[b]Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndəsini qəbul edib[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının Demokratiya və siyasi məsələlər üzrə Baş Direktorluğunun siyasi məsləhət və əməkdaşlıq üzrə direktoru Klaudiya Luçianini qəbul edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini, ölkədə insan hüquqlarının təmin edilməsinə yönələn islahatlar uğrunda Avropa Şurasının oynadığı rolu xüsusi vurğulayıb. Avropa Şurasının Azərbaycanda aparılan demokratik islahatları dəstəklədiyini bildirən xanım K. Luçiani, təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini, əlaqələrin genişlənməsinə hazır olduğunu deyib. Görüşdə hüquqşünasların tədrisi, penitensiar sistemdə islahatlara dəstək, habelə korrupsiyaya qarşı mübarizə üzrə birgə layihələrin işlənməsi barədə razılığa gəlinib.
Azərbaycan Xəbərləri
Printable View

06-12-2008, 10:41 AMAPAƏdliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının nümayəndəsini qəbul edib

06-12-2008, 10:51 AMAPABeynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb
[b]Beynəlxalq Əmək Təşkilatı dünyada uşaq əməyindən istifadəyə dair növbəti hesabatı açıqlayıb[b]
Cenevrə-APA. Dünyada 75 milyon uşaq ibtidai təhsil almadan, kiçik yaşlarında əmək fəaliyyətinə başlayır. APA-nın məlumatına görə, bu rəqəm Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə yaydığı hesabatda öz əksini tapıb.
[Təşkilatın baş direktoru Xuan Somoviya bildirib ki, hazırda qarşıda duran əsas hədəf uşaqlara keyfiyyətli təhsil vermək, böyüklər üçün layiqli əmək şəraiti yaratmaqdır. BƏT uşaq əməyindən istifadəyə dair 34 ölkədə apardığı tədqiqatların nəticələrini açıqlayıb. Hesabata əsasən, 2006-cı ildə 75 milyon uşaq məktəbə getməyib. 1999-cu ildə bu rəqəm 103 milyon nəfər təşkil edib. Hesabat müəllifləri bəzi Afrika ölkələrində yalnız hər beş uşaqdan birinin məktəbə getdiyini bildirirlər. Uşaq əməyindən istifadə hallarının azaldılmasında təhsilini önəmli rol oynadığı bildirilən hesabatda qeyd olunur ki, bunun üçün dünya ölkələri məktəblərdə təhsil sistemini təkmilləşdirməli, uşaq əməyindən istifadə hallarına qarşı mübarizə aparmalıdır. -
06-12-2008, 11:01 AMAPACorc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib
[b]Corc Buşun impiçmenti haqqında qətnamə layihəsi Konqresin Hüquq Komitəsinə göndərilib[b]
Vaşinqton - APA. ABŞ Konqresinin Nümayəndələr Palatası 251 nəfər lehinə, 166 nəfər əleyhinə olmaqla prezident Corc Buşun impiçmenti (vəzifədən kənarlaşdırılması) haqqında qətnamə layihəsini baxılmaq üçün palatanın Hüquq Komitəsinə göndərib.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qətnamə layihəsinin komitədə qəbul olunması gözlənilmir. Komitənin sədri, respublikaçı Con Konyers layihəni müzakirəyə çıxarıb-çıxarmayacaqları haqda heç nə deməyib. Nümayəndələr Palatasının sədri Nensi Pelosinin mətbuat katibi Nadim Elşami isə bildirib ki, Konqres qətnamə layihəsini dəstəkləməyəcək: "Spiker Pelosi hesab edir ki, impiçment fikir ayrılıqları və qarşıdurmalara səbəb olacaq, Konqresin diqqətini Amerika ailələri üçün yeni qanunların qəbulundan yayındıracaq və layihə son nəticədə iflasa məhkumdur". Ağ Ev isə ümumiyyətlə, bu məsələni şərh etməyə lüzum görməyib. Xatırladaq ki, Corc Buşun impiçmentini nəzərdə tutan qətnamə layihəsini demokrat konqresmen Dennis Kusiniç hazırlayıb. -
06-12-2008, 11:21 AMAPAElmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib
[b]Elmar Məmmədyarov Polşaya rəsmi səfərə gedib[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Polşaya iki günlük rəsmi səfərə gedib.
[XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirin Polşanın yüksək rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq vəziyyət müzakirə olunacaq. -
06-12-2008, 11:31 AMAPASabir Rüstəmxanlı: "Prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm"
[b]Sabir Rüstəmxanlı: "Prezidentliyə namizədliyimi irəli sürməyi düşünürəm"[b]
Bakı. Ramil Məmmədli - APA. "Prezidentliyə namizədliyimin irəli sürülməsi barədə düşünürəm". Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
[O bildirib ki, partiya Ali Məclisinin bu ay keçiriləcək yığıncağında məsələyə münasibət bildiriləcək: "Hələlik seçkidə partiyanın hansı şəkildə iştirak edəcəyi barədə qərar verilməyib. Amma namizədliyimi irəli sürməyi düşünürəm. İstənilən halda qəti qərar verilməzdən öncə ölkədəki bütün proseslər, o cümlədən seçki qanunvericiliyi nəzərə alınacaq. Məsələ partiyada müzakirə olunmalıdır. Elə olmalıdır ki, seçki diaspora fəaliyyətimə problem yaratmasın". -
06-12-2008, 11:41 AMAPAYork şahzadəsi Endryu Bakıya gəlib
[b]York şahzadəsi Endryu Bakıya gəlib[b]
Bakı. Laçın Sultanova - APA. Böyük Britaniya kraliçası II Yelizavetanın kiçik oğlu, York şahzadəsi Endryu Bakıya gəlib.
