03:06 PMAPAAzərbaycan Daxili Qoşunlarında beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyünün yaradılması başa çatdırılıb
[b]Azərbaycan Daxili Qoşunlarında beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyünün yaradılması başa çatdırılıb[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Daxili Qoşunlarının beynəlxalq sülhyaratma əməliyyatlarında polisə dəstək bölüyü artıq hazırdır. APA-nın məlumatına görə, bu barədə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov bildirib.
[Z. Həsənovun sözlərinə görə, NATO ilə imzalanmış Fərdi Tərəfdaşlığın Əməliyyat Planına (İPAP) uyğun olaraq bölüyün 2008-ci ildə hazır olması planlaşdırılsa da, artıq bütün işlər 2007-ci ildə başa çatdırılıb: "Ötən il bölük NATO-nun nümayəndələrinə təqdim olundu. Müxtəlif ölkələrin jandarma qüvvələrinin ekspertlərindən ibarət nümayəndə heyəti bölüyün hazırlığını yüksək qiymətləndirdilər".Qeyd edək ki, 2010-cu ilədək Daxili Qoşunlarda sülhməramlı əməliyyatlarda polisə dəstək məqsədi ilə iştirak etmək üçün taborun yaradılması başa çatdırılmalıdır. -
03-11-2008, 03:11 PMAPAAzərbaycan Xarici İşlər Nazirliyi Norveç və ABŞ səfirliklərini ikili standart yürütməkdə günahlandırıb
[b]Azərbaycan Xarici İşlər Nazirliyi Norveç və ABŞ səfirliklərini ikili standart yürütməkdə günahlandırıb[b]
Bakı. Laçın Sultanova-APA. ""Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəməsi ilə bağlı Norveç və ABŞ-ın Azərbaycandakı səfirliklərinin yaydıqları bəyanat xarici siyasət nöqteyi-nəzərdən birbaşa ikili standartların təzahürüdür".
[APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. O, adı çəkilən səfirliklərin bu kimi bəyanatlardan təəssüf etdiyini bildirib: "Əfsuslar olsun ki, ABŞ və Norveç səfirlikləri bu kimi bəyanatlar verirlər. Qonşu Ermənistanda baş verən hadisələrə baxmayaraq, həmin dövlətlərin və beynəlxalq ictimaiyyətin mövqeyini gördük. Bu, çox yumşaq və qeyri-müvafiq mövqedir. Belə olan halda Azərbaycanda baş verən hadisələrə bu kimi sərt reaksiyanın verilməsini biz başa düşmürük və təəssüflənirik. Ümidvarıq ki, bu kimi hallar təkrarlanmayacaq". -
03-11-2008, 03:16 PMAPAAzərbaycanın xalq şairinin ürəyində əməliyyat aparılıb
[b]Azərbaycanın xalq şairinin ürəyində əməliyyat aparılıb[b]
Münhen. Elbrus Seyfullayev-APA. Almaniyada Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun ürəyində əməliyyat aparılıb. Bu barədə APA-ya açıqlamasında hazırda Münhen Kardioloji Mərkəzində müalicəsini davam etdirən Z. Yaqub özü məlumat verib.
[Xalq şairinin sözlərinə görə, dünən həkimlər onun üzərində üç saatlıq əməliyyat aparıb və ürək damarlarından birini yandırıblar. Əməliyyatın uğurlu keçdiyini bildirən Z. Yaqub martın 16-dək Almaniyada müalicəsini davam etdirəcəyini söyləyib. Xalq şairi səhhəti ilə bağlı narahatlıq keçirən insanlara təşəkkür edib: "Bütün Azərbaycan xalqına şair salamı göndərirəm. Qoy, məni sevənlər narahat olmasın. Tezliklə sağalıb vətənə dönəcəyəm". -
03-11-2008, 03:26 PMAPABolqarıstan prezidenti Şəkiyə gedib
[b]Bolqarıstan prezidenti Şəkiyə gedib[b]
Şəki. Hafiz Heydərov - APA. Bolqarıstan prezidenti Georgi Pırvanov bu gün Azərbaycanın Şəki rayonuna səfər edib.
