[b]Azərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib[b]
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 510 bakalavrın saxta bakalavr diplomu ilə magistraturaya sənəd verdiyini aşkarlayıb.
[APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə bildirib ki, həmin bakalavrlar ali məktəbi bitirmədikləri halda hansısa yollarla ali təhsil haqqında saxta sənəd alıblar: "Onların əlində dövlət diplomu olduğu üçün hüquqi baxımdan sənədlərini qəbul etməməyə ixtiyarımız yoxdur. Ancaq hazırda bununla bağlı araşdırma aparılır və nəticələr barədə ölkə rəhbərliyinə məlumat verəcəyik". M. Abbaszadənin sözlərinə görə, müxtəlif illərin məzunları olmuş həmin bakalavrlara dövlət diplomunun hansı ali məktəb tərəfindən verildiyi hazırda araşdırılır. TQDK sədri qeyd edib ki, ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu sabah yekunlaşır. İndiyədək 13 mindən çox ərizə verilib, ərizələrin 11789-u təsdiqlənib. Ümumilikdə isə bu il 14-15 min bakalavrın magistraturaya sənəd verəcəyi gözlənilir. M. Abbaszadə bildirib ki, magistraturaya qəbul imtahanları iyunun 22-də keçiriləcək. İmtahanın nəticələrinin isə iyunun 24-ü səhər elan ediləcəyi gözlənilir.
Azərbaycan Xəbərləri
Printable View

06-13-2008, 12:31 PMAPAAzərbaycanda 510 nəfər saxta bakalavr diplomu ilə magistraturaya sənəd verib

06-13-2008, 04:01 PMAPAAzərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir
[b]Azərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir[b]
Bakı. Laçın Sultanova - APA. Tiflisdə qadınlar və yetkinlik yaşına çatmayanlar üçün 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 63 qadın aclıq aksiyası keçirir.
[APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 6-dan başlayan aclıq aksiyasına qoşulan məhbuslar arasında Azərbaycan vətəndaşı Dilarə Daşdəmirova da var. Onlar şərti azadlığa buraxılmalarını, cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsini, yaş və səhhətləri ilə əlaqədar həbsdən azad olunmalarını, hamilə və 5 yaşına qədər uşaqları olan qadınların isə cəzalarının təxirə salınmasını tələb edirlər. D. Daşdəmirova ilə yanaşı, aclıq edən qadın məhbuslar arasında olan Rusiya və Ermənistan vətəndaşları ölkələrinin Tiflisdəki səfirliyinin nümayəndələri ilə görüşmək istədiklərini də bildiriblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov isə APA-ya bildirib ki, D. Daşdəmirovanın xahişi Gürcüstan Ombudsmanı Sozar Subari tərəfindən artıq səfirliyə çatdırılıb. Öz növbəsində, səfirlik D. Daşdəmirova ilə görüşmək üçün Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb: "Bizə məhbusun saxlanıldığı Cəzaçəkmə Müəssisəsində hazırda etiraz aksiyası keçirildiyi üçün görüşün günün ikinci yarısında mümkün ola biləcəyi bildirildi". Qeyd edək ki, D. Daşdəmirovanın hansı cinayəti törətdiyinə görə həbs olunduğu və hansı cəzaya məhkum edildiyi barədə açıqlama verilmir. -
06-13-2008, 04:11 PMAPAAzərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çingiz Aytmatovun dəfnində iştirak edəcək
[b]Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çingiz Aytmatovun dəfnində iştirak edəcək[b]
Bakı. Laçın Sultanova - APA. Böyük qırğız yazıçısı Çingiz Aytmatov sabah Bişkekdə, Ata-Beyit memorial kompleksində dəfn olunacaq.
[APA-nın "Central Asian News" agentliyinə istinadən verdiyi məlumata görə, Bişkekin meri Daniar Usenov dəfn mərasimində dünyanın bir çox ölkəsindən gələn nümayəndə heyətlərinin iştirak edəcəyini bildirib. O, Ç. Aytmatovun müsəlman və qırğız adətlərinə uyğun dəfn olunacağını söyləyib. Mer yazıçının 80 illiyi ilə əlaqədar planlaşdırılmış bütün tədbirlərin - seminarların, konfransların, kinofestivalın mərhumun qırxı çıxandan sonra baş tutacağını açıqlayıb. O, Aytmatovun adının küçələrə, rayonlara, universitetlərə veriləcəyini də əlavə edib.Qeyd edək ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev dəfn mərasimində iştirak etmək üçün Qırğızıstana yola düşüb. -
06-13-2008, 04:21 PMAPAAzərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub
[b]Azərbaycan kitabxanaları ilə MDB ölkələrinin kitabxanaları arasında əməkdaşlıq və təcrübə mübadiləsi haqqında razılıq əldə olunub[b]
[Bakı. Ülkər Qasımova-APA. Krım Elmi Kitabxanasında "Azərbaycan guşəsi" açılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, açılış mərasimi "Krım-2008" Beynəlxalq Kitabxana Konfransı çərçivəsində keçirilib. Konfrans çərçivəsində eyni zamanda Krım Elmi Kitabxanasında və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanasında türkoloq alim Bəkir Çobanzadənin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun əməkdaşları iştirak edib və "Bəkir Çobanzadə yaradıcılığı və Türk dünyasının ortaq dəyərləri" mövzusunda çıxış ediblər. Daha sonra tədbir iştirakçıları türkoloq alim Bəkir Çobanzadənin anadan olduğu Qarasubazar şəhərində onun şərəfinə ucaldılmış abidənin açılışı mərasimində və ədəbi-bədii gecədə iştirak ediblər. Tədbirdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Krım Muxtar Respublikasının Elmi Kitabxanası və İsmayıl ağa Qaspıralı adına Krım Tatar Kitabxanası arasında əməkdaşlığın inkişaf etdirilməsi və və təcrübə mübadiləsi sahəsində razılıq əldə olunub. Konfrans çərçivəsində Azərbaycan kitabxanaçıları bir sıra dünya kitabxanaları ilə əməkdaşlığın yaradılması sahəsində razılıq əldə edilib. Konfrans çərçivəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə Ukraynanın Nikolayevsk şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlıq haqqında, habelə Astana şəhər mərkəzi kitabxanasında fəaliyyət göstərən "Amerika Guşəsi" ilə Gəncə şəhər mərkəzi kitabxanasındakı "Amerika Guşəsi" arasında təcrübə mübadiləsi aparmaq sahəsində, Astara rayon mərkəzləşdirilmiş kitabxana sistemi ilə Dağıstanın Xasavyurd şəhər mərkəzləşdirilmiş kitabxana sistemi arasında kitabxanaların avtomatlaşdırılması və birgə layihələrin işlənməsi sahəsində təcrübə mübadiləsinin aparılması haqqında razılıq əldə olunub. Eyni zamanda konfrans çərçivəsində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fəaliyyətinin Müstəqil Dövlətlər Birliyi ərazisində ən çox oxunan "Biblioteka v şkole" qəzetində işıqlandırılması razılaşdırılıb. -
