[b]Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq[b]
[Bakı. Hacı Zeyanlov - APA. Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, iyunun 15-də Milli Parkda keçiriləcək bayram tədbirində iştirak edən Bakı sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisinin əməkdaşları Neftçilər prospektində maşınların hərəkətini müşahidə edəcəklər. V. Əsədov həmin gün Neftçilər prospekti ilə hərəkət edən sürücüləri diqqətli olmalarını məsləhət görüb.Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı Milli Parkda konsert və atəşfəşanlıq olacaq.
Azərbaycan Xəbərləri
Printable View

06-14-2008, 03:31 PMAPAMilli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq

06-14-2008, 03:41 PMAPAAzərbaycanla Ukrayna və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək
[b]Azərbaycanla Ukrayna və Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq planlarına uyğun olaraq tədbirlər keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanla Ukrayna arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vinniça şəhərində Avia-Kosmik Tibb Mərkəzi ilə tanışlıq məqsədi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 16-19 iyunda Ukraynada səfərdə olacaqlar. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq 16 iyun-11 iyul tarixində İstanbulda "76-62 mm Otomerlera topuna texniki xidmət", 16-27 iyunda isə "Mərmilər və döyüş sursatları üzrə" kurslar keçiriləcək. Bundan başqa, həmin plana uyğun olaraq 18-20 iyunda Bakıda Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesi çərçivəsində yardımçı işçi qruplarının iclasları keçiriləcək. -
06-14-2008, 03:51 PMAPAYeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib
[b]Yeni Azərbaycan Partiyası Milli Qurtuluş Günü ilə bağlı konfrans keçirib[b]
[YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxışında bildirib ki, Heydər Əliyev 1993-cü ildə Bakıya qayıdaraq Azərbaycanın inkişafı üçün etibarlı bünövrə qurub. O, Milli Qurtuluş Gününün sabitlik, sürətli iqtisadi inkişaf və xalqın sosial rifahının yaxşılaşması üçün əsas yaratdığını vurğulayıb: "Ən əsası, Heydər Əliyev Azərbaycanı demaqoq hakimiyyətdən xilas etdi. Ona görə də builki prezident seçkilərində xalq Heydər Əliyev yolunu inamla davam etdirən İlham Əliyevə səs verəcək və bununla da sürətli inkişaf yoluna "hə" demiş olacaq". Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 15 il əvvəl Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu söyləyib: "O zaman hər bir vətəndaş ölkənin gələcəyinin necə olacağını düşünürdü. Xalq çıxış yolunu yalnız Heydər Əliyevdə görürdü". Millət vəkili Fəttah Heydərov da deyib ki, bugünkü inkişafa görə Azərbaycan xalqı H. Əliyevə minnətdar olmalıdır. Millət vəkili Nizami Xudiyev 1993-cü ildə yeni yaranmış Azərbaycan dövlətinin bacarıqsız rəhbərlik üzündən dağılmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib. O, Bakı küçələrinin birinə "15 İyun" və ya "Qurtuluş" adı verilməsi təklifini irəli sürüb. Konfransda millət vəkili Bəxtiyar Əliyev, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavin Aynur Sofiyeva da mövzu ətrafında çıxış ediblər. -
06-14-2008, 04:01 PMAPASalyanda baş verən qol qəzasında bir nəfər ölüb
[b]Salyanda baş verən qol qəzasında bir nəfər ölüb[b]
[Salyan. Əlibəy Zeynalov - APA. İyunun 13-də Salyan rayonu ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Lerik rayonunun Əbilə kənd sakini Arzuman Aslanov KAMAZ markalı, 90-JF-397 dövlət nömrə nişanlı avtomobili idarə edərkən maşının təkəri çıxıb və yoldan keçən Salyan rayonunun Qalalı kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar Rzayevə dəyib. Ağır xəsarət alan V. Rzayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1973-cü il təvəllüdlü Salyan rayon sakini Fəqan Əliyev isə Neftçala rayon sakini Fikrət Abdullayevə məxsus VAZ 2107 markalı, 90-BE-659 dövlət nömrə nişanlı avtomaşını qaçıraraq "Büllur" şadlıq sarayının yanında Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Asim Səlimovu vurub. A. Səlimov hadisə nəticəsində xəsarət alıb. Hər iki faktla bağlı Salyan Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır. -
06-14-2008, 04:11 PMAPAÇingiz Aytmatov dəfn edilib
[b]Çingiz Aytmatov dəfn edilib[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün müasir dünya ədəbiyyatının klassiki, böyük qırğız yazıçısı Çingiz Aytmatov son mənzilə yola salınıb. APA-nın Qırğızıstan saytlarına istinadən verdiyi məlumata görə, Bişkekdəki Milli Filarmoniyada yazıçı ilə vida mərasimi keçirilib.
