[b]Yunanıstanda Azərbaycan Mədəniyyəti Günü keçirilib[b]
[Bakı-APA. Yunanıstanın Saloniki şəhərində ERASMUS MUNDUS proqramı ilə təhsil alan tələbələrin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir iştirakçılarından biri Cabir Məmmədli APA-ya bildirib ki, toplantıda adı çəkilən proqram üzrə təhsil alan gürcü və erməni tələbələrlə yanaşı, Saloniki şəhərindəki müxtəlif ali təhsil ocaqlarından olan yunan, türk müəllim və tələbələr də iştirak ediblər. Tədbir çərçivəsində qonaqlara Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Qarabağ müharibəsi və s. haqqında dolğun məlumat verilib.
Azərbaycan Xəbərləri
Printable View

10-21-2008, 08:00 PMAPAYunanıstanda Azərbaycan Mədəniyyəti Günü keçirilib

10-21-2008, 08:20 PMAPABakıda Çexiyanın məşhur "Petrof" şirkətinin royallarının satışına başlanıb - FOTO
[b]Bakıda Çexiyanın məşhur "Petrof" şirkətinin royallarının satışına başlanıb - FOTO[b]
[Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın "Petrof" şirkətinin Azərbaycanda yeganə distributoru olan "Royal" musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib. Yan Petrof nəhayət ki, Azərbaycanda da "Petrof" royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli "Petrof" royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib. Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib. -
10-22-2008, 10:20 AMAPAYanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30% artıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 30% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə 2 344,2 mln. manatlıq və ya 29,7% çox pullu xidmət göstərilib.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, artımın 66,7%-ni özəl sektorun müəssisələri təmin edib. Özəl sektorun müəssisləri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2007-ci ilin müvafiq dövrünün səviyyəsini 25,9% üstələyərək 1 741,2 mln. manata çatıb. Cari ilin yanvar-avqust ayarlında ticarət və xidmət sektorunda 295 min nəfər və ya 2007-ci ilin eyni dövründə olduğundan 11 258 nəfər çox işçi çalışıb. İşçilərin 90,8%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 5,5%-i mehmanxana və restoranlarla xidmət göstərilməsi, 3,7%-i isə ticarət və xidmətin digər sahələrində çalışıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2008-ci ilin ilk 8 ayında ticarət və xidmət sektorunda çalışan işçilərin orta aylıq nominal əmək haqqı 33,4% artaraq 201,8 manat təşkil edib. İşçilərin 97%-i qeyri-dövlət sektorunda, 3%-i isə dövlət sektorunda məşğul olub. Qeyri-dövlət sektorunda çalışanların orta aylıq əmək haqqının məbləği 33,6% artaraq 201,8 manata, dövlət sektorunda isə 26,5% artaraq 200,3 manata çatıb. -
10-22-2008, 10:30 AMAPARusiya və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor icmaları prezident İlham Əliyevə təbrik məktubu göndərib
[b]Rusiya və Belarusda fəaliyyət göstərən Azərbaycan diaspor icmaları prezident İlham Əliyevə təbrik məktubu göndərib[b]
[Moskva-APA. Rusiyada yaşayan azərbaycanlılar adından Ümumrusiya Azərbaycan Konqresi prezident İlham Əliyevə təbrik məktubu göndərib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Rusiyada yaşayan bütün azərbaycanlıların prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə ürəkdən təbrik etdiyi bildirilib. Seçkilərdə qazandığı qələbə münasibətilə prezident İlham Əliyevə daha bir təbrik məktubunu Belarusun "Azərbaycan İcmaları Konqresi" göndərib. Məktubda Belarusda yaşayan bütün azərbaycanlılar İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib, bu qələbəni xalqın ona etibar və inamının bariz nümunəsi adlandırıblar. -
10-22-2008, 10:40 AMAPABakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
[b]Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gecə Z. Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Fəqan Axundov idarə etdiyi "Mitsubishi-Pajero" markalı, 10 KB 595 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü İlyas Ağakişi oğlu Xankişiyevi vurub. Qəza nəticəsində İ. Xankişiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır. -
10-22-2008, 10:50 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-22-2008, 11:00 AMAPADow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib
[b]Dow Jones indeksi 2,5%, S&P 500 3,08%, Nasdaq isə 4,14% enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 21-də Amerika bazarlarında Dow Jones indeksi 2,5% - 9033,66 bəndədək, S&P 500 3,08% - 946,43 bəndədək, Nasdaq isə 4,14% - 1696,68 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 21-də Amerika fond bazarlarında kotirovkaların düşməsinin əsas səbəbi bir sıra ABŞ şirkətinin rüblük hesabatlarındakı azalma olub. Bu da əsasən mədən çıxarma, kimya, tikinti avadanlığları istehsalı və digər bu kimi sahələrdə fəaliyyət göstərən şirkətlərdə müşahidə olunub.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 1,24% - 4229,73 bəndədək enib, Fransa CAC-40-ı 0,78% - 3475,40 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 1,05% - 4784,41 bəndədək enib. Avropada da kotirovkaların dinamikası şirkətlərin rüblük hüsabatlarından asılı olub ki, bu da bazarda indekslərin eyni istiqamətdə dəyişməməsinə səbəb olub. Məsələn, Fransa maliyyə qurumlarının səhmləri, o cümlədən «Societe Generale» (10%), «BNP Paribas» (7,5%) bahalaşıb, digər ölkələrin şirkətlərinin səhmləri isə əsasən ucuzlaşıb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3027 dollar təşkil edib (-2,29%). -
10-22-2008, 11:10 AMAPARoman Abramoviç Dumanın sədri seçilib
[b]Roman Abramoviç Dumanın sədri seçilib[b]
[Çukotka - APA. Rusiya Federasiyasının Çukotka muxtar dairəsinin sabiq qubernatoru Roman Abramoviç bu ərazinin Dumasının sədri seçilib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dollar milyarderi olan məşhur iş adamı oktyabrın 22-də keçirilən səsvermə nəticəsində yekdilliklə bu vəzifəyə layiq görülüb. Səsvermədə sədrin 3 müavini də seçilib. Xatırladaq ki, oktyabrın 12-də R. Abramoviç 96,99% səs toplayaraq Çukotka Dumasının deputatı seçilib. -
