[b]"Nurçular"ın lideri Fətullah Gülən Türkiyəyə qayıdacaq[b]
Ankara - APA. Türkiyənin apellyasiya məhkəməsi - Yarğıtay "nurçular" adlandırılan dini cərəyanın lideri Fətullah Gülən haqqında bəraət qərarı verən Ankara 11-ci Ağır Cəza Məhkəməsinin hökmünü təsdiqləyib.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla da hazırda ABŞ-da yaşayan F. Gülənin vətənə dönüşü üçün bütün hüquqi əngəllər aradan qalxıb. Xatırladaq ki, F. Gülən 8 il əvvəl "dünyəvi dövlət sistemini dəyişdirərək yerinə dini qaydalara əsaslanan dövlət qurmaq məqsədilə qeyri-qanuni təşkilat yaratmaq" ittihamı ilə mühakimə olunub. Ancaq məhkəmə Bülənt Ecevitin baş nazirliyi dövründə verilən amnistiyaya uyğun olaraq iş üzrə hökm çıxarılmasını təxirə salıb. F. Gülənin vəkilləri isə məhkəmənin davam etdirilməsini tələb ediblər. Nəticədə 2006-cı ilin mayında Ankara 11-ci Ağır Cəza Məhkəməsi dini lideri yenidən mühakimə edib və ona bəraət verib.
Azərbaycan Xəbərləri
Printable View

03-07-2008, 08:56 PMAPA"Nurçular"ın lideri Fətullah Gülən Türkiyəyə qayıdacaq

03-07-2008, 09:01 PMAPAAzərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olu
[b]Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə namizədlərin Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçirilməsinin ilkin nəticələri müsbət olub[b]
Bakı. Fuad Qulubəyli-APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlərlə bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində aparılan müsahibələr uğurlu olub.
[Bu barədə APA-nın Avropa bürosuna AŞ PA-nın İnsan Haqları və Hüquq İşləri Komitəsinin katibliyindən bildirilib. Məlumatda qeyd olunur ki, artıq namizədlərin müsahibədən keçirilməsi prosesi başa çatıb, hər üç namizəd müsahibədə iştirak edib. İlkin nəticələr müsbət olub. Katiblikdən onu da vurğulayıblar ki, Alt Komitənin tövsiyəsinin tam mətni AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında açıqlanacaq. Namizədlərlə bağlı prinsipial qərarı da Büro verəcək. AŞ PA-nın yaz sessiyasında isə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək şəxs təsdiqlənəcək. Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. -
03-07-2008, 09:06 PMAPAElmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
[b]Elmar Məmmədyarov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib[b]
[Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Qəbula görə təşəkkürünü bildirən Pyer Morel regiona səfəri haqqında geniş məlumat verib və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrin səviyyəsindən razılığını bildirib. Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsi ilə bu əməkdaşlığın daha da genişlənəcəyini vurğulayan Pyer Morel eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və enerji mənbələrinin diversifikasiyasında xüsusi rol oynadığı qeyd edib. Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini qonağın diqqətinə çatdırıb və bu münasibətlərin bir çox sahəni əhatə etdiyini bildirib. O, enerji sahəsində qurumla Azərbaycan arasında faydalı əməkdaşlığın mövcudluğunu və bu əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
03-07-2008, 11:31 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib[b]
[Bakı. Ülkər İsmayılova-APA. Azərbaycanın xalq artisti, muğamın əvəzsiz ifaçılarından Tükəzban İsmayılovanın səhhəti kəskin pisləşib. Bu barədə APA-ya açıqlamasında T. İsmayılovanın qızı, xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, üç gün əvvəl T. İsmayılovanın səhhəti pisləşib və o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Xalq artisti çanaq-bel sümüyündən əməliyyat olunub və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. F. Ələkbərli bildirib ki, T. İsmayılova hələ də reanimasiya şöbəsindədir. Həkimləri hələlik onun reanimasiya şöbəsində saxlanacağı müddətlə bağlı bir söz söyləməyərək, vəziyyətinin kritik olduğunu deyiblər.Qeyd edək ki, T. İsmayılovanın 85 yaşı var. -
03-08-2008, 11:31 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub[b]
Bakı. Hacı Zeynalov-APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 7-də saat 18.20-dən 18.40-dək və saat 22.30-dan 22.45-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Koxa Nəbi kəndləri sahəsindəki mövqelərini, saat 21.15-dən 23.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qərvənd kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, martın 8-də saat 01.35-dən 01.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 01.40-dan 01.50-dək Tərtər rayonunun Qızıl Oba kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 04.40-dan 04.55-dək isə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-08-2008, 12:51 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər.
[ATƏT-in baş ofisindən APA-ya daxil olan bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda insan ölümü ilə nəticələnmiş atışmaların baş verməsindən dərin təəssüf hissi keçirir, tərəfləri atəşkəs rejiminin bərpa olunmasına, gələcək qarşıdurmalardan və zor tətbiqinin genişlənməsindən çəkinməyə çağırır". Bəyanatda, həminin atəşkəs rejiminin artıq bərpa olunduğu bildirilir: "Həmsədrlər bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və bu cür hərəkətlər bütün regionda stabilliyə zərbə vura bilər". Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərini tərəflər arasında razılaşdırmaq istiqamətində səyləri daha da artıracaqlarını bildirilər. Bəyanatda həmsədrlər Azərbaycan ərazi bütövlüyünü dəstəklədiklərini və Dağlıq Qarabağın statusunun danışıqlar predmeti olduğunu bir daha vurğulayıblar. -
03-08-2008, 01:16 PMAPADmitri Medvedyevin Rusiya prezidenti seçildiyi MSK-nın yekun protokolu ilə təsdiqlənib
[b]Dmitri Medvedyevin Rusiya prezidenti seçildiyi MSK-nın yekun protokolu ilə təsdiqlənib[b]
Moskva. Tamara Qriqoryeva-APA. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) üzləri Rusiya Federasiyasının prezidentliyinə seçkilərin yekun protokolunu imzalayaraq, seçkilərin baş tutmuş və həqiqi olduğunu təsdiqləyiblər.
[APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, protokolun imzalanması dünən Moskva vaxtı ilə 19.16-da başa çatıb. Protokola əsasən, Dmitri Medvedyevin Rusiya prezidenti seçildiyi təsdiqlənib. MSK sədri Vladimir Çurov seçkilərin baş tutmuş və həqiqi sayılmasından razı qaldığını bildirib. Qeyd edək ki, martın 2-də keçirilmiş seçkilərdə D. Medvedyev 70,21% səs toplayıb. -
03-08-2008, 01:21 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır[b]
Bakı. Hacı Zeynalov-APA. Martın 6-da çanaq-bel sümüyündən cərrahiyyə əməliyyatı olunan Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti normaldır.
[Bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi, xalq artistini əməliyyat etmiş Elxan Hacıyev məlumat verib. Baş həkim deyib ki, əməliyyat uğurlu keçib. O, hazırda xalq artistinin müalicəsinin davam etdirildiyini bildirib. Qeyd edək ki, 85 yaşlı T. İsmayılova xalq artisti İlhamə Quliyevanın anasıdır. -
03-08-2008, 01:46 PMAPAAzərbaycan paytaxtında və Beyləqan rayonunda xeyli silah-sursat tapılıb
[b]Azərbaycan paytaxtında və Beyləqan rayonunda xeyli silah-sursat tapılıb[b]
Bakı. Hacı Zeynalov-APA. Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan paytaxtının Təbriz küçəsində 2 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 190 ədəd müxtəlif çaplı patron, 4 ədəd patron darağı və digər hərbi sursatlar tapılıb.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Polis Beyləqan rayonunda da xeyli silah-sursat aşkarlayıb. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən 1 ədəd tank əleyhinə qumbaraatan, 1 ədəd nömrəsiz və 1 ədəd "AKM" silahları, 1 ədəd "Naqan" tipli tapança, 2 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 72 ədəd patron darağı və 1482 ədəd müxtəlif çaplı patronlar tapıblar. -
03-08-2008, 01:56 PMAPAAzərbaycanın Kürdəmir rayonunda ev yanıb
[b]Azərbaycanın Kürdəmir rayonunda ev yanıb[b]
[Kürdəmir. Hacı Zeynalov-APA. Azərbaycanın Kürdəmir rayonunda yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Kürdəmir rayonu Nəsimi küçəsi ev 12-də yaşayan Oqtay Həmidova məxsus 2 otaqlı evdə baş verən yanğın nəticəsində 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Araşdırma aparılır. -
03-08-2008, 02:46 PMAPAABŞ-ın Azərbaycandakı səfiri: "Kosovo modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent deyil"
[b]ABŞ-ın Azərbaycandakı səfiri: "Kosovo modeli Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent deyil"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Kosovo münaqişəsinin həlli modelinin digər münaqişələrin həllində də tətbiq olunacağını düşünmək əsassızdır". APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib.
[Səfir bu mənada Kosovonun Dağlıq Qarabağ üçün də presedent olmadığını bildirib. Diplomat ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha vurğulayıb. -
03-08-2008, 03:11 PMAPAQafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın dövlət katibi ilə görüşüb
[b]Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın dövlət katibi ilə görüşüb[b]
[Şeyx Azərbaycanda dinlər arasında ayrı-seçkiliyə yol verilmədiyini, müxtəlif dinlərə qulluq edənlərin hamısının bərabər hüquq malik olduğunu diqqətə çatdırıb. O bunu dövlətin yürütdüyü düzgün siyasətin nəticəsi kimi qiymətləndirib. Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ probleminə toxunan Şeyxülislam bildirib ki, ermənilər özlərini dünyaya əzabkeş millət kimi göstərməyə çalışır, qondarma erməni soyqırımı barədə əsassız iddialar irəli sürürlər: "Halbuki onlar Azərbaycan torpaqlarının 20 faizini ediblər, işğal altında olan ibadət ocaqlarını tamamilə dağıdıblar. Bir neçə gün öncə ermənilərin 16 il əvvəl törətdiyi Xocalı soyqırımının ildönümü idi. Bu, bütün bəşəriyyətin məruz aldığı ən böyük soyqırımlarından biridir". A. Paşazadə katoliklərin dünyada 5 min yepiskopunun olduğunu xatırladaraq, Azərbaycan həqiqətlərinin çatdırılmasında onların da xidməti ola biləcəyini vurğulayıb. Vatikanın dövlət katibinin bu gün səhər əsaslı təmir olunan "Təzəpir" Məscidinə baxış keçirdiyini söyləyən Şeyx onu məscidin açılış mərasiminə dəvət etdiyini də deyib: "Biz dövlət katibinin "Təzəpir" Məscidinin açılışında iştirak edəcəyini gözləyirik". Öz növbəsində, Vatikanın dövlət katibi Azərbaycandakı tolerantlığın cəmiyyətin sütununu təşkil etdiyini, ölkənin uğurla inkişafa doğru getdiyini bildirib: "Azərbaycanda bu tolerantlığın yaradılmasında və qorunmasında Şeyxin böyük rolu var". Kardinal Roma Papası II İohann Pavelin ağır vəziyyətdə olmasına baxmayaraq Azərbaycana səfər etdiyini xatırladıb, bunu onun ölkəmizə verdiyi önəmin göstəricisi kimi qiymətləndirib. Sonra Şeyx qonağa, qonaq da ona hədiyyələrini təqdim edib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri də çıxış edərək, ölkədə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu bildiriblər. -
03-08-2008, 03:21 PMAPAGöyçay məscidinin ərazisində yanğın olub
[b]Göyçay məscidinin ərazisində yanğın olub[b]
[Ucar. Zahid Abışov-APA. Dünən Göyçay-Ucar yolunun 7-ci km-də yerləşən, Göyçay rayonuna aid məscidin ərazisində yanğın olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, təxminən 2 hektar sahədə 14-15 ağac və kol-kos tamam yanıb. Yanğından Mühafizə Xidmətinin müdaxiləsindən sonra yanğının qarşısı alınıb, ölən və xəsarət alan yoxdur. İlkin versiyalarda yanğının məscidin ərazisində mal-qara otaran uşaqların tonqal qalaması, yaxud yaxınlıqdakı yoldan keçən maşınlardan siqaret atılması nəticəsində baş verə biləcəyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır. -