[APA-nın məlumatına görə, özəl işləri ilə əlaqədar Bakıya gələn şahzadə burada müxtəlif görüşlər keçirəcək. Qeyd edək ki, bu, şahzadənin Bakıya artıq 4-cü səfəridir. Sonuncu dəfə o, ötən il oktyabrın 2-də Bakıda olub, Azərbaycanda iqtisadi mühitin vəziyyəti ilə maraqlanıb, iqtisadi əməkdaşlığın imkanlarını öyrənib. -
06-12-2008, 11:51 AMAPAPaytaxtda daha iki avtomobil yandırılıb
[b]Paytaxtda daha iki avtomobil yandırılıb[b]
[Moskva-APA. Dünən Moskvanın cənubunda daha iki avtomobil yanıb. APA-nın məlumatına görə, ekspertlər maşınların yandırıldığı qənaətinə gəliblər. Maşınların yandırılması aksiyası başladıqdan sonra ilk dəfə olaraq şahidlər cinayətkarları görməyə müvəffəq olublar. Şahidlərin sözlərinə görə, maşınlar bir neçə gənc oğlan tərəfindən yandırılıb. Hazırda şübhəli şəxslərin axtarışı davam edir. -
06-12-2008, 12:01 PMAPAEdvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq"
[b]Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları Madrid təklifləri əsasında davam etdirməyə hazırıq"[b]
İrəvan-APA. "Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son görüşü çox konstruktiv və tərəfdaşlıq məcrasında keçib".
[APA-nın məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: "Bu, çox ümidverici və kifayət qədər müsbət görüş idi. Görüşdən sonra prezidentlər xarici işlər nazirlərinə danışıqların məhz Madrid prinsipləri əsasında davam etdirilməsi barədə tapşırıq verdilər". XİN başçısı görüşdə çoxsaylı məsələlərin müzakirə olunduğunu, bir çox məsələlərlə bağlı dövlət başçılarının tet-a-tet söhbət etdiyini bildirib: "Əlbəttə ki, biz azərbaycanlılarla bütün məsələləri həll edəcəyik, biz həm də ticarətlə məşğul olmağa hazırıq. Lakin bu gün söhbət ciddi danışıqlardan gedir və Ermənistan danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin Madriddə irəli sürdüyü təkliflər əsasında davam etdirməyə hazırdır". Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iyunun son həftəsində regiona səfər edəcəyini bildirib. -
06-12-2008, 12:21 PMAPAAtom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq
[b]Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2009-cu ildə Azərbaycanda çoxüzlü qamma qurğusunun inşasına başlayacaq. Bu barədə APA-ya AEBA-nın Azərbaycandakı layihələrinin koordinatoru Andrey Çupov məlumat verib.
[Onun sözlərinə görə, bu layihə AEBA nümayəndə heyətinin Azərbaycana son səfəri zamanı razılaşdırılıb: "Bu qurğunun fəaliyyəti AEBA-nın hesabına maliyyələşdiriləcək. Onun tikintisi 1,5 - 2 milyon dollara başa gələcək. Qurğunun tikintisi üçün yeri Azərbaycan tərəfi ayırmalıdır. Layihənin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur". Çoxüzlü qamma qurğusu - tibbi və digər preparatların zərərsizləşdirilməsini həyata keçirən sənaye qurğusudur. Çupov həmçinin qeyd edib ki, AEBA nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkədə atom reaktorunun tikintisinə dair tədqiqatların aparılması layihəsi razılaşdırılıb: "Mətbuat bizim 2009-cu ildə tikintiyə başlayacağımız barədə məlumat yaymışdı. Bu, düzgün xəbər deyil. 2009-cu ildə tədqiqatlar başlayacaq, 2011-ci ildə isə biz hesabatı Azərbaycan hökumətinə təqdim edəcəyik. Reaktorun tikilib-tikilməməsi ilə bağlı qərarı isə Azərbaycan hökuməti verəcək". Andrey Çupov tikinti prosesinə başlamazdan əvvəl mütəxəssislərin layihəni dərindən öyrənməsinin zəruriliyini vurğulayıb. Qeyd edək ki, bu gün AEBA nümayəndə heyətinin baş nazirin müavini Abid Şərifovla görüşü nəzərdə tutulur. Görüşdə əsasən çoxüzlü qamma qurğusunun inşasına dair məsələlər müzakirə olunacaq. Bundan başqa nümayəndə heyətinin Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Xarici İşlər Nazirliyi və digər qurumlarda görüşləri nəzərdə tutulur. -
06-12-2008, 01:21 PMAPAYAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib
[b]YAP sədrinin müavini partiyanın 450 mininci üzvünə vəsiqəni təqdim edib[b]
[Bakı. Ramil Məmmədli - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 450 mininci üzvünə partiya vəsiqəsinin təqdim olunması ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov hər il partiyaya 25-30 min nəfərin üzv olduğunu, 2008-ci ilin ilk 5 ayı ərzində isə 16 mindən artıq vətəndaşın partiya qəbul edildiyini bildirib. O, Azərbaycanın iqtisadi inkişafını və prezident İlham Əliyevin yürütdüyü siyasi xəttin uğurunu xüsusi qeyd edib: "YAP-a münasibət İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Bu, seçkidə də özünü göstərəcək. İlham Əliyevin yüksək reytinqə malik olduğu heç kəsə sirr deyil". Ə. Əhmədov son illər YAP-a daxil olanlar arasında gənclərin üstünlük təşkil etdiyini də söyləyib. Sonda YAP-ın Nərimanov rayon təşkilatından olan 450 mininci üzvə, Azərbaycan Müəllimlər İnstitutunun 1-ci kurs tələbəsi Şahanə Məmmədcanovaya partiyanın 450 mininci üzvlük vəsiqəsi təqdim edilib. -
