[b]Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib[b]
[Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyən bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, son günlər Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bəzi dövlət rəsmiləri və KİV nümayəndələri tərəfindən bu prosesin müsbət hadisə kimi təqdim olunması cəhdləri ciddi narahatlıq doğurur: "Biz Azərbaycan və Türkiyəyə qarşı törədilən erməni cinayətlərini unudaraq xoş münasibətlər yaratmaq cəhdlərini, işğalçı Ermənistanın nümayəndələri ilə aparılan gizli danışıqları, Türkiyə prezidentinin İrəvana səfər etmək niyyətini qətiyyətlə pisləyirik. Ermənistan öz mövqeyindən geri çəkilməyib, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı"nda hələ də israr edir. Ermənistanın cinayətkar rejimi özünü legitimləşdirməyə, beynəlxalq birliyin rəğbətini bərpa etməyə, beynəlxalq təşkilatların təzyiqlərindən yaxa qurtarmağa çalışır. Ona görə də Azərbaycan və Türkiyə ilə xoş münasibətlər görüntüsü yaratmağa cəhd göstərir". QAT hesab edir ki, Azərbaycan və Türkiyə rəhbərliyi Ermənistanın yalançı sözlərinə və növbəti fırıldaqlarına aldanmamalı, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməlidir.
Azərbaycan Xəbərləri
Printable View

07-22-2008, 04:01 PMAPAQarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib

07-22-2008, 04:11 PMAPAAllahşükür Paşazadə: "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır"
[b]Allahşükür Paşazadə: "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır". APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, həbsdəki jurnalistlərdən belə bir müraciət daxil olarsa, Prezident yanında Əfv Komissiyasının üzvü kimi əlindən gələn köməkliyi göstərməyə hazırdır. Jurnalistləri peşə bayramları münasibətilə təbrik edən A. Paşazadə onların fəaliyyətini yüksək qiymətləndirib: "Fikirləşirəm ki, mənim şeyxülislamlığım mətbuatsız necə olardı? Siz bizim dilimiz, gözümüz və ürəyimizsiniz. Gördüyünüz işlər həqiqətən böyükdür. Kiçik problemlər hər yerdə var. Bir şeyx kimi bütün jurnalistlərə həqiqəti yazmağı tövsiyə edirəm". -
07-22-2008, 04:21 PMAPAAzərbaycan Beynəlxalq Universitetinin tələbəsini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
[b]Azərbaycan Beynəlxalq Universitetinin tələbəsini qətlə yetirən şəxsin məhkəməsi başlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi Nahid Abbasobu qətlə yetirən 1990-cı il təvəllüdlü Rəhman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, növbəti porses iyulun 29-na təyin olunub. Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcələsinin 120.2.2-ci (qxuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silah, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunur. İttihama görə, R. Əliyev bu ilin martın 25-də N. Abbasovu Nərimanov rayonu, A. Gəraybəyli küçəsində qətlə yetirib. -
07-22-2008, 04:31 PMAPAAli məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
[b]Ali məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb[b]
Bakı - APA. 2008-2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin IV ixtisas qrupuna iyulun 20-də keçirilmiş qəbul imtahanının nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.
[TQDK-dan APA-ya verilən məlumata görə, IV ixtisas qrupu üzrə 17164 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. İmtahanda 15873 abituriyent iştirak edib. 13 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub. IV ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3459-dur. (Azərbaycan bölməsində 2048, rus bölməsində 316, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095). Test imtahanının nəticəsinə əsasən 4179 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 3628 nəfər, rus bölməsi üzrə 551 nəfər). Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal intervalında nəticə göstərib. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. -
07-22-2008, 04:41 PMAPA"Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb
[b]"Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Həsən Əliyevin sədrliyi ilə Bakı şəhər sakini Emin Əmirovun məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə hakim zərərçəkmişlər - millət vəkili Fərhad Qəribovun oğlu, "Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və iş adamı İlqar Məmmədovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.Qeyd edək ki, E. Əmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, adı çəkilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib və pula müğənni Xumar Qədimova üçün 280 min dollar dəyəri olan ev alıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Emin Əmirov özünü qismən təqsirli bilib. Məhkəmə prosesi davam edir. Qeyd edək ki, Emin Əmirov mobil telefon aparatlarının topdansatışı ilə məşğul olub. -
07-22-2008, 05:01 PMAPAABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb
[b]ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb[b]
Bakı - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının daha bir üzvü Azərbaycan üzrə işçi qrupa qoşulub.
[Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, Virciniya ştatından seçilmiş konqresmen Rob Vittmen də qrupa qoşulmağa qərar verib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 42-yə çatıb. -
07-22-2008, 05:21 PMAPA"Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümü ilə bağlı tədbir keçirib
[b]"Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümü ilə bağlı tədbir keçirib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümünü milli mətbuatın bugünkü inkişafında əvəzsiz töhfələri olan şəxslərin məzarlarını ziyarətlə qeyd edib. Təşkilatdan APA-ya daxil olan məlumata görə, jurnalistlərin peşə bayramında məktəbin 30-dan artıq dinləyicisi «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun və Azərbaycan mediasının inkişafında misilsiz rolu olan Nəcəf Nəcəfovun məzarlarını ziyarətlə ediblər. Ziyarətdən sonra "Dəyərlər" qəzetinin redaksiyasında «Milli mətbuatımızın bu günü» mövzusunda müzakirələr keçirilib. Müzakirələrdə ölkə mediasının qarşısında duran vəzifələr, mövcud prolemlər, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. -
07-22-2008, 06:11 PMAPAİyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir
[b]İyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir[b]
[Bakı. Rəşad Süleymanov - APA. İyulun 24-dən 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bu müddət ərzində temperaturların yüksəlməsi, maksimal hərarətin Bakı və Abşeronda 37-39 dərəcə, bəzi ərazilərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında zəif cənub, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda bəzi saatlarda yüksək temperatur fonunda nisbi rütubətliliyin də normadan bir qədər yüksək olacağı əksər meteohəssas insanlar üçün əlverişsizdir. -
07-22-2008, 06:21 PMAPASumqayıtda "Xəzərin sahilində" beynəlxalq rok festivalı keçiriləcək