10-22-2008, 11:30 AMAPABelarus-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək
[b]Belarus-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək[b]
[Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin dekabr ayında Minsk şəhərində Belarus-Azərbaycan hökumətlərarası komissiyasının V iclası keçiriləcək. Bu barədə APA-ya Belarusun Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Panasyuk məlumat verib. S. Panasyuk iclasın dəqiq tarixinin Azərbaycan prezidentinin inauqurasiyası və yeni hökumətin formalaşmasından sonra müəyyənləşdiriləcəyini bildirib. Yığıncaqda iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunacaq. -
10-22-2008, 11:40 AMAPAEtimad İsmayılovun məhkəməsi davam etdirilib
[b]Etimad İsmayılovun məhkəməsi davam etdirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılovun işi üzrə məhkəmə iclası keçirib. E. İsmayılovun vəkili Mixail Boqomolovun APA-ya verdiyi məlumata görə, oktyabrın 21-də Çelyabinsk məhkəməsində keçirilən iclasa müttəhimlər - "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Etimad İsmayılov, "Russkaya Zernovaya Kompaniya"nın baş direktoru, Ukrayna vətəndaşı Vladimir Quzov və bu şirkətin vasitəçilik fəaliyyətini həyata keçirən strukturunun rəhbəri Abbas Cəfərov qatılmayıblar. İclasda müttəhimlərin müdafiəsini təmin edən V. Quzovun vəkili Cərulla Ramazanov iştirak edib. Ümumiyyətlə isə müttəhimlərin hamısı ibtidai istintaqın və məhkəmənin gedişinə etiraz əlaməti olaraq, müdafiədən imtina ediblər. M. Boqomolov deyib ki, məhkəmənin məcburi şəkildə E. İsmayılova təhkim etdiyi vəkil isə işlə tanış olmaq üçün hakimdən nəzərdə tutulduğundan daha çox vaxt istəyib. M. Boqomolovun sözlərinə görə, məhkəmə iclaslarında müttəhimlərdən yalnız "Prodkorporasiya" şirkətinin direktoru Vladimir Şvadçenko iştirak edir. V. Şvadçenko da digər təqsirləndirilənlər kimi məhkəmə heyətinə etimadsızlıq nümayiş etdirib. -
10-22-2008, 11:50 AMAPAXalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb
[b]Xalq artisti İlhamə Quliyevanın oğlunun və daha 13 nəfərin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin (ümumilikdə 14 nəfər) cinayət işi üzrə bu günə təyin olunan məhkəmə baxışı təxirə salınıb. APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Azər Orucov təqsirləndirilən şəxslərin vəkillərinin prosesdə iştirak etmədiyini nəzərə alaraq məhkəmə baxışının noyabrın 5-nə təxirə salındığını açıqlayıb. Təqsirləndirilən şəxslər məhkəmənin bu qərarına etirazlarını bildiriblər. Qeyd edək ki, ittiham aktına əsasən Orxan Nadirov, Mahir Mirsalamlı, Yalçın Həsənov, Elşən Rüstəmov, Əli İsmayılov, Zubiyə Qulami, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kamilə Eyvazova, Elşən Budaqov, Həsən Həsənov, Mirəli Əliyev və Ruslan Zalıyev Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. -
10-22-2008, 12:00 PMAPAƏdliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq
[b]Ədliyyə orqanlarına işə qəbul olmaq istəyən namizədlərlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq[b]
[Bakı-APA. Ədliyyə orqanlarına işə qəbul üzrə keçirilən test imtahanında müvəffəqiyyət qazanan 99 namizədlə söhbət mərhələsi oktyabrın 27-də başlanacaq. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının dünən keçirilən iclasında söhbət mərhələsinə başlanması ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcək. -
10-22-2008, 12:10 PMAPAYevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb
[b]Yevlaxda ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb[b]
[Yevlax. Teymur Zahidoğlu-APA. Yevlaxın Gülövşə kəndində ev heyvanları arasında quduzluq xəstəliyi aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünə məxsus iribuynuzlu heyvandan götürülən nümunələr Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki laboratoriyaya göndərilib, heyvanda quduzluq xəstəliyinin olması müəyyən edilib. Yevlax İcra Hakimiyyəti kəndə komissiya göndərib. Kənddə olan bütün sahibsiz itlər öldürülüb. İcra Hakimiyyətinin qərarı ilə kənddə karantin elan olunub. Eyni zamanda İcra Hakimiyyətində Yevlax ərazisindəki bütün yaşayış məntəqələrində heyvanlar arasında xəstəliklərin yayılma vəziyyətini aydınlaşdırmaq üçün 5 komissiya yaradılıb. Rayona Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssislər dəvət olunub. -
10-22-2008, 12:20 PMAPAParlamentin payız sessiyasında "Təhsil haqqında" qanun layihəsinin qəbulu gözlənilir
[b]Parlamentin payız sessiyasında "Təhsil haqqında" qanun layihəsinin qəbulu gözlənilir[b]
[Bakı. Elnur Məmmədli - APA. "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyası zamanı qəbul oluna bilər. APA-nın məlumatına görə, bunu parlamentin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, qanun layihəsinin konkret hansı tarixdə müzakirəyə çıxarılacağı müəyyənləşməsə də, məsələ iş planına daxil edilib və noyabrda ikinci oxunuşda müzakirəsi gözlənilir. Ş. Hacıyev birinci oxunuşda səslənən bütün irad və təkliflərin komissiyanın iclasında nəzərə alındığını və layihənin təkmilləşdirildiyini söyləyib. Ümumilikdə qanunun qəbuluna mane olan səbəblər və vaxtın uzanmasına gəldikdə, Ş. Hacıyev bunun obyektiv səbəblərinin olduğunu vurğulayıb: "Qanunun qəbulunun uzandığını deməzdim. Sadəcə olaraq bu qanunun əhəmiyyəti böyükdür. Ona görə də elə bir ciddi, təkmil sənəd işləyib ortaya çıxarmaq lazımdır ki, təhsilin inkişafına təkan versin. Bütün ekspertlərdən rəy alınıb. Fikirləşirəm ki, bu sessiya çərçivəsində layihə qəbul olunacaq". -
10-22-2008, 12:30 PMAPABakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
