[b]Bakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı sakini Samirə Məmmədova tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, S. Məmmədova Binəqədi qəsəbəsi ərazisində "Aytac" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün tutulub.
Azərbaycan Xəbərləri
Printable View

10-24-2008, 01:30 PMAPABakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub

10-24-2008, 01:40 PMAPA«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək
[b]«Akkord» şirkəti ilin sonunadək Azərbaycanın bölgələrində yeni avtomobil yolları istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək «Akkord İnşaat Sənaye» şirkəti Azərbaycanın bir neçə regionunda tikintisi aparılan avtomobil yollarını istifadəyə verəcək. Bu barədə «APA-ECONOMICS»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.«Bu ilin may ayında tikintisinə başlanılan Bakı-Rusiya sərhədi avtomobil yolunun 160 km-lik beton örtüklü hissəsi artıq sentyabr ayında istifadəyə verilib. İlin sonunadək yolun tam istismara verilməsi planlaşdırılır. Həmin yolda 21 körpünün tikintisi nəzərdə tutulur ki, bunun 14-ü artıq hazırdır», - deyə departamentdən bildirilib.Şirkətdən həmçinin qeyd ediblər ki, ilin sonunadək Şamaxıda tikilən 68 km uzunluğunda avtomobil yolu, habelə Qazax-Gürcüstan sərhədi avtomobil yolunun istifadəyə verilməsi nəzərdə tutulur: «Qazax-Gürcüstan sərhədi yolunun uzunluğu 36 km təşkil edir ki, artıq yolun 60%-i hazırdır. Sözügedən yolda 3 iri körpü inşa olunur».Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-24-2008, 01:50 PMAPABakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir
[b]Bakıda arı məhsullarının sərgi-yarmarkası keçirilir[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin (KTN) dəstəyi ilə arı məhsullarının sərgi-yarmarkası başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, sərgidə 55 rayonu təmsil edən 300-dən çox arıçı iştirak edir. Sərgidə 300 tondan artıq arı məhsulları, o cümlədən 10 kq-dan çox arı tozu, 5 kq arı südü satış məqsədi ilə nümayiş etdirilir. İştirakçılar 7 gün davam edəcək sərgi ilə hər gün saat 11:00-dan sonra tanış ola bilərlər. B.Əliyevin sözlərinə görə, Azərbaycanda arıçılığın inkişafı üçün lazımi şərait yaradılıb. Nazir müavini bildirib ki, Nazirliyin dəstəyi ilə 300-dən çox arıçılıq müəssisəsi yaradılıb: «Bu müəssisələr birbaşa arıçılığın inkişafına xidmət edir. Bundan əlavə, arıçılıq sahəsində damazlığı inkişaf etdirmək üçün 21 özəl təsərrüfat yaratmışıq». -
10-24-2008, 02:00 PMAPABakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib
[b]Bakıda marşrut sürücüsü və onun bələdçisi həbs edilib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda oğurluq etməkdə təqsirləndirilən marşrut sürücüsü və onun bələdçisi həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, ötən gecə, Binəqədi rayonu ərazisində hərəkət edən "Mercedes" markalı, 10 NE 913 dövlət nömrə nişanlı, 69 saylı xətt marşrutunun sürücüsü, 1988-ci il təvəllüdlü Seymur Aydınov və onun bələdçisi, 1989-cu il təvəllüdlü Cəlal Hüseynov saxlanılıb. Onlar marşrutda olan sərnişinlərin telefon və pulunu oğurlamaqda təqsirli bilinirlər. Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-24-2008, 02:10 PMAPADövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək
[b]Dövlət qulluqçularının reyestrinə 27500 dövlət qulluqçusu ilə bağlı məlumatlar daxil ediləcək[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Hazırda Azərbaycanda 27500 dövlət qulluqçusu var. Bu barədə APA-ya Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsindən bildirilib. Məlumata görə, yeni yaradılan Dövlət qulluqçularının reyestrinə ölkədəki dövlət qulluqçularının hər biri ilə bağlı məlumatlar daxil olacaq. Reyestrin yaradılması dövlət qulluqçularının daha səmərəli idarə olunmasına xidmət edəcək. Bildirilib ki, Dövlət Komissiyası "Dövlət qulluqçularının etik davranış qaydaları" haqqında qanunun icrasına nəzarəti həyata keçirmək üçün tədbirlər planı da hazırlayıb. -
10-24-2008, 02:20 PMAPAUkrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz
[b]Ukrayna XİN: Rusiya hərbi donanması nəzərdə tutulan vaxtdan artıq Ukraynada qala bilməz[b]
[Kiyev - APA. "Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində qalması ilə bağlı müddətin uzadılması müzakirə mövzusu ola bilməz". APA-nın "İnterfaks-Ukraina" agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanatla Ukrayna Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Vasili Kiriliç çıxış edib. O, müddətin uzadılmasının qeyri-mümkünlüyünü dəfələrlə bəyan etdiklərini xatırladıb: "Dövlətimizin mövqeyi dəyişməzdir: Rusiya Federasiyasının Qara dəniz donanması 2017-ci il mayın 22-dən sonra Ukrayna ərazisini tərk etməlidir". V. Kiriliç bildirib ki, Ukrayna tərəfi donanmanın çıxarılması ilə bağlı bütün məsələləri vaxtından əvvəl razılaşdırmağı təklif edir: "Bu cür yanaşma Rusiyanın öz hərbi birləşmələrini bizim ərazimizdən çıxarmağa hazır olmamasına dair ritorikadan qaçmağa kömək edərdi". V. Kiriliç Ukraynada baş verə biləcək hakimiyyət dəyişikliyi və digər daxili siyasi proseslərin dövlətin mövqeyinə təsir göstərməyəcəyini, bu mövqenin Konstitusiyada əksini tapdığını vurğulayıb. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sevastopoldakı Qara dəniz donanmasının 2017-ci ildən sonra da Ukraynada qalması ilə bağlı məsələnin müzakirəsini təklif edəcəklərini söyləmişdi. -