[b]Sumqayıtda "Xəzərin sahilində" beynəlxalq rok festivalı keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda "Xəzərin sahilində" ənənəvi beynəlxalq rok festivalı keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, İctimai Televiziya və RadioYayımları Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Yerli və əcnəbi rok musiqi ifaçılarının iştirakı ilə "Xəzərin sahilində" adlı beynəlxalq festivalın keçirilməsində məqsəd istedadlı rok ifaçılarına və qruplara geniş auditoriya qarşısında çıxış imkanının verilməsi, xarici tanınmış rok musiqi qruplarının dəvət olunması ilə yerli rok ifaçılarının peşəkarlığının artırılması, Azərbaycanda alternativ musiqi janrının inkişaf etdirilməsi və ölkəmizin musiqi mədəniyyətinin beynəlxalq aləmdə təbliğ edilməsidir. T. Vəliyev deyib ki, bütün bunlarla yanaşı, şəhərin ictimai-mədəni həyatının canlanması son zamanlar Sumqayıtın ekoloji vəziyyəti ilə əlaqədar yaranmış dezinformasiyanı ifşa etməyə, erməni təxribatı nəticəsində adı xoşagəlməz hadisələrdə hallanan şəhərimizin mədəni dəyərlərinin beynəlxalq aləmdə daha düzgün təbliğatına imkan verəcək. Festival 6-7 sentyabr tarixlərində keçiriləcək. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Almaniya, Finlandiya rok ustaları iştirak edəcəklər. -
07-22-2008, 06:31 PMAPA"Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festivalda Azərbaycan da təmsil olunub
[b]"Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festivalda Azərbaycan da təmsil olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində "Asiyanın uşaqları" IV Beynəlxalq idman oyunları "Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, festivalda ölkəmizi Bakı şəhəri Şaroyev adına 35 nömrəli musiqi məktəbinin direktoru Yusif Vəliyevin rəhbərliyi ilə məktəbin şagirdləri Çinarə Abbasova, Elçin Abdullayev və Emin Sadıqlı təmsil ediblər. Festivalın açılış mərasimində təmsilçimiz Çinarə Abbasova "Qatar" muğamını ifa edib. "Arçı Diete" evində Seuldan gəlmiş musiqiçilərlə görüşdə isə qrupumuz tərəfindən "Sarı gəlin" və "Qarabağ" mahnıları təqdim olunub. "Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı böyük konsert Saxa Teatrının konsert salonunda keçiriliib. Konsertin açılışında Saxa (Yakutiya) Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Andrey Borisov bu festivalın ilk dəfə keçirildiyini deyib. Festivalda Yaponiya, Koreya, Monqolustan, Buryatiya, Azərbaycan, Türkiyə, Qırğızıstan və Saxadan musiqiçilər iştirak ediblər. -
07-22-2008, 07:11 PMAPATürkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də AKP-nin bağlanması ilə bağlı müzakirələrə başlayacaq
[b]Türkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də AKP-nin bağlanması ilə bağlı müzakirələrə başlayacaq[b]
[Ankara - APA. Türkiyə Konstitusiya Məhkəməsi iyulun 28-də hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması məsələsi ilə bağlı müzakirələrə başlayacaq. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin məruzəçisi Alparslan Altan müzakirələrin nə qədər davam edəcəyinin bəlli olmadığını bildirib. Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsini 11 üzvü var. AKP-nin ləğv edilməsi üçün 11 üzvdən 7-nin səsi tələb olunur. -
07-22-2008, 07:21 PMAPAXalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək
[b]Xalq artisti Ramiz Quliyev Almaniyada silsilə konsertlər verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev Almaniyada 10 gün silsilə konsert proqramı ilə çıxış edəcək. Almaniyaya sentyabrda səfər edəcək Ramiz Quliyev APA-ya açıqlamasında bildirib ki, İrandan olan musiqiçilər ilə birgə Almaniyanın müxtəlif şəhərlərində konsertlər verəcək. Azərbaycan və İran musiqiçilərinin birgə konsertləri Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçiriləcək. R.Quliyev Almaniyadakı silsilə konsertlərdə "Odlar Yurdu" ansamblı ilə birgə çıxış edəcəyini qeyd edib. Bununla yanaşı, tarzən oğlu Əyyub Quliyevlə birgə dünyanın bir sıra ölkələrində konsertlər verəcəyini vurğulayıb. R. Quliyev onun həyat və yaradıcılığından bəhs edən "Tarzən Ramiz Quliyev" sənədli filminin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını da qeyd edib. -
07-22-2008, 07:31 PMAPA"Media açarı" mükafatının təşkilatçılarına və münsiflər heyətinə sərt ittiham irəli sürülüb
[b]"Media açarı" mükafatının təşkilatçılarına və münsiflər heyətinə sərt ittiham irəli sürülüb[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Mənim "Media açarı" mükafatı üçün keçirilən yazı müsabiqəsinə təqdim etdiyim yazı ekspertlər tərəfindən publisistika nominasiyası üzrə birinci yerə layiq görülüb.
[Lakin sonradan yazının mənə məxsus olduğunu bilərək, bu qərarı dəyişiblər". Bunu APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Anar Yusifoğlu bildirib. A. Yusifoğlu "Media açarı" müsabiqəsinin təşkilatçılarını və münsiflər heyətini qərəzli olmaqda ittiham edib. O bildirib ki, "Media açarı" mükafatına təqdim etdiyi 20 Yanvar hadisələrinə həsr olunmuş "Adlarını tarixə yazanlar adları ilə tarix yazdılar" sərlövhəli yazısı "Media Forum" portalında yerləşdirilib: "Əvvəl bu yazıya birinci nominasiyanın verilməsi ilə razılaşan münsiflər heyəti sonradan yazının mənə məxsus olduğunu biləndə qəribə bir bəhanə gətirdilər. Onlar əvvəlki qərarlarını dəyişmələrini yazının qəzetdə çap olunmaması, internet portalında yerləşdirilməsi ilə izah ediblər. Halbuki onlar yazıya birinci yeri verəndə də bunu bilirdilər. Digər tərəfdən, indiyə kimi "Media Forum"da yerləşdirilən başqa yazılar "Media açarı" mükafatına layiq görülüb. Hər kəs bilir ki, Azərbaycan qanunvericiliyinə görə internet mətbuatı da yazılı media sayılır. Bu, mənim adımla bağlı olan məsələdir. Onları başa düşürəm, bizim fəaliyyətimiz sadəcə, həmin şəxsləri qıcıqlandırır". A. Yusifoğlunun yazısına olan münasibət münsiflər heyətində qarşıdurma yaradıb. Buna etiraz edən münsiflər heyətinin üzvlərindən biri, Qərb Universitetinin müəllimi Altay Zahidov yekun protokoluna imza atmayıb. A. Zahidov APA-ya açıqlamasında bildirib ki, publisistika nominasiyasında iki yazı, 20 Yanvar hadisələrinə həsr edilən və ziyalıların Qarabağa səfərindən, xalq diplomatiyasından bəhs edən məqalələrin hər ikisinin birinci yerə layiq görülməsi ilə bağlı razılıq əldə olunub: "Qulu Məhərrəmli, Nəsir Əhmədli, Knyaz Aslan, Etibar Babayev və mən bununla bağlı qərar vermişdik. Sonradan məlum oldu ki, birinci məqalə Anar Yusifoğluna, ikinci isə Ceyhun Musaoğluna məxsusdur. Bir neçə gün əvvəl məni protokola imza atmaq üçün çağırdılar. Onda Qulu Məhərrəmli dedi ki, Anarın yazısı internetdə yayılıb, bu, düzgün deyil, yazı qəbul edilə bilməz. Buna etirazımı bildirdim və dedim ki, mən sizin oyunlara qatılmıram. Protokolu imzalamadım. Etibar Babayev də sənədə imza atmayıb".Qulu Məhərrəmli APA-ya açıqlamasında bildirib ki, A. Yusifoğlunun yazısı yaxşı yazılardan biri kimi seçilsə də, sonradan "Media açarı" mükafatının Nizamnaməsini nəzərə almalı olublar: "Nizamnamənin 3.1.3-cü maddəsinə görə yazıların çap olunduğu qəzetlərin nüsxələri müsabiqəyə təqdim olunmalıdır. Bu mənada təkcə Anar Yusifoğlunun yazısı deyil, foto nominasiyası üzrə təqdim olunan material da mətbuatda çap olunmadığına görə təəssüf ki, onları mükafata layiq görə bilmədik. "Media Forum" internet forumdur, internet qəzet deyil. Amma o yazı yaxşı yazı idi və mənim də xoşuma gəlmişdi. Burada xüsusi bir qərəz, məqsəd olmayıb". Q. Məhərrəmli onu da deyib ki, indiyə kimi "Media açarı" mükafatı üzrə yalnız tanınmış jurnalist Hikmət Sabiroğlunun internet portalında dərc olunan yazısı mükafata layiq görülüb: "Bu da xüsusi mükafat olub. Xüsusi mükafat isə əsasnamədən kənar nəzərdə tutulduğu üçün onu təşkilatçılar özləri müəyyənləşdirirlər". "Media açarı" mükafatının təşkilatçısı olan "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevdən məsələyə münasibət öyrənmək cəhdi nəticəsiz qalıb. Demokratik Jurnalistlər liqasının sədri Yadigar Məmmədli isə "başqa yerdə olduqlarını" deyib və sorğuya cavab verməyib. Qeyd edək ki, "Media açarı" mükafatı bu gün təqdim olunub. Təqdimatdan bir az əvvəl isə "RUH" Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi təsisçilər sırasından çıxdığını bəyan edib. -
07-22-2008, 07:41 PMAPANaxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub
[b]Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub[b]
[Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. APA-nın Naxçıvan bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun saərəncamı ilə Səadət Sultan qızı Axundova adı çəkilən komitəyə sədr təyin edilib. Səadət Axundova bundan əvvəl Naxçıvan şəhər 14 nömrəli məktəbdə direktor vəzifəsində çalışıb. -
07-22-2008, 07:51 PMAPARumıniya səfiri Tovuzda səfərdə olub
[b]Rumıniya səfiri Tovuzda səfərdə olub[b]
[Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Rumıniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolae Urike Tovuz rayonunda səfərdə olub. APA-nın Qərb bürosunun məlumatına görə, səfər millət vəkili Qənirə Paşayevanın dəvəti ilə baş tutub. Səfərdə məqsəd diplomatı Tovuzun Ermənistanla sərhəd kəndlərində mövcud vəziyyətlə tanış etməkdir. Rumıniya səfiri ilk öncə Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli, Ağdam və Hacallı kəndinə baş çəkib, burada yerli əhali ilə görüşüb. Kənd sakinləri ermənilərin atəşkəs rejimini pozması nəticəsində üzləşdikləri problemlər barədə səfirə ətraflı məlumat veriblər. Daha sonra Rumıniya səfiri Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüb. Görüşdə rumın iş adamlarının Tovuzda kəndə təsərrüfatı məhsullarının emalı sahəsinə sərmayə yatırması, bu sahədə yerli sahibkarlarla əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Nikolae Urike "Tovuz-Baltika" MMC müəssisəsində olub, sahibkarlarla görüşüb, burada istehsal olunan məhsullarla tanış olub. Səfərin sonunda səfir və xanımı Tovuz tarix-diyarşünaslıq muzeyinə baş çəkiblər. -
07-23-2008, 10:11 AMAPAAğdamın işğalından 15 il ötür
[b]Ağdamın işğalından 15 il ötür[b]
Bakı-APA. Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 15 il ötür.
[APA-nın məlumatına görə, Ağdam rayonu erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib. İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. -
07-23-2008, 10:41 AMAPAErmənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib
[b]Ermənistan ordusu növbəti atəşkəs pozuntularına yol verib[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs pozuntularına davam edirlər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyulun 22-də saat 14.20-dən 14.30-dək və iyulun 23-də saat 00.00-dan 00.05-dək Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 17.20-dən 17.25-dək və 23.00-dan 23.15-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.30-dan 21.55-dək, 22.40-dan 22.50-dək və iyulun 23-də saat 00.00-dan 00.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 04.30-dan 05.00-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur. -
07-23-2008, 11:01 AMAPADaxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib
[b]Daxili işlər naziri Ramil Usubov Naxçıvana səfər edib[b]
[Naxçıvan. J. Qurbanoğlu - APA. Azərbaycanın daxili işlər naziri Ramil Usubov Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, nazir Babək rayon Polis Şöbəsi və Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) Pasport Qeydiyyatı və Miqrasiya Xidmətinin inzibati binalarının açılış mərasiminə qatılıb. Mərasim çərçivəsində R. Usubov DİN tərəfindən alınan 4 ədəd xidməti avtomobili Muxtar Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarına təqdim edib. Mərasim çərçivəsində Naxçıvan MR hüquq-mühafizə orqanlarında xidmət edən 3 nəfərə "Azərbaycan Polisinin 90 illik yubileyi" medalı, 7 nəfərə "İgidliyə görə", 6 nəfərə isə "Vətən uğrunda" medalları verilib. -
07-23-2008, 11:11 AMAPARumıniya səfiri: "Ermənistanla həmsərhəd kəndlərdə gördüyüm mənzərədən dəhşətə gəldim"
[b]Rumıniya səfiri: "Ermənistanla həmsərhəd kəndlərdə gördüyüm mənzərədən dəhşətə gəldim"[b]
[Tovuz. Nəzakət Məşədiəliqızı-APA. "Tovuzun Ermənistanla həmsərhəd kəndlərində gördüklərimdən çox məyus oldum. İyirmi birinci əsrdə insanların hələ də bu şəraitdə yaşamaları dəhşətdir". Bu açıqlamanı APA-nın Qərb bürosuna Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycanda səfiri Nikolae Urike verib. O, həmsərhəd kəndlərdə vəziyyətin mediada təsvir olunanlardan fərqli olduğunu bildirib: "Mənim real vəziyyətdə gördüklərim mətbuatdan oxuduğumdan və televiziyada gördüyümdən çox fərqlidir. Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozmasının nəticələrini yerindəcə gördüm. Əlibəyli kəndində olanda hərbiçilər təhlükəsizlik baxımından kəndə daxil olmağı məsləhət görmədilər. Onlar bildirdilər ki, dünən axşamdan etibarən ermənilər atəşkəs rejimini mütəmadi pozur və hətta əkin-biçinlə məşğul olan dinc sakinləri belə snayperlə vururlar". Səfir bu problemlərin aradan qaldırılması üçün münaqişənin sülh yolu ilə tez bir zamanda nizamlanmasının vacib olduğunu bildirib: "Rumıniya münaqişənin sülh yolu ilə həllin dəstəkləyir. Bu münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır". -
07-23-2008, 01:41 PMAPAXatirə İslam: "Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm"
[b]Xatirə İslam: "Məni olduğum kimi qəbul edən oğlan tapandan sonra ərə gedəcəyəm"[b]