[Mərasimdə minlərlə adam iştirak edib, hətta izdiham yarandığı üçün Filarmoniyaya giriş 15 dəqiqə dayandırılıb. Mərasimdə çıxış edən Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Çingiz Aytmatovu bütün bəşəriyyətin vətəndaşı adlandırıb: "O, öz əsərlərində bəşəriyyətin xoşbəxtliyini, çətinliklərini, dərdlərini və ümidlərini ifadə edib. Bu itki dünya mədəniyyətinə və müasir ədəbiyyata ağır zərbədir". Mərasimdən sonra cənazə Alatoo meydanına aparılıb. Orada mərhumun ailə üzvləri, qohumları, dövlət məmurları və xarici ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib, dövlət bayrağı endirilib, himn səslənib. Sonra cənazə yazıçının atasının də dəfn olunduğu "Ata-Beyit" tarix-memarlıq kompleksinə aparılıb və orada dəfn olunub.Qeyd edək ki, dəfn mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edib. -
06-14-2008, 04:21 PMAPANovruz Məmmədov: "Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra Azərbaycan özünün erməni icması ilə müəyyən danışığa gedə bilər"
[b]Novruz Məmmədov: "Ermənistan işğal etdiyi torpaqlardan çəkildikdən sonra Azərbaycan özünün erməni icması ilə müəyyən danışığa gedə bilər"[b]
Bakı. Elnur Məmmədli - APA. "Dağlıq Qarabağın erməni icmasının münaqişənin həlli prosesində iştirakı o zaman mümkün ola bilər ki, Ermənistanla Azərbaycan arasında müəyyən sənəd imzalansın.
[Bundan sonra Dağlıq Qarabağdakı erməni icmasının vəziyyəti, qaçqınların qayıtması və bərpa işləri ilə bağlı danışıqlara başlamaq olar". APA-nın məlumatına görə, bunu Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, Azərbaycan ərazilərini Ermənistan Silahlı Qüvvələri işğal edib və Dağlıq Qarabağ ermənilərinin elə bir qüvvəsi yoxdur: "Ermənistan işğal etdiyi torpaqlardan çəkilib, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bundan sonra Azərbaycan öz ərazisindəki erməni icması ilə müəyyən danışığa gedə bilər". -
06-14-2008, 04:31 PMAPAƏli Əhmədov: "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək"
[b]Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Yeni Azərbaycan Partiyasının qurultayı seçkilərə rəsmi start verildikdən sonra keçiriləcək". APA-nın məlumatına görə, bunu YAP icra katibi Əli Əhmədov deyib. O bildirib ki, qurultayın keçirilməsində əsas məqsəd 2008-ci il prezident seçkilərində YAP-ın namizədinin rəsmi şəkildə irəli sürülməsidir. "Əslində partiyanın namizədi indidən də məlumdur. Amma Seçki Məcəlləsinin tələblərinə görə, partiya öz namizədini seçkilərə start verildikdən sonra irəli sürə bilər. Ona görə də YAP qanunvericiliyə uyğun olaraq namizədini irəli sürəcək". -
06-14-2008, 04:41 PMAPAƏli Əhmədov: "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər"
[b]Əli Əhmədov: "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər"[b]
Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanın qeyri-hökumət təşkilatları prezident seçkisində səslərin alternativ hesablanmasını həyata keçirə bilərlər". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyib.
[O bildirib ki, ölkədə bu istiqamət üzrə təcrübəsi olan QHT-lər az deyil: "Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün qanunvericilik bazası yaradılıb. Hökumət seçkilərin ədalətli keçirilməsini təmin etmək üçün siyasi iradəsini də ortaya qoyub. Bu mənada QHT-lərin seçki zamanı səslərin sayılması prosesinə cəlb edilməsi üçün qanunvericilikdə hüquqi bazanın olması əhəmiyyətli məqamdır. Ötən seçkilərdə bir sıra beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar hüquqi bazanın yaradılması təklifini irəli sürmüşdülər. Bu məqamın Seçki Məcəlləsində öz əksini tapması həm beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması, həm də hökumətin iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir". Ə. Əhmədovun fikrincə, Azərbaycanda QHT-lər inkişaf edib və seçkidə daha məsuliyyətli vəzifəni öz üzərilərinə götürə bilərlər. -
06-14-2008, 04:51 PMAPABakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb
[b]Bakıda NATO Həftəsi çərçivəsində keçiriləcək tədbirlər açıqlanıb[b]