06-13-2008, 04:31 PMAPAAna Vətən Partiyası iyunun 17-də növbəti qurultayını keçirəcək
[b]Ana Vətən Partiyası iyunun 17-də növbəti qurultayını keçirəcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Ana Vətən Partiyası (AVP) iyunun 17-də növbəti qurultayını keçirəcək. Partiyanın sədri müavini Zahid Oruc APA-ya bildirib ki, "Park İnn" otelinə keçiriləcək qurultayda müxtəlif qurumların hesabatları dinləniləcək, təşkilata sədr seçiləcək, bu ilin payızında keçiriləcək prezident seçkilərinə münasibət bildiriləcək. Z. Oruc böyük ehtimalla qurultayda dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənəcəyi barədə qərarın qəbul olunacağını qeyd edib. -
06-13-2008, 04:41 PMAPAOqtay Şirəliyev: "Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur"
[b]Oqtay Şirəliyev: "Azərbaycanda yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur"[b]
Bakı. İlhamə İsabalayeva-APA. "Bəzi insanlar fikirləşirlər ki, bütün Azərbaycan səhiyyəsində tibbi xidmət pulsuzdur. Bu ilin fevralın birindən yalnız Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən dövlət xəstəxanalarında pulsuz tibbi xidmət göstərilir".
[APA-nın məlumatına görə, bu fikirləri YAP qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının tabeliyində olan xəstəxanalarında tibbi xidmət yalnız həmin sahə üzrə çalışan işçilər üçün pulsuzdur. Həmin xəstəxanalarda müalicə olunmaq üçün müraciət edən digər şəxslər üçün tibbi xidmət pulludur. Azərbaycandakı dövlət xəstəxanalarında əməliyyatların da dövlət hesabına aparıldığını deyən O. Şirəliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq, Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzində ürək əməliyyatları pulsuz aparılır. Hazırda yenidənqurma işlərinin aparılması üçün fəaliyyəti dayandırılan mərkəz ilin sonuna kimi öz işini yenidən bərpa edəcək: "Mərkəz fəaliyyətə başlayandan sonra ürək əməliyyatları da davam etdiriləcək. Əlbəttə ki, bu iş inkişaf etmiş ölkələrdə olduğu kimi növbə ilə olacaq və hər kəs öz növbəsini gözləməlidir". Nazirin bildirdiyinə görə, pulsuz tibbi xidmət tam tətbiq edildikdən sonra dövlət müəssisələrinə müraciət edən xəstələrin sayı artıb. Bu ilin yanvar-may aylarında dövlət xəstəxanalarına 260 min xəstə müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 min xəstə çoxdur. Pulsuz tibbi xidmətin tətbiqi ilə bağlı nazirliyə şikayətlərin daxil olmadığını deyən O. Şirəliyev qeyd edib ki, hazırda Azərbaycanda 540-a yaxın özəl klinika fəaliyyət göstərir. Həmin tibb müəssisələrinin göstərdiyi tibbi xidmətlərin qiymətləri də yüksək deyil və insanların əmək haqlarına uyğundur. -
06-13-2008, 04:51 PMAPASəhiyyə naziri Oqtay Şirəliyev: "İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur"
[b]Səhiyyə naziri Oqtay Şirəliyev: "İçliyi dövlət dilinə tərcümə olunmayan dərmanlar qanunsuzdur"[b]
[APA-nın məlumatına görə, O. Şirəliyev bildirib ki, son beş ildə Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 4 dəfədən çox artıb, son iki ildə 80-ə yaxın tibb müəssisəsi əsaslı təmir edilib və səhiyyə sahəsində 9 dövlət proqramı qəbul olunub. Nazir deyib ki, bir necə il əvvəl Azərbaycanda məxmərək və qızılca xəstəliklərinə yoluxma halları olsa da, ötən il qızılcaya yoluxma faktı qeydə alınmayıb, məxmərək xəstəliyi ilə bağlı isə bir necə hal aşkarlanıb. O. Şirəliyev hazırda Bakı, Gəncə və Lənkəranda üç perinatal mərkəzin yaradılması istiqamətində iş aparıldığını söyləyib. Bakıdakı mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Nazir paytaxt və regionların səhiyyə sistemləri arasında fərqi azaltmaq üçün ilin sonuna kimi rayonlar üçün də "Mercedes" markalı təcili yardım maşınları alınacağını açıqlayıb. Bir necə il əvvələ qədər Azərbaycana daxil olan dərmanların 80%-nin saxta olduğunu vurğulayan O. Şirəliyevin sözlərinə görə, hazırda ölkənin dərman bazarında yaranmış xaosu aradan qaldırmaq üçün tədbirlər görülür: "Son 6-7 ay ərzində nazirlik 1100 aptekdə yoxlama aparıb. Yoxlama nəticəsində 1000-ə yaxın dərman qeydiyyatdan keçmədiyi və istifadə müddəti bitdiyi üçün müsadirə edilib". Nazir Rusiyada istehsal olunan bəzi dərmanların Azərbaycana idxalının dayandırıldığını bildirib: "Dərmanların tərkibində aktiv maddələr olmalıdır. Ancaq Rusiyada istehsal olunan bəzi ucuz dərmanların tərkibində aktiv maddələr olmadığı üçün indi onlar Azərbaycana gətirilmir. Hazırda daha güclü dərmanlar alınır. Onlar daha səmərəlidir və bir necə dərmanı birlikdə əvəzləyə bilir". O. Şirəliyev Azərbaycanda 3500 adda dərman qeydiyyatdan keçdiyini, həmin dərmanların içliyinin (instruksiya) dövlət dilinə tərcümə edildiyini deyib: "İçliyi tərcümə olunmayan dərman bazara buraxılmır. Hansısa dərmanın içliyi tərcümə olunmayıbsa, bu o deməkdir ki, həmin dərman qeydiyyatdan keçməyib və qanunsuzdur". -
06-13-2008, 05:01 PMAPAİordaniya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə adlı quruma üzv qəbul olacaq
