[b]Azərbaycanın xalq şairi ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək[b]
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək. Bu barədə APA-ya xalq şairi özü bildirib.
[Z. Yaqub martın 8-dən 16-dək Münhendəki Almaniya Kardioloji Mərkəzində müayinə və müalicə olunacaq. Onun sözlərinə görə, müayinə zamanı həkimlərin məsləhət görəcəyi təqdirdə, ürəyində əməliyyat aparılacaq: "Ancaq mənə elə gəlir ki, həkimlər ürəyimi əməliyyat etmədən sağaldacaqlar". Xalq şairi Almaniyaya həyat yoldaşı ilə birlikdə gedəcəyini bildirib.
Azərbaycan Xəbərləri
Printable View

03-07-2008, 01:16 PMAPAAzərbaycanın xalq şairi ürəyində yaranmış problemlə əlaqədar sabah Almaniyaya yola düşəcək

03-07-2008, 01:21 PMAPAUkrayna parlamenti GUAM-ın Nizamnaməsini ratifikasiya edib
[b]Ukrayna parlamenti GUAM-ın Nizamnaməsini ratifikasiya edib[b]
Kiyev - APA. Ukrayna Ali Radasının martın 6-da keçirilən toplantısında "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM-ın Nizamnaməsinin ratifikasiyası haqqında" qanun qəbul olunub.
[APA-nın "Unian"a istinadən verdiyi məlumata görə, iclasda 447 deputat iştirak edib. Qanun minimal üstünlüklə - yalnız "narıncı koalisiya"nın 226 deputatının səsi ilə qəbul olunub. Viktor Yanukoviçin başçılıq etdiyi Regionlar Partiyasının, Kommunist Partiyasının və Litvinin blokunun deputatları sənədin əleyhinə səs veriblər. Qeyd edək ki, Nizamnamədə GUAM-ın məqsədləri, prinsipləri, prioritetləri və təşkilati strukturu müəyyənləşdirilib. -
03-07-2008, 01:26 PMAPATürkiyənin Ədirnə şəhərinin CHP üzvü olan bələdiyyə sədri həbs edilib
[b]Türkiyənin Ədirnə şəhərinin CHP üzvü olan bələdiyyə sədri həbs edilib[b]
[Ədirnə. Mayis Əlizadə-APA. Bu gün Türkiyənin Ədirnə şəhərinin bələdiyyə sədri Həmdi Sədəfçi həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan H. Sədəfçi rüşvət almaq, mütəşəkkil cinayətkar dəstə yaratmaq və digər cinayətlərdə təqsirləndirilir. Bələdiyyə sədri ilə birlikdə xeyli adamın tutulduğu bildirilir. -
03-07-2008, 01:31 PMAPAGələcəyə getmək üçün geriyə dönməli: Kipr
[b]Gələcəyə getmək üçün geriyə dönməli: Kipr[b]
Buxarest. Dr. Fəxri Kərimli-APA. Fevralın 17-də Kosovonun müstəqilliyini elan etməsi həmin gün baş verən başqa hadisələr kimi Kiprin yunan hissəsində prezident seçkilərini də kölgədə qoyub. Fevralın 24-də keçirilən seçkilərin ikinci turunda yunan Kiprinin tarixində ilk dəfə olaraq kommunist lider hakimiyyət başına gəlib - Dimitris Xristofias sayca ölkənin altıncı dövlət başçısı seçilib.
[Kosovo fenomeninin Dimitris Xristofiasın taleyi üzərindəki yeganə təsiri bundan ibarət deyil. Çünki ultramillətçi siyasətçi Tasos Papadopulosun siyasi iflasa uğrayaraq prezident seçkilərinin elə ilk turunda digər iki namizəddən arxada qalması məhz bilavasitə Kosovo hadisələrinin Kiprdəki əks-sədası ilə bağlıdır. Belə ki, Kosovo təcrübəsinin Şimali Kiprin timsalında təkrarlanacağından ehtiyatlanan kiprli yunanlar vaxtilə 2004-cü ildə Annan planına qarşı çıxaraq əhalini adanın birləşməsinə qarşı çıxmağa inandıran Tasos Papadopulosdan narazılığını bu şəkildə ifadə ediblər. 61 yaşlı Dimitris Xristofias kommunist AKEL-in (Kiprin Əməkçi Xalqının Tərəqqi Partiyası) namizədi qismində səslərin 53,4 faizini qazanıb. Ali təhsilini və elmlər doktoru dərəcəsini 1969-74-cü illərdə Moskvada alan gələcək prezident gələcək həyat yoldaşı ilə də Sovet İttifaqında tanış olub. Tasos Papadopulos üzərində qələbəsinin səbəbini yaxşı dərk edən AKEL lideri prezident seçilər-seçilməz telekanallar tərəfindən canlı yayımlanan çıxışında bu cəhəti vurğulamağı yaddan çıxarmayıb: "Sabah yeni gün başlayır. Qarşıda bizi çox çətinlik gözləyir. Biz qüvvələrimizi birləşdirəcəyik və vətənimizin yenidən birləşdirilməsinə nail olmaq üçün birlikdə çalışacağıq". Dövlət başçısı çıxışını bu sözlərlə başa vurub: "Yaşasın Kiprin bütövlüyü, yaşasın məğlubedilməz Kipr xalqı!"Kipr adasının birləşdirilməsi ideyası D. Xristofiasın bütün nitqlərində xüsusi şəkildə seçilir. O, fevralın 28-də baş tutan andiçmə mərasimindən sonra parlamentə xitabən etdiyi çıxışında on illərdir, bölünmüş vəziyyətdə olan Kiprin birləşdirilməsini fəaliyyətinin əsas məqsədi olacağı vurğulayıb. Yunan Kiprinin prezidenti Avropa İttifaqını da problemin həllində daha fəal rol oynamağa dəvət edib. Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyənin D. Xristofiasdan gözləntiləri çoxdur. AKEL rəhbəri BMT-nin o zamankı baş katibi Kofi Annan tərəfindən 2004-cü ildə təklif olunan və adanın iki ayrı yunan və türk qurumlarından ibarət federasiyaya çevrilməsini nəzərdə tutan planını dəstəkləyən yeganə kiprli yunan siyasi xadimi olsa da, sonradan ən son məqamda mövqeyini dəyişərək ultramillətçilərin düşərgəsinə keçmişdi. D. Xristofiasın partiyası olan AKEL ilə Şimali Kiprin hazırkı dövlət başçısı Mehmet Əli Tələtin rəhbərlik etdiyi Respublikaçı Türk Partiyası arasında uzunmüddətli əməkdaşlıq əlaqələri çoxdan hər kəsə məlumdur. Bu baxımdan sələfi Rauf Denktaşdan fərqli olaraq, Şimali Kiprin tam müstəqilliyi və ya suveren yunan və türk dövlətlərindən ibarət Kipr konfederasiyasından çox vahid federativ Kipr dövləti modelinə üstünlük verən M. Ə. Tələtin D. Xristofiasın qələbəsinə təmkinli yanaşması da aydındır: "Biz son anda imtina olunacaq razılaşmalar istəmirik".Bununla bərabər artıq Kipr problemi üzrə müzakirələr prosesinə ikinci nəfəs verilib. BMT baş katibinin Kipr üzrə xüsusi elçisi Mixael Möller bəyan edib ki, ilk Xristofias-Tələt görüşü martın sonunda keçiriləcək. Yunan Kiprinin yeni lideri danışıqlar üçün başlanğıc nöqtə kimi 8 iyul 2006-cı il razılaşmalarının götürdüyünü bildirib. Onun fikrincə, problemin açarı Ankaradadır və Türkiyə istəyərsə, problemin həlli mümkün olacaq: "Kiprli türk vətəndaşlarımızın vahid federal Kipr Respublikasının bərabərhüquqlu vətəndaşları olaraq bütün haqlara sahib olması üçün çalışacağıma bir daha təminat verirəm. Ancaq kiprli türklərin hüquqlarının bərpasının kiprli yunan, maroni, erməni və latın vətəndaşlarımızın hüquqlarına zidd olaraq baş verməsinin mümkünsüzlüyünü təkrar vurğulamaq istəyirəm. Yoxsa Kipr probleminin həlli cəhdi ölü doğula bilər". Danışıqların çətin keçəcəyi indidən bəllidir. D. Xristofiasın "qırmızı xətt" olaraq elan etdiyi şərtlərə əsasən, Türkiyə Kipr adası üzərində qarantiya hüququndan imtina etməli, türk qoşunları adadan çıxarılmalı, Türkiyədən Kiprin şimalına köçən şəxslərin geri dönməsi, yeni federasiyada türk icmasının veto hüququndan məhrum edilməsi nəzərdə tutulur. Şimali Kiprin lideri isə Annan planını əldə rəhbər tutduqlarını, heç bir ön şərt irəli sürmədiklərini bildirib: "Biz iki dövlətin varlığına əsaslanan konfederasiya planına qarşıyıq". O, Şimali Kipr Türk Respublikasının yeni vahid Kipr federasiyasında "Kipr Türk Dövləti" adlanan yeni federal subyektə çevrilə biləcəyini də istisna etməyib.Kipr məsələsi üzrə danışıqların nəticə verməsində bütün tərəflər maraqlıdır. Düzdür, hər bir tərəfin özünün fərqli və orijinal arqumentləri var. Kiprin yunan rejimi bununla adanın birləşdirilməsi kimi əzəli arzunun gerçəkliyə qovuşmasına ümid edir. Çünki Kosovo təcrübəsini presedent olaraq qəbul edən yunan icması 1974-cü ildən bəri tanınmamış dövlət olaraq yaşayan Şimali Kiprin əvvəlki illərlə müqayisədə tanınma şanslarının artdığını yaxşı dərk edir. Şimali Kipr Türk Cümhuriyyəti isə Tasos Papadopulosun daha mötədil lider ilə əvəzlənməsini türk icmasının gələcək federasiyada yer alması və təcrid siyasətinə son qoyulması qarşısında yaşıl işıq kimi dəyərləndirir. Vahid Kiprin federativ subyekti olmaq Şimali Kiprə Avropa İttifaqında öz yerini tutmaq və Türkiyə maliyyəsindən asılı olub yunan Kiprindən dəfələrlə geri qalan iqtisadiyyatına dirçəliş vəd edir. Türkiyə də bu durumdan ümidlidir: çünki bu gün Avropa İttifaqına namizəd ölkə kimi üzvlük müzakirələri məhz Kipr probleminin ucbatından dondurulub və nəticədə indiyə qədər açılmalı olan 20-də artıq müzakirə fəslindən yalnız bir neçəsi üzrə danışıqlar aparılır. Halbuki Türkiyə ilə eyni vaxtda Aİ ilə üzvlük müzakirələrinə başlayan Xorvatiya 2011-ci ildə bu ittifaqa inteqrasiyaya hazırlaşır. Üstəlik Kipr probleminin qəbul ediləcək şəkildə həlli türk iqtisadiyyatını əlavə ağırlıqdan xilas etməklə yanaşı, Avropa İttifaqında türk amilinin peyda olmasına şərait yarada bilər. Yeri gəlmişkən, Şimali Kiprin Avropa İttifaqı məkanına daxil olması türk dilinin Avropanın yeni rəsmi dili elan olunması deməkdir.İstənilən halda tərəflərin bir-birinə güzəştlərə getməsinin vacibliyi aydındır. Amma indi əsas məsələ kompromisin mümkünlüyü və ya mümkünsüzlüyü deyil, hansı tərəfin hansı dərəcədə kompromisə getməsidir. /APA-Analitika/ -
03-07-2008, 01:36 PMAPAABŞ İraqdan 2000 əsgərini çıxaracaq
[b]ABŞ İraqdan 2000 əsgərini çıxaracaq[b]
Bağdad-APA. Təxminən 2000 nəfərə yaxın ABŞ hərbçisi yaxın zamanlarda İraq ərazisini tərk edəcək. APA-nın məlumatına görə, Pentaqon Bağdadda dislokasiya olunmuş ikinci taktiki briqadasını və 82-ci hava-desant diviziyasını çıxarmağa qərar verib.
[Ümumilikdə ABŞ hazırda İraq ərazisində 150 min nəfərlik qoşun saxlayır, onlardan 34,500 nəfəri Bağdadda dislokasiya olunub. ABŞ hərbi komandanlığı 2008-ci ilin ortalarına kimi İraqdan çıxarılacaq hərbçilərin sayını 20 min nəfərə çatdırmaq niyyətindədir. Bu prosesin sürəti İraqda təhlükəsizlik probleminin həllindən asılıdır. ABŞ mənbələri 2007-ci ildən etibarən ölkədə terror aktları və hərbi qarşıdurmaların sayının 60 faiz azaldığını bildirir. -
03-07-2008, 01:41 PMAPARusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırıq"
[b]Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırıq"[b]
Moskva - APA. "Rusiya Dağlıq Qarabağın statusunun dəyişdirilməsi prosesinə fəal şəkildə qoşulmağa hazırdır". APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovski bu bəyanatla çıxış edib.