[Bakı - APA. İyunun 16-27-də Bakıda növbəti NATO Həftəsi keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənəvi olaraq 5 ildir Bakıda keçirilən NATO Həftəsi Azərbaycan Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə təşkil edilir. NATO ilə bağlı müxtəlif tədbirləri özündə birləşdirən bu həftənin keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin Şimali Atlantika Müqaviləsi Təşkilatı və onun avroatlantika məkanının təhlükəsizliyinin təminatında oynadığı rol, eləcə də Azərbaycanın NATO ilə münasibətləri haqqında məlumatlandırılmasından ibarətdir. Həftə çərçivəsində ilk olaraq NİSA-nın (Azərbaycan-NATO Beynəlxalq Məktəbi) növbəti yay sessiyası keçiriləcək. "Böhranların idarə edilməsi" mövzusuna həsr olunacaq sessiyada Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, NATO, ATƏT, BMT, Avropa Birliyi, İsveç, ABŞ, Türkiyə, Latviya və Əfqanıstandan olan ekspertlər çıxış edəcəklər. Həftə ərzində NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Büro Azərbaycana gələcək. O, "Azərbaycanın avroatlantik regiona inteqrasiyası və demokratik seçkilər" mövzusunda keçiriləcək konfransda çıxış edəcək, bir sıra dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək. Qonağın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dəyirmi masa formasında görüşü də nəzərdə tutulub. Bundan başqa, iyunun 26-27-də Bakıda "NATO/SNT Etimad Fondları" seminarı da keçiriləcək. Seminara NATO baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons sədrlik edəcək. -
06-15-2008, 08:41 AMAPAAzərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb
[b]Azərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb[b]
[Bakı. Samir Kazımlı-APA. Bu gün Bakıda Kuba inqilabının liderlərindən olan Çe Qavaranın anadan olmasının 80 illliyini qeyd etmək üçün toplaşan bir qrup gənc polis tərəfindən saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəis müavini Azər Kərimzadə APA-ya bildirilib ki, polis "Alturka" kafesində yığışan 21 gənci bölməyə gətirib. Bölmədə onların toplaşmasının məqsədi və şəxsiyyətlərini təsdiq edən sənədlər aydınlaşdırılandan sonra gənclərin hamısı sərbəst buraxılıblar. Hadisə yerində Kuba səfirinin olması ilə bağlı məlumatı təkzib edən rəis müavini deyib ki, saxlanılanlara heç bir psixoloji-fiziki təzyiq olmayıb. Saxlanılanlar arasında gənclərin tədbirini işıqlandıran Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov da olub. Polis bölməsində onun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun xəstəxanaya gətirildiyi vaxt polis bölməsinin qarşısında şəkil çəkən "Yeni Müsavat" qəzetinin müxbiri Elən Balaxanılı da polis tərəfindən saxlanılıb və qısa araşdırmadan sonra sərbəst buraxılıb. Mərkəzi Klinik Xəstəxananın növbətçi həkimi Qabil İbrahimov bildirib ki, E. Hüseynova nevrotik reaksiya diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkim onun vəziyyətinin orta-qənaətbəxş olduğunu deyib. ABŞ səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Conatan Henik də xəstəxanaya gəlib. Diplomat baş verən hadisənin təfərrüatları barədə məlumatlı olmadığını əsas gətirərək, olayı şərh etməyib və narahatlığını ifadə edib. -
06-15-2008, 11:31 AMAPABakının Yasamal rayonunda intihar hadisəsi baş verib
[b]Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib[b]
[Bakı. Şəhriyar Əlizadə-APA. Bu gecə Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 15 yaşlı Fəridə Hüseynova yaşadığı beşmərtəbəli binanın ikinci mərtəbəsindən özünü yerə ataraq intihar edib. Ağır yaralanan Fəridə Hüseynova dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyəti ağırdır. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır. -
06-15-2008, 12:11 PMAPABu gün Azərbaycanda Milli Qurtuluş Günüdür
[b]Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür[b]
Bakı. Elnur Məmmədli-APA. Bu gün Azərbaycanda Milli Qurtuluş Günüdür. APA-nın məlumatına görə, 15 iyun tarixi Heydər Əliyevin Azərbaycan parlamentinə sədr seçildiyi gündür.
[16 il əvvəl Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə iyunun 4-də Gəncədə qiyam qaldırdıqdan və Milli Məclisin sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin istefasını tələb etdikdən sonra ölkədə anarxiya yaranıb. Polkovnik Surət Hüseynovun hərbi hissəsi Gəncədə nəzarəti tam ələ keçirdikdən sonra paytaxta doğru üz tutub. Vəziyyətdən çıxmaq üçün o zamankı AXC-Müsavat iqtidarı Heydər Əliyevi Bakıya dəvət etməli olub. Bu çağırışa cavab olaraq Heydər Əliyev iyunun 9-da Bakıya qayıdıb və Surət Hüseynovla danışıqlar aparmaq üçün dərhal Gəncəyə yola düşüb. İyunun 15-də isə o, parlamentin sədri seçilib. Xalq səsverməsi ilə prezident Əbülfəz Elçibəyə etimadsızlıq göstərildikdən sonra Heydər Əliyev ölkə prezidenti seçilib. Qısa müddətdə Heydər Əliyev qiyamı yatırıb, Ermənistanla atəşkəs müqaviləsi imzalamağa nail olub. 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd olunur. -
06-15-2008, 12:21 PMAPABinəqədidə ölümlə nəticələnən yol qəzası baş verib
[b]Binəqədidə ölümlə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı sakini Razim Hadıyevin idarə etdiyi "Kamaz" markalı maşın Adil Xələfovun idarə etdiyi "VAZ -2106" markalı avtomobillə toqquşub. Nəticədə Adil Xələfov hadisə yerindəcə ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. -