[Bakı. Ülkər Qasımova-APA. "Mən bu gün yetərincə məhşuram və sevilirəm. Açıq danışaq, indi Azərbaycanda beş müğənnidən biriyəm. Bunu danmaq lazım deyil". Bu açıqlamanı APA-ya müğənni Xatirə İslam verib. O artıq heç bir reklama ehtiyacı olmadığını bildirib: "Bir korifey sənətkarımız üçün klip çəkdirməyi düşünürəm. Adını açıqlamaq istəmirəm, fikrimi oğurlaya bilərlər. Mənə elə gəlir ki, korifeylərin hamısı seyiddir və onlara yaxşılıq edən xeyir tapır. Amma bu yolla əsla özümü reklam etmək, gündəmdə qalmaq fikrində deyiləm". Xatirə indi heç efirə də ehtiyacı olmadığını açıqlayıb: "Düzdür, efirə hamının ehtiyacı var, amma üç-dörd il bundan əvvəl mənim efirə çıxmaqdan ötrü ürəyim gedirdi, bu gün isə elə deyil. İndi dəvət olunduğum verilişlərdə iştirak edə bilmirəm, yatıb qalıram. Halbuki vaxt var idi ki, o verilişlərdən ötəri pul xərcləyirdim". Hələlik ailə qurmaq fikrində olmadığını deyən müğənni, buna səbəb olaraq yaşının azlığını göstərib: "Mənim 26 yaşım var. Hələlik ailə qurmaq fikrində deyiləm. Elə bir insan yoxdur ki, məni olduğum kimi qəbul etməyə razılaşsın. Belə bir oğlan tapandan sonra ərə gedəcəyəm. Həm də ailə qursam, tamaşaçıların gözünə daha az-az görünəcəyəm". Xatirə tələbə yetişdiən həmkarlarına da münasibət bildirib: "Bəzi müğənnilər özlərini müəllim, professor kimi aparır, onlara baxıb gülürəm. Mən bu gün özümü müəllim kimi aparmaq fikrində deyiləm, çünki həm sənətdə gəncəm, həm də yaşım azdır. Bəlkə də 40 yaşımda əlimdə qələm, gözümdə eynək ciddi şəkildə tələbə qarşısında oturacağam. İndi isə şıltaq qız obrazındayam. Ailə qurana kimi bu obrazda olacağam". Avtomobil sürərkən yalnız xalq artisti Aygün Bayramovanın ifasını dinlədiyini deyən Xatirə onun ifasından çox şey öyrəndiyini bildirib: "Bu zamana kimi mən Aygün Bayramovadan başqa heç bir Azərbaycan sənətçisinin diskinə pul verməmişəm. Mənim avtomobilimdə ancaq Aygün Bayramovanın diski var və sükan arxasında olanda ancaq ona qulaq asıram. Yəni Aygün Bayramovadan nə isə öyrənirəm. Mən heç zaman öz ifama qulaq asmıram. Bilmirəm bu yaxşıdır, yoxsa pis". -
07-23-2008, 01:51 PMAPANaxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır
[b]Naxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır[b]
[Naxçıvan. J. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda güclü qasırğa baş verib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, iyulun 22-də axşam saatlarında baş verən qasırğa zamanı rayonun Külüs kənd sakini, 1958-ci il təvəllüdlü Quliyev Yavər Səməd oğlunu sel aparıb. Sakinlər bildiriblər ki, kənd məktəbində fizika müəllimi işləyən Y. Quliyev evindən əşyaları çıxarmaq istəyərkən selin qurbanı olub. Hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Külüs çayı ərazisində mərhumun meyitini axtarırlar. -
07-23-2008, 04:41 PMAPAÇingiz Dəmiroğlu "beşlər"in toplantısına dəvət olunmayıb
[b]Çingiz Dəmiroğlu "beşlər"in toplantısına dəvət olunmayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. "Beşlər"in növbəti toplantısı iyulun 24-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında keçiriləcək. AMİP mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, toplantıda burada təmsil olunan siyasi qurumların prezident seçkisindəki fəaliyyət istiqamətləri müzakirə ediləcək. Ə. Orucov deyib ki, yığıncağa Tərəqqi Partiyası dəvət edilməyib. Buna səbəb Tərəqqi Partiyasının seçkidə İlham Əliyevin namizədliyini dəstəkləməsi ilə bağlı qərarı olub. Qeyd edək ki, hazırda "Beşlər" adı ilə tanınan məşvərət xarakterli məclisdə ADP, AMİP, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur. -
07-23-2008, 04:51 PMAPAAlmaniyalı tələbələr Bakı Slavyan Universitetində təcrübə kursu keçəcəklər
[b]Almaniyalı tələbələr Bakı Slavyan Universitetində təcrübə kursu keçəcəklər[b]
[Bakı. Laura Cəbrayıllı - APA. Almaniyanın Bonn və Tubingen Universitetlərinin tələbələri avqust-oktyabr aylarında Bakı Slavyan Universitetində (BSU) təcrübə kursu keçəcəklər. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlara azərbaycanşünas ixtisasına yiyələnmək üçün xüsusi tədris proqramı əsasında Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi üzrə dərslər keçiləcək. Tələbələr üçün təcrübə müddətində müxtəlif ekskursiya və tədbirlər təşkil olunacaq. -
07-23-2008, 05:01 PMAPAAğdaşda yol qəzası baş verib
[b]Ağdaşda yol qəzası baş verib[b]
[Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün saat 04.00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şirvan bürosunun məlumatına görə, Məmmədov Abuzər Xanbaba oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil Mirzalıyev Zakir Cabbar oğlunun idarə etdiyi "Vaz-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Vaz-2106" maşınında olan iki qadın sərnişin yaralanıb. Yaralılar Mingəçevir şəhər xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti orta-sabitdir. -
07-23-2008, 05:11 PMAPAİyulun 19-da Azərbaycanda öldürülmüş erməni əsgərinin meyitinin qaytarılması üçün danışıqlar aparılır
[b]İyulun 19-da Azərbaycanda öldürülmüş erməni əsgərinin meyitinin qaytarılması üçün danışıqlar aparılır[b]
[İrəvan - APA. Ermənistanın Müdafiə Nazirliyi iyulun 19-da Azərbaycan ərazisində erməni hərbçisinin öldürülməsi faktı ilə bağlı xidməti təhqiqat aparır. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. O bildirib ki, hərbi qulluqçu döyüş mövqeyini özbaşına tərk edib və naməlum istiqamətə gedib. S. Ohanyan Qor Manasaryan adlı bu hərbçinin öldüyünü Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyadan öyrəndiklərini söyləyib. Nazir Azərbaycan ordusunun operativ növbətçiliyi ilə əlaqə yaratdıqlarını və Q. Manasaryanın meyitinin qaytarılmasına hazırlıq görüldüyünü açıqlayıb. Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar. -
07-23-2008, 05:21 PMAPAFüzuli sakinini daşla qətlə yetirən şəxs həbs olunub
[b]Füzuli sakinini daşla qətlə yetirən şəxs həbs olunub[b]
[Bakı-APA. Nizami rayonu ərazisində Bakı şəhər sakini Şəfi Məmmədov münaqişə zəminində, orada məskunlaşmış Füzuli rayon sakini Sərhəd Fərhadovu daşla qətlə yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş. Məmmədov tutulub. -
07-23-2008, 05:31 PMAPAPirallahı sakini həyat yoldaşını balta ilə qətlə yetirib
[b]Pirallahı sakini həyat yoldaşını balta ilə qətlə yetirib[b]
[Bakı-APA. Pirallahı qəsəbəsində yaşayan Qurbanəli Əzimov qısqanclıq zəminində arvadı Məlahət Əzimovanı balta ilə qətlə yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə iyulun 22-də Q. Əzimovun mənzilində baş verib. Q. Əzimov könüllü olaraq Əzizbəyov rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə təslim olub. -
07-23-2008, 05:41 PMAPAXətai rayonunda qardaş qardaşını məftillə boğub
[b]Xətai rayonunda qardaş qardaşını məftillə boğub[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Xətai rayonunda yaşayan Soslan Tibilov ailə münaqişəsi zəminində qardaşı Zaurbeki məftillə boğub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Soslan Tibilov Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. -
07-24-2008, 11:51 AMAPA"Hürriyet" qəzeti: "Yusuf Halaçoğlunun vəzifədən çıxarılması Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlıdır"
[b]"Hürriyet" qəzeti: "Yusuf Halaçoğlunun vəzifədən çıxarılması Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlıdır"[b]
Ankara - APA. "Vəzifədən çıxarıldığımı jurnalistlərdən öyrəndim. Hansı səbəbdən işdən kənarlaşdırıldığımı bilmirəm. Heç vecimə də deyil. Bu iş çiynimdə yük idi".
