Əhaliyə isti su veriləcək
Azərbaycanın istilik sisteminə 200 milyon manat investisiya qoyulacaq. Bu məbləğ 2008-2011-ci illər ərzində veriləcək. Azəristiliktəchizat səhmdar cəmiyyətindən verilən məlumata görə, bu pul hesabına istilik təminatı mərkəzlərini bərpa etmək və modernləşdirmək, eyni zamanda yeni qazanxanalar tikmək, evlərin daxilində istilik şəbəkələri quraşdırmaq planlaşdırılıb. Bundan başqa, əhaliyə isti suyun verilməsi də nəzərdə tutulub.
ANS
Azərbaycan Xəbərləri
Printable View
-
11-12-2007, 03:10 PMyeshuƏhaliyə isti su veriləcək
-
11-14-2007, 05:49 PMmustafapasa
Dost ve kardeş ülke Azerbaycan’ın RTÜK’ü, “Azeri diline zarar verdiği” gerekçesiyle Türk filmlerinin dublajsız olarak yayınlanmasını yasakladı
Türkler’in kendini en yakın hissettiği millet olan ve hükümetin her fırsatta “Biz tek millet, iki ayrı devletiz” diyen Azerbaycan, Azerice’ye zarar veren diller arasında Türkçe’yi de dahil etti. Ulusal Televizyon ve Radyo Kurulu (Azerbaycan Respublikası Milli Televiziya ve Radio Şurası) 14 Mart’ta aldığı kararla, Azeri televizyonlarında yabancı dilde yayın yapılmasını yasaklamıştı. Bu kararın altında ise, Azerice’nin yabancı dillere karşı korumaktı. Ancak, ilk alınan kararda, Azeri halkı Türkçe anladığı için Türkçe diziler ve filmler bu kapsama alınmadı. Dublaj ve altyazı masraflarından kaçan televizyonlar da Hollywood ya da başka ülkelerinin sinemaları yerine günün her saati Türk dizileri ve filmlerine yer verdi. Durum böyle olunca, Ulusal Televizyon ve Radyo Kurulu, Türkçe yayınların Azeri diline zarar verdiğini söyleyerek, bu yayınların da durdurulması gerektiğine karar verdi. Kurulun Başkanı Nuhşivaran Maharremli “Türkçeyi 14 Mart 2007’de yürürlüğe giren yasak kapsamının dışında tutmuştuk. Ama Azeri televizyonları yayın akışlarını çok yüksek oranda Türkçe dizi ve filmlerle doldurmaya başlayınca çaresiz kaldık. Türkçe’yi de yasaklanan diller arasına aldık” diye konuştu. Türkçe dil yasağı ülkede 1 Ocak 2008’de yürürlülüğe girecek.
Türkçe değil İngilizce hakim
Türkçeye çok benzeyen Azerice’ye son 15 yılda giren İngilizce kelimeler kendini oldukça hissettiriyor. Azerice’de ayrıca diğer batı dillerinde olan Q ve X harfleri de kullanılıyor. İşte örnekler:
- Cumhurbaşkanı: Prezident
- Aralık ayı: Dekambr
- Sanal: Virtual
- Bilgisayar: Kompyuter
- İnternet sitesi: Web sayt -
11-14-2007, 06:34 PMfidan494
Mustafapaşa,
Hansı Türkiye kanalında Azerbaycanca veriliş efire gedir?
Azerbaycan kanallarında yüksek seviyyede türkçe verilişlere yer verilince azerice (azeri türkçesi) arxada qalır. Bu hal sizde olsa tedbir görülmezmiydi? Bunun qardaşlıqla ne elaqesi?
Batı dillerinde dediyiniz herfler ise sadece model olaraq istifade olunur, ses terkibince şerq (doğu) dillerinin sesleridir.
X herfi - H sesini, Q da sizdeki G sesini verir. Batı dillerindeyse q ve x tamamile ferqli seslerdir.
Bundan başqa, her bir dilde alınma sözler mövcuddur.
Salamat qalın -
11-14-2007, 07:58 PMcengAlıntı:
mustafapasa Nickli Üyeden Alıntı
::yerivar::
Sevindirici xeberdir,geç qalınmış bele.
keşki 2008'e bırakmasalardı, ilk baştan onuda yasaklasalardı
:aferin: -
11-14-2007, 08:39 PMyeshuAzərbaycan Malayziya ikitərəfli əlaqələri
Azərbaycan Malayziya ilə ikitərəfli əlaqələrin inkişafına tərəfdardır
Azərbaycan Malayziya ilə ikitərəfli əlaqələrin inkişafına mühüm önəm verir. Bu barədə müdafiə naziri Səfər Əbiyev Malayziyanın Azərbaycanda təyin olunmuş yeni səfiri Dato Saipulu ilə görüşündə bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü Bakıda keçirilən görüş tanışlıq xarakteri daşıyıb.
