[b]Mətbuat Şurası prezident İlham Əliyevə təbrik məktubu göndərib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Mətbuat Şurası prezident İlham Əliyevə yenidən ölkə başçısı seçilməsi münasibətilə təbrik məktubu göndərib. Mətbuat Şurasından APA-ya daxil olan məktubun mətnində bildirilib ki, dövlət başçısının qələbəsini şərtləndirən amillər sırasında son 5 ildə ölkədə bütün sahələri əhatə edən uğurlu islahat proqramlarının həyata keçirilməsi, geniş quruculuq işlərinin aparılması kimi tədbirlər mühüm yer tutur: "15 oktyabr prezident seçkisi göstərdi ki, Azərbaycan dövləti, ictimaiyyəti demokratiyanın geniş vüsət almasını vətəndaş cəmiyyətinin bərqərar olmasının başlıca amili sayır. Sizə göstərilən etimad Azərbaycan Mətbuat Şurası və mediamız üçün həm də ona görə xüsusi dəyərə və əhəmiyyətə malikdir ki, biz bu seçimə milli jurnalistikamızın, KİV-in inkişafı ilə bağlı başlanılan fundamental işlərin davamı mərhələsi kimi baxırıq". Məktubda ötən 5 ildə medianın hüquqi, maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin xidmətlərinin dəyərləndirilməsi sahəsində bir sıra sanballı işlər görüldüyü də qeyd olunub.
Azərbaycan Xəbərləri
Printable View

10-22-2008, 05:20 PMAPAMətbuat Şurası prezident İlham Əliyevə təbrik məktubu göndərib

10-22-2008, 05:30 PMAPARusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın əvvəllərində keçirilə bilər
[b]Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın əvvəllərində keçirilə bilər[b]
Moskva - APA. Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü noyabrın əvvəllərində keçirilə bilər.
[APA-nın məlumatına görə, bunu Rusiyanın "Vremya novostey" qəzeti yazıb. Qəzetdə prezident Dmitri Medvedevin Ermənistana səfəri ilə bağlı dərc olunmuş məqalədə bildirilir ki, İrəvandakı danışıqlarda əsas müzakirə mövzularından biri məhz Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Ermənistan prezidenti Serj Sarkisyan jurnalistlərin sualına cavabında "Qarabağ mənim üçün şirin sözdür", deyib. O, Madrid prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olduqlarını və bunun nəticəsində "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu reallaşdırma biləcəyini" vurğulayıb. S. Sarkisyanın fikrincə, buna birbaşa danışıqlar və kompromis əsasında nail olmaq mümkündür. D. Medvedev isə mövzunu şərh etməyərək Ermənistan və Azərbaycanın razılaşacağı sülh variantını dəstəkləyəcəklərini söyləməklə kifayətlənib. "Vremya novostey"in yazdığına görə, İlham Əliyevin yenidən prezident seçilməsindən sonra həm Bakı, həm İrəvan, həm də ATƏT-in Minsk Qrupunda hesab edirlər ki, münaqişənin həlli üçün növbəti "imkanlar pəncərəsi" açılıb. -
10-22-2008, 05:40 PMAPAABŞ rəsmisi: "NATO avqustda Gürcüstanın əziyyət çəkdiyi münaqişənin təkrarlanmasına yol verməyəcək"
[b]ABŞ rəsmisi: "NATO avqustda Gürcüstanın əziyyət çəkdiyi münaqişənin təkrarlanmasına yol verməyəcək"[b]
[Brüssel-APA. "NATO avqustda Gürcüstanın əziyyət çəkdiyi münaqişənin təkrarlanmasına yol verməyəcək". APA-nın məlumatına görə, bu bəyanatla ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi Mayk Mullen Latviya prezidenti ilə görüşdə çıxış edib. O bildirib ki, NATO bu kimi analoji münaqişələrin baş verməsinə yol verə bilməz. Qeyd edək ki, Mullen Latviyada işgüzar səfərdədir. -
10-22-2008, 05:50 PMAPAAzərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq
[b]Azərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Gələn il Azərbaycanda Elmi İnnovasiyalar şəbəkəsi yaradılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) nəzdində yeni yaradılan Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov bildirib. F. Qasımovun sözlərinə görə, yeni şəbəkənin yaradılmasında məqsəd Azərbaycanda qeydiyyatdan keçən elmi işlərin elektron bazasının yaradılmasıdır. Şəbəkə yaradılandan sonra ölkə alimlərinin tədqiqatları ilə elektron formada yaxından tanış olmaq mümkün olacaq. Qeyd edək ki, hazırda Azərbaycanda 2000-dən çox elmi iş qeydiyyatdan keçib. -
10-22-2008, 06:00 PMAPAMilli komandanın sabiq baş məşqçisi həbs olunub
[b]Milli komandanın sabiq baş məşqçisi həbs olunub[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Polşa futbol yığmasının sabiq baş məşqçisi Yanuş Voyçik həbs olunub. "APA-SPORT"un məlumatına görə, polis rüşvətxorluqda günahlandırılan təcrübəli məşqçi bu gün Varşavadakı evində saxlayıb.Polşa futbolunda korrupsiya ilə bağlı araşdırmalar 2005-ci ildən aparılır. Ölkə çempionatında danışılmış oyunların təşkilində 153 nəfər şübhəli bilinir.Qeyd edək ki, Voyçik Polşa komandasına 1992-ci il Barselona Olimpiadasında gümüş medal qazandırıb. Daha sonra iki il əsas milli komandaya rəhbərlik etmiş mütəxəssis 2005-07-ci illərdə ölkə parlamentində də təmsil olunub. -
10-22-2008, 06:10 PMAPAAzərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşə hazırlıq məsələlərini müzakirə ediblər