[APA-nın məlumatına görə, bu sözləri "Hürriyet" qəzetinə açıqlamasında iyulun 22-də Türk Tarix Qurumunun sədri postundan uzaqlaşdırılan professor Yusuf Halaçoğlu deyib. Hazırda Bodrumda istirahətdə olan Y. Halaçoğlu hökumətin bu qərarının Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlı olub-olmadığına dair sualı belə cavablandırıb: "Mən hər zaman nə bilirəmsə, onu söylədim. Kreslo dərdində olan adam deyiləm. Ən gözəl vəzifə alimlikdir. Alimliyimi kimsə əlimdən ala bilməz. Bundan sonra da tarixçi alim kimi fəaliyyətimi davam etdirəcəyəm. Amma 15 il dövlətə xidmət etmişəm, heç olmasa təşəkkür etməliydilər. Bu, onların nəzakət və tərbiyəsinə uyğun bir hərəkətdir". Y. Halaçoğlu nə dövlətə, nə də millətə küskünlüyünün olmadığını, hər zaman öz millətinə xidmət etdiyini, bunu millətin də, Allahın da bildiyini vurğulayıb. Qeyd edək ki, "Hürriyet" qəzeti Y. Halaçoğlunun Türkiyə və Ermənistan diplomatlarının İsveçrə görüşündən dərhal sonra vəzifədən uzaqlaşdırıldığını xüsusi vurğulayıb. Bu, Türkiyənin Ermənistanla bağlı siyasətində yumşalma əlaməti kimi qiymətləndirilir. Çünki Y. Halaçoğlu ermənilərin soyqırım iddialarını qəti şəkildə rədd edən və soyqırımın baş vermədiyini tarixi sənədlərlə sübuta yetirən millətçi alim kimi tanınırdı. -
07-24-2008, 12:01 PMAPADövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır
[b]Dövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan gömrükçülərinin Rusiyanın "Atomstroyeksport" şirkətinin İranın "Buşəhr" Atom Elektrik Stansiyası (AES) üçün göndərdiyi yükü saxlaması barədə məlumat əsassızdır. Bu barədə APA-ya Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
[DGK-dan komitə sədri Aydın Əliyevin yükün saxlanması barədə hər hansı mətbuat orqanına açıqlama verməsi barədə məlumatı da təkzib ediblər. "Atomstroyeksport" şirkətindən də yükün saxlanması barədə məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, Azərbaycan gömrükçülərinin Rusiyanın "Atomstroyeksport" şirkətinin İranın "Buşəhr" AES üçün göndərdiyi yükü növbəti dəfə saxlaması barədə xəbəri "Qovorit Moskva" radiosu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə istinadən yayıb. Xəbərdə bildirilir ki, gömrükçülər bu addımı yükün kodunu yoxlamaq zərurəti yarandığından atıblar. Lakin yükün hansı ərazidə saxlandığı açıqlanmır. Sənədlərə görə, saxlanmış maşında 10 ton miqdarında 171 min dollarlıq izolyasiya materialları var. Qeyd edək ki, bir müddət əvvəl "Atomstroyeksport" şirkətinin "Buşəhr" AES üçün göndərdiyi yük Azərbaycan-İran sərhədində - Astara gömrük-keçid məntəqəsində saxlanılıb. Yük yalnız lazımi sənədlər təqdim olunduqdan sonra buraxılıb. -
07-24-2008, 12:11 PMAPAKoreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir
[b]Koreya hökuməti Azərbaycan mütəxəssisləri üçün informasiya texnologiyaları sahəsində yeni təhsil proqramı təşkil edir[b]
[Bakı. İlhamə İsabalayeva-APA-Econpomics. Koreyanın İnformasiya və Rabitə Nazirliyi və İnformasiya və Rabitə Universiteti xarici ölkələri təmsil edən hökumət rəsmiləri və ya tədqiqatçılar üçün təhsil kursları təşkil edir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən "APA-ECONOMICS"ə verilən məlumata görə, "Qlobal informasiya texnologiyaları proqramı" mövzusunda keçirilən kursun müddəti 5 ildir (2 il magistratura + 3 il doktorantura). Kursda iştirak etmək istəyən namizədlər ali təhsilli (bakalavr və ya magistr dərəcəsi) və dövlət orqanlarında çalışan İT mütəxəssislər, ictimai təşkilatların işçiləri və milli tədqiqat mərkəzlərinin elmi işçiləri olmalıdır. Namizəd ingilis dilini yüksək səviyyədə bildiyini təsdiqləyən TOEFL (PBT 500/CBT 173) və ya İELTS (5,0) sertifikatı təqdim etməlidir. Koreyanın İnformasiya və Rabitə Nazirliyi tərəfindən maliyyələşdirilən proqramda iştirak etmək istəyən şəxslər sentyabrın 10-dək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinə müraciət edə bilərlər. -
07-24-2008, 12:21 PMAPAARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb
[b]ARDNŞ prezidenti Fransanın Azərbaycandakı səfiri ilə görüşüb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerlə görüşüb. ARDNŞ-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, R. Abdullayev ötən ay Fransanın "Total" şirkəti ilə "Abşeron" dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Sazişin imzalandığını bildirib. Azərbaycanın enerji diversifikasiyasına böyük önəm verdiyini qeyd edən ARDNŞ prezidenti ölkə rəhbərliyi tərəfindən enerji resurslarının dünya bazarlarına çıxışının alternativliyini təmin etmək üçün ciddi addımların atıldığını vurğulayıb. O, Mərkəzi Asiyada hasil edilən neftin və qazın Azərbaycan üzərindən şəffaf tariflərlə nəql edilməsinin mümkün olduğunu bildirib. ARDNŞ prezidenti "Abşeron" bloku üzrə HPBS-nin imzalanması üçün zəruri işlərin görüldüyünü, "Şahdəniz" yatağının işlənməsinin II fazasının isə marketinq işlərinin davam etdiyini vurğulayıb.Q. Keller isə HPBS-nin də tezliklə imzalanacağına və birgə aparılacaq işlərin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. -
07-24-2008, 12:31 PMAPA"Azərbaycanda bizim rəqibimiz yoxdur"
[b]"Azərbaycanda bizim rəqibimiz yoxdur"[b]
Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupunun üzvləri eyni adlı digər qrupa öz sənətləri ilə qalib gəldiklərini deyirlər
