ABŞ Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təəssüfləndiyni bildirib
06.03.08 13:26
Azərbaycan, Bakı, 06 mart / « müxbir A.Qasımova/ ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qoşunlarının təmas xəttində hərbi əməliyyatlarla bağlı təəssüfləndiyi bildirib. Bu barədə çərşənbə günü Vaşinqtonda keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bəyan edib.
«Biz hər iki tərəfə öz narahatlığımızı ABŞ dövlət katibinin köməkçisinin müavini Metyu Brayza vasitəsilə bildirmişik. O, hazırda Bakıdadır, sabah isə Ermənistanda danışıqlar aparacaq» - deyə Keysi bildirib.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də gecə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin bir neçə istiqamətində növbəti dəfə atəşkəs rejimini pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən martın 5-də verilən məlumata gbrə, atışma nəticəsində Ermənistan tərəfi 12 hərbi qulluqçusunu itirib, 15 əsgəri isə yaralanıb. Azərbaycan tərəfindən dörd əsgər ölüb, biri isə yaralanıb. Hazırda qoşunların təmas xəttində vəziyyət nisbi sabitdir.
Keysinin sözlərinə görə, münaqişə tərəfləri güc göstərməkdən qaçmalı və münaqişənin diplomatik həlli yollarının tapılması üçün ATƏT-in Minsk qrupu ilə birgə işləməyin vacib olduğunu anlamalıdırlar. Ermənistanda seçki sonrası qeyri-sabit vəziyyətə toxunan Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Brayzanın səfərdə əsas məqsədi hökumət və müxalifət arasında dialoqa yardım göstərilməsi üçün imkanların öyrənilməsidir. «Onun Ermənistan hakimiyyətinə əsas müraciətlərindən biri vəziyyətin stabilləşdirilməsi olacaq və bizim üçün fövqəladə vəziyyətin ləğvini görmək çox vacibdir. Biz həmçinin «Azadlıq» radiostansiyası da daxil olmaqla, KİV-ə münasibətdə tətbiq edilən məhdudiyyətlərdən narahatıq. Biz onların ləğv olunmasını istərdik. Bu təkcə bizim üçün deyil, bu dövrdə açıq informasiya əldə etmək hüququna malik olan Ermənistan xalqı üçün də mühümdür» - deyə Keysi vurğulayıb.
Bazar günü prezident Robert Köçəryanın fərmanı ilə Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan olunub. Bu, müxalifətin prezident seçkilərinin nəticələrinə qarşı keçirdikləri nümayişlər polis qüvvələri tərəfindən dağıdılan zaman yaranmış qarşıdurmadan sonra tətbiq olunub. Ermənistanın Səhiyyə Nazirliyinin martın 3-nə olan məlumatına görə, şənbə günü və bazar günü gecə Yerevanda baş verən qarşıdurma zamanı zərər çəkənlərin ümumi sayı 131 nəfər təşkil edib ki, onlardan səkkizi güllə yarasından ölüb.
Fevral ayının 20-dən Yerevanda müxalifət tərəfindən təşkil olunmuş oturaq mitinqlər, yürüşlər, eləcə də tələbə tətilləri keçirilir. Bu aksiyaların təşkilatçıları və iştirakçıları fevralın 19-da Ermənistanda keçirilən prezident seçkiləri ilə bağlı MSK-nın yaydığı nəticələrə etirazlarını bildirirlər. Əhalinin etiraz aksiyasının amansızcasına yatırılmasından sonra bir çox müxalifətçilər həbs edilib və onların taleyi hələ də naməlumdur.
MSK-nın yekun məlumatlarına əsasən, seçicilərin 52,82 faiz səsini toplayan fəaliyyətdə olan Baş nazir Serj Sarkisyan Ermənistan prezidenti seçilib. İkinci yerdə 21,5 faiz səslə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan qərarlaşıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən erməni icmasının da kompakt yaşadığı Dağlıq Qarabağ regionunu işğal edib. Təsdiq olunmamış məlumatlara görə, münaqişə nəticəsində hər iki tərəfdən 25 mindən çox insal həlak olub. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır
Azərbaycan Xəbərləri
Printable View

03-06-2008, 01:57 PMciciqiz

03-06-2008, 02:01 PMAPAFransa təmsilçisi: "Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda baş verən son hadisələr Kosovonun presedent olduğunu bir daha göstərir"
[b]Fransa təmsilçisi: "Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda baş verən son hadisələr Kosovonun presedent olduğunu bir daha göstərir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Kosovonun müstəqilliyini bəyan etməsi presedent yaradır". APA-nın məlumatına görə, bunu NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən 68-ci "Rous Rout" seminarında çıxış edən Fransa təmsilçisi Lui Buvard deyib.
["Biz bu prosesləri Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda görürük. Baş verənlər bir daha göstərir ki, Kosovo həqiqətən də presedentdir" söyləyən L. Buvard bunun regionda stabillik üçün də problem olduğunu vurğulayıb. Serbiyanın nümayəndəsi U. Vaynoviç isə Kosovonun müstəqilliyini tanımayan ölkələrdən biri olan Azərbaycana təşəkkürünü bildirib. Kosovonun müstəqilliyini bəyan etməsindən sonra Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağda da bu kimi presedent problemlərinin başladığını diqqətə çatdıran qonaq bunun regionun stabilliyinə də ziyan vura biləcəyini xatırladıb: "Hesab edirik ki, Kosovonun müstəqilliyini tanıyan ölkələr mövqeyini dəyişməlidir". -
03-06-2008, 02:02 PMciciqiz
Ukrayna məhkəməsi azərbaycanlı kriminal avtoriteti həbsdən azad etmədi
29.02.08 12:18
Azərbaycan, Bakı, 29 fevral / “Trend News”, müxbir K.Zərbalıyeva/ Kiyevin Şevçenko rayon məhkəməsi azərbaycanlı kriminal avtjritetin həbsdən azad olunması barədə şikayətini rədd edib.
