[b]Tatarıstanda azərbaycanlılar arasında "Qızıl nərd" turniri keçirilib[b]
[Bakı. Ramil Məmmədli - APA. Tatarıstanda azərbaycanlılarının diaspora təşkilatlarının təşəbbüsü ilə "Qızıl nərd" turniri keçirib. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, turnirin təşkilatçısı Tatarıstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyəti və DAK-ın yerli nümayəndəliyi olub. Yarışda birinci yeri tutan Rusiyanın Sıktıvkar əyalətinin iş adamlarından olan Eldəniz Güləhmədov qalib üçün nəzərdə tutulan 50 qramlıq qızıl nərdin sahibi olub. İkinci yeri tutan Müzəffər Qasımov 10 qramlıq, üçüncü yerin sahibi İsmayıl İsgəndərov isə 5 qramlıq simvolik nərd qazanıb. Qələbə qazanmayan iştirakçılar da mükafatlandırılıb.
Azərbaycan Xəbərləri
Printable View

10-21-2008, 11:30 AMAPATatarıstanda azərbaycanlılar arasında "Qızıl nərd" turniri keçirilib

10-21-2008, 11:40 AMAPA«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri
[b]«Qara bazarda» özəlləşdirmə paylarının (4 çek) alış-satış qiymətləri[b]
[Alış (manat)Satış (manat) 17,60 -
10-21-2008, 11:50 AMAPAAzərbaycan-Rusiya sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək
[b]Azərbaycan-Rusiya sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Noyabr ayında Azərbaycan və Rusiya arasındakı sərhəd xəttinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə APA-ya Rusiya XİN-in delimitasiya şöbəsindən məlumat verilib. Xatırladaq ki, indiyədək iki ölkə arasındakı sərhəd xəttinin təxminən 95%-i razılaşdırılıb. -
10-21-2008, 12:10 PMAPAAzərbaycan MSK 8 məntəqədə səsvermənin nəticələrinin ləğvinin səbəblərini açıqlayıb
[b]Azərbaycan MSK 8 məntəqədə səsvermənin nəticələrinin ləğvinin səbəblərini açıqlayıb[b]
Bakı. Elnur Məmmədli - APA. Oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərində cəmi 8 seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
[Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, həmin nəticələr Dairə Seçki Komissiyaları tərəfindən ləğv olunub. Səsvermənin nəticələri 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin 15 saylı məntəqəsində, 84 saylı Füzuli Seçki Dairəsinin 10, 29 və 59 saylı məntəqələrində, 87 saylı Ağsu Seçki Dairəsinin 41 saylı məntəqəsində, 93 saylı Bərdə Seçki Dairəsinin 29 saylı məntəqəsində, 106 saylı Tovuz - Qazax-Ağstafa Seçki Dairəsinin 27 və 36 saylı məntəqələrində etibarsız hesab olunub. Bu seçki məntəqələrində ümumilikdə 57 min 760 seçici səsvermədə iştirak edib. MSK-nın katibi Natiq Məmmədov isə APA-ya bildirib ki, sözügedən seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb seçicilərin iradəsinin müəyyən edilməməsi olub. N. Məmmədov bildirib ki, həmin nəticələr DSK-lar tərəfindən ləğv edilib, baş verən pozuntularla bağlı araşdırmaları da DSK-lar aparacaq. Qeyd edək ki, 2003-cü il prezident seçkilərində 115 seçki dairəsinin ərazisində ümumilikdə 694 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib. Buna səbəb məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların düzgün tərtib edilməməsi halları və nəticələrə təsir göstərə biləcək digər çatışmazlıqların aşkar edilməsi olub. -
10-21-2008, 12:20 PMAPAAzərbaycan bu il «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsini təsdiqləyə bilər
[b]Azərbaycan bu il «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsini təsdiqləyə bilər[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi 2008-ci ilin sonunadək parlament tərəfindən təsdiqlənə bilər. Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib.«Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılmasında xarici investorlar da maraqlıdır. Belə ki, xarici investorlar bu layihəyə artıq maliyyə vəsaiti də yönəldir. Qanun layihəsinin Milli Məclis tərəfindən təsdiqlənməsi artıq cari ilin sonunadək reallaşa bilər», - deyə mənbədən bildirilib.Qeyd edək ki, bu ilin oktyabr ayının 18-də Azərbaycan Milli Məclisində «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihəsi daimi komissiyalar səviyyəsində müzakirə olunub və sənədin birinci oxunuşda parlamentdə müzakirəyə çıxarılması tövsiyyə olunub. Qanun layihəsinin xüsusi iqtisadi zonaların yaradılması, idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyəcəyi, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili sahəsində qaydaları müəyyənləşdirəcəyi qeyd edilir. Xatırladaq ki, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən Sumqayıt şəhəri yaxınlığında (Yaşma qəsəbəsi) yaradılması planlaşdırılan sənaye şəhərciyinin formalaşmasına dair sərəncam layihəsi hazırlanıb. -
10-21-2008, 12:30 PMAPAAzərbaycanın təhsil naziri Bakı Maliyyə Kollecində baş verən qətl hadisəsinə münasibət bildirib
[b]Azərbaycanın təhsil naziri Bakı Maliyyə Kollecində baş verən qətl hadisəsinə münasibət bildirib[b]
Bakı. İlhamə İsabalayeva-APA. "Bakı Maliyyə Kollecində baş verən qətl hadisəsində rüşvət motivi yoxdur. Burada tamamilə başqa motivlər var. Bu motivləri yəqin ki, istintaq araşdıracaq".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakı Maliyyə Kollecində dünən baş verən qətl hadisəsinə münasibət bildirərkən deyib. Bu hadisəni Azərbaycan təhsili üçün çox mənfi hadisə kimi qiymətləndirən nazirin sözlərinə görə, hadisə ilə bağlı dəqiq araşdırma aparıb: "Dünən bütün günü bu məsələ ilə məşğul olmuşam. Həmin tələbənin təhsil aldığı orta məktəbin direktoru, kollecin rəhbəri ilə görüşmüşəm. O uşağın kolleclə bağlı heç bir problemi, yəni akademik borcu olmayıb. Hazırda da imtahan dövrü deyil. Ona görə də rüşvət motivi istisna olunur".Qeyd edək ki, oktyabrın 20-də saat 11:00 radələrində Bakı Maliyyə Kollecində təhsil alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Fərhad Elşən oğlu Məmmədov kollecin maliyyə-vergi şöbəsinin müdiri, 1943-cü il təvəllüdlü Sabir Musa oğlu Xuduyevi bıçaqla qətlə yetirib. Fərhad Məmmədov artıq saxlanılıb. Hazırda Xətai rayon Polis İdarəsi və rayon prokurorluğunun istintaq qrupu araşdırma aparır. -
10-21-2008, 12:40 PMAPAYanvar-sentyabr aylarında Azərbaycanda real pərakəndə dövriyyəsi azalıb