06-15-2008, 12:31 PMAPAATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi bu gün Azərbaycana gələcək
[b]ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi bu gün Azərbaycana gələcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Sabah ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru Yeva Biaudet Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, tanışlıq xarakteri daşıyan səfər iyunun 20-dək davam edəcək. Yeva Biaudet Azərbaycanda traffikinqə qarşı mübarizənin təşkili ilə tanış olacaq və ATƏT-in Bakı Ofisinin tədbirlərində iştirak edəcək. ATƏT təmsilçisinin Azərbaycanın rəsmi şəxsləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşləri planlaşdırılır. -
06-15-2008, 12:41 PMAPASurqutda azərbaycanlı qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb
[b]Surqutda azərbaycanlı qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Surqutda yaşayan Azərbaycan vətəndaşı olan bir qadının südəmər körpəsi naməlum şəxslər tərəfindən oğurlanıb. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, şənbə günü adı açıqlanmayan Azərbaycan vətəndaşı daxili işlər orqanlarına ərizə ilə müraciət edərək naməlum şəxslərin onun qırx günlük körpəsini uşaq arabasından götürərək qaçırıblar. Hazırda körpəni oğurlayanların tapılması üçün xüsusi əməliyyat keçirilir. -
06-15-2008, 01:01 PMAPAYaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb
[b]Yaponiyada baş verən zəlzələdə ölənlərin sayı 6 nəfərə çatıb[b]
[Tokio-APA. Yaponiyanın Honsyü adasının şimalında baş verən 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı altı nəfərə çatıb. APA-nın məlumatına görə, zəlzələ nəticəsində 140 nəfər yaralanıb, 11 nəfər isə itkin düşüb. Yeraltı təkanlar palçıq selinə səbəb olub, palçıq kütləsi yolları tamamilə yararsız vəziyyətə salıb. Yüzlərlə Yaponiya vətəndaşının ətraf aləmlə əlaqəsi kəsilib, yolların bərbad vəziyyətə düşməsi xilasetmə işlərini çətinləşdirir. Baş nazir Yasuo Fukuda zəlzələdən zərərçəkənlərə yardım göstərilməsi və Toxoku rayonunun infrastrukturunun qısa müddətdə bərpa olunması üçün xüsusi sərəncam verib. -
06-15-2008, 01:21 PMAPAMüsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək
[b]Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək[b]
[Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış aksiya keçirəcək. Partiyanın Seçki Departamentinin rəhbəri Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyinin piketə icazə verməməsinə baxmayaraq, Müsavat bu piketi keçirməkdə israrlıdır. O, partiya Divanının sabah keçiriləcək iclasında məsələnin bir daha müzakirə olunacağını qeyd edib. Aksiyanın saat 12.00-da başlaması nəzərdə tutulub. Piketdə BŞİH-nin sərbəst toplaşmaq azadlığına əməl etməməsi pislənəcək. G. Aslanlı bildirib ki, partiya mayın 4-nə və 18-nə mitinq təyin etsə də, şəhər rəhbərliyi həmin aksiyaların partiya tərəfindən müəyyənləşdirilmiş yerdə keçirilməsinə icazə verməyib və tədbirin Bibiheybətdə yerləşən stadionda keçirilməsini tövsiyə edib. -
06-15-2008, 01:31 PMAPAİrlandiya vətəndaşları Avropa İttifaqına yeni üzvlərin qəbulunu əngəlləyiblər
[b]İrlandiya vətəndaşları Avropa İttifaqına yeni üzvlərin qəbulunu əngəlləyiblər[b]
[Bakı. Tamara Qriqoryeva-APA. İrlandiya vətəndaşlarının əksəriyyəti referendumda Avropanı siyasi böhran həddinə çatdırmış "Lissabon müqaviləsi"nin əleyhinə səs veriblər. APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin sədri Hans-Qert Potterinq məlumat verib. Onun sözlərinə görə, müqavilə qüvvəyə minməyənə kimi Avropa İttifaqına heç bir yeni üzvə qəbul oluna bilməz. O, yalnız Xorvatiyanın istisna olaraq Avropa İttifaqına üzv qəbul olunmasına icazə verilməsinin mümkünlüyünü vurğulayıb. -
06-15-2008, 01:51 PMAPAİran Dövlət Enerji Şirkətinin rəhbərliyi bütün subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən qovmaqla hədələyib
[b]İran Dövlət Enerji Şirkətinin rəhbərliyi bütün subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən qovmaqla hədələyib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. İran Dövlət Enerji Şirkətinin rəhbərliyi bu qurumda çalışan subay işçiləri evlənməyəcəkləri təqdirdə işdən azad etməklə hədələyib. APA-nın BBC-yə istinadən yaydığı məlumata görə, təcili olaraq evlənmək üçün şirkət əməkdaşlarına üç ay vaxt verilib. Ailə qurmaq üçün ayrılan vaxt sentyabrın 21-də başa çatır. Pars Special Economic Energy Zone şirkətində Fars Körfəzi ölkələrindən minlərlə şəxs işləyir. Onların çoxu subaydır. Şirkət bu qərarı ilə gəncləri əxlaqsız qadınlarla münasibət qurmaqdan çəkindirməyi düşünür. -