03-08-2008, 03:41 PMAPAABŞ-ın Azərbaycandakı səfirinə mükafat verilib
[b]ABŞ-ın Azərbaycandakı səfirinə mükafat verilib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan Qadın Jurnalistləri Assosiasiyası Beynəlxalq Qadınlar günü münasibətilə qadın jurnalistləri mükafatlandırıb.
[APA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə mükafatlar televiziya aparıcılarına və tanınmış jurnalistlərə təqdim olunub. Mükafatlandırılanlar arasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi və Milli Məclisin deputatı Qənirə Paşayeva da olub. A. Dersi jurnalistlərə ən açıq diplomat hesab olunaraq mükafata layiq görülüb. -
03-08-2008, 03:46 PMAPAQadınları cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda günahlandırılan Azərbaycan vətəndaşı həbs olunub
[b]Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparmaqda günahlandırılan Azərbaycan vətəndaşı həbs olunub[b]
[Bakı. Hacı Zeynalov-APA. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aslan Məmmədov həbs olunub. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, A. Məmmədov bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması faktı ilə əlaqədar tutulub. -
03-08-2008, 05:36 PMAPAİPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur
[b]İPAP-ın II hissəsində NATO-nun Azərbaycan DİN, MTN, FHN və Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur[b]
[APA-nın məlumatına görə, xüsusi nümayəndə Azərbaycana səfərinin əsas iki məqsəd daşıdığını bildirib: "Səfərimin əsas məqsədləri Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) II hissəsinin başlanmasına dair rəsmi Bakı ilə müzakirələr aparmaq və NATO Parlament Assambleyasının "Rouz Ruot" seminarında iştirak etmək idi. Qeyd edim ki, İPAP-ın II hissəsi artıq dünən Brüsseldə təsdiqlənib". Azərbaycan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşdüyünü deyən R. Simmons prezident İlham Əliyevlə NATO-nun bu il aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitinin gündəliyində duran məsələlərlə bağlı fikir mübadiləsi apardığını söyləyib: "Azərbaycan prezidenti ilə sammitdə müzakirə olunacaq Əfqanıstandakı NATO sülhməramlılarının sayının artırılması, NATO-ya yeni üzvlərin qəbulu və enerji təhlükəsizliyi məsələlərinə dair fikir mübadiləsi apardıq. Bundan başqa, Azərbaycan rəsmiləri ilə görüşlərdə NATO-Azərbaycan münasibətləri, əlaqələrin gələcək inkişafı da diqqət mərkəzində oldu". İPAP-ın I hissəsinin başa çatdığını deyən xüsusi nümayəndə bu hissədə əsas istiqamətlərin Azərbaycan Müdafiə Nazirliyi sistemində islahatlar, hərbi təhsilin səviyyəsinin artırılması, Müdafiə Nazirliyi ilə ölkənin digər strukturları arasında əlaqələrinin gücləndirilməsi olduğunu xatırladıb: "İPAP-ın ikinci hissəsində nəzərdə tutulan istiqamətlər sırasında isə Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsi ilə yanaşı, NATO-nun Azərbaycanın Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti ilə əlaqələrinin genişləndirilməsi və digər məsələlər əksini tapıb". Azərbaycanın Müdafiə Nazirliyi sistemində islahatların davam etdirilməsinin zəruriliyini qeyd edən xüsusi nümayəndə bu sırada orduya vətəndaş nəzarətinin, o cümlədən parlament nəzarətinin gücləndirilməsinin, müdafiə nazirinin mülki şəxs olmasının vacibliyini vurğulayıb: "Məsələn, Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması barədə qərar parlament tərəfindən verildi. Biz istərdik ki, gələcəkdə də hərbi sahə ilə bağlı müəyyən qərarlar məhz parlament tərəfindən qəbul olunsun". NATO-nun Azərbaycan Ordusunda aparılan islahatlara maliyyə vəsaiti ayırmaq niyyətində olmadığını söyləyən R. Simmons bunu Azərbaycanın kifayət qədər maliyyə ehtiyatının olması ilə əlaqələndirib: "Azərbaycan enerji resurslarından kifayət qədər gəlir götürür, odur ki, NATO-nun yardımına ehtiyacı yoxdur. Biz islahatların aparılmasında Azərbaycana yalnız texnologiya sahəsində və Müdafiə Nazirliyinin büdcəsinin daha səmərəli xərclənməsində yardımçı ola bilərik". NATO-Azərbaycan münasibətlərinin getdikcə inkişaf etdiyini deyən R. Simmons bu ilin iyununda ANAMA ilə NATO-nun Etimad Fondu arasında əməkdaşlığa dair növbəti danışıqların olacağını deyib. Azərbaycanın NATO-ya üzvlüyü perspektivlərinə toxunan xüsusi nümayəndə rəsmi Bakının hələlik belə bir niyyət ifadə etmədiyini xatırladıb: "Hələlik Azərbaycandan belə bir müraciət olmayıb. Müraciət olsa, müzakirə olunar. Bununla belə, NATO onsuz da İPAP çərçivəsində Azərbaycanla əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə genişlənir". -
03-08-2008, 05:46 PMAPANATO baş katibinin xüsusi nümayəndəsi: "Hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bil
[b]NATO baş katibinin xüsusi nümayəndəsi: "Hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bilər"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Bakıda keçirdiyim görüşlərdə Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılmasının səbəbləri mənə ətraflı izah olundu və mən bu qərara hörmətlə yanaşıram. Bununla belə, hesab edirəm ki, Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı vəziyyət hər an dəyişə bilər".
[APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. Kosovoda keçirilən sülhyaratma əməliyyatlarına iştirakına görə rəsmi Bakıya təşəkkürünü çatdırdığını qeyd edən xüsusi nümayəndə Azərbaycan sülhməramlılarının NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarında iştirakını davam etdirdiyini xatırladıb. O, Əfqanıstandakı Azərbaycan hərbçilərinin sayının artırılması məsələsinə də münasibət bildirib: "Bu, rəsmi Bakıdan asılıdır. Azərbaycan Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarının sayını artırmağa nə vaxt hazır olduğunu bildirsə, bu məsələyə baxıla bilər". Xüsusi nümayəndə Azərbaycanın Əfqanıstanın mülki həyatında da yaxından iştirakını arzuladıqlarını vurğulayıb. O, NATO-nun Əfqanıstanda Rusiya ilə də əməkdaşlıq etmək niyyətində olduğunu, bu məsələnin Bakıdan öncə səfər etdiyi Moskvada müzakirə etdiyini diqqətə çatdırıb: "Ola bilər ki, bu məsələ NATO-nun Buxarest sammitinə qədər həllini tapsın. Bununla əlaqədar Rusiya nümayəndə heyətinin danışıqlar aparmaq üçün yaxın vaxtlarda Brüsselə səfəri nəzərdə tutulur". -
03-08-2008, 06:06 PMAPARobert Simmons: "NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil"
[b]Robert Simmons: "NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil"[b]
Bakı. Tamara Qriqoryeva-APA. NATO Azərbaycanın enerji resurslarını daşıyan regional kəmərlərin mühafizəsində iştirak etmək niyyətində deyil.
[APA-nın məlumatına görə, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, neft və qaz kəmərlərinin etibarlı mühafizəni təşkil etmək üçün Azərbaycan kifayət qədər imkanlara malikdir. Bununla belə, o, kəmərlərin mühafizəsində NATO-nun məsləhətçi qismində iştirakının mümkünlüyünü də vurğulayıb. -
03-09-2008, 12:21 PMAPAİraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib
[b]İraqın Azərbaycandakı səfiri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə ziyafət verib[b]
[Bakı. Laçın Sultanova - APA. İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə öz iqamətgahında ziyafət təşkil edib. APA-nın məlumatına görə, ziyafətdə çıxış edən səfir Beynəlxalq Qadınlar Gününün tarixi, İraq qadın hərəkatı, bu hərəkatda mühüm rol oynamış və qadın hüquqları uğrunda mübarizə aparmış qadınlar barədə məlumat verib. O, ilk İraq qadın diplomatları barədə danışıb və hazırda İraq Xarici İşlər Nazirliyində 223 qadının işlədiyini bildirib. Tədbirə dəvət olunan qadınları təbrik edən səfir onlara cansağlığı, qadın xoşbəxtliyi, sülh və əmin-amanlıq arzu edib. Tədbirdə siyasi və ictimai sahələrdə çalışan Azərbaycan qadınları, Bakıda fəaliyyət göstərən ərəb ölkələrinin səfirliklərinin qadın əməkdaşları iştirak edib. -
03-09-2008, 01:11 PMAPAAzərbaycan İslam Partiyasının prezident seçkilərində iştirakı partiyanın dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olacaq
[b]Azərbaycan İslam Partiyasının prezident seçkilərində iştirakı partiyanın dövlət qeydiyyatına alınıb-alınmamasından asılı olacaq[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin toplantısının yaxın on gün ərzində keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya AİP sədrinin müavini Vaqif Abdullayev məlumat verib. V. Abdullayev bildirib ki, toplantıda partiyanın prezident seçkiləri ilə bağlı mövqeyi müəyyənləşdiriləcək və qurumun bu prosesdə iştirak edib-etməməsinə dair qərar qəbul olunacaq. V. Abdullayev onu da deyib ki, partiyanın seçkilərlə bağlı mövqeyi qurumun dövlət qeydiyyatına alınıb-alınmamasından da asılıdır. 2007-ci ilin avqustunda təşkilatın dövlət qeydiyyatına alınması məqsədilə Ədliyyə Nazirliyinə müraciət edildiyini xatırladan V. Abdullayev Baş Məclisin yığıncağında boş qalan partiya sədrinin birinci müavini postuna təyinatın olacağını da deyib. -
03-09-2008, 01:51 PMAPAAzərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb
[b]Azərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın qərb bölgəsində yayımlanan "Simurq" TV-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə APA-ya telekanalın icraçı direktoru Namiq İsayev məlumat verib.