[b]Yanvar-sentyabr aylarında Azərbaycanda real pərakəndə dövriyyəsi azalıb[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 7,7 mlrd. manat təşkil edib. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% çoxdur.Hesabat dövründə pərakəndə dövriyyəsinin 15,9%-i hüquqi şəxslər, 44,6%-i mütəşəkkil təşkil olunan yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslər, 39,5%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb. Pərakəndə ticarət dövriyyəsinin 5 mlrd. manatı ərzaq, 2,7 mlrd. manatı qeyri-ərzaq malların payına düşüb ki, bu da 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 10,2% və 29,6% artıqdır. Qeyd edək ki, cari ilin üç rübü üzrə Azərbaycanda illik inflyasiya 21,5% təşkil edib. Beləliklə, pərakəndə ticarət dövriyyəsinin real həcmi, qiymətlərin artımı nəzərə alınmaqla, azalıb. Yəni, inflyasiya korrektəsi ilə əhalinin alıcılıq qabiliyyəti azalıb və ötən ilin qiymətləri ilə pərakəndə dövriyyəsi aşağı düşüb. -
10-21-2008, 12:50 PMAPAAzərbaycanın ən iri bankı son bir ildə aktivlərini 80% artırıb
[b]Azərbaycanın ən iri bankı son bir ildə aktivlərini 80% artırıb[b]
[Bakı. Elnur Hüseynquluyev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 4 208,654 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 79,5% çoxdur.Bankın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,1 dəfə artaraq 2 631,728 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 65,1% artaraq 315,706 mln. manata çatıb. Həmçinin, bankın depozit portfeli 53,3% genişlənərək 2 367, 476 mln. manat, o cümlədən əhalidən cəlb olunmuş əmanətlərin həcmi 30% artaraq 463,261 mln. manat olub. Bankın məcmu kapitalı 21% artaraq 328,794 mln. manat, o cümlədən nizamnamə kapitalı 32,8% artaraq 130,078 mln. manat təşkil edib.Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% artaraq 104,165 mln. manat, xərcləri isə 47,4% artaraq 74,935 mln. manat olub. Nəticədə, bankın mənfəəti 53,4% artaraq 29,230 mln. manat təşkil edib.Bundan başqa, bank son bir il ərzində əlavə 9 bankomat və 33 POS-terminal quraşdırıb. Eyni zamanda bankın işçilərinin sayı 2,2% azalaraq 1 310 nəfər olub.Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2 633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir. -
10-21-2008, 01:00 PMAPAMasallı sakini qatarda ölüb
[b]Masallı sakini qatarda ölüb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakı-Masallı qatarında meyit aşkarlanıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Rasim Allahverdi oğlu Nuriyevin meyiti Bakı-Masallı qatarının ayaqyolunda sərnişinlər tərəfindən aşkarlanıb. R. Nuriyevin uzun müddət qatarın ayaqyolunda qalmasından şübhələnən sərnişinlər qapını sındıraraq onun meyitini oradan çıxarıblar. Məlumata görə, tibbi ekspertiza R. Nuriyevin meyitinin üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Prokurorluqdan o da bildirilib ki, R. Nuriyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Dövlət Yanğından Mühafizə Xidmətinin (BDYMX) kapitanı olub. -
10-21-2008, 01:20 PMAPAUNESCO-nun baş direktoru İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib
[b]UNESCO-nun baş direktoru İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib[b]
[Bakı - APA. UNESCO-nun baş direktoru Koişiro Matsuura İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, UNESCO adından və öz adından Azərbaycanın dövlət başçısına səmimi təbriklərini çatdıran K. Matsuura bu vəzifədə olacağı yeni dövrdə ona müvəffəqiyyətlər arzulayıb: "Fürsətdən istifadə edərək, icazə verin, uzun müddət UNESCO-nun fəaliyyətində iştirak etdiyinizə və təşkilatın ideallarına dəstək verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim. Bundan əlavə, qeyd etmək istərdik ki, təşkilatımız xanımınızın xoşməramlı səfirlər sırasında olmasından böyük fərəh hissi keçirir və şərəf duyur".O, İ. Əliyevin davamlı dəstəyi ilə Azərbaycan və UNESCO arasında müvafiq sahələrdə sıx əməkdaşlığın daha da möhkəmlənəcəyini vurğulayıb. -
10-21-2008, 01:30 PMAPAAğcabədi sakini Kür çayında boğulub
[b]Ağcabədi sakini Kür çayında boğulub[b]
[Bakı. APA. Ağcabədi rayonunun Nəcəfqulubəyli kənd sakini Arif Qurbanov oktyabrın 16-da Kür çayına düşərək boğulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, A. Qurbanovun meyitinin tapılması üçün tədbirlər görülür. -
10-21-2008, 01:40 PMAPAArzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək
[b]Arzu Abdullayeva Söz Azadlığının Müdafiəsi Komitəsinin sədrliyindən istefa verəcək[b]
[Bakı. Kəmalə Quliyeva - APA. "Söz Azadlığının Müdafiəsi Komitəsi (SAMK) hələlik fəaliyyət göstərir, lakin Komitənin üzvləri belə işləsələr, istefa verəcəyəm". Bu sözləri APA-ya açıqlamasında SAMK sədri Arzu Abdullayeva deyib. Komitə sədri bildirib ki, həbsdə olan jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı yaradılan qurumun hazırda 167 üzvü olsa da, onlar aksiyalarda aktiv iştirak etmirlər: "Piketlərimizdə onların 10-15-ni güclə tapmaq olur. Həbsdə olan jurnalistlərin ailələrinə yardım aksiyası keçiririk, həddən artıq cüzi məbləğ toplanılır". A. Abdullayeva komitənin növbəti toplantısında qurumun fəaliyyətsiz üzvləri SAMK-dən çıxarılacağını da sözlərinə əlavə edib. -
10-21-2008, 01:50 PMAPAQayınanasının evindən oğurluq edən şəxs saxlanılıb
[b]Qayınanasının evindən oğurluq edən şəxs saxlanılıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakının Səbayel rayonunda qaynanasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbayel rayonu F. Qurbanov küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Sənubər Atakişiyevanın evindən 5 min manat oğurlanması barədə Səbayel Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində pulu aparanın kimliyi müəyyən edilib. Məlum olub ki, oğurluğu S. Atakişiyevanın kürəkəni 1977-ci il təvəlüdlü Təbriz Ağayev edib. Onun barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-21-2008, 02:00 PMAPAHacı Salman Musayev Çeçenistanda səfərdə olub
[b]Hacı Salman Musayev Çeçenistanda səfərdə olub[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev Çeçenistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Musayev Çeçenistana səfəri zamanı regionda inşa olunmuş ən böyük məscidin açılış mərasimində iştirak etdiyini deyib. O bildirib ki, Çeçenistanın prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırovun adını daşıyan məscid eyni anda 10 min nəfəri qəbul edə bilir: "Məscidin minarəsinin hündürlüyü 64 metrdir. Məscidə həftənin hər günü bir imam başçılıq edəcək. Bu ibadət ocağı müasir standartlara uyğun inşa edilib. Onun yaxınlığında İslam Universiteti və dini idarə yerləşir". S. Musayev səfər zamanı Çeçenistan prezidenti R. Kadırovla görüşdüyünü də əlavə edib. -