06-15-2008, 02:01 PMAPAQulamhüseyn Əlibəyli: "Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur"
[b]Qulamhüseyn Əlibəyli: "Müxalifət üçün seçkidə iştirakın və boykotun eyni dərəcədə perspektivi yoxdur"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Müxalifətin prezident seçkilərini həm boykot etməsinin, həm də bu seçkilərdə iştirakının perspektivi yoxdur. Üçüncü bir yol olmadığından bu iki pis variantın içərisindən az da olsa yaxşısı seçilməlidir". Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Onun sözlərinə görə, blokda seçkilərdə iştiraka tərəfdar olanlar da var. Buna baxmayaraq, o, əksəriyyətin boykot tərəfdarı olduğunu deyib və nəticənin də blokun qərarından asılı olacağını qeyd edib. Q. Əlibəyli bildirib ki, gələn ay blokun Məclisinin toplantısının keçiriləcək və seçkilərin boykot edilməsi ilə bağlı blokun siyasi qərarı müzakirə ediləcək. -
06-17-2008, 11:11 AMAPARusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub
[b]Rusiyada olan qohumunun evindən oğurluq etmiş Masallı sakini həbs olunub[b]
[Masallı. Ağəddin Babayev - APA. Yaxın qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən Masallı sakini həbs olunub. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Rizvan Quliyev APA-nın cənub bürosuna bildirib ki, rayonun Çaxırlı kənd sakini Sabir Qardaşxan oğlu Bağırov 2008-ci ilin yanvarından may ayınadək Rusiya Federasiyasında yaşadığı müddətdə ona məxsus yaşayış evindən iki ədəd televizor, videomaqnitofon, xalça, mətbəx kombaynı və digər məişət avadanlıqları oğurlanıb. Zərərçəkmişin polisə müraciətindən sonra əməliyyat-axtarış qrupu yaradılıb. Operativ tədbirlər nəticəsində Çaxırlı kənd sakini, zərərçəkmişin yaxın qohumu Əlibala Ağəli oğlu Babayev şübhəli şəxs qismində saxlanaraq şöbəyə gətirilib. İstintaqa verdiyi ilkin ifadəsində Ə. Babayev bir neçə dəfə S. Bağırovun evindən oğurluq etdiyini boynuna alıb. O, oğurladığı əşyaları sataraq narkotik maddə alıb qəbul etdiyini bildirib. Qeyd edək ki, zərərçəkmişə 840 manat dəyərində maddi ziyan vurulub.Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. -
06-17-2008, 11:21 AMAPAXüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub
[b]Xüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub[b]
[Kislovodsk-APA. Rusiyanın Kislovodsk şəhərindəki çoxmərtəbəli yaşayış evlərindən birində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı quldur birləşməsinin iki üzvü və onların yanında olan Azərbaycan vətəndaşı zərərsizləşdirilib. APA-nın məlumatına görə, Stavropol hüquq-mühafizə orqanlarından bildirilib ki, xüsusi təyinatlıların müqavimət göstərməmək və təslim olmaq əmrinə tabe olmayan mənzildəkilər atəş açmağa başlayıblar. Lakin xüsusi təyinatlı döyüşçülər quldur dəstəsinin üzvlərini zərərsizləşdirə biliblər. Quldurlardan biri özünü öldürməyə imkan tapsa da, digəri və onların yanında olan Azərbaycan vətəndaşı həbs olunub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həm özün öldürənin, həm də həbs olunanların şəxsiyyəti müəyyənləşdirilir. -
06-17-2008, 11:31 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 16-da saat 17.35-dən saat 18.25-dək və 21.00-dan 21.20-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisindəki mövqelərini, saat 23.45-dən 23.55-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.58-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-17-2008, 11:41 AMAPAMərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan 11-ci sinif şagirdləri üçün iyunun 19-da təkrar imtahan keçiriləcək
[b]Mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan 11-ci sinif şagirdləri üçün iyunun 19-da təkrar imtahan keçiriləcək[b]
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi (TN) 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada testlə keçirilən imtahandan narazı qalan məzunlar üçün iyunun 19-da təkrar imtahan keçirəcək.
[Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya bildirib ki, imtahanda iştirak etmək üçün artıq müraciət edənlər var. Bu gün məzunların imtahanda iştirak üçün müraciət edə bildikləri sonuncu gündür. Məzunların sənədləri təhsil aldıqları orta məktəblərdə qəbul olunur. İmtahanın təşkili üçün Bakıda 4 mərkəz təşkil olunacaq. İmtahanlar TN ilə yanaşı, Prezidentin İcra Aparatı, Milli Məclis üzvləri və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək. -
06-17-2008, 11:51 AMAPAVolqoqradda azərbaycanlılarla ermənilər arasında dava düşüb, bir erməni ölüb
[b]Volqoqradda azərbaycanlılarla ermənilər arasında dava düşüb, bir erməni ölüb[b]
Volqoqrad-APA. Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib.
