[b]Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl Mədəni iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsi, perspektivi barədə danışıblar. Hər iki nazir mədəni əlaqələrin inkişaf etdirilməsinin digər sahələrdə əməkdaşlığa müsbət təsir göstərəcəyini bildirib. Nazirlər bir-birlərinə hədiyyələr verib, tədbir Səudiyyə Ərəbistanı Krallığının musiqiçilərinin konserti ilə davam etdirilib.Qeyd edək ki, iyunun 20-dək davam edəcək mədəniyyət günləri çərçivəsində konsertlər, sərgilər və tamaşalar nümayişi olunacaq.
Azərbaycan Xəbərləri
Printable View

06-17-2008, 08:51 PMAPAAzərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günlərinin rəsmi açılışı keçirilib

06-17-2008, 09:01 PMAPAAzərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub
[b]Azərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub[b]
Bakı. Ramil Məmmədov - APA. "Orxan Nadirov may ayının 8-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində xidmət etdiyi hərbi hissədə həbs olunub".
[Bu sözləri APA-ya xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan oğlu Orxan Nadirovun vəkili Seyfəddin Əliyev deyib. İstintaqın MTN-in İstintaq İdarəsində aparıldığını bildirən vəkil O. Nadirovun Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunduğunu, barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyini deyib. Vəkil cinayət işinin qrup şəkildə olduğunu, hazırda istintaq hərəkətlərinin davam etdirildiyini bildirib. MTN-in İstintaq Təcridxanasında saxlanılan O. Nadirovla bir həftə əvvəl görüşdüyünü söyləyən S. Əliyev onun özünü təqsirli bilmədiyini vurğulayıb. Qeyd edək ki, bu işlə bağlı Bakının sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov da həbs olunublar. M. Mirsalamov və Y. Həsənov da Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilirlər. Bu hadisələrlə bağlı İ. Quliyevanın oğlu O. Nadirovla yanaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu da istintaqa cəlb edilib. T. Rəhmanoğlu APA-ya MTN-ə çağırıldığını təsdiqləyib, bir həftə öncə istintaqa ifadə verdiyini və bundan sonra MTN-ə çağırılmadığını bildirib. Onu da əlavə edək ki, Orxan Əhmədağa oğlu Nadirov İ. Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. İ. Quliyeva Orxanı övladlığa qəbul edib. -
06-17-2008, 09:11 PMAPAVolqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib
[b]Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib[b]
Volqoqrad - APA. "Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident məişət zəminində baş verməyib. Hadisəyə səbəb ermənilərin əvvəlcədən planlaşdırılmış şəkildə azərbaycanlılara hücum etməsi olub".
[Bu açıqlamanı APA-ya Volqoqradda ermənilərlə azərbaycanlılar arasında baş verən insident zamanı saxlanmış Asif və Bəkir adlı soydaşlarımızın əmioğlusu Elman Cəfərov verib. Onun sözlərinə görə, Asif və Bəkir işdən sonra kafedə şam yeməyi yeyən zaman bir neçə erməni onların üstünə hücum ediblər. Ermənilərin hücumu söyüş və təhqirlərlə müşayiət olunub. Elman Cəfərov hadisənin, Rusiya kütləvi informasiya vasitələrində işıqlandırıldığı kimi, məişət zəminində baş vermədiyini bildirib və insidentə ermənilərin azərbaycanlılara hücum etməsinin səbəb olduğunu deyib.Qeyd edək ki, Rusiya KİV-in yaydığı məlumata görə, Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib. "Voyaj" kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlayıblar. Faktla bağlı 1985 və 1986-cı il təvəllüdlü iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar. -
06-17-2008, 09:21 PMAPAAzərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycanın daxili işlər naziri ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsini qəbul edib[b]
[Bakı-APA. Daxili işlər naziri general-polkovnik Ramil Usubov iyunun 17-də ATƏT-in insan alverinə qarşı xüsusi nümayəndəsi xanım Yeva Biodeni qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov görüşdə ATƏT-lə nazirli arasında əlaqələrindən danışıb. "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın təsdiqləndiyini deyən nazir DİN-də İnsan Alverinə Qarşı Mübarizə yaradıldığını diqqətə çatdırıb. R. Usubov yaradılan "Qaynar xətt"in bu növ cinayətlərin qurbanlarına tibbi, psixoloji, hüquqi və digər yardımların göstərildiyini söyləyib. Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycanda insan alveri ilə 74 fakt aşkarlandığını, 101 nəfər qurbanın müəyyənləşdirildiyini, 85 nəfərin məsuliyyətə cəlb olunduğunu, 2008-ci ildə isə 39 faktın aşkarlandığını, 36 qurbanının müəyyənləşdirildiyini, 45 nəfərinsə məsuliyyətə cəlb olunduğunu deyib. -
06-17-2008, 10:21 PMAPAYevlaxda dəmir yolunda qəza olub
[b]Yevlaxda dəmir yolunda qəza olub[b]
[Yevlax. Teymur Zahidoğlu-APA. Bu gün Bakı-Ağdam dəmir yolunun Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, qəza qatarın yük maşını ilə toqquşması nəticəsində yaranıb. Şəmkir rayon sakini Nurəddin Müzəffər oğlu Aslanovun idarə etdiyi 57 BK 211 nömrəli KAMAZ markalı maşın yük qatarının yoluna çıxıb. Yevlax rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. -
06-18-2008, 11:11 AMAPA"Washington Times": "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı"