10-21-2008, 02:20 PMAPALatviya yığması Azərbaycanla oyundan imtina etdi
[b]Latviya yığması Azərbaycanla oyundan imtina etdi[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. Azərbaycan və Latviyanın futbol üzrə milli komandaları arasında noyabrın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan yoldaşlıq görüşü baş tutmayacaq. "APA-SPORT"un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bununla bağlı latviyalılar bu gün assosiasiyaya məktub göndəriblər. Sənəddə bildirilir ki, qarşı tərəfin paytaxtımıza gəlməsinə nəqliyyat problemi maneçilik törədib.Qeyd edək ki, matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi planlaşdırılırdı. Latviyalılarla qarşılaşma Berti Foqtsun rəhbərliyi altında yığmamızın Bakıda oynayacağı ilk yoldaşlıq görüşü olacaqdı. -
10-21-2008, 02:30 PMAPAƏdliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib
[b]Ədliyyə naziri Fikrət Məmmədov Mirzə Sakitin başqa cəzaçəkmə müəssisəsinə köçürülməsinə razılıq verib[b]
[Bakı. Hafiz Heydərov-APA. Bu gün hüquq müdafiəçiləri Çingiz Qənizadə, Elçin Behbudov, Sahib Məmmədov, Səidə Qocamanlı, Novella Cəfəroğlu və Arzu Abdullayeva ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Bu barədə APA-ya məlumat verən Çingiz Qənizadə deyib ki, görüşdə məqsəd "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitlə bağlı son günlər mətbuatda yayılan bəzi məlumatlara aydınlıq gətirmək olub. Hüquq müdafiəçisi Mirzə Sakitlə bağlı saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş insidentin nazirlik tərəfindən ciddi araşdırıldığını bildirib: "Fikrət Məmmədov dedi ki, məsələ ilə bağlı artıq müəssisəyə nümayəndələr göndərmişəm. Əyər orada Mirzə Sakitə qarşı baş vermiş zorakılıq halları təsdiqini taparsa, müəssisə rəhbərliyi barəsində ölçü götürüləcək." Ç. Qənizadə F. Məmmədovun M. Sakitin başqa müəssisəyə köçürülməsinə də razılıq verdiyini söyləyib: "Nazir Sakit Zahidovun başqa Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə dərhal göstəriş verəcəyini və bunun tezliklə həyata keçiriləcəyini söylədi". -
10-21-2008, 02:40 PMAPADmitri Medvedyev: "Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər"
[b]Dmitri Medvedyev: "Rusiya, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşəcəklər"[b]
Bakı. Laçın Sultanova - APA. Rusiya, Ermənistan və Azərbaycan prezidentləri yaxın vaxtlarda Rusiyada görüşərək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edə bilərlər.
[APA-nın «RİA Novosti»-yə istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev mətbuat konfransında deyib. "Ümidvaram ki, ən yaxın zamanda 3 prezidentin görüşü keçiriləcək. Güman edirəm ki, bu görüş Rusiyada baş tutacaq", - deyə D. Medvedyev bildirib.Rusiya prezidenti deyib ki, Cənubi Osetiyada baş vermiş avqust hadisələri istənilən mürəkkəb məsələnin beynəlxalq prinsiplərə uyğun və yalnız danışıqlar əsasında həll olunmasının vacibliyini bir daha göstərib: "Müsbət nəticə verə biləcək digər variant yoxdur". Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət bildirən D. Medvedyev danışıqlarda irəliləyişin olduğunu, hər iki tərəfin müzakirələri davam etdirmək niyyətini bəyan etdiyini söyləyib. Ermənistan prezidenti Serj Sərkisyan da erməni tərəfinin danışıqların Dağlıq Qarabağın öz müqəddəratını təyin etməyə imkan verən "Madrid prinsipləri" əsasında davam etdirilməsinə hazır olduğunu bildirib: "Biz əminik ki, məsələ kompromis və danışıqlar əsasında həll oluna bilər". -
10-21-2008, 02:50 PMAPAYaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq
[b]Yaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Yaxın iki il ərzində Azərbaycanın iki böyük elektrik stansiyasında aparılan yenidənqurma işləri başa çatdırılacaq. Bu barədə «APA-ECONOMICS»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.M.Əsgərovun sözlərinə görə, bunlar Mingəçevir su elektrik stansiyası və «Azərbaycan» istilik elektrik stansiyasıdır. Mingəçevir SES-də 6 aqreqatda aparılan yenidənqurma işləri nəticəsində stansiyanın gücü 420 MVt-a, «Azərbaycan»da isə 2640 MVt-dan 3640 MVt-a qədər artacaq. «Bu gün «Azərbaycan» İES-də şərti yanacaq sərfi 385-386 qramdır. Yenidənqurma işlərindən sonra stansiyada yanacaq sərfi 320 qrama enəcək», - deyə M.Əsgərov vurğulayıb.«Azərbaycan» İES-də yenidənqurma işlərini Çinin SNEC şirkəti aparır. Yaxın vaxtlarda Mingəçevir SES-in yenidən qurulması layihəsi üzrə tenderin keçirilməsi planlaşdırılır. -
10-21-2008, 03:20 PMAPAMHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib
[b]MHP lideri Dövlət Bağçalı baş nazir Ərdoğanı PKK-nın tələblərini yerinə yetirməkdə ittiham edib[b]
[Ankara - APA. "Baş nazir Ərdoğan PKK-nın tələblərinə uyğun ifadələrin yer aldığı bir sənədə imza atıb". APA-nın məlumatına görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. O bildirib ki, Rəcəb Tayyib Ərdoğan 1991-ci ildə içində "kamalist rejim iflasa uğrayıb. PKK-dövlət münaqişəsində tərəf olmamalıyıq. İçində "bölücü" və "separatçı" kəlmələri olan cümlələrdən uzaq durmalıyıq" sözləri yer alan bir raportu imzalayıb. D. Bağçalının fikrincə, baş nazir terrorla mübarizədə lazım olan niyyət və iradəyə sahib deyil: "Üsyan planlarının sınaqdan keçirildiyi, təhlükəsizlik qüvvələrimizi gözdən salmaq məqsədilə kampaniyaların aparıldığı bir vaxtda "siyasi həll" tərəfdarlarının yenidən ortaya çıxması Türkiyənin xaosa sürükləndiyini göstərir. Baş nazir siyasi və əxlaqi vəzifələrini yerinə yetirməsə, türk milləti lazım olanı edəcək". R. T. Ərdoğan haqqında sərt ifadələrini davam etdirən MHP lideri aşağıdakıları söyləyib: "Türk millətini 36 etnik qrupa bölən, "türkiyəlilik" kimi yeni anlayışlar yaratmağa çalışan, islahatlar adı altında terror təşkilatına xidmət göstərən, Avropanın "distribütörlüyünü" edən, qeyri-türk dilində təhsilə şərait yaratmaq istəyən, terrorçulara əfv kimi mövzuları gündəmə gətirən məhz Ərdoğandır". D. Bağçalı İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri, "əşirət rəisi" adlandırdığı Məsud Bərzani ilə danışıqlara gedilməsini də kəskin şəkildə pisləyib. Onun sözlərinə görə, danışıqlar prosesi PKK terrorçularının lideri Abdulla Öcalanın həbsdən buraxılmasına qədər gedəcək. -
