[b]NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-də Azərbaycana gələcək[b]
Bakı. Ülviyyə Əliyeva - APA. NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-27-də Azərbaycanda səfərdə olacaq.
[Azərbaycanın NATO yanındakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Robert Simmons Bakıya iyunun 16-27-də keçiriləcək "NATO həftəsi"ndə iştirak etmək üçün gələcək.Qeyd edək ki, həftə çərçivəsində 16-22 iyun tarixlərində NATO-nun Yay Məktəbinin (NİSA) sessiyasının açılışı, o cümlədən bir sıra mühüm tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanda NATO həftəsi çərçivəsində tədbirlərə alyansın mətbuat üzrə eksperti Simon de Manso da qatılacaq.
Azərbaycan Xəbərləri
Printable View

06-10-2008, 07:11 PMAPANATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-də Azərbaycana gələcək

06-10-2008, 07:21 PMAPAAvropa Yaşıllar Partiyasının sədri Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüb
[b]Avropa Yaşıllar Partiyasının sədri Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüb[b]
[Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda üç günlük səfərdə olan Avropa Yaşıllar Partiyasının həmsədri Ulrike Lunasek və Avropa Parlamentinin İsveçrədən olan keçmiş deputatı, Avropa Yaşıllar Alyansının sədri Per Qarton ölkədə fəaliyyət göstərən bir qrup siyasi partiya və ictimai hərəkat rəhbərləri ilə görüşüb. Azərbaycan Yaşıllar Partiyasından APA-ya verilən məlumata görə, bu gün qonaqlar İctimai Maliyyə Monitorinqi Mərkəzinə daxil olan QHT rəhbərləri, ADP sədri Sərdar Cəlaloğlu, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev və Azadlıq blokunun Sədrlər Şurasının üzvləri ilə ayrı-ayrılıqda görüş keçiriblər. Görüşlər zamanı ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan hüquqları ilə bağlı mövcud vəziyyət, Dağlıq Qarabağ problemi, Azərbaycandakı ekoloji vəziyyət və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi üçün mümkün imkanlardan da danışılıb. -
06-10-2008, 07:31 PMAPAGUAM-ın üçüncü sammiti Batumda keçiriləcək
[b]GUAM-ın üçüncü sammiti Batumda keçiriləcək[b]
Bakı - APA. GUAM-ın növbəti sammiti iyunun 30-dan iyulun 1-dək Batumda keçiriləcək.
[APA-nın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Vasili Kiriliç bu gün keçirdiyi brifinqdə bildirib ki, sammit çərçivəsində dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində GUAM Şurasının iclaslarının keçirilməsi nəzərdə tutulur. Sammitdə quruma sədrlik Azərbaycandan Gürcüstana keçəcək. -
06-10-2008, 08:11 PMAPAAzərbaycanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib
[b]Azərbaycanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib[b]
Masallı. Ağəddin Babayev - APA. Bu gün Bakı vaxtı ilə 19.54-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
[AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, episentrdə yeraltı təkanların gücü Rixter şkalası üzrə 4,1 bal olub. Zəlzələnin episentri Masallıdan 36 kilometr uzaqda qeydə alınıb. Yeraltı təkanlar Masallı, Lənkəran, Neftçala və Cəlilabad rayonu ərazisində hiss edilib. Dağıntı və tələfat yoxdur. -
06-11-2008, 10:31 AMAPAÇingiz Aytmatov vəfat edib
[b]Çingiz Aytmatov vəfat edib[b]
Nürnberq - APA. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov müalicə olunduğu Nürnberq klinikasında iyunun 10-da 80 yaşında vəfat edib.
[APA-nın məlumatına görə, Ç. Aytmatov mayın 16-da böyrək çatışmazlığı diaqnozu ilə Nürnberq klinikasına yerləşdirilib və bu müddətdə süni nəfəs aparatına qoşulub. İyunun 10-da onun vəziyyəti kəskin pisləşib və yazıçı dünyasını dəyişib. Ç. Aytmatovun dəfn mərasimi iyunun 14-də keçiriləcək. O, Bişkek yaxınlığındakı "Ata-Beyit" memorialında, atasının yanında torpağa tapşırılacaq. Ç. Aytmatovun müşaviri Alimcan Mirzəyev bildirib ki, dəfn mərasiminin təşkili üçün Qırğızıstan prezidenti Qurmanbek Bakiyevin rəhbərliyi ilə xüsusi dövlət komissiyası yaradılacaq. Artıq bir çox dövlət adamları və tanınmış şəxs Ç. Aytmatovun əzizlərinə və yaxınlarına başsağlığı verib. Ç. Aytmatov 1928-ci ilə dekabrın 12-də Qırğızıstanın Talask vilayətinin Şəkər kəndində anadan olub. Onun atası Torekul Aytmatov Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olub. Lakin 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. Ç. Aytmatovun milliyyətcə tatar olan anası Nazimə Həziyeva yerli teatrda aktrisa olub. 1948-ci ildə Frunze Kənd Təsərrüfatı İnstitutuna daxil olan Ç. Aytmatov 1952-ci ildə dövri mətbuatda qırğız dilində hekayələr çap etdirməyə başlayıb. Ç. Aytmatov 1956-cı ildə Moskvada ali ədəbiyyat kurslarına daxil olub, həmin illərdə ona dünya şöhrəti gətirən "Cəmilə" povestini çap etdirib. Rus və qırğız dillərində yazan Ç. Aytmatovun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Onların arasında ən məşhurları "Əsrə bərabər gün" (1980), "Ağ gəmi" (1970), "Edam kötüyü" (1986), "Dağlar yıxılanda" (2006) əsərləridir. Ssenari müəllifi olduğu "Dəniz kənarı ilə qaçan köpək" (1990), "Sevginin əks-sədası" (1974), "Mən Tyan-Şanam" (1972), "İlk müəllim" (1965) və digər filmlər də ona böyük şöhrət gətirib. 1990-1994-cü illərdə Ç. Aytmatov SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri olub. 2008-ci ilin martına kimi Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlandda səfiri işləyib. Ç. Aytmatov müxtəlif mükafatlarla təltif edilib. -
06-11-2008, 10:41 AMAPASudanda baş verən təyyarə qəzasında 120 nəfər həlak olub
[b]Sudanda baş verən təyyarə qəzasında 120 nəfər həlak olub[b]
Xartum - APA. Sudanın paytaxtı Xartumda baş verən dəhşətli təyyarə qəzası nəticəsində 120 nəfər həlak olub.