[b]İordaniya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə adlı quruma üzv qəbul olacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yüksək vəzifəli şəxslərinin komitəsi Seulda keçirilən növbəti iclasında İordaniyanın bu təşkilata üzv olmaq barədə müraciətinə müsbət rəy verib. APA-nın Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, iclasda həmçinin AQEM-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının bu il Almatıda keçiriləcək üçüncü görüşünə hazırlıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında konsepsiyanın layihəsi və yeni çağırışlar və təhlükələrə qarşı fəaliyyət planını müzakirə edilib. AQEM 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə Asiyada təhlükəsizliyin təminatı üçün ATƏT-ə bənzər səmərəli bir regional struktur kimi yaranıb. Hazırda bu qurumun 18 üzvü var. -
06-13-2008, 05:11 PMAPA"Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib
[b]"Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda filologiya elmləri namizədi Şəfəq Əlibəylinin "Füzulinin farsca divanı: linqvo-poetik təhlil" kitab nəşr edilib. İnstitutun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monoqrafiyada Məhəmməd Füzulinin farsca divanının dili araşdırılır. Kitabda konkret dil faktları əsasında təhlillər aparılır və "Divan"ın orta əsr farsdilli ədəbiyyatda dil və üslub cəhətdən tutduğu mövqe aydınlaşdırılır. Tədqiqatda Füzulinin farsca divanının ahəngi, fonetikası, qafiyəsi, əruz və təkrarlar sistemi təhlil olunur, şairin poetik dilinin leksikası, məcazi sözlərin semantik-üslubi imkanları, söz birləşmələri və cümlə növləri nəzərdən keçirilir. -
06-13-2008, 05:21 PMAPAİlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək
[b]İlin sonuna kimi Azərbaycanda böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Bu ilin sonuna kimi Azərbaycandakı böyrək çatışmazlığı xəstələrinin dövlət hesabına dializ olunması məsələsi tam həll ediləcək. APA-nın məlumatına görə, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, hazırda respublikada böyrək çatışmazlığı olan 1100 xəstə var. Onların 700-ə yaxını dövlət hesabına dializ edilir. Nazirin sözlərinə görə, Azərbaycanda qeydiyyata alınan şəkərli diabet xəstələrinin də sayı 63 min nəfərdən artaraq 70 min nəfərə yaxınlaşıb: "Əvvəllər şəkərli diabet xəstələri, eləcə də onkoloji xəstələr dövlətdən yardım almadıqları üçün qeydiyyata durmurdular. İndi isə bu yardımı hiss etdiklərinə görə qeydiyyata düşməyə başlayıblar". -
06-13-2008, 05:31 PMAPAGürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib
[b]Gürcüstanda 11 müxalifətçi deputat mandatdan imtina edib[b]
[Tiflis - APA. Gürcüstanın "Birləşmiş müxalifət - Milli Şura - sağlar" blokunun 11 deputatı mandatdan imtina edib və bununla bağlı parlamentin sədrinə müraciət ünvanlayıb. APA-nın xəbərinə görə, parlamentin qarşısında brifinq keçirən müxalifətçi deputatlar elə oradaca bəyanat imzalayaraq qanunverici orqanın dəftərxanasına təqdim ediblər. Bəyanatı imzalayanlar arasında David Qamkrelidze, Levan Qeçaçiladze, Eka Beseliya, Koba Davitaşvili kimi müxalifət liderləri də var. "Azadlıq" Partiyasının lideri Konstantin Qamsaxurdiya deputat mandatından daha əvvəl imtina edib. Ancaq birləşmiş müxalifətin siyahısı ilə parlamentə keçən 5 deputat mandatdan imtina etmək istəmir. Leyborist Partiyasının deputatları isə mandatdan imtina etməsələr də, parlamentin işinə qatılmayacaqlarını bildiriblər. Xatırladaq ki, mayın 21-də keçirilən seçkilərin nəticələrinə uyğun olaraq 150 yerlik parlamentə 4 partiya və blok keçib. Hakim Vahid Milli Hərəkat 119, "Birləşmiş müxalifət" 17, Leyborist Partiyası və Xristian Demokrat Hərəkatının hər biri 6 mandat qazanıblar. Bundan əlavə, Respublika Partiyasının iki üzvü majoritar sistem üzrə deputat seçilib. -
06-13-2008, 05:41 PMAPAOqtay Şirəliyev: "Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq"
[b]Oqtay Şirəliyev: "Bəstəkar İsa Məlikovun atasının həkimin səhv diaqnozu ucbatından öldüyü təsdiqlənərsə, o, cəzalandırılacaq"[b]
[Bakı. İlhamə İsabalayeva - APA. "Təkcə İsa Məlikovun deyil, hər bir kəsin həkimin səhvi ilə bağlı araşdırma aparmaq üçün müraciət etməyə haqqı var". APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bəstəkar İsa Məlikovun atasının həkim səhvi üzündən dünyasını dəyişməsi ilə bağlı deyilən fikirlərə münasibət bildirərkən deyib. Nazirin sözlərinə görə, İ. Məlikovun atası müalicə olunan vaxt Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzinin direktoru, akademik Cəmil Əliyev xarici ölkədə olub. Artıq Azərbaycana geri dönmüş C. Əliyevə məsələ ilə bağlı araşdırma aparmaq tapşırılıb. O. Şirəliyev deyib ki, əgər həqiqətən də ölüm faktının həkimin səhvi ucbatından baş verdiyi təsdiqlənərsə, o, cəzalandırılacaq.Qeyd edək ki, İsa Məlikovun atası Fazil Məmmədov mayın sonunda dünyasını dəyişib. F. Məlikovda yüngül xərçəng xəstəliyi olsa da, MOM-un həkimi İlham Əliyev tomoqrafik müayinə zamanı F. Məmmədovun ağıq onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib və bunun əsasında da səhv müalicə aparılıb. -
06-13-2008, 05:51 PMAPAErmənilərin Azərbaycanın Ağdam rayonunda törətdikləri yanğınlar nəticəsində ətraf mühitə 88494 manat ziyan dəyib
[b]Ermənilərin Azərbaycanın Ağdam rayonunda törətdikləri yanğınlar nəticəsində ətraf mühitə 88494 manat ziyan dəyib[b]
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər ermənilərin Ağdam rayonunun işğalda olan ərazilərində törətdiyi yanğınlar nəticəsində ətraf mühitə dəyən ziyanı müəyyənləşdirib.
[Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ermənilər iyunun 11-də Ağdamın işğal altında olan Baş Qərvənd, Qaraqaşlı, Sarıcalı kəndlərində 70 hektardan çox ərazidə yanğınlar törədiblər. Nəticədə Baş Qərvənd kəndinin 20, Qaraqaşlı kəndinin 30, Sarıcalı kəndinin 20 hektar ərazisi yanıb. Nazirliyin mütəxəssisləri apardıqları araşdırmalar zamanı torpağın üst münbit qatının yanması nəticəsində ətraf mühitə 77000, bitki örtüyünə 7700, atmosferə isə 3794 manat ziyan dəydiyini müəyyənləşdiriblər. Ümumilikdə Ağdam rayonu üzrə ətraf mühitə 88494 manat ziyan vurulub. -
06-13-2008, 06:01 PMAPAGürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
[b]Gürcüstan və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir[b]
[Tiflis - APA. Gürcüstan və Rusiya rəsmiləri prezidentlərin görüşünə hazırlaşırlar. APA-nın xəbərinə görə, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Teymuraz Yakobaşvili bildirib ki, hər şey qaydası ilə getsə, Mixail Saakaşvili və Dmitri Medvedev yayın sonuna qədər görüşəcəklər: "Əsas odur ki, yaranmış gərgin durum yumşaldılsın, eləcə də Gürcüstanın ərazi bütövlüyünü pozmayan, Rusiyanın maraqlarını müdafiə edən və iki ölkə arasında normal əlaqələri bərpa edən qərarlar qəbul edilsin". Rusiyanın Tiflisdəki səfiri Vyaçeslav Kovalenko da görüşün hazırlanması ilə bağlı məlumatı təsdiq edib. Eyni zamanda o bunun üçün müəyyən işlər görməyin vacibliyini vurğulayıb.Xatırladaq ki, Saakaşvili və Medvedev arasında ilk görüş iyunun 6-da MDB-nin Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi sammitində baş tutub. -
06-13-2008, 06:11 PMAPAÇeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər
[b]Çeçenistanda bir kəndə basqın edən yaraqlılar 3 nəfəri öldürüblər və bir neçə mülki şəxsi girov götürüblər[b]
[Çeçenistan - APA. Bu gün səhər bir qrup silahlı şəxs Çeçenistanın Nojay-Yurt rayonunun Benoy-Vedeno yaşayış məntəqəsinə basqın edib. Şimali Qafqazdakı Birləşmiş Qoşun Qruplaşmasının qərargahından bildiriblər ki, yaraqlıların sayı təxminən 60 nəfərə yaxın olub. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, kəndə daxil olan yaraqlılar hərəkət edən "Niva" markalı avtomobili atəşə tutublar, nəticədə maşının içərisindəki 3 nəfər - ata və iki oğlu həlak olublar. Benoy-Vedeno kənd icra nümayəndəsinin evi də daxil olmaqla, 5 ev yandırılıb. Dəstə kəndi tərk edərkən bir neçə mülki şəxsi özü ilə aparıb. Hazırda onların sayı dəqiqləşdirilir. Ordu, Daxili Qoşunlar və yerli milis əməliyyat-axtarış tədbirlərinə başlayıb. -
06-13-2008, 06:21 PMAPANazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb
[b]Nazranda baş verən partlayış nəticəsində 4 nəfər ölüb[b]
[Nazran - APA. Bu gün səhər İnquşetiyanın Nazran şəhərinin mərkəzində iki partlayış baş verib. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində eyni damı olan iki mağaza dağılıb. Nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. İnquşetiya Respublikasının fövqəladə hallar naziri Yusup Tsitsiyev iki nəfərin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib. Onlardan biri ərzaq mağazasının sahibi, digəri isə içki mağazasının satıcısıdır. Yaralılardan 3-nün vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Partlayışın qaz sızmasından baş verdiyi güman olunur. -
06-13-2008, 06:31 PMAPAVenesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklərə rəy verib
[b]Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklərə rəy verib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Venesiya Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsi və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında müzakirə aparılıb. Bu barədə APA-ya Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov açıqlama verib.
[Onun sözlərinə görə, Venesiya Komissiyasının qəbul etdiyi rəy gələn həftə açıqlanacaq. Sergey Kuznetsov Venesiya Komissiyanın Seçki Məcəlləsinə dair irəli sürdüyü bir sıra tövsiyələrin nəzərə alınmadığını bildirib: "Məsələn, komissiyaların tərkibi ilə bağlı dəyişiklik olunmayıb. Halbuki Venesiya Komissiyası bunu əsas aspektlərdən biri hesab edirdi. Şikayətlərə baxılmasına dair yeni sistemin tətbiqi yaxşı haldır, amma bu mexanizmin necə işləyəcəyini indidən söyləmək olmaz. Buna bəzi şübhələr var". Sergey Kuznetsov seçki müddətinin azaldılmasının da arzuolunmaz olduğunu bildirib: "Ümumilikdə Seçki Məcəlləsinə bir sıra məsələlərlə bağlı heç bir dəyişiklik edilməyib və bu hal Venesiya Komissiyasını təəssüfləndirir". O, Seçki Məcəlləsinə seçicilərin barmaqlara xüsusi mürəkkəbin vurulması ilə bağlı dəyişikliyin daxil edilməsini pozitiv məqam kimi vurğulayıb. Venesiya Komissiyasının növbəti addımları ilə bağlı sualı cavablandıran Sergey Kuznetsov bildirib ki, VK siyasi struktur deyil: "Venesiya Komissiyası siyasi struktur deyil, hüquqi əməkdaşlıq orqanıdır. Bu qanunun necə tətbiq olunması Azərbaycan hökumətindən asılıdır. Seçkilər - siyasi iradənin təzahür formasıdır. Əgər Seçki Məcəlləsində hansısa çatışmazlıqlar varsa, amma seçkilərdə iştirak edən siyasi partiyalar siyasi iradə nümayiş etdirirlərsə, o zaman demokratik seçki keçirilməsi mümkündür". Qeyd edək ki, Komissiyasının 75-ci plenar sessiyasında Azərbaycanın "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununa əlavə və dəyişikliklər ətrafında da müzakirə aparılıb. Venesiya Komissiyasının bu qanunla bağlı mövqeyi kifayət qədər müsbət olub. -
06-13-2008, 06:41 PMAPAFransa parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
[b]Fransa parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir[b]
Bakı. Tamara Qriqoryeva - APA. Sabah Fransa parlamentinin Fransa-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycana gələcəklər.