Ukraynanın Praym Kraym İnformasiya Agentliyinin yaydığı məlumata görə, cümə axşamı məhkəmə kriminal aləmdə “Rövşən Lənkəranlı” kimi tanınan Rövşən Caniyevin şikayətinə baxıb.
Caniyev iki həftə öncə Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Caniyevin vəkili Oksanu Pavilenko hüquqlarını müdafiə etdiyi şəxsin həbs olunan zaman hüquqlarının pozulduğunu və onun barəsində psixi dispanserdən alınan rəyi əsas gətirərək kriminal avtoritetin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Məhkəmə Caniyevin beynəlxalq axtarışda olduğunu və onun cinayətinin ağırlığını əsas gətirərək barəsindəki həbs qərarını qüvvədə saxlayıb. -
03-06-2008, 02:04 PMciciqiz
Azərbaycanın müdafiə naziri cəbhə bölgəsindədir
06.03.08 12:41
Azərbaycan, Bərdə, 06 mart / « Trend News», müxbir Ş.Cəliloğlu/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev martın 6-da cəbhə bölgəsi olan Tərtər rayonuna gəlib. “Trend”in bölgə müxbirinin məlumatına görə, müdafiə naziri ötən ilin yekunlarına dair keçirilən hesabat iclasında iştirak edir.
Məlumata görə, müdafiə nazirinin hesabat yığıncağından sonra son günlər atəşkəs rejimi pozulan əraziyə də baş çəkəcəyi gözlənilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 4-də səhər saatlarından başlayaraq növbəti dəfə atəşkəs rejimini pozublar. Bunun nəticəsində də cəbhənin bir neçə istiqamətində vəziyyət gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, martın 4-5-də atəşkəsin pozulması nəticəsində Ermənistan Silahlı Qüvvələri 12 hərbçisini itirib, 15 əsgəri isə yaralanıb. Döyüşlər zamanı Azərbaycan Milli Ordusunun 4 əsgəri şəhid olub. Hazırda qoşunların təmas xəttində nisbi sakitlikdir.
Atəşkəs rejimi əsasən Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri istiqamətində pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidməti Əbiyevin hesabat yığıncağında iştirak etmək üçün Tərtərə getdiyini təsdiqləyib, ancaq bu səfərin cəbhə bölgəsində son günlər yaranmış gərginliklə bağlı olmadığını bildiriblər. -
03-06-2008, 02:05 PMciciqiz
Azərbaycan Milli Elmlər Akademiyasında baş verən yanğın zamanı akademik vəfat edib
05.03.08 14:54
Azərbaycan, Bakı, 05 mart / « Trend News», müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Texnologiya İnstitutunun yeddinci mərtəbəsində bu gün günorta saatlarında baş verən yanğın nəticəsində 87 yaşlı akademik Hacıbəy Sultanov ölüb. Bu barədə çərşənbə günü “Trend”ə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, yanğın həmin mərtəbədə olan Şamaxı Astrofizika Rəsədxanasının Bakı ofisində olub. Akademik Sultanov kəskin boğucu iydən vəfat edib.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Sultanov Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri idi. -
03-06-2008, 02:06 PMAPAAmerikanın məşhur "Battery Dance" qrupu Bakıda konsert verəcək
[b]Amerikanın məşhur "Battery Dance" qrupu Bakıda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. Amerikanın "Battery Dance" qrupu Bakıda çıxış edəcək. ABÅ -
03-06-2008, 02:09 PMciciqiz
Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
06.03.08 10:10
Azərbaycan, Bakı / « Trend », müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 19.10\-dan martın 6-ı saat 06.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.40-dan 21.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 00.10-dan 02.55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.05-dən 02.50-dək Ağdam rayonunun Şurabad kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda cavab atəşilə düşmən susdurulub.
İtki yoxdur. -
03-06-2008, 02:11 PMAPAİbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalında çıxış edəcək
[b]İbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalında çıxış edəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İbrus Teatrının kollektivi martın 13-dən 22-nə kimi xarici ölkələrdə qastrol səfərində olacaq. Teatrdan APA-ya verilən məlumata görə, yaradıcı kollektivin ilk səfərini Moskvaya edəcək. Daha sonra isə İbrus Teatrı Torontoda keçiriləcək beynəlxalq teatr festivalına qatılacaq. Festivalda teatr kollektivinin iştirakı ilə Rüstəm İbrahimbəyovun "İvan Buninin sonuncu döyüşü" tamaşası nümayiş etdiriləcək. Tamaşada əsas rolları Fuad Poladov, Mehriban Zəki və Mələk Abbaszadə canlandırır. -
03-06-2008, 02:11 PMciciqiz
Muğam” müsabiqələrinin laureatlarından bir qrupu Prezident təqaüdünə layiq görülüb
05.03.08 20:23
Azərbaycan, Bakı, 05mart /«Trend Prezident İlham Əliyevin çərşənbə günü imzaladığı sərəncamına əsasən, “Muğam- 2005” və “Muğam- 2007” müsabiqələrinin laureatlarından altı nəfərinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq . Həmin istedadlar həm də Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