D.Saipulu qeyd edib ki, Malayziyanın Azərbaycandakı ilk səfiri kimi irkitərəfli əlaqələrin inkişafı üçün bütün səylərini göstərəcək.
Görüş zamanı tərəflər Cənubi Qafqazda hərbi-siyasi vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
İnterfax -
11-14-2007, 08:40 PMyeshuAzərbaycanda gənc bəstəkarlar festivalı keçiriləcək
Azərbaycanda gənc bəstəkarlar festivalı keçiriləcək
Gənc Azərbaycan bəstəkarlarının festivalı noyabrın 14-16-da “Kapelhaus” Kamera və Orqan musiqisi zalında keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, festivalda 16 gənc bəstəkarın 16 kamera musiqisi təqdim olunacaq.
Tədbir gənc kadrların yaradıcılığına baxış xarakteri daşıyır.
Festival Azərbaycandakı Gənclər İli çərçivəsində təşkil olunub və Bəstəkarlar İttifaqı tərəfindən Mədəniyyət və Turizm və Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir.
İnterfax -
11-14-2007, 08:42 PMyeshuAzərbaycanda 62 min diabet xəstəsi var
Azərbaycanda 62 min diabet xəstəsi var
Hazırda dünyada 240 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir. 20 il ərzində bu rəqəmin 380 milyona çatacağı gözlənilir. Hər il vəfat edən insanların 5 faizi məhz diabet nəticəsində öz dünyasını dəyişir. Bu rəqəmləri Azərbaycan Diabet Cəmiyyətinin prezidenti Mömünət Ömərova dünən 14 noyabr - Ümumdünya Diabet Günü münasibətilə keçirdiyi tədbirdə açıqlayıb. O rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 62 min diabet xəstəsinin olduğu bildirilsə də, reallıqda bu rəqəmin 5-6 dəfə yüksək olduğu hesab edilir. Ümumdünya Diabet Günü münasibətilə isə noyabrın 13-dən 15-dək Heydər Əliyev Fondunun binası dünyanın digər 110 tanınmış binası ilə yanaşı, mavi rəngdə işıqlandırılacaq.
Zaman -
11-14-2007, 08:42 PMyeshu“Azərbaycan ərazilərinin işğal olunduğunu bilirəm”
“Azərbaycan ərazilərinin işğal olunduğunu bilirəm”
”Mən hazırda Azərbaycan haqqında o qədər də məlumatlı deyiləm və bu baxımdan sizi məyus etmək istəməzdim. Yeni vəzifəmin icrasına məsuliyyətlə başlayıram və sürətlə inkişaf edən, müasirləşən Azərbaycanla çox fəal çalışmaq arzusundayam”. Bu sözləri Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi, bolqarıstanlı deputat Yevgeniya Jivkova APA-ya müsahibəsində söyləyib. Dağlıq Qarabağ problemi barədə də yetərli səviyyədə məlumatlı olmadığını söyləyən həmməruzəçi Azərbaycan ərazilərinin işğal edildiyini bildirib: “Mən AŞ PA-nın bu barədə qəbul etdiyi qətnaməni əsas tutaraq deyə bilərəm ki, Azərbaycan ərazilərinin müəyyən hissəsi hələ də işğal altındadır. Bu münaqişə nəticəsində 4 mindən çox insan itkin düşmüş sayılır, azərbaycanlı məcburi köçkünlərin sayı isə 760 min nəfərdir”.
