[b]Azərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən keçirilən 257 hərracda 7 617,1 mln. manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunub.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, dövriyyənin ümumi həcmi 2007-ci ilin yanvar-sentyabr aylarına nisbətən 40% artıb. Fəaliyyət göstərdiyi dövrdə keçirilən hərracların sayına və dövriyyənin həcminə görə Bakı Banklararası Valyuta Birjası (BBVB) və Bakı Fond Birjası (BFB) xüsusi yer tutur. BBVB-də əvvəlki ilin müvafiq dövrünə nisbətən dövriyyənin həcmi 48,5% artaraq 1 592,6 mln. manatlıq ABŞ dolları, 12,2 mln. manatlıq avro satılıb. BFB-də isə dövriyyənin həcmi 37,9% artaraq 6 011,6 mln. manatlıq qiymətli kağızlar satılıb.Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların və daşımaz əmlakın satışı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Azərbaycan Xəbərləri
Printable View

10-23-2008, 03:30 PMAPAAzərbaycanda fəaliyyət göstərən birjaların məcmu dövriyyəsi yanvar-sentyabr aylarında 40% artıb

10-23-2008, 03:40 PMAPAAzərbaycan paytaxtında seksual manyak həbs edilib
[b]Azərbaycan paytaxtında seksual manyak həbs edilib[b]
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında 6 yaşlı uşağa qarşı seksual zorakılıq hərəkətləri edən manyak həbs edilib.
[Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Elvin Akif oğlu Abdullayev adının açıqlanmadığı 6 yaşlı oğlan uşağına qarşı seksual zorakılıq edib. Manyakın bu hadisəni küçədə, hər kəsin gözü qarşısında etdiyi bildirilir. Hadisə ilə bağlı RPİ-ə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində E. Abdullayev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-23-2008, 03:50 PMAPADaxili işlər orqanları 122 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb
[b]Daxili işlər orqanları 122 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısını alıb[b]
[Bakı-APA. Azərbaycanda bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən 564 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox) narkotik vasitə götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə istinadən məlumatına görə, bu müddətdə 122,1 kiloqrama yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb. 9 ayda narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1784 nəfərdən 53-ü qadın, 5-i yetkinlik yaşına çatmayan, 1645-i işləməyən və oxumayan, 408-i əvvəllər cinayət törətmiş şəxslərdir. -
10-23-2008, 04:00 PMAPAElçin Behbudov Müşfiq Hüseynovla görüşüb
[b]Elçin Behbudov Müşfiq Hüseynovla görüşüb[b]
[Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün "Bizim yol" qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə APA-ya məlumat verən komitə sədri deyib ki, 2 saylı Cəzaçəkmə Müəssisində vərəm xəstəliyindən əziyyət çəkən məhbus ondan müayinə olunmaq üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsini xahiş edib. Məsələ ilə əlaqədar müəssisə rəhbərliyi ilə danışdığını deyən E. Behbudov M. Hüseynovun yaxın günlərdə müalicə müəssisəsinə köçürüləcəyinə ümid etdiyini bildirib. -
10-23-2008, 04:20 PMAPALuis Araqones Türkiyədə ən çox qazanan məşqçidir
[b]Luis Araqones Türkiyədə ən çox qazanan məşqçidir[b]
[Bakı - APA-SPORT. Türkiyədə ən çox qazanan futbol məşqçisi Luis Araqonesdir. "APA-SPORT"un məlumatına görə, "Fənərbaxça"nın ispaniyalı çalışdırıcısı 1 ildə 3,1 milyon avro əldə edir. Araqonesin "sari-lacirvərdlilər"lə iki il müqavilə bağladığını nəzərə alsaq, onun Türkiyədəki qazancının 6,2 milyon avroya bərabər olduğunu söyləmək olar."Beşiktaş"ın yeni baş məşqçisi Mustafa Dənizli yaxın 8 ayda 1,5 milyon avroya sahib çıxacaq. Ersun Yanal da eyni məbləğdə qənimətə yiyələnəcək. Ancaq Dənizlidən fərqli, "Trabzonspor"un baş məşqçisinin müqaviləsinin müddəti 1 illikdir.Türkiyənin ən titullu məşqçisi Fatih Terim isə həmkarlarından hələlik geri qalır. "İmperator" ləqəbli çalışdırıcıya Türkiyə yığmasına rəhbərlik etdiyi üçün indiyədək aylıq 75 min, illik isə 900 min avro verilirdi. Terim bu gün imzalayacağı yeni müqavilənin şərtlərinə əsasən, bundan sonra iki dəfə çox qazanacaq. -
10-23-2008, 04:30 PMAPATürkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini uzadıb
[b]Türkiyə Futbol Federasiyası Fatih Terimlə müqavilənin müddətini uzadıb[b]
[Bakı - APA-SPORT. Türkiyə Futbol Federasiyası yığmanın baş məşqçisi Fatih Terimin müqaviləsinin müddətini uzadıb. "APA-SPORT"un məlumatına görə, 55 yaşlı mütəxəssis 2012-ci ilədək milli komandaya rəhbərlik edəcək.Əvvəlki federasiya rəhbərliyi ilə 2010-cu ilədək müqavilə bağlayan Terimin illik qazancı 900 min avroya bərabər idi. "İmperator" ləqəbli mütəxəssis yeni müqaviləyə əsasən ilinə 1,5 milyon avro qazanacaq. -
10-23-2008, 04:40 PMAPAYanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 34% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,1% artaraq 1 703,8 manata çatıb və ayda orta hesabla 189,3 manat təşkil edib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilən 14 557,9 mln. manatlıq gəlirin 65,6%-i son istehlaka, 9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 25,4%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 13 245,2 mln. manatlıq və ya əvvəlki ildəkindən 36,9% çox vəsait qalıb. -