[Onun sözlərinə görə, telekanalın Ağstafa rayonu ərazisində yerləşən teleqülləsi güclü qasırğa nəticəsində aşdığı üçün kanal fəaliyyətini dayandırmalı olub. N. İsayevin sözlərinə görə, hazırda teleqüllənin bərpası məqsədilə müəyyən iş aparılır. Gələn həftə müddətində Gəncədən Qazaxa kimi yayım bərpa olunacaq. Qeyd edək ki, "Simurq" TV Tiflisdən Gəncəyə qədər yayımlanır. -
03-09-2008, 02:06 PMAPAErmənistan Konstitusiya Məhkəməsi prezident seçkilərində Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib
[b]Ermənistan Konstitusiya Məhkəməsi prezident seçkilərində Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib[b]
İrəvan - APA. Ermənistan Konstitusiya Məhkəməsi fevralın 19-da keçirilmiş prezident seçkilərində baş nazir Serj Sarkisyanın qələbə qazandığını təsdiqləyib.
[APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Konstitusiya Məhkəməsi prezidentliyə namizədlər Tiqran Karapetyan və Levon Ter-Petrosyanın kütləvi saxtakarlıqla müşayiət olunan prezident seçkilərinin nəticələrinin tanınmaması barədə iddialarını rədd edib. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrant Nazaryanın oxuduğu qərarda bildirilib ki, qanun pozuntuları ilə bağlı iddiaçı tərəflərin təqdim etdiyi faktlar seçkilərin ümumi nəticəsinə təsir etməyib.Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən, fevralın 19-da keçirilmiş prezident seçkilərində baş nazir Serj Sarkisyan 52,82%, Levon Ter-Petrosyan 21,5%, Tiqran Karapetyan isə 0,6% səs toplayıb. -
03-09-2008, 03:26 PMAPASalyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib
[b]Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib[b]
[Bakı. Elnur Məmmədli - APA. Ötən gecə saat 03 radələrində Salyan rayonu ərazisində - Ələt-Astara yolunun 60-cı kilometrliyində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib. Salyanda fəaliyyət göstərən "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri Emin Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı istiqamətində hərəkət edən 50 BV 651 dövlət nömrə nişanlı 2106 "Jiquli" avtomobili qarşı tərəfdən gələn Masallı rayon sakini Pərviz Xanməmmədovun idarə etdiyi 24 BA 053 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Jiquli"də olan üç nəfər - Xırdalan şəhər sakinləri 1957-ci il təvəllüdlü Salam Salahov, 1968-ci il təvəllüdlü Şahid Rzayev və hələlik şəxsiyyəti dəqiqləşdirilməyən daha bir nəfər dünyasını dəyişib. Qəza ilə bağlı Salyan Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi (2 və daha artıq şəxsin ölümünə səbəb olan yol hərəkətinin pozulması) ilə cinayət işi qaldırılıb. -
03-09-2008, 03:31 PMAPAGüney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb
[b]Güney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Güney Azərbaycan İnsan Haqları Təşkilatının nümayəndə heyəti Danimarka parlamentinin üzvləri ilə görüşüb. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, görüşdə İranda yaşayan azərbaycanlıların hüquqları və Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub. Parlamentin nümayəndələri problemlərlə daha yaxından tanış olacaqlarını və məsələ ilə bağlı digər həmkarlarını məlumatlandıracaqlarını bildiriblər. -
03-09-2008, 03:36 PMAPAVayominq ştatında keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib
[b]Vayominq ştatında keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib[b]
ABŞ - APA. Vayominq ştatında Demokratlar Partiyası daxilində keçirilən ilkin seçkilərdə Barak Obama qalib gəlib. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, bu praymerizdə Barak Obama 58%, onun rəqibi Hillari Klinton isə 41% səs toplayıb.
[Başqa sözlə, Demokratlar partiyasının prezidentliyə vahid namizədinin müəyyənləşəcəyi qurultayda Obamanı Vayominq ştatından 7, Klintonu isə 4 nümayəndə dəstəkləyəcək. Nümayəndələrin ümumi sayında da üstünlük Obamanın tərəfindədir: 1578:1467.Demokratların vahid namizədi olmaq üçün 2025 səs tələb olunur. Bu baxımdan qurultaya 188 namizəd göndərmək hüququna malik Pensilvaniya ştatında aprelin 22-də keçiriləcək ilkin seçkilər mühüm əhəmiyyət kəsb edir. -
03-09-2008, 03:46 PMAPAMərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Ucarda humanitar aksiya keçirir
[b]Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Ucarda humanitar aksiya keçirir[b]
[Ucar. Zahid Abışov - APA. Mərkəzi Neftçilər Xəstəxanasının həkimlər briqadası Heydər Əliyev Fondunun və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu rayonda humanitar aksiya keçirir. APA-nın Aran bürosunun verdiyi məlumata görə, adıçəkilən xəstəxananın oftalmologiya şöbəsinin müdiri, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi 6 nəfərdən ibarət həkim qrupu martın 7-dən başlayaraq rayonun Qazıqumlaq kənd xəstəxanasında xəstələri müayinə edir. Bu günə qədər yüzə yaxın rayon sakini müayinə edilib ki, onlardan da 28-i əməliyyat olunacaq. Bir nəfərin isə əməliyyat olunması üçün təyinatı Mərkəzi Neftçilər Xəstəxanasına verilib. Aksiya daha bir neçə gün davam edəcək. -
03-09-2008, 03:51 PMAPACorc Buş jurnalistlər üçün mahnı oxuyub
[b]Corc Buş jurnalistlər üçün mahnı oxuyub[b]
ABŞ - APA. ABŞ prezidenti Corc Buş Vaşinqton jurnalistlərinin şərəfinə verilən ənənəvi şam yeməyində hamını təəccübləndirib. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, Buş Gridiron Club-a ənənəvi şam yeməyinə toplaşanlar üçün mahnı oxuyub.