::yerivar:: :aferin: -
03-06-2008, 02:16 PMAPAQazaxıstan müdafiə nazirinin müavini: "Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır"
[b]Qazaxıstan müdafiə nazirinin müavini: "Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır"[b]
[Bakı. Tamara Qriqoryeva-APA. "Qazaxıstanın mövqeyi belədir ki, Xəzər dənizində bütün hərbi əməliyyatlar dayandırılmalıdır". APA-nın məlumatına görə, bunu Qazaxıstan müdafiə nazirinin müavini Bulat Sembinov bildirib. Xəzərin tam demilitarizasiyasının tərəfdarı olduqlarını vurğulayan nazir müavini bunun regionda stabilliyə doğru daha bir addım olacağını qeyd edib. -
03-06-2008, 02:21 PMAPAMartın 4-də Tərtər cəbhəsində Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə şəhid olmuş Azərbaycan hərbçiləri medalla təltif ediliblər
[b]Martın 4-də Tərtər cəbhəsində Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə şəhid olmuş Azərbaycan hərbçiləri medalla təltif ediliblər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Müdafiə naziri Səfər Əbiyev martın 4-də Ermənistan Silahlı Qüvvələri ilə döyüşdə Azərbaycan Ordusunun şəhid olan dörd hərbçisinin - Tusayev Nemət Həbibulla oğlu, Qasımov Yusif Oruc oğlu, İsmayılov Bəhruz Arzu oğlu və Səfərov Ceyhun Bahəddin oğlunun "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilməsi barədə əmr imzalayıb.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, medalları təqdim etmək və ailələrinə başsağlığı vermək üçün Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri - general-leytenant Çingiz Məmmədov, general-mayor Fazil Aşumov və general-mayor Məmməd Beydullayev şəhid hərbçilərin anadan olduğu Zaqatala, Å -
03-06-2008, 02:31 PMAPAGürcüstan azərbaycanlıları üçün gürcü dili kursları açılıb
[b]Gürcüstan azərbaycanlıları üçün gürcü dili kursları açılıb[b]
[Tiflis. Kəmalə Həsənova – APA. Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiya prosesini sürətləndirmək məqsədilə ATƏT-in Gürcüstan ofisi və "Azərbaycan Qadınlar İttifaqı" adlı qeyri-hökümət təşkilatının köməyi ilə azərbaycanlılar üçün gürcü dili kursları açılıb. ATƏT-in Gürcüstan ofisinin mətbuat katib Marta Freemen APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, azərbaycanlılar və başqa milli azlıqların nümayəndləri kurslarda gürcü dili ilə yanaşı, bir vətəndaş kimi hüquq və vəzifələrini da öyrənəcəklər. Kurslar Marneuli rayonunda təşkil olunacaq. -
03-06-2008, 02:36 PMAPAMəmməd Əlizadə: "Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə bilərik"
[b]Məmməd Əlizadə: "Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə bilərik"[b]
[Bakı. Elnur Məmmədli-APA. "Biz müxalifət partiyası deyilik, dövlətçiliyə zidd addımlar da atmırıq, nəyə görə YAP tərəfindən mənə qarşı təzyiqlər olmalıdır? Bu məsələnin qaldırılmasına, qızışdırmasına ehtiyac yoxdur. Bəziləri bunu bilərəkdən şişirdirlər ki, guya bizi sıxırlar, halbuki belə şey yoxdur. Bizə də bütün iqtidaryönlü partiyalarla eyni münasibət göstərilir". Bunu APA-ya açıqlamasında ötən həftə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyinin YAP vermiş Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Onun sözlərinə görə, YAP-ın bazası hesabına öz partiyasını genişləndirməklə bağlı deyilənlərin də əsası yoxdur: "YAP-dan bizə gələn yoxdur, gəlsələr də götürmərik. Çünki biz də YAP-ın başqa bir formasıyıq, oradan bizə gəlməyin nə mənası var ki... Siyasi kursumuz eyni olduğundan gələcəkdə YAP-a birləşə də bilərik. Çünki biz siyasi fəaliyyətimizi YAP-ın proqramı əsasında kökləmişik". M. Əlizadə, əsasən müxalifət partiyalarından AXCP və Müsavatdan bir sıra şəxsin DADP-yə transfer etdiyini vurğulayıb. İndiyə qədər YAP-da özünə qarşı mənfi münasibət hiss etmədiyini bildirən M. Əlizadə, bununla belə, bəzi məsələlərlə bağlı müstəqil addım ata biləcəyini gizlətməyib: "Mən də siyasi partiyanın rəhbəriyəm, öz Nizamnaməmiz, müstəqil addımlar atmaq hüququm var. Biz cəmiyyətdə sağlam rəqabət formalarını, güclənmək, təşkilatlanmaq, Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda önəmli rol oynamağı təklif edirik". -
03-06-2008, 02:41 PMAPAİnsan Hüquqları üzrə İşçi Qrupun toplantısında Azərbaycan hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısı müzakirə edilib
[b]İnsan Hüquqları üzrə İşçi Qrupun toplantısında Azərbaycan hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısı müzakirə edilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun toplantısı keçirilib. İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə APA-ya bildirib ki, iclasda hüquq müdafiəçilərinin azadlığa buraxılmasını istədikləri 33 nəfərlik məhbus siyahısı ilə bağlı müzakirə aparılıb.