10-23-2008, 05:00 PMAPA«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib
[b]«Nar Mobile» abunəçiləri üçün iki yeni xidmət istifadəyə verilib[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçiləri üçün iki yeni xidmət - FUN2MASS adlı səsli əyləncəli və yeni tanışlıqlar və ünsiyyət sevənlər üçün Səsli Mobil Çat xidmətlərini istifadəyə verib. «Azerfon» şirkətinin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, FUN2MASS xidmətinin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir. Bu xidmətdən istifadə etmək üçün 3366 nömrəsinə zəng etmək lazımdır. «Nar Mobile» abunəçiləri FUN2MASS-a qoşulmaqla bir dəfəyə bir neçə mobil əyləncə növlərindən istifadə edə biləcəklər.Mobil Səsli Çat xidmətinə qoşulmaq istəyənlər isə mobil telefonlarında 3300 nömrəsini yığmalıdırlar. Xidmətin bir dəqiqəsinin qiyməti 0,29 qəpikdir.Qeyd edək ki, «Azerfon» şirkətinə Azərbaycanda GSM GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 650 mindən artıq abunəçi istifadə edir. -
10-23-2008, 05:10 PMAPAAzərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq
[b]Azərbaycanın aparıcı sement istehsalçısı gücünü 31% artıracaq[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC-də yeni sobanın istifadəyə verilməsindən sonra zavodun illik istehsal gücü təxminən 31% artacaq. Bu barədə «APA-ECONOMICS»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib. K.Abbasovun sözlərinə görə, yeni soba artıq 2011-ci ildə istismara veriləcək ki, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq.Qeyd edək ki, yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur. Həmçinin, enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir. Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir. -
10-23-2008, 05:20 PMAPAAzərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb
[b]Azərbaycanda HİV-ə yoluxanların sayı 1708 nəfərə çatıb[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 329 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən APA-ya verilən məlumata görə, onlardan 321-i (97,6%) Azərbaycan, 8 nəfəri (2,4%) əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 321 Azərbaycan vətəndaşından 256-sı (79,8%) kişi, 65-i (20,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 21 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 35 nəfər olub.Bu il ərzində HİV infeksiyası təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 191-i (59,5%) inyeksion narkotik istifadəsi, 67-i (20,9%) heteroseksual əlaqə nəticəsində, 2 uşaq (0,6%) anadan, 1 nəfər (0,3%) homoseksual əlaqə nəticəsində yoluxub. 60 nəfərin (18,7%) yoluxma yolu müəyyənləşməyib.Hesabat dövründə HİV-ə yoluxmuş 321 Azərbaycan vətəndaşının 46-ı (14,3%) bu virusa respublikadan kənarda yoluxub.Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyasına yoluxmuş 1708 nəfər qeydiyyata götürülüb. Onlardan 1639 nəfəri (96%) Azərbaycan vətəndaşı, 69 nəfəri (4%) isə əcnəbidır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1371-i (83,6%) kişi, 268-i (16,4%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 315 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 230 nəfər olub. -
10-23-2008, 05:30 PMAPASerik Primbetov: "İlham Əliyevin prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün türk dünyasının qələbəsidir»
[b]Serik Primbetov: "İlham Əliyevin prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün türk dünyasının qələbəsidir»[b]
[Bakı. Laçın Sultanova-APA. "İlham Əliyevin yenidən prezident seçilməsi tək Azərbaycan xalqının yox, bütün Mərkəzi Asiya dövlətlərinin, bütün Türk dünyasının qələbəsidir". APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib. Səfir seçkilərin yüksək səviyyədə keçdiyini xüsusi qeyd edib. -
10-23-2008, 05:40 PMAPAAvropa Parlamentinin deputatı: ""Nabucco" layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var"
[b]Avropa Parlamentinin deputatı: ""Nabucco" layihəsini kağızdan praktikaya keçirmək üçün Azərbaycana ehtiyac var"[b]
[Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda seçki prosesi çox sakit keçib". APA-nın Bolqarıstanın "Fokus" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycandakı prezident seçkilərini müşahidə etmiş Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov deyib. O, seçkiləri demokratiya yolunda inkişaf kimi qiymətləndirib: "Əlbəttə, tənqid olunası məqamlar da var. Amma ümumən inkişafdan danışmaq mümkündür". Y. Kirilov ölkədəki sabitliyin önəminə diqqət çəkib: "Azərbaycan demokratiya və iqtisadiyyat sahəsində inkişafını davam etdirir, Avropa ilə əməkdaşlığı gücləndirir". Bolqar siyasətçi Azərbaycanın "Nabucco" layihəsində vacib rol oynadığını da vurğulayaraq bildirib ki, bu layihəni kağızdan praktikaya keçirmək üçün Azərbaycanın töhfəsinə ehtiyac var. -
10-23-2008, 06:00 PMAPAAnatoli Kazakov: «Bakı MDB-nin aparıcı maliyyə mərkəzi olmağa ən real namizədlərdən biridir»
[b]Anatoli Kazakov: «Bakı MDB-nin aparıcı maliyyə mərkəzi olmağa ən real namizədlərdən biridir»[b]
Bakı. Elnur Hüseynquluyev, Vahab Rzayev - APA-ECONOMICS. Bu gün Bakıda oktyabrın 24-25-də «MDB ölkələri maliyyə bazarlarının əməkdaşlığı: inkişaf və strategiyası» mövzusunda təşkil olunacaq birinci beynəlxalq bank konfransına həsr olunmuş mətbuat konfransı keçirilib.