[b]"Washington Times": "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı"[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-ın nüfuzlu "Washington Times" qəzetində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva haqqında məqalə dərc olunub.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Tulin Daloğlunun müəllifi olduğu məqalə "Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazı" adlanır.Məqalədə ötən həftə Bakıda baş tutmuş və qadınların mədəniyyətlərarası dialoqun dərinləşməsində artan roluna həsr olunmuş beynəlxalq konfransdan söz açılır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı UNİCEF-in uzunmüddətli xoşməramlı səfiri olmuş, məşhur Hollivud ulduzu Audrey Hepburnla müqayisə edən müəllif onun Azərbaycan qadınları üçün nümunə olduğunu yazıb. Məqalədə bildirilir ki, konfrans iştirakçıları qarşısında 3 dildə - Azərbaycan, ingilis və rus dillərində çıxış edən Mehriban Əliyeva Şərq dünyasında ilk seçmək hüququnun məhz Azərbaycan qadınına verildiyini bir neçə dəfə vurğulayıb. Müəllif qeyd edib ki, məhz 1918-ci ildə Azərbaycan qadınlarına verilən hüquqların müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə də təsiri olub. T. Daloğlu daha sonra dünyəvilik prinsiplərinin Türkiyənin qərbində, onun vətəni Tunisdə bərqərar olduğunu qeyd edib. Azərbaycanla Tunisdə qadınlara eyni azadlıqların verildiyini qeyd edən müəllif İranla Səudiyyə Ərəbistanında xanımların hələ də başı örtülü gəzməsinin məcburi olduğunu xatırladıb. -
06-18-2008, 11:21 AMAPAErmənilər növbəti dəfə atəşkəs rejimini pozublar
[b]Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 09.20-dən 13.40-dək və 16.40-dan 21.50-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex, Noyemberyan rayonunun Dovex kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə, Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini atəşə tutublar. Bundan başqa ermənilər saat 21.35-dən 23.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək və bu gün saat 00.50-dən 01.10-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-18-2008, 11:31 AMAPAABŞ Quru Qoşunları generalı: "Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər"
[b]ABŞ Quru Qoşunları generalı: "Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı, ABŞ Quru Qoşunları generalı Den MakNelil Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə məktub göndərib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan sülhməramlılarının nümunəvi xidmətindən razılıq ifadə olunub: "Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaq, hər gün təhlükəsizliyə öz töhfəsini verir, tapşırıqların yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıq göstərir. Azərbaycanlı hərbçilər həmişə belə olublar, bundan sonra da belə olacaqlar. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənin üçün şərəfdir". -
06-18-2008, 11:41 AMAPAABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb
[b]ABŞ Litva ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək üçün Vilnüslə danışıqlara başlayıb[b]
Varşava-APA. ABŞ Polşa ərazisində raket hücumundan müdafiə kompleksi yerləşdirmək planları iflasa uğrayacağı təqdirdə bu sistemin Litva ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.
[APA-nın məlumatına görə, rəsmi Vaşinqton hazırda bu məsələ ilə bağlı Litva hökuməti ilə danışıqlara başlayıb. Polşa xarici işlər nazirinin müavini, ölkə ərazisində ABŞ hərbi obyektlərinin yerləşdirilməsi ilə bağlı danışıqlara məsul şəxs Vitold Vaşikovski bu faktı təsdiqləyib: "Amerika Birləşmiş Ştatlarının Litva ilə danışıqlar apardığı faktını təsdiqləyə bilərəm. Bu barədə Litvanın müdafiə naziri ötən ay məni məlumatlandırıb və bu danışıqlardan xəbərimiz var". ABŞ-ın Varşavadakı səfirliyi isə bu məlumatı təsdiqləməyib. Səfirliyin əməkdaşı bildirib ki, hazırda Polşa hökuməti ilə danışıqlar davam etdiyinə görə, Litva tərəfi ilə danışıqlar aparılmır. ABŞ Dövlət Departamentinin təmsilçisi Tom Keysi də hazırda alternativ variant kimi digər ölkələrlə danışıqlar aparıldığı barədə məlumatı təsdiqləməyib. O, Vitold Vaşikovskinin açıqlamasını şişirtmə adlandırıb: "Bizim əsas diqqətimiz Polşa ilə danışıqlar üzərində cəmləşib. Ümidvarıq ki, bu danışıqlar qısa müddətdə uğurla başa çatacaq" -
06-18-2008, 11:51 AMAPAÜmumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir
[b]Ümumdünya Səhiyyə Təşkilatının malyariya üzrə regional müşaviri Azərbaycanda səfərdədir[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun malyariya üzrə regional müşaviri Mixail Yejov Azərbaycanda səfərdədir. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, iyunun 16-dan başlayan səfər sabah yekunlaşacaq. Səfər zamanı M. Yejov Səhiyyə Nazirliyində, AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun Azərbaycan nümayəndəliyində görüşlər keçirib. Görüşlərdə Azərbaycan Respublikasında 2008-2013-cü illər üçün malyariyanın eliminasiyası üzrə strategiyanın həyata keçirilməsi, ölkədə malyariyanın tam ləğvi, ÜS T-nin dəstəyi və AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyə vəsaiti hesabına yeni beş illik layihənin icrası ilə bağlı müzakirələr aparılıb. Sentyabradək həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda malyariyanın tam ləğvi üçün müalicə sistemi təkmilləşdiriləcək, xəstəliyə nəzarət sistemi və laboratoriyaların maddi-texniki bazası gücləndiriləcək, mobil briqadalar yaradılacaq, treninqlər keçiriləcək, əhali arasında təbliğat işləri aparılacaq. ÜST-nin hazırladığı bu layihə iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələ iki ili, sonrakı faza isə üç ili əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün təqribən 7 milyon dollar tələb olunur. -
06-18-2008, 12:01 PMAPAMoldovanın xarici işlər naziri: "Moldova GUAM-ı tərk etməyəcək"
[b]Moldovanın xarici işlər naziri: "Moldova GUAM-ı tərk etməyəcək"[b]
Kişinyov-APA. "Moldovanın GUAM-da iştirakı regional əməkdaşlığın xeyrinədir". APA-nın məlumatına görə, bu bəyanatla Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Valeriu Ostalep çıxış edib.