06-12-2008, 01:31 PMAPAMəzahir Pənahov: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur"
[b]Məzahir Pənahov: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur"[b]
[Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) bu gün dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirib. APA-nın məlumatına görə, tədbirdə 125 seçki dairəsinin DSK sədrləri iştirak edib. "Növbəti prezident seçkiləri ilə əlaqədar seçki komissiyalarının vəzifələri" mövzusunda çıxış edən MSK sədri Məzahir Pənahov əvvəlki illərlə müqayisədə seçki komissiyalarının iş şəraiti və texniki təchizatının yüksək səviyyədə təşkil olunduğunu bildirib: "İndi sizin işinizə mane olan amil yoxdur, bütün şərait yaradılıb və məsuliyyətiniz daha fərqlidir. Seçkilərin istədiyimiz səviyyədə keçirilməsi üçün işimizi qanunauyğun qurmalıyıq. Ölkə başçısının da mövqeyi budur ki, seçkilər normal keçirilsin". M. Pənahov deyib ki, MSK rəhbərliyi DSK-ların hər xırda probleminə, hətta seçici siyahılarındakı orfoqrafik səhvlərə də ciddi fikir verəcək. O, seçki kampaniyası dövründə bütün tərəflərə bərabər təbliğat şəraitinin yaradılmasını vacib sayıb: "Müasir dünyada kimin qalib gələcəyi seçkilərdən əvvəl bəlli olur. Bu gün də Azərbaycanda ölkə prezidentinin reytinqi yüksəkdir. Biz bunu gizlətməməliyik. Amma vəzifəmiz odur ki, proseslər qanunauyğun getsin. Kim qanunu pozursa, o, demokratik prosesin gedişinə qarşıdır". Sonra MSK katibi Natiq Məmmədov katibliyin DSK-larda apardığı monitorinqin yekunları barədə seminar-müşavirə iştirakçılarına məlumat verib. -
06-12-2008, 01:41 PMAPAMSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib
[b]MSK-nın şöbə müdiri Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən narazı olması barədə fikirləri təkzib edib[b]
[Bakı. Elnur Məmmədli - APA. "Venesiya Komissiyasının Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən narazı olması barədə fikirlər həqiqətə uyğun deyil". Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib. O, belə məlumatlar yayıldıqdan sonra VK-nin eksperti Sergey Kuznetsovla əlaqə saxladığını bildirib: "Bir çox hallarda beynəlxalq təşkilatların mövqeyi Azərbaycan mediasında təhrif olunmuş şəkildə təqdim edilir. Demək olar ki, bütün beynəlxalq təşkilatların nümayəndələri bundan narazıdır". R. Qasımovun sözlərinə görə, S. Kuznetsovun Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə təəssüflənməsi barədə yayılan xəbərlər doğru deyil. -
06-12-2008, 01:51 PMAPAMəzahir Pənahov: "Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz"
[b]Məzahir Pənahov: "Müsavat Partiyasının MSK-ya nümayəndə göndərməməsi hər hansı problem yarada bilməz"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Hazırda dairə seçki komissiyalarının tərkibi tam formalaşdırılmayıb. Amma Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib və hesab edirəm ki, qalan müddətdə DSK-ların tam formalaşması ilə məşğul olmalıyıq". APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, DSK-ların formalaşması təkcə MSK-dan asılı olan məsələ deyil, komissiya üzvləri ilə bağlı təqdimat irəli sürülməlidir. MSK-da iki yerin boş qalmasına toxunan M. Pənahov bu məsələnin Milli Məclisin səlahiyyətində olduğunu söyləyib. Müsavat Partiyasının quruma nümayəndə göndərməyəcəyi halda bunun problem yaradıb-yaratmayacağına dair sualı cavablandıran MSK sədri hesab edir ki, hər hansı problemdən söhbət gedə bilməz: "Milli Məclisdəki azlıq namizəd irəli sürəcəksə, parlament bunu müzakirə edəcək. Seçki komissiyalarını formalaşdırmaq heç bir partiyanın monopoliyasında, təsiri altında deyil". -
06-12-2008, 02:01 PMAPAAzərbaycan prezidenti Böyük Britaniyanın York hersoqunu qəbul edib
[b]Azərbaycan prezidenti Böyük Britaniyanın York hersoqunu qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 12-də Böyük Britaniyanın York hersoqu, şahzadə Endryunu qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. -
06-12-2008, 02:11 PMAPATürkiyənin infrastruktur və məskunlaşdırma nazirinin Azərbaycana səfəri başlayıb
[b]Türkiyənin infrastruktur və məskunlaşdırma nazirinin Azərbaycana səfəri başlayıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Türkiyənin infrastruktur və məskunlaşdırma naziri Faruk Nafiz Özakın Azərbaycana səfəri başlayıb.