[Rayon İcra Hakimiyyətindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, G. Pırvanovun rayona səfəri qeyri-rəsmi xarakter daşıyır və o, hər hansı görüş keçirməyəcək. Bolqarıstan prezidentinin Şəkidə istirahət edəcəyi və rayonun tarixi abidələri ilə tanış olacağı bildirilir. G. Pırvanov Şəki Xan Sarayına və Kiş kəndindəki məbədə baş çəkəcək. -
03-11-2008, 04:31 PMAPAAzərbaycan paytaxtında axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunacaq
[b]Azərbaycan paytaxtında axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil olunacaq[b]
Bakı. Elnur Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) axır çərşənbə günü və Novruz bayramı münasibəti ilə bayram tədbirləri keçirəcək. BŞİH-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhər saatlarından başlayacaq tədbirlər günün sonunadək davam edəcək.
[Martın 18-də - axır çərşənbə günündə Qız Qalasının üstündə tonqal yandırılacaq və qalanın önündə şənliklər təşkil olunacaq. Martın 21-də isə Novruz Bayramı münasibəti ilə Qoşa Qala qapısının qarşısında (Gənclər meydanı) və İçərişəhərdə bayram şənlikləri keçiriləcək. Tədbirlərdə xalq oyunları, səhnəciklər nümayiş olunacaq, müğənnilər çıxış edəcəklər. -
03-11-2008, 04:36 PMAPAXəzər İbrahim: "Dağlıq Qarabağ separatçıları Dumada keçiriləcək dinləmələrə qatılsa, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirəcək"
[b]Xəzər İbrahim: "Dağlıq Qarabağ separatçıları Dumada keçiriləcək dinləmələrə qatılsa, Azərbaycan qətiyyətli mövqe nümayiş etdirəcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya Dövlət Dumasında keçiriləcək dinləmələrə Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri qatılsa, Azərbaycan müvafiq və qətiyyətli mövqe nümayiş etdirəcək".
[APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim martın 13-də Dövlət Dumasında keçiriləcək dinləmələrə münasibət bildirərək deyib. Onun sözlərinə görə, belə dinləmələrin keçiriləcəyi barədə məlumat yayılandan dərhal sonra Azərbaycanın Moskvadakı səfirliyi bu məsələni diqqət mərkəzində saxlayır. Qeyd edək ki, Dumada keçirilməsi planlaşdırılan dinləmələrin mövzusu "Cənubi Osetiya, Abxaziya və Dnestryanı respublikaların müstəqil dövlət kimi tanınması xahişi ilə Rusiya Dövlət Dumasına müraciəti və həmin münaqişələrin həlli vəziyyəti" adlanır. Dövlət Dumasından isə APA-ya bildiriblər ki, dinləmələr açıq keçirildiyinə görə, istənilən şəxs bu müzakirələrə qatıla bilər. -
03-11-2008, 04:41 PMAPANardarandakı İmam Hüseyn meydanında mitinq keçirilir
[b]Nardarandakı İmam Hüseyn meydanında mitinq keçirilir[b]
Bakı. Ramil Məmmədli-APA. Bakının Nardaran qəsəbəsində Danimarka qəzetlərində yenidən Məhəmməd peyğəmbərin (ə.s.) karikaturalarının dərc olunmasına və Fələstində baş verən son hadisələrə etiraz əlaməti olaraq mitinq keçirilir.