[b]Bakı Fond Birjasında 10305820S seriyalı 4 204,2 min manatlıq DQİ emissiyası yerləşdirilib[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10305820S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 5 354,2 min manat təşkil edib. Sifarişlər 94,68% (gəlirlik 12,51%) - 95,47% (gəlirlik 10,56%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 95,11% (gəlirlik 11,44%), orta ölçülmüş qiymət isə 95,15% (gəlirlik 11,34%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 204,2 min manat məbləğində müəyyən edilib.Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin aprelin 3-də icra olunacaq. -
10-22-2008, 12:40 PMAPABakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək
[b]Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Bu ilin oktyabrın ayının 27-dən noyabrın 4-dək Bakıda MDB və Baltikyanı ölkələrin dəmir yolu administrasiyalarının müşavirəsi keçiriləcək. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.ADDY-nin «Daşıma proseslərini idarəetmə» Birliyi rəisinin birinci müavini Teymur Məmmədovun sədrliyi ilə reallaşacaq tədbirdə dəmir yolları arasında yük daşımalarında yaranmış iddialar, itirilən yüklər və digər məsələlər müzakirə olunacaq. -
10-22-2008, 01:00 PMAPABakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb
[b]Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb[b]
[Bakı. Laçın Sultanova - APA. Bakı Slavyan Universitetinə Rusiyanın 7 nəşriyyatında çap olunmuş 100-dən artıq adda kitab hədiyyə ediləcək. APA-nın məlumatına görə, bunu "Bakıda rus dili və ədəbiyyatı həftəsi"nin başlanmasına həsr olunmuş mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Antonina Kuteynikova deyib. O bildirib ki, həftəni keçirməkdə məqsəd rus dilini təbliğ etmək, keçmiş SSRİ respublikaları arasında dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir. Oktyabrın 24-nə qədər davam edəcək həftə çərçivəsində "Azərbaycan Respublikasında rus dili və ədəbiyyatın öyrənilməsi və tədrisi: problemlər, reallıqlar və perspektivlər" adlı konfrans, Rusiya nəşriyyatlarında çap olunmuş kitabların sərgisi, Azərbaycanda rus dilində kitabların əldə olunması imkanları mövzusunda dəyirmi masa, rus dili müəllimləri üçün master-klasslar təşkil olunacaq. -
10-22-2008, 01:10 PMAPAKoksal Toptan: "Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq"
[b]Koksal Toptan: "Türkdilli ölkələrin Parlament Assambleyası bu ilin sonuna kimi yaradılacaq"[b]
Bakı. Laçın Sultanova - APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) bu ilin sonuna kimi yaradılacaq.
[APA-nın Qazaxıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan bildirib. N. Nazarbayevin TürkPA yaratmaq təşəbbüsünün Türkiyə tərəfindən tam dəstəkləndiyini deyən K. Toptanın sözlərinə görə, bu ilin sonuna kimi türkdilli ölkələrin parlament rəhbərlərinin görüşü keçiriləcək və həmin görüşdə TürkPA-nın yaradılması barədə sənəd imzalanacaq. K. Toptan TürkPA-nın qərargahının İstanbulda olmasını da təklif edib. -
10-22-2008, 01:20 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfər edəcəklər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfər edəcəklər[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ideyası heç də pis ideya deyil".
[ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie APA-ya Rusiya prezidentinin İrəvanda səsləndirdiyini təklifi belə şərh edib: "Bu, çox maraqlı ideyadır, amma hər şeyi müzakirə etmək lazımdır. Azərbaycanda prezident seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların aktivləşəcəyinə ümid edirəm. Seçkilər başa çatıb və hesab edirəm ki, bizi maraqlandıran müddəalar üzərində işi davam etdirə bilərik. Bununla əlaqədar gələn həftə həmsədrlərin regiona səfəri planlaşdırılır. Səfərin nə zaman gerçəkləşəcəyini isə açıqlaya bilmərəm". -
10-22-2008, 01:30 PMAPA«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb
[b]«MBASK» sığorta şirkəti ilin əvvəlindən daxilolmalarını 70% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycanın «MBASK» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 15,724 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq ümumi göstəricisi ilə müqayisədə 66% çoxdur. Şirkətin baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 2 dəfə artaraq 4,498 mln. manata çatıb.Yanvar-sentyabr aylarında şirkətin daxilolmalarının strukturunda «Avtomobil sığortası»nın xüsusi çəkisi 71% (11,119 mln. manat), «Yanğın sığortası» 8% (1,251 mln. manat) və «Tibbi sığorta» 5,9% (0,932 mln. manat) təşkil edib.Ənənəvi olaraq sığorta riskləri üzrə ən çox ödəniş «Avtomobil sığortası» (3,224 mln. manat), «Tibbi sığorta» (0,814 mln. manat), «Yanğın sığortası» (0,107 mln. manat), «Bədbəxt hadisələrin sığortası» (0,1 mln. manat) növləri üzrə həyata keçirilib. Şirkətin İdarə Heyətinin sədr müavini Rəşad Abbasovun sözlərinə görə, son illər ərzində şirkətin fəaliyyətində müşahidə olunan dinamik artım «MBASK»ın seçdiyi inkişaf strategiyasının uğurlu olduğunu göstərir.Qeyd edək ki, Azərbaycanın ən iri sığorta təşkilatlarından olan «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər daxildir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir. -
10-22-2008, 01:40 PMAPASəfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»
[b]Səfir Nasir Həmidi Zare: «İran Şimal-Cənub layihəsi üzrə işləri sürətləndirəcək»[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. İran Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsi üzrə işləri sürətləndirməyi planlaşdırır. «APA-ECONOMICS»in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.Səfirin sözlərinə görə, hazırda dəmir yolu layihəsinin reallaşdırılması və işlərin sürətləndirilməsi məqsədi ilə İran, Azərbaycan və Rusiya dəmir yolu administrasiyaları konsorsiumun yaradılması üzərində iş aparır: «İran Qəzvin-Rəşt və Rəşt-Ənzəli layihələri üzrə tikinti aparmağı planlaşdırır. Əgər Azərbaycan ərazisindəki 8 km-lik hissədə yeni dəmir yolunun tikintisi reallaşarsa, biz tikintini Ənzəlidən deyil, İran Astarasından Rəştə kimi layihəsi üzrə başlaya bilərik».Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə - dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq.Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək. -