[O bildirib ki, Moldova GUAM-ı tərk etməyə hazırlaşmır: "Moldovanın bütün sakinlərinin GUAM-ın münasib aspektlərindən yararlanması lazımdır. Heç kəs şübhə etməsin ki, biz bu strukturda iştirakımızı davam etdirəcəyik". GAUM-ın baş katibi Valeri Çeçelaşvili isə qurumun daim tənqidlərə məruz qaldığını xatırladıb: "Hədəfə çevrilməyimiz gücümüzün göstəricisidir. GUAM - nüfuzlu strukturdur, buna görə də təşkilat barədə tez-tez şayiələr yayırlar. Zaman geçdikcə biz daha güclü və nüfuzlu olacağıq". -
06-18-2008, 12:11 PMAPABarak Obama: "1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır"
[b]Barak Obama: "1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır"[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. İyunun 19-da Senatda ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Marie Yovanoviçin təyinatı ilə bağlı dinləmə keçiriləcək.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, Senatın üzvü olan prezidentliyə namizəd Barak Obama dinləmələr ərəfəsində Amerika Erməni Milli Komitəsinin rəhbəri Ken Haçikyana məktub göndərib. Məktubda deyilir: "Mən sizinlə razıyam ki, 1915-1923-ci illər arasında Osmanlı İmperiyasında baş verənlər soyqırım kimi tanınmalıdır. Biz bu faciəvi hadisələri tanımalıyıq. Buş administrasiyasının bunu etməməsinin heç bir əsası yoxdur və biz administrasiyanın mövqeyini dəyişmək üçün işlərimizi davam etdirəcəyik". Qeyd edək ki, B. Obama 2006-cı ildə Con Evansın ABŞ-ın Ermənistandakı səfiri vəzifəsindən çıxarılmasını da pisləmişdi. Xatırladaq ki, C. Evans səfir işlədiyi dövrdə uydurma "erməni soyqırımı"nı tanıması barədə bəyanat vermişdi. -
06-18-2008, 12:31 PMAPAFuad Ələsgərov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir"
[b]Fuad Ələsgərov: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda siyasi məhbus məsələsindən alver predmeti kimi istifadə etməyə cəhd göstərir"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı siyasi məhbus üzrə məruzəçisinin təyin olunması məsələsi uzun illərdir, müzakirə edilir. Hesab edirəm ki, bu məsələ gündəlikdən çıxarılmalıdır".
[APA-nın məlumatına görə, bunu Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib. Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, siyasi məhbus anlayışı mövcud deyil və heç bir ölkədə siyasi məhbuslar yoxdur: "İbtidai istintaq və məhkəmə zamanı hüquqları pozulan hər bir insan bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bizdə də bu mexanizmdən istifadə edənlər var. Azərbaycan üçün siyasi məhbus məsələsi həssas məsələdir. Bəzi beynəlxalq təşkilatlar bundan alver predmeti kimi istifadə etməyə cəhd göstərir. Bu məsələni bağlamaq lazımdır. Beynəlxalq təşkilatlara məsləhət görərdim ki, bu məsələdən Azərbaycan təzyiq kimi istifadə olunmasın. Adları siyasi məhbus siyahısında olanlardan iki məhbus İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə məhkum edilib. Onların adının siyahıya düşməsi təəccüb doğurur". -
06-18-2008, 02:11 PMAPAABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq
[b]ABŞ-da yaşayan müsəlmanların siyahıyaalınması aparılacaq[b]
[Bakı. Laçın Sultanova - APA. ABŞ-ın bir sıra hüquq-müdafiə və statistika təşkilatları ölkədə yaşayan müsəlmanların siyahıyaalınmasını həyata keçirəcəklər. APA-nın "USA Today" qəzetinə istinadən yaydığı məlumata görə, bu kampaniyanın təşkilatçıları hesab edirlər ki, yeni tədqiqat amerikalı müsəlmanların sayı və etnik mənsubiyyəti haqqında daha dəqiq informasiya əldə etməyə imkan verəcək. Tədqiqatın nəticələri 2009-cu ilin əvvəlində açıqlanacaq. Qəzet yazır ki, 2001-ci ildə Amerika-İslam Münasibətləri Şurasının (The Council on American Islamic Relations - CAIR) apardığı tədqiqata əsasən ABŞ-da 6-7 milyon müsəlman yaşayır. Onların 33 faizi Cənubi Asiya əsilli, 30 faizi - afrikalı, 25 faizi isə ərəbdir. -
06-18-2008, 04:11 PMAPA"Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirilib
[b]"Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirilib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bütöv Azərbaycan Birliyi (BAB) Əbülfəz Elçibəyin 70 illik yubileyi münasibətilə "Elçibəy aydınların gözü ilə" mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiya rəhbərləri, millət vəkilləri, şair və yazıçılar iştirak edib. BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli Elçibəyin həyat və fəaliyyəti, xalq hərəkatındakı rolu barədə danışıb. Şair Ramiz Rövşən bildirib ki, Elçibəy sağ olarkən xalq hərəkatının bütün nümayəndələrini bir yerə topladığı kimi, indi də həmin insanlar onun adı ətrafına toplaşır. O, tədbirdə iştirak edən Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimliyə müraciətə edərək onları bir-birlərinə qarşı apardıqları təbliğatı dayandırmağa çağırıb. Müsavat başqanı İsa Qəmbər isə bu mövzuda diskussiya aparmaq fikrində olmadığını deyib. O, Elçibəyin Azərbaycanda demokratik yolla prezident seçilən ilk şəxs olduğuna diqqət çəkib: "Elçibəy Azərbaycanın müstəqilliyini elə yüksək səviyyədə gerçəkləşdirib ki, onun müəyyənləşdirdiyi meyarlardan uzaqlaşmaq mümkün deyil. Elçibəy hakimiyyətinin süqutu həmin hakimiyyətin səhvləri yox, uğurları ilə bağlı idi". AXCP sədri Əli Kərimli isə Elçibəylə bağlı bu gün də müəyyən dairələrdə təftiş aparıldığını, lakin bunun mənasız iş olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın müstəqillik hərəkatına Elçibəy rəhbərlik edib və bu tarixi dəyişmək mümkün deyil. AMİP lideri Etibar Məmmədov Elçibəyin xalq hərəkatının ideoloqu olduğunu və eyni zamanda irəli sürdüyü ideyaların icraçısı rolunda çıxış etdiyini söyləyib. O bildirib ki, Elçibəyin komandası hərəkatın birinci mərhələsində öz işini uğurla başa çatdırdı, lakin ikinci mərhələdə - hakimiyyət mərhələsində bunu yerinə yetirə bilmədi. Tədbirdə millət vəkili Pənah Hüseyn, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, şair Vaqif Bayatlı və digər şəxslər də çıxış ediblər. -