[Müzakirələr zamanı bəzi məsələlərlə bağlı ortaq razılığa gəlindiyini bildirən Ç. Qənizadə deyib ki, hüquq müdafiəçiləri xəstə məhkumların və həbsdəki jurnalistlərin, cəzalarının böyük hissəsini çəkən məhbusların azad olunması ilə bağlı təklif irəli sürüblər. Toplantıda "siyasi məhbus" anlayışının rəsmi strukturları qane etməməsi barədə mövqelər səsləndirilib və qeyd olunub ki, insanların azadlığa buraxılması humanizm təşəbbüsü kimi qiymətləndirilməlidir: "Biz də qeyd etdik ki, necə adlandırılmasından asılı olmayaraq, insanların azad olunmasının tərəfdarıyıq". Onun sözlərinə görə, İşçi Qrupun üzvü Eldar Zeynalov təmsil olunduğu İnsan Hüquqları Federasiyası adından 72 nəfərlik siyasi məhbus siyahısını müzakirələrə təqdim edib: "Siyahıda 14 "Sadval"çının, vəzifəli şəxslərin həyatına sui-qəsd edən şəxslərin adları var. Siyahı reallıqdan uzaq olduğu üçün siyahını ciddi qəbul etmədik". İşçi Qrupda aparılan müzakirələrin səmərə verəcəyini bildirən Ç. Qənizadə deyib ki, hüquq müdafiəçiləri Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanacağına inanırlar. İclasda İşçi Qrupun növbəti toplantısının aprel ayının əvvəllərində keçirilməsinə qərar verilib. -
03-06-2008, 02:56 PMAPAPrezident İlham Əliyev Türkiyə və Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib
[b]Prezident İlham Əliyev Türkiyə və Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın etimadnaməsini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir etimadnaməsini prezident İ. Əliyevə təqdim edib.Diplomatı yeni təyinatı münasibətilə təbrik edən dövlət başçısı Azərbaycanda onun fəaliyyətinin uğurlu olacağına, bu müddət ərzində qardaş ölkələr arasında əlaqələrin daha da sürətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edən prezident gələcəkdə də əməkdaşlığın, işbirliyinin möhkəmlənəcəyini bildirib. Öz növbəsində, səfir iki dost, qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini, bu işdə Azərbaycan rəhbərliyinin dəstəyinə ümid bəslədiyini vurğulayıb.Azərbaycan prezidenti bu gün Qazaxıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serik Primbetovun da etimadnaməsini qəbul edib. -
03-06-2008, 03:01 PMAPAAzərbaycan prezidenti Pakistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
[b]Azərbaycan prezidenti Pakistanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan prezidenti Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavid Qureyşini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Cavid Qureyşinin səfir kimi ölkəmizdə fəaliyyəti dövründə əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirib.Öz növbəsində səfir iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. -
03-06-2008, 03:21 PMAPAAzərbaycanda 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib
[b]Azərbaycanda 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus dünyasını dəyişib. APA-nın əldə etdiyi məlumata görə, müəssisədə cəza çəkən Corat qəsəbə sakini Abgül Abgülov dünən vəfat edib.
[Dörd il əvvəl oğlunu qətlə yetirdiyi üçün 6 il müddətinə azadlıqdan məhrum edilmiş A. Abgülov elə oğlunun ölümünün ildönümü günündə ölüb.Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya məlumatı təsdiqləyiblər. Xidmətdən məhbusun ürək çatışmazlığından vəfat etdiyi də bildirilib. -
03-06-2008, 03:26 PMAPAVəkilləri Qənimət Zahidə bəraət verilməsini istəyiblər
[b]Vəkilləri Qənimət Zahidə bəraət verilməsini istəyiblər[b]
[Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin və Bakı şəhər sakini Vüsal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Q. Zahid absurd ittihamlarla həbs olunduğunu bildirib, özünü günahsız saydığını vurğulayıb. V. Həsənov isə baş verən insidentin tam təsadüfi olduğunu söyləyib. Q. Zahidin vəkilləri isə jurnalistin yazılarına görə həbs edildiyini bildirərək, ona bəraət verilməsini istəyiblər. Bundan sonra məhkəmə müşavirəyə gedib. Qeyd edək ki, dövlət ittihamçısı Q. Zahidin 5 il, V. Həsənovun isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ittiham olunur. -
03-06-2008, 03:31 PMAPAMartın 7-də AÅ
[b]Martın 7-də AÅ

03-06-2008, 03:51 PMAPAProfessor Füzuli Bayat: "Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədilib"
[b]Professor Füzuli Bayat: "Xocalı soyqırımı təkcə Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədilib"[b]
Qaziantep. Mayis Əlizadə - APA. Qaziantep Universitetinin Ömər Asım Aksoy zalında "Erməni zülmü kontekstində Xocalı soyqırımı" adlı konfrans keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, konfransda çıxış edən professor Füzuli Bayat bildirib ki, ermənilərin öz milli marşlarının mətninə "Türkləri öldürün!", "Düşmənlərinizi tanıyın!" sözlərini daxil etməklə uşaqları nifrət ruhunda böyüdürlər.
["Biz bunun müqabilində övladlarımıza tariximizi unutmamağı öyrətməli, amma onları nifrət ruhunda böyütməməliyik". Professor ermənilərin 20-ci əsrin əvvəllərində Orta Asiya, Qafqaz bölgəsi və Türkiyədə çoxlu sayda soyqırımı aktı törətdiyini xatırladıb: "Van, Ərzurum, İğdır və Qarsda çoxlu sayda kütləvi məzarlıqlar aşkarlanıb. Ermənilərin guya məsum millət olduğu, heç kəsi qətə yetirmədiyi kimi bir imic formalaşsa da, türklərə qarşı bu soyqırımı faktı inkar edilə bilməz". Füzuli Bayat Ermənilərin Xocalıda 613 dinc sakini qətlə yetirdiyini, öldürülən məsum insanlar arasında 83 uşaq və 106 qadın olduğunu bildirib: "Bu soyqırımı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütün türk dünyasına qarşı törədilmişdir. Bu, hamımızın faciəsidir. Əgər bu faciəyə sahib çıxmasaq, dünya ictimai rəyində məğlubiyyətə uğramış olacağıq. Biz birlik nümayiş etdirərək bu soyqırımı dünya ictimaiyyətinə çatdırmalıyıq. Tariximizi unutduğumuz üçün bu soyqırımlarını da unutduq. Bu nə tarixi, nə də sosial bir məsələ deyil. Bu, siyasi məsələdir" . -
03-06-2008, 03:56 PMAPAAzərbaycan MN-in sözçüsü: "Ermənistan rəhbərliyi 12 itki və 15 yaralılarının olması faktını hiyləgərliklə ört-basdır etməyə cəhd göstərir"
[b]Azərbaycan MN-in sözçüsü: "Ermənistan rəhbərliyi 12 itki və 15 yaralılarının olması faktını hiyləgərliklə ört-basdır etməyə cəhd göstərir"[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Cəbhədəki son vəziyyətlə bağlı ölkə daxilində partlayış həddində olan növbəti əhval-ruhiyyəni sakitləşdirmək məqsədi ilə Ermənistan prezidenti Robert Köçəryan şəxsən özü dezinformasiyalar yaymağa başlayıb".