[APA-nın məlumatına görə, qəsəbənin İmam Hüseyn meydanında keçirilən etiraz aksiyasında ABŞ, İsrail və bəzi qərb dövlətlərinin əleyhinə şüarlar səsləndirilib. Mitinqdə çıxış edən kənd sakini Hacı Əli Hüseynov bütün müsəlmanları Məhəmməd peyğəmbərin (ə.s.) təhqirinə və fələstinlilərə qarşı həyata keçirilən soyqırımına laqeyd qalmamağa çağırıb. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov İsrailin Fələstində soyqırımı törətdiyini, dünya ictimaiyyətinin buna etinasız yanaşdığını söyləyib. -
03-11-2008, 04:46 PMAPANino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir
[b]Nino Burcanadze Rusiyanın separatçıların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid edir[b]
[Tiflis - APA. Gürcüstan parlamentinin sədri Nino Burcanadze Rusiyanın tanınmamış respublikaların müraciətinə siyasi uzaqgörənliklə yanaşacağına ümid etdiyini bildirib. APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, Abxaziya və Cənubi Osetiya separatçılarının Rusiyaya tanınma xahişi ilə müraciətinə toxunan N. Burcanadze deyib ki, rəsmi Moskva bu cür xahişlərin təmin olunmasının hansı nəticələr verəcəyini düşünməlidir. O, Şimali Qafqazın ictimai təşkilat və hərəkatlarının Abxaziya və Cənubi Osetiyanın tanınması xahişi ilə Rusiya hökumətinə ünvanladıqları müraciətə də toxunub: "Rusiya özü bu müraciət haqda nə fikirləşir? Şimali Osetiya müstəqildir ki, indi başqaları üçün müstəqillik tələb edir?" Qeyd edək ki, Avropa Birliyi də Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması ehtimalından narahatlığını bildirib. AB-yə sədrlik edən Sloveniya hökumətinin bəyanatında bildirilir ki, Kosovo problemi unikal olduğu üçün bu məsələnin Gürcüstanın regionlarındakı vəziyyətlə müqayisəsi qəbuledilməzdir. -
03-11-2008, 04:51 PMAPASergey Kuznetsov: "Venesiya Komissiyasının Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı rəyi qəbul olunmasa, sənəd üzərində iş davam etdiril<
[b]Sergey Kuznetsov: "Venesiya Komissiyasının Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı rəyi qəbul olunmasa, sənəd üzərində iş davam etdiriləcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Avropa Şurası Venesiya Komissiyasının martın 14-15-də Venesiyada keçiriləcək 74-cü plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı birgə rəyin ilkin layihəsi müzakirə olunacaq. Sessiya layihənin mətnini müzakirə edəcək və qərar verəcək. Mətn komissiyanın ilkin rəyi kimi qəbul oluna bilər".
[Bunu APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Serqey Kuznetsov deyib. S. Kuznetsov bildirib ki, layihə qəbul olunmayacağı təqdirdə, komissiya gələcək addımları müəyyənləşdirəcək, məruzəçilər layihəni yenidən işləyəcəklər. Sessiyanın işində iştirak etməyəcəyini deyən S. Kuznetsov sənədi məruzəçilər Ayvard Encels və Piter Patsolayın təqdim edəcəklərini söyləyib. -
03-11-2008, 04:56 PMAPAAmerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir
[b]Amerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir[b]
[Bakı. Ülkər Qasımova-APA. Amerikanın "Battery Dance" qrupu Bakıda səfərdədir. APA-nın məlumatına görə, bu gün qrupun icraçı direktoru Connaton Hollander və qrup üzvləri Robin Cantrell və Bafana Solomon Mateanın iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda qrup haqqında məlumat verən icraçı direktor qrupun dünyada çoxsaylı festival və konfranslarında iştirak etdiyini bildirib: "Qrup 30 ildən çoxdur ki, Nyu-Yorkun mədəni həyatının, milli və beynəlxalq səhnələrin ayrılmaz tərkib hissəsidir. Qrupumuz hamının başa düşdüyü xoreoqrafiya dili vasitəsilə auditoriya ilə ünsiyyət quran, dünyanın ən yaxşı mədəniyyət səfirlərindən biri kimi tanınıb. Hərçənd həm musiqi, həm xoreoqrafiya beynəlxalq əsərlərdən ilham alaraq tərtib olunsa da, "Battery Dance" zəngin Amerika mədəniyyətini müxtəlif çalarlarını özündə əks etdirir". Konfransda çıxış edən Robin Canrell bu qrupda 5 ildir ki, fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, qrup özünəməxsusluğu ilə seçilir. Bakı səfəri çərçivəsində qrupun 4 mahnı ifa edəcəyini bildirən R. Canrell, bu mahnılarının üçünün məhz qrup üçün yazıldığını bildirib. Mətbuat konfransından sonra qrup üzvləri Bakı Xoreoqrafiya Məktəbində ustad dərsləri keçiblər. Qeyd edək ki, "Battery Dance" qrupu martın 12-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çıxış edəcək. Qrupun Bakı səfəri ABŞ-ın Azərbaycandakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilib. -
03-11-2008, 05:01 PMAPAAlan Vaddams Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir
[b]Alan Vaddams Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir[b]
Bakı.Laçın Sultanova-APA. Alan Vaddams Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlamaq üçün martın 13-də Bakıya gəlir.