06-18-2008, 04:21 PMAPAAzərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib
[b]Azərbaycanlı kinorejissor və kinoaktyorlarının Moskvada saxlanan foto arxivləri Dövlət Film Fonduna təhvil verilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Kinorejissorlar Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, aktyorlar Şəmsi Bədəlbəyli, Mərziyə Davudova və kinodramaturq Sabit Rəhmanın Moskva arxivlərində qorunan foto arxivləri Dövlət Film Fonduna təqdim olunub. Fondun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev APA-ya deyib ki, bu fotolar bu günə kimi heç bir yerdə nümayiş olunmayıb. Bundan başqa, 1953-cü ildə istehsal olunmuş "Xəzər dənizçiləri haqqında hekayə" sənədli filminin rəngli nüsxəsi Dövlət Film Fonduna verilib. C. Quliyev bildirib ki, filmin rejissoru Raman Karmen, bəstəkarı Qara Qarayev, operatoru isə Cavanşir Məmmədovdur. Bu film vaxtilə Lenin mükafatına da layiq görülüb. -
06-18-2008, 04:31 PMAPAƏli Əhmədov: "Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək"
[b]Əli Əhmədov: "Xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına yol verilməyəcək"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Təcrübə göstərir ki, kənardan müdaxilə ilə nə demokratiyanı inkişaf etdirmək, nə də ölkənin bu və ya digər sahəsindəki problemlərini həll etmək mümkün olub. Azərbaycanın inkişafı Heydər Əliyevin strategiyasına əsaslanır və xarici təsir, o cümlədən də dəstək Azərbaycanın inkişafında heç bir rol oynamır. Demokratiyanın inkişafı da xalqın daxili ehtiyaclarından qaynaqlanır. İstənilən halda isə kənardan dəstək çoxlu suallar yaradır". APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, ABŞ hökumətinin Azərbaycanda keçiriləcək prezident seçkisi öncəsi ölkədə demokratiyanın dəstəklənməsi üçün 3,2 milyon ABŞ dolları ayıracağı ilə bağlı informasiya araşdırılıb. "Biz bununla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə söhbət aparmışıq və onlara öz suallarımızı ünvanlamışıq ki, ayrılan məbləğ hansı məqsədlər üçün istifadə ediləcək? Eyni zamanda hansı təşkilatlar bu məbləğdən istifadə etmək imkanına malik olacaqlar? Onlar isə Azərbaycanda bu və ya digər QHT-lərin layihələrini maliyyələşdirməklə demokratiyanın inkişafına dəstək vermək niyyətində olduqlarını deyiblər. Deyilənlərin nə qədər həqiqətəuyğun və səmimi olduğunu bilmirəm". Ə. Əhmədovun sözlərinə görə, Azərbaycandakı siyasi layihələrə istənilən kənar maliyyə yardımı arzuolunmazdır. "Hər bir dövlət həm demokratiyanın, həm də həyatın digər sahələrinin inkişafı üçün daxili imkanlardan istifadə etsə, yaxşı olar. Ona görə ki, bütün məsələlər Azərbaycan vətəndaşları ilə bağlıdır və daxili resurslardan istifadə etməklə həyata keçirilməlidir. Təəssüf edirəm ki, bəzi QHT-lər xaricdən vəsaitlərin cəlb edilməsinə maraq göstərirlər. Bəzi hallarda bu maraq şübhəli şəkildə qavranılır". Ə. Əhmədov bildirib ki, xarici təsirlər nəticəsində ölkədə hər hansı xoşagəlməz addımların atılmasına imkan verilməyəcək. -
06-18-2008, 04:41 PMAPADəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub
[b]Dəhşətli zəlzələ Çinə 70 milyard dollardan çox ziyan vurub[b]
[Çin - APA. Mayın 12-də Sıçuan əyalətində baş vermiş dəhşətli zəlzələ nəticəsində Çin iqtisadiyyatına dəyən birbaşa ziyanın miqdarı 58-73 milyard dollardır. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu rəqəmi Çinin İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsi açıqlayıb. Komitə bildirib ki, bu zərər ölkə iqtisadiyyatının inkişafına ciddi təsir göstərməyəcək. İlkin hesablamalara əsasən zəlzələ Ümumi Daxili Məhsulun artım tempini 0,1% zəiflədə bilər. 2007-ci ildə Çində Ümumi Daxili Məhsul 11,4% artaraq 3,46 trilyon dollar təşkil edib. Xatırladaq ki, mayın 12-də baş verən 8 bal gücündə zəlzələ 70 mindən çox adamın həyatına son qoyub. -
06-18-2008, 04:51 PMAPAAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Şirvan bölgəsində qastrolda olacaq
[b]Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Şirvan bölgəsində qastrolda olacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 19-dan 24-dək Göyçay, Ağdaş, Şamaxı, Ucar, Zərdab və İsmayıllı rayonunda qastrol səfərində olacaqlar. Teatrdan APA-ya bildirilib ki, kollektiv bölgə tamaşçıalrı qarşısında Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" komediyasını nümayiş etdirəcək. Tamaşada rollarda xalq artisti Yasin Qarayev, əməkdar artist Naibə Allahverdiyeva, artistlər Atabala Səfərov, Vahid Əliyev, Elnur Hüseynov, Günel Məmmədova və başqaları çıxış edəcəklər. -
06-18-2008, 05:01 PMAPAAzərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub
[b]Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Jurnalistlərinin V Qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin sonuncu iclası olub.