[APA-nın məlumatına görə, 8 nəfərlik nümayəndə heyətinə qrupun sədri Jan Lui Dümon başçılıq edir. Qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər. Deputatların qaçqınlarla görüşü və Qobustanda olması da nəzərdə tutulur. Səfər zamanı əsas müzakirə mövzuları ikitərəfli əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli və enerji məsələləri olacaq. -
06-13-2008, 06:51 PMAPABakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib
[b]Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib[b]
[Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyunun 17-də piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, şəhər rəhbərliyi aksiya ilə bağlı bu gün partiyaya cavab məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Müsavat Partiyasının mayın 4-də və 18-də mitinq keçirmək üçün müraciətinə cavab olaraq aksiyalar üçün Bibiheybətdə yer ayrılıb, lakin partiya bundan imtina edib. Bu əsas gətirən şəhər rəhbərliyi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunu pozmasına etiraz olaraq piketin keçirilməsini məqsədəuyğun saymayıb. BŞİH-nin cavabının qanuna zidd olduğunu deyən A. Hacılı isə aksiyanın keçirilməsinin məqsədəuyğun olub-olmamasını onu təşkil edən tərəfin müəyyənləşdirdiyini bildirib. O, qanunda nəzərdə tutulan addımı atdıqlarını və BŞİH-nin binası qarşısında piket keçirəcəklərini bildirib. Qeyd edək ki, partiya mayın 4 və 18-nə təyin etdiyi aksiyaları istədikləri yerdə keçirmələrinə icazə verilməməsinə etiraz olaraq BŞİH-nin binası qarşısında piket təyin edib. -
06-13-2008, 07:01 PMAPASerj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib
[b]Serj Sarkisyan 1 mart hadisələrində polisi ittiham edib[b]
[İrəvan - APA. Ermənistan prezidenti Serj Sarkisyan demokratiyanın tərkib hissəsi adlandırdığı mitinqlərin bundan sonra da keçiriləcəyini bəyan edib. APA-nın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, S. Sarkisyan polis rəhbərliyi və zabit heyəti ilə görüşdə demokratik dövlət qurduqlarını və həmin dövlətdə kütləvi tədbirlər, etiraz aksiyaları və digər siyasi iradə nümayişinə icazə veriləcəyini vurğulayıb: "Lakin bu, özbaşınalığa əsas vermir. Biz elə etməliyik ki, hər şey qanun çərçivəsində olsun".Ermənistan prezidenti bildirib ki, kütləvi tədbirlər qanun çərçivəsindən kənara çıxdıqda buna görə polis məsuliyyət daşıyır: "Heç kim demokratiya şüarı altında özünün kriminal meylini gizlətməməlidir. Bütün qanun pozuntularının qarşısı sərt şəkildə alınmalıdır, amma kobud şəkildə deyil". Martın 1-də İrəvanda baş verən hadisələrə toxunan S. Sarkisyan olaylarda təkcə müxalifətin deyil, eləcə də dövlətin və ilk növbədə polisin günahkar olduğunu söyləyibb. O, polisin həmin dövrdə ilk dəfə təşkil edilmiş iğtişaş proqramı ilə üzləşdiyini deyib: "Polisin fəaliyyəti peşəkar olsaydı, qurbanlardan və yaralılardan yayınmaq olardı". -
06-13-2008, 07:11 PMAPAElmar Məmmədyarov Polşa prezidenti ilə görüşüb
[b]Elmar Məmmədyarov Polşa prezidenti ilə görüşüb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşa prezidenti Lex Kaçinski ilə görüşüb.
[APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət, Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri ilə bağlı müzakirə aparılıb. Qeyd edək ki, E. Məmmədyarov Polşaya səfəri zamanı həmkarı Radoslav Sikorski, Polşa Senatının marşalı Boqdan Boruseviç, Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə də görüşüb. Nazirin Polşaya rəsmi səfəri başa çatıb. -
06-14-2008, 12:21 PMAPAAzərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq
[b]Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimə 35 ölkədən nümayəndə heyəti qatılacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin 90 illik yubileyi ilə bağlı mərasimdə 9 ölkənin parlament sədri iştirak edəcək.