10-21-2008, 03:40 PMAPAAzərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb
[b]Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin analoji ayları ilə müqayisədə 19,8% artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, hesabat dövründə magistral neft kəmərləri ilə 34,7 mln. ton neft nəql edilib. Nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturuna çevrilən Bakı-Tiflis-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 26 mln. ton və ya 28,3% çox neft ötürülüb.Cari ilin ilk doqquz ayı ərzində magistral qaz kəmərləri ilə 8 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62% çox qaz nəql edilib. Nəql edilən qazın 29,2%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 3,4 mlrd. kubmetr qaz ötürülüb. -
10-21-2008, 03:50 PMAPAAzərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
[b]Azərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi noyabrın 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Sorğuya oktyabrın 24-də yekun vurulacaq, nəticələr isə oktyabrın 25-də açıqlanacaq. Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1 228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür.Bakı-Novorossiysk kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası adı altında satılır. -
10-21-2008, 04:00 PMAPAAzərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqənin qalibinin adı oktyabrın 28-də açıqlanacaq
[b]Azərbaycanda yeni radionun açılması üçün elan edilən müsabiqənin qalibinin adı oktyabrın 28-də açıqlanacaq[b]
Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron üzrə 105,7 MHz işçi tezliyi üçün elan edilən müsabiqənin qalibi Milli Televiziya və Radio Şurasının (MTRŞ) oktyabrın 28-də keçiriləcək iclasında müəyyənləşəcək.
[Bu barədə APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmlinin sözlərinə görə, müsabiqədə iştirak üçün şuraya 4 iddiaçı - "Digital Media" MMC (Media FM), "Mediamaster" MMC (Kapital FM), "Tandem" MMC (Tam FM), "SN" MMC (Paytaxt FM) sənəd təqdim edib. N. Məhərrəmli müsabiqənin "Milli Televiziya və radio yayımı haqqında" qanuna və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun keçirildiyini də deyib.Qeyd edək ki, MTRŞ-nin radio yayım fəaliyyəti ilə əlaqədar sentyabrın 3-də 105.7 MHz tezliyinə elan etdiyi müsabiqə oktyabrın 8-də başa çatıb. -
10-21-2008, 04:10 PMAPABuxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir
[b]Buxarestdə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Buxarestdə (Rumıniya) Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşkilatçılığı ilə Rumıniya-Azərbaycan biznes-forumu keçirilir.ASK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, forumun keçirilməsində məqsəd Azərbaycan və Rumıniya iş adamları arasında ikitərəfli görüşlər təşkil etmək, birgə əməkdaşlıq imkanlarını araşdırmaq, qarşılıqlı iqtisadi əlaqələr yaratmaq və ölkəyə xarici investisiyaların cəlb edilməsinə yardım etməkdən ibarətdir.Azərbaycanı bu tədbirdə 15 nəfərdən ibarət mebel, tikinti, ticarət, tibb sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri təmsil edir. Forum çərçivəsində Rumıniya Sənayeçilər Birliyi (UGİR) ilə ASK arasında əməkdaşlıq sazişi imzalanacaq. Saziş Azərbaycan və Rumıniyada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə, yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması, sərgi və yarmarkalarda birgə iştirak etmək, bu sərgi və yarmarkalarda hər iki tərəfin sahibkarlarının daha geniş təmsil olunmalarına, birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və digər sahələri əhatə edir.Qeyd edək ki, azərbaycanlı iş adamları Rumıniya Sənaye Ticarət Palatası, Rumıniya Xarici İnvestisiyalar Agentliyi, Azərbaycanın Rumıniyadakı səfirliyində, habelə Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının İdarə Heyəti ilə görüşlər keçirəcəklər. -
10-21-2008, 04:20 PMAPASabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır
[b]Sabah Bakıda inşaat sektoru üzrə üç beynəlxalq sərgi başlayır[b]
[Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Oktyabrın 22-25-də Bakıda «BakuBuild-2008» XIV Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək. «APA-ECONOMICS»in məlumatına görə, bununla əlaqədar bu gün sərgi təşkilatçıları olan Böyük Britaniyanın «İTE Group» şirkəti və onun Qafqazdakı tərəfdaşı «İteca Caspian» mətbuat konfransı keçirib. «BakuBuild» sərgisinin meneceri Yana Sapunova bildirib ki, tədbir Azərbaycanın Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Memarlıq İttifaqının dəstəyi ilə keçirilir. «Qaradağ Sement» ASC və «Tarkett» şirkətləri sərginin himayədarları qismində çıxış edəcək. Bu il sərgiyə 25 ölkədən 250 şirkət qatılacaq.Sərgidə Azərbaycan şirkətləri ilə yanaşı Rusiya, Türkiyə, Böyük Britaniya, İran, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Qazaxıstan, Danimarka, Çin, Misir, Avstriya və digər ölkələrin şirkətləri iştirak edəcək. «BakuBuild-2008» sərgisində müxtəlif ölkələrin milli stendləri də təqdim ediləcək. İlk dəfə olaraq, bu sərgidə debütant kimi İtaliyanın «Teramo» Ticarət Palatasının köməyi ilə təşkil edilmiş italyan kollektiv stendi və Belarus Memarlıq və İnşaat Nazirliyinin dəstəyi ilə milli stend nümayiş olunacaq. «BakuBuild» sərgisi ilə bərabər həmin müddətdə «CaspianRealty» III Xəzər Beynəlxalq Daşınmaz Əmlak Sərgisi və «Caspian MebelExpo» VI Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn Sərgisi də keçiriləcək. -
10-21-2008, 04:30 PMAPANuşirəvan Məhərrəmli: "Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq"
[b]Nuşirəvan Məhərrəmli: "Azərbaycanda bütün Qafqazı əhatə edəcək telekanal açılacaq"[b]
Bakı. Kəmalə Quliyeva - APA. "Azərbaycan Qafqaz regionunda lider dövlətdir. Bu liderliyin informasiya təminatını möhkəmləndirmək üçün Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək və bütün regionu əhatə edəcək yeni telekanala ehtiyac var".