Zaman -
11-14-2007, 08:43 PMyeshuAzərbaycanın Moldovadakı Böyükelçiliyi yeni binaya köçüb
Azərbaycanın Moldovadakı Böyükelçiliyi yeni binaya köçüb
“Zaman” qəzetinin xarici yayımlar üzrə redaktoru Mustafa Haliloğlunu yeni iqamətgahda qəbul edən Azərbaycanın Moldovadakı səfiri İsfəndiyar Vahabzadə səfirliyin fəaliyyəti barədə geniş açıqlama verib. Oktyabrın 10-dan səfirliyin yeni binada fəaliyyət göstərdiyini deyən İ. Vahabzadə Moldova ictimaiyyətinin və xarici ölkə səfirliklərinin bu tarixi hadisəyə marağının onları sevindirdiyini bildirib. Moldovanın Qaqauz bölgəsində yaşayan türklərə xüsusi önəm verdiklərini vurğulayan səfir türkcənin unudulmaması üçün səy göstərdiklərini qeyd edib. Onun sözlərinə görə, həmin ərazidə Azərbaycan telekanallarının izlənməsinə imkan yaratmaq məqsədilə peyk antenası quraşdırdılıb. O, eyni zamanda qaqauzları dərs vəsaitləri və kitablarla təmin etməyə də səy göstərdiklərini qeyd edib. İ.Vahabzadənin fikrincə, Türkiyə səfirliyi ilə birgə fəaliyyət bölgədə yaşayan türklərə dəstək baxımından daha effektiv nəticələr verə bilər. -
11-14-2007, 08:53 PMyeshuAzərbaycan risk səviyyəsi yüksək olan ölkələr sirasına aid edilib
Azərbaycan risk səviyyəsi yüksək olan ölkələr sirasına aid edilib
Britaniyanın “Control Risks” konsaltinq şirkəti "Risk Map 2008" hesabatını hazırlayıb. Bu barədə “İnvestor Ukraina” internet jurnalı məlumat yayıb. Bu hesabatda siyasi və təhlükəsizlik riski aşağı olan ölkələrin adları açıqlanıb. Bu hesabata görə, investorlar regionda öz sərmayələrini yatırdıqları zaman daha əmin olacaqlar. Tədqiqatın məlumatına görə, xarici sərmayə daha çox Danimarka, Finlandiya, İslandiya, Lixtenşteyn, Lüksemburq, Monako, Norveç və Andorraya yatırılır. Bu ölkələrdə siyasi və təhlükəsizlik riski çox cüzidir.
Baltika ölkələrində isə Avropanın bir çox ölkələrində olduğu kimi risk səviyyəsi kifayət qədər aşağıdır. Rusiyada risk səviyyəsi ekspertlər tərəfindən kifayət qədər yüksək qiymətləndirilib. Eyni situasiya Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda da müşahidə olunur. Yüksək siyasi riskli ölkə isə Belarus hesab olunub.
ANS PRESS -
11-14-2007, 09:04 PMyeshuƏrdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Ərdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Türkiyənin Ərdahan vilayətində "Palmali" Şirkətlər Qrupunun inşa etdirdiyi məktəbin açılışı olıb. Məktəb dünya standartlarına uyğun tikilib, ən müasir texnika və avadanlıqlarla təhciz olunub. Bu təhsil ocağında yaxınlıqdakı Altaş və Seyitorən kəndlərindən olan şagirdlərlə yanaşı, ətraf ucqar kəndlərdən uşaqlar da təhsil ala biləcəklər. Şagirdləri məktəbə aparıb gətirmək üçün "Palmali" məktəbi avtobusla təhciz edib. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib ki, şirkət bununla öz işini bitmiş hesab etmir və gələcəkdə də məktəbin təminatını öz üzərinə götürməklə şagirdlərin qayğısına qalacaq. "Palmali" Şirkətlər Qrupunun Bakı təmsilçiliyinin mətbuat xidmətinin məlumatına görə, məktəb Türkiyə-Azərbaycan qardaşlığı məktəbi adlandırılıb. Qeyd edək ki, bu, Palmali Şirkətlər Qrupunun Türkiyə və Azərbaycanda həyata keçirdiyi təmənnasız humanitar layihələrdən biridir.
525 -
11-15-2007, 02:29 PMyeshuBu gündən Azərbaycan qış rejiminə keçir
Bu gündən Azərbaycan qış rejiminə keçir
Noyabrın 15-dən Azərbaycanda istilik sistemləri işə salınır. Mənzillər və qeyri-yaşayış obyektləri istilik, su və işıqla yeni normativlərə uyğun təmin edilməlidir.
Noyabrın 14-də prezident İlham Əliyev qışa hazırlıqla bağlı keçirdiyi müşavirədə deyib ki, qış aylarında əhalinin enerji tələbatı tam ödənilməlidir.
O, göstəriş verib ki, yeraltı qaz anbarlarındakı ehtiyatlar 3 milyard kubmetrə çatdırılsın. Prezident qaz hasilatına daha böyük diqqət göstərməli olduğunu vurğulayıb.
Hər dəfə qış gələndə xüsusən paytaxt sakinləri istilik sistemlərinin qaydasınca işləməməsindən şikayətlənirlər.
Prezident müşavirdə bu qış ənənəvi problemlərin qarşısını almaq məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıq verib. -
11-15-2007, 02:32 PMyeshuTürkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan noyabrın 16-da axşam saatlarında Çex Respublikasından Azərbaycana gələcək.
APA-nın Türkiyə bürosunun məlumatına görə, Bakıya bir günlük səfər proqramı ilə gələn baş nazir XI Türk Dövlət və Toplumlarının Dostluq, Qardışlıq və Əməkdaşlıq Qurultayının işində iştirak edəcək. Bu mərasimdə çıxış edən baş nazirin daha sonra Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü gözlənilir. Həmin gün qurultay iştirakçılarının şərəfinə veriləcək ziyafətdə iştirak edəndən sonra Rəcəb Tayyip Ərdoğan ölkəsinə qayıdacaq.