[Bu sözləri APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu deyib. R. Köçəryanın keçirdiyi mətbuat konfransında cəbhə xəttində baş verən atışma zamanı Ermənistan tərəfdən yalnız iki yaralının olması barədə fikirlərinə münasibət bildirən E. Sabiroğlu onun söylədiklərinin həqiqəti əks etdirmədiyini, tam yalan olduğunu vurğulayıb: "Sübut üçün yalnız bir faktı göstərmək kifayətdir. Robert Köçəryandan iki gün əvvəl mətbuat konfransı keçirən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan atışma zamanı çoxlu yaralının olması haqda həyəcanlı bəyanatlar verib, atışmanın dərhal dayandırılması barədə beynəlxalq təşkilatlardan kömək istəmişdi. Bir gün sonra isə Ermənistanın hərbi rəhbərliyi Azərbaycanın Müdafiə Nazirliyindən atışmanı dayandırmağı xahiş etmişdi. İndi onların hansı düz danışır? Nəticəni özünüz çıxarın".Nazirlik sözçüsü deyib ki, Ermənistan rəhbərliyi bu hiyləgər üsulla 12 itki və 15 yaralılarının olması faktını ört-basdır etməyə cəhd göstərir: "Burada başqa bir niyyət də var. Son illər erməni ordusunun əfsanəvi gücə malik olması barədə süni şəkildə formalaşdırılan mifin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsi onlara möhkəm yer edib. Ermənistan rəhbərliyi tərəfindən yayılan hazırkı dezinformasiyaların əsas mahiyyəti budur". -
03-06-2008, 04:11 PMAPAAzərbaycanın müdafiə naziri: "Ermənistan bundan da tutarlı cavab alacaq"
[b]Azərbaycanın müdafiə naziri: "Ermənistan bundan da tutarlı cavab alacaq"[b]
Tərtər. Teymur Quliyev-APA. "Cəbhə xəttində son vaxtlar yaranan vəziyyət Ermənistanın daxilindəki siyasi-iqtisadi gərginliklə bağlıdır".
[APA-nın Qarabağ bürosunun məlumatına görə, bu bəyanatla Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev çıxış edib. "Ermənistan növbəti dəfə təxribat törətməyə cəhd etsə, bundan da tutarlı cavab alacaq",-deyə nazir vurğulayıb. -
03-06-2008, 04:51 PMAPAVatikanın dövlət katibi Azərbaycana gəlib
[b]Vatikanın dövlət katibi Azərbaycana gəlib[b]
[APA-nın məlumatına görə, Vatikanın dövlət katibini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycanın baş naziri Artur Rəsizadə, xarici işlər nazirinin müavini Vaqif Sadıxov, Vatikanın Azərbaycandakı nümayəndəsi – nunsi Klaudio Qucerotti, Bakı katolik kilsəsinin rəhbəri Yan Çapla qarşılayıblar. Tarçizio Bertonenin baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşü planlaşdırılıb. Vatikanın dövlət katibi Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi açılış mərasimində iştirak edəcək, Qafqaz Müsəlmanları İdarəsinin sədri Å -
03-06-2008, 04:56 PMAPAAkif Aşırlının "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabı Türkiyə türkcəsində nəşr olunub
[b]Akif Aşırlının "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu" kitabı Türkiyə türkcəsində nəşr olunub[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Å -
03-06-2008, 05:11 PMAPABeynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb
[b]Beynəlxalq Qırmızı Xaç Komitəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı açıqlama yayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. "Yüz minlərlə qadın üçün silahlı münaqişələrin ən dəhşətli nəticəsi öz itkin düşən qohumları barədə uzun müddətli və əzablı xəbər gözləməkdir. Ölənlərin və ya itkin düşənlərin böyük əksəriyyətini kişilər təşkil etdiyinə görə, onların başına gələnləri öyrənmək cəhdləri adətən ağır yük kimi ailələrdəki qadınların üzərinə düşür". Bu fikirlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı yaydığı açıqlamada qeyd olunub. BQXK-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə qurum tərəfindən bu qadınların vəziyyətini yüngülləşdirmək öhdəliyinin bir daha vurğulandığı bildirilib. BQXK-nın müharibə vəziyyətində qadınlara kömək proqramının rəhbəri Florens Tersier bildirib ki, bu il Beynəlxalq Qadınlar Günündə itkin düşmüş kişi qohumları olan qadınların çətin vəziyyətinə xüsusi diqqət yetirmək istəyirlər: "Yoxa çıxmaların qarşısının alınması və ailəsində itkini olan qadınlara lazım dəstəyi təmin etmək üçün mümkün olan hər şey edilməlidir". -
03-06-2008, 05:16 PMAPAATƏT sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçirəcək
[b]ATƏT sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçirəcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Sabah Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində böhran-monitorinq keçiriləcək. APA-nın "Novosti Armeniya"ya istinadən verdiyi məlumata görə, monitorinqin qoşunların Tərtər istiqamətindəki təmas xətti boyu keçirilməsi nəzərdə tutulur.