[Bu sözləri APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, daha çox informasiyaya və analitik verilişlərə üstünlük verəcək yeni telekanalın açılması yaxın gələcəkdə mümkün ola bilər: "Belə bir telekanalın açılması böyük vəsait tələb edir. Ona görə də telekanalın dəqiq açılma vaxtını demək hələlik mümkün deyil". N. Məhərrəmli onu da deyib ki, yaxın günlərdə Yevlaxda (Yevlax TV) və Şəkidə (SE TV) yeni regional kanallar fəaliyyətə başlayacaq: "Bundan sonra digər bölgələrdə də yeni kanalların açılması məsələsinə baxılacaq. Parlament seçkilərinə qədər bütün əsas regionların hamısında regional televiziyalar fəaliyyət göstərəcək. Hazırda isə Azərbaycanda 14 regional kanal fəaliyyət göstərir". -
10-21-2008, 04:40 PMAPASon bir ildə Azərbaycanda yerli turistlərə verilən yollayışların sayı 14% artıb
[b]Son bir ildə Azərbaycanda yerli turistlərə verilən yollayışların sayı 14% artıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin birinci yarısında Azərbaycanda turizmlə məşğul olan müəssisələrin sayı 5 vahid artaraq 107-yə, onlarda çalışan işçilərin sayı isə 331 nəfər artaraq 1 334-ə çatıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, müəssisələrin 90,7%-i Bakı şəhərində, 9,3%-i ölkənin digər regionlarında fəaliyyət göstərib. Fəaliyyət göstərən turizm müəssisələrinin 98,1%-ni özəl müəssisələr təşkil edib.Cari ilin birinci yarısında turizm müəssisələri tərəfindən turistlərə 4,4 mln. manat dəyərində 14,4 min ədəd turizm yollayış blankları satılıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə yollayış blanklarının dəyəri 29%, sayı isə 14,2% artıb. Yollayış blanklarının 1 993-ü ölkə daxilində, 11 589-u xarici ölkələrdə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına, 820-si isə Azərbaycan ərazisində səyahət etmələri üçün xarici ölkə vətəndaşlarına satılıb.Turizm müəssisələri tərəfindən dünyanın ayrı-ayrı ölkələrindən 8 223 nəfər turist qəbul edilib və 20 355 nəfər turist xarici ölkələrə göndərilib. Bu ilin yanvar-iyun aylarında turizm müəssisələri 28,6 min nəfər turistə xidmət göstərib. Göstərilmiş xidmətlərin 94,4%-i Bakı şəhərində, 2,8%-i Xaçmaz rayonunda, 1,5%-i Mingəçevir şəhərində, 1,1%-i Naxçıvanda, 0,2%-i isə digər regionlarda fəaliyyət göstərən turizm müəssisələri tərəfindən həyata keçirilib.Turizm müəssisələri tərəfindən turistlərin 59,5%-i mehmanxana və qonaq evlərində, 8,4%-i pansionatlarda, istirahət evləri və sanatoriyalarda, 1,8%-i turist bazarlarında, 30,3%-i isə digər yerlərdə yerləşdirilib.Hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin ümumi gəlirləri 10,8% artaraq 7,9 mln. manat olub, bunun da 78,5%-i (6,2 mln. manatı) turist xidmətlərindən əldə edilib. Əldə olunan gəlirdən 548,6 min manat büdcəyə və büdcədən kənar fondlara ödənilib. Ümumi gəlirin 99,6%-i qeyri-dövlət, 0,4%-i isə dövlət mülkiyyətinə məxsus müəssisələr tərəfindən əldə edilib. -
10-21-2008, 05:00 PMAPABakıda qardaş bacısının qaynını bıçaqlayıb
[b]Bakıda qardaş bacısının qaynını bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov-APA. Bakının Sabunçu rayonunda qardaş bacısının qaynını bıçaqlayıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sabunçu rayonunun Bilgəh kəndi ərazisində yerləşən tibb məntəqəsində, kənd sakini, 1986-cı il təvəllüdlü Kamil Hüseynovun qardaşının həyat yoldaşı Aygün Hüseynova ilə aralarında baş vermiş münaqişə nəticəsində baş verib. Bildirilib ki, qaynının hərəkətlərindən tənqə gələn A. Hüseynova aralarında olanı münaqişəni qardaşı Alim Dadaşova danışıb. Bacısının dinlədikdən sonra hiddətlənən A. Dadaşov bacısıgilə gələrək K. Hüseynovu yaxınlıqda yerləşən tibb məntəqəsinə söhbət etməyə çağırıb. Onların arasında dava düşüb və A. Dadaşov Kamili döş nahiyyəsindən bıçaqlayıb. K. Hüseynov ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirib. Baş vermiş hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü A. Dadaşov saxlanılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. -
10-21-2008, 05:10 PMAPALatviya Futbol Federasiyasının baş katibi: "Azərbaycanla oyun baş tutmadığı üçün üzr istəyirik" - EKSKLÜZİV
[b]Latviya Futbol Federasiyasının baş katibi: "Azərbaycanla oyun baş tutmadığı üçün üzr istəyirik" - EKSKLÜZİV[b]