[APA-nın məlumatına görə, F. N. Özak Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Türkiyəli nazir jurnalistlərə açıqlamasında səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağını bildirib. O, səfərin nəticəsində əməkdaşlığın genişləndirilməsinə dair sənədin imzalanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. F. N. Özak artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü qeyd edib. -
06-12-2008, 02:21 PMAPABu gün Hacıbaba Bağırovun ad günüdür
[b]Bu gün Hacıbaba Bağırovun ad günüdür[b]
[Bakı. Ülkər Qasımova-APA. İyunun 12-si Azərbaycanın xalq artisti Hacıbaba Bağırovun ad günüdür. APA-nın məlumatına görə, H. Bağırovun 10 ilə yaxın rəhbərlik etdiyi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi bu gün mərhum sənətkarın Fəxri Xiyabandakı məzarını ziyarət edib. Qeyd edək ki, 1931-ci ildə anadan olan Hacıbaba Bağırov 2006-cı ilin oktyabrında dünyasını dəyişib. O, 1996-cı ildən ömrünün son gününə kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında direktor vəzifəsində çalışıb. H. Bağırov "Nəğməli könül", "Hələlik", "Məşədi İbad", "Məhəbbət oyunu", "92 dənə gülüş" və digər tamaşalarda, "Ulduz", "Sonuncu məhəbbət", "Qanun naminə", "Alma, almaya bənzər", "Onun bəlalı sevgisi" filmlərində unudulmaz rollar yaradıb. -
06-12-2008, 02:31 PMAPAAzərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək
[b]Azərbaycan paytaxtında Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Sentyabrın 24-28-də Bakıda Gənclərin Beynəlxalq Məşğulluq Sammiti keçiriləcək. Sammitdə dünyanın 55 ölkəsindən gənclər iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin məlumat verib. Gənclərin məşğulluq probleminin vacib məsələ olduğunu vurğulayan İ. Serageldin bu toplantılarda dünyanın gənclər şəbəkəsinin geniş fikir mübadiləsi aparacağını deyib: "Milyonlarla gənc ali təhsildən sonra işsiz qalır və nəticədə işsizliklə bağlı problemlər yaranır. I konfrans 2002-ci ildə ABŞ prezidenti Bill Klintonun sədrliyi ilə İsgəndəriyyədə keçirilib. Bu konfransda qərara gəlinib ki, sammitlər müxtəlif şəhərlərdə hər iki ildən bir təşkil edilsin". İ. Serageldin bildirib ki, layihəyə əsasən, sammitlər 2004-cü ildə Meksikada, 2006-da Keniyada keçirilib, 2008-də Bakıda, 2010-da İsveçrədə, 2012-ci ildə isə İsgəndəriyyədə təşkil olunacaq. -
06-12-2008, 02:41 PMAPAAnqolanın Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq
[b]Anqolanın Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq[b]
[Bakı. Turan Hüseynova - APA. Anqola Respublikasının Rusiyadakı səfiri Azərbaycanda da akkreditə olunacaq. Bu barədə APA-ya Anqolanın Rusiyadakı səfiri Samuel Tito Armando məlumat verib. O bildirib ki, məsələ iyun ayının sonuna gədər həll olunmalıdır. Səfirin iqamətgahı Moskva şəhərində olacaq. Qeyd edək ki, S. T. Armando iqtisadçıdır, ali təhsilini Rusiyanın Moskva və Arxangelsk şəhərlərində alıb. -
06-12-2008, 02:51 PMAPAAzərbaycan prezidenti türkiyəli naziri qəbul edib
[b]Azərbaycan prezidenti türkiyəli naziri qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin infrastruktur və şəhərsalma naziri Faruk Nafiz Özakı qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Türkiyənin baş nazir Rəcəb Təyyub Ərdoğanın Naxçıvanda keçirilən görüşün əhəmiyyətindən danışılıb, bu görüş ölkələr arasında dostluq, qardaşlıq əlaqələrinin yaxşı nümunəsi kimi qiymətləndirilib. Həmin görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin gələcək perspektivlərinin və müxtəlif sahələr üzrə birgə layihələrin müzakirə olunduğu qeyd olunub. -
06-12-2008, 03:01 PMAPAQırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb
[b]Qırğızıstan PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyıb[b]
Bişkek - APA. Qırğızıstan Respublikası iki beynəlxalq terrorçu qurumu rəsmən terrorçu təşkilat kimi tanıyıb.
[APA-nın məlumatına görə, paytaxt Bişkek şəhərinin 1 May Rayon Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında "Kürd Fəhlə Partiyası" (PKK) və KONGRA-GEL kimi də tanınan "Kürdüstan Xalq Konqresi"ni, həmçinin "Camaat-əl-İslam", "İslam Cihad Qrupu", "İslam Cihad İttifaqı", "İslam Cihadı-Mücahidlər Camaatı", "Orta Asiyanın Mücahidlər Camaatı" kimi adlarla da tanınan "Cihad Qrupu"nu terrorçu təşkilat elan edib. Baş Prokurorluğun bəyanatında bildirilir ki, Türkiyə, Azərbaycan, ABŞ, Avropa Birliyi və Kanada "Kürdüstan Xalq Konqresi"ni terrorçu qurumlar siyahısına daxil ediblər: "Bu təşkilat respublikanın kürd diasporası arasında qeyri-leqal təşviqat və "verbovka" iş aparmaq cəhdinə görə, eləcə də öz yaraqlıları vasitəsilə Türkiyənin Qırğızıstandakı diplomatik və rəsmi nümayəndəliklərinə qarşı terror aktları törətmək potensialı ilə Qırğızıstan üçün də terror təhlükəsi yaradır". Baş Prokurorluq bəyan edib ki, dövlət hər iki təşkilatın cinayətkar fəaliyyətinə konkret qiymət verərək onların Qırğızıstan ərazisində bütün fəaliyyətlərini qadağan edib. -
06-12-2008, 03:11 PMAPARəmiş Yaşıl Teatrda konsert verəcək
[b]Rəmiş Yaşıl Teatrda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova-APA. İyulun 19-da Yaşıl Teatr Bakı Konsert Kompleksində tanınmış gitara ifaçısı Rəmişin konserti keçiriləcək. Bu barədə APA-ya konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu məlumat verib. "Sənət gecəsi" adı altında keçiriləcək konsertdə Rəmişin qonaqları da olacaq. N. Emiloğlunun sözlərinə görə, həmin gecə Aşıq Ədalət, Aftandil İsrafilov və başqaları çıxış edəcəklər, Rəmişlə sənət dostlarının deyişməsi də təşkil ediləcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-12-2008, 04:31 PMAPAErmənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib
[b]Ermənistan QDİƏT Baş Assambleyasının iclasında Azərbaycanın təklifini dəstəkləyib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Baş Assambleyasının Afinada keçirilən 31-ci iclasında Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi düzəlişlərin lehinə səs verib.