[Kovboy şlyapasında səhnəyə çıxan ABŞ prezidenti müğənni Tom Consun "Green Gras of Home" ("Evin həyətində yaşıl ot") mahnısını sözlərini dəyişməklə ifa edib. O, mahnıda 8 illik fasilədən sonra Texasdakı rançosuna qayıdışı, orada valideynləri və iti Barni ilə yenidən birlikdə olacağı, həmçinin dövlət katibi Kodoliza Rays və vitse-prezident Dik Çeynidən danışıb. Şam yeməyinə topşalanlar prezidentin ifasını alqışlarla qarşılayıb. Qeyd edək ki, hər il keçirilən şam yeməyinə 600 nəfər dəvət edilib. 1885-ci ildə əsası qoyulan Girdiron Club Vaşinqton jurnalistlərinin ən qədim təşkilatlarından sayılır. -
03-09-2008, 03:56 PMAPAİspaniyada parlament seçkiləri keçirilir
[b]İspaniyada parlament seçkiləri keçirilir[b]
Madrid - APA. Bu gün İspaniyada parlament seçkiləri keçirilir. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, seçkilərə 92 partiyadan 10 min namizəd qatılıb.
[Seçicilər parlamentin aşağı palatasına 350, yuxarı palatasına isə 208 deputat seçəcəklər. müşahidəçilərin fikrincə, əsas mübarizə hazırkı baş nazir Xose Luis Rodriqes Sapateronun başçılıq etdiyi Sosialistlər və Mariano Rahoyun başçılıq etdiyi Xalq Partiyası arasında gedəcək. -
03-09-2008, 09:11 PMAPATurqut Özalın oğlu həbs edilib
[b]Turqut Özalın oğlu həbs edilib[b]
[Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Ədirnədə keçirilmiş "Arasta" əməliyyatında Ədirnə bələdiyyə başqanı Hamdi Sədəfçi də saxlanılıb. Ə. Özal da bu əməliyyatda H. Sədəfçi ilə əlaqələrinə görə saxlanılıb. Amma həbsindən əvvəl Ə. Özal H. Sədəfçini tanımadığını deyib. Qeyd edək ki, Ədirnədə içməli su ilə bağlı tenderdə və bələdiyyə binasının satılmasında korrupsiyaya yol verməsi iddiası ilə ölkənin 8 şəhərində əməliyyat keçirilib və 20 nəfər saxlanılıb. -
03-10-2008, 12:26 PMAPAAzərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub
[b]Azərbaycanın Füzuli rayonunda ermənilərin atəşkəsi pozması nəticəsində 1 əsgər şəhid olub[b]
Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi yenidən pozub.
[Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 9-da saat 14.05-dən 14.20-dək Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi sahəsindəki mövqelərini, saat 10.00-dan 22.30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 20.10-dan 20.30-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 18.45-dən martın 10-u saat 00.55-dək fasilələrlə Tərtər rayonunun Çiləbürt, Qızıl Oba və Seysulan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri, Gəncə şəhərinin Nizami Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1989-cu il təvəllüdlü İsmayılov Ramin İsmayıl oğlu şəhid olub. Bakı şəhərinin Nərimanov Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər İsmayılov Ülvi Vaqif oğlu isə sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Cavab atəşi ilə düşmənin 1 əsgəri məhv edilib. -
03-10-2008, 12:31 PMAPABakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb
[b]Bakının audiovizual satış məntəqələrindən 10 minə yaxın saxta DVD və CD satışdan çıxarılıb[b]
Bakı. Nicat Mustafayev - APA. İqtisadi İnkişaf Nazirliyi yanında antiinhisar və istehlak bazarına nəzarət üzrə dövlət xidmətləri Bakı şəhərində audiovizual sənaye məhsullarının satışı ilə məşğul olan topdan və pərakəndə satış məntəqələrində birgə monitorinq keçirib.
[Nazirlikdən APA-ya verilən məlumata görə, monitorinq aparılan təsərrüfat subyektlərində üzərində istehsalçı müəssisənin (studiyanın) adı, ünvanı və digər zəruri məlumatlar göstərilməyən müxtəlif formatlarda DVD və CD-lərin satıldığı müəyyən olunub. Bundan başqa, bu satış məntəqələrində yerli müğənnilərin ifalarından ibarət CD-lər və xarici kinofilmlərdən ibarət toplu şəkildə hazırlanan DVD-lər aşkarlanıb. Qeyd olunan məhsullar satış üçün zəruri sənədlər olmadan, kinofilmlər isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində müvafiq qeydiyyata alınmadan satışa çıxarılıb. Saxta, pirat, mənşəyi bəlli olmayan 10 minə yaxın DVD və CD müvafiq rəsmiləşmə aparıldıqdan sonra müsadirə edilib. Audiovizual sənaye məhsullarının qanunsuz satışını həyata keçirən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun tədbirlər görüləcək.Qeyd edək ki, audiovizual sənaye məhsullarının satış bazarında monitorinqlər davam etdirilir. -
03-10-2008, 12:41 PMAPAErməni işğalçılarının qətlə yetirdiyi azərbaycanlı dinc sakinin meyitini atəş altındakı ərazidən götürmək mümkün olub
[b]Erməni işğalçılarının qətlə yetirdiyi azərbaycanlı dinc sakinin meyitini atəş altındakı ərazidən götürmək mümkün olub[b]
Ağdam. Teymur Quliyev - APA. Martın 8-də cəbhənin Ağdam rayonunun Əfətli kəndi istiqamətində erməni işğalçılarının qətlə yetirdiyi kənd sakini Niyaməddin Maşallah oğlu İsmayılovun meyitini neytral zonadan götürmək mümkün olub.