[APA-nın məlumatına görə, Alan Vaddams səfir vəzifəsinə tam təsdiqlənib, Azərbaycan onun aqremanını qəbul edib. Xatırladaq ki, Avropa Komissiyasının Azərbaycanda nümayəndəliyi bu il fevralın 4-də rəsmən açılıb. Həmin tədbirdə A. Vaddams səfir kimi təqdim olunarkən bildirilib ki, o bu vəzifəyə hələlik rəsmən təsdiq olunmayıb. Onu da əlavə edək ki, bu təyinata qədər A. Vaddams Avropa Komissiyasının Azərbaycanda xüsusi elçisi vəzifəsində çalışıb. -
03-11-2008, 05:16 PMAPAABŞ Dövlət Departamenti oktyabrdan İran ərazisinə Azərbaycan dilində radioverilişlərin yayımlanması barədə qərar qəbul edib
[b]ABŞ Dövlət Departamenti oktyabrdan İran ərazisinə Azərbaycan dilində radioverilişlərin yayımlanması barədə qərar qəbul edib[b]
Bakı. Turan Hüseynova-APA. ABŞ hökuməti İran ərazisində Azərbaycan dilində radioverilişlər yayımlamağa hazırlaşır. APA-nın "Eurasia Net" saytına istinadən yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirəcəyi bu proqramların yayımına 2008-ci ilin oktyabrından start veriləcək.
["Azadlıq" radiosunun proqram direktoru Cef Trimbl bildirib ki, onlar İranda yaşayan azərbaycanlılar üçün onların doğma dilində gün ərzində iki saat veriliş yayımlamağı düşünürlər. Bu verilişlərin əsas qayəsini İranı və bu ölkədə yaşayan azərbaycanlıları narahat edən mövzular təşkil edəcək. İran əhalisinin dörddə bir hissəsini azərbaycanlıların təşkil etdiyini deyən Trimbl bildirib ki, aparılan təhqiqatlar azərbaycanlıların öz doğma dillərində verilişlərə qulaq asmaq istədiyini göstərir. -
03-11-2008, 05:21 PMAPAAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyədə "Min bir gecə" baletini nümayiş etdirib
[b]Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyədə "Min bir gecə" baletini nümayiş etdirib[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Türkiyənin İstanbul və Ankara şəhərlərində çıxış ediblər. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, milli truppanın ifasında martın 1, 2 və 3-də İstanbulun Atatürk Kültür Mərkəzində, martın 5-də isə Ankaranın Anadolu Göstəri Mərkəzində Fikrət Əmirovun "Min bir gecə" baleti nümayiş etdirilib. Tamaşalarda baş rolları Azərbaycanın0 xalq artisti Mədinə Əliyeva (Şəhrizad), əməkdar artist İslam İslamov, Yuri Lobaçov (Şəhriyar), Kamilla Hüseynova, Yelena Skomoroşenko (Nuridə), Alsu Qimadiyeva (Mərcanə), aparıcı solist Samir Səmədov (Cadugər), Tamilla Məmmədzadə (Nuridə) və başqaları canlandırıblar. Səfər Azərbaycanın İstanbuldakı baş konsulluğu, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və həmyerlimiz Əlixan Səmədovun rəhbərlik etdiyi "Balaban Prodakşn" şirkətinin təşkilati dəstəyi ilə baş tutub. -
03-11-2008, 05:26 PMAPAAzərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə Milli Məclisin müzakirəsinə çıxarılacaq
[b]Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə Milli Məclisin müzakirəsinə çıxarılacaq[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi aprelin birinci ongünlüyündə ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə APA-ya açıqlamasında parlamentin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri hazırda prezident İlham Əliyevin təhsil sisteminin Bolonya prosesinə uyğunlaşdırılması ilə bağlı sərəncamından irəli gələn məsələlərin qanun layihəsində əksini tapmasına çalışdıqlarını deyib. Onun sözlərinə görə, qanun layihəsinin üzərində aparılan iş Azərbaycanın təhsil sisteminin tamamilə Avropa standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. -