[Mətbuat Şurasından APA-ya verilən məlumata görə, Təşkilat Komitəsinin sədri Əflatun Amaşov Şuranın 128 təsisçisinin qurultaya hazırlıq üzrə İşçi Qrupuna qurultayda iştirak edəcək nümayəndələrinin adları yazılmış məktubları və prosedur qaydalara uyğun olaraq içərisində gizli səsvermə bülletenləri olan möhürlənmiş zərfləri təqdim etdiklərini bildirib. Onun sözlərinə görə, 10 təsisçi Mətbuat Şurasının məktubuna cavab verməyib. Müxtəlif KİV-lərin təqdim etdikləri blanklarda 123 jurnalist, 132 ictimaiyyət nümayəndəsi İdarə Heyətinə namizəd kimi göstərilib. Qrup Təşkilat Komitəsinə onlardan ən çox səs toplayanların adlarının qurultayın səsvermə bülletenlərinə daxil edilməsi barədə təqdimat ünvanlayıb. İclasda İşçi Qrupun təqdimatı Təşkilat Komitəsinin üzvləri tərəfindən müzakirə olunaraq təsdiqlənib. Qrupa 27 jurnalist və 18 ictimaiyyət nümayəndəsinin adı qeyd edilmiş müvafiq blanklar hazırlamaq tapşırığı verilib. İclasda qurultayın iş planının layihəsi ətrafında da müzakirələr aparılıb. Təkliflər əsasında sənədin tərtib olunması barədə razılığa gəlinib. Plana əsasən, qurultay iyun 20-də saat 10.00-da başlayacaq. Təbrik çıxışlarından sonra qurultayda Mətbuat Şurası sədrinin, Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənəcək, məruzə və hesabat ətrafında müzakirələr keçiriləcək. Daha sonra Mətbuat Şurası Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ətrafında müzakirələr aparılacaq, İdarə Heyətinin və NTK-nın yeni tərkibinin və MŞ sədrinin seçkisi keçiriləcək. -
06-18-2008, 05:11 PMAPAVəzifədən çıxarılan generalın səhhəti pisləşib
[b]Vəzifədən çıxarılan generalın səhhəti pisləşib[b]
[Moskva - APA. Rusiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Baluyevskinin səhhəti pisləşib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəl özünü pis hiss edən general həkimə müraciət edib. Hərbi hospitala aparılaraq müayinə edilən Y. Baluyevskinin ürəyində ciddi problemlər olduğu müəyyənləşdirilib. O, kardiologiya şöbəsində xüsusi palataya yerləşdirilib. Generalın vəziyyəti sabit-ağırdır. Həkimlər Y. Baluyevskinin səhhətinin qəfil pisləşməsini onun vəzifədən uzaqlaşdırılması ilə əlaqələndirirlər. Xatırladaq ki, Y. Baluyevski iyunun 4-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən çıxarılıb və Təhlükəsizlik Şurası katibinin müavini təyin olunub. -
06-18-2008, 05:21 PMAPATürkiyə sərhədini pozan erməni tutulub
[b]Türkiyə sərhədini pozan erməni tutulub[b]
[Ankara - APA. Türkiyə sərhədçiləri ölkə sərhədini pozan Ermənistan vətəndaşını həbs ediblər. APA-nın Ermənistan saytlarına istinadən verdiyi məlumata görə, Artaşat rayonunun 27 yaşlı sakini Arsen Avaqyan iyunun 18-də yaxalanıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yerli vaxtla səhər saat 07:45-də erməni sərhədçiləri sərhədin pozulmasını xəbər verən siqnalizasiya səsləri qeydə alıblar. Hərbçilər əraziyə baxış keçirərkən ayaq izləri aşkar etsələr də, sərhəd pozucusunu tapmaq mümkün olmayıb. Üstündən 4 saat keçəndən sonra Türkiyə sərhədçiləri Ermənistan vətəndaşının həbs olunduğu barədə məlumat veriblər. -
06-18-2008, 05:31 PMAPAAzərbaycanın Kürdəmir rayonunda iki qardaş Kür çayında boğulub
[b]Azərbaycanın Kürdəmir rayonunda iki qardaş Kür çayında boğulub[b]
[Salyan, Kürdəmir. Hacı Zeynalov-APA. Salyan rayonunun Sarvan kəndində, kənd sakini Elşən Dadaşov Şirvan Su kollektorunda çimərkən boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Kürdəmir rayon Polis Şöbəsindən verilən məlumata görə isə rayonun Sor kəndinin sakinləri, 1992-ci il təvəllüdlü Elnur və 1993-cü il təvəllüdlü Zeynur Cəfərov qardaşları Kür çayında çimərkən boğulublar. Hər iki faktla bağlı araşdırma aparılır. -
06-18-2008, 05:41 PMAPAAvropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib
[b]Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətini 30 min avro təzminat ödəməyə məhkum edib[b]
[Strasburq - APA. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın "A1+" teleşirkətinin bu ölkə hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, məhkəmə müxalifyönlü "A1+" teleşirkətinə yayım lisenziyası verməkdən imtina edən Ermənistan hökumətinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini (fikir azadlığı) pozduğunu müəyyənləşdirib. Məhkəmənin qərarına əsasən rəsmi İrəvan 3 ay ərzində teleşirkətə ümumilikdə 30 min avro təzminat ödəməlidir. Məsələyə münasibət bildirən Avropa Şurasının baş katibi Terri Devis qərarı fikir azadlığının qələbəsi adlandırıb: "Bu fakt Avropa İnsan Haqları Konvensiyasının söz azadlığına təminat verən və insan haqlarının müdafiəsində əsas kimi götürülən 10-cu maddəsini özünəməxsus şəkildə tövsif edən bütün hökumətlərə dərs olmalıdır". Ermənistan ədliyyə nazirinin müavini, ölkənin AİHM-dəki səlahiyyətli nümayəndəsi Gevork Kostanyan hökumətin cəriməni ödəyəcəyini bildirib. -
06-18-2008, 06:11 PMAPAAzərbaycan prezidenti Qazaxıstan Senatının sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Qazaxıstan Senatının sədrini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayevi qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrin daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. -
06-18-2008, 06:21 PMAPABakıda Səudiyyə Ərəbistanı Mədəniyyət Günləri çərçivəsində sərgi təşkil olunub
[b]Bakıda Səudiyyə Ərəbistanı Mədəniyyət Günləri çərçivəsində sərgi təşkil olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günləri çərçivəsində Muzey Mərkəzində sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə kalliqrafiya, fotosərgi, rənkgarlıq janrında rəsm əsərləri, ənənəvi geyimlər və bəzək əşyaları, xurmalar nümayiş etdirilib. Tədbirdə çıxış edən Səudiyyə Ərəbistan Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni həyata keçirilən mədəniyyət günlərinin iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının nəticəsi olduğunu deyib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında Səudiyyə Ərəbistanın yüksək və qədim mədəniyyətə malik olduğunu qeyd edib. Nazir keçirilən mədəniyyət günlərinə marağı yüksək qiymətləndirib. -
06-18-2008, 06:41 PMAPAATƏT təmsilçisi: "Azərbaycanda tikinti sektoru və kənd təsərrüfatının inkişafı traffikinqi intensivləşdirir"
[b]ATƏT təmsilçisi: "Azərbaycanda tikinti sektoru və kənd təsərrüfatının inkişafı traffikinqi intensivləşdirir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanda iqtisadi inkişaf tempi artır, bunu görməmək və alqışlamamaq mümkün deyil. Digər tərəfdən bu prosesin kölgədə qalan tərəfi də var. Bu, traffikinq səviyyəsinin artmasıdır".
[APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in traffikinqlə mübarizəyə dair xüsusi nümayəndəsi Yeva Biaudet Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, Azərbaycanda tikinti sektoru aktiv inkişaf edir, bu isə traffikinqin intensivliyini artıran sahələrdən biri sayılır: "Digər belə sahə isə kənd təsərrüfatı sektorudur. Burada əmək traffikinqindən yararlanmaq, yeniyetməlik yaşına çatmamış azyaşlıların əməyindən, həmçinin başqa ölkələrdən gətirilmiş işçi qüvvəsindən istifadə etmək olar". Yeva Biaudet bu məsələləri Azərbaycan rəsmiləri ilə müzakirə etdiyini bildirib: "Mən onların diqqətini bu problemə yönəltməyə çalışdım". -
06-18-2008, 07:01 PMAPAAzərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər
[b]Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri Türkiyədə təcrübə keçəcəklər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Qafqaz Media Mərkəzi (QMM) televiziya jurnalistləri üçün hazırladığı təcrübə mübadiləsi layihəsi çərçivəsində Azərbaycanın bölgə televiziyalarının təmsilçiləri bu gün Türkiyənin İstanbul şəhərinə yola düşüblər. QMM-dən APA-ya verilən məlumata görə, "Alternativ TV" (Gəncə), "Dünya TV" (Sumqayıt), "Aygün TV" (Zaqatala), "Simurq TV" (Tovuz) və "Qütb TV" (Quba) nümayəndələrinin qatıldığı layihə mərkəzi ofisi Ankarada yerləşən "Kanal A" televiziyasında bir həftəlik təcrübəni əhatə edir. Bu müddət ərzində Azərbaycan telejurnalistləri Türkiyənin regional televizyonçuluq ənənələri ilə tanış olacaq, türkiyəli həmkarlarının təcrübəsindən yararlanmaq, onlarla əməkdaşlıq qurmaq perspektivlərini araşdıracaqlar. İyunun 25-də yekunlaşacaq layihə eyni zamanda Azərbaycan və Türkiyə KİV-lərinin yaxınlaşmasına və iki ölkə arasında informasiya mübadiləsinin inkişafına təkan verəcək. -
06-18-2008, 07:11 PMAPAATƏT təmsilçisi Yeva Biaudet: "Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır"
[b]ATƏT təmsilçisi Yeva Biaudet: "Azərbaycanda insan alveri kanalları və qurbanlarını müəyyənləşdimək üçün xüsusi mexanizmlər yaradılmalıdır"[b]
[APA-nın məlumatına görə, ATƏT təmsilçisi traffikinqlə mübarizəni tənzimləyən qanunlar qəbul etdiyinə və bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa görə Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib: "Daxili İşlər Nazirliyinin tezliklə traffikinq qurbanları üçün dörd regional bərpa məntəqəsi açacağını eşitmək mənim üçün çox xoşdur. Bununla belə ATƏT-ə üzv digər ölkələrdən fərqli olaraq Azərbaycanda qeyri-hökumət təşkilatlarının köməyi sayəsində çox az sayda traffikinq qurbanları müəyyənləşib. Şəxsi təcrübəmdən çıxış edərək deyə bilərəm ki, insan alverinin qurbanları çox az hallarda özləri barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər. Buna görə də traffikinq kanalları və qurbanlarının müəyyən edilməsi üçün xüsusi mexanizmlər yaradılmalıdır. Azərbaycanlı həmkarlarım ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri istiqamətində aktiv siyasi dialoqu davam etdirməlidir". Yeva Biaudet bildirib ki, Azərbaycan hakimiyyəti traffikinq problemi üzərində daha aktiv işləmək niyyətindədir. O, xüsusilə uçaq traffikinqi ilə mübarizəni vacib saydığını bildirib. Qeyd edək ki, səfər çərçivəsində Yeva Biaudet Milli Məclisin vitse-spikeri Bahar Muradova, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, insan alverinə qarşı mübarizəyə dair milli koordinator Vilayət Eyvazov, qeyri-hökumət təşkilatlarının nümayəndələri və diplomatik korpusun üzvləri ilə görüşüb. -
06-18-2008, 07:21 PMAPAElmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib
[b]Elmar Məmmədyarov Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Devid Smitin rəhbərliyi ilə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kanada və Azərbaycan arasında əlaqələrin inkişaf səviyyəsinin aşağı tempdə olduğunu bildirən nazir Elmar Məmmədyarov, Kanadanın ölkəmizdə səfirlik açmağa dəvət edib, Azərbaycanın regionda lider dövlət olması, həmçinin region və Orta Asiya ölkələri ilə əlaqələr baxımından mərkəz kimi rolunu önə çəkib. Kanadalı parlamentarilər Azərbaycanın iqtisadi cəhətdən dinamikliyi, sosial inkişafını və dünyəvi dövlət quruculuğunu yüksək qiymətləndirərək, Kanada ictimaiyyətinin ölkədə əldə olunan nailiyyətlər haqda məlumatlandırılmasına, Kanada şirkətlərinin ölkəmizdə biznes qurmağa marağının artırılmasına ehtiyac olduğunu vurğulayıblar. Nazir Elmar Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıraraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə ətraflı məlumat verib. O bildirib ki, dənizə çıxışı olmayan və regional layihələrdən özünü məhrum etmiş Ermənistan üçün təcavüz siyasətindən əl çəkmək və regional əməkdaşlığa qatılmaq onun öz milli maraqlarına cavab verir. Görüşdə həmçinin enerji sahəsində təcrübə və texnologiya mübadiləsi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, təhsil və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. -