[APA-nın məlumatına görə, İordaniyadan Sudana hərəkət edən sərnişin təyyarəsi Xartum hava limanına enərkən qəzaya uğrayıb və yanğın baş verib. Hadisə zamanı təyyarədəki 203 sərnişin və 14 ekipaj üzvündən 97 nəfəri xilas etmək mümkün olub, 120 nəfər isə yanaraq həlak olub. Təyyarə Sudan Hava Yollarına məxsusdur. Sudan əmniyyət müdiri Məhəmməd Nəcib jurnalistlərə açıqlamasında qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğunu, təyyarənin yerə enərkən ikiyə bölündüyünü və yandığını bildirib. -
06-11-2008, 10:51 AMAPABakıda Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək
[b]Bakıda Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək[b]
[Bakı. Laçın Sultanova-APA. İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək. "Roszarubejsentr"dən APA-ya verilən məlumata görə, konsertdə Rusiya incəsənət ustaları, o cümlədən "Relikt" vokal triosu iştirak edəcək. -
06-11-2008, 11:01 AMAPAMetyu Brayza Latviyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib
[b]Metyu Brayza Latviyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. Dünən ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza Riqada Latviyanın xarici işlər naziri Maris Rikstinslə görüşüb.
[APA-nın Latviya XİN-ə istinadən yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyada münaqişələrin nizamlanması məsələsini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, münaqişələrin yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanması mümkündür. Tərəflər həmçinin Ermənistan və Gürcüstanda keçirilən seçkiləri və Azərbaycan payızda keçiriləcək prezident seçkilərini müzakirə ediblər. -
06-11-2008, 11:11 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 11.20-dən 11.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.55-dən 22.05-dək və saat 23.55-dən 00.00-dək Xocavənd rayonu ərazisndəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.00-dan 22.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.50-dən 23.55-dək və iyunun 11-i saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 02.10-dan 02.25-dək və saat 05.05-dən 05.30-dək Tərtər rayonunun Qızıl Oba, Həsənqaya və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
06-11-2008, 11:21 AMAPABaş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb
[b]Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb[b]
[Mahaçqala - APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstanın tanınmış ictimai-siyasi xadimi M. C. Umaxanovun 90 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Mahaçqalaya gedib. APA-nın məlumatına görə, nümayəndə heyəti Dağıstan prezidenti Muxu Əliyevlə görüşüb. M. Əliyev qonaqlara təşəkkür edərək, yubiley tədbirlərində Azərbaycan hökumətinin təmsilçilərinin iştirakını iki tərəf və xalq arasında dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. O, Dağıstan və Azərbaycan rəhbərliyinin görüşlərinin müntəzəm hal aldığını və yaxın vaxtlarda iqtisadi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün müqavilə imzalanacağını bildirib. Y. Eyyubov isə Azərbaycan prezidentinin salamını çatdıraraq, onun tapşırığı ilə yubiley tədbirlərinə gəldiklərini söyləyib. -
06-11-2008, 01:21 PMAPABelarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
[b]Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib[b]
[Bakı - APA. Belarus prezidenti Aleksandr Lukaşenko iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, arxada qalan illər hər iki ölkənin müstəqil dövlətlər ailəsinə daxil olmaq və dünya səhnəsində layiqli yer tutmaq istiqamətində fəal səyləri ilə yadda qalıb: "Qəti əminəm ki, xalqlarımızın zamanın sınağından keçmiş dostluğu qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da zəmin yaradacaq". -
06-11-2008, 01:31 PMAPASərdar Cəlaloğlu: "Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil"
[b]Sərdar Cəlaloğlu: "Prezident seçkilərinə qatılacaq digər müxalifət partiyalarının bizim yaradacağımız bloka daxil olması mümkün deyil"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Bu il keçiriləcək prezident seçkilərinə qatılacağını elan etmiş digər müxalifət partiyalarının bizim yaradacağımız namizədlər blokuna daxil olması mümkün deyil". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda Demokrat, Müsavat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" İctimai Forum "beşlər" formatı çərçivəsində fəaliyyət göstərir və bu formatı namizədlər blokuna çevirmək niyyətindədirlər. Digər namizədlərin bura daxil olmasının qeyri-mümkünlüyünə gəldikdə, S. Cəlaloğlu bunun konkret səbəblərinin olduğunu bildirib: "Azərbaycanda konstruktiv, loyal və radikal müxalifət var. Təbii ki, radikal müxalifət seçkini boykot edir, onlarla bir yerdə olmağımız mümkün deyil. "Beşlər"də olanlar loyal müxalifətlə birliyə də tərəfdar deyillər. Həmin loyallar iqtidarın işində, idarəetmədə iştirak etmir, amma iqtidarın apardığı siyasətə də tolerant yanaşırlar. Bu düşərgədə təmsil olunanların bir çoxu namizəd irəli sürüb. Biz isə həmişə konstruktiv təkliflərlə çıxış edən təşkilatlar olaraq bir yerdəyik". S. Cəlaloğlu bildirib ki, loyal müxalifətlə bir yerdə olmaqla bağlı bir neçə dəfə məsələ qaldırıb: "Beşlər"ə daxil olan partiyalar bu məsələdə ehtiyatlı mövqe tutur. Seçkilər zamanı mümkün qədər sərhədi genişləndirmək, çərçivəni böyütmək lazımdır ki, daha çox qüvvə bir yerdə olsun. Amma bizim də acı təcrübəmiz var ki, adətən seçkilərdə yaradılan birliklər məhz loyal müxalifətdən böyük zərbələr alıb. Onlar hökumətlə sazişə giriblər, digər müxalifət partiyaları ilə bağlanmış müqavilələrə əməl etməyiblər". -
06-11-2008, 01:41 PMAPAAzərbaycan paytaxtında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans davam edir
[b]Azərbaycan paytaxtında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans davam edir[b]
Bakı. Turan Hüseynova-APA. Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans davam edir.
[APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mərakeşin mədəniyyət naziri xanım Turiyyə Cəbran konfransın Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. İslamda qadının hüquqlarını diqqətə çatdıran nazir qadınların problemlərindən də danışıb. Macarıstan Təhsil və Mədəniyyət Nazirliyinin dövlət katibi Katalin Bodyai mədəniyyətlərarası dialoqda qadınların rolunun artırılmasının vacibliyini vurğulayıb. O, tədbirdə müzakirə olunan məsələlərin həllini tapacağına ümid etdiyini bildirib. Tədbirdə müzakirələr davam etdirilir. Konfransın sonunda Bakı Bəyannaməsi qəbul ediləcəyi gözlənilir.Qeyd edək ki, Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfrans iyunun 10-da başlayıb. Tədbirdə dünyanın bir çox ölkəsinin birinci xanımı, yüksək vəzifədə işləyən qadınlar, o cümlədən, Polşa prezidentinin xanımı Mariya Kaçinska, Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan, Anqolanın birinci xanımı Anna Paula Duş Santuş, Rusiya Federasiyası Şurasının sədr müavini Svetlana Orlova və digərləri iştirak edirlər. -
06-11-2008, 01:51 PMAPAHəkim Qəni vəfat edib
[b]Həkim Qəni vəfat edib[b]
Bakı. Ülkər Qasımova-APA. İyunun 10-da səhər saatlarında füzulişünas, şair, qəzəlxan Həkim Qəni dünyasını dəyişib.
[Vahid Poeziya Evinin direktoru Şahin Verdiyev APA-ya deyib ki, Həkim Qəni kimi tanınan Qəni Hüseynov 91 yaşında ürək çatışmazlığından vəfat edib. Həkim Qəni bu gün öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunacaq. Ş. Verdiyevin sözlərinə görə, Həkim Qəni bir neçə il əvvəl həmin qəbiristanlıqda özünə məzar yeri alıbmış. -
06-11-2008, 02:01 PMAPAArif Hacılı: "AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi"
[b]Arif Hacılı: "AXCP ilə münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rolu olmuş Rauf Arifoğlunun birlik təklifi məni təəccübləndirdi"[b]
Bakı. Elnur Məmmədli - APA. "Bu gün Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi və Müsavat partiyalarının siyasəti fərqlidir. Ona görə də bu partiyaların birliyini real görmürəm". Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
["Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun bu üç partiyanın birliyi ilə bağlı təklifinə münasibət bildirən A. Hacılının sözlərinə görə, bunun üçün Müsavat Partiyası tərəfindən heç bir problem yoxdur: "Amma Rauf Arifoğlunun bu təklifi şəxsən məni təəccübləndirdi. Çünki bu təklifi məhz AXCP ilə bizim münasibətlərimizin ciddi surətdə korlanmasında mühüm rol oynayan şəxslərdən biri səsləndirdi". A. Hacılı Azərbaycanda real strukturlara malik olan siyasi partiyaların birgə fəaliyyət göstərməsini arzu etdiyini qeyd edib. İlk növbədə AXCP-ni belə partiyalardan biri hesab edən Müsavat funksioneri bildirib ki, bu, cəmiyyətə yalnız xeyir verə bilər. AXCP sədrinin müavini Həsən Kərimov da belə birliyi mümkün variant hesab etdiyini qeyd edib: "Çünki vaxtilə KXCP AXCP-dən ayrılıb, Müsavat Partiyasının aparıcı simalarının hamısı AXCP-də olublar. Sonradan müəyyən səbəblər üzündən ayrılmalar baş verib, bu gün də fəaliyyətimizdə və hakimiyyətə münasibətdə fikir ayrılıqları var. Ona görə də üç partiyanın birliyi qeyri-mümkündür". H. Kərimovun sözlərinə görə, ümumilikdə müxalifətin birliyi yaradılarsa, bu zaman müəyyən uğurlara nail olmaq mümkündür. Sədr müavini R, Arifoğlunun təklifinin arxasında müəyyən məqsədlərin olduğunu da qeyd edib: "Mən həmin məqsədləri açıqlamaq istəmirəm, amma burada yaxşılığa doğru heç nə görmürəm". KXCP sədri Mirmahmud Mirəlioğlu isə təklifə münasibət bildirmək istəməyib. Partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli bu təklifi ilk irəli sürən insanlardan olduğunu qeyd edib. Onun sözlərinə görə, strukturlaşmış, xalq hərəkatından çıxmış təşkilatların bugünkü ağır situasiyada birləşməsinə ehtiyac var. O, bir araya gəlmək üçün hər hansı əngəlin olmadığını qeyd edib: "Ayırıcı faktorlar o qədər cüzidir ki, böyük siyasətlə məşğul olan ciddi insanlar bunu nəzərə almamalıdırlar. Ən azı strukturları, siyasi təcrübəsi olan təşkilatların bir araya gəlməsi qələbə formuludur. Onların ayrı olması isə müxalifət düşərgəsini dağıdan faktordur. Biz bu oyunu pozmalıyıq. Burada da müdriklik İsa Qəmbər, Əli Kərimli və Mirmahmud Mirəlioğludan asılıdır. Bu məsələdə daha çox liderlərin şəxsi mövqeləri önəm daşıyır, onların gəldiyi qənaət partiyanın qəbul edəcəyi qərara çevrilir". -
06-11-2008, 02:11 PMAPASəfa Mirzəyev: "Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz"
[b]Səfa Mirzəyev: "Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərə mənfi rəy verə bilməz". Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Aparat rəhbəri Səfa Mirzəyev deyib.