[O bildirib ki, Rusiya Dnestryanı problemdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həllində də ilk növbədə tərəflərin özlərinin razılığa gəlməsini istəyir: "Ermənistan və Azərbaycan rəhbərliyi neytral ərazidə - Moskvada və ya hər hansı digər paytaxtda danışıqlar masasına əyləşməyə hazır olmayana qədər statusun dəyişdirilməsi prosesinə təsir etmək Rusiya üçün çox çətin olacaq. Ancaq Ermənistan və Azərbaycanın istəyi ilə biz fəal şəkildə bu prosesə qoşulmağa hazırıq". A. Ostrovski martın 13-də Dövlət Dumasında MDB ərazisindəki münaqişələrin həlli vəziyyətinə həsr olunmuş dinləmələrin keçiriləcəyini xatırladıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsi dinləmələrin mövzusu sırasında olmasa da, istənilən iştirakçı bu mövzuda danışa bilər. -
03-07-2008, 01:46 PMAPAPrezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İ
[b]Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında əsasnamə"nin və "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri"nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı Polis Akademiyasına Azərbaycan prezidenti adından təqdim edilir. Polis Akademiyasının bayrağı iki üzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngdə ipək saçaqlarla köbələnmiş, ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanıb. Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipəkdən 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizgüşəli ulduz tikilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı ipək sapla «Vətən uğrunda», aşağı kənarı boyu yaşıl zolaqda «Qanunların və ictimai asayişin keşiyində» şüarları tikilir. Yazıdakı hərflərin hər birinin hündürlüyü 6,5 sm, eni 5 sm-dir. Qumaşın arxa tərəfində, qırmızı zolağın ortasında Polis Akademiyasının rəngli emblemi (hündürlüyü 55 sm) tikilir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli ipək sapla «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi», aşağı kənarı boyu yaşıl zolaqda «Polis Akademiyası» sözləri tikilir. Yazıdakı hərflərin hündürlüyü 6,5 sm, eni 4,5 sm-dir. Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Ağac dəstək tünd qəhvəyi rəngdə rənglənib, laklanıb, aşağı ucunda metal halqa, yuxarı ucunda nikellənmiş fiqurlu ucluq var.Bayrağın qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotaz var, qaytanın uzunluğu 270-280 sm-dir. -
03-07-2008, 01:51 PMAPAKamil Pissarronun 27 il əvvəl oğurlanmış "Balıq bazarı" əsəri Nyu-Yorkda tapılıb
[b]Kamil Pissarronun 27 il əvvəl oğurlanmış "Balıq bazarı" əsəri Nyu-Yorkda tapılıb[b]
ABŞ-APA. 1981-ci ildə impressionizmin banilərindən Kamil Pissarronun Eks-le-Ben şəhər muzeyindən oğurlanmış kətan əsəri Nyu-Yorkda tapılıb. APA-nın "France Press" agentliyinə istinadən yaydığı məlumata görə, söhbət rəssamın "Balıq bazarı" əsərindən gedir.
[Bu əsər Oqüst Renuarın qadsın portreti çəkilmiş əsəri ilə birlikdə 1981-ci ilin noyabrın oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu oğurluqların arxasında məşhur rəsm oğrusu Emil Qelton durur. Lakin oğurluqdan keçən 22 il ərzində bu şəkillərin taleyi barədə heç bir informasiya əldə olunmayıb. 2003-cü ildə Sotheby’s Evinin nümayəndələri Pissarronun "Balıq bazarı" əsərinin ola biləcəyi yerlə bağlı Eks-le-Ben muzeyinin direktoru ilə əlaqə saxlayıblar. Fransız muzeyinin rəhbərliyi isə öz növbəsində Amerika hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək istəyiblər. Əsərin yeri müəyyənləşib, daha sonra əsər Nyu-York gömrükxanasında ələ keçirilib. Martın 16-da muzeydən oğurluqla bağlı məhkəmə prosesi başlayacaq, prosesdə şəklin indiki sahibi xanım Şeril Devis də ifadə verəcək. Əgər məhkəmə Fransa tərəfinin iddialarını qəbul etsə, o zaman əsər muzeyə qaytarılacaq. Bəzi məlumatlara görə Renuarın oğurlanmış əsəri hazırda Yaponiya kolleksiyaçılarından birindədir, lakin bu faktı hələlik təsdiqləmək mümkün olmayıb. -
03-07-2008, 01:56 PMAPAMetyu Brayzanın Ermənistan rəhbərliyi ilə görüşlərində atəşkəsin pozulması və münaqişənin həlli müzakirə olunub
[b]Metyu Brayzanın Ermənistan rəhbərliyi ilə görüşlərində atəşkəsin pozulması və münaqişənin həlli müzakirə olunub[b]
[İrəvan - APA. Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza baş nazir Serj Sarkisyan və xarici işlər naziri Vardan Oskanyanla görüşüb. APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN V. Oskanyanla M. Brayzanın görüşündə İrəvanda martın 1-də baş verən hadisələr, Ermənistanda yaranmış daxili siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gedişi və Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamə layihəsi müzakirə olunub. Amerikalı həmsədr martın 4-də qoşunların təmas xəttində atəşkəsin pozulmasından narahat olduğunu bildirib. S. Sarkisyanla görüşdə də eyni məsələlər, həmçinin Ermənistan-Türkiyə münasibətləri müzakirə olunub. -
03-07-2008, 02:16 PMAPAQənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib
[b]Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə və Bakı şəhər sakini Vüsal Həsənova hökm oxunub.
[Baş redaktorun vəkili Rəşid Hacılı APA-ya bildirib ki, vəkillərin iştirakı olmadan keçirilən prosesdə məhkəmənin hökmü ilə Q. Zahid 4 il V. Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, dövlət ittihamçısı Q. Zahidin 5 il, V. Həsənovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ittiham olunub. -
03-07-2008, 02:26 PMAPAAzərbaycanın təhsil naziri müğənni Röyanın BDU-dan xaric olunması məsələsinə münasibət bildirib
[b]Azərbaycanın təhsil naziri müğənni Röyanın BDU-dan xaric olunması məsələsinə münasibət bildirib[b]
Bakı. Elbrus Seyfullayev-APA. "Müğənni Röya ilə şəxsən tanışlığım yoxdur. Amma bu yaxınlarda telekanallardan birində onun çıxışına baxdım. Röya sərrast danışığı ilə mənə bilikli adam təsiri bağışladı".
[Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov müğənni Röyanın Bakı Dövlət Universitetində (BDU) təhsil alması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Nazir birinci ali təhsili olan hər bir Azərbaycan vətəndaşının ikinci ali təhsil almaq hüququnun, Bakı Dövlət Universitetinin isə bu şəraiti yaratmalı olduğunu bildirib: "İkinci ali təhsil ödənişlidir. Mənim məlumatıma görə, Röyanın da birinci ali təhsili olub, Bakı Dövlət Universitetində ikinci ali təhsil alırmış. Bəzi adamlar onun imtahan verə bilmədiyinə görə universitetdən çıxarıldığını deyirlər. Bunu dəqiqləşdirmək lazımdır. Onun birinci ali təhsillə bağlı diplomu qanunidirsə, ikinci ali təhsil almaq hüququ da var". M. Mərdanov, həmçinin müğənnin BDU-dan çıxarılması və sonradan bərpa olunma ehtimalına da aydınlıq gətirib: "İstənilən şəxs, o cümlədən müğənni Röya ali məktəbdən müxtəlif səbəblərdən xaric edilə, sonra bərpa oluna bilər. Burada qanuna zidd heç nə yoxdur. Mən bu məsələni araşdırmamışam. Bir adamın ikinci təhsil alması bu qədər təhsil problemlərinin içində xırda şeydir". -
03-07-2008, 02:46 PMAPAAzərbaycan paytaxtında "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib
[b]Azərbaycan paytaxtında "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib[b]
Bakı. Laçın Sultanova-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılışı keçirilib.