[Bakı. Aqşin Əliyev - APA-SPORT. "Həqiqətən də Latviya və Azərbaycan yığmaları arasında noyabrın 19-na planlaşdırılan yoldaşlıq görüşünün keçirilməsinə nəqliyyat problemi maneçilik törədib. Biz bu oyunu razılaşdıranda Bakıdan Riqaya həftədə 2 dəfə reys var idi. Ancaq adıçəkilən reys rentabelli olmadığı üçün oktyabrın 1-dən ləğv edilib". Bu sözləri "APA-SPORT"a eksklüziv açıqlamasında Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Mezeçkis deyib.Mezeçkis bildirib ki, Latviya yığmasının Bakıya çarter reysi ilə gəlməsi sərfəli olmayıb: "Çünki bu, bizə 80 min ABŞ dollarına başa gələcəkdi. Dünyadakı maliyyə böhranı bizim da fəaliyyətimizə təsir göstərib, xərclərimiz artıb. Ona görə də çarter reysindən imtina etdik". LFF rəsmisi digər reyslərlə Azərbaycana səfərin də uyğun olmadığını vurğulayıb: "Riqa-Frankfurt-Bakı reysi bir qədər çətindir. Ən optimal variant Moskvaya uçub, oradan isə Bakıya gəlmək idi. Lakin Moskvaya yollanmaq üçün Rusiyadan viza alınmalı idi ki, bu da əlavə xərc tələb edirdi".Baş katib oyunun ləğv edilməsinə görə Azərbaycan futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyib: "İndiyədək Azərbaycan milli komandası 3 dəfə Riqaya təşrif buyurub. Borcunuzdan çıxmaq istəyirdik. Hətta Bakı-Riqa reysi olsaydı bütün təyyarəni almağa gücümüz çatacaqdı. Çünki səfərə Azərbaycanın Latviyadakı diasporunun nümayəndələrini də gətirməyi nəzərdə tutmuşduq. Təəssüf ki, istəyimiz alınmadı. Bütün futbol ictimaiyyətinizdən, eləcə də jurnalistlərdən üzr istəyirik".Yığmamızın bu dəfə Riqaya yollanması məsələsinin müzakirə edilmədiyini söyləyən Mezeçkis bunu havaların soyuqluğu ilə əlaqələndirib: "Noyabrın 19-da burada 10 dərəcə şaxta olur. Həmin ərəfədə Estoniyaya gedərək, beynəlxalq turnirə qatılmaq haqda düşünürük". O deyib ki, gələcəkdə iki ölkənin komandası arasında yoldaşlıq matçının oynanılması ilə bağlı məsələ bir daha müzakirəyə çıxarılacaq: "Bu haqda gələn həftə azərbaycanlı həmkarım Elxan Məmmədovla İsveçrənin Nyon şəhərində, UEFA-nın tədbirində görüşüb, fikir mübadiləsi aparacağıq".AFFA-nın baş katibi Elxan Məmmədov isə "APA-SPORT"a açıqlamasında bildirib ki, hazırda yığmamıza rəqib axtarılır: "Noyabrın 19-u FİFA-nın yoldaşlıq görüşləri üçün ayırdığı tarixdir. Biz milli komandamızın oyun təcrübəsinin artırılması məqsədilə bu imkandan yararlanmaq niyyətindəyik. İnanıram ki, tezliklə rəqib tapa biləcəyik". -
10-21-2008, 05:20 PMAPAAvropa İttifaqı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb
[b]Avropa İttifaqı Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb[b]
Bakı-APA. Avropa İttifaqının Sədrliyi Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyannamə yayıb. Bu barədə APA-ya Avropa İttifaqına sədrlik edən Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
[Bəyannamədə bildirilir ki, Avropa İttifaqı seçkilərin daha yaxşı keçirilməsi üçün mövcud cəhdləri, həmçinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Venesiya Komissiyasının təklif etdiyi tövsiyələrin bəzilərini nəzərə alan Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri qeydə alır: "Buna baxmayaraq, Avropa İttifaqı qeyd edir ki, bu seçkilər ictimai debatların təşkil olunması, səsvermənin keçirilməsi və səslərin hesablanması baxımından beynəlxalq demokratik standartlara hələ riayət etmir. Avropa İttifaqı təkidlə Azərbaycanın hakimiyyət orqanlarını demokratik plüralizm və media azadlığı sahəsində üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə riayət üçün etdikləri cəhdləri davam etdirməyə çağırır. O, Avropa Qonşuluq Siyasəti çərçivəsində, Azərbaycanın demokratik təsisatlarının inkişafına öz dəstəyini davam etdirmək niyyətini bir daha təsdiq edir". Bu bəyannaməyə Avropa İttifaqının üzvlərindən başqa quruma namizəd ölkələr - Xorvatiya, Makedoniya, Stabilizasiya və Assosiasiya Prosesinin ölkələri və potensial namizədlər Albaniya, Bosniya-Herseqovina, Monteneqro, Serbiya, və Avropa Sərbəst Mübadilə Assosiasiyasının üzv ölkələri, Avropa İqtisadi Məkanının üzvləri İslandiya və Norveç də qoşulub. -
10-21-2008, 05:40 PMAPABu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb
[b]Bu gün BBVB-nin valyuta bölməsində 33,9 mln. dollarlıq əqd bağlanıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyasının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,8089 AZN/$1 təşkil edib.BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8081 AZN/$1, USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 11 999 544 AZN təşkil edib. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0008 bənd düşüb və 0,8089 AZN/$1-ə çatıb. BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 15 394 076 AZN, manatın orta məzənnəsi isə 0,8089 AZN/$1 təşkil edib.Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 33,862 mln. dollar və ya 27 393 619 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 2 821 833 dollar düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. EUR/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 540 679 AZN, manatın orta məzənnəsi isə 1,0795 AZN/EUR təşkil edib. Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,93%, ABŞ dolları üzrə isə illik 16,64% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb. -
10-21-2008, 05:50 PMAPAMahaçqalada döyüş gedir, 5 OMON-çu həlak olub, 9 milis yaralanıb
[b]Mahaçqalada döyüş gedir, 5 OMON-çu həlak olub, 9 milis yaralanıb[b]
Mahaçqala-APA. Mahaçqalanın 30 kilometr cənub-qərbində cinayətkar qruplaşmanın üzvləri ilə hüquq-mühafizə orqanları arasında döyüş gedir.