[APA-nın məlumatına görə, "Voyaj" kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlanıb. Faktla bağlı iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Saxlanan şəxslərin adları açıqlanmır. 1985 və 1986-cı il təvəllüdlü hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar. -
06-17-2008, 03:21 PMAPAƏbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib
[b]Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl- Mədəni, mədəniyyət və informasiya nazirinin müavini Abubəkir Bahadur və nazirin köməkçisi Abdulla Həmidi ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev iki ölkə arasında hərtərəfli əlaqələrin, xüsusən də mədəniyyət sahəsinin inkişaf etdirilməsindən məmnunluq duyduğunu bildirib: "Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olacaq. Əminəm ki, Səudiyyə Ərəbistan Mədəniyyət Günləri maraqla qarşılanacaq. 100 nəfərdən ibarət mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduğu nümayəndə heyətinin ölkəmizə səfərini alqışlayır və işinizdə uğurlar arzulayıram. İki ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsi vacibdir". Görüşdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. Nazir eləcə də, Bakıda aparılan yenidənqurma və mədəniyyət ocaqlarında aparılan abadlıq işlərini yüksək qiymətləndirdiyini vurğulayıb: "İki ölkə arasında əlaqələr xüsusi tellərlə bağlıdır və tarixi köklərə əsaslanır. Biz istərdik ki, mədəniyyət günləri ikitərəfli əlaqələr üçün başlanğıc olsun. Hər bir əlaqələr mədəniyyət üzərində qurulur". İyad Bin Əmin Əl-Mədəni müxtəlif səpkili mədəniyyət tədbirlərinin həyata keçiriləcəyini deyib. İyunun 20-nə kimi davam edəcək mədəniyyət günləri çərçivəsində sərgilər, konsert proqramları, teatr ustalarının çıxışı, film nümayişi nəzərdə tutulub. Mədəniyyət günləri çərçivəsində Sumqayıt şəhərlərində də bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. -
06-17-2008, 03:31 PMAPAAna Vətən Partiyasının qurultayı keçirilib
[b]Ana Vətən Partiyasının qurultayı keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Ana Vətən Partiyasının (AVP) V qurultayı keçirilib. APA-nın məlumatına görə, sədr Fəzail Ağamalı hesabat xarakterli məruzə edib və partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Prezident seçkisində AVP-nin qarşısında duran vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan F. Ağamalı bildirib ki, partiya YAP-la müttəfiqliyini davam etdirəcək və İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyəcək. O, Azərbaycanda İ. Əliyevə alternativ siyasətçi olmadığını bəyan edib. Sonra bu ilin payızında keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə təklif müzakirəyə çıxarılaraq yekdilliklə qəbul olunub. Qurultayda partiyanın rəhbər orqanlarına seçki keçirilib. Fəzail Ağamalı açıq səsvermə nəticəsində yenidən AVP-nin sədri seçilib. Qeyd edək ki, YAP icra katibi Əli Əhmədov, BAXCP sədri Qüdrət Həsənquliyev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, VHP sədri Sabir Rüstəmxanlı, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qurultayda qonaq qismində çıxış ediblər. -
06-17-2008, 03:41 PMAPAAzərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək
[b]Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə müştərək bir neçə bədii film istehsal edəcək. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni deyib. O bildirib ki, filmlər müxtəlif mövzuları əks etdirəcək: "Filmlərdən biri Azərbaycanın yerləşdiyi çoğrafi məkana, digəri neft ixrac edən Səudiyyə Ərəbistanı və Azərbaycan haqqında olacaq. Bu layihə çərçivəsində eləcə də Azərbaycan və Səudiyyə Ərəbistan qadınları haqqında və iki ölkənin milli dəyərlərinin əks olunduğu filmin hazırlanması da planlaşdırılır". Nazir qeyd edib ki, bu layihənin icrasına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə Səudiyyə Ərəbistanının televiziya kanallarında Azərbaycanın bədii və sənədli filmlərinin nümayişinin təşkil olunacağını açıqlayıb. Nazir artıq Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyinə altı bədii, beş sənədli filmin təqdim olunduğunu və filmlər arasında seçimi qonaqların edəcəyini bildirib. Nazir bu filmlərin Ərəbistan kanallarında nümayişi üçün ərəb dillərinə tərcümə olunacağını qeyd edib. -
06-17-2008, 03:51 PMAPA"Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar" kitabının təqdimatı keçirilib
[b]"Azərbaycanın milli dövlətçilik tarixində görkəmli qadınlar" kitabının təqdimatı keçirilib[b]