[APA-nın məlumatına görə, bir il əvvəl inşa edilən kilsənin açılış mərasimində Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik missiyaların rəhbərləri, Polşa prezidentinin xüsusi nümayəndəsi, xaricdən gələn yepiskoplar iştirak ediblər. -
03-07-2008, 02:56 PMAPAErmənistanın işğalçılıq siyasəti nəticəsində itkin düşən 452 azərbaycanlı qadından hələ də xəbər yoxdur
[b]Ermənistanın işğalçılıq siyasəti nəticəsində itkin düşən 452 azərbaycanlı qadından hələ də xəbər yoxdur[b]
[Bakı. Ramil Məmmədli - APA. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə zamanı itkin düşən azərbaycanlı qadınlardan 452-nin taleyi barədə hələ də məlumat yoxdur. Bunu APA-ya açıqlamasında "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib. Onun sözlərinə görə, həmin qadınlardan 16-sı azyaşlı qız, 268-i orta yaşlı, 168-i isə yaşlı qadındır. E. Orucova bildirib ki, erməni əsir və girovluğundan qayıdan 1392 Azərbaycan vətəndaşından 343 nəfəri qadındır. Onlardan 15-i məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətinə düşüb, 40 qadın isə qayıtdıqdan sonra girovluqdakı fiziki-mənəvi işgəncələrə dözməyərək vəfat edib. 104 qadının girovluqda qətlə yetirildiyini və ya müxtəlif səbəblərdən dünyasını dəyişdiyini söyləyən E. Orucova bu faktın şahid ifadələri ilə təsdiqləndiyini vurğulayıb: "Təəssüf ki, beynəlxalq təşkilatlar, əsasən də Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bütün bu faktlara göz yumur və Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlı qadınların qaytarılması üçün heç bir addım atmır". E. Orucova Azərbaycan cəmiyyətin də bu qadınların taleyinə soyuq münasibətin olmasından da gileylənib. -
03-07-2008, 03:01 PMAPANATO baş katibinin xüsusi nümayəndəsi: "Cəbhə xəttində atəşkəsin pozulmasından çox narahatıq"
[b]NATO baş katibinin xüsusi nümayəndəsi: "Cəbhə xəttində atəşkəsin pozulmasından çox narahatıq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılması ilə bağlı hələlik Azərbaycan hökuməti ilə müzakirə aparmamışıq". APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.
[O, bu məsələni Azərbaycan rəsmiləri ilə bu gün müzakirə edəcəyini söyləyib. Xüsusi nümayəndə cəbhə xəttində atəşkəsin pozulmasına da münasibət bildirib. Atəşkəsin pozulmasından çox narahat olduqlarını qeyd edən R. Simmons sonuncu hadisəni son illərdə baş verən ən böyük insident kimi dəyərləndirib: "Ümid edirəm ki, bu hadisə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara təsir göstərməyəcək, danışıqlar davam etdiriləcək. Çox istərdik ki, belə hadisə bir daha təkrarlanmasın". Ermənistanda baş verənlərə də münasibət bildirən xüsusi nümayəndə bu ölkədə gedən prosesləri izlədiklərini və baş verənlərdən çox narahat olduqlarını deyib. -
03-07-2008, 03:06 PMAPAMisir Mərdanov: "Bu il təhsil sahəsinə dövlət büdcəsindən 974 milyon manat ayrılıb"
[b]Misir Mərdanov: "Bu il təhsil sahəsinə dövlət büdcəsindən 974 milyon manat ayrılıb"[b]
[Bakı. Elbrus Seyfullayev - APA. 2003-cü ildə Azərbaycanın 1,5 milyard manat həcmindÑ -
03-07-2008, 03:16 PMAPAÇingiz Əsgərov: "Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlan
[b]Çingiz Əsgərov: "Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlanacaq"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi vəzifəsini tutmaq üçün müəyyənləşdirilən namizədlər bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hakimlərin Seçilməsi üzrə Alt Komitəsində müsahibədən keçəcəklər.
[Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-nın sualına cavab olaraq bildirib ki, müsahibə Bakı vaxtı ilə axşam saatlarında başa çatacaq. O, Alt Komitənin namizədlərlə bağlı rəsmi rəyinin gələn həftə açıqlanacağını da vurğulayıb. Ç. Əsgərov güman etdiyini bildirib ki, bu dəfə Azərbaycandan olan namizədlər siyahısının geri qaytarılması barədə rəy verilməyəcək. Nümayəndə Avropa Məhkəməsinin hakimi seçilmək üçün Azərbaycandan və başqa ölkələrdən təqdim olunan namizədlər siyahısının geri qaytarılması barədə qəbul edilən qərarların məhkəmənin işinə maneçilik törətdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu məsələ Avropa Məhkəməsində müəyyən narahatlıq yaradıb: "Müddəti bitən hakimlərlə bağlı yenidən seçki keçirilməlidir. Bu, baş vermədiyi üçün məhkəmədə işlərin bölünməsində qeyri-müəyyənlik yaranır". Qeyd edək ki, Alt Komitə namizədlərlə bağlı rəyi AŞ PA Bürosuna təqdim edəcək. Azərbaycandan olan namizədlərlə bağlı AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında müzakirələrin aparılacağı, qərar veriləcəyi gözlənilir. Onu da xatırladaq ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb. -
03-07-2008, 03:37 PMAPAMoskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək
[b]Moskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin xatirə gecəsi keçiriləcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Martın 10-da Moskvada Azərbaycanın tanınmış cazmeni Vaqif Mustafazadənin anadan olmasının 68-ci ildönümü münasibəti ilə xatirə gecəsi keçiriləcək. APA-nın məlumatına görə, tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Gecədə cazmenin həyat və yaradıcılığından söz açılacaq, musiqiləri ifa olunacaq. -
03-07-2008, 04:16 PMAPASerj Sarkisyan: "Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır"
[b]Serj Sarkisyan: "Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır"[b]
İrəvan - APA. "Mən həmişə belə hesab etmişəm ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq qarşılıqlı kompromislər əsasında, sülh yolu ilə həll olunmalıdır".