06-18-2008, 07:41 PMAPAAzərbaycan prezidenti İlham Əliyev Polşa Senatının sədrini qəbul edib
[b]Azərbaycan prezidenti İlham Əliyev Polşa Senatının sədrini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Polşa Senatının sədri Boqdan Boruseviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən danışan prezident belə geniş tərkibdə parlament nümayəndə heyətinin səfərini Polşa tərəfinin Azərbaycan-Polşa əlaqələrinə verdiyi önəmin yaxşı nümunəsi kimi qiymətləndirib.Öz növbəsində, B. Boruseviç ölkələr arasında münasibətlərin inkişaf etdiyini vurğulayıb. -
06-18-2008, 07:51 PMAPAAzərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib
[b]Azərbaycan prezidenti Rumıniya Senatının sədrini qəbul edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 18-də Rumıniya Senatının sədri Nikolae Vekerounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı ölkələr arasında yaxşı əlaqələrin mövcud olduğunu bildirib, əlaqələrin daim genişlənməsindən məmnunluğunu ifadə edib. Rumıniya Senatının nümayəndə heyətinin Azərbaycana səfərini iki ölkə arasında yüksək səviyyədə münasibətlərin göstəricisi kimi dəyərləndirən prezident İ. Əliyev bu səfərin həm parlamentlərarası əməkdaşlıq, həm də ümumilikdə ikitərəfli əlaqələrin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Öz növbəsində, N. Vekerou ölkələr arasında müxtəlif sahələrdə münasibətlərin daim genişləndiyini deyib. Rumıniya Senatının sədri hər iki ölkə parlamentarilərinin Rumıniya-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində səylərinin artırılmasının vacibliyini qeyd edib. -
06-19-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 18-də saat 13.00-dan 17.20-dək və saat 19.00-dan 22.30-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi, İcevan rayonunun Azatamut kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Ağdam və Qazax rayonunun Cəfərli kəndləri ərazisində yerləşən mövqelərini, saat 13.00-dan 13.15-dək və iyunun 19-u saat 01.35-dən 02.05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 16.45-dən 17.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.15-dən 23.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyunun 19-da saat 01.45-dən 02.15-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətdən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-19-2008, 10:41 AMAPASabah qoşunların təmas xəttində monitorinq keçiriləcək
[b]Sabah qoşunların təmas xəttində monitorinq keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 20-də Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və İrji Aberle, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Antal Herdiç keçirəcəklər. -
06-19-2008, 10:51 AMAPAABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir
[b]ABŞ Dövlət Departamenti: Azərbaycan, Gürcüstan və Ermənistan öz talelərini özləri müəyyənləşdirməlidir[b]
Vaşinqton-APA. "ABŞ Gürcüstan, Ermənistan və Azərbaycanı öz təsir dairəsinə daxil etmək üçün Rusiya ilə mübarizə aparmır və Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq niyyəti yoxdur".
[APA-nın məlumatına görə, bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid çıxış edib: "ABŞ Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaq niyyətində deyil. Bu, həm qeyri-müdrik, həm də mümkünsüz addımdır". ABŞ Konqresində hesabatla çıxış edən Daniel Frid Cənubi Qafqaz ölkələri öz talelərini özləri müəyyənləşdirməli, digər dövlət və beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə qarşılıqlı münasibətləri sərbəst şəkildə qurmalıdır: "Biz hesab edirik ki, heç bir böyük dövlət - nə Rusiya, nə də başqası - bu ölkələri öz təsir dairəsinə salmalı deyil. Eyni zamanda heç bir dövlət bu ölkələrin Avropa institutlarına və transatlantik ailəyə qoşulmaq barədə suveren seçiminə müdaxilə etməməlidir". -
06-19-2008, 11:01 AMAPABaş nazir avtomobil qəzasına düşüb
[b]Baş nazir avtomobil qəzasına düşüb[b]
Riqa-APA. Latviyanın baş naziri İvar Qodmanis avtomobil qəzasına uğrayıb. APA-nın məlumatına görə, baş nazirin avtomobili Riqanın mərkəzində mikroavtobusla toqquşub.