Noyabrın 18-də isə Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala məntəqəsində Şahdəniz qazını Avropaya çıxaracaq Türkiyə-Yunanıstan qaz boru xəttinin açılışı olacaq. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
APA -
11-15-2007, 02:41 PMyeshuRusiya RTR-in yayımı məsələsini uzadır
Rusiya RTR-in yayımı məsələsini uzadır
AZƏRBAYCAN İSƏ MƏSƏLƏNİ BİRTƏRƏFLİ QAYDADA HƏLL ETMƏK İSTƏMİR
RTR kanalının Azərbaycanda yayımı məsələsinin həlli Rusiya tərəfindən uzadılır. Milli Televiziya və Radio Şurası (MTRŞ) məsələni birtərəfli qaydada həll edib münasibətləri pozmaq istəmədiyindən gözləməyə üstünlük verir. Bunu "Olaylar"a MTRŞ-nın Yayım Şurasının üzvü Qafar Cəbiyev verib. Q.Cəbiyevin sözlərinə görə, RTR kanalının ölkəmizdə yayımı ilə bağlı məsələ 2007-ci ilin sonuna kimi həll edilməlidir: "Bu məsələnin 2008-ci ilə qalmasını istəmirik. Ya Rusiya AzTV-nin yayımını təşkil edəcək, ya da RTR-in Azərbaycandakı yayımı dayandırılacaq". Q.Cəbiyev bildirib ki, yayımın təşkili ilə bağlı texniki müqavilə hazırlansa da, işçi qrupunun görüşü hələ keçirilməyib.
525 -
11-15-2007, 02:53 PMtembelRe: Rusiya RTR-in yayımı məsələsini uzadır::yerivar:: ::yerivar::Alıntı:
yeshu Nickli Üyeden Alıntı
-
11-15-2007, 03:09 PMcengRe: Rusiya RTR-in yayımı məsələsini uzadır::aze:: ::yerivar:: :alqis:Alıntı:
yeshu Nickli Üyeden Alıntı
-
11-15-2007, 08:39 PMyeshuŞimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü - Bakı
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə tədbir keçirilib
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 24-ci ildönümü münasibətilə ŞKTC Bakı təmsilçiliyinin təşkilatçılığı ilə təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimə millət vəkilləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbərləri qatılıblar. Mərasimdə çıxış edən ŞKTC Bakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu iştirakçılara təşəkkürünü bildirib və bu bayrama Azərbaycanda bu qədər böyük maraq olmasından qürur duyduğunu deyib. Azərbaycanla ŞKTC arasında iqtisadi əlaqələrin, diasporlar səviyyəsində əlaqələrin mövcud olduğunu xatırladan Zəki Qazioğlu bu əlaqələrin inkişafını vacib sayıb. O, Şimali Kipr Türk Cümhuriyyətində dünya standartlarına uyğun təhsil verən ali məktəblərin fəaliyyət göstərdiyini, bu məktəblərdə çoxlu sayda azərbaycanlı tələbələrin təhsil aldığını bildirib. Çıxışının sonunda Zəki Qazioğlu özünü Azərbaycanda heç zaman yad bir dövlətdə hesab etmədiyini deyərək, qardaş Azərbaycan xalqına bir daha təşəkkür edib. Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva ŞKTC-nin sülh tərəfdarı olduğunu, bu mövqeyini hər addımda sübuta yetirdiyini deyib və Azərbaycan vətəndaşlarının bu məsələdə həmişə qardaş Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacağını vurğulayıb.
APA -
11-15-2007, 08:47 PMyeshuAzərbaycanda Şərqin ilk operasının 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanda Şərqin ilk operasının 100 illik yubileyi qeyd ediləcək
2008-ci il yanvarın 12-də Azərbaycan və bütün Şərqdə ilk opera olan Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının yüz illik yubileyi qeyd ediləcək.
Azərbaycan Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq teatrda opera tamaşasının təntənəli nümayişi olacaq. Artıq gözəl səhnə kostyumları və yeni dekorasiyalar hazırlanıb. Yubiley təqdimatında teatrın foyesində Dövlət Teatr Muzeyinin operaya həsr olunan fotosərgisi təşkil ediləcək.
İlk Azərbaycan operası olan “Leyli və Məcnun”un premyerası 1908-ci il yanvarın 12-də Hacı Zeynəlabdin Tağıyevin teatr binasında səhnəyə qoyulub. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yaradılan ilk Azərbaycan operası həm də bütün Şərqdə ilk operadır. Bu gün qədim Şərqdə operanın yaranması günü olub və Şərqdəki opera tarixi səlnaməsində ilk fəxri ad Azərbaycan musiqi mədəniyyətinin klassiki 22 yaşlı bəstəkar Üzeyir Hacıbəyovun adı olub.