10-22-2008, 01:50 PMAPARusiya MSK-nın sədri Azərbaycandakı seçki təcrübəsindən istifadə etməyi zəruri sayır
[b]Rusiya MSK-nın sədri Azərbaycandakı seçki təcrübəsindən istifadə etməyi zəruri sayır[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməyi təklif edir. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, V. Çurov bunu jurnalistlərə açıqlamasında deyib. O, oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərini izlədiyini xatırladaraq seçki məntəqələrində veb-kameraların quraşdırılmasını xüsusi qeyd edib. MSK sədri kameraların məntəqələrin girişinə və komissiya üzvlərinə istiqamətləndiyini, səsvermə kabinələrinin isə kameraların əhatə dairəsində olmadığını söyləyib. Seçicilərin gizli səsvermə hüququnun qorunduğunu vurğulayan V. Çurov hesab edir ki, bu yenilik öyrənilməli və dəyərləndirilməlidir. -
10-22-2008, 02:00 PMAPABakıda əmlak sığortasına dair treninq keçiriləcək
[b]Bakıda əmlak sığortasına dair treninq keçiriləcək[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Bu ilin oktyabr ayının 28-30-da Bakıda əmlak sığortasına dair treninq keçiriləcək. Treninqin təşkilatçısı olan «Allianz Group» konsaltinq şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə əmlak sığortası növünün inkişafı, əmlak sığortası üzrə təminat, şərtlər, istehsalda fasilənin yaranmasından sığortalanma, əmlak sığortasının kombinasiya və zərf polisləri, əmlak sığortası üzrə risklərin araşdırması, iddiaların prinsip və proseduraları kimi mövzular müzakirə olunacaq.Treninqdə Azərbaycandakı sığorta şirkətlərinin anderrayterləri, tarif siyasətini tərtib edən mütəxəssislər, risk-menecerləri, ödənişlər üzrə bölmələrin mütəxəssislərin iştirakı gözlənilir.Treninq «Marsh» sığorta və təkrarsığorta şirkətinin baş direktoru Şahin Əhmədov və ARDNŞ-in İnvestisiyalar üzrə İdarəsinin sığorta və risklərin idarə edilməsi şöbəsinin müdiri Hüseyn Kazımov tərəfindən aparılacaq. -
10-22-2008, 02:10 PMAPAAzərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib
[b]Azərbaycanın Göyçay rayonunda qohumlar arasında baş verən münaqişə iki nəfərin bıçaqlanması ilə nəticələnib[b]
Göyçay. Şahnəzər Bəşirov-APA. Bu gün Göyçay rayonunun Bəydovul kəndində qohumlar arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.
[Göyçay rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumatına görə, Bəydovul kənd sakini 1964-cü il təvəllüdlü Xudiyev Ağababa Ağabala oğlu və onun 20 yaşlı oğlu Əziz Xudiyev bu gün saat 1.20 radələrində yaxın qohumları olan Yadigar və Nicat Xudiyev qardaşlarının hücumuna məruz qalıblar. Xudiyev qardaşları münaqişə nəticəsində Ağababa Xudiyevə və Əzizə bıçaq zərbələri endiriblər. A. Xudiyev qarın, döş qəfəsi nahiyələrindən və ayağından aldığı 8 kəsilmiş-deşilmiş yara ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, hazırda vəziyyəti ağır olaraq qalır. Sol qolundan və budundan yaralanan Ə. Xudiyev isə xəstəxananın travmatologiya şöbəsində müalicə olunur. Məlumata görə, faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanıb. Yadigar Xudiyev artıq tutulub, onun qardaşının barəsində isə axtarış elan olunub. N. Xudiyevin əvvəllər məhkum olunduğu bildirilib. -
10-22-2008, 02:20 PMAPAAzərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib
[b]Azərbaycanda avronun məzənnəsi 5 illik minimuma enib[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Azərbaycanda avronun manata qarşı rəsmi məzənnəsi 5 illik minimuma enib.
[Azərbaycan Milli Bankından «APA-ECONOMICS»ə verilən məlumata əsasən, oktyabrın 22-də avronun məzənnəsi 1,0414 manat təşkil edib və sonuncu dəfə analoji məzənnə 2003-cü ilin aprelin 8-də qeydə alınıb.Qeyd edək ki, bu müddət ərzində avro Azərbaycanda qeyri-sabitlik göstərərək, əsasən 1,15-1,32 AZN/EUR civarında dəyişib. Ümumilikdə, avronun məzənnəsinin dinamikası bu müddət ərzində aşağıdakı kimi olub: Qeyd edək ki, bu müddət ərzində avronun məzənnəsinin illik dinamikasının dəyişməsi isə aşağıdakı kimi olub: 200320042005200620072008 (indiyədək) -
10-22-2008, 02:30 PMAPASabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək
[b]Sabah Tiranada QDİƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclası keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Albaniya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yüksək vəzifəli rəsmilərinin toplantısı keçirilir. APA-nın məlumatına görə, toplantıda məqsəd QDİƏT Xarici İşlər Nazirləri Şurasının sabah keçiriləcək 19-cu iclasına hazırlıq işlərini müzakirə etməkdir. Azərbaycanı QDİƏT Xarici İşlər Nazirləri Şurasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək. Albaniya xarici siyasət idarəsinin rəhbəri Lulzima Başinin sədrliyi ilə keçiriləcək iclasda QDİƏT çərçivəsində əməkdaşlığın hazırkı mərhələsi, təşkilatın fəaliyyətinin effektivliyinin artırılmasına yönəlik qərarların qəbulu, Albaniyanın bu quruma sədrliyi dövründə görülən işlər müzakirə olunacaq. İclasın əsas müzakirə mövzuları sırasında biznesmen və sürücülər üçün viza rejiminin sadələşdirilməsi, bəzi ölkələrə müşahidəçi statusu verilməsi, sektorlar üzrə dialoqun təşkili kimi məsələlər var. Toplantının sonunda Tirana Bəyannaməsi qəbul olunacaq və sədrlik Albaniyadan Ermənistana keçəcək. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən QDİƏT-in üzvüdür. -
10-22-2008, 02:40 PMAPAYenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24-də keçiriləcək
[b]Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi oktyabrın 24-də keçiriləcək[b]
Bakı - APA. Növbəti müddətə Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi 2008-ci il oktyabrın 24-də keçiriləcək.
[APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilmiş iclasında İlham Heydər oğlu Əliyevin oktyabrın 15-də keçirilmiş seçkilərdə qalib gəldiyini rəsmən elan edilib.Hazırkı dövlət başçısı 3 milyon 232 min 259 (88,73%) seçicinin səsini alıb. Azərbaycan Konstitusiyasına əsasən, prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsinin seçkilərin yekunları barədə məlumatı rəsmən elan etdiyi gündən etibarən üç gün ərzində and içməlidir.Prezident and içdiyi gündən səlahiyyətlərinin icrasına başlamış sayılır. -
10-22-2008, 02:50 PMAPAAzərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək
[b]Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və Belarus incəsənət muzeyləri əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bu məlumatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazir bildirib ki, bu ilin sonunda birinci binasında əsaslı təmiri başa çatacaq Azərbaycan Dövlət İncəsənət Muzeyinin bir sıra tanınmış muzeylərlə əməkdaşlığı nəzərdə tutulur: "İlin sonuna kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin birinci hissəsini təhvil verəcəyik və artıq tam gücü ilə yeni şəraitdə işləyəcəyik. Gələn ildən etibarən isə rəssamların fərdi sərgilərinin təşkilini həyata keçirməliyik. Xalça Muzeyinin də tikintisini nəzərdə tutduğumuz vaxtda yekunlaşdırmaq istəyirik. Ondan sonra bizim qalereya imkanlarımız xeyli genişlənəcək". Nazir Azərbaycan və Belarus teatrları arasında da mübadilənin gücləndirəcəyini vurğulayıb. O, yaxın vaxtlarda hər iki ölkənin opera və balet teatrlarının qarşılıqlı qastrollarının təşkil olunacağını açıqlayıb. -
10-22-2008, 03:00 PMAPA"Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib
[b]"Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib[b]
[Bakı. Ülkər Qasımova-APA. Türkmənistanın Müstəqilliyi günü münasibəti ilə Aşqabadda keçirilən "Qızıl əsrin qızıl nəşrləri" III beynəlxalq kitab satış-sərgisində Azərbaycanda nəşr olunmuş kitablar nümayiş etdirilib. Bu barədə APA-ya məlumat verən Bakı Kitab Klubunun rəhbəri Elxan Rzayev bildirib ki, sərgi "Sərgi Köşgi" deyilən sarayda keçirilib: "Sərgidə 22 ölkədən 108 nümayəndə heyəti iştirak edirdi. Bu il sərgidə Rusiya kitabı ili elan edildiyindən ən böyük nümayəndə heyəti də onlara məxsus idi. Bu nümayəndə heyətinin tərkibində Tatarıstan Milli kitabxanası ayrıca bölmə ilə təmsil olunmuşdu. Sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Tacikistan və s. ölkələrin nümayəndələri iştirak edirdi". Klub rəhbəri beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyətinin 250 addan çox kitab nümayiş etdirdiyini bildirib. -
10-22-2008, 03:10 PMAPAQətər şeyxi Azərbaycana yeni səfir təyin edib
[b]Qətər şeyxi Azərbaycana yeni səfir təyin edib[b]
[Bakı. Tamara Qriqoryeva-APA. Şeyx Mübarək bin Fahad bin Jassem əl-Tani Qətər dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. APA-nın ərəb mətbuatına istinadən yaydığı məlumata görə, bununla bağlı müvafiq sərəncamı Qətər şeyxi Xamad bin Xəlifə əl-Tani imzalayıb. -
10-22-2008, 03:20 PMAPAAzərbaycan hərbi qanunvericiliyində əsgər və zabitlərin mobil telefondan istifadəsini qadağan edən müddəa yoxdur
[b]Azərbaycan hərbi qanunvericiliyində əsgər və zabitlərin mobil telefondan istifadəsini qadağan edən müddəa yoxdur[b]
[Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrində və qanunvericiliklə nəzərdə tutulan digər hərbi birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, yəni əsgər, çavuş, matros və miçmanların şəxsi mobil telefondan istifadə etmələri qadağan olunub. APA-nın məlumatına görə, bəzi hərbi hissələrdə hətta zabitlərə belə xidmət saatlarında mobil telefondan istifadə yasaqlanıb. Bu da bir sıra səbəblərlə, o cümlədən hərbi hissənin yerləşdiyi döyüş mövqeyi, təyinatı və s. bağlıdır.«Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin sədri Yaşar Cəfərli APA-ya bildirib ki, Azərbaycanın hərbi qanunvericiliyində müddətli hərbi qulluqçuların və zabit heyətinin xidmət müddətində mobil telefondan istifadə etməsinə qadağa qoyan müddəalar yoxdur. Onun sözlərinə görə, hazırda qüvvədə olan hərbi qanunlar qəbul edilən zaman Azərbaycanda mobil telefonlar geniş tətbiq edilməyib: «Bununla belə, hərbi hissələrdə yuxarı komandanlığın daxili əmri ilə əsgərlərin mobil telefondan istifadəsi qadağan edilir. Xüsusi rejimli hərbi hissələrdə isə bu əmr zabit və gizir heyətinə də şamil edilə bilər».Son günlər silahlı qüvvələrdə aşkarlanmış və internet saytlarında nümayiş etdirilən 2 «dedovşina» faktına münasibət bildirən təşkilat rəhbərinin sözlərinə görə, Müdafiə Nazirliyinin Silahlı Qüvvələrdə «dedovşina»nın mövcudluğunu qətiyyətlə inkar etməsinə baxmayaraq, Azərbaycan ordusundakı «dedovşina» xüsusiyyətlərinə görə ənənəvi «dedovşina»lıqdan fərqlənir: «Bu gün Azərbaycan ordusunda «molodoy», «dembel», «qoca» adları səslənir. Eyni zamanda «yerli», «elli» məhfumları mövcuddur. Hazırda Azərbaycan ordusunda rəsmi tabeçilik münasibətlərindən başqa qeyri-leqal tabeçiliyin mövcudluğu da istisna deyil».Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev isə APA-ya açıqlamasında keçmiş sovet ordusunda «dedovşina» hallarının daha çox olduğunu və indikindən fərqləndiyini qeyd edib. Ələt hospitalında baş verən və videogörüntüsü yayılan hərəkəti «xuliqanlıq» adlandıran general bu cür hadisələrin törədilməsinin və yayılmasının müəyyən məqsədlər daşıdığını da istisna etməyib: «Bu hərəkətləri edib və videosunu çəkənlər mülki həyatda özlərinin «ordudakı qoçuluqlarını» sübut etmək məqsədi güdürlər», - deyən sabiq nazir «dedovşina»nın doğuran səbəbləri də açıqlayıb: «Bu, ilk olaraq ailədə, orta məktəbdə aldığı tərbiyə və s.