[APA-nın məlumatına görə, bu sözləri "Rossiyskaya qazeta"ya müsahibəsində Ermənistanın baş naziri Serj Sarkisyan deyib. O, Dağlıq Qarabağda doğulub böyüdüyünü, məsul vəzifələr tutduğunu xatırladıb: "Təbii ki, mən bu problemi əla bilirəm. Mənim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyim 15 ildən çoxdur dəyişməz qalıb. Nə qədər paradoksal səslənsə də, hesab edirəm ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır. İlk baxışdan bu məsələlər bir-biri ilə uzlaşmır. Ancaq əminəm ki, yalnız ilk baxışdan belə görünür. Biz bir-birimizin problemini anlayaraq məhz bu baza əsasında ağıllı kompromis tapa bilərik". S. Sarkisyan Kosovonu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent saymadıqlarını da söyləyib. Onun sözlərinə görə, hər münaqişənin öz kökləri, inkişaf dinamikası və həlli yolu var: "Ancaq dünyanın hər hansı hissəsində xalqların öz müqəddəratını təyinetmə hüququ reallaşdıqda biz bu faktı alqışlayırıq". -
03-07-2008, 04:21 PMAPARobert Simmons: "NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır"
[b]Robert Simmons: "NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır"[b]
Bakı. Tamara Qriqoryeva-APA. NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Robert Simmons Bakıda keçirilən "Rouz-Rout" seminarında çıxış edib.
[APA-nın məlumatına görə, cənab Simmons çıxışında qeyd edib ki, 2003-cü ildə NATO Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək barədə qərar qəbul edib. Bu istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğunu deyən Robert Simmons NATO-nun bu bölgələr üzrə əlaqələndirici zabitlər təyin etməsini mühüm qiymətləndirib: "NATO müdafiə sisteminin planlaşdırılması, şəxsi heyətin büdcəsinin formalaşdırılması, NATO əməliyyatlarında iştirakla bağlı strategiyaların hazırlanmasında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yardım təklif edir. NATO bu ölkələrlə əməkdaşlıq zamanı müdafiə sahəsində islahatlara, müdafiə planlaşdırmasına, həmçinin informasiya mübadiləsinə diqqət yetirir. Siyasi dialoq məsələsi də bizim üçün çox önəmlidir. Biz tərəfdaş ölkələrə NATO-ya üzv olan dövlətlərlə siyasi dialoq prosesində iştirak etməyi təklif edir". Robert Simmons çıxışında həmçinin enerji təhlükəsizliyi məsələsinə də toxunub: "Biz enerji modellərinin yenidən qurulması üçün mənbələr axtarmırıq. Biz sadəcə enerji mənbələrinin təhlükəsizliyinin təmin olunmasını istəyirik. Bu, belə mənbələrə malik Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün çox önəmlidir". Robert Simmons həmçinin NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının Rusiya ilə rəqabətə girmək anlamı daşımadığını deyib: "Hər kəsin öz maraqları və üstünlükləri var. Bizim bu ölkələrlə əməkdaşlıq məsələsində ümumi maraqlarımız, məsələn, regionun təhlükəsizliyinin təmin edilməsi məsələsi də var". -
03-07-2008, 04:26 PMAPAAzərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib
[b]Azərbaycanın paytaxtında 16 yaşlı İsmayıllı sakini Günel Şirinova intihara cəhd edib[b]
[Bakı. Samir Kazımlı-APA. Martın 6-da saat 15.00 radələrində Sabunçu qəsəbəsinin sakini Ərəstun Abdullayevə məxsus üçotaqlı evdə kirayənişin kimi yaşayan 16 yaşlı İsmayıllı rayon sakini Günel Şirinova intihara cəhd edib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, Günel Şirinova qısqanclıq zəminində həyat yoldaşı, Yevlax rayon sakini Sənan Rəhman oğlu Hüseynovla tez-tez mübahisə edirmiş. Hadisə baş verən gün G. Şirinova həyat yoldaşının evdə olmamasından istifadə edərək evi yandırıb, özü isə evin zirzəmisinə düşərək əl-qolunu bağlayıb. Hadisə yerinə gələn qonşular yanğını söndürərək, G. Şirinovanı əl-qolu bağlı vəziyyətdə xilas ediblər. Yanıq xəsarəti almış G. Şirinovaya xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən Günel Şirinovanın qəsdən yanğın törətdiyinə görə məsuliyyətə cəlb olunmasının istisna edilmədiyi bildirilib. -
03-07-2008, 04:41 PMAPAPrezident İlham Əliyev: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb"
[b]Prezident İlham Əliyev: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb"[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın iştirakı ilə "Müqəddəs Məryəm" katolik kilsəsinin açılış mərasimi keçirilib. APA-nın tədbirdə iştirak edən müxbirinin məlumatına görə, Azərbaycan katolik kilsəsinin rəhbəri Yan Çapla ölkədə mövcud olan dini tolerantlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
[Prezident İlham Əliyev isə kilsənin açılışını çox əlamətdar və unudulmaz gün adlandırıb. Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb. Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan İ. Əliyev bu səfərin Azərbaycanla Vatikan arasında münasibətlərin inkişafında çox böyük rol oynadığını bəyan edib. O, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıda möhtəşəm katolik kilsənin tikildiyini, amma SSRİ dövründə dağıdıldığını da xatırladıb: "Kilsəsinin açılışı həm Azərbaycan katolikləri üçün bayramdır, həm də tarixi ənənənin bərpasıdır". Prezident kilsənin açılışını Azərbaycanın gələcəyi və Avropa ilə yüksək səviyyəli münasibətlərin davamı baxımından da gözəl hadisə adlandırıb. Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoni Roma Papası 16-cı Benediktin adından prezident İlham Əliyevə minnətdarlıq edərək bildirib ki, Azərbaycan həqiqətən də tolerant ölkə olduğunu sübuta yetirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də Azərbaycanda bütün dinlərə hörmət edildiyini, ölkədə hökm sürən tolerantlıqdan fəxr duyduğunu söyləyib: "Ən ümdə arzumuz Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qayıtmaqdır". Bakı Pravoslav Kilsəsinin yepiskopu Aleksandr da Azərbaycan rəhbərliyinin ölkədə bütün dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaratdığını vurğulayıb. Azərbaycanda yaşayan 3 yəhudi icması adından danışan dağ yəhudiləri icmasının rəhbəri Semeon İxiilov isə Azərbaycanda heç vaxt antisemitizm olmadığını deyib. O, arzu edib ki, katolik kilsəsinin zəngləri Azərbaycan siyasətinin qələbəsi xəbərini hər yana yaysın və ulu Tanrı Dağlıq Qarabağı qaytarmağa gömək etsin.Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Vatikanın Cənubi Qafqazdakı nunsisi Klaudio Qucerotti, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilat və xarici diplomatik nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin din xadimləri və Polşa prezidentinin şəxsi nümayəndəsi də qatılıb. -
03-07-2008, 04:46 PMAPAJurnalistlər Azərbaycan Daxili Qoşunlarının Lənkərandakı hərbi hissəsində olublar
[b]Jurnalistlər Azərbaycan Daxili Qoşunlarının Lənkərandakı hərbi hissəsində olublar[b]
[Lənkəran. Rəşad Süleymanov-APA. Bir qrup KİV əməkdaşı Azərbaycan Daxili Qoşunlarının Lənkəranda yerləşən "N" saylı hərbi hissəsində olub. APA-nın hərbi hissənin komandiri Salamat Cəfərov bildirib ki, hərbi hissə 1992-ci ildə yaradılıb. Jurnalistlərin hərbi hissəyə ilk dəfə səfər etdiklərini deyən komandirin sözlərinə görə, bölgə subtropik olduğundan yeni əsgərlər bir ay adaptasiya dövrü keçəndən sonra hərbi hissənin ştatına qəbul olunur. O, hərbi hissənin 2005-ci ildən NATO sisteminə keçdiyini, hərbçilər üçün 3 ayda bir tədris proqramı təşkil olunduğunu söyləyib. Hərbi hissənin qərargah rəisi Cavad Rzayev deyib ki, hərbin hissənin əsgərləri bölgədə asayişin qorunmasında iştirak edir. Hərbi hissənin bütün zabitləri Qarabağ müharibəsində döyüş yolu keçib. Jurnalistlər hərbi hissədə əsgərlərin şəraiti ilə tanış olublar, yeməkxanaya, kazarmaya baş çəkiblər. -
03-07-2008, 06:31 PMAPA"Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub
[b]"Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub[b]
Bakı. Elnur Məmmədli - APA. Hikmət Babaoğlu (Məmmədov) "Yeni Azərbaycan" qəzetinə baş redaktor təyin olunub. Yeni Azərbaycan Partiyasını (YAP) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İdarə Heyətinin bu gün keçirilən iclasında bu barədə qərar qəbul olunub.