[Böhran-monitorinq ermənilərin martın 4-də həmin istiqamətdə atəşkəsi intensiv pozması və Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində son hücum cəhdləri ilə əlaqədar keçiriləcək. Monitorinqi Azərbaycan tərəfdən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, cəbhənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış qarşı tərəfində isə onun köməkçiləri keçirəcəklər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya ATƏT-in sabah qoşunların təmas xəttində böhran-monitorinq keçirəcəyi barədə məlumatsız olduqları bildirilib. -
03-06-2008, 05:42 PMAPATürkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri: "Fəaliyyətimə əvvəlki səfirin qaldığı yerdən davam edəcəyəm"
[b]Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri: "Fəaliyyətimə əvvəlki səfirin qaldığı yerdən davam edəcəyəm"[b]
Bakı. Elnur Məmmədli-APA. Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Hulusi Kılıç bu gün etimadnaməsini ölkə prezidentinə təqdim etdikdən sonra Şəhidlər Xiyabanını ziyarət edib.
[APA-nın məlumatına görə, səfir "Əbədi Məşəl" abidəsi və 1918-ci ildə Bakıda həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. H. Kılıç jurnalistlərə fəaliyyətinə özündən əvvəlki səfirin qaldığı yerdən davam edəcəyini bildirib: "Ölkələrimiz arasında bütün sahələrdə-iqtisadi, siyasi, sosial, hüquq sahəsində əməkdaşlıq bundan sonra daha da güclənəcək". -
03-06-2008, 06:11 PMAPAATƏT nümayəndəsi: "Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar"
[b]ATƏT nümayəndəsi: "Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Kosovo və Dağlıq Qarabağ problemləri bir-birindən fərqlənsə də, Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar". APA-nın məlumatına görə, bu sözləri NATO-nun Bakıda keçirilən "Rouz Roud" seminarında çıxışında ATƏT-in baş katibliyinin nümayəndəsi Don Linç deyib.
[Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D. Linç bildirib ki, münaqişənin davam etməsi yeni qurbanlara səbəb olur və separatçı hərəkatların yaranmasına təkan verir: "Biz tərəfləri danışıqlar masasına oturmağa məcbur etməliyik". Azərbaycan Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri idarəsinin rəisi Tofiq Musayev isə GUAM ölkələrinin ərazisindəki münaqişələrin həlli üçün beynəlxalq təşkilatlardan kömək gözlədiklərini söyləyib: "Biz məsələni BMT Baş Assambleyasının gündəminə gətirmişik və bu, çox vacibdir". NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Markus Merkel isə Azərbaycanda media azadlığı, ədalətli seçkilərin keçirilməsi və siyasi məhbuslar sahəsində problemlər olduğunu qeyd edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkənin demokratik və iqtisadi inkişafı baxımından da önəmlidir. -
03-06-2008, 06:21 PMAPAAzərbaycanla bağlı hesabat martın 18-də AŞ PA Monitorinq Komitəsinə təqdim olunacaq
[b]Azərbaycanla bağlı hesabat martın 18-də AŞ PA Monitorinq Komitəsinə təqdim olunacaq[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Martın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinə Azərbaycanla bağlı hesabat təqdim olunacaq.
[Bu barədə APA-ya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova məlumat verib. O bildirib ki, hesabatda Azərbaycanda söz, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi dustaqlar və onların saxlanma şəraiti, prezident seckilərinə hazırlıq, məhkəmə sistemində islahatlar, insan haqları üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı vəziyyət əksini tapıb. Y. Jivkova hesabatda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məqamların da olduğunu söyləyib. -
03-06-2008, 06:26 PMAPAMüdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib
[b]Müdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib[b]
Bakı. Rəşad Süleymanov-APA. Ermənistandakı siyasi parçalanma bu ölkənin Silahlı Qüvvələrinin yüksək postları tutan generalitetdən başlayaraq, aşağı rütbəli zabitlərinədək əksəriyyəti əhatə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən APA-ya daxil olan açıqlamasında bildirilir.
[Açıqlamada deyilir ki, azərbaycanlılara qarşı soyqırımı törədilməsinin təşkilatçıları və fəal iştirakçıları olan erməni hərbçilərinin, xüsusi ilə Ermənistan müdafiə nazirinin müavinləri Manvel Qriqoryan və Qaqik Melkonyan, o cümlədən Silahlı Qüvvələrin qərargahında və güc strukturlarında xidmət edən yüksək rütbəli hərbçilərin, həmçinin əsas etibarı ilə hərbçilərdən ibarət "Yerkrapa" Könüllülər İttifaqı ictimai təşkilatının əksər üzvləri Köçəryan-Sarkisyan hakimiyyətinə müxalifətdə olanları dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılaraq həbs olunublar: "Mövcud rejiminin orduya etibar etməməsinin əsas göstəricilərindən biri ölkədəki iğtişaşlarının yatırılması məqsədi ilə işğal altında olan Dağlıq Qarabağdan ekstremist-terrorçu silahlı dəstələrin İrəvana gətirilməsidir. Digər tərəfdən, hərbi xunta Ermənistan cəmiyyətinin və dünya ictimaiyyətinin diqqətini ölkədə həyata keçirilmiş hərbi çevrilişdən yayındırmaq məqsədi ilə Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəs rejimini pozaraq irimiqyaslı döyüş əməliyyatlarına başlamağa cəhd göstərib".İnformasiya İdarəsi qeyd edir ki, Azərbaycanın siyasi, diplomatik və hərbi nüfuzundan təşvişə düşən rəsmi İrəvan, erməni terrorçularının ideoloji və təxribat təlim mərkəzi olan Ermənistan Müdafiə Nazirliyinin milli strateji araşdırmalar institutu, mətbuat və informasiya mərkəzi, rəsmi dövlət orqanları, Köçəryan-Sarkisyan terrorçu rejiminin nəzarətində olan KİV-lər cəbhə bölgəsində son gərginliyin Azərbaycan tərəfindən törədildiyi barədə yalan, böhtan və uydurma xarakterli məlumatlar yayır: "Azərbaycan Ordusu tərəfindən düşmənə vurulmuş son zərbə Ermənistanın terrorçu rejiminin rəhbərliyini sarsıdıb, həm hazırkı hakimiyyətə müxalif, həm də zərbə almış erməni ordusunun cəmiyyətin bütün təbəqələrində nüfuzunu aşağı salıb və ordu daxilində parçalanmanı daha da sürətləndirib". -
03-06-2008, 06:56 PMAPARobert Simmons: "İPAP çərçivəsində nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycan hələ xeyli səy göstərməlidir"
[b]Robert Simmons: "İPAP çərçivəsində nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycan hələ xeyli səy göstərməlidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi əsasən əvvəlki sənədin bazasında hazırlanıb. Plan demokratik institutların qurulması, keyfiyyətli idarəçilik, hərbi islahatlar, sərhədlərin mühafizəsi, vətəndaş cəmiyyətinin müdafiəsi və ictimai informasiyanın inkişafı sahələrini əhatə edir.