[Aparat rəhbəri bildirib ki, Venesiya Komissiyasının sabah başlayacaq plenar sessiyasında Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qəbul edilən qanun müzakirə olunacaq və rəy veriləcək. S. Mirzəyevin sözlərinə görə, müzakirələrdə səslənəcək fikirlərin prosesə heç bir təsiri olmayacaq: "Onlar bəzi məsələləri qeyd edə bilərlər. Ancaq qanun artıq qəbul olunub". S. Mirzəyev Venesiya Komissiyasının seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsovun sənədlə bağlı səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: "Kuznetsov sənədə edilən bəzi düzəlişlərin onlarla razılaşdırılmadığını söyləyib. Bu da təbiidir. Elə texniki xarakterli dəyişikliklər var idi ki, onları müzakirə etməyə ehtiyac görməmişik". -
06-11-2008, 02:21 PMAPAÜmumdünya Səhiyyə Təşkilatı Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabatı açıqlayıb
[b]Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabatı açıqlayıb[b]
[Bakı. İlhamə İsabalayeva-APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tətbiq edilən Psixi Sağlamlıq Sistemlərinin Qiymətləndirilməsi üçün Vasitədən (ÜST-PSSQV) istifadə olunmaqla Azərbaycanda psixi sağlamlıq sisteminin qiymətləndirilməsi haqqında hesabat hazırlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ÜST-nin Azərbaycan ofisi tərəfindən hazırlanan bu nəşrdəki məlumatlar 2006-cı ilin informasiyası əsasında 2007-ci ildə toplanıb. Hesabatda göstərilir ki, psixi sağlamlıq sahəsində ölkədə adambaşına düşən illik dövlət xərcləri 0,34 dollar təşkil edir. Azərbaycanda zəif və orta dərəcəli depressiya və ya həyəcan kimi bəzi psixiatrik pozğunluqlar ciddi emosional problem kimi qəbul olunmur, "psixi xəstəlik" anlayışı yalnız ağır psixiatrik pozğunluqlara şamil edilir. Psixiatriya müəssisələrinin kifayət sayda olmaması ilə yanaşı, onların şəraiti və texniki təchizatı tibbi xidmətlərin müasir standartlarına cavab vermir. Bu müəssisələrin əksəriyyəti çox köhnə, sınıq-salxaq, yetərli su və istilik təchizatı olmayan binalarda yerləşir. Hər 100 min nəfər əhali üçün xəstəxanaların ümumi çarpayı sayı 829-a bərabərdir, onların təqribən 2 faizi özəl sektordadır. Ölkədə 6041 ümumi praktika həkimi-terapevt var. İlkin səhiyyə xidmətlərinə gəldikdə, ölkədə həkim ştatları ilə təmin olunmuş 1595 ilkin səhiyyə klinikası fəaliyyət göstərir. Səhiyyə Nazirliyi tərəfindən səhiyyə xərclərinin 3 faizi psixi sağlamlıq xidmətlərinə sərf edilir. Psixi sağlamlığa ayrılan bütün vəsaitlərin 85 faizi psixiatriya xəstəxanalarının payına düşür. Hesabatda bildirilir ki, "psixi xəstə" damğası almaqdan ehtiyat edənlər qeydiyyata durmaqdan çəkinirlər, ona görə də pulsuz psixotrop preparatlardan istifadə hüququndan məhrumdur, dərmanları isə öz vəsaitləri hesabına almaq məcburiyyətindədirlər. Hesabatda daha sonra qeyd edilir ki, Azərbaycanda psixi sağlamlıq sahəsində səlahiyyətli qurum yoxdur. Ölkədə 11 ambulator psixiatriya müəssisəsi (PND) var ki, onlardan da yalnız biri uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Ambulator psixiatriya müəssisələrində müalicə alan bütün şəxslərin təqribən 25%-i qadınlar, təxminən 16%-i uşaq və yeniyetmələr təşkil edir. Mədəni xüsusiyyətlərlə əlaqədar olaraq, Azərbaycanda qadınlar tibbi yardım üçün psixiatriya müəssisələrinə kişilər qədər tez-tez müraciət etmirlər və onlar daha çox öz ailələri və qohumları tərəfindən dəstək alırlar. Psixi xəstəlik damğası almaq qorxusu qadınlarda kişilərdə olduğundan daha yüksəkdir və onların şikayətləri çox zaman ciddi qəbul olunmur. Psixi və davranış pozğunluqları ilə əlaqədar ambulator psixiatriya müəssisələrində müalicə alan şəxslərin ilkin diaqnozu nevrotik, stresslə bağlı olan, somatik formalı xəstəliklər (25%) və şizofreniya, şizofreniyaya bənzər və sayıqlama ilə müşayiət edilən xəstəliklər (19%) olur. Dövlət psixiatriya müəssisələrində çalışan və özəl praktika ilə məşğul olan bütün kadr resurslarının ümumi sayı hər 100 000 nəfər əhali üçün 22,2-yə bərabərdir. Psixiatrların 92%-i yalnız dövlət psixiatriya müəssisələrində işləyir. ÜST-nin hesabatında qeyd edilir ki, ölkədə Milli Psixi Sağlamlıq Siyasəti və Psixi Sağlamlıq üzrə Strateji Plan tərtib edilməyib. Buna görə də bu sənəd hazırlanmalıdır. -
06-11-2008, 02:31 PMAPABakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib
[b]Bakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib[b]