[«APA-ECONOMICS»in məlumatına görə, tədbirdə MDB-nin Koordinasiya Şurasının sədri Anatoli Kazakov, MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru Pavel Nefidov və «Azərbaycan Beynəlxalq Bankı-Moskva»nın («ABB-Moskva») İdarə Heyətinin sədri Fuad Abdullayev iştirak ediblər. A.Kazakovun sözlərinə görə, hazırda müşahidə olunan maliyyə böhranı indiyədək baş vermiş analoji proseslərin ən genişidir və Amerikada 1930-cu illərin əvvəlində baş verən böhrandan daha sistemli və dərindir: «Hesab edirdik ki, Şərqi Avropa və MDB dünya maliyyə böhranının tendensiyalarından kənarda qalacaq, lakin belə olmadı. Həmçinin o ölkələr ki, dünya maliyyə sisteminə daha sıx inteqrasiya olunub, orada böhran daha kəskin şəkildə özünü büruzə verir. Belə ki, passivlərin 50%-ə yaxını xarici maliyyə kapitalının payına düşən Qazaxıstan və Ukrayna bazarlarında vəziyyət daha ciddidir. Rusiya iri valyuta ehtiyatlarına malikdir, ona görə iqtisadi böhran üçün əsaslar yoxdur. Azərbaycandan isə bu böhran isə tamamilə yan keçəcək. Bu da ölkədə yeridilən konservativ pul-kredit və bank siyasəti ilə bağlıdır».A.Kazakovun fikrincə, hazırkı maliyyə böhranı hələ bir il davam edə bilər. Hazırda dünya maliyyə sisteminin qaydalarının tam dəyişdirilməsi zəruridir: «Bu yaxınlarda G-20-nin iclası keçiriləcək, biz də bu məsələləri MDB miqyasında müzakirə edəcəyik. Əsas məsələlərdən biri ölkələr arasında dollar və avroda aparılan hesablaşmaların milli valyutalara keçirilməsidir, yəni milli valyutaların həm maliyyə sistemində, həm də xarici ticarətdə rolunun artırılmasıdır. Bu məsələ ətrafında müzakirələr üçün konfransda xüsusi sessiya həsr olunacaq».Həmçinin, 2020-ci ilə qədər Moskvada Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması nəzərdə tutulur. «Ümumilikdə, MDB məkanında bir neçə belə mərkəzin yaradılması planlaşdırılır və Bakı ən real namizədlərdən biridir. Çünki Azərbaycan iqtisadi cəhətdən görünməmiş inkişaf templəri nümayiş etdirir. Bizim ölkələrin iqtisadiyyatları neftdən çox asılıdır və innovasiya əsaslı iqtisadiyyata keçid zəruridir. Bu məsələ noyabrın 14-də Moldovada keçiriləcək MDB ölkələri hökumət başçılarının iclasında müzakirə olunacaq», - deyə A.Kazakov bildirib.MDB-nin Maliyyə-Bank Şurasının baş direktoru P.Nefidov isə öz çıxışında təmsil etdiyi qurumun 13 təsisçisinin olduğunu bildirib: «Təsisçi bankların hamısı MDB-nin ən iri bank təşkilatları hesab olunur, o cümlədən, Qazaxıstanın «TuranAlem»i, Azərbaycan Beynəlxalq Bankı, Rusiyanın «Vneshekonombank»ı və digərləri».P.Nefidovun sözlərinə görə, Bakıda bank konfransının təşkili ideyası yazda meydana gəlib. İndi bu cür konfranslar keçirilsə də, onların məqsədi əsasən xarici kapitalların cəlb edilməsi ilə bağlı olur: «Biz MDB banklarının qonşu bazarlara çıxışını zəruri hesab edirik. Bu konfransa bununla əlaqədar vahid maliyyə alətlərinin müzakirəsi aparılacaq. Hər il keçirilməsi planlaşdırılan konfransda MDB banklarının birinci şəxslərinin iştirakı gözlənilir».F.Abdullayevin sözlərinə görə, belə konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan çox ciddi iqtisadi artım nümayiş etdirir. Azərbaycan iqtisadi artım üzrə dünyada liderdir: «Belə konfransın keçirilməsinin aktuallığı böyükdür, hazırda böhran nəticəsində banklarda likvidlik problemi var, buna görə birgə müzakirə zəruridir». Qeyd edək ki, konfransın təşkilatçısı MDB Bank-Maliyyə Şurası, baş sponsoru isə Azərbaycan Beynəlxalq Bankıdır. -
10-23-2008, 06:10 PMAPASerik Primbetov: "Qazaxıstan dünyada gedən maliyyə böhranının təsirini aradan qaldırmaq üçün 10 milyard dollar ayırıb"
[b]Serik Primbetov: "Qazaxıstan dünyada gedən maliyyə böhranının təsirini aradan qaldırmaq üçün 10 milyard dollar ayırıb"[b]
[Bakı. Laçın Sultanova-APA. Qazaxıstan dünyada gedən maliyyə böhranının ölkəyə təsirini aradan qaldırmaq üçün məqsədilə 10 milyard dollar ayırıb. APA-nın məlumatına görə, bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ölkənin Respublika Gününə həsr olunmuş dəyirmi masada deyib. O bildirib ki, bu vəsait aktivi 51 milyard dollar təşkil edən Qazaxıstan Milli Fondundan ayrılıb. Maliyyə böhranı ilə bağlı Qazaxıstanın qabaqlayıcı tədbirlər gördüyünü deyən səfir bildirib ki, əhalinin əmanətlərinə zəmanətlər verilib. Belə ki, banklarda 35 min dollar əmanəti olan insanlar pullarının batmasından narahat olmamalıdır. Ölkəsinin inkişafından danışan S. Primbetov kiçik və orta biznesə dəstək, investisiya siyasətinin aktivləşməsi, yeni Vergi Məcəlləsinin qəbul olunmasını, kimya, energetika sahəsinin inkişaf etdirilməsi, sosial müdafiənin gücləndirilməsini xüsusi qeyd edib.Tədbirdə çıxış edən səfirliyin müşaviri Talqat Kaliyev stabilliyin qorunması və xalqlar arasında dostluq əlaqəsinin olmasını Qazaxıstanın ən böyük nailiyyətlərindən biri adlandırıb. Qazaxıstanı sabitlik adası adlandıran diplomat bildirib ki, ölkəsində 130 millətin nümayəndəsi yaşayır, 40 dini konfesiyya fəaliyyət göstərir. Diplomat onu da vurğulayıb ki, Qazaxıstanın prioritet sahələrindən biri gənclərin təhsil almasıdır. Belə ki, hər il dünyanın müxtəlif ölkələrində dövlət hesabına 3 min qazax gənci təhsil alır. Qazaxıstanda söz azadlığı və demokratiyadan danışan T. Kaliyev bildirib ki, ölkəsində 5 min qeyri-hökumət təşkilatı, 2 min media qurumu fəaliyyət göstərir. Millət vəkili Asim Mollazadə Qazaxıstanın Azərbaycan üçün vacib ölkə və strateji tərəfdaş olduğunu qeyd edib. Hər iki ölkənin yerləşdikləri regionlarda lider olduqlarını deyən deputat mədəniyyətlərarası əlaqələrin inkişafının vacibliyindən də danışıb. -
10-23-2008, 06:20 PMAPARusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib
[b]Rusiyanın fond bazarında müşahidə olunan gərginlik «ABB-Moskva» bankına təsir etməyib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Dünya maliyyə böhranının nəticəsi olaraq Rusiya fond bazarında müşahidə edilən qeyri-sabitlik, kotirovkaların kəskin azalması «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankına təsir etməyib. «APA-ECONOMICS»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayev vurğulayıb ki, bankın siyasəti əsasən Azərbaycanla Rusiya arasında ticarət əlaqələrinin dəstəklənməsidir və bankın aktivlərinin strukturu məhz buna uyğun formalaşıb. Hazırda «ABB-Moskva»nın qiymətli kağızlara investisiyaları sıfır səviyyəsindədir. Aktivlərin 50%-dən çoxunu kreditlər təşkil edir, bunun da əsas hissəsi ticarətin maliyyələşdirilməsi, Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının kreditləşdirilməsinin payına düşür. F.Abdullayevin sözlərinə görə, hazırda bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl, kapitalı isə 2 mlrd. rubl təşkil edir. Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir.Qeyd edək ki, Moskvadan başqa ABB-nin törəmə bankı Gürcüstanda («ABB-Gürcüstan») fəaliyyət göstərir, həmçinin Qazaxıstan və Ukraynada analoji törəmə bankların açılması planlaşdırılır. -