10-24-2008, 02:30 PMAPAQüdrət Həsənquliyev: "Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq"
[b]Qüdrət Həsənquliyev: "Bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq"[b]
[Bakı. Ramil Məmmədli - APA. "On beş ildir bir-birini xəyanətdə günahlandıran bəzi müxalifət partiyalarının yaratdığı birliyin perspektivi olmayacaq". Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev deyib. O, Müxalifətin Əməkdaşlıq Mərkəzinin və orada təmsil olunan partiyaların təşəbbüsü ilə yaradılması nəzərdə tutulan istənilən qurumun perspektivinə inanmadığını bildirib: "Çünki bu insanlar son on beş il ərzində belə birliklərdən çox yaradıblar, sonra da çox ağır qarşılıqlı ittihamlar səsləndiriblər. Hətta biri digərini xəyanətdə və ya satqınlıqda günahlandırıb". Q. Həsənquliyevin fikrincə, həmin partiyaların rəhbərlərinin imkanları tükənib: "Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu insanlar da tükənmiş siyasətçilərdir. Onlar özlərində güc tapıb siyasətlərində və baxışlarında ciddi dəyişiklik etməlidirlər. Əks halda kənarda qalaraq ətraflarındakı 1-2 adamla gündə bir bəyanat verməyə məhkumdurlar". -
10-24-2008, 02:40 PMAPAAzərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq
[b]Azərbaycan paytaxtında əsas prospektin yenidən qurulması ilin sonunadək tam başa çatacaq[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Bakı şəhərində Heydər Əliyev prospektinin yenidən qurulması işləri bütövlükdə 42 mln. manata başa gələcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında «Azəriyolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib: «Bura işıqlandırma və prospektdə yerləşən körpülərin yenidən qurulması da daxildir».«Azəriyolservis» başçısı Bakı şəhərinin baş küçəsi hesab olunan bu prospektin artıq 2008-ci ilin sonuna kimi tam istifadəyə veriləcəyini vurğulayıb.C.Qurbanov həmçinin bu ilin sonunadək paytaxtda inşa olunan daha üç avtomobil körpüsünün də istifadəyə veriləcəyini deyib. «Azəriyolservis» sədrinin sözlərinə görə, bunlar, «Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında, «Ramstore» dairəsində və Əzizbəyov dairəsi yaxınlığında yerləşən körpülərdir: «İlin sonuna kimi bu körpülərdə aparılan tikinti işləri başa çatdırılacaq». -
10-24-2008, 02:50 PMAPAQDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb
[b]QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Albaniyanın paytaxtı Tirana şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda QDİƏT ölkələri sahibkarlarına və peşəkar sürücülərinə lisenziya verilməsi prosedurunun sadələşdirilməsi barədə saziş imzalanıb. Toplantıda ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın işinin effektivliyinin artırılması məsələləri də müzakirə edilib. Təşkilatda sədrlik Albaniyadan Ermənistana keçib. Qeyd edək ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib. -
10-24-2008, 03:00 PMAPAİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib
[b]İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Ramil Usubova müraciət edib[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə APA-ya məlumat verən komitə sədri müraciətin bir neçə gün əvvəl Lənkəran rayon Polis Şöbəsində baş verən intihar hadisəsi ilə bağlı olduğunu bildirib. Nazirə ünvanlanan müraciətdə intihar hadisəsində işgəncə faktının olub-olmasının ciddi araşdırılması xahiş olunub. Hüquq müdafiəçisi məsələnin nazirlik tərəfindən ciddi araşdırılacağına ümid etdiyini söyləyib.Qeyd edək ki, oktyabrın 21-də Lənkəran rayon Polis Şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılan rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Gülməmmədov özünü şöbənin ayaqyolunda asaraq intihar edib. -
10-24-2008, 03:10 PMAPAAzərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək
[b]Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi Almaniyaya səfər edəcək. Bu barədə APA-ya məlumat verən ansamblın bədii rəhbəri, xalq artisti Afaq Məlikova deyib ki, səfər noyabrın sonlarına təsadüf edəcək. Səfər çərçivəsində isə Azərbaycan rəqqasları alman tamaşaçıları qarşısında solo proqramla çıxış edəcək. A. Məlikova deyib ki, konsert Almaniyada keçirilən Azərbaycan İlinin bağlanışı münasibəti ilə təşkil olunacaq. A. Məlikova konsert proqramında bir çox rəqslərin ifa olunacağını vurğulayıb. Noyabrın 28-də baş tutacaq açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Uzun dərə", "Cəngi", "Nəlbəki", "Odlar Yurdu", "Qobustan", "Yallı" və digər rəqslər nümayiş etdiriləcək. -
10-24-2008, 03:20 PMAPAAzərbaycanda beynəlxalq bank konfransı keçirilir
[b]Azərbaycanda beynəlxalq bank konfransı keçirilir[b]
Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Bu gün Bakıda «MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası» mövzusunda I Beynəlxalq Bank Konfransı işə başlayıb.