İnterfax -
11-15-2007, 08:51 PMyeshuİzmir və Budapeştdə Qara Qarayevin 90 illik yubileyi keçiriləcək
İzmir və Budapeştdə bəstəkar Qara Qarayevin 90 illik yubileyi keçiriləcək
Noyabrın 29-30-da İzmir Dövlət Filarmoniyasında görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi qeyd olunacaq. Yubiley mərasimində İzmir Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Leyli və Məcnun” simfoniyası, “İldırımlı yollar” süitası, “Don Kixot” simfonik lövhəsi və Puşkinin sözlərinə yazılmış iki romansı səsləndiriləcək. Orkestri azərbaycanlı dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov idarə edəcək. Y. Adıgözəlovun APA-ya verdiyi məlumata görə, yubiley tədbiri dekabrın 14-də Budapeştdə davam etdiriləcək. Yubiley mərasimi Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Dirijorun sözlərinə görə, bu konsert də İzmirdəki proqram üzrə baş tutacaq. Dunay Simfonik Orkestrinin müşayiəti ilə baş tutacaq yubiley mərasimi Budapeştin Duna Palota konsert salonunda gerçəkləşəcək. Bu konserti də azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edəcək.
APA -
02-08-2008, 11:02 PMdoktorT
AZERBAYCANDA TÜRK DİZİLER AZALTILACAK
Azerbaycan Milli Radyo ve Televizyon Şurası
Başkanı Nuşirevam Meherremli , ülke televizyonlarında Türkiye `den alınan
ve Türkiye Türkçesi ile yayınlanan film ve dizilere kısıtlama
getirileceğini belirterek, ``Türk dilindeki (Türkiye Türkçesi `ndeki)
diziler azaltılacak`` dedi.
Nuşirevam Meherremli , şuranın 5. kuruluş yılı nedeniyle düzenlediği
basın toplantısında, ``Amacımız Azerbaycan dilindeki (Azerbaycan
Türçesi`ndeki) dizileri artırmak. Her televizyon kanalı, yayınının yüzde
75`ini Azerbaycan dilinde yapacak. Azerbaycan `da çekilen dizi ve
filmlerin sayısı artırılsın istiyoruz`` diye konuştu -
03-06-2008, 12:41 AMAPAPrezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib[b]</span>
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Prezident yanında Əfv Komissiyasının növbəti iclası keçirilib. Komissiyadan APA-ya daxil olan məlumata görə, iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılıb.
[Əfvlə bağlı müraciətlər çoxluq təşkil etdiyindən komissiya üzvləri iclasları intensiv keçirməyi qərara alıblar. Məlumata görə, yaxın günlərdə komissiyada jurnalistlərin əfv olunması ilə bağlı məsələ də müzakirə olunacaq. Komissiya Novruz bayramına qədər iclasları yekunlaşdıraraq, siyahını Prezident Aparatına təqdim edəcək. -
03-06-2008, 12:46 AMAPARusiya XİN Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanat yayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Rusiya XİN Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanat yayıb[b]</span>
Moskva – APA. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş insidentlə bağlı bəyanatla çıxış edib.
[APA-nın ""RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya XİN-in Mətbuat və informasiya idarəsinin bəyanatında bildirilir ki, Moskva martın 4-nə keçən gecədən başlayaraq təmas xəttinin şimal hissəsində, Tərtər çayı ətrafında ağır silahlardan istifadə etməklə baş verən toqquşmanı dərin narahatlıqla öyrənib: "Hazırda əsas məsələ bu toqquşmanın iri miqyaslı hərbi əməliyyatlara çevrilməsinə və təmas xəttinin digər sahələrinə yayılmasına yol verməməkdir". Rusiya XİN bütün tərəfləri tezliklə status-kvo vəziyyətinə qayıtmağa çağırıb: "Bunun üçün 1995-ci il fevralın 4-də imzalanmış və atəşkəs rejiminin möhkəmləndirilməsini nəzərdə tutan razılaşmanın bütün imkanlarından istifadə olunmalıdır". -
03-06-2008, 12:51 AMAPAElmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Elmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib[b]</span>
[Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO Parlament Assembleyasının prezidenti Joze Lellonu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. NATO Parlament Assambleyasının prezidenti qəbula görə təşəkkür edib və səfərin regionda baş verən hadisələrlə yaxından tanış olmaq və daha geniş əməkdaşlıq münasibətlərini müzakirə etmək məqsədi daşıdığını bildirib. Qonaq hərbi alyans ilə ölkəmiz arasındakı münasibətlərin genişlənməsində NATO Parlament Assambleyası ilə Azərbaycan parlamenti arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi töhfə verəcəyinə əminliyini bildirib. Öz növbəsində nazir Elmar Məmmədyarov Avropa və Avroatlantik strukturlara inteqrasiyanın ölkəmizin xarici siyasətinin mühüm elementi olduğunu qonağın diqqətinə çatdırıb və bu istiqamətdə bundan sonra da ardıcıl siyasət yeridiləcəyini qeyd edib. NATO ilə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının uğurla həyata keçirildiyi və qarşıya qoyulmuş məqsədlərin yerinə yetirildiyi qonağın nəzərinə çatdırılıb. Nazir hazırda ölkəmizin qarşısında duran ən əsas problemin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılması olduğunu və münaqişənin bütövlükdə regionda sülh və sabitliyin həllinə ciddi təhlükə təşkil etdiyini bildirib. Görüşdə ortaq maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. -
03-06-2008, 12:56 AMAPASabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib
<span style="color:#FF0000;font-size:18px;">[b]Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib[b]</span>
Bakı. Ramil Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin martın 4-də keçirilmiş toplantısında DAK sədri Qulamrza Səbri Təbriziyə etimadsızlıq göstərilib, bu vəzifəyə millət vəkili Sabir Rüstəmxanlı seçilib.