[Bu, çox ambisioz proqramdır və təhlükəsizlik sferasında islahatların, modernləşdirmənin aparılması, demokratik institutların və demokratik nəzarətin gücləndirilməsi sahəsində Azərbaycan hökumətinin planlarını əks etdirir". Bu sözləri APA-ya açıqlamasında NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. O, İPAP-ın yerinə yetirilməsi üzrə hər il qiymətləndirmə apardıqlarını və bununla bağlı Azərbaycan hökuməti ilə NATO arasında ətraflı müzakirələr olduğunu, növbəti bu cür müzakirənin apreldə keçiriləcəyini bildirib: "İPAP-ın bir çox aspekti uğurla yerinə yetirilib. Ancaq bəzi məsələlər qalıb ki, bunlar üzərində ciddi işləmək lazımdır. İPAP çox iddialı proqramdır və nəzərdə tutulan islahatları həyata keçirmək üçün Azərbaycanın rəsmi şəxsləri hələ xeyli səy göstərməlidir". -
03-06-2008, 07:12 PMAPAŞair Ağalar Mirzə vəfat edib
[b]Şair Ağalar Mirzə vəfat edib[b]
[Bakı. Laura Cəbrayıllı-APA. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ədəbi-dram redaksiyasının baş redaktor müavini, şair Ağalar Mirzə martın 5-də vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya bildirib ki, Ağalar Mirzə 1954-cü il dekabrın 25-də Azərbaycanın Dəvəçi rayonunda anadan olub. Şair şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, o cümlədən "Ustadnamə", "Dastan" proqramlarının müəllifi olub. Ağalar Mirzənin bir neçə kitabı çap edilib. Az.TV-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, səhhətindən şikayət etməyən Ağalar Mirzə dünən işdə olub, növbəti verilişini efirə hazırlayıb. -
03-07-2008, 12:18 PMciciqiz
Azərbaycanın Əfv komissiyası 200-dən artıq müraciətə baxacaq
07.03.08 10:25
Azərbaycan, Bakı, 06 mart / « Trend News», müxbir E.Hüseynli/ Azərbaycan Prezidenti yanında Əfv komissiyasının sabah növbəti iclası keçiriləcək. “Komissiya növbəti əfv fərmanı üçün daxil olan 200-dən artıq müraciətə baxacaq” cümə axşamı “Trend”ə Əfv komissiyasının üzvü Vaqif Səmədoğlu bildirib.
Azərbaycan prezidenti tərəfindən sonuncu Əfv fərmanı dekabrın 31-i Yeni il bayramı ərəfəsində imzalanıb. Bu Əfv fərmanı 117 məhbusa şamil olunub. 2-sinin cəza müddəti azaldılıb, 115 nəfər isə azadlığa çıxıb.
1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 Əfv fərmanı imzalanıb. Bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunub.
Səmədoğlu deyib ki, komissiya iclasda müraciətlərə peşə münasibətlərinə görə yox, törətdiyi cinayətlərə görə baxır. Əfv komissiyasının üzvü həbsdə olan jurnalistlərin də müraciətinə baxılmasının mümkün olduğunu bildirib.
Azərbaycanda 3 jurnalist həbsdədir.
Növbəti Əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilir. Əfv komissiyası son bir həftədə iki iclasını keçirib. -
03-07-2008, 12:41 PMAPAƏfv Komissiyasının iclası davam etdirilib
[b]Əfv Komissiyasının iclası davam etdirilib[b]
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Komissiyadan APA-ya verilən məlumata görə, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılıb.