[APA-nın məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Parlamentin sədri deyib ki, iyunun 19-da keçiriləcək yubiley iclasına 9 ölkənin parlament sədri, 17 ölkənin parlament sədrinin müavini, 24 beynəlxalq təşkilatın təmsilçisi qatılacaq. Spiker ümumilikdə yubiley mərasiminə 35 ölkədən nümayəndə heyətinin tədbirdə iştirak edəcəyini söyləyib. -
06-14-2008, 12:31 PMAPAAzərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək
[b]Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dəvəçi, Xaçmaz və Qubaya qastrola gedəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi iyunun 23-dən 25-dək Dəvəçi, Xaçmaz və Quba rayonlarına qastrol səfərinə gedəcək. Teatrdan APA-ya bildirilib ki, qastrol zamanı xalq yazıçısı İlyas Əfəndiyevin "Dəlilər və ağıllılar" tamaşasını nümayiş etdiriləcək. Tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, baş rollarda xalq artistləri Bəsti Cəfərova, Elxan Ağahüseynoğlu, əməkdar artistlər Cəfər Namiq Kamal, Kubrabəyim Əliyeva, Sabir Məmmədov, Sevinc Əliyeva, Kazım Həsənquliyev, Əsgər Məmmədoğlu, aktyorlar Məzahir Cəlilov, Rövşən Kərimduxt və başqaları çıxış edəcəklər. -
06-14-2008, 12:41 PMAPAMədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq gör
[b]Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq görülüb[b]
[Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Fransanın "İncəsənət və ədəbiyyat sahəsində xidmətlərinə görə" ordeninə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatında görə, Fransanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Jan-İv Berto ordeni Sevda Məmmədəliyevaya təqdim edib. O, Sevda Məmmədəliyevanın Azərbaycan elminin və mədəniyyətinin inkişafında böyük xidmətləri olduğunu qeyd edib. Diplomat Azərbaycanın mədəni irsinin mühafizəsində də S. Məmmədəliyevanın gərgin fəaliyyətini qeyd edərək, Fransa dövlətinin bu xidmətləri yüksək dəyərləndirdiyini bildirib. -
06-14-2008, 12:51 PMAPAErmənistan ordusu növbəti dəfə atəşkəsi pozub
[b]Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə atəşkəsi növbəti dəfə pozublar.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyunun 13-də saat 12.35-dən 12.50-dək və saat 14.55-dən 15.35-dək fasilələrlə Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 13.00-dək və saat 18.40-dan 23.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.30-dan 16.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.55-dən iyununun 14-ü saat 00.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur. -
06-14-2008, 01:01 PMAPASalyanda baş verən yol qəzalarında iki nəfər ölüb
[b]Salyanda baş verən yol qəzalarında iki nəfər ölüb[b]
Salyan. Əlibəy Zeynalov - APA. İyunun 13-də Salyan rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
[Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Lerik rayonunun Əbilə kənd sakini Arzuman Aslanov KAMAZ markalı, 90-JF-397 dövlət nömrə nişanlı avtomobili idarə edərkən maşının təkəri çıxıb və yoldan keçən Salyan rayonunun Qalalı kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar Rzayevə dəyib. Ağır xəsarət alan V. Rzayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1973-cü il təvəllüdlü Salyan rayon sakini Fəqan Əliyev isə Neftçala rayon sakini Fikrət Abdullayevə məxsus VAZ 2107 markalı, 90-BE-659 dövlət nömrə nişanlı avtomaşını qaçıraraq "Büllur" şadlıq sarayının yanında Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Asim Səlimovu vurub. A. Səlimov aldığı xəsarətdən hadisə yerində keçinib. Hər iki faktla bağlı Salyan Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır. -
06-14-2008, 01:11 PMAPAQazaxıstan Milli Bankı Çingiz xan sikkəsi buraxıb
[b]Qazaxıstan Milli Bankı Çingiz xan sikkəsi buraxıb[b]
[Bakı. Laçın Sultanova - APA. Qazaxıstan Milli Bankı "Böyük sərkərdələr" seriyasından Çingiz xan sikkəsi buraxıb. APA-nın Qazaxıstan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, sikkənin bir tərəfində Çingiz xan qoşunların əhatəsində at üstündə təsvir olunub. Sikkə 925 əyarlı gümüşdən hazırlanıb, çəkisi 31,1 qram, dəyəri 100 təngədir. -
06-14-2008, 01:21 PMAPAÇində kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb
[b]Çində kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qəza nəticəsində 27 nəfər ölüb. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, Syaoi şəhərində yerləşən mədəndəki partlayışdan sonra 15 fəhlə öz gücünə, 9-u xilasedicilərin köməyi ilə çölə çıxa bilib, 7 nəfərin taleyi isə naməlum olaraq qalır. Qəza zamanı mədəndə ümumilikdə 58 işçi olub. Xilasetmə işləri davam edir. -
06-14-2008, 01:31 PMAPAƏli Həsənov: "Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur"
[b]Əli Həsənov: "Seçki Məcəlləsini yenidən müzakirə etməyə vaxtımız yoxdur"[b]
Bakı. Ramil Məmmədli - APA. "Düşünmürəm ki, Seçki Məcəlləsi ilə bağlı məsləhətləşmələr bundan sonra da davam etdirilə bilər. Məcəlləni yenidən müzakirə etməyə vaxtımız yoxdur".
[APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, artıq seçkilərə hazırlığın startı verilməli və seçki komissiyaları işə başlamalıdır: "Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin layihəsi hələ qəbul olunmamışdan əvvəl Venesiya Komissiyası ilə birlikdə müxalifətin də müzakirələrdə iştirakı təmin olundu. Amma təəssüf ki, layihəyə yeni təkliflər olsa da, müxalifətlə bizim aramızda fikir ayrılığı yarandı, seçki komissiyaların tərkibi ilə bağlı məsələdə razılığa gəlinmədi. Siyasi partiyalar bu məsələdə razılığa gələ bilmədikləri üçün biz hakimiyyət olaraq seçki komissiyaları ilə bağlı mövcud formulun saxlanılmasını təklif etdik. Hazırda bu formul əsasında iş gedir". Ə. Həsənovun fikrincə, Venesiya Komissiyası və AŞ PA-nın bəzi üzvləri Seçki Məcəlləsinə bəzi siyasi qüvvələrin təsiri ilə qiymət verir. -
06-14-2008, 01:41 PMAPAAmerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar
[b]Amerikalı tələbələr Azərbaycanın ABŞ-dakı səfirliyinin keçirdiyi müsabiqənin qalibi olublar[b]
[ABŞ. Hüsniyyə Həsənova-APA. Azərbaycanın ABŞ-dakı səfirliyi "Coğrafi baxımdan uzaq, strateji tərəfdən yaxın: yaxın 10 ildə ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsi və ümumu maraqların qorunmasının perspektivləri" mövzusunda müsabiqə elan edib. APA-nın ABŞ bürosunun məlumatına görə, 7 tələbə Azərbaycan Demokratik Respublikasının qurulmasının 90 illiyi və ABŞ-la diplomatik əlaqələrin yaradılmasının 16-ci ildönümü münasibətilə keçirilən müsabiqənin qalibi olub. Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev təqdim olunan araşdırmaların səviyyəsini yüksək qiymətləndirib. Səfir bildirib ki, amerikalı tələbələrin iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələr barədə bu qədər mükəmməl biliklərə malik olması onu sevindirib: "Yarışmaya qatılan gənclər iki ölkə arasında daha da dərinləşən münasibətlərin gələcək simalarıdırlar." Qeyd edək ki, bu ilki müsabiqənin qalibləri Corc Vaşinqton Universitetindən (Avropa və Avroasiya Araşdırmaları sahəsi) Stephen Mintz və Jefry Lightfoot, Maryland/Harvard Universitetlərindən (Slavyan dilləri bölməsi) Aleksandr Qrose, Kolumbiya Universitetindən (Tarix bölməsi) Lauren Anquis, Prinston Universitetindən (Yaxın Şərq Araşdırmaları bölməsi) Mary Zenq, Montana Universitetindən (İqtisad bölməsi) Morqan Frederik, Corctaun Universitetindən (Rusiya, Avroasiya, Yaxın Şərq bölməsi) Brianna Tod, Kolumbiya Universitetindən (İqtisad və Siyasi Elimlər bölməsi) Pin Quan Nq seçiliblər. -
06-14-2008, 01:51 PMAPAAzərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub
[b]Azərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub[b]
Tovuz-Gədəbəy. Nəzakət Ağayeva -APA. Azərbaycanın qərb rayonlarına yağan dolu və güclü yağış əsasən Gədəbəy və Tovuz rayonlarında kənd təsərrüfatına xüsusilə ciddi ziyan vurub.