[DAK sədrinin vəzifəsini icra edən Sabir Rüstəmxanlı APA-ya bildirib ki, İdarə Heyətinin poltak vasitəsilə keçirilən yığıncağında bu qərarın əleyhinə səs versə də, İH-nin təkidi ilə bu vəzifəni tutmaq məcburiyyətində qalıb. O bu postda DAK-ın yayda keçiriləcək qurultayına qədər qalacağını deyib: "Heç vaxt DAK sədri olmaq istəyində olmamışam. Amma bu vəziyyətdə imtina edə bilmədim. DAK-ın Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birlik qurultayı da təxirə salınmayıb. Bu barədə Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədri Əhməd Obalı ilə də danışmışam". DAK sədri Qulamrza Səbri Təbrizi isə APA-ya açıqlamasında baş verənləri xarici dövlətlərin və maraqlı şəxslərin fitnəsi adlandırıb: "Deyilən toplantıya dəvət edilməmişəm. Ümumiyyətlə, belə dezinformasiyalar bir neçə dəfə yayılıb. DAK İdarə Heyətinin üzvləri Eldar Qaradağlı, Adil Minbaşı, Səməd Fərtaş, Məmməd Əlizadə və Cavad Derəxti bu məsələdə maraqlıdırlar. Lakin onlar Qulamrza Səbri Təbrizini saxta yolla qurumun sədri vəzifəsindən uzaqlaşdıra bilməyəcəklər. Sabir Rüstəmxanlı da mənim bu postdan getməyimin əleyhinədir". DAK-ın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, martın 4-də Bakı vaxtı ilə saat 22.00-da DAK İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə poltak vasitəsilə toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Q. S. Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən kənarlaşdırılıb. -
03-06-2008, 01:01 AMAPAİngilis jurnalist Tomas de Vaalın Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib
<span style="color:#FF0000;font-size:18px;">[b]İngilis jurnalist Tomas de Vaalın Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib[b]</span>
Bakı. Tamara Qriqoriyeva-APA. Bu gün Böyük Britaniya jurnalisti Tomas de Vaalın Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dilində nəşr olunmuş "Qarabağ" kitabının təqdimatı keçirilib.
[APA-nın məlumatına görə, kitab ingilis dilində 2005-ci ildə çap olunub, daha sonra əsər rus dilinə tərcümə edilib. Bu yaxınlarda isə ABÅ -
03-06-2008, 11:21 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]</span>
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 5-də saat 19.10-dan martın 6-sı saat 06.25-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Alxanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 5-də saat 20.40-dan 21.30-dək fasilələrlə Tərtər rayonunun Seysulan və Qızıl Oba kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 00.10-dan 02.55-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 02.05-dən 02.50-dək Ağdam rayonunun Å -
03-06-2008, 11:51 AMAPAAzərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür[b]</span>
Bakı-APA. Bu gün XX əsrin görkəmli siyasi xadimlərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür.
[APA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakıda anadan olub. 1918-ci il mayın 28-də Rəsulzadənin sədri olduğu Milli Å -
03-06-2008, 11:56 AMAPAABÅ
<span style="color:#FF0000;font-size:18px;">[b]ABÅ
-
03-06-2008, 12:21 PMAPAABÅ
<span style="color:#FF0000;font-size:18px;">[b]ABÅ
-
03-06-2008, 12:26 PMAPAATƏT sədri İlkka Kanerva: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür"
<span style="color:#FF0000;font-size:18px;">[b]ATƏT sədri İlkka Kanerva: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür"[b]</span>
Bakı. Ülviyyə Əliyeva - APA. ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva martın 4-də Dağlıq Qarabağda atəşkəsin pozulmasından ciddi narahat olduğunu bildirib.