[Nəşrin elmi məsləhətçisi Əli Həsənov, rəyçi isə Yaqub Mahmudovdur. Kitabda Azərbaycanın tarixində, taleyində, milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayan qadınlardan bəhs olunur. Nəfis tərtibatla nəşr edilən kitabda Tomris, Nüşabə, Əleykə Könüldaş, Sara Xatun, Tutu Bikə, Pərixan xanım, Bəyim xanım, Xurşud Banu Natəvan, Zərifə Əliyeva, Mehriban Əliyeva və digər xanımların həyat və fəaliyyəti haqqında məlumatlar toplanıb. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunub.Təqdimetmə mərasimində Prezidentin İcra Aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edərək belə bir kitabın hazırlanmasını yüksək qiymətləndirib. Ə. Həsənov Azərbaycan tarixində mühüm rol oynayan xanımlara həsr olunmuş kitabın hazırlanmasını yeni və orijinal ideya adlandırıb. Dövlət rəsmisi müasir dövrdə Azərbaycan qadınlarının beynəlxalq miqyasda tanındığını, onların ölkənin inkişafı istiqamətində mühüm xidmətlər göstərdiyini qeyd edib. Kitabın müəlliflərindən Məlahət Həsənova isə bildirib ki, kitabda dünya insanına məhəbbətin, ləyaqətin və cəsarətin gözü ilə baxan Azərbaycan qadınından söz açılır, adı milli dövlətçilik tarixinə qızıl hərflərlə yazılan görkəmli qadın xadimlərdən bəhs edilir. -
06-17-2008, 04:01 PMAPA"Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj olunacaq
[b]"Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. "Arşın mal alan" və "O olmasın, bu olsun" filmləri ingilis dilində dublyaj ediləcək. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bu filmlərin inidyədək tərcümə olunmamasını mənfi hal kimi qiymətləndirib. Ə. Qarayev sözügedən filmlərlə yanaşı, həmin dövrdə çəkilmiş bir neçə Azərbaycan filminin də ingilis dilində tərcüməsinin nəzərdə tutulduğunu vurğulayıb: "Daha sonra isə həmin filmlər müxtəlif dillərə tərcümə olunaraq, bir sıra xarici televiziya kanallarında nümayiş olunacaq". -
06-17-2008, 04:11 PMAPAAzərbaycan prezidenti Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya nazirini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədəni qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, mədəniyyət sahəsində əməkdaşlığın vacibliyindən danışılıb, Azərbaycanda Səudiyyə Ərəbistanı mədəniyyət günlərinin keçirilməsinin bu sahədə əlaqələrin daha da genişlənməsi işində əhəmiyyətli rol oynayacağı vurğulanıb. -
06-17-2008, 04:21 PMAPAAzərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb
[b]Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb". Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E. Hüseynovun iyunun 14-də Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: "İyunun 14-də 22-ci polis bölməsinə ərazidə olan kafelərdən birində icazəsiz toplantı keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana baxış keçirəndə məlum olub ki, orada 50-yə yaxın şəxs icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış tədbir keçirir. Polis əməkdaşları icazəsiz aksiyanın qarşını almaq üçün iştirakçılardan ərazini tərk etməyi tələb ediblər. Amma iştirakçılar bu tələbə məhəl qoymayıblar. Belə olan halda polislər 20-yə yaxın şəxsi, o cümlədən Emin Hüseynovu bölməyə dəvət ediblər. Lazımi xəbərdarlıq ediləndən sonra onların hamısı sərbəst buraxılıb. Ancaq Emin Hüseynov çıxarkən bölmənin qarşısında yerə yıxılıb və sonradan döyüldüyünü iddia edib". Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi ekspertizadan sonra ona "nevrostonik reaksiya" diaqnozu qoyulub: "Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir". -
06-17-2008, 04:31 PMAPABAXCP və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub
[b]BAXCP və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub[b]
[Bakı. Ramil Məmmədli - APA. "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının və "Xalq Cəbhəsi" qəzetinin yerləşdikləri binadan çıxarılmaması ilə bağlı şifahi razılaşma əldə olunub". Bu sözləri APA-ya açıqlamasında BAXCP sədri Qüdrət Həsənquliyev deyib. Ancaq onun sözlərinə görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə müqavilənin vaxtı hələlik rəsmi şəkildə uzadılmayıb: "Biz əvvəlcədən də demişdik ki, təmirə görə binanı tərk etməyimizə zərurət yoxdur. Onsuz da bina mərtəbə-mərtəbə təmir olunur". Qeyd edək ki, hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşən BAXCP-nin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır. -
06-17-2008, 04:41 PMAPAElçin Behbudov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib
[b]Elçin Behbudov Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, hazırda təcridxanada təmir işləri aparılır. Təcridxanada saxlanılan şəxslərlə görüşdüyünü bildirən E. Behbudov monitorinqin nəticələri barədə daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini deyib. -
06-17-2008, 04:51 PMAPAErmənistan və Rusiya müdafiə nazirləri arasında görüş keçirilib
[b]Ermənistan və Rusiya müdafiə nazirləri arasında görüş keçirilib[b]
[Moskva - APA. Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan həmkarı Anatoli Serdyukovla görüşüb. APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, görüş zamanı regional təhlükəsizlik və sabitlik, hər iki ölkədə müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. Tərəflər hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar. -