03-11-2008, 05:31 PMAPAAzərbaycan prezidenti "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib
[b]Azərbaycan prezidenti "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Mir" televiziya kanalının rəhbəri Radik Batırşini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin humanitar sahədə əməkdaşlığının, o cümlədən bu ölkələr arasında informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb və "Mir" televiziya kanalının bu istiqamətdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. -
03-11-2008, 05:36 PMAPASənətşünas Məryəm Əlizadə: "Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir"
[b]Sənətşünas Məryəm Əlizadə: "Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Çağdaş Azərbaycan teatrının vəziyyəti bir o qədər də sevindirici deyil. Azərbaycan teatrının inkişaf etməsi bir çox addımlar atılmalıdır. Teatr bazarının təşkili yollarının axtarılması və ya iqtisadi festivallar təşkil etmək lazımdır". APA-nın məlumatına görə, bu fikirləri sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə deyib. Yerli teatrların texniki baxımdan kasad olduğunu vurğulayan M. Əlizadə, bu problemi Azərbaycan teatrının inkişaf edə bilməməsinin əsas səbəbi kimi diqqətə çatdırıb: "Düzdür, bu gün səviyyəli tamaşalara da rast gəlirik. Ancaq bunlar istisna hallardır. Teatrın texniki avadanlıq baxımından təchiz olunması ancaq inkişafa xidmət edir. Eyni zamanda Azərbaycanda prodüser məktəbinin açılması prosesi çox gecikir". Teatr sahəsində işıq üzrə rəssamların da yetişmədiyini qeyd edən sənətşünas, bütün bu problemlərin həllinin vacibliyini diqqətə çatdırıb: "Bu gün Azərbaycan teatrı daha çox professional kadr çatışmazlığından əziyyət çəkir. Kimin ürəyindən teatrda işləmək keçirsə, gəlib işləyir. Axı aktyor sənəti üçün xüsusi və lazımi istedada malik olmaq lazımdır. Hər ürəyindən keçən aktyor ola bilərmi? Bu, qeyri-mümkündür. Bütün bunlar da Azərbaycan teatrını xaos vəziyyətinə gətirib çıxarıb". -
03-11-2008, 05:41 PMAPAPakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək
[b]Pakistanın Azərbaycana təyin olunmuş yeni səfiri iki ay ərzində Bakıya gələcək[b]
[Bakı. Laçın Sultanova-APA. Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Əbdul Həmidi növbəti iki ay ərzində Bakıya gələcək. Bu barədə APA-ya Pakistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Son təyinata kimi, o, ölkəsinin Dubayda baş konsulu vəzifəsində çalışıb. Pakistanın Azərbaycandakı əvvəlki səfiri Cavid Qureyşi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar martın 9-da Bakını tərk edib. Hələlik diplomatik missiyaya səfirliyin 3-cü katibi Sammar Cavid müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. -
03-11-2008, 05:51 PMAPABMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakir
[b]BMT Baş Assambleyasının martın 14-də keçiriləcək plenar sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ müzakirə olunacaq[b]
Bakı. Laçın Sultanova-APA. BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinə salınmış "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair qətnamə layihəsi martın 14-də müzakirə olunacaq.
[APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, qətnamənin qəbul olunması üçün Azərbaycanın Nyu-Yorkdakı daimi nümayəndəliyi davamlı iş aparır, BMT-nin bütün üzvləri ilə bu istiqamətdə danışıqlar gedir. Qətnamə layihəsində BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə qəbul olunduğu qeyd edilir, Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı ATƏT-in fakt-araşdırıcı missiyasının məruzə hazırladığı, ATƏT-in Minsk Qrupu həmsədrlərin bununla bağlı ATƏT Daimi Şurasına məktub göndərdiyi xatırlanır. Qətnamədə həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərdə silahlı münaqişənin beynəlxalq sülh və sabitliyə və Cənubi Qafqazda humanitar vəziyyətə ciddi xələl göstərdiyi qeyd edilir, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivədə ərazi bütövlüyü və suverenliyinə mövcud olan hörmət və dəstək yenidən təsdiqlənir, işğal olunmuş ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilir. Bu və ya digər məsələlərin qeyd olunduğu sənəddə yekun olaraq bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət növbəti 63-cü sessiyada da müzakirə olunacaq və bu məsələ gündəliyə daxil ediləcək. -
03-11-2008, 05:56 PMAPARövşən Mustafayev: "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil"
[b]Rövşən Mustafayev: "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının sayı dəqiq məlum deyil"[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Bu gün xarici ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının və onların arasında olan potensial seçicilərin sayı dəqiq məlum deyil. Moskva şəhər meriyasının rəsmi statistikasına görə, təkcə Rusiyada 400 minə yaxın Azərbaycan vətəndaşı məskunlaşıb. Amma dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşlarının sayı dəqiq bilinmir. Bu gün bu problemlə daha çox Ukrayna, Orta Asiya ölkələri, Azərbaycan və Gürcüstan üzləşib". Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev verib. Bu gün dünyada miqrasiya probleminin xaotik şəkildə inkişaf etdiyini deyən R. Mustafayev ənənəvi olaraq, Azərbaycan vətəndaşlarının daha çox Rusiyaya üz tutduğunu bildirib: "Bəzi Rusiya mətbuat orqanlarının yazdığı kimi, azərbaycanlılar yalnız bazarlarda yox, daha çox neft-qaz emalı müəssisələrində fəaliyyət göstəriblər". -
03-11-2008, 06:01 PMAPAAzərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb
[b]Azərbaycanın Nardaran qəsəbəsində keçirilən mitinqdə Qərb dövlətlərinin bayraqları və ABŞ prezidenti Corc Buşun müqəvvası yandırılıb[b]
[APA-nın məlumatına görə, qəsəbə sakini Hacı Əli Hüseynov mitinqdə çıxışı zamanı bildirib ki, müsəlman dünyası bütün vasitələrdən istifadə edib peyğəmbəri təhqir edənləri cəzalandırmalıdır. Onun sözlərinə görə, beynəlxalq sionizm İslamı ləkələmək üçün Qərb dövlətlərində bu cür tendensiyalara start verib. Kənd sakini Hacı Hikmət Vəliyev peyğəmbəri təhqir edənlərə Azərbaycanda da dəstəyin olduğunu söyləyib. O, Azərbaycan müsəlmanlarını İslam düşmənlərinə qarşı mübarizəyə və peyğəmbərin təhqirinə laqeyd qalmamağa çağırıb. Fələstində baş verənlərə münasibət bildirən kənd sakini ərəb dünyasını ABŞ-a satılmaqda ittiham edib. Onun sözlərinə görə, ərəb ölkələrinin əhatəsində olan İsrail 60 ilə yaxındır müsəlmanların qatilinə çevrilib. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov isə çıxışında İslam dəyərlərinə qarşı məqsədyönlü şəkildə addımlar atıldığını söyləyib: "Dünyada baş verən qanlı hadisələrin əksəriyyəti müsəlman ölkələrində baş verir. Bu, ABŞ və sionizmin planlarına uyğun həyata keçirilir". O, Azərbaycanda milli-mənəvi dəyərlərin təhqir olunduğunu da deyib. Aksiyada ABŞ, İsrail, Danimarka, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin əleyhinə, İranın dini lideri Seyid Əli Xamneyinin isə lehinə şüarlar səsləndirilib. Daha sonra mitinq iştirakçıları ABŞ, İsrail, Danimarka və Böyük Britaniyanın dövlət bayraqlarını, o cümlədən də ABŞ prezidenti Corc Buşun müqəvvasını yandırıblar. -