10-23-2008, 06:30 PMAPA«Azercell» şirkəti yeni regional ekspress-ofisini istifadəyə verib
[b]«Azercell» şirkəti yeni regional ekspress-ofisini istifadəyə verib[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Yevlax rayonunda yeni «Azercell Express» ofisini istifadəyə verib.Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, ofisin açılış mərasimində çıxış edən «Azercell Telecom»un vitse-prezidenti Ali Ağan son illər regionlarda güclü inkişafın müşahidə olunduğunu bildirib və qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun lider şirkəti olaraq «Azercell» dövlətin bölgələrin inkişaf etdirilməsi strategiyasına bundan sonra da dəstək göstərəcək və bu məqsədilə regionlarda fəaliyyət göstərəcək «Azercell Express» ofislərinin sayını artırmağı planlaşdırır. Yeni «Azercell Express» ofisinin konsepsiyasının əsasını 1 nöqtədə 3 xidmət təşkil edir. Belə ki, istənilən abonent ofisə gələrək eyni anda üç xidmətdən yararlana biləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, «Azercell» şirkəti tək Azərbaycanda deyil, bütün regionda «one stop shopping» adlanan bu konsepsiyanı təqdim edən ilk şirkətdir. Xatırladaq ki, hazırda şirkətin ölkə üzrə 12 «Azercell Express» ofisi fəaliyyət göstərir. Bundan başqa, yaxın vaxtlarda fəaliyyətə başlayacaq 10-dan çox «Azercell Express» ofisinin böyük qisminin bölgələrdə açılması da nəzərdə tutulub. -
10-23-2008, 06:50 PMAPARusiya və Polşa prezidentlərinin administrasiya rəhbərləri Azərbaycan dövlət başçısının inauqurasiya mərasimində iştirak edəcəklər
[b]Rusiya və Polşa prezidentlərinin administrasiya rəhbərləri Azərbaycan dövlət başçısının inauqurasiya mərasimində iştirak edəcəklər[b]
[Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın yenidən seçilmiş prezidenti İlham Əliyevin sabah keçiriləcək inauqurasiya mərasiminə Rusiya prezidentinin administrasiyasının rəhbəri Sergey Narışkin də qatılacaq. Bu barədə APA-ya Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Polşanı isə bu mərasimdə Prezident Dəftərxanasının rəhbəri, nazir Pyotr Kovnatzski təmsil edəcək. -
10-23-2008, 07:10 PMAPASergey Lavrov: "Qafqazda yeni toqquşmalar ola bilər"
[b]Sergey Lavrov: "Qafqazda yeni toqquşmalar ola bilər"[b]
Moskva - APA. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyi müşahidəçilərinin Cənubi Osetiya və Abxaziya ətrafındakı zonada təhlükəsizliyin təminatçısı rolunu yerinə yetirmədiklərini bildirib.
[APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, S. Lavrov Gürcüstanın bu zonalardan öz qoşunlarını geri çəkmədiyini və əraziyə əlavə hərbi birləşmələr göndərdiyini deyib: "Avropa Birliyi həmin zonada sülhün təminatçısı vəzifəsini üzərinə götürsə də, qurumun müşahidəçiləri buna az diqqət yetirirlər. Baş verənlərə bu cür münasibət bizi narahat edir. Bu, odla təhlükəli oyundur. Belə addımlar Qafqazda yeni toqquşmalara gətirib çıxara bilər". -
10-23-2008, 07:20 PMAPAAzərbaycan Rusiyada müflisləşən bankları ala bilər
[b]Azərbaycan Rusiyada müflisləşən bankları ala bilər[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» bankının («ABB-Moskva») Rusiyada müşahidə olunan maliyyə böhranı nəticəsində müflisləşən bank təşkilatlarını alması istisna olunmur.
[«APA-ECONOMICS»in məlumatına görə, bunu Bakıda səfərdə olan «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayev qeyd edib ki, hələlik banka bununla bağlı müvafiq müraciətlər daxil olmayıb: «Lakin bu baş verərsə, biz onlara baxmağa hazırıq». Bundan əlavə, «ABB-Moskva» mövcud filial şəbəkəsini də genişləndirmək niyyətindədir. Belə ki, hazırda Almaniyanın Frankfurt şəhərində fəaliyyət göstərən ABB-nin nümayəndəliyinin bazasında «ABB-Moskva»nın filialının açılması planlaşdırılır.F.Abdullayevin sözlərinə görə, hazırda Almaniya qanunvericiliyi əsasında müvafiq sənədləşmə işləri aparılır və filialın artıq 2009-cu ildə açılacağı gözlənilir.Həmçinin, bankın Rusiyanın Nijni-Novqorod şəhərində filialının açılması planlaşdırılır: «Bu, iqtisadi fəal regiondur və onun Azərbaycan-Rusiya ticarət əlaqələrində payı təxminən 20% təşkil edir».Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi - 50,2%) çıxış edir. -
10-23-2008, 08:20 PMAPAFransa, Bolqarıstan, Macarıstan, İsveçrə prezidentləri, Riçard Luqar və İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib
[b]Fransa, Bolqarıstan, Macarıstan, İsveçrə prezidentləri, Riçard Luqar və İSESCO-nun baş direktoru Azərbaycan prezidentini təbrik edib[b]
[Bakı - APA. Fransa prezidenti Nikola Sarkozi İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın dövlət başçısına növbəti mandatı dövründə uğurlar arzulayan N. Sarkozi iki ölkə arasında mövcud olan geniş və intensiv əməkdaşlığın siyasi, iqtisadi, mədəni və təhsil sahələrində inkişafının davam edəcəyinə əminliyini ifadə edib: "2009-cu ildə olacaq çoxsaylı görüşlər, o cümlədən birgə iqtisadi komissiyanın Bakıda keçiriləcək iclası və eləcə də Sizin Parisə səfəriniz iki ölkə arasındakı əlaqələrin dərinləşməsinə öz töhfəsini verəcək. Fransa Azərbaycanın köhnə və sədaqətli dostudur, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətlə həll edilməsinə nail olunması və daha geniş mənada, bütövlükdə Qafqazın sülh və tərəqqi zonasına çevrilməsi üçün Sizin yanınızda olacaq və öz səylərini əsirgəməyəcək. Fransanın Avropa İttifaqında hazırkı sədrliyi dövründə həmişəkindən daha çox əminəm ki, Fransa Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə ölkəniz arasında tərəfdaşlığın dərinləşməsinə fəal kömək edəcək".Bundan başqa, Bolqarıstan prezidenti Georgi Pırvanov, Macarıstan prezidenti Laslo Şoyom, bu ölkənin baş naziri Ferenç Dyurçan, İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədr müavini, senator Riçard Luqar və İSESCO-nun baş direktoru, doktor Əbdüləziz Osman Əl-Tüveycri də İ. Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. -
10-24-2008, 09:00 AMAPAQobustan rayonunda iki uşaq anası intihar edib
[b]Qobustan rayonunda iki uşaq anası intihar edib[b]
Bakı. Hafiz Heydərov-APA. Qobustan rayonunda iki uşaq anası intihar edib. Qobustan rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Təhlə-Mirzəbaba kəndində baş verib.