[APA-nın Qərb bürosunun məlumatına görə, rayonların elektrik təsərrüfatına dəymiş ziyanın bir qismi artıq aradan qaldırılıb. Eyni zamanda yolların təmizlənməsinə də başlanılıb. Dolu və sel nəticəsində Tovuzun Böyük Qışlaq, Çataq, Çeşməli, Qaradaş, Həsənli və Əhmədabad kəndlərində 800 hektar kartof, 2000 hektar isə biçənək məhv olub. Kartof sahələrində təxminən 50 faiz itki olacağı gözlənilir. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Niftalı Qasımov bildirib ki, adıçəkilən kəndlərdə sel 4 körpünü yuyub, şəxsi təsərrüfatlara məxsus 20 baş iri, 100 baş xırdabuynuzlu heyvan tələf olub. Gədəbəy rayon İcra Hakimiyyətinin müavini Qüdrət Paşayev bildirib ki, dolunun kommunal təsərrüfata vurduğu ziyanı aradan qaldırmaq üçün hökumət tərəfindən yardıma ehtiyac var. İlkin hesablamalara görə, Gədəbəy rayonunda 15 min ədəd dam örtüyünə ehtiyac duyulur. Bu rayon da kartof təsərrüfatının 50 faizi tamamilə məhv olub. -
06-14-2008, 02:01 PMAPABakıda Yunanıstan Həftəsi keçirilir
[b]Bakıda Yunanıstan Həftəsi keçirilir[b]
[Bakı. Laçın Sultanova - APA. Bu gün Azərbaycan paytaxtının "Park Hyatt Baku" otelində Yunanıstan Həftəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, həftənin açılışına həsr olunmuş tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin istənilən səviyyədə inkişaf etmədiyini və mövcud imkanlara cavab vermədiyini deyib. O bildirib ki, həftənin keçirilməsində məqsəd Yunanıstanın iqtisadi imkanları barədə məlumat verməkdir: "Yunanıstan qədim ölkə olmaqla yanaşı, eyni zamanda müasir iqtisadi potensiala malik bir dövlətdir. Üç qitə arasında yerləşən Yunanıstan bu qitələr arasında körpünün qurulmasında əlverişli rola malikdir". Səfir bir həftə ərzində yunan mətbəxi, yunan musiqisi və yunan zövqü ilə tanış olmaq üçün yaxşı imkan yarandığını söyləyib.Tədbirdə iştirak edən qonaqlara Yunanıstanın Saloniki şəhərinin "Hyatt Regency" otelinin baş aşpazı İoanis Şasiotisin Yunanıstandan gətirilmiş ərzaq məhsullarından hazırladığı yunan mətbəxi nümunələrindən dadmaq imkanı verildi. Qonaqlar arasında lotereya da oynanıldı. Qalib gələnlər həftənin təşkilatçıları olan şirkətlərdən hədiyyələr qazandılar və Yunanıstana səfər etmək imkanı əldə etdilər. -
06-14-2008, 02:11 PMAPARamil Usubov Lənkəranda yerli sakinləri qəbul edib
[b]Ramil Usubov Lənkəranda yerli sakinləri qəbul edib[b]
[Lənkəran. Ağaddin Babayev - APA. Bu gün Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov Lənkəranda olub. APA-nın cənub bürosunun məlumatına görə, nazir şəhər polis şöbəsinin binasında cənub bölgəsinin bir qrup sakinini qəbul edərək onların şikayətlərini dinləyib. Daxili işlər naziri həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla da görüşüb. Qeyd edək ki, Lənkərandan sonra Ramil Usubov günün ikinci yarısında Biləsuvarda yerli sakinləri qəbul edəcək. -
06-14-2008, 02:21 PMAPAQusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
[b]Qusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib[b]
[Bakı - APA. İyunun 13-də saat 18.00 radələrində Qusar rayonunun Quxuroba kəndində Gündüzqala kənd sakini İsmayıl İsmayılov "VAZ-2106" markalı avtomaşını idarə edərkən kənd sakini Gülnar Davudovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən G. Davudova orada ölüb. Qusar Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır. Dünən paytaxtın Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Ə. Rəcəbli küçəsində Qəbələ rayon sakini Yaşar Ağayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu dirəyə çırpıb və hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. -
06-14-2008, 02:31 PMAPAƏdalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib
[b]Ədalət Şükürov və Röyanın Yaşıl Teatrdakı konsertlərinin vaxtı dəyişdirilib[b]
[Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçirəcəyi konsertin vaxtı dəyişdirilib. Konsertin təşkilatçısı "Səs Organization"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, "Yada sal sevgilim" adlı konsert proqramı iyunun 30-na nəzərdə tutulsa da, konsert iyunun 27-nə keçirilib. "Sevgililər Günü" münasibətilə keçiriləcək konsert üç saata yaxın davam edəcək. Bu müddət ərzində Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. N.Emiloğlunun təşkilatçılığı ilə iyulun 4, 5 və 6-da Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulan Röyanın konsertinin də vaxtında dəyişiklik olub. Belə ki, Röyanın "Deməyəcəm" adlı konserti iyulun 5-i, 6-sı və 7-də baş tutacaq. Bu konsertdə Röya bir sıra yeni mahnılarla tamaşaçıların qarşısında çıxış edəcək. Hər iki konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır. Qeyd edək ki, hər iki konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-14-2008, 02:41 PMAPAƏli Həsənov: "Aksiyaların keçirilməsi üçün yerlərin sayı artırıla bilər"