[b]Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşə hazırlıq məsələlərini müzakirə ediblər[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Rusiya prezidenti Dmitri Medvedyevlə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
[APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, prezidentlər yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya prezidentinin iştirakı ilə yüksək səviyyədə keçiriləcək görüşə hazırlıq məsələlərini müzakirə ediblər. -
10-22-2008, 06:20 PMAPADələduzluq yolu ilə "Mercedes" markalı avtomaşınların ələ keçirilməsi faktı aşkarlanıb
[b]Dələduzluq yolu ilə "Mercedes" markalı avtomaşınların ələ keçirilməsi faktı aşkarlanıb[b]
[Bakı-APA. Samux rayon Polis Şöbəsi əməkdaşları tərəfindən qoşqusunda "VAZ-2106" markalı avtomaşın olan "Asiya" markalı avtomaşın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avtomaşının yük yerinə baxış zamanı orada dövlət qeydiyyat nişanları olmayan "Mercedes" markalı avtomaşın aşkar edilib. "VAZ-2106" markalı avtomaşının sürücüsü hadisə yerindən qaçıb. "Asiya" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Tariyel İsgəndərov verdiyi izahatda "Mercedes" markalı avtomaşının Tatlı kənd sakini Mətləb Səfərova məxsus həyətdən götürdüyünü bildirib. M. Səfərovun həyətinə baxış zamanı dövlət qeydiyyat nişanları olmayan digər "Mercedes" markalı avtomaşın aşkar edilib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Səfərovun həyətində aşkar edilmiş avtomaşınların Yevlax rayon sakini Elşad Həsənova məxsus olması və onun Gəncə şəhər sakini Seymur Verdiyev tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilib. S. Verdiyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun bu ilin iyun ayında Gəncə şəhər sakini Rövşən Şahnəzərov və Bərdə rayon sakini Raqub Əkbərovla birgə, Gəncə şəhər sakinləri Sahib Zeynalovun və Elnur Allahverdiyevin etimadlarını qazanaraq onlara məxsus "Mercedes" markalı avtomaşınları ələ keçirmələri müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb. -
10-22-2008, 06:30 PMAPAİstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA
[b]İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA[b]
İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı "Derinlikler" sənət mərkəzində azərbaycanlı rəssam Hümmət Qaracanın "Dörd mövsüm İstanbul" adlı sərgisi açılıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə H. Qaracanın son vaxtlar çəkdiyi 40 yağlı boya tablosu nümayiş etdirilir. Bu, H. Qaracanın "Derinlikler" sənət mərkəzində açılan üçüncü fərdi sərgisidir. Mərkəzin sahibi Mahmud Müftüoğlu yaxın vaxtlarda İtaliya, İngiltərə və ABŞ-da H. Qaracanın sərgilərini açacaqlarını bildirib. Sərginin açılışında nümayiş etdirilən tabloların yarıdan çoxu satılıb.Qeyd edək ki, 1956-cı ildə Borçalı mahalında anadan olan H. Qaraca yaradıcılığını 1992-ci ildən bəri Türkiyədə davam etdirir. Onun indiyə qədər Türkiyədə 20 fərdi sərgisi açılıb, əsərləri bir çox qrup sərgisində nümayiş etdirilib. 2007-ci il iyunun 7-də keçirilən hərracda Hümmət Qaracanın Atatürk portreti rekord qiymətə - 400 min dollara satılıb. Bu, bir azərbaycanlı rəssamın indiyə qədər satılan ən bahalı əsəridir. -
10-22-2008, 06:40 PMAPAKarlos Alberto Torres: "Azərbaycan yığmasında çox güc sərf etdim"
[b]Karlos Alberto Torres: "Azərbaycan yığmasında çox güc sərf etdim"[b]
[Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Braziliya yığmasının sabiq kapitanı, dünya çempionu Karlos Alberto Torres vaxtilə çalışdırdığı Azərbaycan milli komandasını yada salıb. "APA-SPORT"un məlumatına görə, yığmamızın sabiq çalışdırıcısı bu gün vətənində verdiyi müsahibəsində ölkəmiz haqda da danışıb. Milli komandamızı son iş yeri kimi qələmə verən Torres Azərbaycanda ondan narazıların olduğunu etiraf edib: "Məşqçi fəaliyyətimin sonu Azərbaycan yığması ilə bağlı oldu. 2004-05-ci illərdə orada çalışdığım il yarımda çox güc sərf etdim. Hər halda, bu, vaxtımın çoxunu tərcüməçinin yanında keçirdiyimi deyənlərin fikirləşdiyi qədər asan deyildi".Braziliyalı bildirib ki, həmin dövrdə məşqçilik fəaliyyətini bəyənməyənlərə əhəmiyyət vermir: "Hər halda, biz ölkəmizdə futbol oynamağı bacaranların olduğunu dünyaya çoxdan sübut etmişik. Mən də bununla fəxr edirəm".Son 4 ili kurslarda mühazirələr oxumaq və televiziyada oyun şərh etməklə keçirən Torres öz xarakterini də açıqlayıb. Onun fikrincə, millimizdən ayrılmasına da bu səbəb olub: "Futbolçu kimi, mənim ən dahi xüsusiyyətim daim liderliyi üzərimə götürməyim olub. Komandamızda hansı futbolçuların olmağının da mənə dəxli yox idi. Məşqçi kimi, xarakterimin bu çalarını dəyişmədim. Bu da həmişə, istənilən işimdə mənə kömək edib". -
10-22-2008, 06:50 PMAPABakıda Belarus xalq rəssamının sərgisi açılıb