[APA-nın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan hərbçiləri dünən gecə meyiti düşmənin atəş altında saxladığı ərazidən götürərək yaxınlarına təhvil veriblər.Qeyd edək ki, N. İsmayılov və onun dayısı Etibar Mikayılov martın 8-də ermənilərin işğal altındakı Yusifcanlı kəndindən açdıqları atəş nəticəsində qətlə yetiriliblər. N. İsmayılovun atası Maşallah İsmayılov və əmisi Müzəffər İsmayılov isə yaralanıblar. Boğazından güllə yarası alan Maşallah İsmayılov hərbi hospitalın reanimasiya şöbəsinə, 6 güllə yarası alan Müzəffər İsmayılov isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Maşallah İsmayılovun vəziyyəti ağır qiymətləndirilir. -
03-10-2008, 01:06 PMAPATürkiyənin baş nazirinə sui-qəsd planlaşdıran terrorçular yaxalanıb
[b]Türkiyənin baş nazirinə sui-qəsd planlaşdıran terrorçular yaxalanıb[b]
İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdıran DHKP-C adlı terror təşkilatının 3 üzvü yaxalanıb.
[APA-nın Türkiyə bürosunun xəbərinə görə, İstanbul polisinin terrorçulara məxsus evdə apardığı axtarış zamanı bomba düzəltmək üçün istifadə olunan 35 kq ammonium nitrat kimyəvi maddəsi, 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd "Baretta" markalı tapança və içinə partlayıcı maddələr yerləşdirilmiş, uzaqdan idarə olunan oyuncaq maşınlar tapılıb. Terrorçuların planına əsasən R. T. Ərdoğan İstanbuldakı evinə gedərkən onun avtomobilinin yaxınlığında əvvəlcə partlayış törədilməli, sonra isə kortej avtomat silahdan atəşə tutulmalı idi. -
03-10-2008, 01:21 PMAPALənkəranda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb
[b]Lənkəranda baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb[b]
Lənkəran. Ağəddin Babayev - APA. Martın 9-da axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
[Lənkəran rayon Polis Şöbəsinin müstəntiqi Nurəddin Heydərovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Amil Aslan oğlu Aslanov idarə etdiyi 85 AB 098 dövlət nişanlı "Mitsubishi Outlander" markalı avtomaşınla Liman şəhər sakini, 1936-cı il təvəllüdlü Abuzər Abasət oğlu Əliyevi vurub. Piyada yerindəcə keçinib. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində cinayət işi açılıb. -
03-10-2008, 01:41 PMAPABarak Obamanın ermənipərəst müşaviri istefaya gedib
[b]Barak Obamanın ermənipərəst müşaviri istefaya gedib[b]
Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ-ın Harvard Universitetinin Con Kennedi dövlət idarəçiliyi məktəbinin professoru Samanta Pover Hillari Klinton haqqında Böyük Britaniya mətbuatına verdiyi qalmaqallı müsahibədən bir neçə saat sonra istefaya gedib.
[APA-nın ABŞ bürosunun xəbərinə görə, prezidentliyə namizəd Barak Obamanın xarici məsələlər üzrə əsas müşaviri olan S. Pover "The Scotsman" qəzetinə müsahibəsində H. Klintonu "monstr" adlandırıb. Onun bu sözləri H. Klintonun kəskin etirazına və ictimai qınağa səbəb olub. Bundan sonra S. Pover xanım Klintondan rəsmən üzr istəyib. Qeyd edək ki, Barak Obamanın xarici siyasət üzrə müşaviri olan Samanta Pover ermənipərəst mövqeyi ilə də tanınır. -
03-10-2008, 05:41 PMAPATürkiyədəki Ahıska Türkləri Dərnəkləri Federasiyası Rusiyada yaşayan bir qrup Ahıska türkünü aldadıb
[b]Türkiyədəki Ahıska Türkləri Dərnəkləri Federasiyası Rusiyada yaşayan bir qrup Ahıska türkünü aldadıb[b]
İstanbul. Mayis Əlizadə - APA. Gürcüstandakı ata-baba torpaqlarından didərgin salınmış Ahıska türklərinin bir qrupu problemlə üzləşib.