[Qəza nəticəsində İvar Qodmanis baş nahiyəsindən xəsarət alıb. Xəstəxanaya çatdırılan baş nazirin başına bir neçə yerdən tikiş qoyulub. Qəza ilə əlaqədar baş nazirin prezident Valdis Zatlerslə görüşü və Təhlükəsizlik Şurasının iclasında iştirakı təxirə salınıb. Hökumət başçısının mətbuat katibi Edqars Vaykulis bildirib ki, qəza zamanı İvar Qodmanisin beyni silkələnib və gicgah sümüyü zədələnib. Həkimlər baş nazirə ən az bir həftə yataq rejimi təyin ediblər. Hələlik qəzanın səbəbi məlum deyil. Mətbuat katibi qəzanın səbəbinin polis araşdırmasından sonra məlum olacağını bildirib. -
06-19-2008, 11:31 AMAPAABŞ Konqresində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələr keçirilib
[b]ABŞ Konqresində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" mövzusunda dinləmələr keçirilib[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində "Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər" başlığı altında dinləmələr keçirilib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, dinləmələri açıq elan edən komitənin rəhbəri, Kaliforniya ştatından olan ermənipərəst konqresmen Hovard Berman bildirib ki, Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması ABŞ-ın maraqlarına ziddir. Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin bağlı olması 1922-ci il Qars müqaviləsinin bəndlərinə ziddir və rəsmi İrəvanın İranın təsiri altında qalmasını sürətləndirir. Komitə sədri iki ölkə arasında sərhədlərin 1993-ci ildən etibarən bağlı saxlanmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməsini də səhv addım adlandırıb. Qeyd edək ki, Hovard Berman Kaliforniyada təmsil olunan nüfuzlu erməni lobbisi ilə sıx əlaqələrə malikdir. Onun adı ermənilərlə bağlı qalmaqalların birində artıq səslənib. Belə ki, komitə rəhbəri 2001-ci ildə fırıldaqçılıq və terrorçuluq maddələri ilə həbs olunan, 37 ay həbs cəzasına məhkum edilən Erməni Milli Komitəsinin sabiq sədri Murad Topolyanla görüşdüyünə görə yerli icmaların tənqidinə məruz qalıb. Daha sonra dinləmələrdə çıxış edən. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid bildirib ki, Azərbaycan rəsmi Vaşinqtonla bir çox sahələrdə strateji əməkdaşlıq edir. Cənab Frid təhlükəsizlik və enerji sahəsində əməkdaşlığı xüsusi olaraq qeyd edib. Dövlət katibin müavini rəsmi Bakının Əfqanıstan və İraqa sülhməramlı qüvvələr göndərdiyini, NATO ilə faydalı əməkdaşlıq etdiyini, dünyada 3 il davamlı olaraq ən yüksək iqtisadi artım nümayiş etdirdiyini və Avropa üçün mühüm enerji mənbəyi olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan Daniel Frid prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın iyunun 6-da Sankt-Peterburqda keçirilən görüşünü mühüm hadisə adlandırıb. ABŞ rəsmisi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edib. Çıxışdan sonra Daniel Frid komitə üzvlərinin suallarını cavablandırıb. Ermənipərəst konqresmenlər Adam Şif (qondarma "erməni soyqırımı" haqqında və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını tələb edən qanun layihələrinin müəllifi, Konqresdə Ermənistan üzrə İşçi Qrupun həmsədri, Kaliforniya ştatı), Frenk Pallone (Ermənistan üzrə İşçi Qrupun həmsədri, Nyu-Cersi ştatı), Bred Şerman (jurnalist Hrant Dinkin qətlə yetirilməsini pisləyən və qondarma "erməni soyqırımı"nın tanınmasını tələb edən qanun layihələrin həmmüəllifi, Kaliforniya ştatı), Diana Vatson (Kaliforniya ştatı) və sair dinləmələrdə çıxış ediblər. Ermənipərəst konqresmenlər Türkiyə-Ermənistan sərhədinin açılmasını, qondarma "erməni soyqırımı"nın tanınması və Azərbaycan rəhbərliyinin hərbi çağırışları barədə narahatlıqlarını bəyan ediblər. Daniel Frid Ağ Ev administrasiyasının qondarma "erməni soyqırımı"nı tanımadığını, Azərbaycan rəhbərliyinin sərt bəyanatlarının isə onlarda da narahatçılıq hissi yaratdığını bildirib. Konqresin Türkiyə üzrə İşçi Qrupunun həmsədri, Florida ştatından olan Robert Veksler (Kürd terrorçuların Türkiyə və Türk vətəndaşlarına hücumunu pisləyən qanun layihəsinin müəllifi), Arizona ştatından Cef Flake və İndiana ştatından olan Dan Barton isə diqqəti Türkiyə və Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olmasına, regionda reallaşdırılan iri transmilli layihələrə cəlb ediblər. Qeyd edək ki, bu gün keçirilən dinləmələrə ABŞ-ın Azərbaycan İcmasının nümayəndələri də qatılıblar. Azərbaycan Amerika Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycan Şurasının sədri Cavid Hüseynov, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov komitə üzvlərinə müraciətlər təqdim edərək Azərbaycan-ABŞ münasibətlərinin vacibliyini vurğulayıblar. -
06-19-2008, 11:41 AMAPANaxçıvan Dövlət Musiqili Dram Teatrı Gəncədə qastroldadır
[b]Naxçıvan Dövlət Musiqili Dram Teatrı Gəncədə qastroldadır[b]
[Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Naxçıvan Dövlət Musiqili Dram Teatrı 125 illik yubileyi çərçivəsində Qərb regionunda qastroldadır. Teatrın direktoru, Azərbaycanın xalq artisti Kamran Quliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, qastrol zamanı tamaşaçılara milli klassikimiz Hüseyn Cavidin "İblis" və Nəriman Həsənzadənin "Atabəylər" tamaşalarını göstərəcəklər. Kamran Quliyev bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra kollektiv dəfələrlə İran və Türkiyədə qastrollarda olub. Kollektiv Gəncədən sonra Qazaxda qastrol səfərində olacaqlar. -
06-19-2008, 11:51 AMAPARusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
[b]Rusiya-Avropa Birliyi sammitində Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. İyunun 26-27-də Xantı-Mansiyskdə Rusiya-Avropa Birliyi sammiti keçiriləcək. APA-nın AB-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sammitdə Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya və Abxaziya münaqişələrinin həlli də müzakirə ediləcək. Tərəflər münaqişələrin həlli prosesində mümkün əməkdaşlıq yollarını axtaracaqlar. -
06-19-2008, 12:01 PMAPAAzərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
[b]Azərbaycanda sabiq nazirin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və bu iş üzrə təqsirləndirilən daha 5 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, R. Əliyevin vəkili Əlimərdan Sadıqov cinayət işinin materialları ilə tanış olmaq üçün 2 ay vaxt verilməsi barədə vəsatət qaldırıb. Vəsatət qismən təmin olunub, proses iyunun 24-dək təxirə salınıb. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev 10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.