[b]Əli Həsənov: "Aksiyaların keçirilməsi üçün yerlərin sayı artırıla bilər"[b]
[O bildirib ki, aksiyaların keçirilməsi ilə bağlı yerlərin verilməsi icra hakimiyyətlərinin ixtiyarında olan məsələdir. "İcra hakimiyyəti o yerdəki toplantı, aksiya və ya mitinq keçirmək imkanlarını görür və bunun başqa proseslərə mane olmayacağı qənaətinə gəlir, əlbəttə bu yerlərin sayı çoxaldıla bilər. Lakin bu gün üçün imkanlar təklif olunub. Seçki prosesi zamanı seçicilərlə görüş üçün bütün yerlərdə və rayonlarda hamı üçün bərabər təkliflər və şərait yaradılacaq. Müxalifət üçün təklif olunan yerlərdə biz də tədbirlərimizi keçirəcəyik". -
06-14-2008, 02:51 PMAPABahar Muradova: "Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil"
[b]Bahar Muradova: "Qoran Lenmarkerin vəzifədən getməsi onun Dağlıq Qarabağ üzrə məruzəçilikdən də getməsi demək deyil"[b]
[Bakı. Elnur Məmmədli - APA. "ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin səlahiyyət müddəti başa çatır və qurumun gələn ay keçirilən sessiyasında yeni sədrin seçilməsi məsələsinə baxılacaq. Bu vəzifəyə kimin namizəd olacağı hələ bəlli deyil". APA-nın məlumatına görə, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti irəli sürüləcək namizədlər arasından seçim edərək müvafiq şəxsi dəstəkləyəcək. ATƏT PA-nın prezidentliyinə azərbaycanlı üzvlərdən birinin namizədliyinin irəli sürülmə ehtimalına toxunan B. Muradova hər ölkənin namizəd irəli sürmək hüququ olduğunu söyləyib: "Amma namizəd irəli sürülərkən gərək həmin şəxsin mövqeyi, onun ölkəsinə münasibət və mövcud reallıqlar nəzərə alınsın. Çünki orada müəyyən tələblər var və namizəd bu kriteriyalara cavab verməlidir. Tarixə nəzər saldıqda görürük ki, bu vaxta qədər ATƏT rəhbərliyində münaqişəli ölkələrin nümayəndələri təmsil olunmayıblar. Ona görə də düşünürəm ki, bu amilləri nəzərə almadan namizəd irəli sürmək uğursuzluqla nəticələnə bilər". Q. Lenmarkerin prezident kimi səlahiyyətinin başa çatmasının onun Dağlıq Qarabağ üzrə məruzəçiliyinə təsir göstərib-göstərməyəcəyinə gəldikdə, B. Muradova bunun bir-biri ilə əlaqəsi olmadığını vurğulayıb: "Məruzəçiliklə bağlı hələlik problem yoxdur. Lenmarkerin sədrlikdən getməsi məruzəçilikdən getməsi demək deyil. O, məruzəçilikdə qala da bilər və bu məsələ hələ müzakirə mövzusu deyil". -
06-14-2008, 03:01 PMAPAPrezident Aparatının şöbə müdiri: "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm"
[b]Prezident Aparatının şöbə müdiri: "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Prezident seçkilərinin boykot edilməsi ilə bağlı təklifləri qeyri-ciddi hesab edirəm. Bunu insanların şəxsi fikri sayıram, çünki bu fikirlər Azərbaycanın mövcud reallıqlarına uyğun deyil". APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, seçkilərin boykot edilməsi hamının fikri deyil: "Mən düşünmürəm ki, seçkiləri bu gün boykot etmək mümkündür. Əgər hər hansı şəxs, partiya seçkilərdə iştirak etməsə belə, bu seçkilərin boykot edilməsi demək deyil. Seçkiləri boykotunu yalnız seçicilər seçkilərə qatılmamaq yolu ilə edə bilərlər. Bu da real deyil. Çünki seçkiyə kifayət qədər seçici qatılacaq". -
06-14-2008, 03:11 PMAPAAzərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq
[b]Azərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq[b]
[Bakı. Elnur Məmmədli - APA. Yaxın günlərdə Azərbaycan mətbuatına dəstək konsepsiyası prezidentə təqdim olunacaq. APA-nın məlumatına görə, Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konsepsiyanın tam hazırlandığını və hökuməti qane etdiyini deyib: "Düşünürəm ki, bu konsepsiya qəbul ediləcək. Sənədin hazırlanmasında təkcə hakimiyyət strukturları yox, mətbuat ictimaiyyəti də iştirak edib. Kifayət qədər yetkin bir konsepsiya hazırlanıb. Amma məsələ tək konsepsiya deyil, konsepsiyadan sonra hazırlanacaq proqramlar və fəaliyyət planların da olacaq". -
06-14-2008, 03:21 PMAPAƏli Həsənov: "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır"
[b]Əli Həsənov: "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Bəzi partiyaların qərargahdan çıxarılması təmirlə əlaqədardır". APA-nın məlumatına görə, bunu Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, təmirsiz, kommunal şəraiti pis olan binaların təmir edilməsinə yalnız sevinmək lazımdır. Ə. Həsənov bildirib ki, təmir başa çatdıqdan sonra yenidən o partiyalara həmin yerlərdə fəaliyyət göstərməsi üçün şəraiti yaradıla bilər. Prezident seçkiləri ərəfəsində qərargahsız partiyaların fəaliyyət göstərməsinin yolları ilə bağlı suala cavabında isə PA təmsilçisi bildirib ki, bunun üçün respublikanın imkanları çox genişdir: "O partiyaların özləri də yəqin yerlər tapacaqlar".