[APA-nın "RİA-Novosti"yə istinadən yaydığı məlumata görə, hələ də davam edən döyüşdə 5 OMON-çu, həlak olub, altısı isə yaralanıb. Əməliyyata cəlb olunan yerli daxili işlər orqanlarının əməkdaşlarından da 3 nəfər yaralı var. Döyüş Bakı vaxtı ilə 15.00 radələrində Dağıstanın Serqokalin və Qarabudaqkənd rayonlarının inzibati sərhədində gedir. -
10-21-2008, 06:10 PMAPAElçin Behbudov "Lotu Yunus" ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb
[b]Elçin Behbudov "Lotu Yunus" ləqəbi ilə tanınan Yunus Nəzərovla görüşüb[b]
[Bakı-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində "Lotu Yunus" ləqəbi ilə tanınan məhbus Yunus Nəzərovla görüşüb. E. Behbudov APA-ya bildirib ki, müəssisənin reanimasiya şöbəsində müalicə olunan Y. Nəzərov vəziyyətinin yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini deyib. Məhbus hüquq müdafiəçisinə mətbuatda onun barəsində qeyri-dəqiq məlumatların yayıldığını deyib və buna son qoyulmasını xahiş edib. Y. Nəzərovun həkimi onun həyatına təhlükə olmadığını bildirib.Qeyd edək ki, bir neçə gün əvvəl saylı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "kriminal avtoritet" Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə məlumat yayılıb. Məlumata görə, hadisə Y. Nəzərovun digər məhbus yoldaşlarını döyməsi üstündə baş verib. Y. Nəzərovun özünü həbsxanada bu cür aparmasını qəbul etməyən məhbuslardan biri onu yatdığı yerdə baltalayıb. Bundan sonra baltalanan məhbus ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. -
10-21-2008, 06:30 PMAPAİlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb
[b]İlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu sentyabr ayı üçün proqnozu 2,3% artıqlaması ilə yerinə yetirib. Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.Ötən ay zavodda təmirdən 2 gəmi - güclü su vuran avadanlıqlarla təchiz olunmuş nəhəng «Vixr-9» yanğınsöndürən, xam neftin Neftçaladan Dübəndi limanına gətirilməsini təmin edən «Bunkerovşik-4» gəmisi buraxılıb. Cari ilin yanvar-sentyabr aylarında isə zavodda proqnoz 9,5% artıqlaması ilə yerinə yetirilib. Əsaslı təmirdən 14 gəmi çıxıb, daha 15 gəmi isə dok təmirindən keçib. Bu dövrdə 5 dəniz kranı - «Ulluçay», «Şirvan», «Şirvan-3», «İslam Kərimov» və «Ramiz Hacıyev» təmir edilib. -
10-21-2008, 06:40 PMAPABakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb
[b]Bakı şəhərinin təkrar avtomobil bazarında sentyabrda qiymətlər 9% düşüb[b]
[Bakı. Rəşad Süleymanov - APA-ECONOMICS. Cari ilin sentyabr ayında Bakı şəhərinin təkrar avtomobil bazarında passivlik qeydə alınıb. Bu barədə «APA-ECONOMICS»ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən (ƏBİ) məlumat verilib.ƏBİ-nin araşdırmalarına görə, yay aylarında ekspertlər bazarın bu seqmenti üzrə passivliyi əsasən mövsümi faktorlarla əlaqələndirildiyi halda, sentyabrda qeydə alınan passivlik avtomobil bazarında aparılan islahatlar-köçürmələrlə bağlı olub. Belə ki, 2 ay əvvəl Dərnəgül qəsəbəsindəki avtomobil bazarının Badamdar qəsəbəsində yeni açılmış avtomobil satış mərkəzinə köçürülməsi bazarın bu seqmentində aktivliyin ciddi şəkildə aşağı düşməsi ilə nəticələnib. Təkcə Dərnəgüldəki avtomobil bazarının deyil, paralel olaraq şəhərin müxtəlif ərazilərindən küçə və yolkənarı xırda satış mərkəzlərinin eyni vaxtda yığışdırılması bazardakı vəziyyətə mənfi təsir göstərib. Ay ərzində təklifdə 10,7% azalma qeydə alınıb. Təklifin azalmasına səbəb kimi yeni satış mərkəzinin tam tanınmaması ilə yanaşı, tələbin aşağı düşməsi və təkrar avtomobil bazarına kredit verilməsinin demək olar ki, tam dayandırılması göstərilir. Ötən ay təkliflə yanaşı tələb də 6,1% düşüb. Müvafiq olaraq ay ərzində avtomobil almaq üçün satış mərkəzlərinə müraciət edənlərin sayında da nəzərə çarpan azalma müşahidə olunub. Lakin buna baxmayaraq, ay ərzində bazarda orta qiymət dəyişməz qalıb və ötən ay olduğu kimi 21 min ABŞ dollarına bərabər olub. Tələbin düşməsi, qiymətlərin yüksək olması, eyni zamanda mövsümi faktorlar və bazarda aparılan islahatlar və yerdəyişmələrin birgə təsiri nəticəsində ötən ay avtomobillərin ekspozisiya müddəti 5 gün artaraq 64 günə çatıb. Buna müvafiq risk dərəcəsi artıb və əmlakın bu növü üzrə likvidlik dərəcəsi aşağı düşüb. Bütün bunlar isə tədricən rəqabətə davam gətirə bilməyən xırda alverçilərin bazardan çıxmasına təsir göstərir. Sentyabr ayında təkrar avtomobil bazarında araşdırma predmeti olan 5 minə qədər avtomobilin cəmi 30%-ə qədəri bazara məhz sentyabr ayında təklif olunub. Qalan 70%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Bazardakı yerdəyişmələr təkrar bazarda proqnozlaşdırılan qiymət artımının qarşısını nəinki alıb, hətta sentyabrda bazarın bu seqmentində 9,4% qiymət azalması müşahidə olunub. -
10-21-2008, 06:50 PMAPA«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək
[b]«Azercell» Azərbaycanda tələbələrə təqaüd verəcək[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti 15 tələbəyə təqaüd verəcək. Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Azercell»in keçirdiyi xüsusi karyera proqramı çərçivəsində tələbələr üçün təqaüd proqramı üzrə müsabiqə elan edilib. «Gələcək sənsən» şüarı altına reallaşdırılan proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və yüksək ixtisaslı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək verməkdir.Müsabiqədə qalib gələn tələbələrə «Azercell» tərəfindən hər ay təqaüd ödəniləcək. Müsabiqədə beş ali təhsil ocağında - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universitetinin (kompüter mühəndisliyi, kompüter sistem və şəbəkələri, biznes inzibatçılığı üzrə fakültələr) əyani şöbəsində oxuyan III və IV kurs tələbələri iştirak edə bilərlər. Təqaüdçü olmaq istəyən tələbələr bu ilin noyabrın 15-də sənədlərini «Azercell»in Bəsti Bağırova küçəsi,2 ünvanında yerləşən Müştəri Xidmətləri ofisinə təqdim etməlidir. Müsabiqə komitəsi daxil olan müraciətləri təhlil etdikdən sonra tələbələr testdən keçəcək və qalib gələn 15 tələbə müəyyənləşdiriləcək. -