[Bakı. Ülkər Qasımova - APA. Ülvi Cəfərovun rəhbərlik etdiyi "Şeron" qrupunun üzvlərinin APA-ya müsahibəsi - Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" qrupu Azərbaycandan getmək qərarına gəlib. Bunu özünüz üçün qalibiyyət hesab edirisnizmi?Ülvi Cəfərov: Onlar getmirlər, biz onları göndəririk. Düşündük ki, getsinlər, bir az təhsil alsınlar. İnsan gərək öz vətənində bir şey etsin. Görünür, digər "Şeron" qrupu burada bir şey edə bilmədiyi üçün Türkiyəyə üz tutmaq qərarına gəlib. Onların Türkiyəyə gedəcəyini dəqiqliklə deyə bilmərəm, ancaq artıq bizə Türkiyədən təklif gəlib. Bu təklifi 2005-ci ildə Tarkanın albomunu hazırlamış prodüserdən almışıq. Türkiyədə qrupumuzun yeni albomunu çıxarmaq istəyirlər. Gələn həftə bununla bağlı Türkiyəyə gedəcəyik və müqavilə ilə tanış olduqdan sonra imza atacağıq. Əsas istəyimiz bu albomun Avropada da satışa çıxarılmasıdır.Məlikməmməd Hacıyev: Hələ gedib-getməyəcəklərini demək olmaz. Vaxtı gələndə hər şey bilinəcək. İnanın ki, onlar haqqında düşünməyə belə vaxtımız yoxdur. Biz qalibiyyətimizi sənətimizlə və mahnılarımızla göstəririk. Onlar kimi ucuz reklama qaçmaq bizlik deyil. - Deyirlər, digər "Şeron" qrupunun əlindən toy biznesini də almısınız. Ülvi Cəfərov: Bu, çox səhv fikirdir. Biz onlara qol gücü göstərmirik, sadəcə, öz sənətimizlə qalib gəlirik. Bu gün biz gündəmdəyik və tamaşaçılar tərəfindən sevilirik. Əgər seviliriksə, deməli, tamaşaçılar qarşısında əsl sənət nümayiş etdiririk. Kim ki, vətənində özünü göstərə bilmir, öz günahıdır. Gənclər öz toylarında məhz bizim qrupu görmək istəyirlərsə, bu, bizim üçün fəxrdir. Özü də toy idarə etmək heç də asan iş deyil. Biz toylardan qazandığımızı əziyyətlə əldə edirik, yeddi saata yaxın canlı oxuyuruq. Toylarda heç vaxt fonoqramdan istifadə etmirik. Bu, olduqca çətin və məsuliyyətli işdir. Məlikməmməd Hacıyev: Bu gün reallıq budur ki, sənət göstərmək üçün maliyyə lazımdır. Maliyyə olmasa, nə mahnılar yazdıra, nə kliplər çəkdirə bilərik. Bizə axı maliyyə yardımı göstərən yoxdur. Biz özümüz özümüzü maliyyələşdiririk. Əgər toy bazarında özümüzə görə bir yer qazanmışıqsa və hansısa bir yeri götürmüşüksə, bu, bizim öz əməyimizin bəhrəsidir. - Toya gəlir yeri kimi baxırsınız, yoxsa apardığınız toylarda həqiqətən də sənət nümayiş etdirirsiniz? Məlikməmməd Hacıyev: Biz toylarda əsl sənət nümayiş etdiririk. Əgər belə olmasaydı, çoxluq bizə üstünlük verməzdi. Bu gün toy aparmaq özü də sənətdir. Sənan Əliyev: Bugünkü dövrdə o qədər də geniş səhnəmizin olmadığını nəzərə alsaq, deməli, bizim sənət göstərməyimiz üçün yeganə imkan toydur. Yalnız toy vasitəsilə böyük kütləyə nə isə çatdırmaq olar. - Niyə bu zamana kimi beynəlxalq müsabiqələrdə, festivallarda iştirak etməmisiniz?Ülvi Cəfərov: Biz ən mötəbər beynəlxalq müsabiqələırdə iştirak edəcəyik. Hələlik bunu açıqlamaq istəmirik. Bircə onu deyə bilərəm ki, artıq bunun vaxtı çatıb. Məlikməmməd Hacıyev: Biz bunun üçün gecikdiyimizi düşünmürük. Əslində özünü təsdiq etdikdən sonra beynəlxalq müsabiqələrdə iştirak etmək daha məqsədəuyğundur. Çünki kifayət qədər təcrübən olmalıdır. Hər yerindən duranın beynəlxalq festivallara qatılması Azərbaycan musiqisinin nüfuzuna xələl gətirir. - Bu gün Azərbaycanda qrupların sayı yetərincədir. Bəs "Şeron" qrupu özünə rəqib bilir? Ülvi Cəfərov: Azərbaycanda bizim rəqibimiz yoxdur. Sözün düzü, rəqiblik iddiamız da yoxdur. Bütün qruplarla münasibətimiz yaxşıdır. Heç bir qrupla işimiz yoxdur. Kiminsə bizimlə işi ola bilər, biz isə onlara fikir vermirik. - Azərbaycanda səviyyəli qrupların kifayət qədər olmamasını nə ilə izah edirsiniz?Məlikməmməd Hacıyev: Səviyyəli qrupun yaradılması üçün müəyyən şərtlər var. Məsələn, Amerikadakı qruplarla bizim qruplarımız çox fərqlənir. Çünki oranın əhalisi çoxdur, ərazisi böyükdür, eyni zamanda Amerika uzun illərdir müstəqil dövlətdir. Səviyyəli qrupların yaranması üçün bütün bunlar şərtdir. Azərbaycan müstəqillik qazandıqdan sonra musiqi sahəsində də çox irəliləyişlər olub. Güman edirəm ki, beş ildən sonra Azərbaycanda daha səviyyəli qruplar yaranacaq. Azərbaycanın "Qaya" qrupu öz sözünü deyib, qismət olsa, biz də öz sözümüzü demək istəyirik.- Sizi hər zaman ciddi geyimlərdə görürük. İmicinizə dəyişiklik etmək fikriniz varmı?Ülvi Cəfərov: Geyim tərzini dəyişdirmək xarakterimizə uyğun deyil. Bir dəfə efirə cins şalvar və idman üslubunda olan köynəklə çıxmışdıq. Sözün düzü, həmin vaxt özümüzü rahat hiss etmədik. Çünki bizi o geyimdə efirdə görməyə öyrəşməyiblər. Bundan sonra bizə zəng edən tamaşaçılar da oldu. Azərbaycan ifaçıları üçün həqiqətən də xüsusi səhnə geyimi olmalıdır. Başqa cür mümkün deyil. - Hazırda "Şeron" qrupunun əsas qazancı haradandır? Məlikməmməd Hacıyev: Toylardan qazanırıq. Şükür Allaha ki, pis qazanmırıq. Sözsüz ki, gəlirimiz xərcdən daha çox olur. "Şeron" qrupunun qazandığı pulla 15 ailə saxlanılır və ailəmizlə birgə 70 nəfər buradan əldə edilən gəlirlə yaşayır. - Toylarda başınıza maraqlı hadisələr gəlibmi? Ülvi Cəfərov: Əlbəttə, belə hadisələr çox olub. Ümumiyyətlə, hər toy öz-özlüyündə fərqlənir. Şəhər toyu ilə, rayon toyu arasında çox fərq olur. Amma toyların səviyyəsi bizi qane edir. Qane etməsəydi, biz toyları idarə etməyə razılıq verməzdik. Məlikməmməd Hacıyev: Toylarda da biz ancaq öz işimizdə oluruq. Nələr baş verir, nələr olur, bilmirik. - "Şeron" özünə bir vaxt qoyubmu? Ülvi Cəfərov: Söhbət qrupumuzun fəaliyyətindən gedirsə, o, bizə bağlı olan bir şey deyil. Qrupumuzun qismətində nə qədər varsa, o qədər də yaşayacaq. Əsas odur ki, "Şeron" bu illərdə başıuca fəaliyyət göstərib və heç kimin qarşısında alçalmadan yaşayıb. Bundan sonra da qurpumuzun bu cür fəaliyyət göstərəcəyinə inanırıq. Nə zaman ki, içimizdə təkəbbürlük, mənəm-mənəmlik, özündənrazılıq baş qaldıracaq, o zaman da "Şeron"un dövrü bitəcək. - "Şeron" deyərkən hamının fikrində dördlük canlanır. Qrupa daha bir nəfəri cəlb etməyi düşünürsünüzmü?