[b]Bakıda Belarus xalq rəssamının sərgisi açılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Bu gün Bədii Sərgi Salonunda Azərbaycanda Belarus Mədəniyyət Günləri çərçivəsində Belarusun xalq rəssamı Qavriil Vapşenkonun fərdi yaradıcılıq sərgisi açılıb. APA xəbərinə görə, tədbirdə çıxış edən Belarusun mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko sərgini yüksək qiymətləndirib. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov Q. Vapşenkonun yaradıcılığı ilə hər zaman maraqlandığını qeyd edərək, onun Azərbaycanda sərgisinin açılmasının sevindirici hal olduğunu deyib. Q. Vapşenki özü də açılış mərasimində çıxış edib. Rəssam sərgidə nümayiş olunan əsərlərini yubileyi üçün hazırladığını bildirib. Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə iştirak edib. Sərgi oktyabrın 24-nə kimi nümayiş olunacaq. -
10-22-2008, 07:00 PMAPAZaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - FOTO
[b]Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb - FOTO[b]
[Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə APA-ya məlumat verən Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını bildirib. Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6 qramdır. Medalyonun avers və reversində ingilis dilində "QUEEN ELIZABETH THE SECOND" sözləri yazılıb və kraliçanın başında tac olan şəkli həkk olunub. Bu tarixi əşyanı təhlil edən muzey direktoru medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi xronologiya baxımından qədim olmadığını söyləyib. XX əsrə aid tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C. Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür. -
10-22-2008, 07:20 PMAPAAdil Qəribov: "Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir"
[b]Adil Qəribov: "Azərbaycan ərazisinin radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir"[b]
[Bakı. Kəmalə Quliyeva-APA. "Azərbaycanın bütün əraziləri radiasiya təhlükəsizliyi baxımından tədqiq olunmayıb. Bu, ciddi problemdir. Ölkə ərazisi radioaktiv təhlükəsizlik baxımından tədqiq olunaraq xəritələşməlidir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib. Onun sözlərinə görə, ölkə ərazisinin radioaktiv tullantılarla çirkli ərazilərinin xəritələşməsi böyük vəsait tələb edir: "Bunun üçün xaricdən avadanlıqlar gətirilməlidir. Bu işi həyata keçirəcək hazırlıqlı mütəxəssislərimiz də azdır. Hər halda güman edirəm ki, belə bir xəritələşmənin aparılması 5 ildən tez baş verməyəcək". İnstitut rəhbəri bildirib ki, ölkə ərazisində radioaktiv çirklənmələrin əksəriyyəti texnogen xarakterlidir. A. Qəribov çirklənmiş ərazilərin təmizlənməsi üçün bu ilin aprelindən Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Agentliyin yaranması ilə bağlı prezidentin sərəncam verdiyini də xatırladıb. Sözügedən qurum radiasiya təhlükəsizliyi sahəsində nəzarətedici və tənzimləyici funksiyanı yerinə yetirəcək. -
10-22-2008, 07:30 PMAPAMilyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir
[b]Milyonçu Məhəmməd əl-Fayed azyaşlı qıza seksual zorakılıq etməkdə təqsirləndirilir[b]
[London-APA. Şahzadə Diananın sevgilisi Dodi əl-Fayedin atası, milyonçu, Londonun "Harrods" univermağının sahibi Məhəmməd əl-Fayed 15 yaşlı qıza seksual zorakılıq tətbiq etdiyinə görə, polis tərəfindən dindirilib. APA-nın məlumatına görə, əl-Fayed həbs olunmasa da, araşdırma davam edir. Qızın istintaqa verdiyi ifadəyə görə, insident 2008-ci ilin mayında baş verib. Anası ilə "Harrods" univermağına gələn qız burada Əl-Fayedlə rastlaşıb. Özünü təqdim edən əl-Fayed qızdan telefon nömrəsini istəyib. Daha sonra milyonçu 15 yaşlı qızı mağazaya dəvət edib. Qızın sözlərinə görə, dəvəti qəbul edərək mağazaya gələn zaman əl-Fayed tərəfindən seksual zorakılığa məruz qalıb. -
10-22-2008, 07:40 PMAPAAzərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb
[b]Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb[b]
Bakı-APA. Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
[APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. -
10-22-2008, 07:50 PMAPAAzərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
[b]Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib[b]
[Bakı-Ülkər Qasımova-APA. Bu gün Dövlət Musiqili Komediya Teatrında Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Belarusun mədəniyyət nazirinin müavini Vladimir Qridyuşko çıxış ediblər. V. Qridyuşko Azərbaycanda yüksək səviyyədə qarşılandıqlarına görə, təşəkkürünü bildirib. Tədbir Belarus incəsənət xadimlərinin konsert proqramı ilə davam etdirilib. Proqramda Belarus Dövlət Rəqs Ansamblının, Belarus Dövlət Filarmoniyası kollektivlərinin çıxışları olub. Nümayəndə heyətində təmsil olunan azərbaycanlı müğənni Günəş Abbasova "Şərq qızı", "Ayrılıq" mahnılarını ifa edib. Qeyd edək ki, Belarus Mədəniyyəti Günləri çərçivəsində sabah Sumqayıt şəhərində konsert proqramı təşkil olunacaq. -