-lə bağlıdır. Daxili Qoşunlarda əsgərləri döyən çavuşlardan birinin atası polisdir. Bu hadisə onu deməyə əsas verir ki, həmin şəxs mülki həyatda da bu cür «at oynadıb»». D. Rzayev hesab edir ki, bu cür halların baş verməməsi üçün peşəkar orduya keçid zəruridir. Digər tərəfdən, əsgərlərlə işləyən çavuş heyətinin peşəkarlığı və bacarığı artırılmalıdır: «Bu gün ABŞ ordusunda tərbiyə işləri ilə kaprallar (çavuş) məşğul olur. Hesab edirəm ki, bizdə çavuşların hazırlığına ciddi fikir verilməli, bu məsələ yuxarı komandanlığın diqqətində olmalıdır».Qeyd edək ki, bu yaxınlarda bir qrup hərbi yönümlü QHT tərəfindən hazırlanmış «Müdafiə və təhlükəsizlik sektorunda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin vəziyyətinə dair arayış-təhlil» adlı sənəddə Azərbaycan Silahlı Qüvvələrində «dedovşina» faktları da əksini tapıb. Güc strukturlarına təqdim olunacaq sənəddə ümumilikdə nizamnamədən kənar münasibətlər nəticəsində Azərbaycanda 2006-cı ildə 5, 2005-ci ildə 4, 2004-cü ildə 10, 2003-cü ildə isə 13 hərbçinin dünyasını dəyişdiyi qeyd olunur. Hesabatda həmçinin qeyd olunur ki, 2007-ci ildə 10, 2006-cı ildə 7, 2005-ci ildə 4, 2004-cü ildə 4, 2003-cü ildə isə 8 hərbçi intihar edib. Sənədi hazırlayan ekspertlər intiharlara «dedovşina» hadisələri, nizamnamədən kənar münasibətlər, rüşvətxorluq, zorakılıq, təhqir olunma, alçaldılma və digər bu kimi qanunsuz əməllərin səbəb olduğunu qeyd ediblər. -
10-22-2008, 03:40 PMAPA«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək
[b]«Akkord» şirkəti ilin sonunadək Azərbaycanda bir neçə yeni körpü istifadəyə verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycanın Bakı və Xırdalan şəhərlərində bir neçə yeni körpü, piyada keçidi və tunel istismara veriləcək.«Akkord İnşaat Sənaye» şirkətinin memarlıq və dizayn departamentinin memarı xanım Yeganə Hacıyevanın «APA-ECONOMICS»ə verdiyi məlumata görə, artıq cari ilin noyabr ayının sonunda ölkədə böyüklüyünə görə ikinci olan avtomobil körpüsü istifadəyə veriləcək. Həmin körpü Heydər Əliyev prospekti, Babək prospekti və Y.Səfərov küçəsindəki yolları birləşdirərək yol qovşağı yaradacaq: «Həmin yol qovşağında 4 körpü və 2 tunelin tikintisi artıq başa çatır».Y.Hacıyeva həmçinin qeyd edib ki, cari ilin sonunadək Xırdalan şəhərində yeni körpü və Xırdalan dairəsində tunel istifadəyə veriləcək: «Biz həmçinin ilin sonunadək Bakının Nobel prospekti üzərindən keçən dəmir yolu körpüsünü və hazırda şəhərin müxtəlif yerlərində tikintisi davam etdirilən piyada körpülərini istismara verəcəyik».Qeyd edək ki, «Akkord» Şirkətlər Qrupuna daxil olan «Akkord İnşaat Sənaye» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. -
10-22-2008, 04:00 PMAPAAzərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb
[b]Azərbaycan bu il taxıl istehsalını 25% artırıb, pambıq istehsalını 41%, tütün istehsalını isə 22% azaldıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin oktyabrın 1-nə Azərbaycanda 860,9 min hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 2 334,9 min ton taxıl məhsulu götürülüb.Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 0,9 sentner artaraq 27,1 sentnerə yüksəlib. Bundan başqa, cari ildə 30,5 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 146,3 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 47,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla, taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 24,7% və yaxud 491,2 min ton artaraq 2 481,2 min tona çatıb.Mövsüm ərzində sahələrdən 1 027,8 min ton kartof, 1 137,2 min ton tərəvəz və 404,8 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 7%, tərəvəz istehsalı 1% artıb, bostan məhsulları istehsalı isə 1,4% azalıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 2 sentner, tərəvəz üzrə 3 sentner, bostan məhsulları üzrə 1 sentner artıb və müvafiq olaraq 153, 141 və 128 sentnerə yüksəlib. Ötən ilə nisbətən cari ildə pambığın əkin sahəsinin 35,9% azalması məhsul istehsalında da özünü göstərib. Oktyabrın 2-si vəziyyətinə emal müəssisələrinə keçən ilin eyni dövründəkinin 59,4%-i qədər, yəni 24,5 min ton xam pambıq yığılıb satılıb.Eyni vəziyyət tütünçülükdə də yaranıb. Əkin sahəsinin 17,7% azalması tütün yarpağı istehsalının 21,6% azalmasına səbəb olub və qurudulmuş çəkidə cəmi 1,7 min ton tütün yarpağı yığılıb. Bu il 6,4 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda bu məhsulun yığımına başlanılıb və hesabat tarixinə artıq 1,5 min hektar sahənin çuğunduru qazılıb və həmin sahələrdən hər hektardan 219 sentner olmaqla 31,8 min ton məhsul götürülüb. Bundan başqa bu il 414 min ton və yaxud keçən ildəkindən 5,3% çox meyvə və giləmeyvə, 76,4 min ton və yaxud 8% çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı 38,9% azalaraq 279,8 tona enib. Cari ilin 9 ayı ərzində respublika üzrə diri çəkidə 226,2 min ton ət, 1 048,8 min ton süd, 750,2 mln. ədəd yumurta və 13,9 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3%, süd istehsalı 2,8%, yumurta istehsalı 11,4%, yun istehsalı isə 3,1% artıb. Hesabat dövründə hər inək və camışdan orta hesabla 845 kq süd sağılıb.Oktyabrın 1-nə ölkə üzrə 2 526,5 min baş qaramal, o cümlədən 1 221,3 min baş