[APA-nın məlumatına görə, bunu QDİƏT Parlament Assambleyasının vitse-prezidenti Asəf Hacıyev deyib. O bildirib ki, Azərbaycan təşkilatın Hüquq və siyasi məsələlər komitəsinə beynəlxalq terrorçuluq və onunla mübarizəyə dair düzəlişlər təqdim edib: "Azərbaycanın təklif etdiyi düzəlişlər regionda müşahidə olunan ekstremizm və separatizmlə mübarizəyə aid idi. Düzəlişlərdə bu mübarizədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmasının zəruriliyi qeyd olunur. Təkliflərimiz təşkilatın vaxtilə Ermənistanda keçirilən iclasında müzakirə olunmuş və rədd edilmişdi. Bu dəfə biz yenidən həmin düzəlişləri müzakirəyə çıxardıq. Apardığımız gərgin iş nəticəsində təklif etdiyimiz düzəlişlər qəbul olundu. Hətta Ermənistan nümayəndə heyəti də səsvermənin gedişində vəziyyəti görüb, sənədin lehinə səs verməli oldu. Beləliklə, bizim təklif etdiyimiz düzəlişlər təşkilatın Hüquq və siyasi məsələlər Komitəsində qəbul olunan beynəlxalq terrorçuluqla mübarizədə parlamentarların roluna dair tövsiyədə öz əksini tapdı". -
06-12-2008, 04:41 PMAPAAzərbaycan paytaxtında avtomobildən 200 min dollar oğurlanıb
[b]Azərbaycan paytaxtında avtomobildən 200 min dollar oğurlanıb[b]
Bakı. Samir Kazımlı - APA. İyunun 11-də saat 17.00 radələrində Bakının Yasamal rayonu ərazisində Şuşa sakini, 40 yaşlı Mübariz Quliyevə məxsus "BMW-X5" markalı, 10 TM 505 nömrə nişanlı avtomobildən 190 min dollar və 10 min manat oğurlanıb.
[Yasamal Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, "Halal" firmasına olan 200 min dollar borcu qaytarmaq üçün firmanın qarşısına gedibmiş və pul orada naməlum şəxs tərəfindən oğurlanıb. PRİ-dən avtomobilə baxış zamanı kənar müdaxilənin əlamətlərinin aşkarlanmadığı bildirilib. Bu səbəbdən də oğurluğun hansı şəraitdə baş verməsi müəyyənləşməyib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. -
06-12-2008, 04:51 PMAPAMehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib
[b]Mehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib[b]
Ankara - APA. 1981-ci ildə Roma papası II İohan Pavelə sui-qəsddə ittiham edilərək həbs olunan türkiyəli terrorçu Mehmet Əli Ağca Polşadan vətəndaşlıq istəyib.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, Əli Ağca bununla bağlı Ankaradakı Polşa konsulluğuna müraciət edib. Ağcanın vəkilləri bildirib ki, gələn həftənin əvvəlində sənədlər Polşa Daxili İşlər Nazirliyi və Varşavadakı müvafiq idarələrə çatdırılacaq. İlkin yoxlamadan sonra yekun qərar qəbul etmək üçün sənədlər Polşa prezident Lex Kaçinskiyə göndəriləcək.Ağcanın Polşa vətəndaşlığı almaq niyyəti barədə ilk olaraq mayın əvvəlində məlumat yayılıb. O zaman sənədlər düzgün tərtib edilmədiyindən konsulluqdan geri qaytarılıb. Polşa xarici işlər naziri Radoslav Sikorski isə Ağcanın vətəndaşlıq almaq niyyətini sərt tənqid edərək, bunu "həyasızlığın son həddi" adlandırıb.Əli Ağca hazırda həbsxanadadır. Onun 2010-cu ildə azadlığa çıxacağı gözlənilir. Terrorçu cəzasının qalan hissəsini çəkmək üçün Polşa həbsxanasına köçürülməsini istəyir.Mehmet Əli Ağca 1981-ci il mayın 13-də papaya sui-qəsd edib. Onun tapançadan açdığı atəş nəticəsində II İohan Pavel ağır yaralanıb. Sonradan məlum olub ki, Ağca 1979-cu ildə türk jurnalisti Abdi İpəkçini qətlə yetirib.Papa həbsxanada şəxsən Ağcanı ziyarət edərək onu bağışlayıb və amnistiyası ilə bağlı İtaliya prezidentinə müraciət edib. Ağca İtaliya həbsxanasında 19 il cəza çəkəndən sonra Türkiyəyə göndərilib. -
06-12-2008, 06:01 PMAPAFransa qəzetləri tətil edir
[b]Fransa qəzetləri tətil edir[b]
[Paris - APA. Fransanın ümummilli gündəlik qəzetləri dünən köşklərə daxil olmayıb. APA-nın "France İnfo"ya istinadən verdiyi xəbərə görə, buna çap sənayesi və mətbuat yayımı əməkdaşlarının tətili səbəb olub. Üç Həmkarlar İttifaqının üzvləri ən iri mətbuat distributoru olan NMPP-nin (Nouvelles Messageries de la Presse) yenidən təşkilinə etiraz edirlər. NMPP 350 iş yerinin ixtisar edilməsini və bir neçə yayım mərkəzinin bağlanmasını nəzərdə tutur. Tətil edənlər şirkət rəhbərliyi ilə danışıqlara başlanmasını, məvaciblərin ödənilməsi siyasətinin və iş şəraitinin müzakirə edilməsini tələb edirlər."NMPP" qeyd edir ki, tətil adətən cümə axşamları çap edilən jurnalların satışa daxil olmasına maneçilik törətməyəcək. Lakin Parisdə və paytaxtdakı İl-de-Frans regionunun 11 kommunasında jurnallar satışa 24 saat gecikməklə daxil olacaq. -
06-12-2008, 06:11 PMAPAİsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib
[b]İsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib[b]
Stokholm - APA. İsveç parlamenti uydurma "erməni soyqırımı"nı tanımaqdan imtina edib.
[APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, iyunun 11-də İsveç parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan insan haqlarına dair məruzə və "erməni soyqırımı"nın rəsmi şəkildə tanınması ilə bağlı bu sənədə əlavə olunmuş 5 düzəliş qanunverici orqanda müzakirəyə çıxarılıb. Ancaq 37 nəfər lehinə, 245 nəfər əleyhinə olmaqla düzəlişlər rədd edilib. Düzəlişlərin əleyhinə səs vermiş parlament çoxluğunun nümayəndələri və sosial-demokratlar mövqelərini belə əsaslandırıblar ki, ekspertlər hələlik Osmanlı İmperiyasında baş verən hadisələr, bu hadisələrin səbəbləri və təsnifatı ilə bağlı vahid mövqeyə gəlməyiblər. Onların fikrincə, "erməni soyqırımı"nın tanınması Türkiyənin inkişafına neqativ təsir göstərə bilər. -
06-12-2008, 06:41 PMAPAƏdalət Şükürovun konsertinin biletləri 20-100 manat arasındadır
[b]Ədalət Şükürovun konsertinin biletləri 20-100 manat arasındadır[b]
[Bakı. Ülkər Qasımova - APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçiriləcək "Yada sal sevgilim" adlı konsert proqramının biletlərinin qiyməti 20-100 manat arasındadır. Konsertin təşkilatçısı "Səs Organizathion"un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, konsert iyunun 30-da "Sevgililər Günü" münasibətilə keçiriləcək. Üç saata yaxın davam edəcək gecədə Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
06-12-2008, 06:51 PMAPAPrezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb
[b]Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb[b]
Bakı. Elbrus Seyfullayev - APA. Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2008-ci ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fərmana əsasən, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2008-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2008-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar. -
06-12-2008, 07:51 PMAPAMəşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri İsraildə həbs olunub
[b]Məşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri İsraildə həbs olunub[b]
Tel-Əviv - APA. İyunun 11-də axşam məşhur "Modern Talking" qrupunun solisti Tomas Andersin azərbaycanlı meneceri Anar Rafiq və "Eription" qrupunun meneceri, Böyük Britaniya vətəndaşı Adnan Rəhman İsrailin Ben-Qurion hava limanında saxlanılıblar.
[APA-nın "Jewish.ru" saytına istinadən verdiyi məlumata görə, T. Andersin konsert proqramı ilə bağlı İsrailə gedən hər iki şəxs aeroportda İsrail təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən üç saat sorğu-suala tutulublar. Konsertin təşkilatçısı Dova Levi bildirib ki, İsrail XİN A. Rafiq və A. Rəhmanın ölkəyə gəlişinə icazə versə də, bu şəxslər hava limanında həbs olunublar. Pasport nəzarəti xidmətinin işçiləri onların şübhəli müsəlman adları daşıdıqlarına görə saxlanıldıqlarını açıqlayıblar. Qeyd edək ki, T. Anders "Eruption" və "Ottawan" qrupları ilə birlikdə İsraildə iki konsert proqramı ilə çıxış edəcək. Konsert İsrail dövlətinin qurulmasının 60 illiyinə həsr olunub. -
06-13-2008, 10:41 AMAPAZbiqnev Bjezinski: "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir"
[b]Zbiqnev Bjezinski: "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir"[b]
Vaşinqton-APA. "Rusiya Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək üçün Gürcüstanda stabilliyi pozmaq istəyir". APA-nın məlumatına görə, bu bəyanatla ABŞ-ın sabiq prezidenti Cimmi Karterin müşaviri vəzifəsində çalışmış məşhur politoloq Zbiqnev Bjezinski çıxış edib.
[Onun sözlərinə görə, ABŞ son zamanlar Rusiyanın Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinə nəzarəti ələ keçirmək meyllərinin artdığını müşahidə edib: "Əgər Gürcüstan hökumətində stabillik pozulsa, Qərbin Bakıya və Xəzər hövzəsinə çıxışı məhdudlaşacaq". Rusiyanın Avrasiyanın enerji bazarında addımlarını dəyərləndirən Zbiqnev Bjezinski Moskvanın bu bazarı tam inhisarına almaq niyyətində olduğunu bildirib: "Moskva bunun üçün əlində olan bütün siyasi və iqtisadi rıçaqlardan, o cümlədən Avropa və Baltikyanı ölkələri enerji daşıyıcılarının nəqlindən məhrum etmək variantından istifadə edir. Rusiya aktiv şəkildə Mərkəzi Asiya regionunu dünya iqtisadiyyatına birbaşa çıxışdan təcrid etmək niyyətindədir". Politoloq Rusiyanın bu addımlarına cavab olaraq Qərb ölkələrinin Mərkəzi Asiyanın enerji resurslarına çıxışının genişləndirilməsini və alternativ kəmərlər şəbəkəsinin tikintisini təklif edib: "Bu kontekstdə Mərkəzi Asiyadan Əfqanıstandan keçməklə cənuba doğru yeni kəmərin çəkilişi imkanları araşdırılmalı, dünyanın Mərkəzi Asiyanın enerji resurslarına çıxış imkanları artırılmalıdır. Biz Baltikyanı ölkələr, İsveç və Polşanın "Şimal axını" kəməri ilə bağlı narahatlığına şərik oluruq". Amerikalı politoloq Rusiyanın şıltaqlıqlarına boyun əyən avropalı dövlət başçılarını ciddi şəkildə tənqid edib: "Bir müddət əvvəl yenidən hökumətə rəhbərlik etmək şansı qazanan bir italiyalı baş nazir Putinin qarşısında əyilməyi rəsmən idmana çevirib. Bundan başqa Yunanıstanda da bəzi qüvvələr Rusiyanın enerji sektorunda çıxardığı oyunlara simpatiya ilə yanaşırlar. Bu sıraya Almaniyanın sabiq kanslerini də daxil etmək olar. Macarıstanda bir hökumət var ki, çox qəribə şəkildə Rusiyanın əmrlərinə tabe olurlar və bu hökumətin mövqeyi "Nabucco" layihəsinə ciddi zərbə vurur. Və bu yaxınlarda Avstriya hökumətinin bəzi maliyyə maraqlarını gizlətmədiyinin şahidi olduq". -
06-13-2008, 10:51 AMAPANATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılması ilə bağlı ümumi razılığa gəliblər
[b]NATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılması ilə bağlı ümumi razılığa gəliblər[b]
Brüssel-APA. NATO ölkələri Kosovo təhlükəsizlik qüvvələrinin təşkilinə dair planla bağlı ümumi razılığa gəliblər.