10-23-2008, 10:30 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 22-də saat 20.30-dan 20.50-dək və 21.00-dan 21.20-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, oktyabrın 23-də saat 00.15-dən 00.20-dək və 05.40-dan 06.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
10-23-2008, 10:40 AMAPAYanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb
[b]Yanvar-avqust aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 69%, xərcləri isə 72% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 68,7% artaraq 6 685,7 mln. manata, xərcləri isə 72% artaraq 5 828,2 mln. manata çatıb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, büdcənin icrasında yaranan 857,5 mln. manatlıq profisit ümumi daxili məhsulun 3,3%-ni təşkil edib.Gəlirlərin 60%-i (4 009,4 mln. manatı) Vergilər Nazirliyi, 11,1%-i (744,5 mln. manatı) Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib, büdcə proqnozu isə bu təşkilatlar tərəfindən müvafiq olaraq 108% və 100,3% səviyyəsində yerinə yetirilib.Gəlirlərin 1 228,5 mln. manatı və ya 18,4%-i əlavə dəyər vergisi, 2 213,2 mln. manatı (33,1%-i) hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 392,8 mln. manatı (5,9%-i) fiziki şəxslərin gəlir vergisi, 289,7 mln. manatı (4,3%-i) aksiz vergisi, 293,1 mln. manatı (4,4%-i) isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub. Büdcə xərclərinin 2 994,9 mln. manatı (51,4%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 544 mln. manatı (9,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 553,4 mln. manatı (9,5%-i) isə təhsilin maliyyələşdirilməsinə sərf edilib.Xərclərin 23,7%-ni (1 380,1 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib. -
10-23-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələri
[b]AMB-nin rəsmi valyuta məzənnələri[b]
[1 USD -
10-23-2008, 11:00 AMAPAUkraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək
[b]Ukraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycanla bağlı qəsdən yanlış məlumatlar yerləşdirən redaktor barədə ciddi tədbirlər görüləcək[b]
[Kiyev-APA. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin əməkdaşları Azərbaycanla bağlı yanlışlığın qarşısını alıblar. Bu barədə APA-ya adı çəkilən dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ukraynanın "Saqa" turizm şirkətinin saytında Azərbaycan Asiya ölkələri sırasına, Ermənistan isə Avropa ölkələrinin siyahısına daxil edilib. Bu yanlışlıqdan əlavə, saytdakı Ermənistana aid bölmədə "Artsax" adlı erməni ərazisinə məxsus kimi təqdim edilmiş fotoşəkillər arasında Dağlıq Qarabağ mənzərələri də yer alıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Ukrayna Azərbaycanlıları Konqresinin müdaxiləsi nəticəsində saytda düzəlişlər edilib, erməni torpaqları kimi təqdim edilmiş Azərbaycanın gözəl təbiət mənzərələrini əks etdirən fotoşəkillər bu bölmədən çıxarılıb. Turizm şirkətinin direktoru Aleksandr Qavrilovla danışıqlar zamanı məlum olub ki, saytın redaktoru bu səhvi bilərəkdən edib. Şirkətin direktoru bildirib ki, həmin redaktor barəsində ən ciddi tədbirlər görüləcək. Aleksandr Qavrilov bu yanlışlığa görə Azərbaycandan üzr istəyib və deyib ki, Ukraynanın "Saqa" turizm şirkəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edir və ölkəmizin ərazi bütövlüyünü şübhə altına almır. -
10-23-2008, 11:10 AMAPABeynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq
[b]Beynəlxalq qurumlar Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar ayıracaq[b]
[Brüssel-APA. Avropa Komissiyası müharibədən zərər çəkmiş Gürcüstan iqtisadiyyatının bərpasına 4,55 milyard dollar vəsait ayıracaq. APA-nın məlumatına görə, bu qərar dünən Brüsseldə keçirilən bir günlük iclasın yekununda qəbul olunub. Bu vəsaitin 3,7 milyardı dövlət səviyyəsində ayrılacaq, 850 milyon dollar işə özəl sektor tərəfindən investisiyalar şəklində yatırılacaq. Bu vəsaitin ən azı 1 milyard dollarının Birləşmiş Ştatların ayıracağı gözlənilir. Avropa İttifaqı Avropa Komissiyasının maliyyə institutları vasitəsilə 640 milyon dollar ayıracaq, Avropa İnvestisiya Bankının xətti ilə ayrılacaq vəsaitlə birlikdə bu rəqəm 1,11 milyard dollara çatacaq. Yaponiya hökuməti də bu məqsəd üçün 200 milyon dollar ayırmağı düşünür. Beynəlxalq Valyuta Fondu isə investisiya mühitinin yaxşılaşdırılması, ölkənin qızıl-valyuta ehtiyatlarının bərpası məqsədilə 750 milyon avro ayırmaq niyyətindədir. -
10-23-2008, 11:20 AMAPAQusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var
[b]Qusarda keçirilmiş əməliyyat zamanı həbs olunan vəhhabilər arasında Azərbaycan komandalarında çıxış etmiş futbolçu da var[b]
Bakı - APA-SPORT. Qusarın "Şahdağ" və İmişlinin "MKT-Araz" klublarının sabiq futbolçusu Aleksandr Nurəliyev həbs edilib.