inək və camış, 8 237,4 min baş qoyun və keçi olub. Ötən il oktyabrın 1-i ilə müqayisədə qaramalın, o cümlədən inək və camışların sayı 2,2%, qoyun və keçilərin sayı isə 2,1% artıb. Cari ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 758,4 mln. manat olub və 2007-ci ilin 9 ayı ilə müqayisədə 8,3%, o cümlədən heyvandarlıq məhsullarının dəyəri 3,4%, bitkiçilik məhsulları 10,9% artıb. Təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 405,3 min hektar və ya keçən ilin müvafiq dövründəkindən 12,8% çox sahədə şum qaldırılıb. Gələn ilin məhsulu üçün 29,4 min hektar və yaxud keçən ilə nisbətən 6,6% çox sahədə dən üçün payızlıqlar səpilib. Ümumi əkinin 12,9 min hektarı və ya 44%-i buğda, 16,4 min hektarı və ya 56%-i arpa əkinləridir. Oktyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 784 min manat olub. Həmçinin, balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 95 min manat dəyərində balıq ovlanıb. -
10-22-2008, 04:10 PMAPAMirmahmud Mirəlioğlu: "Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə m
[b]Mirmahmud Mirəlioğlu: "Bəzi şəxslər Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı danışıqları mətbuata çıxarmaqla bu prosesə mane olurlar"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Müxalifətin yaxınlaşması və Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı aparılan danışıqlar haqda mətbuata məlumat verməmək barədə razılaşma əldə edilmişdi. Amma həmişəki kimi həmin şəxslər proses barədə mətbuata açıqlama verməklə bu yaxınlaşmaya mane olurlar". Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, Vahid Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində aparılan danışıqlar haqda məlumat verməmək barədə partiyalar arasında razılaşma olub: "Biz bu məsələnin içərisindəyik. Təəssüf ki, vaxtı çatmamış bəziləri danışıqlar barədə açıqlamalar verirlər və ümumi işə ziyanına vururlar". Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə müxalifət düşərgəsində yaranacaq birliklərin sonda parçalanacağı qənaətində olduğunu açıqlayıb: "Mənim müxalifət düşərgəsinin birləşməsi ilə bağlı başqa ideyam var. Ölkədə 100-ə yaxın partiya var. Yaxşı olardı ki, müxalifət vahid partiyaya çevrilsin və ölkədə bir-iki siyasi partiya mövcud olsun. Çünki Vahid Əməkdaşlıq Mərkəzi və ya başqa qurumlarda toplaşsaq da, müxtəlif maraqlar üzündən parçalanmalar olacaq. Azərbaycanın gələcəyi üçün müxalifətin partiya çərçivəsində birləşməsinə ehtiyac var". Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu də Vahid Əməkdaşlıq Mərkəzi və Vahid Seçki Bloku adlı qurumlarda bir araya gəlməyi müsbət hesab etdiyini deyib. Onun sözlərinə görə, bu qurumların məqsəd, forma və tələbləri ümumi razılıqla müəyyənləşməlidir: " Hesab edirəm ki, özünü seçkidən kənarda qoyan müxalifət daha real hərəkət etməli və uzlaşma yolu tapılmalıdır. Onlar özlərini "dağın başına" qoymaqla hakimiyyətin maraqlarına daha çox xidmət edirlər. Əgər normal maraqlar qurmaq istəyində olsalar, bu qurumda təmsil olunmağa hazırıq". F. Qəzənfəroğlu müxalifət düşərgəsində təmsil olunan qurumların bir partiyada birləşməsi ideyasına müsbət yanaşdığını da söyləyib: "Seçki prosesi də göstərdi ki, partiyaların bu qədər çox olması seçki zamanı da böyük imkanlar yaratmır". -
10-22-2008, 04:20 PMAPASamuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib
[b]Samuxda avtomobil oğurluğu ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib[b]
[Samux. Nəzakət Məşədiəliqızı-APA. Samuxda dələduzluq yolu ilə vətəndaşların maşınlarını əldə edərək onları hissələrə bölərək satan bir qrup şəxs zərərsizləşdirilib. Samux rayon polis şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Gəncə sakinləri Rövşən Şahnəzərov, Seymur Verdiyev və Bərdə sakini "Arıx" ləqəbli Raqub Əkbərov banklara kredit borcu olan şəxslərdən avtomobilləri satmaq adı ilə alıblar. İstintaq zamanı məlum olub ki, dəstə üzvləri 6 xarici avtomobili bölərək ehtiyat hissələrini Gəncənin maşın bazarında satıblar. Dələduzluqla məşğul olan qrupun digər üzvlərinin müəyyən edilməsi üçün tədbirlər görülür. Faktla bağlı Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.2. maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. -
10-22-2008, 04:30 PMAPADAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək
[b]DAK həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək[b]
[Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı İsveç parlamentində çıxış edəcək. S. Rüstəmxanlı APA-ya deyib ki, dekabrın 3-də DAK nümayəndə heyəti İsveç parlamentinin iclasına qatılacaq. S. Rüstəmxanlı bildirib ki, çıxışı zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyətə, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, DAK-ın fəaliyyət istiqamətlərinə və digər məsələlərə toxunacaq. S. Rüstəmxanlının sözlərinə görə, noyabrın 29-da isə DAK-ın təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binasında "Azərbaycanın parçalanması ilə nəticələnən Türkmənçay müqaviləsinin 180 illiyi və Cənubi Qafqazda münaqişələr" mövzusunda konfrans keçiriləcək. Dekabrın 4-də isə DAK nümayəndə heyəti İsveç azərbaycanlılarının qurultayında iştirak edəcək. -
10-22-2008, 04:40 PMAPABosniyalı futbolçu: "Azərbaycanda "qol kralı" olmaq istəyirəm"