[H. Babaoğlu əvvəllər partiyanın Mərkəzi Aparatında ideologiya şöbəsinin təlimatçısı vəzifəsində işləyib. Baş redaktor təyin edilənə qədər isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətinin rəhbəri olub. YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov yeni baş redaktoru qərardan sonra qəzetin kollektivinə təqdim edib. -
03-07-2008, 06:36 PMAPAMüğənni Röya qadınların Cəzaçəkmə Müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib
[b]Müğənni Röya qadınların Cəzaçəkmə Müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə konsert proqramı ilə çıxış edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Bayram tədbirə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyi qatılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə konsert proqramı ilə çıxış edən müğənni Röya qadınlara bayram hədiyyələri verib. -
03-07-2008, 06:41 PMAPAPolşa dövlət katibinin müavini Robert Draba Bakıda səfərdədir
[b]Polşa dövlət katibinin müavini Robert Draba Bakıda səfərdədir[b]
[Bakı. Laçın Sultanova-APA. Polşa dövlət katibinin müavini, nazir Robert Draba Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Robert Draba bu gün Polşa prezidentinin şəxsi nümayəndəsi qismində Bakıda "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak edib. Üç gün davam edəcək səfər zamanı polşalı nazir Azərbaycan rəsmiləri ilə müxtəlif görüşlər keçirəcək. -
03-07-2008, 06:46 PMAPAMillət vəkili Əhəd Əhmədovun qaynı: "O, bizim ailəmizin 3 üzvünü həbs etdirib"
[b]Millət vəkili Əhəd Əhmədovun qaynı: "O, bizim ailəmizin 3 üzvünü həbs etdirib"[b]
Bakı. Elbrus Seyfullayev, Əlibəy Zeynalov-APA. "Biz Əhəd Əhmədovu heç vaxt şantaj etməmişik. Kim öz qohumunu, bacısını, ya da bibisini şantaj edər? Ailəsini şantaj edən Əhəd Əhmədovun özüdür. O öz ailəsi ilə bağlı şantaj xarakterli məlumatlar yayıb".
[Bu sözləri APA-ya açıqlamasında millət vəkili Əhəd Əhmədovun qaynı Vahid Muradov bildirib. V. Muradov Ə. Əhmədovun şikayəti əsasında onların bir neçə ailə üzvünün həbs edildiyini də təsdiqləyib: "Mən onun qaynıyam. O, oğlum Zahid Muradov, bacım oğlu Zabil Pənahov və onun atası Rza Pəhanovu həbs etdirib". Həbsin fərqli motivlərlə əlaqəli olduğunu deyən V. Muradov hadisənin kökündə ailədaxili münaqişənin dayandığını da vurğulayıb. V. Muradov "məsələnin kökü olduqca dərindir" deyərək fikirlərini yekunlaşdırıb və hələlik ətraflı danışmaq istəmədiyini söyləyib. Bu gün APA-nın Mil-Muğan bürosunun əməkdaşı da Əhəd Əhmədovun həyat yoldaşının qohumlarının yaşadığı İmişli rayonunun Sərxanlı kəndində olub. Kənd sakinləri Əhədovlarla Muradovlar arasında ciddi münaqişənin olduğunu desələr də, hadisələr barədə təfsilatlı məlumata malik olmadıqlarını vurğulayıblar. V. Muradovun qızı isə qardaşının və bibisi oğlunun, həmçinin bibisinin həyat yoldaşının həbs edildiyini təsdiqləyib. Qeyd edək ki, bir neçə gün öncə Vahid Muradov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bacısının millət vəkili tərəfindən ev dustağı edildiyi barədə məlumat verib. Lakin bu məlumat mətbuata Ə. Əhmədovun qayınatasının polisə müraciəti kimi sızdırılıb. Halbuki APA-nın əməkdaşı kənddə olarkən sakinlər Ə. Əhmədovun qayınatasının təxminən 10 il öncə dünyasını dəyişdiyini bildiriblər. Onu da xatırladaq ki, bu insidentlə bağlı ilk məlumat APA tərəfindən yayılıb. Özünü "Azərbaycan Cümhuriyyəti" qəzetinin baş redaktoru kimi təqdim edən qəzetin təsisçisi Nüsrət Rəhimov özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə Azərbaycan Milli Məclisinin deputatı Əhəd Əhmədovdan 3 min dollar tələb edib. N. Rəhimov deputatdan 1500 dollar alarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra "Mühakimə" qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov həbs olunub. Onlar deputatı şantaj etməkdə təqsirli bilinirlər. -
03-07-2008, 06:51 PMAPAAzərbaycan prezidenti NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti NATO baş katibinin xüsusi nümayəndəsini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə NATO ilə ölkəmizin müvafiq strukturları arasında əlaqələrinin uğurla davam etdiyi bildirilib, Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. -
03-07-2008, 06:56 PMAPANATO-nun xüsusi nümayəndəsi: "İnanırıq ki, Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına öz töhfəsini verəcək"
[b]NATO-nun xüsusi nümayəndəsi: "İnanırıq ki, Azərbaycan Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına öz töhfəsini verəcək"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərdə NATO-nun Buxarest sammitinin gündəliyində duran məsələlər müzakirə edilib". APA-nın məlumatına görə, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib.