10-21-2008, 07:00 PMAPABakıda Çexiyanın məşhur "Petroff" şirkətinin royallarının satışına başlanıb
[b]Bakıda Çexiyanın məşhur "Petroff" şirkətinin royallarının satışına başlanıb[b]
[Bakı-APA. Bu gün dünyada məşhur royalları ilə tanınan Çexiyanın "Petroff" şirkətinin Azərbaycanda yeganə distributoru olan "Royal" musiqi alətləri salonu ilə əməkdaşlığa başlaması münasibəti ilə təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, təqdimat mərasimində şirkətin yaradıcısı olan nəslin nümayəndəsi Yan Petrof da iştirak edib. "Royal" şirkətlər qrupunun rəhbəri Azər Mütəllim məşhur "Petroff" şirkəti ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib.Yan Petroff nəhayət ki, Azərbaycanda da "Petroff" royallarının satışına başlanmasına çox sevindiyini bildirib. O bu royalların Azərbaycanın geniş musiqi kütləsinə çatdırılacağına, sənətkarların bu royallardan istifadə edəcəyinə əminliyini ifadə edib. Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli "Petroff" royallarının onun yaradıcılığındakı əhəmiyyətindən danışıb və buna görə, Y. Pertofa təşəkkür edib.Təqdimat mərasimində Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, xalq artisti Fuad Poladov, Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov, dirijor Yalçın Adıgözəlov və bir çox başqa tanınmış simalar da iştirak edib. -
10-21-2008, 07:10 PMAPAİsveçrədə uydurma "erməni soyqırımı"nı inkar edən türklər cərimələnib
[b]İsveçrədə uydurma "erməni soyqırımı"nı inkar edən türklər cərimələnib[b]
[Bern - APA. İsveçrənin Vintertur dairə məhkəməsi uydurma "erməni soyqırımı"nı inkar edən 3 türkü cərimələyib. APA-nın "Panarmenian"a istinadən verdiyi məlumata görə, Əli Mərcan, Həsən Kamal və Əthəm Kaya adlı türklər 3600 və 4500 İsveçrə frankı məbləğində cərimə olunublar. Bu şəxslər 2007-ci il iyunun 30-da Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçəkin Lozanna şəhərində təşkil etdiyi toplantıya qatılaraq Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırım törədilmədiyini, bu barədə iddiaların Fransa, ABŞ və çar Rusiyası tərəfindən uydurulmuş beynəlxalq yalan olduğunu bildiriblər. Adı çəkilən şəxslər 10 gün ərzində məhkəmənin hökmündən şikayət verə bilərlər. Xatırladaq ki, 2007-ci ilin martında İsveçrə məhkəməsi D. Pərinçəki saxta soyqırımı inkar etdiyi üçün 90 gün şərti cəzaya məhkum edib və 3 min frank məbləğində cərimələyib. Hazırda D. Pərinçək Türkiyədə "Ergenekon" məsələsi ilə bağlı həbsdədir. -
10-21-2008, 07:20 PMAPAElmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib
[b]Elmar Məmmədyarov diplomatik missiyasının başa vuran Belçika səfirini qəbul edib[b]
[Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın ölkəmizdəki səfiri Frenk Ceyerkensi diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan və Belçika arasında münasibətlərin inkişaf etdirilməsinin və qarşılıqlı əlaqələrdə yeni mərhələnin açılmasının vacibliyini vurğulayan tərəflər, bu istiqamətdə səylərin artırılmasına ehtiyac olduğunu qeyd ediblər. Belçika səfiri əməkdaşlığı gücləndirmək, hər iki ölkənin ictimaiyyətində məlumatsızlığı aradan qaldırmaq, yüksək səviyyəli rəsmilərinin səfərləri ilə yanaşı, iş adamlarının səfərlərini təşkil etmək kimi addımları vacib sayıb. Belçikanın Bakıdakı səfirliyinin artıq tam fəaliyyət göstərdiyini və onu əvəz edəcək yeni səfirin də bu istiqamətdə çalışacağını diqqətə çatdırıb. Nazir Elmar Məmmədyarov da əməkdaşlığı gücləndirmək fikrini dəstəkləyərək, Azərbaycanın regionda lider dövlət kimi nüfuzunun artdığını qeyd edib, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında Belçikanın vacib rolunu vurğulayıb. Görüşün sonunda nazir səfirə gələcək fəaliyyətində uğurlar diləyib. -
10-21-2008, 07:30 PMAPAVakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə mərhələsi başlayıb
[b]Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə mərhələsi başlayıb[b]
[Bakı. Kəmalə Quliyeva-APA. Oktyabrın 20-dən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsahibə mərhələsi başlayıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sayca 3-cü olan müsahibədə 106 nəfər iştirak edir. 13 dövlət qurumunda işləmək istəyən namizədləri müəyyənləşdirəcək müsahibə mərhələsi noyabrın 4-də başa çatacaq. Komissiya tərəfindən 33 dövlət orqanı üzrə elan edilmiş müsabiqənin test imtahanı isə noyabrın ortalarında keçiriləcək. İmtahana buraxılış vərəqələri namizədlərə noyabrın əvvəlində veriləcək. -
10-21-2008, 07:50 PMAPAFikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib
[b]Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin nümayəndə heyətini qəbul edib[b]
[Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bu gün ölkəmizdə səfərdə olan Norveç Krallığı Ədliyyə Nazirliyinin baş katibi Morten Ruudun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Məmmədov Azərbaycanda oktyabrın 15-də keçirilən prezident seçkilərinin beynəlxalq standatlara uyğun- azad, şəffaf və demokratik şəraitdə baş tutduğunu diqqətə çatdırıb. Nazir həmçinin məhkəmə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanlarının müasirləşdirlməsi sahəsində görülən işlərdən danışıb. Görüşdə Norveçlə Azərbaycan arasında iqtisadi əlaqələrin uğurlu inkişaf etdiyi vurğulanıb. Ədliyyə sahəsində səmərəli əməkdaşlıqdan məmnun qaldıqlarını bildirən qonaqlar, Norveç və ATƏT-in Azərbaycanla hüquqi islahatlar üzrə üçtərəfli formatda əməkdaşlığa maraqlı olduqlarını diqqətə çatdırıblar. Morten Ruud Avropa ədliyyə nazirlərinin ölkəsində keçiriləcək növbəti konfransına Azərbaycanın ədliyyə nazirinə Norveç tərəfinin dəvətini çatdıırıb. Tədbirdə Norveç Krallığının səfiri Yon Ramberq və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herero Ansola da iştirak edib.