[Bakı.Laçın Sultanova-APA. Bu gün Bakıda məhşur polşalı memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, lövhəni Polşa prezidentinin xanımı Mariya Kaçinska açıb. Polşanın birinci xanımı dərin bilik və böyük istedada malik Y. Qoslavskinin Bakınin qurulmasında böyük rolunun olduğunu, 19-cu əsrin sonlarında Bakının baş memarı olaraq bir neçə əzəmətli binanın müəllifi olduğunu qeyd edib. O, həmin binaların Azərbaycan hökuməti tərəfindən qorunduğuna görə ölkə başçısına minnətdarlığını bildirib. Elmi-tədqiqat "Azərbərpa" Layihə İnstitunun direktoru Cəfər Qiyasi böyük neft bumu ilə bağlı Bakının inkişaf edərək, gözəl özünəməxsus memarlığa malik bir şəhərə çevrilməsindən danışıb. O bu prosesdə xarici memarların rolunu, xüsusəndə cəmisi 39 il yaşamış və Bakıda 12 möhtəşəm binanın müəllifi olmuş Qoslavskinin böyük rolunu qeyd edib. Cəfər Qiyasi bildirib ki, Qoslavski öz layihələrində islam memarlıq ənənələrindən də də çox böyük ustalıqla istifadə edib. Qeyd edək ki, Qoslavskinin yaşadığı evdə hazırda onun bacısının nəticəsi İrina Trafimova yaşayır. O, qonaqları memarın yaşadığı evlə tanış edib. -
06-11-2008, 02:41 PMAPAElmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib
[b]Elmar Məmmədyarov Avropa Şurası rəsmisini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsini qəbul edib[b]
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa Şurasının Siyasi məsələlər üzrə Baş Direktoratının Siyasi Məsləhət və Əməkdaşlıq üzrə direktoru Klaudia Luçianini və Avropa Şurası baş katibinin Azərbaycan üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Veronika Koteki qəbul edib.
[Azərbaycanla Avropa Şurası arasında əlaqələrin müsbət ruhda inkişaf etdiyini bildirən E. Məmmədyarov Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərə ciddi yanaşdığını, bu öhdəliklər çərçivəsində ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hər şeydən əvvəl inkişafa və rifaha yönəldiyini diqqətə çatdırıb. Nazir Ermənistanla müharibə vəziyyətində olduğu halda Azərbaycanın bu demokratik prosesdən geridə qalmadığını, bu sahədə mövcud problemlərin həllinə AŞ ilə əməkdaşlıq daxilində səy göstərdiyini bildirib.AŞ rəsmisi Azərbaycanın bu istiqamətdə fəaliyyətini dəyərləndirərək, AŞ ilə ölkəmiz arasında əməkdaşlığın daha da mühüm və səmərəli olmasında maraqlı olduğunu, bunun üçün müxtəlif birgə proqramlar həyata keçirməyin, jurnalistika və məhkəmə sahələrində treninqlər təşkilinin faydalı olacağını qeyd edib. Görüşdə həmçinin prezident seçkilərinə hazırlıq, hakimiyyətin müxtəlif seqmentləri ilə əməkdaşlıq, ölkədə demokratik dəyərlərin daha da gücləndirilməsi yolları müzakirə olunub. -
06-11-2008, 02:51 PMAPABakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb
[b]Bakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Bakı, İrəvan və Moskva arasında videokörpü yaradılıb və politoloqlar, siyasətçilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi haqqında fikirlərini bildiriblər. APA-nın məlumatına görə, videokörpüdə Azərbaycan tərəfdən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, politoloqlar Eldar İsmayılov və Fikrət Sadıxov, Ermənistan tərəfdən Qafqaz KİV İnstitutunun direktoru Aleksandr İsgəndəryan və Milli Demokrat Partiyasının sədri Şavarş Köçəryan, Rusiyadan isə Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin müdiri Sergey Markedonov və politoloq Aleksandr Skakov iştirak ediblər. S. Markedonov Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün münaqişənin həllində irəliləyişə səbəb olmadığına diqqət çəkib: "Əsas nəticə görüşün özünün baş tutmasıdır". A. Mollazadə isə görüşün tanışlıq xarakteri daşıdığını və münaqişənin həlli ilə bağlı bədbin olduğunu söyləyib: "Danışıqlar Ermənistan üçün imitasiya xarakteri daşıyır. Amma biz hesab edirik ki, hətta minimal şansdan belə istifadə edilməlidir". A. İsgəndəryan da deyib ki, Sankt-Peterburq görüşündə heç bir ciddi nəticə əldə olunmayıb və oluna da bilməzdi. Onun fikrincə, beynəlxalq ictimaiyyət olmasaydı, heç danışıqlar da aparılmazdı. F. Sadıxov hesab edir ki, prezidentlərin görüşünün keçirilməsində öz siyasi imicini reanimasiya etmək istəyən Serj Sarkisyan daha çox maraqlı olub. E. İsmayılov isə S. Sarkisyanla danışıqlarda pozitiv məqamların da olduğunu vurğulayıb: "O, bizim keçmiş partiya işçimizdir, dilimizi bilir". A. Skakov prezidentlərin görüşünün yaxşı fakt olduğunu desə də, bunu az olduğunu əlavə edib: "Müəyyən mərhələdən sonra bu görüşlər adi reallığa çevrilir". -
06-11-2008, 03:01 PMAPAPolitoloq Aleksandr Skakov: "ATƏT-in Minsk Qrupu üzvlərinin qəribə optimizmi heç nəyə əsaslanmır"
[b]Politoloq Aleksandr Skakov: "ATƏT-in Minsk Qrupu üzvlərinin qəribə optimizmi heç nəyə əsaslanmır"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar tərəflərə heç nə vermir". APA-nın məlumatına görə, bu fikirləri İrəvan-Moskva-Bakı telekörpüsündə çıxışı zamanı Rusiya Strateji Tədqiqatlar İnstitutunun MDB bölməsinin rəhbəri Aleksandr Skakov deyib.