["APA-SPORT"un məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu ilin avqust-sentyabr aylarında Azərbaycanın Qusar rayonu ərazisində keçirilən əməliyyatlar zamanı həbs edilmiş vəhhabilər arasında olub.A. Nurəliyevin "Meşə qardaşları" adlanan dəstə ilə əlbir olması artıq təsdiqlənib. Məhz bu səbəbdən əslən dağıstanlı futbolçu saxlanılaraq, istintaqa cəlb edilib. Qeyd edək ki, "Meşə qardaşları"nın üzvləri Azərbaycan və Rusiya ərazisində müxtəlif cinayətlər törətməklə yanaşı, paytaxt Bakıdakı "Əbu Bəkr" məscidində 2 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror aktı törətməkdə günahlandırılırlar. "Meşə qardaşları"nın başçısı, Zaqatala rayon sakini İlqar Mollaçiyev isə Dağıstan ərazisində keçirilən əməliyyat zamanı öldürülüb. -
10-23-2008, 11:30 AMAPAAzərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb
[b]Azərbaycan paytaxtında məktəb direktorunun evi yandırılıb[b]
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda məktəb direktorunun evi qardaşı tərəfindən yandırılıb.
[Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hadisə bu gecə baş verib. Səbayel rayon sakini, 1945-ci il təvəllüdlü Arif Cavadov Sabunçu rayonunda yaşayan, həmin rayondakı 107 saylı orta məktəbin direktoru vəzifəsində çalışan, bacısı, 1953-cü il təvəllüdlü Brilyant Cavadovanın evini yandırıb. Baş vermiş hadisə nəticəsində xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisədən dərhal sonra polisə müraciət edən məktəb direktorunun qardaşı saxlanılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, A. Cavadovun bacısı ilə mülk davası var. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar davam etdirilir. -
10-23-2008, 11:40 AMAPAAzərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb
[b]Azərbaycanda Xəzər dənizinə çirkab sular axıdan bir sıra müəssisə aşkarlanıb[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bır sıra müəssisə və təşkilatlarda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktlarını aşkarlayıb. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar departamentin əməkdaşları həmin müəssisə və təşkilatlarda araşdırma aparıblar. Məlum olub ki, Lənkəran Su Kanal İdarəsinə məxsus Bioloji Təmizləyici Qurğuya və Bakı Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan Sahil və Hövsan Bioloji Təmizləmə Qurğularına daxil olan məişət çirkab suları təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. «Hacı-Həsən» və «Zığ» Mexaniki Təmizləmə Qurğularına daxil olan müxtəlif tərkibli çirkab suların təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Hacı-Həsən gölünə, daha sonra kanal vasitəsi ilə Bakı-Salyan şosesinin altından Lökbatan çimərliyinə axıdılması faktı aşkarlanıb. Sumqayıt şəhərindəki «Azərikimya» Dövlət Şirkətinə məxsus Üzvi Sintez Zavodunun Bioloji Təmizləmə Qurğusuna daxil olan məişət çirkab və sənaye axıntı suları reqlament normalarına uyğun təmizlənmədən və xlorla zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyənləşib. Neftçala rayonundakı «Azəryod» MMC yod istehsalında istifadədən sonra formalaşan lay sularını təmizlənmədən Mil-Muğan kanalına və buradan Xəzər dənizinə axıdır.Çatışmazlıqların aradan qaldırılması üçün müəssisələr cərimələnib və onlara icrası məcburi olan müddətli «məcburi göstərişÂ»lər verilib. -
10-23-2008, 11:50 AMAPAAMEA-nın Şərqşünaslıq İnstitutu yubileyə hazırlaşır
[b]AMEA-nın Şərqşünaslıq İnstitutu yubileyə hazırlaşır[b]
[Bakı. Kəmalə Quluyeva-APA. Gələn ay Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutu 50 illik yubileyini qeyd edəcək. Bu barədə APA-ya institutun elmi katibliyindən məlumat verilib. Yubiley münasibətilə institut əməkdaşlarına AMEA Rəyasət Heyətinin fəxri fərmanlarının verilməsi, yubiley toplusunun hazırlanması, elmi məqalələrdən ibarət məcmuənin çap olunması və elmi sessiyanın keçirilməsi nəzərdə tutulub. -
10-23-2008, 12:00 PMAPAAzərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub
[b]Azərbaycan Müdafiə Nazirliyinin giziri həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Ağstafada yerləşən "N" saylı hərbi hissənin giziri həbs edilib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, 1970-ci il təvəllüdlü Mahal Yusif oğlu Yusifov xidmət yerini özbaşına tərk etməkdə təqsirli bilinir. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində o paytaxtda saxlanılıb. Ağstafa rayon Polis Şöbəsindən (RPŞ) APA-ya bildirilib ki, M. Yusifov Müdafiə Nazirliyinin rayonda yerləşən "N" saylı hərbi hissəsinin giziri olub. Bu ilin aprel ayında o, xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib. M. Yusifov Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə 6 ay axtarışda olub. Hazırda Ağstafa RPŞ-də M. Yusifovun barəsində açılmış cinayət işinin istintaqı davam etdirilir. -