[b]Bosniyalı futbolçu: "Azərbaycanda "qol kralı" olmaq istəyirəm"[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. "Azərbaycan haqda çempionumuz "Şiroki Briyeq" "Neftçi"yə qarşı oynayanda eşitmişdim. Ötən mövsüm isə milli komandanız yığmamızla hazırlıq matçı keçirdi. Ölkəniz haqda məlumatım bu qədər idi". "APA-SPORT"un məlumatına görə, bunu "Qarabağ"ın bosniyalı legioneri Nidal Fərhatoviç klubun rəsmi saytına müsahibəsində deyib. Cari mövsümdə şərəfini qoruduğu Ağdam klubunda vurduğu 4 qoldan 3-ə başla imza atan hücumçu boyunun uca olmasından yaxşı istifadə edir. Premyer Liqanın bombardirlər siyahısında yuxarı pillələrdə yer alan Fərhatoviç sonda bu yarışın qalibi olmaq istəyir: "Əlbəttə, bütün hücumçular "qol kralı" olmaq istəyər. NBC, "Qəbələ" və "Simurq"la görüşlərdə qol vurmaq üçün əla imkanlarım vardı. Bu şanslardan istifadə etsəydim, indi hesabımda 10 qol vardı. Komanda yoldaşım Artim Şakiri də mənimlə qol yarışına girişib. Hücumda bir yerdə çıxış etdiyimiz Zaur Ramazanov məşqdə inanılmaz dərəcədə asan qollar vurur. Hiss olunur ki, vuran ayağı var. Amma sanki oyunda tilsimə düşür. Belə hallar futbolda tez-tez baş verir. İnanıram ki, Zaur bir qol vurduqdan sonra hər şey düzələcək". Premyer Liqamızla öz çempionatlarının səviyyəsini eyni hesab edən 28 yaşlı hücumçu karyerasında bir mövsümdə ən çox qolu (14) vətənində "Sarayevo" klubunda vurub. Burada gördüklərindən razılığını ifadə edən Fərhatoviç futbolumuza diqqətin artırıldığını qeyd edib: "Hal-hazırda Azərbaycan birinciliyinə böyük sərmayə qoyulur ki, bunun da bəhrəsini yaxın illərdə görmək olacaq. Bura gələnədək Almaniyada "Karslrue"də forma geyinmək şansı tapmışam. Düzdü, zədə ucbatından bu klubdan ayrılmalı oldum. İsveçdə, Birləşmiş Ərəb Əmirliyində də top qovmuşam. Bosniyada əsasən U-21-də çıxış etmiş, əsas yığmaya isə 3 dəfə dəvət almışam". Qeyd edək ki, hazırda 9 qolla Premyer Liqanın bombardiri olan "Xəzər-Lənkəran"ın bolqar hücumçusu İvan Svetkov da cari mövsümdən ölkəmizdə çıxış edir. -
10-22-2008, 04:50 PMAPARusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir
[b]Rusiya öz hərbi donanmasını Ukraynadan çıxarmaq istəmir[b]
[Moskva - APA. Rusiya Ukrayna tərəfinə Qara dəniz donanmasının 2017-ci ildən sonra da Sevastopolda qalmasının mümkünlüyünün müzakirəsini təklif etmək niyyətindədir. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. O, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət bəslədiklərini, bütün dövlətlərarası razılaşmalara vicdanla əməl etdiklərini, bu razılaşmalarda əksini tapmış bütün prinsiplərə və əməkdaşlıq istiqamətlərinə sadiq olduqlarını bildirib: "Bu, Qara dəniz donanmasını Ukrayna ərazisində qalmasına dair razılaşmaya da aiddir. Biz müvafiq zamanda donanmanın 2017-ci ildən sonra da Ukrayna ərazisində qalması ilə bağlı məsələni gündəmə gətirməyi təklif edəcəyik. Aydındır ki, bu məsələlər bir az gec, 2017-ci ilə yaxın müddətdə, həmin vaxt Ukraynada iş başında olacaq hökumətlə müzakirə ediləcək". Qeyd edək ki, Ukraynanın indiki prezidenti Viktor Yuşşenko və ölkənin milli yönümlü siyasi qüvvələri Rusiya hərbi donanmasının dövlətlərarası sazişdə qeyd olunan vaxtda - 2017-ci ildə ölkə ərazisindən çıxmasını istəyir. -
10-22-2008, 05:00 PMAPABu gün BBVB-nin valyuta bölməsində 2,6 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 2,6 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8089 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8089 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 973 440 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 135 680 AZN, manatın orta məzənnəsi isə 0,8089 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 2,6 mln. ABŞ dolları və ya 2 109 120 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 866 667 dollar düşür.USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və Rusiya Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,00%, ABŞ dolları üzrə isə illik 16,75% təşkil edib. Gün ərzində banklar arasında həcmi 1 mln. EUR, müddəti 180 gün, faiz dərəcəsi illik 14,00% olan 1 əqd qeydə alınıb. -
10-22-2008, 05:10 PMAPABMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib
[b]BMT-nin baş katibi Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib[b]
[Bakı-APA. BMT-nin baş katibi Pan Ki Mun təşkilatın 63-cü ildönümü münasibəti ilə Birləşmiş Millətlər Təşkilatı Gününün qeyd olunması ilə bağlı müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu il təşkilatın həyatında mühüm ildir: "Bir çox ölkələr hələ də, 2015-ci ilə qədər nəzərdə tutulmuş Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq iqtidarında deyillər. Mən, eyni zamanda, qlobal maliyyə böhranın nəticəsindən də, dərin narahatçılıq duyuram. Hələ heç zaman idarəçilik və əməkdaşlıq indiki qədər əhəmiyyətli olmayıb. Sentyabr ayında Minilliyin İnkişaf Məqsədlərinə həsr olunmuş yüksək səviyyəli tədbirlər bizim uğurlarımızı daha aydın göstərdi. Biz, hökumətləri, biznes dairəsini və vətəndaş cəmiyyətini birləşdirmək, dəyişiklik etmək məqsədilə geniş koalisiya yaratmışıq. Biz, dünyanın yoxsul təbəqəsinə yardım məqsədilə indiyə qədər görünməmiş öhdəlik götürüb və əməkdaşlıq yaratmağa nail olmuşuq. Yekun nəticələr hələ edilməyib, lakin Minilliyin İnkişaf Məqsədlərinə həsr olunan tədbirdən əldə olunan məbləğ 16 milyard ABŞ dollarına qədər çata bilər".Baş katib bildirib ki, BMT daha təhlükəsiz, sağlam və daha da inkişaf edən dünyanın yaradılmasını təmin etməlidir: "Mən Birləşmiş Millətlər Təşkilatı Günü bütün tərəfdaşları və liderləri verilən vədləri həyata keçirmək üçün öz töhfələrini verməyə çağırıram".