[O bildirib ki, danışıqlar müstəvisi istənilən formatda eynidir: "Əsas məsələ odur ki, danışıqlar - istər MDB, istər BMT, istərsə də ATƏT çərçivəsində aparılsın, - eyni olaraq qalır və danışıqlar prosesinin imitasiyasının harada getməsini bir əhəmiyyəti yoxdur. Buna görə də ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların nə isə nəticəsi olduğu ilə bağlı özünü aldatmaq lazım deyil. Bu danışıqlar tərəflərə heç nə vermir. ATƏT-in Minsk Qrupu üzvlərinin bu qəribə optimizmi heç nəyə əsaslanmır, onlar sadəcə boş yerə iş görmədiklərinə dair görüntü yaratmaq istəyirlər". Aleksandr Skakov münaqişənin həllində zaman amilinə güvənməyin də yersiz olduğunu bildirib: "Ümid etmək olmaz ki, iyirmi il keçəcək, Azərbaycan güclü dövlətə çevriləcək və problem öz-özünə həllini tapacaq. Çünki zaman təkcə Azərbaycanın deyil, Ermənistan və Dağlıq Qarabağın da xeyrinə işləyir". Aleksandr Skakov danışıqlar üçün Bakı-İrəvan və Bakı-Xankəndi platformalarının yaradılmasını vacib sayıb. -
06-11-2008, 03:11 PMAPASergey Markedonov: "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir"
[b]Sergey Markedonov: "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Tatarıstan muxtariyyət modeli Dağlıq Qarabağa uyğun gəlmir".
[APA-nın məlumatına görə, bu fikirləri İrəvan-Moskva-Bakı videokörpüsündə çıxışı zamanı Rusiyadan olan politoloq Sergey Markedonov söyləyib. O, fikrini Tatarıstanda hərbi konfliktin və münaqişə qurbanlarının olmaması ilə əsaslandırıb: "Həmçinin Tatarıstan Rusiyanın tərkibində ayrılacağını bəyan etməmişdi və Tatarıstanda etnik təmizləmə siyasəti də aparılmamışdı. Amma Tatarıstan modelinin inkarı o demək deyil ki, Dağlıq Qarabağa müstəqillik vermək lazımdır". -
06-11-2008, 03:21 PMAPABakıda Moldova Ticarət Evi açılacaq
[b]Bakıda Moldova Ticarət Evi açılacaq[b]
[Buxarest. Kərim Həsənli - APA. Azərbaycanda Moldova Ticarət Evi açılacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Afinada keçirilən toplantısında Moldova parlamentinin sədri Marian Lupu ilə görüşündə deyib. O. Əsədov bildirib ki, Moldova Ticarət Evinin açılması iki ölkənin işgüzar dairələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. Bundan başqa, Moldova qanunvericilk orqanının nümayəndə heyətinin Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş təntənələrdə iştirak etməsi də dəqiqləşib. -
06-11-2008, 03:31 PMAPAElmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb
[b]Elmar Məmmədyarovun Polşaya rəsmi səfərinin proqramı açıqlanıb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 12-13-də Polşaya nəzərdə tutulan rəsmi səfərinin proqramı məlum olub. Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov səfərin ilk günündə həmkarı Radoslav Sikorski ilə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri və perspektivləri müzakirə ediləcək. Sonra nazir Polşa Senatının marşalı Boqdan Boruseviç, Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə görüşəcək. Elmar Məmmədyarovu Polşa prezidenti Lex Kaçinski də qəbul edəcək. -
06-11-2008, 03:41 PMAPAAzərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovun dəfnində iştirak edəcək
[b]Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovun dəfnində iştirak edəcək[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Çingiz Aytmatovun vəfatı ədəbiyyatımız üçün böyük itkidir. O, türk dünyasının böyük yazıçısı olmaqla yanaşı, Azərbaycan xalqının yaxını, bizim hamımızın dostu idi. Onun vəfatı hamımızı sarsıtdı".
[Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. Ç. Aytmatovun vəfatı ilə əlaqədar "Vida sözü" yazdığını bildirən Anar AYB-nin adından yazıçının ailəsinə başsağlığı teleqramı göndərildiyini söyləyib: "Dəfndə iştirak etmək üçün iyunun 13-də Yazıçılar Birliyinin məsul katibi Nazim İbrahimovla Qırğızıstana yola düşəcəyik". Qeyd edək ki, Ç. Aytmatov iyunun 14-də dəfn olunacaq. -
06-11-2008, 04:51 PMAPASabir Rüstəmxanlı: "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək"
[b]Sabir Rüstəmxanlı: "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək"[b]
[Bakı. Ramil Məmmədli - APA. "Dünya Azərbaycanlıları Konqresinin adından danışan istənilən qrup barəsində beynəlxalq səviyyədə tədbir görüləcək və onların fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək". Bunu APA-ya açıqlamasında DAK həmsədri Sabir Rüstəmxanlı deyib. O bildirib ki, Kölndə keçirilmiş X qurultayın sənədləri qeydiyyata alınmaq üçün İsveçin vergi üzrə dövlət qurumuna təqdim ediləcək. S. Rüstəmxanlı özünü DAK kimi təqdim edən qruplarla bağlı beynəlxalq məhkəmə instansiyalarına müraciət ediləcəyini də söyləyib: "Beynəlxalq nişanların qeydiyyatı barədə Madrid Konvensiyasına əsasən ictimai təşkilatın adından qanunsuz olaraq fəaliyyət göstərmək qadağandır. Biz də bu konvensiya əsasında DAK adından istifadə edən istənilən şəxslə bağlı müvafiq instansiyalara şikayət edəcəyik. Demokratik Dünya Azərbaycanlıları Konqresi və Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qrupların artıq DAK-a heç bir aidiyyəti yoxdur. Bizim hər təşkilatdan uzaqlaşan şəxslərlə birlik qurultayı keçirməyə vaxtımız yoxdur. Bu, həm də gülünc məsələdir". S. Rüstəmxanlı özü və yaxınları haqqında internetdə gedən təhqiramiz fikirlərə də münasibət bildirib: "Qurultay ərəfəsində bir qrup şəxs məqsədli şəkildə mətbuat orqanlarına təhqiramiz elektron məktublar göndərib. Bu məktublarda mənim şəxsiyyətim təhqir olunub. Bu işi görənlərin kimliyi haqda məlumatım var. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək". -
06-11-2008, 05:01 PMAPA"Loğman" Tibb Məktəbinin direktoru məhkəmədə ittihamları rədd edib
[b]"Loğman" Tibb Məktəbinin direktoru məhkəmədə ittihamları rədd edib[b]
[Bakı. Hacı Zeynalov - APA. Bu gün Binəqədi rayon Məhkəməsində "Loğman" Tibb Məktəbinin direktoru Rəmziyyə Abdullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Hakim Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub. Təqsirləndirilən şəxs qismində ifadə verən R. Abdullayeva ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.Qeyd edək ki, R. Abdullayeva Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. "Loğman" Tibb Məktəbinin fəaliyyəti 2006-cı ildə dayandırılsa da, məktəbdə qanunsuz tələbə qəbulu aparılıb. -
06-11-2008, 05:11 PMAPABaş Prokurorluq Ukraynada siyasi sığınacaq alan Rövşən Caniyevin Azərbaycana təhvil verilməsini tələb edib
[b]Baş Prokurorluq Ukraynada siyasi sığınacaq alan Rövşən Caniyevin Azərbaycana təhvil verilməsini tələb edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Rövşən Rafiq oğlu Caniyevə Ukraynada siyasi sığınacaq verməsi ilə bağlı həmin ölkənin Baş Prokurorluğuna müraciət edib.
[Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Baş Prokurorluq həmin şəxsə siyasi sığınacaq verilməsini qanunsuz saydığını bildirib. Müraciətdə qeyd olunub ki, Ukrayna Baş Prokurorluğu bununla bağlı araşdırma aparmalı, qərarın ləğvi barədə müvafiq addımlar atılmalı, R. Caniyev Azərbaycana ekstradisiya olunmalıdır. Qeyd edək ki, kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan R. Caniyev 2000-ci ildə Azərbaycanda törədilmiş cinayətdə şübhəli bilinir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə axtarışda olan R. Caniyev bu ilin fevralında Kiyevdə saxlanılıb. -
06-11-2008, 05:21 PMAPAAzərbaycanda sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsi üzrə AEBA ilə razılıq əldə olunub
[b]Azərbaycanda sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması layihəsi üzrə AEBA ilə razılıq əldə olunub[b]
[Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri Yan Şuler və Andrey Çupov bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovla görüşüblər. Bu barədə APA-ya açıqlamasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Bu gün həm də Radiasiya Problemləri İnstitutunda olan AEBA nümayəndələri Azərbaycanda həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparıblar. A. Qəribovun sözlərinə görə, iki layihə ilə bağlı razılıq əldə olunub: "Sterilizasiya qurğusu və tədqiqat nüvə reaktorunun əsaslandırılması üzrə layihə ətrafında danışıqlar aparılıb və bu layihələrin 2009-cu ildən icrasına başlanması nəzərdə tutulub". -
06-11-2008, 06:31 PMAPASvetlana Qasımova "Şöhrət" ordeni ilə təltif edilib
[b]Svetlana Qasımova "Şöhrət" ordeni ilə təltif edilib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Svetlana Qasımovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, S. Qasımova ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub. Qeyd edək ki, S. Qasımova Mərkəzi Seçki Komissiyasının sədr müavinidir. -
06-11-2008, 06:41 PMAPAKosovoda Osmanlı sultanını qətlə yetirmiş serbin soyadını daşıyan qəsəbənin adı dəyişdirilib
[b]Kosovoda Osmanlı sultanını qətlə yetirmiş serbin soyadını daşıyan qəsəbənin adı dəyişdirilib[b]