[«APA-ECONOMICS»in məlumatına görə, konfransda dünyanın aparıcı maliyyə institutları, bankları, fərdi investorlar və dövlət orqanlarının nümayəndələri iştirak edirlər.Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, keçirilən konfrans mühüm əhəmiyyət kəsb edir və bu tədbir MDB ölkələri üçün baş verən dünya maliyyə böhranından yan keçməsinə şərait yaradacaq. E.Rüstəmovun sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranı təkcə ölkənin maliyyə sektoruna deyil, bütövlükdə iqtisadiyyata da mənfi təsir göstərir. Bu böhrandan yan keçmək üçün isə məqsədyönlü pul-kredit siyasəti həyata keçirilməlidir: «Bəzi ölkələrdə real iqtisadi inkişaf olmadan artım qeydə alınır. Lakin Azərbaycanda bu belə deyil, son 5 il ərzində Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 6 min dollara qədər artıb, dövlət büdcəsi 9 dəfə, investisiyalar isə 23 dəfə artıb».E.Rüstəmovun sözlərinə görə, dünyada baş verən maliyyə böhranının Azərbaycanın bank sisteminə təsiri minimal olub. Hələ 2006-cı ildən Azərbaycan Milli Bankı bu cür təsirlərin qarşısının alınması məqsədi ilə bir neçə tədbir həyata keçirib: «Dünya maliyyə böhranı hələ davam edir. Bu səbəbdən cari likvidliyin artırılması və yeni maliyyə alətlərinin tətbiq edilməsi vacibdir».Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev isə öz növbəsində ölkə iqtisadiyyatında ABB-nin xüsusi rol oynadığını bildirib. Son illər ABB-nin bir çox sosialyönümlü layihələr maliyyələşdirdiyini deyən C.Hacıyev bunun gələcəkdə də davam etdiriləcəyini bildirib: «Mühüm əhəmiyyət kəsb edən bir neçə böyük layihə mövcuddur ki, həmin layihələrə vəsaitlər ABB tərəfindən ayrılır. Məqsədimiz isə xarici maliyyə asılılığını azaltmaqdır. Ümumiyyətlə, bu il ərzində 500 mln. dollardan çox borc ödənilib. ABB tərəfindən 1,5 il ərzində cəlb edilən vəsaitlərin həcmi 250 mln. dollar təşkil edib. Ümumilikdə isə indiyədək beynəlxalq maliyyə qurumlarından 1 mlrd. dollardan çox vəsait cəlb olunub». C.Hacıyevin sözlərinə görə, dünyada baş verən maliyyə böhranı nəticəsində bankın müştərilərinin sayında azalma baş verməyib: «Maliyyə böhranının aradan qaldırılması sahəsində mərkəzi bankların böyük rolu var. Bu ciddi məsələ ilə bağlı inflyasiyanın qarşını almaq, eyni zamanda yüksək rəqabətlilik göstərmək lazımdır». C.Hacıyev bildirib ki, konfransın məhz maliyyə böhranı dövründə keçirilməsi MDB ölkələri və digər dövlətlər üçün böyük töhfə verəcək.Qeyd edək ki, konfransda həmçinin digər dövlətlərin yüksək səviyyəli bank nümayəndələri likvidlik böhranı şəraitində bank sistemlərinə dəstək, bank və kapitalların MDB ölkələrinin transsərhəd maliyyə bazarlarına qarşılıqlı daxilolmalarının əlverişli şəraitinin yaradılması məsələlərini müzakirə edir. Konfransın təşkilatçısı rolunda MDB Bank-Maliyyə Şurası çıxış edir, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır. Tədbir oktyabrın 25-də yekunlaşacaq. -
10-24-2008, 03:30 PMAPANaxçıvanda "İlin qəzeti" və "İlin jurnalisti" müsabiqələri keçiriləcək
[b]Naxçıvanda "İlin qəzeti" və "İlin jurnalisti" müsabiqələri keçiriləcək[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Bu il Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq «İlin qəzeti» və «İlin jurnalisti» müsabiqələri keçiriləcək. Naxçıvan MR Mətbuat Şurasının sədri Fərəc Fərəcovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, müsabiqələrin təşkilində məqsəd fəaliyyəti ilə seçilən qəzeti və jurnalistləri müəyyənləşdirməkdir. Şura sədri onu da əlavə edib ki, müsabiqələr çərçivəsində regionun mətbu orqanlarının illik fəaliyyəti təhlil ediləcək, «İlin jurnalisti» peşəkar jurnalist yazılarının müəllifləri arasından seçiləcək. Nəticələr dekabrın sonlarında açıqlanacaq.Qeyd edək ki, hazırda Naxçıvan MR-də 9 mətbuat orqanı fəaliyyət göstərir. -
10-24-2008, 03:40 PMAPAMilli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək
[b]Milli Məclisin sədri Oqtay Əsədov İrana səfər edəcək[b]
[Bakı. Ramil Məmmədli - APA. Milli Məclisin sədri Oqtay Əsədov bu ilin sonunda İrana səfər edəcək. Bu barədə APA-ya İran İslami Şurasının (parlamentinin) mətbuat xidmətinin rəhbəri İsrafil Təbrizi məlumat verib. Onun sözlərinə görə, səfərin dəqiq tarixinin müəyyənləşməsi Azərbaycan tərəfindən asılıdır. Səfər tanışlıq xarakteri daşıyacaq və iki ölkə parlamentləri arasında hər hansı bir sənədin imzalanması müzakirə mövzusu olmayacaq. Səfər zamanı O. Əsədov parlamentlərarası dostluq qrupunun fəaliyyətinin genişləndirməsi barədə müzakirələr aparacaq. Azərbaycan parlamentinin sədri həmçinin səfər çərçivəsində bu ölkənin rəsmiləri ilə görüşəcək. İ. Təbrizi İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun İran parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin 2009-cu ilin əvvəllərində Azərbaycan səfər edəcəyini də söyləyib: "Səfərin vaxtı isə Oqtay Əsədovun İran səfərindən sonra bəlli olacaq". -
10-24-2008, 03:50 PMAPABalakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb
[b]Balakən Meşə Müəssisəsinin direktoru və daha beş işçisi işdən çıxarılıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın meşələrində qeyri-leqal yollarla meşə məhsullarının dövriyyəsinin qarşısının alınması, meşə qanunvericiliyinin günün tələblərinə uyğun yerinə yetirilməsi sahəsində meşə mühafizə xidmətinin iş və icra intizamını artırmaq məqsədilə komissiya yaradıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, komissiyanın fəaliyyəti nəticəsində oktyabrın 11-də Şəki rayonu ərazisində qanunsuz daşınan 40 kubmetr həcmində hazır taxta materialı saxlanılıb. Araşdırma zamanı sözügedən taxta materiallarının Balakən rayonundan gətirildiyi məlum olub. Faktla əlaqədar Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırılıb. Yol verilən qanunsuzluqlara görə müəssisənin direktoru, iki meşəbəyi və üç meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Hazırda həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür. -
10-24-2008, 04:20 PMAPASon bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib
[b]Son bir həftə ərzində 42 PKK terrorçusu məhv edilib[b]
[Ankara - APA. Oktyabrın 17-də Türkiyə hərbi aviasiyasının İraqın şimalındakı Kandil dağında yerləşən PKK düşərgələrini bombalaması nəticəsində 25 terrorçunun öldüyü müəyyənləşdirilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general Mətin Gürak deyib. O, son həftədə ölkə daxilində həyata keçirilən əməliyyatlar nəticəsində daha 17 terrorçunun məhv edildiyini, beləliklə, bir həftə ərzində terror təşkilatının canlı qüvvə itkisinin 42-yə çatdığını bildirib. M. Gürak eyni müddətdə 7 terrorçunun təslim olduğunu söyləyib. -
10-24-2008, 04:30 PMAPA«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub
[b]«Azercell»in daha iki abonenti «Toyota» avtomobili udub[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin keçirdiyi «Yubiley hədiyyələri» kampaniyasının qalibi olmuş daha iki nəfər «Toyota Corolla» avtomobili qazanıb.Avtomobillərin təqdim etmə mərasimində çıxış edən «Azercell»in vitse-prezidenti Ali Ağan bildirib ki, kampaniya bu ilin iyunun 1-dən avqustun 31-dək keçirilib. Kampaniya çərçivəsində 10 maşın və 10 mln. pulsuz dəqiqə oynanılıb. «Azercell»in «SimSim»in 10 illiyinə həsr etdiyi kampaniyada uduşa çıxarılan maşınlardan ikisinin sahibi hələ bəlli deyil.Şirkətin vitse-prezidentinin sözlərinə görə, indiyə qədər keçirdikləri «Milyonların kampaniyası», «10 il kampaniyası», «1001 hədiyyə» və digər kampaniyalar çərçivəsində artıq 10 «Azercell» abonenti 2 otaqlı mənzil, 1 nəfər «BMW» avtomobili, minlərlə insan kompüter, video kamera, musiqi pleyeri, mobil telefon və s. bu kimi qiymətli hədiyyələr qazanıb. A.Ağan «Azercell» şirkətinin gələcəkdə də yeni kampaniyalar keçirməyi planlaşdırdığını vurğulayıb. -
10-24-2008, 04:40 PMAPAPrezident İlham Əliyev: "Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb"
[b]Prezident İlham Əliyev: "Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıb"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Ümid edirəm ki, bu seçkilər Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində böyük rol oynayacaq. Bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaq.