[Kənd sakini, 1985-ci il təvəllüdlü, iki uşaq anası Vüsalə Həşim qızı Həşimova yaşadığı evin tavanından özünü asaraq, intihar edib. İlkin ehtimala görə, V. Haşımovanın intihar etməsinə səbəb ailə münaqişəsidir. Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. -
10-24-2008, 09:50 AMAPABu gün yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir
[b]Bu gün yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir[b]
Bakı-APA. Bu gün yenidən Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin inauqurasiya mərasimidir. APA-nın xəbərinə görə, mərasim Heydər Əliyev Sarayında keçiriləcək.
[Mərasimə bir çox ölkələrin dövlət və hökumətinin yüksək təmsilçiləri qatılacaq. Qeyd edək ki, bu il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə qələbə qazanan İlham Əliyev 88,73 faiz səslə ikinci müddətə Azərbaycan prezidenti seçilib. Beynəlxalq müşahidə missiyaları və təşkilatlar Azərbaycanda keçirilmiş prezident seçkilərini yüksək qiymətləndiriblər. Bu il oktyabrın 20-də Mərkəzi Seçki Komissiyası seçkinin yekunları ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib. Oktyabrın 22-də isə Azərbaycan Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq və elan edib. -
10-24-2008, 10:00 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 23-də saat 12.30-dan 12.40-dək və oktyabrın 24-də saat 04.00-dan 04.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 19.09-dən 20.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-24-2008, 10:20 AMAPAÇeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb
[b]Çeçenistanda baş verən partlayışlar nəticəsində 8 milis yaralanıb[b]
[Qroznı - APA. Çeçenistanın Urus-Martan rayonunun Qoy-Çu qəsəbəsi ərazisində baş verən partlayışlar nəticəsində 8 milis işçisi yaralanıb. APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, qəsəbədəki yaşayış evlərinin birində yanğın başladıqdan sonra bir qrup milis işçisi hadisə yerinə gəlib, elə bu zaman uzaqdan idarə olunan mina partlayıb. Nəticədə 1 milis yaralanıb. Bu qrupa köməyə gələn milislər də minaya düşüblər və daha 7 nəfər yaralanıb. Yaralı milislərin hamısı xəstəxanaya çatdırılıb. -
10-24-2008, 10:30 AMAPAAzərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar
[b]Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı 570-ə yaxın iddia qaldırıblar[b]
Strasburq - APA. Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaların böyük hissəsi Azərbaycandan daxil olub.
[APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu məhkəmənin sədri Jan Pol Kosta Strasburqda Ermənistan Kasasiya Məhkəməsinin sədri Arman Mkrtumyanı qəbul edərkən deyib. J. K. Kosta bildirib ki, hazırda AİHM-də Ermənistanla bağlı 800-ə yaxın iş var və bunlardan 570-ə yaxını Azərbaycan vətəndaşlarının iddialarıdır. Məhkəmənin icraatında ümumən 95 minə yaxın iş olduğunu söyləyən sədr, müraciətlərin getdikcə artdığını, bu səbəblə məhkəmənin daha effektiv işləməsi üçün islahat aparmaq istədiklərini söyləyib. Onun sözlərinə görə, daxil olan müraciətlərin 55%-i 4 ölkənin payına düşür: Rusiya, Türkiyə, Rumıniya və Ukrayna. -
10-24-2008, 10:40 AMAPAFransadakı vertolyot qəzasında 8 nəfər ölüb
[b]Fransadakı vertolyot qəzasında 8 nəfər ölüb[b]
[Paris - APA. İtaliyaya məxsus hərbi vertolyotun Fransa ərazisində qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. APA-nın İtaliyanın "ARCOM" agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin hamısı İtaliya vətəndaşlarıdır. Vertolyot Linyi-an-Barrua şəhərciyinin yaxınlığında yerə düşüb. Qəzadan sonra vertolyot yanıb. -
10-24-2008, 10:50 AMAPAÇexiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb
[b]Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb[b]
Bakı. Laçın Sultanova - APA. Çexiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
[Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda seçkinin sakit gedişi yüksək dəyərləndirilir: "Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyət institutlarının demokratik seçkilər sahəsində beynəlxalq standartlara cavab vermək səylərini alqışlayır və inanır ki, ATƏT/DTİHB, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında göstərilən çatışmazlıqların aradan qaldırılmasına maksimum diqqət göstəriləcək".Çexiya XİN seçkilərin keçirilməsində beynəlxalq müşahidəçilərin etiraf etdiyi nəzərə çarpacaq irəliləyişi Azərbaycanda demokratiya və azad cəmiyyətin inkişafı yolunda daha bir mühüm addım hesab edir: "Çexiya xarici siyasət idarəsi Azərbaycanın siyasi inkişafını, islahatların gedişini və sürətli iqtisadi yüksəlişini diqqətlə izləyir, iki ölkə arasında qarşılıqlı əlaqələrin maksimal dərəcədə intensiv dərinləşdirilməsinə hazırdır". Çexiya XİN qarşılıqlı sərfəli tərəfdaşlığın genişlənməsinin Azərbaycanın inkişafının bu önəmli mərhələsinin uğurla keçirilməsinə xidmət edəcəyinə əmindir. -
10-24-2008, 11:00 AMAPAAzərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb
[b]Azərbaycanın xarici ticarət dövriyyəsinin 94%-i uzaq xarici dövlətlərin payına düşüb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 134 xarici dövlətlə ticarət əlaqələri qurub. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin ümumi həcmi 42 209,2 mln. ABŞ dolları, o cümlədən ixrac 37 703,5 mln. dollar, idxal 4 505,7 mln. dollar təşkil edib, ölkə üzrə 33 197,8 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin analoji dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,7 dəfə, o cümlədən idxal 31,9%, ixrac isə 9,4 dəfə artıb. Dövriyyənin 54,2%-i, o cümlədən idxalın 28%-i, ixracın 57,3%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsi 2007-ci ilin yanvar-avqust aylarına nisbətən 11,1 dəfə, o cümlədən ixrac 20,4 dəfə, idxal isə 25,2% artıb. Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 864,9 mln. dollar, o cümlədən idxal 404,4 mln. dollar, ixrac 460,5 mln. dollar təşkil edib, 2007-ci ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsi 35,7%, o cümlədən ixrac 1,7 dəfə, idxal isə 10,7% artıb.İdxal-ixrac əməliyyatlarının 36,9% İtaliya, 11,6%-i ABŞ, 6,6% İsrail, 4,7%-i Hindistan, 4,4%-i Fransa, 2,9%-i İspaniya, 2,8%-i Niderland, 2,8% Rusiya, 2,7%-i Birləşmiş Krallıq, 2,7%-i İndoneziya, 2,4%-i Türkiyə, 19,5%-i isə digər ölkələrlə həyata keçirilib. Xarici ticarət dövriyyəsinin 39 695,9 mln. dolları və ya 94%-i, o cümlədən ixracın 97,3%, idxalın isə 66,7%-i uzaq xarici dövlətlərin payına düşüb. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 7,2 dəfə, o cümlədən idxalın həcmi 33,5%, ixrac olunan malların həcmi isə 11,3 dəfə artıb. Uzaq xarici dövlətlərlə ticarət əlaqələrində 33 688,1 mln. dollarlıq müsbət xarici ticarət saldo yaranıb. Bu ilin ilk 8 ayında Azərbaycanın MDB-yə üzv olan ölkələrlə apardığı ticarət dövriyyəsinin ümumi həcmi 2 513,3 mln. dollar, o cümlədən idxal 1 501,8 mln., ixrac 1 011,5 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən həmin ölkələrlə ticarət dövriyyəsinin həcmi 31,5%, o cümlədən idxal 28,8%, ixrac isə 35,6% artıb. -
10-24-2008, 11:10 AMAPARusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür
[b]Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin 40%-i «ABB-Moskva» bankının payına düşür[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. «Azərbaycan Beynəlxalq Bankı-Moskva» («ABB-Moskva») bankının Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmində payı təxminən 40%-ə bərabərdir. «APA-ECONOMICS»in məlumatına görə, bunu «ABB-Moskva»nın İdarə Heyətinin sədri Fuad Abdullayev bildirib.F.Abdullayevin sözlərinə görə, bank vasitəsi ilə Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 2007-ci ildə 100 mln. ABŞ dolları təşkil edib. Bu il isə həmin göstəricinin təxminən 130-135 mln. dollara çatacağı gözlənilir.Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələri sahəsində hətta «Western Union», «Migom», «Moneygram» kimi beynəlxalq pulköçürmə sistemlərinin mövcudluğu şəraitində F.Abdullayev ötən illərdə «ABB-Moskva»nın köçürmələri illik 35-40% artırdığını bildirib.Xatırladaq ki, «ABB-Moskva» bankı 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi kimi yaradılıb və hazırda Rusiyada bütün bank əməliyyatlarının aparılması üçün baş lisenziyaya malikdir. Bankın aktivlərinin həcmi 10 mlrd. rubl, kredit portfeli 6 mlrd. rubl təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində bank 84,617 mln. rubl, 2007-ci ildə isə 126,401 mln. rubl mənfəət əldə edib. Hazırda «ABB-Moskva»nın Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində filialları fəaliyyət göstərir.Azərbaycan Beynəlxalq Bankının əsas təsisçisi rolunda isə dövlət (Maliyyə Nazirliyi - 50,2%) çıxış edir. -
10-24-2008, 11:20 AMAPATeymur Rəcəbov Avropa kubokunu qazandı
[b]Teymur Rəcəbov Avropa kubokunu qazandı[b]
[Bakı. Kənan Həsənov - APA-SPORT. Yunanıstanın Kallitea şəhərində keçirilən klublararası Avropa kubokuna yekun vurulub. "APA-SPORT"un məlumatına görə, yarışın qalibi Azərbaycan yığmasının lideri Teymur Rəcəbovun da şərəfini qoruduğu Rusiyanın "Ural" komandası olub. Bu kollektivin həlledici turda Almaniyanın "Mulheym" klubu üzərində 4,5:1,5 hesablı qələbəsi birinci yeri tutmaq üçün kifayət edib. Belə ki, bunadək turnir cədvəlinə başçılıq edən digər Almaniya təmsilçisi "Baden-Baden" son görüşdə qələbə qazana bilməyib. Yekunda hər iki komandanın hesabında 12 xal olsa da, "Ural" ayrı-ayrı şahmatçıların əldə etdiyi xalların hesabına rəqibini üstələyib. Üçüncü dəfə çempionluq sevinci yaşayan Rəcəbov son görüşdə fransalı Maksim Vaşyer-Laqrevlə "sülh" bağlayıb. Hələ ötən turda mükafatçılar sırasında yer almaq şanslarını itirən digər həmyerlilərimizin komandaları da turniri qələbə qazanmaqla tərk ediblər. Vüqar Həşimovun şərəfini qoruduğu "Aşdod" (İsrail) İsveçrənin "Şahfrunde" klubunu darmadağın (6:0) edərək 10 xalla 8-ci olub. Qrossmeysterimiz isə son görüşdə Jan-Noel Riffi üstələyib. Şəhriyar Məmmədyarovlu "Alkaloid" (Makedoniya) Norveçin OSS klubuna qalib gəlib - 3,5:2,5. Rəqibin lideri Lüdviq Hammerlə heç-heçə oynayan Şəhriyar komandasının hesabına yarım xal yazdırıb. Nəticədə "Alkaloid" turniri 9 xalla 14-cü pillədə başa vurub.Qeyd edək ki, Rəcəbov 2002-ci və 2004-cü illərdə müvafiq olaraq, "Bosna" (Bosniya və Hersoqovina) və NAO (Fransa) klublarının heyətində də çempion olub. 21 yaşlı qrossmeysterimiz, həmçinin 2006-cı ildə "Ladya"nın (Rusiya), 2007-ci ildə "Ural"ın tərkibində gümüş, 2005-ci ildə NAO ilə bürünc medala sahib çıxıb. -
10-24-2008, 11:30 AMAPAErməni əsirliyində olan Rafiq Həsənovun məktubu ailəsinə çatdırılıb: "Qardaşımın oğlu olsa, ona mənim adımı qoyun"
[b]Erməni əsirliyində olan Rafiq Həsənovun məktubu ailəsinə çatdırılıb: "Qardaşımın oğlu olsa, ona mənim adımı qoyun"[b]
Ağdam. Teymur Zahidoğlu - APA. Bu il oktyabrın 8-də Qazax rayonu ərazisində qoşunların təmas xətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənov ailəsinə məktub yazıb.