["İnanırıq ki, Əfqanıstandakı sülhməramlıların sayının artırılmasına Azərbaycan öz töhfəsini verəcək" söyləyən xüsusi nümayəndə bunun NATO-nun qarşısında duran əsas məsələlərdən olduğunu bildirib. O, Azərbaycanın Kosovodan sülhməramlıları geri çağırmasına baxmayaraq, 1244 saylı qətnamənin qüvvəsində qaldığını qeyd edib. R. Simmons Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının II mərhələsinə başlanıldığını da vurğulayıb. -
03-07-2008, 07:01 PMAPASabir Rüstəmxanlı: "Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır"
[b]Sabir Rüstəmxanlı: "Prezident seçkilərində İlham Əliyevin qalib gəlmək şansı daha realdır"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Prezident seçkilərində hakimiyyətin namizədi olacaq İlham Əliyevin şansı və imkanları bütün digər namizədlərdən artıqdır. Ona görə də onun qələbə qazanmaq imkanları daha realdır". APA-nın məlumatına görə, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Onun sözlərinə görə, payızda keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini hələlik dəqiq bilmir. Partiya sədri bunu bir sıra məsələlərin hələ də dəqiqləşməməyi ilə izah edib: "Seçki Məcəlləsinə hansı dəyişikliklərin olunacağı bilinmir və müxalifətin mövqeyi də tam aydın deyil". Seçkilərdə iştirak qərarı verən bəzi partiyalarla müqayisədə VHP-nin seçki komissiyalarında təmsil olunmaq baxımından vəziyyətinin daha yaxşı olmasına gəldikdə, S. Rüstəmxanlı bu faktı təsdiqləyib: "Amma elə seçki komissiyalarında təmsil olunduğumuz üçün də tənqid edilirik". -
03-07-2008, 07:06 PMAPAATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib
[b]ATƏT-in Bakı Ofisi: Azərbaycan mətbuatında ATƏT rəsmisinin bəyanatı təhrif edilib[b]
[BAKI. Tamara Qriqoryeva-APA. ATƏT Baş Katibinin baş məsləhətçisi Dov Linç Bakıda keçirilən NATO Parlament Assambleyasının tədbiri zamanı etdiyi çıxışın Azərbaycan mətbuatı tərəfindən təhrif olunduğunu bildirir. ATƏT-in Bakı Ofisindən APA-ya daxil olan məlumatda bildirilir ki, Kosovo məsələsinin unikal olması ilə bağlı səslənən bəyanatlara baxmayaraq, qondarma "Kosovo presedenti"nə dair müxtəlif mülahizələrin səslənməsinə münasibət bildirən Linç, "regional təhlükəsizliyə daha geniş hadisələrin təsir göstərə biləcəyini" bəyan edib. Lakin tərcümə yanlışlığından Azərbaycanın bəzi xəbər agentlikləri və qəzetləri Linçin bəyanatını təhrif olunmuş formada dərc edərək, onun guya Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında paralel apardığını yazıb.Linç "sözlərinin təhrif edilməsindən çox məyus olduğunu" deyir. -
03-07-2008, 07:11 PMAPAAzərbaycan prezidenti Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan prezidenti Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pier Morelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Avropa İttifaqı, Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. -
03-07-2008, 07:21 PMAPAElmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər
[b]Elmar Məmmədyarovla Robert Simmons Azərbaycan-NATO əlaqələrini müzakirə ediblər[b]
[Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qurumla ölkəmiz arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu bildirən nazir Elmar Məmmədyarov bu əməkdaşlığın bundan sonra da ardıcıl səviyyədə davam etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. Nazir bu istiqamətdə NATO rəhbərliyi ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın iştirakının xüsusi əhəmiyyət daşıdığını və bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin arzu olunduğunu qeyd edib. Nazir həmçinin bildirib ki, həyata keçirilməsinə yenicə başlanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci fazasının yerinə yetirilməsi nəticəsində qurumla ölkəmiz arasındakı əlaqələr yeni müstəviyə keçəcək. Qəbula görə təşəkkürünü bildirən Robert Simmons ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verib və qurumun Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini bildirib. Azərbaycanın NATO-nun rəhbərliyi altında həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirakını təqdirəlayiq hal hesab edən Simmons ölkəmizlə birgə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının birinci fazasının uğurla yerinə yetirildiyini və artıq ikinci fazasının yerinə yetirilməsinə başlandığını diqqətə çatdırıb. Görüşdə tərəfləri maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
03-07-2008, 07:31 PMAPAXudu Məmmədovun şəxsi fondunun bir hissəsi Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib
[b]Xudu Məmmədovun şəxsi fondunun bir hissəsi Azərbaycan Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Xudu Məmmədovun şəxsi fondunda yer alan 250-yə yaxın sənəd Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib. Qurumun direktoru Maarif Teymurovun APA-ya bildirdiyinə görə, sənədləri arxivə Xudu müəllimin həyat yoldaşı Maya Məmmədova təqdim edib. Alimin müxtəlif illərdə yazdığı ədəbiyyat və sənətlə bağlı məqalələrinin, kitablara yazdığı ön sözlərinin, o cümlədən "Naxışların yaddaşı" və "Qoşa qanad" kitablarının əlyazmaları və folklor materialları arxivə təhvil verilib. Xudu Məmmədovun fondunda olan fotoşəkil və alimin çəkdiyi rəsmlərin də yaxın zamanda arxivə təqdim edilməsi nəzərdə tutulub. -
03-07-2008, 07:41 PMAPAPrezident yanında Əfv Komissiyası iclaslarını bu gün də davam etdirib
[b]Prezident yanında Əfv Komissiyası iclaslarını bu gün də davam etdirib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Əfv Komissiyasının iclaslarının keçirildiyi bir neçə gün ərzində yüzlərlə müraciətə baxılıb. Komissiyadan APA-ya daxil olan məlumata görə, qurumun iclaslarını bu gün davam etdirib.