Ülvi Cəfərov: Qətiyyən yox. Biz qrupumuzun bu şəkildə fəaliyyətindən çox razıyıq. Hər birimiz solo karyeradan qrupa gəlmişik. Onun da dadını görmüşük. Özümüzü bu cür çox rahat hiss edirik. - Artıq 10 ildir fəaliyyət göstərirsiniz. Ancaq heç zaman konsert verməmisiniz. Ülvi Cəfərov: Əsas səbəb yetərli səviyyədə repertuarımızın olmamasıdır. Yaxın gələcəkdə bu konsert də olacaq. Konserti fəaliyyətimizin 10-cu ildönümü ərəfəsində keçirmək niyyətindəyik. Bunun üçün zəngin repertuar hazırlayacağıq və 10 ilin hesabatını verəcəyik.- Hansı yeni layihələrin üzərində işləyirsiniz?Ülvi Cəfərov: Bu günlərdə "Bakı" haqqında yeni bir mahnı oxumuşuq. Bu, köhnə mahnı olsa da, yeni aranjmanda ifa etmişik. Bir neçə gündür ki, bu mahnı radio dalğalarında səsləndirilir. Mahnının musiqisi Ənvər Mansurova, sözləri isə millət vəkili Anar Məmmədxanlının nənəsinə aiddir. Bu mahnını 2001-ci ildə "Bakılı oğlanlar" yekun konsertlərində oxuyublar. Anar Məmmədxanlı ilə belə razılaşdıq ki, mahnı bizim ifamızda lentə yazılsın. Eyni zamanda bu mahnıya klip çəkdirməyi də düşünürük. Klipə bizimlə bərabər "Bakılı oğlanlar" komandasının üzvləri də çəkiləcəklər. -
07-24-2008, 12:41 PMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat) Satış (manat) 18,00 -
07-24-2008, 12:51 PMAPA"Gəncəbank" son bir ildə depozit portfelini 69% artırıb
[b]"Gəncəbank" son bir ildə depozit portfelini 69% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu il iyul ayının 1-nə 27,147 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəricidən 22,5% çoxdur. Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 27,4% artaraq 24,642 mln. manata, depozit portfeli isə 68,9 artaraq 3,418 mln. manata çatıb. Bankın məcmu kapitalı 0,3% azalaraq 11,493 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat olub.Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 57,2% artaraq 2,682 mln. manat, xərcləri isə 2,6 dəfə artaraq 2,363 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 2,5 dəfə azalaraq 319 min manat olub. Bundan başqa, bank son bir ildə əlavə 1 filial açıb, 2 bankomat və 11 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 7,5% artaraq 72 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 2,3 dəfə artaraq 500 manat təşkil edib. Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır. Baş ofisi Gəncə şəhərində yerləşən bankın baş ofisdən əlavə, respublika üzrə 3 filialı (Gəncə, Kəpəz, Şəmkir), 3 bankomatı və 11 POS-terminalı fəaliyyət göstərir. -
07-24-2008, 01:01 PMAPANağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
[Alış/ Satış Alış/ Satış Alış/ Satış USD EUR RURMilli Bank 0.8078 -
07-24-2008, 01:11 PMAPAAzərbaycan prezidenti BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qarsa gedib
[b]Azərbaycan prezidenti BTQ-nin Türkiyə hissəsinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Qarsa gedib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 24-də Türkiyənin Qars şəhərinə yola düşüb.
[APA-nın məlumatına görə, səfərin məqsədi Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə ərazisindəki hissəsinin təməlinin qoyulması mərasimində iştirak etməkdir. Təməlqoyma mərasimində Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə və Gürcüstan prezidentləri Abdulla Gül və Mixail Saakaşvili də iştirak edəcək. -
09-11-2008, 03:17 PMAPAAzərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin son təşəbbüslərini necə qiymətləndirirlər? - RƏY
[b]Azərbaycan politoloqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyənin son təşəbbüslərini necə qiymətləndirirlər? - RƏY[b]
[Bakı. Elnur Məmmədli - APA. "Minsk Qrupu illərdir deyir ki, Dağlıq Qarabağ problemi həll edilir, yalnız xırda məsələlər qalır. Lakin 17 il sonra bəlli olur ki, əslində, heç bir razılıq yoxdur, bu müddətdə yalnız imitasiya gedib. İndi biz nə cür inanaq ki, Türkiyə prezidenti Abdulla Gülün təşəbbüsü ilə daha 17 ili itirəcəyik". Bunu APA-ya açıqlamasında politoloq Vəfa Quluzadə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Türkiyə tərəfinin son vaxtlar nümayiş etdirdiyi təşəbbüsə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, A. Gül çıxışlarında ümumi sözlərdən başqa konkret heç nə söyləyməyib: "O, demədi ki, artıq Sərkisyanla danışıb, qısa müddətdə erməni qoşunları işğal etdiyi rayonlardan çıxacaq. Belə söhbət olmadı. Ona görə də, bu, türkilər özləri demişkən "sadəcə lafdır"". Minsk Qrupunun işləmədiyini deyən V. Quluzadə qrupun tərkibinin dəyişəcəyi halda belə bunun Azərbaycana heç nə verməyəcəyini qeyd edib: "Burada bir məsələ var. Rusiya i nə zaman çöksə, bu torpaqlar həmin vaxt azad ediləcək. Qrup təşkil etmək, Parisdə, Brüsseldə başqa yerlərdə görüşlər imitasiyadır". Politoloq Rüstəm Məmmədov da Dağlıq Qarabağ probleminin açarının Türkiyə, Rusiyanın əlində olduğunu deyib: "Hansı kənar qüvvələr bura müdaxilə etmək istəyirsə, Rusiyanın narazılığı və hərbi gücü ilə rastlaşır. Bu güclə rastlaşandan sonra həm Avropa ölkələri, həm də ABŞ geriyə çəkilir. Necə ki, bu, Gürcüstan hadisələrində də müşahidə olundu. Mən Ermənistanın Türkiyənin sözü ilə problemin həlli istiqamətində addımlar atacağına inanmıram. Çünki Ermənistan birbaşa Rusiyaya bağlıdır, Rusiya nə desə, onu da edəcək". R. Məmmədovun fikrincə, bunları