03-11-2008, 06:11 PMAPAAzərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib
[b]Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlüyünə insan hüquqları və demokratiya qrupundan namizədlər müəyyənləşib[b]
[APA-nın məlumatına görə, yığıncağa sədrlik edən Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov Dövlət Dəstəyi Şurasında təmsil olunmaq üçün 8 qrup üzrə 414 QHT-nin qeydə alındığını bildirib. T. Süleymanov bugünkü yığıncaqda birinci qrup üzrə qeydə alınmış 45 təşkilatdan 38-nin iştirak etdiyini deyib: "Bu gün seçiləcək üç QHT nümayəndəsindən biri Azərbaycan prezidenti tərəfindən Şuraya üzv təyin ediləcək". Sonra iclasın katibi və Hesablama Komissiyası seçilib. Gizli səsvermə nəticəsində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov və Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni insan hüquqları və demokratiya qrupundan Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizəd seçiliblər. Qeyd edək ki, Şuranın tərkibi 8 QHT və 3 hökumət nümayəndəsindən formalaşdırılacaq. Şuranın sədri, müavini və katibi seçki ilə müəyyənləşəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək. -
03-11-2008, 06:16 PMAPAAzərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar
[b]Azərbaycan Müdafiə Nazirliyi: Kosovodakı Azərbaycan sülhməramlıları yaxın günlərdə Vətənə qayıdacaqlar[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın Kosovoda sülhyaratma əməliyyatlarında iştirak edən taqım yaxın günlərdə geri qayıdacaq. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu məlumat verib.
[E. Sabiroğlunun sözlərinə görə, hazırda Milli Məclisin qərarına uyğun olaraq sülhməramlıların geri çağrılması istiqamətində işlər aparılır: «Yaxın günlərdə parlamentin qərarı icra olunacaq. Kosovodakı 34 sülhməramlı hərbçinin hamısı vətənə dönəcək».Azərbaycan hərbçilərinin nəzarət etdikləri yaşayış məntəqələrinin və mövqelərin hansı ölkənin sülhməramlılarına verilməsinə gəlincə, E.Sabiroğlu bu barədə məlumatı olmadığını vurğulayıb: «Bizim sülhməramlılarımız Türkiyə taborunun tərkibində xidmət edirlər. Bu məsələlər Türkiyə Silahlı Qüvvələrinin səlahiyyətindədir».Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 34 nəfərdən ibarət tağımı Türkiyə taborunun tərkibində 1999-cu ildən Kosovonun Draqaş bölgəsində sülhyaratma missiyasını həyata keçirib. Azərbaycan taqımının xidməti ərazisinə 18 yaşayış məntəqəsi daxil olub. Kosovonun birtərəfli qaydada öz müstəqilliyini elan etməsi ilə əlaqədar Milli Məclis martın 4-də sülhməramlıların Kosovodan geri çağırılması haqqında qərar qəbul edib. -
03-11-2008, 06:21 PMAPARamiz Mehdiyev Polşaya dəvət edilib
[b]Ramiz Mehdiyev Polşaya dəvət edilib[b]
Bakı. Laçın Sultanova-APA. Polşanın dövlət katibi, Polşa Prezident Aparatının rəhbərinin müavini Robert Draba Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevi Polşaya dəvət edib.
[Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski APA-ya bildirib ki, Bakıdakı "Müqəddəs Məryəm" katolik kilsənin rəsmi açılışına Polşa prezidentinin şəxsi nümayəndəsi qismində qatılan R. Draba səfər zamanı R. Mehdiyevlə səmərəli görüş keçirib. Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfərinin yekunları, iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. -
03-11-2008, 06:26 PMAPAAzərbaycan Mətbuat Şurası Qənimət Zahidin cəzasının yüngülləşdirilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib
[b]Azərbaycan Mətbuat Şurası Qənimət Zahidin cəzasının yüngülləşdirilməsi xahişi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurası Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
[Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin Yasamal Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum olunması Şurasını narahat edir. Q. Zahidin ölkədə tanınan, müntəzəm yayımlanan bir qəzetin baş redaktoru, həmçinin öhdəsində 4 övladının olduğunu qeyd edən Mətbuat Şurası məhkəmədən onunla bağlı azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəzlənməsi xahiş edib.