[Hər iclas günündə komissiya üzvləri təxminən 80-100 müraciəti araşdıraraq, öz münasibətlərini bildiriblər: "Əfv komissiyasına müraciət edənlər arasında olduqca ağır cinayətlər törədən şəxslərə rast gəlinir. Ancaq bütün müraciətləri ətraflı şəkildə öyrənmək və ona hörmətlə yanaşmaq bizim borcumuzdur". Məlumata görə, yaxın on gün ərzində komissiyada digər müraciətlərlə yanaşı, jurnalistlərin də əfvi də müzakirə olunacaq. Novruz bayramına qədər iclaslar yekunlaşacaq və müraciətlər ümumiləşdirilərək Prezident Aparatına təqdim ediləcək. -
03-07-2008, 07:46 PMAPAAzərbaycan daxili işlər naziri Avropa İttifaqının Mərkəzi Asiya xüsusi nümayəndəsini qəbul edib
[b]Azərbaycan daxili işlər naziri Avropa İttifaqının Mərkəzi Asiya xüsusi nümayəndəsini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Pier Morelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov görüşdə daxili işlər orqanların fəaliyyətini tənzimləyən yeni qanunların bir sıra Avropa dövlətlərindən olan ekspertlərin rəyi nəzərə alınmaqla qəbul olunduğunu, şəxsi heyətin yeni qanunvericiliyə riayət edilməsi istiqamətində mühüm işlər görüldüyünü deyib. Nazir peşəkarlığın yüksəldilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə 1000-dən çox polis əməkdaşının Avropanın qabaqcıl dövlətlərinə, ABŞ-a ixtisasartırma kurslarına göndərildiyini, həmin ölkələrdən dəvət olunan yüksək səviyyəli mütəxəssislərin 2000-dən çox əməkdaşa çoxsaylı seminar və treninqlər keçdiyini diqqətə çatdırıb. Daxili işlər orqanları əməldaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan nazir transmilli mütəşəkkil cinayətkarlığın terrorçuluq, qanunsuz miqrasiya, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmalarının vacibliyi vurğulayıb. Pier Morel bu səfərdə əsas məqsədinin Azərbaycan haqqında daha ətraflı məlumat toplamaq olduğunu bildirib. -
03-07-2008, 07:51 PMAPAYerusəlimdəki dini məktəbdə terror aktı törədən şəxsin evi dağıdılıb
[b]Yerusəlimdəki dini məktəbdə terror aktı törədən şəxsin evi dağıdılıb[b]
[Yerusəlim - APA. Yerusəlimin "Merkaz xa-Rav" dini məktəbini qana bulayan Əli Əbu Deyn adlı terrorçunun evi dağıdılıb və 10-dan çox yaxını həbs edilib. APA-nın məlumatına görə, İsrailin "Yediot Ahronot" qəzeti terrorçunun əvvəllər dini məktəbdə sürücü işlədiyi barədə xəbər yayıb. Əbu Deynin qonşuları onun 4 ay əvvəl polis tərəfindən saxlanıldığını və 2 ay sonra sərbəst buraxıldığını bildiriblər. Terror aktına görə məsuliyyəti HƏMAS hərəkatı öz üzərinə götürüb. Xatırladaq ki, martın 6-da axşam dini məktəbə daxil olan terrorçu avtomat silahdan atəş açıb. Nəticədə 8 nəfər ölüb. Terrorçu hadisə yerində öldürülüb. -
03-07-2008, 07:56 PMAPAKardinal Tarçizio Bertone: "Vatikan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"
[b]Kardinal Tarçizio Bertone: "Vatikan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Vatikan Dağlıq Qarabağ münaqişəsinin müharibə yox, sülh yolu ilə həllinin tərəfdarıdır". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone deyib.
[Kardinal bildirib ki, bu istiqamətdə danışıqlar davam etdirilməlidir və dünya ictimaiyyəti münaqişəyə diqqət yetirməlidir: "Ən vacib məsələ qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmasıdır". Dövlət katibi Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin bir arada yaşamasının dünya üçün nümunə olduğunu vurğulayıb: "Dindən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir". -
03-07-2008, 08:06 PMAPABeynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb
[b]Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Miqrasiya Təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı müraciət yayıb. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, mənşə ölkələrində qalmış ailələrin təhlükəsizliyini təmin etmək baxımından qloballaşmış dünyada insanların daha təhlükəsiz miqrasiyasına artan diqqət və əməkçi miqrantların hüquqlarının qorunması üzrə göstərilən daha genişmiqyaslı səylər sistematik olaraq bir-birinə uyğunlaşdırılmır. Qurumun baş direktorunun müavini Ndioro Ndiaye bildirib ki, mənşə ölkələri miqrantlar tərəfindən təmin olunan irimiqyaslı pul köçürmələrindən daha çox asılı vəziyyətə düşür və xaricdə əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarının fəaliyyətini özlərinin iqtisadi inkişafı baxımından zəruri hesab edir. Hazırda dünyada mövcud olan 200 milyon beynəlxalq miqrantın təxminən yarısını təşkil edən qadın miqrantlar ölkələrinə qayıtdıqdan sonra alkoqolizm, ailə xarakterli sədaqətsizlik və ya ayrı qaldıqları dövrdə cavabdehliklərin və tənhalığın öhdəsindən gələ bilməyən həyat yoldaşları tərəfindən zorakılıq hallar ilə üzləşə bilirlər. N. Ndiaye qeyd edib ki, hökumətlər, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq təşkilatlar əmək miqrasiyası, tənzimlənməyən miqrasiya və insan alveri kimi məsələlərin öhdəsindən gəlməyə çalışdıqları kimi, miqrantların ailələri üçün də spesifik layihələr həyata keçirilməlidir. -
03-07-2008, 08:16 PMAPAElmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib
[b]Elmar Məmmədyarov Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib[b]
[Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ölkəmizə səfərindən və Bakıda katolik kilsəsinin açılmasında iştirakından məmnunluğunu ifadə edən qonaq, Vatikanın Bakıda nunsiaturasının açılması haqda qərar qəbul edildiyini və bu addımın ikitərəfli əlaqələri daha da intensivləşdirəcəyini bildirib. Kardinal T. Bertone həmçinin Azərbaycanda mövcud dini ənənələrin və dini siyasətin təqdirəlayiq olduğunu və həm regionda, həm də dünyada bu dini modelin böyük maraq kəsb etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə imici və nüfuzu üçün əhəmiyyətini vurğulayıb. Nazir Elmar Məmmədyarov ölkəmizdə əhalinin əksəriyyətini müsəlmanlar təşkil etsə də, bir sıra dini icmaların dinc yanaşı yaşadığını bildirərək, bu tarixi dini tolerantlığın cəmiyyətin vacib ünsürünü təşkil etdiyini qeyd edib. Nazir həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insanın öz torpağından didərgin düşdüyünü və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün diplomatik imkanlardan istifadə etdiyini qonağın diqqətinə çatdırıb. Daha sonra, tərəflər təhsil sahəsində əməkdaşlığı müzakirə edib, bu sahədə Heydər Əliyev Fondu ilə əməkdaşlığın qurulması və cəmiyyətin vacib elementi kimi gənclərin təhsilinin artırılması istiqamətində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər. -
03-07-2008, 08:41 PMAPAAzərbaycan prezidenti Vatikanın dövlət katibini qəbul edib
[b]Azərbaycan prezidenti Vatikanın dövlət katibini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul edib. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Görüşdə ölkəmizdə müxtəlif din və icmalar arasında sülh və dözümlülüyün yüksək səviyyədə olduğu bildirilib, Azərbaycanla Vatikan arasında münasibətlərin perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.