[Beş il əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına ölkənin hərtərəfli inkişafı üçün fəal çalışacağıma, Heydər Əliyev siyasətini davam etdirməyə söz vermişdim. Qarşıdakı beş il ərzində də həmin siyasətə sadiq qalacaq, bu yoldan dönməyəcəyəm". APA-nın məlumatına görə, bu sözləri növbəti müddətə Azərbaycan prezidenti seçilmiş İlham Əliyev bu gün keçirilmiş andiçmə mərasimi zamanı çıxışında deyib. İ. Əliyev son beş ildə Azərbaycanda iqtisadi nailiyyətlərin əldə edildiyini, dövlətin gücləndiyini, siyasi-iqtisadi islahatların aparıldığını bildirib: "Biz beynəlxalq məsələlərin həllində çox böyük işlər görmüşük. Son beş il ərzində regionda Azərbaycanın liderliyi möhkəmlənib. Xarici siyasətdə də mövqelərimizi gücləndirmişik. Bizim bütün təşəbbüslərimiz bölgədə sabitliyin qorunmasına yönəlib. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız dərinləşib. Mən şübhə etmirəm ki, növbəti illərdə də bizim xarici siyasətimiz çox çevik olacaq. Bütün ölkələrlə dostluq münasibətlərinin davam etdirilməsinin tərəfdarıyıq".Azərbaycanda siyasi islahatlar sahəsində böyük işlər görüldüyünü deyən dövlət başçısı siyasi və iqtisadi islahatların paralel şəkildə aparılmasının vacib olduğunu vurğulayıb. Son dörd ildə Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider ölkə olduğunu deyən İlham Əliyev bu müddətdə ümum daxili məhsulun 2,7 dəfə artdığını diqqətə çatdırıb: "Adambaşına düşən ümumi daxili məhsul 2008-ci ilin yekunlarına görə təxminən 6 min dollar təşkil edəcək. Bundan başqa, sənaye istehsalı 2,7 dəfə artıb. Son beş ildə dövlət büdcəsində 10 dəfədən çox artım olub. 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə icmal büdcə 15 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatları 1,6 milyard dollar səviyyəsində idisə, bu günə olan məlumata görə, Azərbaycanın ümumi valyuta ehtiyatları 17 milyard dollar təşkil edir. Son beş ildə Azərbaycan iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulub ki, bu da bütün müstəqillik dövründə ölkəyə qoyulan sərmayələrin 77 faizini təşkil edir. Orta sinfin yaranması artıq reallıqdır. Qeyri-neft sektoru sahəsində böyük uğurlar əldə edilib. Biz özümüzü əsas ərzaq məhsulları ilə 90-95 faiz təmin edirik. Bir çox məhsullar isə xarici ölkələrə ixrac edilir. Bu gün Azərbaycan iqtisadi cəhətdən özünü tam təmin edib. Son beş ildə minimum təqaüd 4, minimum əmək haqqı 8, orta aylıq əmək haqqı isə 3,6 dəfə artırılıb. Ünvanlı sosial yardım alan insanların sayı 600 min nəfərə çatıb. 2003-cü ildə yoxsulluq şəraitində yaşayan insanlar 49 faiz təşkil edirdisə, 2007-ci ilin yekunlarına görə bu rəqəm 16 faizə düşüb. Son beş ildə 4 beynəlxalq aeroport, 8 elektrik stansiyası tikilib, yeni yollar salınıb, qazlaşma prosesi həyata keçirilib, su kəmərləri çəkilib. Ölkədə 741 min iş yeri açılıb ki, bunun da 531 mini daimi iş yeridir". Prezident son beş ildə Azərbaycanda 1600 məktəbin tikildiyini, 240 tibb müəssisəsinin istifadəyə verildiyini, 14 Olimpiya İdman Kompleksinin inşa edildiyini qeyd edib. Dövlət başçısı bildirib ki, 2003-cü ildə Azərbaycanda neft hasilatı 15,4 milyon ton təşkil etdiyi halda, bu il bu rəqəmin 50 milyon tondan çox olacağı proqnozlaşdırılır: "2003-cü ildə ölkədə 5,5 milyard kubmetr qaz hasil edilirdisə, bu ilin sonuna kimi qaz hasilatı 20 milyard kubmetrdən çox olacaq. Azərbaycan öz enerji təhlükəsizliyini artıq təmin edib. Biz enerji idxalatçısından enerji ixracatçısına çevrilmişik". Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırıldığını deyən dövlət başçısı bu gün Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmadığını bildirib. Prezident İ. Əliyev bildirib ki, son beş ildə 17 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir binaları olan 36 yeni qəsəbə salınıb. İ. Əliyev həyata keçirdiyi siyasətin Azərbaycan xalqının maraqlarına xidmət etdiyini, görülən işlərin nəticələrinə baxmağın çox sevindirici olduğunu diqqətə çatdırıb: "Vətənimizin inkişafı üçün mən əlimdən gələnə əsirgəməyəcəyəm, bundan sonra da Azərbaycan xalqına xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!" -
10-24-2008, 04:50 PMAPATerri Devis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
[b]Terri Devis Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurasının baş katibi Terri Devis Azərbaycan prezidenti İlham Əliyevi yenidən bu posta seçilməsi münasibətilə təbrik edib. Avropa Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Terri Devis prezidentə göndərdiyi məktubda Azərbaycanın Avropa məkanına inteqrasiyanı davam etdirəcəyinə ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, Avropa Şurası ilə əməkdaşlıq daha da aktivləşdiriləcək, siyasi və iqtisadi sahələrdə islahatlar davam etdiriləcək". -
10-24-2008, 05:00 PMAPAAzərbaycan prezidenti Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb
[b]Azərbaycan prezidenti Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb[b]