Türkiyə tərəfi də anlayır, sadəcə bu kimi gedişlərlə Ermənistanla aralarında olan problemləri həll etmək üçün cəhdlər göstərir. O, Minsk Qrupunun ləğvini gözləmdiyini də bildirib: "Çünki qrupda təmsil olunan dövlətlər burada öz maraqlarını həyata keçirməyə çalışırlar". Millət vəkili, politoloq Aydın Mirzəzadə isə Minsk Qrupunun fəaliyyətindən xeyli narazılığın olduğunu, lakin bu qrupdan yaxşısını yaratmağın hələlik mümkün olmadığını qeyd edib. Türkiyənin vasitəçilik cəhdlərini təqdir edən millət vəkili bildirib ki, bu dövlətin Minsk Qrupuna daxil olması müsbət addım olardı: "Amma həmsədrlər o prinsiplə seçilib ki, hər iki münaqişə tərəfi buna razılıq versin. Türkiyənin vasitəçiliyinə çox böyük ehtiyac var. Amma Ermənistan həmişə buna etiraz edib. Əgər Ermənistan bu dəfə Türkiyəni həmsədr kimi görmək istəyərsə, Azərbaycan da razılıq verə bilər. Ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həlli üçün mümkün olan bütün format və imkanlardan istifadə etmək lazımdır". Politoloq Qabil Hüseynli də hazırda gündəmdə olan məsələlərin birinin Rusiyanın Minsk Qrupundan kənarlaşdırılması olduğunu qeyd edib. Onun sözlərinə görə, ABŞ məhz bu siyasəti həyata keçirir: "Türkiyə isə Minsk Qrupunu Qafqaz Platforması ilə əvəz etmək istəyir. Beynəlxalq güclər, dünya siyasətini müəyyən edən dövlətlər Türkiyənin regiondakı roluna önəm versələr də, rəsmi Ankaranın Minsk Qrupuna daxil olması ilə razılaşmayacaqlar. Sadəcə, format dəyişikliyi kifayət qədər real görünür. Azərbaycan da bu məsələdə təkidli olsa, Türkiyənin qrupa daxil olma ehtimalı artır". Q. Hüseynlinin fikrincə, Türkiyənin Minsk Qrupunda təmsil olunması problemin həllinə əhəmiyyətli dərəcədə təsir göstərərdi. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da Türkiyənin vasitəçilik cəhdlərini müsbət qiymətləndirir. Bununla bərabər o, Minsk Qrupunun prosesdən kənarlaşdırılacağını düşünmədiyini qeyd edib: "ABŞ-la Rusiyanın münasibətləri gərgindir, onların nümayəndələrinin yaxın vaxtlarda bir masa arxasında əyləşməsini ağlıma belə gətirmirəm. Amma eyni zamanda Minsk Qrupunun dağılmasını da gözləmirəm. Bu qurum elə fəaliyyətsiz şəkildə də mövcudiyyətini davam etdirəcək. Bunu Türkiyədə də başa düşürlər. Türkiyənin vasitəçiliyinə isə ciddi şübhə ilə yanaşıram. Ermənistan tərəfinin buna razılıq verəcəyi gözlənilmir". -
09-11-2008, 03:30 PMAPA«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb
[b]«MBASK» şirkəti son bir ildə sığorta haqlarını 2,1 dəfə artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-avqust aylarında sığorta daxilolmalarının həcmi 15,047 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövrü ərzində şirkətin sığorta ödənişlərinin həcmi 2,3 dəfə artaraq 3,778 mln. manata çatıb. Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir. -
09-11-2008, 04:00 PMAPAİnsan orqanizmi üçün təhlükəli olan 1440 litr bitki yağı satışdan çıxarılaraq məhv edilib
[b]İnsan orqanizmi üçün təhlükəli olan 1440 litr bitki yağı satışdan çıxarılaraq məhv edilib[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycanda tərkibində insan orqanizmi üçün təhlükəli maddələr tapılmış Ukrayna istehsalı olan bitki yağları aşkarlandığından, bununla bağlı istehlak bazarında müvafiq qurumların iştirakı ilə araşdırmalar aparılır. Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.Müvafiq qurumlar tərəfindən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumatlar daxil olandan sonra bazara nəzarət gücləndirilib.Tərkibində insan orqanizmi üçün təhlükəli maddələr tapılmış 1440 litrlik Ukrayna istehsalı olan bitki yağı satışdan çıxarılaraq məhv edilib. Nazirlikdən onu da deyiblər ki, hazırda bazarda monitorinqlər davam etdirilir, lakin hələlik başqa belə faktla qarşılaşmayıblar. Qeyd edək ki, ötən ay İspaniyada Avropa Birliyinin (AB) ekspertləri tərəfindən aparılan yoxlamalar zamanı tərkibində zərərli qarışıqlar, xüsusilə də neft və kimyəvi maddələr olan Ukrayna və Rusiya yağları aşkarlanıb. Bundan sonra aparılan araşdırmalar zamanı həmin məhsulların AB-yə üzv digər ölkələrdə satıldığı da ortaya çıxıb. Fransa, İtaliya və digər ölkələr Ukrayna istehsalı olan bitki yağlarının idxalına qadağa qoyub. Ötən ay bu təhlükə barədə Azərbaycan hökuməti də AB tərəfindən məlumatlandırılıb. Bunu «APA-ECONOMICS»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən deyiblər. Agentlikdən aparılan yoxlamalarda belə faktlar aşkarlanmadığı da söylənilib. Buna baxmayaraq, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki qida tərkiblərini müəyyənləşdirən laboratoriyalarda Ukraynadan gətirilən bitki yağlarının tərkibi ilə bağlı geniş analizlər aparılır.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə «APA-ECONOMICS»ə açıqlamasında Ukraynadan Azərbaycana tərkibində insan orqanizmi üçün zərərli maddələr olan bitki yağlarının gətirilməsini mümkün sayıb: «Bu gün Azərbaycanla Ukrayna arasında ticarət əlaqələri artan xətt üzrə inkişaf edir. Bu ölkə dünyanın ən böyük bitki yağı ixracatçılarındandır. Ukrayna yağları Azərbaycan bazarında da yer alıb».E.Hüseynovun sözlərinə görə, qida laboratoriyalarının və ekspertiza mərkəzlərinin fəaliyyəti qaneedici sayılmadığından bazara tərkibində insan orqanizmi üçün təhlükəli maddələr olan yağların və digər qida məhsullarının çıxarılması mümkündür: «Bunu istər Ukrayna, İstər Rusiya, istərsə də digər dövlətlərdən gətirilən məhsullara aid etmək olar. Biz də öz növbəmizdə bununla bağlı geniş araşdırmalara başlamaq niyyətindəyik».