[APA-nın məlumatına görə, Kosovo təhlükəsizlik qüvvələrinin sayı təxminən 2,500 nəfər təşkil edəcək. Qeyd edək ki, ötən ay Serbiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Zdravko Ponoş NATO-nun Kosovo təhlükəsizlik qüvvələrinin formalaşdırılmasında iştirakına rəsmən qarşı çıxmış və bunu Serbiyanın Kosovonun müstəqilliyini tanımamağı ilə əlaqələndirmişdi. Ponoş bəyan edib ki, Serbiya tərəfi KFOR-un hazırkı mandatını qorumasına tərəfdardır və qondarma Kosovo dövlətinin institutlarının formalaşmasında iştirakına qarşı çıxır. -
06-13-2008, 11:01 AMAPAAvropa Şurası: Hər il 2,45 milyon nəfər insan alverinin qurbanı olur
[b]Avropa Şurası: Hər il 2,45 milyon nəfər insan alverinin qurbanı olur[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası qurumun insan alverinə qarşı mübarizəsinə dair hesabatını açıqlayıb.
[APA-nın Avropa Şurasına istinadən yaydığı məlumata görə, sənəddə bildirilir ki, 2005-ci ildə Avropa Şurası bu problemlə məruzəyə dair xüsusi Konvensiya qəbul edib. Avropa Şurası həmçinin traffikinqlə mübarizəyə dair mütəmadi konfrans və treninqlər keçirir, həmçinin Konvensiyanın müddəalarına riayət olunmasının monitorinqini aparır. Hesabata əsasən, Azərbaycan tərəfi hələlik bu Konvensiyanı imzalamayıb: "Bununla belə Azərbaycan regional əməkdaşlıq çərçivəsində Avropa Şurasının bu mövzuda tədbirlərində aktiv iştirak edir. Azərbaycan xüsusilə Cənubi Qafqazda keçirilən seminarlara aktiv şəkildə qatılıb". Qeyd edək ki, ötən bir il ərzində seksual traffikinqin qurbanlarının sayı 43 faiz artıb. Ümumilikdə hər il 2,45 milyon nəfər traffikinqin qurbanı olur. -
06-13-2008, 11:11 AMAPAÇin və Tayvan arasında birbaşa aviareyslər həyata keçiriləcək
[b]Çin və Tayvan arasında birbaşa aviareyslər həyata keçiriləcək[b]
[Pekin - APA. Çin və Tayvan arasında tarixi əhəmiyyətli saziş imzalanıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bundan sonra iki tərəf arasında birbaşa çarter aviareysləri həyata keçiriləcək. Saziş son 9 ildə ilk dəfə Pekinə gedən Tayvan nümayəndə heyətinin səfərinin yekunları əsasında imzalanıb. Aviareyslər Çindəki 4 hava limanını Tayvandakı 4 aeroportla birləşdirəcək. Hələlik təyyarə reysləri yalnız bazar günləri gerçəkləşdiriləcək. Qeyd edək ki, iki tərəf arasında müntəzəm təyyarə reysləri 1949-cu ildə kəsilib. -
06-13-2008, 11:21 AMAPAPrezidentin nəvəsi filmə çəkilib
[b]Prezidentin nəvəsi filmə çəkilib[b]
Minsk - APA. Belarus prezidenti Aleksandr Lukaşenkonun 10 yaşlı nəvəsi Viktoriya "Qara pişiyin belində" komediyasına çəkilib.
[APA-nın xəbərinə görə, film lotereya vasitəsilə böyük miqdarda pul udan iki yaşlı kişidən bəhs edir. Onlar macəra axtarışında Minskə üz tuturlar. Burada başlarına sərgüzəştlər gələn ahıl kişilər, nəhayət, bütün pullarını ağır xəstə olan qızcığazın müalicəsinə xərcləyirlər. Viktoriya Lukaşenkoya Karamelki adlı uydurma kəndin iki sakininin sərgüzəştləri barədə danışan qızcığazın rolu həvalə olunub. Filmdə əsas rolları rusiyalı aktyorlar Mixail Jiqalov və Valeri Proxorov oynayıblar. Epizodik rolda isə məşhur rusiyalı müğənni Filip Kirkorov çəkilib. -
06-13-2008, 11:31 AMAPAİraqdakı Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyəti yüksək qiymətləndirilib
[b]İraqdakı Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyəti yüksək qiymətləndirilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycanın sülhməramlı bölüyünün əsgərləri xidmət etdikləri bölgədə xidmətlərini çox yüksək səviyyədə təşkil edirlər".