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında fərman imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmanla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Kabinet üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.Qeyd edək ki, Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, yeni seçilmiş prezident and içdiyi və səlahiyyətlərinin icrasında başladığı vaxtdan Nazirlər Kabineti istefa verir. -
10-24-2008, 05:10 PMAPAValentin Xodukin: "Komandam "Neftçi" klubunu qıcıqlandıra bilir"
[b]Valentin Xodukin: "Komandam "Neftçi" klubunu qıcıqlandıra bilir"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "İnter"lə "Neftçi" bir-birini qıcıqlandıra bilən komandalardır. Barışmaz rəqiblərin görüşü həmişə gərgin və maraqlı alınır". Bunu "APA-SPORT"a açıqlamasında "İnter" klubunun baş məşqçisi Valentin Xodukin deyib. İki ildir "Neftçi" üzərində qələbə qazana bilməyən 69 yaşlı ukraynalı mütəxəssis bildirib ki, bu rəqiblə oynamaq çətindir: "Rəqib komanda ötən mövsümün ilk dövrəsində, Vlastimil Petrjelanın yeni gəldiyi vaxtda da zəif çıxış edirdi. Ancaq bizimlə oyunda xoş təsir bağışladı və xal qazandı. Yəni, "Neftçi" istənilən halda, "Neftçi"dir. Amma komandamı da onlar üçün ciddi rəqib sayıram. Gedenin heyətdə islahatlar etməsi "Neftçi"nin çıxışına təsir göstərir. Demyanenkonun vaxtındakı oyunun indikindən fərqlənməsi bəzi ifaçıların dəyişdirilməsi ilə bağlıdır". "Neftçi" klubunun cari mövsümdə uğursuz çıxışını müvəqqəti hal hesab edən Xodukin vurğulayıb ki, belə şeylərə qətiyyən fikir vermir: "Məgər kimin problemi yoxdur? Hər bir komandanın özünəməxsus çətinliyi var. Rəqibin uğursuz çıxışı bizi arxayınlaşdırmır. Əskinə, oyunu ciddi hazırlaşmışıq və qələbə qazanmaq istəyirik. Kim meydanda ən yaxşı keyfiyyətlərini ortaya qoysa, o da nəticə qazanacaq. Təbii ki, idman xoşbəxtliyi, bəxt, hakimlikdən də çox şey asılıdır. Əsas istəyim odur ki, Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası ciddi səhvlərə yol verməsin". -
10-24-2008, 05:20 PMAPAQyoko Hacıyevski: "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır"
[b]Qyoko Hacıyevski: "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Bazar günü Azərbaycan Premyer Liqasının IX turunun mərkəzi görüşündə lider "Xəzər Lənkəran" ən yaxın izləyicisi "Bakı" klubunun qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan əvvəl Lənkəran təmsilçisinin baş məşqçisi Rasim Kara iddialı açıqlama verib. Hazırlığın normal getdiyini söyləyən Kara bildirib ki, komandası bu oyuna da qələbə üçün çıxacaq: "Düzdür, Cambazovun yoxluğu müəyyən problemlər yaradır. Amma bu, iddiamıza təsir edə bilməz. Qələbə seriyasını sürdürmək, ardıcıl səkkizinci qələbəmizi qazanmaq istəyirik. "Bakı" çox yaxşı rəqibdir. Təsadüfi deyil ki, ən yaxın izləyicimiz məhz bu komandadır"."Biz liderlə görüşə yalnız qələbə qazanmaq üçün çıxacağıq. Çünki ilk pilləni ələ keçirmək üçün bundan yaxşı fürsət ola bilməz". Bu fikirləri isə "APA-SPORT"a açıqlamasında "Bakı" klubunun baş məşqçisi Qyoko Hacievski deyib. 53 yaşlı makedoniyalı mütəxəssis bu oyunda meydan amilindən istifadə etməyin vacibliyini bildirib: "Lənkəranda oynasaydıq, oradakı atmosferdə qələbə qazanmaq çətin olardı. Ancaq liderlə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşırıq və deməli, mütləq qalib gəlməliyik. Rəqib komanda şəraitinə, təşkilatçılığına, oyun nizam-intizamına görə Azərbaycanda ən yaxşılardandır. Bununla belə, biz bu klubun qələbə seriyasını qırmaq gücündəyik. Cari mövsümdə lənkəranlılarla müqayisədə biz daha çətin oyunlar keçirmişik. Rəqibin isə ciddi sınağı yalnız son turda "Neftçi" ilə görüşdə olub. Ardıcıl 7 oyun qələbə qazanan "Xəzər-Lənkəran"ın çətin oyunları hələ qabaqdadır. İstənilən halda, biz lideri dayandırmağa köklənmişik". Hacıyevski əlavə edib ki, rəqib komandanın heyətində vurduğu 9 qolla cari mövsümün bombardiri olan bolqarıstanlı hücumçu İvan Svetkovu hələ vətənində çalışarkən tanıyır: "İvan texnikalı hücumçudur, yaxşı qol duyumu var. Cərimə meydanında çox təhlükəlidir. Hər halda, zəif cəhətləri də olduğundan onun qarşısını almağı bilirəm. İvan sürətli futbolçu deyil. Elə buna görə də vaxtilə hücumda deyil, orta sahədə çıxış edib". -
10-24-2008, 05:30 PMAPATürkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib
[b]Türkmənistan prezidenti Avstriya rəsmiləri ilə «Nabucco» layihəsinin perspektivlərini müzakirə edib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Avstriyanın xüsusi məsələlər üzrə səfiri Marey Rayx-Rorviq və OMV konserninin baş direktoru Volfqanq Ruttensdorferi qəbul edib. Görüşdə təbii qazın Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan «Nabucco» layihəsinin irəliləmə məsələləri müzakirə olunub. «APA-ECONOMICS»in «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata əsasən, M.Rayx-Rorviq Avstriya tərəfindən Türkmənistanın enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması yollarının diversifikasiyasına istiqamətlənən siyasəti, həmçinin Türkmənistan prezidentinin beynəlxalq boru kəmərlərinin təhlükəsizlik zəmanətləri barədə BMT tərəfindən xüsusi qətnaməsinin qəbul edilməsi üzrə təşəbbüsünün tam dəstəkləndiyini söyləyib.Q.Berdımühəmmədov isə öz növbəsində enerji daşıyıcılarının xaricə çıxarılması prosesində çoxvariantlılıq prinsiplərinə üstünlük verdiklərini bildirib, bu istiqamətində mövcud olan bütün təkliflərə baxmağı hazır olduqlarını vurğulayıb.V.Ruttensdorfer isə qeyd edib ki, Türkmənistan prezidenti ilə görüşdə «Nabucco» layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə konstruktiv fikir mübadiləsi aparılıb: «Biz bu məsələlər üzrə bütün təklifləri dərindən öyrənərək Türkmənistan prezidentinin Avstriyaya nəzərdə tutulan səfərinə qədər hazırlayacağıq».Xatırladaq ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞÂ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır. -
10-24-2008, 05:40 PMAPABakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir
[b]Bakıda VIII beynəlxalq təhsil yarmarkası keçirilir[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda Bakı Təhsil Məlumat Mərkəzi (BTMM) və Amerika Təhsil Qrupunun təşkilatçılığı ilə VIII beynəlxalq təhsil yarmarkası keçirilir. APA-nın məlumatına görə, yarmarkanın məqsədi bütün maraq göstərən şəxsləri və təşkilatları bir yerdə toplayıb Azərbaycanın xaricdə təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. BTMM-nin direktoru Bahar Hacızadənin verdiyi məlumata görə, yarmarkada Birləşmiş Ştatların 20, Britaniyanın 2 ali təhsil müəssisəsi, Almaniya Təhsil Mərkəzi və Qazaxıstandakı Amerika Təhsil Mərkəzi iştirak edir. Təhsil müəssisələrinin nümayəndələri öz təhsil proqramları və fəaliyyətləri haqqında məlumat verərək yarmarka iştirakçılarını material və bukletlərlə təchiz edəcəklər. Tədbiri Amerika ölkəmizdəki səfirliyi dəstəkləyir maliyyə yardımını isə universitetlərin özləri edir. -
10-24-2008, 05:50 PMAPAAsiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gəlib
[b]Asiya İnkişaf Bankının enerji missiyası Azərbaycana gəlib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Asiya İnkişaf Bankının (AİB) «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» (Power Transmission Enhancement Project) üzrə Azərbaycan hökuməti ilə növbəti danışıqların aparılmasına dair mütəxəssisi Tianxua Luo (Tianhua Luo) Bakıya gəlib. AİB-in Bakı ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində T.Luo bir sıra dövlət qurumlarında, həmçinin Azərbaycan Sənaye və Energetika Nazirliyində və «Azərenerji» ASC-də görüşlər keçirəcək.Qeyd edək ki, layihə 240 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq. Öz növbəsində bu ilin sentyabr ayının əvvəlində AİB-in Direktorlar Şurası sözügedən layihə üçün 160 mln. dollar kreditin ayrılmasını təsdiqləyib. Belə ki, 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək. Xatırladaq ki, layihənin hazırlanması üzrə konsaltinq xidmətlərini İsveçrənin «Entec» şirkəti göstərir. Konsaltinq xidmətlərinə AİB qrant şəklində 500 min dollar, Azərbaycan və Finlandiya hökumətlərinin hər biri isə 200 min dollar ayırıb. -
10-24-2008, 06:10 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub[b]
[Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani avtomobil qəzasında həlak olub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 23-də axşam saatlarında Təbriz yaxınlığında baş verib. Hadisə zamanı avtomobildə olan Qulamrza Əmani və qardaşı dünyasını dəyişiblər. Hadisənin təfərrüatları haqqında isə heç bir məlumat verilməyib. Qeyd edək ki, 35 yaşlı Q. Əmani İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olub. Bir neçə dəfə İran hüquq-mühafizə orqanları onu siyasi baxışlarına görə həbs edib. Əmani sonuncu dəfə isə 2006-cı ilin mayında azərbaycanlıların İranda keçirilən etiraz aksiyalarının təşkilində ittiham olunaraq saxlanılıb. -
10-24-2008, 06:20 PMAPADenver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib
[b]Denver Universitetində Azərbaycanla bağlı müzakirələr keçirilib[b]
[Los-Anceles-APA. Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Elin Süleymanov və vitse-konsul Elşən Baloğlanov Kolorado ştatının paytaxtı Denver şəhərinə səfər ediblər. Konsulluqdan APA-nın ABŞ bürosuna verilən məlumata görə, Azərbaycan diplomatları şəhərin meri Jon Xikenloperom, ştatın qubernatorunun müşaviri, Denver Universiteti və yerli biznes dairələri ilə iqtisadi əməkdaşlıq və təhsil sahəsi üzrə mübadilə məsələlərini müzakirə ediblər. Yerli KİV nümayəndələri ilə görüşdə Azərbaycan nümayəndələri regiondakı vəziyyət barədə danışıblar. Denver Universitetinin tələbələri və şəhərin beynəlxalq əlaqələr üzrə şurasının çoxsaylı auditoriyası qarşısında çıxış edən baş konsul Elin Süleymanov Azərbaycanın bugünkü xarici siyasəti barədə söhbət açıb. Müzakirələrdə Azərbaycan cəmiyyətində hökm sürən tolerantlıq və şəffaflıq mövzusuna xüsusi maraq göstərilib. Avropanın enerji təhlükəsizliyinə ölkəmizin töhfəsi və xarici siyasətin balanslı təməlləri maraq doğuran daha bir mövzu olub. Qeyd etmək lazımdır ki, Denver Universitetinin beynəlxalq əlaqələr departamenti sabiq dövlət katibi Madlen Olbraytın atası Jozef Korbelin adını daşıyır. Universitetin məşhur məzunlarından biri indiki dövlət katibi Kondaliza Raysdır. -