[APA-nın Türkiyə bürosunun məlumatına görə, Rusiyanın Stavropol vilayətində məskunlaşmış bir qrup Ahıska türkünün öz yurdlarını görmək və doğmalarının məzarlarını ziyarət etmək istəyinə Ankaradakı Ahıska Türkləri Dərnəkləri Federasiyasının bəzi üzvləri müsbət cavab veriblər. Onlar Stavropolda yaşayan 40 Ahıska türkünün Gürcüstana səfərlərinin xərcini ödəyəcəklərini vəd ediblər. Bu vədə inanan bəzi Ahıska türkləri evlərini girov qoyaraq, bankdan kredit götürüblər. Əksəriyyəti 70 yaşdan yuxarı olan 40 türk 2007-ci il oktyabrın 1-də Gürcüstana yollanaraq doğulduqları kəndi və ata-babalarının məzarlarını ziyarət ediblər. Heyətin üzvü, 76 yaşlı Dəmiralı Tursunov vəd olunan pulu almaq üçün Gürcüstandan Türkiyəyə gedib. Ancaq federasiya nümayəndələri ondan xərclədikləri məbləğin əks olunduğu çek tələb ediblər. D. Tursunov geri dönüb 13 min dollarlıq məsrəfin göstərildiyi çekləri götürərək yenidən Ankaraya üz tutub. 2007-ci il oktyabrın 29-dan bəri Ahıska Türkləri Dərnəkləri Federasiyasının ofisində bir otaqda qalan D. Tursunov və digər ahıskalı hələ də onlara vəd olunan pulu ala bilməyiblər. Onlar Türkiyə Nazirlər Kabinetinə, prezident iqamətgahına, Daxili İşlər Nazirliyinə müraciət edərək aldadıldıqlarını bildiriblər və kömək istəyiblər. -
03-10-2008, 05:46 PMAPAErmənistanda siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edilib
[b]Ermənistanda siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər ləğv edilib[b]
[İrəvan - APA. Ermənistan prezidenti Robert Köçəryan fövqəladə vəziyyət rejimi ilə əlaqədar siyasi partiyaların fəaliyyətinə qoyulmuş məhdudiyyətləri ləğv edib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, prezidentin mətbuat katibi Viktor Soqomonyan bu addımın martın 1-dən indiyədək FV rejiminin pozulması ilə bağlı hər hansı faktın qeydə alınmaması və siyasi sabitliyin yaranması ilə izah edib. O bildirib ki, hazırda kütləvi informasiya vasitələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin yumşaldılması üçün də hazırlıq işləri aparılır. -
03-10-2008, 05:51 PMAPAÇingiz Aytmatov diplomatik karyerasını başa çatdırıb
[b]Çingiz Aytmatov diplomatik karyerasını başa çatdırıb[b]
[Bişkek - APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Çingiz Aytmatovun ölkənin Belçika, Niderland, Lüksemburq və Fransadakı səfiri, eləcə də NATO və UNESCO-dakı daimi nümayəndəsi vəzifələrindən azad edib. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, səfirin istefasının səbəbi açıqlanmayıb. Qeyd edək ki, Ç. Aytmatov 1990-cı ildən diplomatik fəaliyyətdə idi. Bu il onun yubileyi ilə əlaqədar Qırğızıstanda "Aytmatov ili" elan olunub. -
03-10-2008, 05:56 PMAPAAzərbaycan Milli Təhlükəsizlik Nazirliyinin işçisinin maşından oğurluq edilib
[b]Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin işçisinin maşından oğurluq edilib[b]
Bakı. Samir Kazımlı-APA. Bu il martın 7-də saat 18.00 radələrində naməlum şəxslər Parlament küçəsində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Sevinc Dəmir qızı Tagıyevaya məxsus "Hunday-Sonato" markalı Az 90 BD 636 nömrə nişanlı avtomobildən oğurluq ediblər.
[Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, avtomobilin qabaq şüşələri sındırılıb, maşından S. Tağıyevanın işi ilə bağlı xidməti sənədləri, möhür və pul götürülüb. Polis İdarəsindən onu da bildiriblər ki, hələlik zərərçəkən istintaqa avtomobildəki pulun dəqiq məbləğini söyləməyib. Hazırda hadisəni törədən şəxslərin müəyyənləşdirilərək, yaxalanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
03-10-2008, 06:01 PMAPAGürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar
[b]Gürcüstanda müxalifətçilər parlament binasının qarşısında və Nino Burcanadzenin qəbul otağında aclıq aksiyasına başlayıblar[b]
Tiflis - APA. Gürcüstanın birləşmiş müxalifəti parlamenbtin binası qarşısında - Rustaveli prospektində çadır qurub.
[APA-nın "Novosti-Qruziya"ya istinadən verdiyi məlumata görə, parlament binasının pilləkanlarında aclıq aksiyası keçirən müxalifətçi deputatlar Zviad Dzidziquri, Bidzina Qucabidze və Georgi Tortladze yanvarın 5-də keçirilmiş prezident seçkilərinin nəticələrinin ləğvini, siyasi motivlərlə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını və may ayında keçiriləcək parlament seçkiləri ilə bağlı Konstitusiya dəyişikliklərində müxalifətin mövqeyinin nəzərə alınması tələblərini irəli sürüblər. Rusiyanın MDB çərçivəsində Abxaziyaya qarşı tətbiq olunmuş iqtisadi sanksiyaları birtərəfli ləğv etməsindən sonra müxalifətçilər Gürcüstanın MDB-dən çıxmasını da öz tələbləri sırasına əlavə ediblər. Çadır fasiləsiz aclıq elan etmiş şəxslərə tibbi yardım məqsədilə qurulub. "Sağ müxalifət" fraksiyanın 9 deputatı isə birbaşa parlament sədri Nino Burcanadzenin qəbul otağında aclığa başlayıb. Onlar bu addımı küçədə vəziyyətin gərginləşməsinin qarşısını almaq və problemi dialoq yolu ilə həll etmək məqsədilə atdıqlarını bildiriblər. Qeyd edək ki, martın 9-dan etibarən parlamentin binası qarşısında birləşmiş müxalifətin etiraz aksiyaları başlayıb.