[Bunu CENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti İrqada koalisiya qüvvələrinin tərkibində iştirak edən Azərbaycanın sülhməramlı bölüyünün fəaliyyətini qiymətləndirərkən deyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Makkarti Azərbaycanlı sülhməramlıların xidmətinin oradakı Amerika dəniz piyadalarının xidmətindən üstün olduğunu bildirib. -
06-13-2008, 11:41 AMAPAYAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib
[b]YAP Nəsimi rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib[b]
[Bakı. Elnur Məmmədli-APA. Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yeni tikilmiş qərargahının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, yeni üçmərtəbəli bina Nəsimi rayon Polis İdarəsinin yaxınlığında, Mirəli Qaşqay küçəsində tikilib. Açılış mərasimində rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova çıxış edərək seçkilər ilində yeni binanın istifadəyə verilməsinin partiya üzvlərinin fəallığına müsbət təsir edəcəyini deyib. Onun sözlərinə görə, yerli təşkilatın 20 min üzvü var və yeni qərargah onlara edilən hədiyyədir. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov partiya üzvlərinin toplaşması, müzakirələrin aparılması üçün yerli qərargahların olmasını vacib sayıb. Onun sözlərinə görə, bu partiya üzvlərinin fəallığını daha da artıracaq. Çıxışlardan sonra binanın qırmızı lenti kəsilib, Heydər Əliyevin qərargahın girişindəki büstünün önünə əklil qoyulub. -
06-13-2008, 11:51 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 12-də saat 12.00-dan 12.30-dək və saat 21.45-dən 22.25-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari kəndi və Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 18.50-dən 19.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dan 23.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 13-ü fasilələrlə saat 00.30-dan 01.50-dək Tərtər rayonunun Çiləbürt və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-13-2008, 12:01 PMAPAEkspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər
[b]Ekspertlər Rusiya-Azərbaycan hakimiyyətləri arasında münasibətləri xalqlar arasındakı əlaqələrdən daha yaxşı qiymətləndirirlər[b]
[Moskva - APA. "Belarus-Rusiya intellektual klubu" ölkələr və xalqlar arasında etimad reytinqini müəyyən edib. APA-nın xəbərinə görə, 10 nüfuzlu ekspertdən ibarət mütəxəssis qrupu, əsasən, Rusiya, Belarus və Ukrayna arasında münasibətləri tədqiq edib. Lakin araşdırma zamanı Rusiyanın digər ölkələr, o cümlədən keçmiş sovet respublikaları ilə münasibətlərinə də kifayət qədər yer ayrılıb. Hakimiyyət elitaları arasında etimad dərəcəsinə görə, Rusiya-Belarus (60 bal) münasibətləri daha yaxşıdır. İkinci yerdə gözlənildiyi kimi, Rusiya-Ermənistan (54 bal) münasibətləri gəlir. Rusiya-Azərbaycan münasibətləri isə 13-cü yerə qoyulub - 37 bal. Rusiya-Ukrayna münasibətləri 16-cı (26 bal) pillədədir, Rusiya-Gürcüstan (17 bal) münasibətləri isə Rusiya-Estoniya münasibətləri ilə birgə 19-20-ci yerləri bölüşdürür. Maraqlıdır ki, Rusiya-Hindistan (47), Rusiya-Çin (43), Rusiya-ABŞ (41), Rusiya-Avropa Birliyi (38) münasibətləri Moskvanın postsovet respublikaları ilə münasibətindən yüksəkdir.Xalqlar arasında münasibətlər isə bir qədər fərqlidir. Rusiya-Belarus (78 bal) münasibətləri yenə birinci yerdədir. Ermənistanla münasibətlər isə 9-cu yerə düşüb - 41 bal. Rusiya-Azərbaycan xalqları arasında münasibətlər 30 balla 17-ci mövqeyə qoyulub (sondan 4-cü yer). Bizdən sonra ancaq Latviya, Estoniya və Gürcüstan gəlir. -
06-13-2008, 12:11 PMAPABil Klintonun məşuqələri seks-sayt yaradıblar
[b]Bil Klintonun məşuqələri seks-sayt yaradıblar[b]
[ABŞ - APA. ABŞ-ın keçmiş prezidenti Bil Klintonun keçmiş məşuqələri sayt yaradıblar. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, vaxtilə Klintonla intim münasibətləri olmuş Cennifer Flauers və Paula Cons adlı qadınlar "İki qızın söhbəti" ("Two Chicks Chatting") adlı saytda yüksək keyfiyyətli video-çarxlar yaradıblar. Onlar bu kliplərdə Klintonla bağlı olan və özlərinin də əsas iştirakçısı olduqları seks-qalmaqallar barədə danışırlar. Lakin qadınların təkcə Klintonun reputasiyasını korlamaq niyyətində olduqlarını düşünmək də sadəlövhlük olardı. Onlar əsl biznes qurublar: video-çarxlara baxmaq istəyən hər bir şəxs 14 dollar (7 funt sterlinq) ödəməlidir. Çarxlarda isə müasir siyasətlə yanaşı, ən intim məqamlar belə müzakirə olunur.Qeyd edək ki, Cennifer Flauers Klintonla intim əlaqələri sayəsində özünə sürətlə karyera qurub: kitab yazıb, bir neçə filmə və "Penthouse" jurnalına çəkilib, Klintonla gizli telefon danışıqlarını auksiona çıxaracağını bəyan edib. Paula Cons isə Monika Levinski qalmaqalının əsas iştirakçılarından biridir. Məhz Consun ifadələri eks-prezidentin impiçmenti məsələsinin qaldırılmasına gətirib çıxarıb. -
06-13-2008, 12:21 PMAPAAzərbaycanın xarici işlər naziri polşalı həmkarı ilə görüşüb
[b]Azərbaycanın xarici işlər naziri polşalı həmkarı ilə görüşüb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Polşada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin xarici siyasət idarəsinin başçısı Radoslav Sikorski ilə görüşüb.
[Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyotr Paskovski APA-ya bildirib ki, səmimi atmosferdə keçən görüşdə Azərbaycan-Polşa münasibətlərində siyasi və iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. P. Paskovskinin sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi sahədə, o cümlədən enerji, qaz və digər istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.