06-17-2008, 08:01 PMAPAMüsavat Partiyası piketləri davam etdirəcək
[b]Müsavat Partiyası piketləri davam etdirəcək[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirmək fikrindədir. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, bu məsələ partiyada müzakirə olunur və növbəti aksiyanın vaxtı yaxın günlərdə müəyyənləşəcək. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirməkdə əsas məqsəd ölkə və beynəlxalq ictimaiyyətin diqqətini problemə cəlb etmək olub. O, şəhər İcra Hakimiyyətinin binası qarşısında yeni piketlərin keçiriləcəyini istisna etməyib: "Biz yaxın zamanlarda bu tipli aksiyaları davam etdirəcəyik və aksiyaların miqyasını genişləndirməyi düşünürük". -
06-17-2008, 08:11 PMAPAAzərbaycanlı deputat: "Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər"
[b]Azərbaycanlı deputat: "Xocalı sakinləri Avropa Məhkəməsinə müraciət edəcəklər"[b]
[Bakı. Ramil Məmmədli - APA. Son iki ildə 2000-dən çox Xocalı sakini Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə istintaq-əməliyyat qrupuna yenidən çağırılıb və ifadə verib. Bu barədə APA-ya məlumat verən Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov özünün də istintaqa ifadə verdiyini bildirib: "İstintaqa çağırılan Xocalı sakinləri ifadələrində bildiriblər ki, soyqırımı Ermənistanın və separatçı qurumun rəhbərliyində olan şəxslər həyata keçiriblər. İfadələrdə Ermənistanın sabiq prezidenti Robert Köçəryan, ölkənin indiki prezidenti Serj Sərkisyan, qondarma rejimin sabiq başçısı Arkadi Qukasyan, Xankəndidə yerləşən Rusiya Silahlı Qüvvələrinə aid olan 366-cı alayın 6-cı batalyonunun komandiri, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın adları xüsusi vurğulanıb. Əsir və girovluqda olan Xocalı sakinlərinin bəziləri adıçəkilən ermənilər tərəfindən şəxsən işgəncəyə və təhqirə məruz qalıblar. Bütün materiallar toplanandan sonra beynəlxalq təşkilatlara və İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət göndəriləcək". -
06-17-2008, 08:21 PMAPAAzərbaycan prezidenti səhiyyə işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb
[b]Azərbaycan prezidenti səhiyyə işçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, Zülfüqar Fərəcov və Vaqif Verdiyevə "Azərbaycan Respublikasının əməkdar elm xadimi", Stella Abbasov, Əli Babayev, Ələkbər Əkbərov, Mürsəl Həmidov, Əjdər Hümbətov, Vaqif Xanbutayev, Zeynəbxanım Muxtarova, Mirhüseyn Seyidov vəFikrət Zeynalova "Azərbaycan Respublikasının əməkdar həkimi", Şəfa Əliyev və Şölə İsmayılovaya isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" adı verilib. Prezidentin digər sərəncamı ilə bir qrup səhiyyə işçisi "Tərəqqi" medalı ilə təltif edilib. -
06-17-2008, 08:31 PMAPAElmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
[b]Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib[b]
[Bakı. Laçın Sultanova - APA. Xarici işlər naziri Elmar Məmmədyarov UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Xanım H. Sinqer fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanda baş verən bir sıra dəyişikliyin şahidi olduğunu qeyd edərək, uşaq hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurları yüksək qiymətləndirib. Qonaq xüsusilə insan potensialının inkişafı indeksinin yüksəlməsi, uşaq ölümünün azalması, dövlət tərəfindən uşaqların sosial rifahının qaldırılması, təhsilin və savadlılığın artırılması, uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülmüş işlərin ölkənin statusuna müsbət təsir etdiyini bildirib və Azərbaycanı artıq bu sahədə model ölkə kimi qiymətləndirib.Öz növbəsində, E. Məmmədyarov cəmiyyətin inkişafı üçün insan kapitalının vacib faktor olduğunu və bu istiqamətə hökumətin xüsusi diqqət ayırdığını bildirərək, təhsil və sosial islahatlara vacib əhəmiyyət verildiyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı fəsadlar haqqında da danışıb, UNİCEF-in qaçqınlarla bağlı gördüyü işləri təqdirəlayiq hesab edib. -
06-17-2008, 08:41 PMAPALitva səfiri: "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə bilər"
[b]Litva səfiri: "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə bilər"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Azərbaycanın "Vikinq" nəqliyyat layihəsində iştirakı "GUAM+" formatında əməkdaşlığı aktivləşdirə və Azərbaycanla Litvanın əlaqələrini genişləndirə bilər". Bu açıqlamanı APA-ya Litvanın Azərbaycanda səfiri Kyastutis Kudzmanas verib. Onun sözlərinə görə, artıq rəsmi səviyyədə Azərbaycanın bu layihədə iştirakına dair müzakirələr gedir və ekspertlərin dəyərləndirməsi gözlənilir. Qeyd edək ki, "Vikinq" Klaypeda-Minsk-Odessa istiqamətində yüklərin daşınmasını həyata keçirən sürət qatarıdır. Bu layihə TRACEKA-ya qoşulacağı təqdirdə yüklərin Mərkəz Asiya, Xəzər regionunda keçərək Baltikyanı regiona və Mərkəzi Avropaya nəqli prosesini inkişaf etdirə bilər.