[APA-nın məlumatına görə, İ. Kanerva tərəfləri maksimum təmkin nümayiş etdirməyə və atəşkəs rejimini qoruyub saxlamağa çağırıb: "Bu şərtlər altında münaqişənin həlli yolunu tapmaq qeyri-mümkundür. Sərhəddə baş verən hər hansı neqativ hadisə danışıqlar prosesinə ciddi zərər vura bilar. Mən hər iki tərəfi israrla insan itkisinə yol acan silahlı müdaxiləni dayandırmağa səsləyirəm". İ. Kanerva onu da əlavə edib ki, ötən həftə regiona səfəri zamanı sabitliyin qorunmasının vacibliyi ilə bağlı fikrini Azərbaycan və Ermənistan rəhbərliyinə çatdırıb: "Hazırda mənim münaqişə ilə bağlı şəxsi nümayəndəm Anjey Kaspşik regiondadır və tərəflərlə əlaqə saxlayır". -
03-06-2008, 12:36 PMAPANorveçin xarici işlər naziri aprelin 29-da Azərbaycana gələcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Norveçin xarici işlər naziri aprelin 29-da Azərbaycana gələcək[b]</span>
Bakı. Laçın Sultanova-APA. Norveç Krallığının xarici işlər naziri Yonas Qahr Store aprelin 29-da Bakıya rəsmi səfərə gələcək.
[Bu barədə APA-ya Norveç Krallığının Azərbaycandakı səfirliyindən məlumat verilib. Nazirin səfər proqramı üzərində iş hələ tamamlanmayıb. Səfər xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçiriləcək. Xatırladaq ki, E. Məmmədyarov norveçli həmkarının dəvəti ilə ötən il dekabrın əvvəllərində bu ölkədə rəsmi səfərdə olub. Səfər çərçivəsində tərəflər birgə bəyanatla çıxış ediblər. -
03-06-2008, 12:51 PMAPAÖzbəkistan prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcək
<span style="color:#FF0000;font-size:18px;">[b]Özbəkistan prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcək[b]</span>
Bakı. Tamara Qriqoryeva-APA. Özbəkistan prezidenti İslam Kərimov yaxın vaxtlarda Azərbaycana səfər edəcək.
[APA-nın məlumatına görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev bildirib. Səfərin dəqiq vaxtının hələlik məlum olmadığını deyən diplomat Özbəkistan tərəfinin bütün sənədləri artıq hazırladığını, Azərbaycan tərəfinin hazırda sənədlərə tanış olduğunu söyləyib. Səfirin sözlərinə görə, Özbəkistan prezidentinin səfəri zamanı Azərbaycanda Əlişir Nəvainin monumentinin açılışı da olacaq. Monumentin qoyulması üçün artıq yer də seçilib. -
03-06-2008, 12:56 PMAPAKamil Xasıyev: "NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına normal yanaşır"
<span style="color:#FF0000;font-size:18px;">[b]Kamil Xasıyev: "NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasına normal yanaşır"[b]</span>
Bakı. Rəşad Süleymanov- APA. NATO rəhbərliyi Azərbaycan sülhməramlılarının Kosovodan çıxarılmasın normal yanaşır. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib.
[O deyib ki, bu qərarın Azərbaycan-NATO münasibətlərinə mənfi təsir göstərəcəyini düşünmür: "Azərbaycan hazırda NATO-nun Əfqanıstanda keçirdiyi sülhməramlı kontingentin tərkibində təmsil olunur. Gələcəkdə NATO-nun hansısa bölgələrdə keçirdiyi sülhməramlı əməliyyatlarında iştirak məsələsinə isə parlament qərar verə bilər. Kosovo məsələsinə gəlincə, bu, Azərbaycan suveren hüququdur, NATO rəhbərliyi də bunu hörmətlə qarşılayır". -
03-06-2008, 01:01 PMAPAErmənilər Tovuzun Koxa Nəbi kəndini iki saat atəşə tutublar
<span style="color:#FF0000;font-size:18px;">[b]Ermənilər Tovuzun Koxa Nəbi kəndini iki saat atəşə tutublar[b]</span>
[Tovuz. Ayxan Hüseynov-APA. Dünən saat 19.00-dan etibarən Ermənistan Silahlı Qüvvələri Bert rayonunun Çinari və Coratan kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Əsrik-Cırdaxan kəndlərində yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Atəşkəsin pozulması iki saata yaxın davam edib. Koxa Nəbi kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. Atəşkəsin pozulması nəticəsində xəsarət alan olmayıb. Sakinlər ermənilərin gün ərzində kəndi fasilələrlə atəşə tutduğunu bildiriblər. Qeyd edək ki, Koxa Nəbi kəndi qərb bölgəsində Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə ən yaxın yaşayış məntəqəsidir. -
03-06-2008, 01:06 PMAPASabah Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi təsdiq olunacaq
<span style="color:#FF0000;font-size:18px;">[b]Sabah Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının ikinci hissəsi təsdiq olunacaq[b]</span>
Bakı. Tamara Qriqoryeva – APA. Sabah Brüsseldə Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) ikinci hissəsi təsdiq olunacaq.