[APA-nın Qarabağ bürosunun xəbərinə görə, məktub Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən əsirin ailəsinə təqdim olunub. Əsirin atası Rəhman Həsənov APA-nın əməkdaşına deyib ki, oğlunun məktubunda bu sözlər yazılıb: "Vəziyyətim yaxşıdır. Əgər qardaşım Afiqin oğlu olsa, ona mənim adımı qoyun. Qardaşım Azəri də yanınıza gətirin, birlikdə mehriban yaşayın". Əsirin atası deyib ki, oğlu yazıb-oxuya bilmədiyi üçün məktubu BQXK-nin əməkdaşı yazıb: "Məktubu gətirən şəxs dedi ki, Rafiqin sözlərini mən yazmışam".BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva APA-ya faktı təsdiqləyib. G. Quliyevanın sözlərinə görə, R. Həsənovla görüşdə BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı da iştirak edib. Mətbuat xidmətinin rəhbəri deyib ki, BQXK nümayəndələri indiyə qədər R. Həsənovla iki dəfə - oktyabrın 10-da və 16-da görüşüblər. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Dövlət Komissiyasına hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkildiyi, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu barədə məlumat verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. Müdafiə Nazirliyi də əsgər Rafiq Həsənovun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. R. Həsənov bu ilin aprel ayında Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. -
10-24-2008, 11:50 AMAPANyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq
[b]Nyu-Yorkda azərbaycanlı rəssamın sərgisi təşkil olunacaq[b]
[Bakı-APA. Noyabrın 1-dən 15-dək Nyu-Yorkun "Gallery MC" salonunda Azərbaycan rəssamı Rasim Babayevin əsərlərindən ibarət sərgi açılacaq. BU barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Sərgi "Azerbaijan Art Exhibition" adlanır. Qeyd edək ki, Rasim Babayev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra isə Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Onun əsərləri bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Azərbaycanlı rəssamın Tretyakov Qalereyasında və Şərq xalqları incəsənəti muzeyində də əsərləri saxlanır. -
10-24-2008, 12:00 PMAPAAzərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq
[b]Azərbaycanda ilk dəfə iri qaz sayğacları istehsal olunacaq[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Gəncə Sənaye Cihaz» ASC Azərbaycanda ilk dəfə iri mexaniki qaz sayğaclarının istehsalına hazırlaşır. Bu barədə «APA-ECONOMICS»ə «Gəncə Sənaye Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib. Sədrin sözlərinə görə, daha çox qazın nəql edildiyi obyektlər üçün nəzərdə tutulan J6, J10 sayğaclarının «Aktaris»in detalları əsasında istehsalı planlaşdırılır. Hazırda bununla bağlı Fransanın «Aktaris» şirkəti ilə danışıqlar aparılır. Danışıqlar bu ilin noyabrın ayının sonu və ya dekabrın əvvəlində yekunlaşacaq.Belə sayğaclara Azərbaycanda böyük tələbatın olduğunu deyən F.Yelisuyski bildirib ki, istehsala gələn ilin əvvəlindən başlamaq nəzərdə tutulur.Qeyd edək ki, J6, J10 paslanmayan və uzun müddət istifadə oluna bilən qaz sayğaclarıdır. J6 qaz sayğacının ölçmə gücü 0,06-10, J10 qaz sayğacının isə 0,1-16 kubmetr/saat təşkil edir. -
10-24-2008, 12:10 PMAPADövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - EKSKLÜZİV
[b]Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev zabitin intihar etməsinə münasibət bildirib - EKSKLÜZİV[b]
Bakı. Elbrus Seyfulayev - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala rayonundakı "N" saylı hərbi hissəsinin zabiti Anar Cabbarovun intiharı faktı ilə bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
[Bu barədə APA-ya eksklüziv açıqlamasında DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib. E. Quliyev deyib ki, intiharın ailə münaqişəsi zəmində baş verdiyi ehtimal edilir: "Bu, özünə qəsddir. Ehtimal olunur ki, intihar ailə münaqişəsi zəmində baş verib". DSX rəisi zabitin xidmətlə bağlı hər hansı probleminin olması barədə suala "Düşünürəm ki, xidmətlə bağlı hər hansı problem olmayıb" cavabını verib. Qeyd edək ki, DSX-nın Neftçala rayonunda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Anar Cabbarov Xıllı qəsəbəsi ərazisində özünü elektrik dirəyindən asaraq intihar edib. -
10-24-2008, 12:20 PMAPAAzərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək
[b]Azərbaycanın aparıcı sement istehsalçısı 2008-ci ildə 1,35 mln. ton hazır məhsul istehsal edəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı sement istehsalçısı olan «Qaradağ Sement» ASC 2008-ci ildə 1,35 mln. ton sement istehsal edəcəyini proqnozlaşdırır. Bu barədə «APA-ECONOMICS»ə ASC-nin marketinq meneceri Kamran Abbasov məlumat verib. K.Abbasovun sözlərinə görə, il ərzində zavodda 0,8 mln. ton klinker istehsal olunur ki, bundan da 1,1 mln. ton sement alınır: «Lakin idxal edilmiş klinker ilin sonunadək sement istehsalını 1,35 mln. tona çatdırmağa imkan yaradacaq».Qeyd edək ki, hazırda zavodda yeni soba inşa olunur və artıq 2011-ci ildə həmin soba istismara veriləcək. Nəticədə, zavodda klinkerin illik istehsalı 0,8 mln. tondan 1,2 mln. tona qədər, sement istehsalı isə 1,3 mln. tondan 1,7 mln. tona qədər artırılacaq. Yeni sobanın quraşdırılması ətraf mühitə təsirin minimallaşdırılmasını nəzərdə tutur, həmçinin enerji sərfinin 50%-dən az olacağı gözlənilir. Layihənin ümumi dəyəri 327 mln. avro təşkil edir.Ötən il müəssisədə 1,35 mln. ton sement istehsal olunub, zavodun illik istehsal gücü isə 1,4 mln. tona bərabərdir.Xatırladaq ki, «Qaradağ Sement» ASC-nin əsas səhmdarları rolunda İsveçrənin «Holcim» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestisiya Şirkəti çıxış edir. -