10-23-2008, 12:10 PMAPAAzərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib
[b]Azərbaycanın müdafiə naziri İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının nümayəndə heyətini qəbul edib[b]
[Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İşgüzar Dairələrin Milli Təhlükəsizlik məsələləri üzrə təşkilatının (BENS) geniş tərkibli nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müdafiə naziri görüşdə Azərbaycanın son illər əldə etdiyi iqtisadi-siyasi uğurlarından, ordu quruculuğu prosesində qazanılmış irəliləyişlərdən danışıb. Regionda mövcud olan gərgin hərbi-siyasi durum, Dağlıq Qarabağ probleminin həllini ləngidən amillər və digər məsələlər görüşdə əsas müzakirə mövzusu olub. Nümayəndə heyətinin başçısı istefada olan general Çarlz Boyd, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının müavini, vitse-admiral Riçard Qallager və nümayəndə heyətinə daxil olan digər şəxslər Azərbaycanla bağlı onları maraqlandıran məsələlər barədə müdafiə naziri ilə geniş fikir mübadiləsi aparıblar. Görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dersi də iştirak edib. -
10-23-2008, 12:20 PMAPABakıda Polşanın "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək
[b]Bakıda Polşanın "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. Bakıda Polşanın keramik plitələr istehsal edən "Keramika Paradij" şirkətinin dizayner proqramının təqdimatı keçiriləcək. Bu barədə APA-ya Polşanın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsindən məlumat verilib. Təqdimetmə mərasimi oktyabrın 25-də baş tutacaq. -
10-23-2008, 12:40 PMAPABeyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb
[b]Beyin iflici keçirən Milli Məclisin deputatı Vidadi Məmmədov reanimasiyadan palataya köçürülüb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 15-də beyin insultu diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Azərbaycan Milli Məclisinin deputatı Vidadi Məmmədov palataya köçürülüb. Bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsinin müdiri Hikmət Qarayev məlumat verib. Onun sözlərinə görə, artıq özünü yaxşı hiss edən deputat müəyyən fiziki hərəkətlər də edir. Həkim Vidadi Məmmədovun 10-15 gündən sonra evə buraxılacağını bildirib. Qeyd edək ki, Milli Məclisin deputatı Vidadi Məmmədovun beyninin sağ tərəfi iflic olub. -
10-23-2008, 01:00 PMAPA«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 60 yaşayış binası istifadəyə verəcək
[b]«Akkord» şirkəti gələn il Bakı və Abşeronda 60 yaşayış binası istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın «Akkord İnşaat Sənaye» tikinti şirkəti 2009-cu il ərzində Bakı və Abşeron yarımadasında təxminən 60 yaşayış binası istifadəyə verəcək. Bu barədə «APA-ECONOMICS»ə şirkətin memarlıq və dizayn departamentindən məlumat verilib.Cari il ərzində «Akkord İnşaat Sənaye» şəhərin müxtəlif yerlərində 2 bloklu 20 mərtəbəli, 2 bloklu 16 mərtəbəli, 8 bloklu 20 mərtəbəli və digər yaşayış binalarını istifadəyə verib. Cari ilin noyabr ayının sonunda isə daha bir 20 mərtəbəli 1 bloklu binanın istifadəyə verilməsi planlaşdırılır.Qeyd edək ki, gələn il ərzində hazırda tikintisi davam etdirilən «Etalon» (18-20 mərtəbəli 8 bina), Bakıxanov qəsəbəsindəki (20 mərtəbəli 8 bina), «Gənclər şəhərciyi» (12 mərtəbəli 34 bina) və «Kosmos» (19-20 mərtəbəli 20 bina) yaşayış kompleksləri də istifadəyə veriləcək. Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-23-2008, 01:10 PMAPAAzərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub
[b]Azərbaycanda yanvar-sentyabr aylarında ətraf mühitin qorunması ilə bağlı 1,6 mln. manatlıq cərimə tətbiq olunub[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2008-ci ilin yanvar-sentyabr ayları ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2 574 akt və protokol tərtib edib, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 648 icrası məcburi olan göstəriş verib. Nazirliyin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 716 iş üzrə 1 628 564,3 manat məbləğində cərimə tətbiq edilib və onun 254 507,25 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 819 iş üzrə 1 661 073 manat məbləğində iddia qaldırılıb, ondan 178 061,8 manatın ödənilməsi təmin edilib. Nazirlik 2 039 iş üzrə 306 961,5 manat məbləğində ödəmə tətbiq edib, onun 207 779,5 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 67 işdən 22-nə, məhkəmələrə göndərilmiş 163 işdən 58-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 367 işdən 32-nə baxılaraq müvafiq tədbirlər görülüb. -
10-23-2008, 01:20 PMAPAVasili İstratov: "Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır"
[b]Vasili İstratov: "Minsk Qrupu çərçivəsində toplanan təcrübədən istifadə olunmalıdır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Türkiyənin Cənubi Qafqazdakı münaqişələrin həllində rolu kifayət qədər fəaldır".