[Komissiyadan bildirilib ki, əfv ərizələri çox olduğundan komissiya üzvləri iclasları ardıcıl keçirəcəklər. Yaxın on gündə komissiyada digər müraciətlərlə yanaşı, jurnalistlərin də əfv olunması ilə bağlı məsələ müzakirə olunacaq. Novruz bayramına qədər iclaslar yekunlaşacaq və müraciətlər ümumiləşdirilərək Prezident Aparatına təqdim ediləcək. -
03-07-2008, 12:46 PMAPARusiya Abxaziyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib
[b]Rusiya Abxaziyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib[b]
[Moskva - APA. Rusiya 1996-cı ildə Abxaziyaya qarşı ticarət-iqtisadi, maliyyə və nəqliyyat sahələrində tətbiq olunmuş sanksiyaları ləğv edib və digər MDB ölkələrini də analoji addım atmağa çağırıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi MDB İcraiyyə Komitəsinə rəsmi nota göndərərək 1996-cı il yanvarın 19-da "Abxaziyada münaqişənin həlli üzrə tədbirlər" haqqında MDB Dövlət Başçıları Şurasında qəbul olunmuş qərardan çıxdığını elan edib. XİN-dən bildiriblər ki, sanksiyaların tətbiqi barədə qərar 1992-1993-cü ildə baş verən müharibədən sonra tərəflərin kəskin qarşıdurması şəraitində qəbul olunub. Məqsəd Abxaziyanı münaqişənin həlli, xüsusən qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtması məsələsində daha yumşaq mövqe tutmağa sövq etmək olub: "Bu gün isə vəziyyət kökündən dəyişib. Abxaziyanın Qal rayonunda yaşamış gürcülərin əksəriyyəti oraya qayıdıb. Münaqişənin həllinə gəldikdə isə, abxaz tərəfi bu sahədəki öhdəliklərini yerinə yetirir". -
03-07-2008, 12:51 PMAPAPekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq
[b]Pekin Olimpiadasına velosipedlə gedən Gürcüstan vətəndaşı iki həftə Azərbaycanda qalacaq[b]
[Bakı. Laçın Sultanova-APA. Yayda Pekində keçiriləcək Olimpiadada iştirak etmək üçün velosipedlə Çinə getmək istəyən Gürcüstan vətəndaşı Cumber Lejava bu gün Tiflisdən yola düşüb. Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cumber Lejava martın 8-də Laqodexi-Balakən keçid məntəqəsindən Azərbaycana keçəcək. İdmançı iki həftə burada qalandan sonra Astara keçid məntəqəsindən keçərək İrana gedəcək. Qeyd edək ki, dəfələrlə Ginnes rekordçusu olan C. Lejava 1999-cu ildə YUNESKO tərəfindən dünya idmançısı və vətəndaşı adına layiq görülüb. 11 il ərzində dünyanın bütün kontinentlərinə səyahət edən idmançı 234 ölkə ərazisindən keçib. O, 1996-cı ildə Atlanta və 2004-cü ildə Afina Olimpiadalarına da velosipedlə gedib. -
03-07-2008, 12:56 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 11.20-dən martın 7-si saat 04.25-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan, Aşağı Veysəlli, Qərvənd və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 12.00-dan 12.40-dək və saat 23.25-dən 23.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 22.45-dən martın 7-si saat 02.15-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 6-da saat 23.15-dən 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-07-2008, 01:01 PMAPAAzərbaycan və NATO arasında imzalanmış İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq
[b]Azərbaycan və NATO arasında imzalanmış İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) ikinci mərhələsində həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənəd layihəsi NATO tərəfindən təsdiq olunub.
[Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev bildirib. K. Xasıyevin sözlərinə görə, İPAP-ın ikinci mərhələsinin icrasına martın 15-dən sonra başlanacaq.K. Xasıyev onu da bildirib ki, NATO Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda aparılan hərbi islahatları daim izləyir, rəsmi Bakı ilə müntəzəm müzakirələr aparır. -
03-07-2008, 01:06 PMAPAAzərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub
[b]Azərbaycan nümayəndə heyətinin təklifi ilə BMT-də girov qadın və uşaqların azad olunması haqqında qətnamə qəbul olunub[b]
[Bakı. Laçın Sultanova-APA. BMT-nin qadınların vəziyyətinə dair komissiyasının 52-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti girov götürülmüş qadın və uşaqların azad olunması haqqında qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rəna Salayeva deyib ki, bu problemə beynəlxalq ictimaiyyət lazımi diqqət yetirmir. Qətnamə layihəsində quruma üzv dövlətlər hərbi cinayətlər törətmiş cinayətkarların cəzasız qalmaması üçün tədbirlər görməyə çağırılıb. Sessiyada bu layihə ilə yanaşı, daha üç qətnamə qəbul edilib. -
03-07-2008, 01:11 PMAPAYerusəlimdəki yəhudi dini məktəbində törədilən terror aksiyasında xeyli adam ölüb və yaralanıb
[b]Yerusəlimdəki yəhudi dini məktəbində törədilən terror aksiyasında xeyli adam ölüb və yaralanıb[b]
Yerusəlim - APA. Yerusəlimin "Merkaz xa-Rav" dini məktəbində (yeşiva) qanlı insident baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, martın 6-da yerli vaxtla saat təxminən 20.45-də yeşivanın geyim formasında təhsil müəssisəsinə daxil olan terrorçu ikinci mərtəbədə yerləşən və insanlarla dolu olan kitabxanaya qalxıb.
[Burada o, əlindəki korton qutudan "Kalaşnikov" avtomatını çıxararaq atəş açmağa başlayıb. Şahidlər terrorçunun təxminən 10 dəqiqə ərzində atəş açdığını və 500-600 patrondan istifadə etdiyini bildirirlər. İlkin məlumatlara əsasən 10 nəfər ölüb, 35 nəfər yaralanıb. Yaxınlıqda yaşayan və atəş səslərini eşidərək özünü hadisə yerinə çatdıran İsrail Müdafiə Nazirliyinin zabiti terrorçunu zərərsizləşdirib. Terrorçunun Yerusəlimin şərqindəki ərəb kəndinin sakini olduğu müəyyənləşdirilib. Qanlı olaydan sonra BMT Təhlükəsizlik Şurası fövqəladə toplantıya çağırılıb. Ancaq TŞ terror aksiyasını pisləyən qətnamə qəbul edə bilməyib. Çünki Liviya qətnamədə İsrail ordusunun Qəzza sektorunda keçirdiyi hərbi əməliyyatların da qınanmasını istəyib, ABŞ isə buna qarşı çıxıb, nəticədə konsensus əldə etmək mümkün olmayıb. Olay barədə informasiyalar Fələstində və Livanda sevinclə qarşılanıb. Qəzza sakinləri terror aktını İsrail ordusunun həyata keçirdiyi və 120 fələstinlinin ölümü ilə nəticələnən əməliyyata cavab kimi qiymətləndiriblər. HAMAS qruplaşması isə dini məktəbə hücumu qəhrəmanlıq adlandırıb. Hazırda İsraildə təhlükəsizlik tədbirləri gücləndirilib. Hökumət qisas aksiyasına hazırlaşır.