10-24-2008, 12:30 PMAPATəhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb
[b]Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində baş verən qətllə bağlı araşdırma aparıb[b]
[Bakı. Elbrus Seyfulayev-APA. Təhsil Nazirliyi Bakı Maliyyə Kollecində bir neçə gün əvvəl baş verən qətl hadisəsi ilə bağlı araşdırma aparıb. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisənin səbəblərini, qətli törədən tələbə Fərhad Məmmədovun ailə durumunu araşdırıblar. İ. Pirməmmədovun sözlərinə görə, tələbənin ailəsində problemlər olduğu bildirilib: "Onun anası və atası bir-birində ayrılıb. Anası xəstədir. Bütün bunlar tələbənin psixologiyasına təsir edib". Aparat rəhbəri müəllimlə tələbə arasında baş verən insidentdə üçüncü şəxsin iştirak etmədiyini deyib. İ. Pirməmmədov qeyd edib ki, F. Məmmədovun əvvəlcə qətlə yetirdiyi Sabir Xuduyevin yanına gəlib oranı tərk etdiyi, daha sonra qayıdaraq onu öldürdüyü bildirilib. Nazirlik təmsilçisi mərhum müəllim haqqında müsbət rəylərin açıqlandığını da deyib. Qeyd edək ki, Bakı Maliyyə Kollecinin tələbəsi, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov oktyabrın 20-də kollecin maliyyə-vergi şöbəsinin müdiri, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. F. Məmmədov artıq saxlanılıb. -
10-24-2008, 12:40 PMAPAAzərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb
[b]Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filialları bağlanıb[b]
[Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən ali məktəblər və onların filiallarının hamısı bağlanıb". APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov deyib. O bildirib ki, təkcə Azərbaycan Beynəlxalq Universitetində bəzi tələbə köçürmələrində problemlər olub və bununla bağlı araşdırma aparılır: "Köçürülən tələbələrin heç biri imtahanlara buraxılmır. Yəqin gələn imtahanlarda da belə olacaq. Hazırda belə tələbələrin sayı 300-ə yaxındır".İ. Pirməmmədov Azərbaycanda yaşayan milli azlıqların dillərində ibtidai siniflər üçün dərsliklər hazırlandığını da söyləyib. -
10-24-2008, 12:50 PMAPAAzərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək
[b]Azərbaycanda hərbi qulluqçulara yaşayış evi tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanun qəbul ediləcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Milli Məclisin növbəti iclası oktyabrın 28-i və 31-də keçiriləcək. APA-nın məlumatına görə, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov iclaslarda Torpaq Məcəlləsi, Rəqabət Məcəlləsinin müzakirəsinin nəzərdə tutulduğunu bildirib: "Mən bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, hərbi qulluqçulara yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin verilməsi ilə bağlı qanunun qəbulu nəzərdə tutulur. Bu qanun layihəsi parlamentə prezident tərəfindən göndərilib. Hesab edirəm ki, bu, hərbçilərin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması baxımdan önəmli addımdır. Güman edirəm ki, sessiya çərçivəsində bu qanunu qəbul edəcəyik". -
10-24-2008, 01:10 PMAPAAzərbaycanlı rejissor Rəşt kinofestivalının münsiflər heyətində təmsil olunacaq
[b]Azərbaycanlı rejissor Rəşt kinofestivalının münsiflər heyətində təmsil olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc rejissor Fariz Əhmədov İran İslam Respublikasında keçirilən 38-ci Rəşt kinofestivalının münsiflər heyətinə dəvət alıb. "İmper Qrup" prodüser mərkəzindən APA-ya bildirilib ki, Rəşt kinofestivalı 1963-cü ildən keçirilir və İran İslam Respublikasında ən qədim kinofestivallardan biridir. Oktyabrın 31-dən noyabrın 7-nə kimi davam edəcək festival Tehran şəhərində keçiriləcək. Festivalın seçim komissiyasına 50 ölkədən 1017 film təqdim olunub ki, həmin filmlərin 70-i müxtəlif mükafatlar uğrunda mübarizə aparacaq. Festivalın münsiflər heyətində azərbaycanlı rejissor Fariz Əhmədovdan başqa Almaniya, Avstriya, Avstraliya, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, İsveçrə və Serbiyanın tanınmış kino xadimləri təmsil olunacaq. Festivalın ən gənc üzvü Fariz Əhmədovdur. Festivalın münsiflər heyətinə dəvəti o, Azərbaycanda da filmləri ilə tanınan Kərim Kərimidən alıb. Məlumatda bildirilib ki, festivalın proqramında Azərbaycan filmi yoxdur. Amma festivalın rəhbərliyi ilə hazırda aparılan danışıqlar nəticəsində tədbirdə bir neçə Azərbaycan filminin nümayişi təşkil olunacaq. Festival çərçivəsində Yusif Quliyevin "Keçid", İqbal Məmmədəliyevin "Sükutun səsi", Asif Rüstəmovun "Ev" və Samir Kərimoğlunun "Qanadlarıma sığal çək" filmlərinin nümayişi nəzərdə tutulub. -
10-24-2008, 01:20 PMAPASumqayıt sakini qardaşına bıçaqla xəsarət yetirib
[b]Sumqayıt sakini qardaşına bıçaqla xəsarət yetirib[b]
[Bakı-APA. Bu gün 01.45 radələrində Sumqayıt şəhər sakini, Elməddin Piriyev ailə münaqişəsi zəminində, qardaşı Anara bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E. Piriyev tutulub.E. Piriyevin ruhi xəstə olduğu bildirilib.