[APA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində müxtəlif formatlardan (Minsk Qrupu, üçtərəfli görüş) istifadə olduğunu söyləyərək bildirib ki, əsas məsələ nəticənin əldə edilməsidir. Nizamlanma prosesinə sıfırdan başlamağın mümkünsüzlüyünü vurğulayan diplomat Minsk Qrupu çərçivəsində böyük təcrübə toplandığını və bundan istifadə etməyin zəruri olduğunu söyləyib: "Minsk Qrupu çərçivəsində irəli sürülən bir sıra təkliflər tərəflər arasında hələ razılaşdırılmayıb". V. İstratov Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüşünün keçirilməsi barədə təklifin Azərbaycan tərəfinə çatdırıldığını açıqlayıb: "Təklifin qəbul və ya rədd edildiyindən xəbərsizəm". O, görüşün baş tutacağını, dəqiq tarixin hələ müəyyənləşmədiyini deyib: "Hazırkı situasiyada münaqişənin həlli üçün əlavə imkanlar yaranıb. Cənubi Qafqazda vəziyyət mürəkkəbdir. Bu problemləri həll etmək lazımdır, hər şeyin öz-özünə həll olunacağını gözləmək olmaz". -
10-23-2008, 01:30 PMAPAGəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
[b]Gəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb[b]
[Bakı-APA. Gəncə şəhərinin Nizami rayonunun Yeni Gəncə qəsəbə sakini Ramin Qocayev elektrik cərəyanı vurması nəticəsində ölüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə qəsəbədəki elektrik yarımstansiyasında baş verib. -
10-23-2008, 01:40 PMAPASumqayıt sakini insan alveri faktına görə tutulub
[b]Sumqayıt sakini insan alveri faktına görə tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Mais Həsənov tutulub. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, M. Həsənov gəlir əldə etmək məqsədilə qadınları Dubay Əmirliyinə aparıb, cinsi istismara məruz qoyması faktı ilə əlaqədar təqsirləndirilir. -
10-23-2008, 01:50 PMAPADövlət Sərhəd Xidmətinin zabiti intihar edib
[b]Dövlət Sərhəd Xidmətinin zabiti intihar edib[b]
[Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala rayonunda yerləşən "N" saylı hərbi hissəsinin zabiti intihar edib. Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Xıllı qəsəbəsində baş verib. DSX-nin rayonda yerləşən "N" saylı hərbi hissənin zabiti, baş-leytenant, 1980-cı il təvəllüdlü Anar Cabbarov qəsəbə ərazisində elektrik dirəyindən özünü asaraq intihar edib. Zabitin intihar etməzdən əvvəl ailəsi ilə bir neçə dəfə telefon əlaqəsi yaratdığı bildirilir. İlkin ehtimala görə A. Cabbarovun ailəsi ilə problemləri olub. Hazırda Rayon Prokurorluğunun istintaq qrupu intiharın baş vermə səbəblərini araşdırır. -
10-23-2008, 02:00 PMAPAAzərbaycanda sabahdan "Eurovision-2009"-un seçim turu başlayır
[b]Azərbaycanda sabahdan "Eurovision-2009"-un seçim turu başlayır[b]
[Bakı. Ülkər Qasımova - APA. "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün oktyabrın 24-də milli seçim turuna start veriləcək. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqili, bədii və əyləncəli verilişlər departamentinin müdiri Füzuli İsmayılov məlumat verib. Onun sözlərinə görə, sabah keçiriləcək ilk seçimlər gün boyu davam edəcək. İTV-nin binasında baş tutacaq seçimlərdə istənilən sənətçi iştirak edə bilər: "Bu seçimlərdə iştirak etmək üçün sənəd vermək lazım deyil. Sadəcə sabah istənilən müğənni gəlib öz çıxışını təqdim edə bilər. Hələ ki, çıxışçıların tam siyahısı məlum deyil". F. İsmayılov onu da deyib ki, bu milli seçim turu da ötən dəfəki kimi keçiriləcək. Azərbaycan təmsilçisini müəyyən etmək üçün keçiriləcək seçim turlarında münsiflər heyəti də müəyyənləşib. Ancaq F. İsmayılov münsiflər heyətinin tərkibini açıqlamağı lazım bilməyib. -
10-23-2008, 02:10 PMAPAVasili İstratov: "Azərbaycanla Rusiya arasında birbaşa investisiyaların həcmi çox azdır"
[b]Vasili İstratov: "Azərbaycanla Rusiya arasında birbaşa investisiyaların həcmi çox azdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanla Rusiya arasında ticarət sahəsində münasibətlər yaxşı olsa da, birbaşa investisiyaların həcmi çox azdır". Apa-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov keçirdiyi mətbuat konfransında söyləyib. Onun sözlərinə görə, bu problemin kökündə qanunvericilik bazası dayanır: "İnvestisiyaların qarşılıqlı şəkildə qorunmasına dair problemlərin həllində texniki məsələlər var". -
10-23-2008, 02:30 PMAPA13 ildir axtarışda olan fərari Bakıda həbs olunub
[b]13 ildir axtarışda olan fərari Bakıda həbs olunub[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı şəhərində fərarilikdə təqsirləndirilən Saatlı sakini həbs edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Mirqəni Böyükağa oğlu Rzayev 1995-ci ildən fərari kimi axtarışda olub. M. Rzayevin mal-qara oğurluğunda təqsirləndirildiyi də bildirilib. 14-cü Polis Bölməsinin və Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin Bilgə qəsəbəsində gizləndiyi müəyyən olunub və o həbs edilib. Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Qeyd edək ki, M. Rzayev Cinayət Məcəlləsinin 334-cü (fərarilik) və 177-ci (oğurluq) maddələri ilə ittiham olunur. -
10-23-2008, 02:50 PMAPAAzərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək
[b]Azərbaycan ərazisində yağışlar həftənin sonunadək davam edəcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Bu həftənin sonunadək Azərbaycan ərazisində tutqun hava şəraiti üstünlük təşkil edəcək.