10-24-2008, 06:30 PMAPAYanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi və tədiyyələr üzrə daxilolmalar 4 382 570,6 min manat və ya proqnozdan 7,9% çox olub. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 34% çoxdur. Bu barədə «APA-ECONOMICS»ə Vergilər Nazirliyindən məlumat verilib.Hesabat dövründə əlavə dəyər vergisi üzrə daxilolmalar 853 372,7 min manat (proqnozdan 7,1% çox), aksizlər 266 882,3 min manat (+0,1%), mədən vergisi 115 179,7 min manat (+15,1%), mənfəət vergisi 2 271 456,1 min manat (+16%), torpaq vergisi 27 716,2 min manat (+25,7%), əmlak vergisi 80 877,6 min manat (+0,2%), dövlət rüsumu 46 088,2 min manat (+19,5%), yol vergisi 19 578,6 min manat (+1,5%), sair daxilolmalar 200 233,3 min manat (+27,8%) və dövlət mülkiyyətində olan torpaqların icarə haqqı 1 219,4 min manat (+7,9%) olmaqla yerinə yetirilib.Cari ilin 9 ayında fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar proqnozdan 21% az yerinə yetirilib və bu vergi növü üzrə büdcəyə 454 906,1 min manat vəsaitin ödənilməsi təmin olunub. Hesabat dövründə sadələşdirilmiş vergi üzrə proqnoz 0,7% az yerinə yetirilməklə 46 279,8 min manat vəsait toplanıb. -
10-24-2008, 07:20 PMAPAOmbudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib
[b]Ombudsman əsir götürülən Azərbaycan əsgərinin qaytarılması ilə bağlı BQXK-nin Bakı nümayəndəliyinin rəhbərinə müraciət edib[b]
[Bakı-APA. Ombudsman Elmira Süleymanova bu il oktyabrın 8-də Qazax rayonu ərazisində, qoşunların təmas xətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan əsgəri Rafiq Rəhman oğlu Həsənovun qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri T. Vandenhova müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Ermənistan Silahlı Qüvvələri tərəfindən müntəzəm şəkildə Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərinin əsir və girov götürülməsinin cəmiyyətdə böyük narahatlıq doğurduğu qeyd olunub: "Mandatınız çərçivəsində Rafiq Həsənovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamasının təmin edilməsində və regional nümayəndəlikləriniz vasitəsilə onun vəziyyətinin nəzarətdə saxlanılmasında yardımçı olmağınızı sizdən xahiş edirəm". Ombudsman bununla bağlı BQXK tərəfindən həlledici tədbirlərin görüləcəyinə, gələcək əməkdaşlığa, yaxın günlərdə T. Vandenhovla birgə görüşünün keçiriləcəyinə ümid bəslədiyini bildirib. -
10-24-2008, 07:30 PMAPAAdler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib - YENİLƏNİB
[b]Adler-Moskva təyyarəsini qaçırmağa cəhd edən şəxs zərərsizləşdirilib - YENİLƏNİB[b]
[Moskva - APA. Adler-Moskva təyyarəsində insident baş verib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri ayağa qalxaraq "Allahu-Əkbər" deyə qışqırıb. O, təyyarəni ələ keçirdiyini bildirərək Moskvaya uçan təyyarənin Avstriyanın paytaxtı Vyanaya yönəlməsini tələb edib. Qrafikə əsasən təyyarə Moskva vaxtı ilə saat 17.45-də "Vnukovo" hava limanına enməlidir. "Boeing-737" təyyarəsində 130 sərnişin var. Təyyarə Moskva vaxtı ilə saat 18.05-də "Vnukovo"ya enib. Xüsusi xidmət orqanları təyyarəni partlatmaqla hədələyən naməlum şəxsi zərərsizləşdiriblər. O, həbs olunub. -
10-24-2008, 07:40 PMAPA"Azersun"un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib
[b]"Azersun"un istehsal etdiyi bitki yağları beynəlxalq konfransda 8 medal qazanaraq, ən yüksək nəticə göstərib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Sankt-Peterburqda «Yağ Sənayesi 2008» VIII Beynəlxalq Konfrans keçirilib. «Azersun Holding»dən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı «Azersun Holding»ə daxil olan «Bakı Yağ və Qida Sənaye» ASC təmsil edib. Konfrans çərçivəsində beynəlxalq münsiflər heyətinin iştirakı ilə müsabiqə keçirilib və «Bakı Yağ və Qida Sənaye» müəssisəsinin istehsalı olan yüksək keyfiyyətli müxtəlif markalı Azərbaycan yağları dequstasiya müsabiqəsində iştirak edərək 8 medal qazanıb. Ən yüksək nəticəyə nail olan Azərbaycanın milli yağları 4 qızıl və 4 gümüş medalla yanaşı, xüsusi diplomlarla da təltif olunub. Qeyd edək ki, «Bakı Yağ və Qida Sənaye» ASC-nin istehsal etdiyi «Teksun», «Final», «Super Sun», «Paşa» və «Aysun» yağlarının istehsalına 1996-cı ildən başlanılıb. Zavodda ABŞ-dan, İtaliyadan, Fransadan alınan texnoloji avadanlıqlardan istifadə olunur. -
10-24-2008, 11:10 PMAPAAzərbaycan və Gürcüstan prezidentləri arasında görüş olub
[b]Azərbaycan və Gürcüstan prezidentləri arasında görüş olub[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev andiçmə mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.