[APA-nın məlumatına görə, bunu Bakıda keçirilən "Rouz Roud" seminarında iştirak edən NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Rıbatski deyib. O bildirib ki, aprelin ortalarında İPAP planının birinci hissəsinin yerinə yetirilməsi üzrə qiymətləndirici missiya Azərbaycana gələcək və Bakıda böyük konfrans keçiriləcək. Konfransda Azərbaycanın planın ilk mərhələsini necə yerinə yetirdiyi dəyərləndiriləcək. -
03-06-2008, 01:11 PMAPAAkif Å
<span style="color:#FF0000;font-size:18px;">[b]Akif Å
-
03-06-2008, 01:16 PMAPANATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir
<span style="color:#FF0000;font-size:18px;">[b]NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir[b]</span>
Bakı. Rəşad Süleymanov-APA. NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində enerji təhlükəsizliyi ilə bağlı məsələnin müzakirəsi və sammitdə qəbul edilən qərarlara bununla bağlı bəndin salınması nəzərdə tutulur.
[APA-nın məlumatına görə, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib ki, enerji təhlükəsizliyi məsələlərinin NATO-nun qərarlarında hansı formada əksini tapacağı ilə bağlı hazırda iş gedir. Onun sözlərinə görə, sabah NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək qeyri-rəsmi toplantısında da bu məsələ müzakirə olunacaq. K. Xasıyev həmçinin sammitdə "dondurulmuş münaqişələr" kontekstində Cənubi Qafqazdakı münaqişələrlə bağlı məsələnin də müzakirəsinin gözlənildiyini vurğulayıb. -
03-06-2008, 01:26 PMAPAAzərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib
<span style="color:#FF0000;font-size:18px;">[b]Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib[b]</span>
[Los-Anceles. Hüsniyyə Həsənova-APA. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu son günlər cəbhə xəttində atəşkəsin pozulması faktları ilə bağlı bəyanatla çıxış edib. Konsulluqdan APA-nın ABÅ -
03-06-2008, 01:31 PMAPA"Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir
<span style="color:#FF0000;font-size:18px;">[b]"Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir[b]</span>
[Bakı. Rəşad Süleymanov-APA. Partlamamış hərbi sursatların məhv edilməsi üzrə "Saloğlu" layihəsinin ikinci mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında danışıqlar gedir. APA-nın məlumatına görə, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib ki, hazırda Brüsseldə olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin mütəxəssisləri ilə danışıqlar aparır: "Yəqin ki, NATO yaxın vaxtlarda layihənin müddətinin uzadılmasına razılıq verəcək". K. Xasıyev, həmçinin NATO-ya üzv və tərəfdaş ölkələrin iştirakı ilə kasetli silahların qadağan edilməsinə dair konvensiyanın hazırlandığını da bildirib: "Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan da konvensiyaya qoşulmaq bu məsələsinə baxa bilər". -
03-06-2008, 01:56 PMAPABakıda NATO-nun "Rouz Roud" seminarı başlayıb
<span style="color:#FF0000;font-size:18px;">[b]Bakıda NATO-nun "Rouz Roud" seminarı başlayıb[b]</span>
[O bildirib ki, Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub və qlobal təhlükəsizliyə öz töhfəsini verir: "Azərbaycan 2005-ci ildən Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını həyata keçirməyə başlayıb. Plan çərçivəsində əməkdaşlıq uğurla davam edir. Azərbaycanın müdafiə və təhlükəsizlik strukturları NATO standartlarına uyğunlaşdırılır. Ermənistanla münaqişəyə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı qanunvericilik bazasının hazırlanması davam edir". O. Əsədov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də toxunaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazdakı digər münaqişələr region üçün təhlükə yaradır. Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, ərazisində digər dövlətin hərbi bazasını saxlayır. Martın 4-də cəbhə zonasında baş verən toqquşmalara da diqqət çəkən O. Əsədov bildirib ki, qarşı tərəf öz ölkəsindəki seçki saxtakarlığını beynəlxalq təşkilatların diqqətindən yayındırmaq məqsədilə cəbhə xəttində hərbi fəaliyyətini artırır. Qeyd edək ki, seminarda 60-ı deputat olmaqla, NATO üzvü və tərəfdaş ölkələrdən 101 nümayəndə iştirak edir.