[Bakı. İlhamə İsabalayeva - APA. Bu həftənin sonunadək Azərbaycan ərazisində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, yağıntıların müşahidə edilməsində qısa fasilənin yaranmasına baxmayaraq, həftənin son günlərində yenidən yağmurlu hava şəraiti gözlənilir. Yaxın günlərdə Abşeron yarımadasında havanın temperaturu 15-18, Aran rayonlarında 15-20, dağlıq rayonlarda 10-15 dərəcə isti gözlənilir. Oktyabrın 21 və 22-də havanın temperaturu iqlim normasından iki dərəcə yüksək olsa da, bu günlərdə temperatur iqlim normasına yaxınlaşacaq.Yaxın üç gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir. Belə şərait meteohəssas insanlar üçün əlverişli olsa da, tutqun və rütubətli havanın üstünlüyü bəzi insanlarda narahatlıq yarada bilər. -
10-23-2008, 03:00 PMAPARusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq
[b]Rusiya ordusunda gizir və miçman vəzifələri ləğv olunacaq[b]
[Moskva-APA. Rusiya Silahlı Qüvvələrində gizir və miçman vəzifələri ləğv olunacaq. APA-nın məlumatına görə, "İnterfaks" agentliyi bu xəbəri Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, orduda xidmət keçən 90 min gizir və 50 min miçman ya ixtisar olunacaq, yaxud da başqa vəzifəyə keçiriləcək. Onların bir qisminin ehtiyata buraxılacağı gözlənilir. Qeyd edək ki, sovet qoşunlarında gizir və miçman vəzifələri 1971-ci ildə tətbiq olunub. 1981-ci ildə isə baş gizir və baş miçman rütbələri təsis edilib. Hazırda Rusiyada bu vəzifələrin ləğvi Silahlı Qüvvələrdə ümumi ixtisar çərçivəsində həyata keçirilir. 2012-ci ilə kimi Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətini tərkibi 1,2 milyon nəfərdən 1 milyon nəfərədək azaldılacaq. -
10-23-2008, 03:20 PMAPAAzərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq
[b]Azərbaycan kənd təsərrüfatı məhsullarının emalı sektorunun dəstəklənməsi üçün Latviya təcrübəsindən yayarlanacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Kənd təsərrüfatı məhsullarının emalı sektorunda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi Layihəsi» üzrə məsləhət xidmətləri göstərən «Finre Konsaltinq» MMC tərəfindən dəstəklənəcək emal müəssisələri müəyyən edilib. Bu barədə «APA-ECONOMICS»ə DƏİEDK-dan məlumat verilib.Layihədə məqsəd özəlləşdirilmiş müəssisələrin bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyət göstərmələri üçün onların institusional və maliyyə potensialının artırılmasının dəstəklənməsidir. Dəstəkləmə tədbirləri strateji hədəflərin müəyyən edilməsi, həmin istiqamətlər üzrə taktiki tədbirlərin hazırlanması və bu tədbirlərin seçim əsasında müəyyənləşdirilmiş bir qisminin icrası prosesində dəstək kimi geniş spektrli xidmətləri əhatə edir. Müəssisələr konserv, quşçuluq, şərabçılıq və un istehsalı sahələrini təmsil edir. Həmin müəssisələr üzrə ortamüddətli inkişaf strategiyaları və onun reallaşdırılması üzrə taktiki planlar hazırlanır. Bu məqsədlə şirkətin ekspertləri və dəvət edilmiş xarici ekspertlər artıq müəssisələrdə olublar. Ekspertlər tərəfindən müəssisələrin mövcud vəziyyəti təhlil edilib, onların istehsal etdikləri məhsulların yerli, regional və dünya bazarları araşdırılıb. Layihə çərçivəsində müəssisələrin müəyyənləşdirilmiş strategiyasının reallaşdırılması istiqamətində də bir sıra dəstək tədbirləri nəzərdə tutulub. Noyabr ayında müəssisələrin menecment heyəti üçün treninqlərin keçirilməsi, müvafiq sahələrdə aparıcı xarici müəssisələrin iş təcrübəsi ilə tanışlıq məqsədilə Latviyaya səfər və digər tədbirlər planlaşdırılır.