[APA-nın xəbərinə görə, Mixail Saakaşvili dövlət başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
10-24-2008, 11:20 PMAPAAzərbaycan prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib
[b]Azərbaycan prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
[APA-nın xəbərinə görə, S. Narışkin prezidentə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin təbriklərini, salamlarını və dərin hörmətini çatdırıb. Prezident İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevin salamlarına və səmimi təbriklərinə görə minnətdarlığını bildirib, özünün də salamlarını və ən xoş arzularını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş edib.Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və qarşılıqlı əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. -
10-24-2008, 11:30 PMAPAAzərbaycan prezidenti NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
[APA-nın məlumatına görə, andiçmə mərasiminin iştirakçısı olmaqdan məmnunluğunu bildirən Robert Simmons NATO-nun baş katibi Yaap de Hoop Sxefferin təbrik məktubunu dövlət başçısına təqdim edib.Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.Görüşdə Azərbaycanla NATO arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. -
10-24-2008, 11:40 PMAPAAzərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib[b]
Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul edib.
[APA-nın xəbərinə görə, ölkə başçısını təbrik edən Endryu İnqlis andiçmə mərasimində iştirak etməsindən məmnunluğunu ifadə edib.Dövlətimizin başçısı təbrikə görə minnətdarlıq edib. Prezident vurğulayıb ki, son beş ildə ölkəmizdə təkcə neft-qaz sektorunda deyil, hər bir sahədə, o cümlədən təhsil, səhiyyə, infrastrukturun inkişafı, siyasi və digər sahələrdə böyük irəliləyişlərə nail olunub. Dövlət başçısı Azərbaycanın əldə etdiyi bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin və zəngin enerji resurslarının dayandığını deyib. bp şirkəti ilə Azərbaycanın artıq on beş il əməkdaşlıq etdiyini bildirən prezident bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb. -
10-25-2008, 11:00 AMAPAAzərbaycan sabahdan qış vaxtına keçəcək
[b]Azərbaycan sabahdan qış vaxtına keçəcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Sabah Azərbaycanda yay vaxtı başa çatır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, sabahdan Azərbaycan qış vaxtına keçəcək.
[Bununla əlaqədar olaraq oktyabrın 26-sı saat 05:00-da Azərbaycanda saatların əqrəbi bir saat geri çəkiləcək. -
10-25-2008, 11:10 AMAPAAlbaniya yığması Bakıya gəlir
[b]Albaniya yığması Bakıya gəlir[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan futbol yığması noyabrın 19-da Albaniya ilə yoldaşlıq görüşü keçirə bilər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən "APA-SPORT"a verilən məlumata görə, bununla bağlı şifahi razılıq əldə olunub. Tərəflər bu məsələni rəsmiləşdirəcəkləri təqdirdə, albaniyalılar gələn ay Bakıya təşrif buyuracaqlar.Hazırda Albaniya milli komandası FİFA-nın reytinq cədvəlində Azərbaycandan 60 pillə yuxarıda, 83-cü sırada qərarlaşıb. 2010-cu ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmağa iddialı olan adıçəkilən yığma qrupda 5 xalla 4-cü yeri tutur. Hollandiyalı baş məşqçi Arye Hanın yetirmələri son rəsmi matçda səfərdə Portuqaliyadan bir xal almaqla (0:0), sensasiyaya imza atıblar.Qeyd edək ki, milli komandamız noyabrın 19-da Latviyanı qəbul etməli idi. Lakin bir neçə gün öncə latviyalılar nəqliyyat problemini əsas gətirərək, paytaxtımıza gəlməkdən imtina ediblər. -
10-25-2008, 11:20 AMAPA1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb
[b]1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb[b]
[Bakı. Viktoriya Dementeva-APA. "Son 15 il ərzində ABŞ-ın qəbul etdiyi bir çox təhsil proqramları üzrə Azərbaycan tələbələri və məktəbliləri ABŞ-da təhsillərini davam etdirə bilirlər". APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakıda keçirilən Amerika təhsil yarmarkasında bildirib. Səfir deyib ki, bu proqramlar sırasında FLEX, Muskie, U-Grad, Fulbright və başqaları var. Enn Dersi qeyd edib ki, proqramlar üzrə 1700-dən çox Azərbaycan tələbəsi ABŞ-da təhsil alıb: "Gələcəkdə bu rəqəm artacaq. Təhsil sərmayədir. Bu sahəyə yatırılan sərmayələr xalqın gələcəyini təmin edir". -
10-25-2008, 11:30 AMAPAŞərurda keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub
[b]Şərurda keçirilən əmək yarmarkasında 43 nəfər işlə təmin olunub[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda növbəti əmək yarmarkası keçirilib. Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara 24 müəssisə və təşkilatdan 220 boş iş yeri təqdim olunub. Vakant yerlər təqdim edən müəssisələrdən 15-i özəl, 9-u dövlət təşkilatı olub. Yarmarkanın keçirildiyi müddətdə 43 nəfər daimi işlə təmin olunub, 6 nəfər kvota yerinə göndərilib. Qeyd edək ki, növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar noyabr ayının ortalarınadək regionun bütün bölgələrini əhatə edəcək. -
10-25-2008, 11:50 AMAPANaxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib
[b]Naxçıvanın vergi orqanlarında vakant işləri yerləri üzrə müsabiqə elan edilib[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi dövlət vergi orqanlarında mövcud 27 vakant yerə işə qəbul üçün müsabiqə elan edib. Nazirlikdən APA-nın yerli bürosuna verilən məlumata görə sənəd qəbulu dekabrın 1-dək aparılacaq. Sənəd qəbulunda yaşı 35-dən aşağı olan, ali təhsilli, hərbi xidmətdə olmuş, cinayət məsuliyyətinə cəlb olunmayan, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən ən azı birinə malik olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Qeyd edək ki, müsabiqə qalibləri Naxçıvan MR Vergilər Nazirliyində 5, muxtar respublikanın Naxçıvan şəhəri və 7 rayonunun vergilər şöbələrində 22 vakant vəzifəyə təyin olunacaq. Boş iş yerlərinin sayının müsabiqənin sonuna qədər dəyişməsi də istisna edilmir.