[Priştina. Kərim Həsənli - APA. Kosovo rəhbərliyi Türkiyəyə münasibətdə xoş niyyət əlaməti göstərib. APA-nın xəbərinə görə, Kosovonun paytaxtı Priştina yaxınlığındakı Obiliç qəsəbəsinin adı dəyişdirilib. Qəsəbə 1389-cu ildə baş verən Kosovo müharibəsindən sonra döyüş meydanını gəzən Osmanlı sultanı Muradı qətlə yetirən serb hökmdarının kürəkəni Miloş Obiliçin xatirəsinin əbədiləşdirilməsi üçün Serbiya hökuməti tərəfindən həmin ərazidə salınmışdı. Obiliç bələdiyyəsinin sədri Rəcəb Kelani qəsəbənin yerləşdiyi ərazinin 1912-ci ilə qədər Topxana adlandırıldığını, bundan sonra isə Kastriot adı daşıyacağını bəyan edib. Obiliç qəsəbəsinin adı yerli bələdiyyə tərəfindən 2002-ci ildə dəyişdirilsə də, BMT nümayəndəliyinin etirazları üzündən bu qərarı yalnız cari ildə icra etmək mümkün olub. 2006-cı ildən etibarən Türkiyənin Bursa vilayətinin Osmanqazi bələdiyyəsinin dəstəyi ilə Sultan Muradın qəsəbədəki türbəsi ətrafında onun xatirəsinə həsr olunmuş mərasimlər təşkil olunmaqdadır. Builki tədbirlərdə Bolqarıstan, Makedoniya və Bosniyadan nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir. -
06-11-2008, 06:51 PMAPAAzərbaycan prezidenti Avropa Şurasının keçmiş baş katibini qəbul edib
[b]Azərbaycan prezidenti Avropa Şurasının keçmiş baş katibini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 11-də "Sivilizasiyaların dialoqu" Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri, Avropa Şurasının keçmiş baş katibi Valter Şvimmeri qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, V. Şvimmer Avropa Şurasının baş katibi vəzifəsində çalışdığı zaman prezident İlham Əliyevlə səmərəli görüşlər keçirdiyini vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi onun həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirib. O, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. V. Şvimmer, həmçinin ölkədə böyük inkişafın şahidi olduğunu da qeyd edib.Öz növbəsində, Azərbaycan dövlət başçısı ölkədə bütün sahələr üzrə sürətli inkişafa nail olunduğunu, genişmiqyaslı iqtisadi layihələrin uğurla həyata keçirildiyini bildirib. Prezident İ. Əliyev Bakıda keçirilən beynəlxalq forumun əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin keçirilməsinin sivilizasiyalararası dialoqa və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. -
06-11-2008, 07:01 PMAPAOtuza yaxın azərbaycanlı Belarusda qaçqın statusu əldə edib
[b]Otuza yaxın azərbaycanlı Belarusda qaçqın statusu əldə edib[b]
[Minsk. Kərim Həsənli - APA. Son 10 ildə 29 azərbaycanlı Belarus Respublikasında qaçqın statusu əldə edib. APA-nın xəbərinə görə, bu məlumatı Belarus Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya Departamentinin rəsmisi Sergey Kasinski açıqlayıb. O bildirib ki, son illər ərzində ölkədə sığınacaq almış insanlar Belarus vətəndaşlığına keçmək üçün kütləvi şəkildə müraciət edirlər. Cari ildə 45 qaçqın Belarus vətəndaşlığını qəbul edib. Onlar Əfqanıstan, Gürcüstan, Efiopiya və Azərbaycan vətəndaşlarıdır. Belarus qanunvericiliyinə görə, ölkə ərazisində 7 il yaşayan qaçqın vətəndaşlıq üçün müraciət etmək hüququna malikdir. Bu gün Belarusda 802 nəfər sığınacaq əldə edib ki, onlardan 565 nəfəri Əfqanıstan, 132 nəfəri isə əsasən Abxaziyadan olan Gürcüstan vətəndaşlarıdır. -
06-11-2008, 07:11 PMAPAAzərbaycanın birinci xanımına İslam Konfransı Təşkilatının humanitar məsələlər üzrə xüsusi elçisi adı verilib
[b]Azərbaycanın birinci xanımına İslam Konfransı Təşkilatının humanitar məsələlər üzrə xüsusi elçisi adı verilib[b]
Bakı. Turan Hüseynova - APA. Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük beynəlxalq konfrans başa çatıb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman Altvaicri konfransı yüksək qiymətləndirib.
[Baş direktor Azərbaycan prezidentinin xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfransın qadınların mədəniyyətlərarası dialoqda rolunun genişləndirilməsinə təkan verəcəyini bildirib. İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu isə Mehriban Əliyevaya İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi adının verildiyini bildirib. O, diplomu Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı konfrans iştirakçılarına təşəkkürünü bildirib, tədbirdə mühüm məsələlərə toxunulduğunu qeyd edib. O, konfransı mədəniyyətlərarası dialoqun, birgə yaşayışın kiçik nümunəsi adlandırıb. Bununla konfrans işini yekunlaşdırıb. -
06-11-2008, 07:21 PMAPA"Azadlıq" blokunun üzvü: "Prezident seçkilərində iştirak edəcək şəxslər bloka daxil olan partiyalardan çıxarıla bilər"
[b]"Azadlıq" blokunun üzvü: "Prezident seçkilərində iştirak edəcək şəxslər bloka daxil olan partiyalardan çıxarıla bilər"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Azadlıq" blokunda prezident seçkilərində iştirakı tərəfdarı olan şəxslər də var, amma onların sayı çox azdır". Bunu APA-ya açıqlamasında "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, yerli təşkilatlarda bu təkliflə çıxış edənlər olsa da, rəhbərlik yekdilliklə boykotun tərəfdarıdır. Blokun seçkiləri boykot qərarını dəyişəcəyi ilə bağlı səslənən ehtimalların əsassız olduğunu deyən Ə. Əliyev bundan sonrakı mərhələdə seçkilərdə iştirak qərarı verməyə səbəb olacaq dəyişikliklərin baş verəcəyinə inanmadığını qeyd edib: "Biz şəraitin dəyişməsi üçün kifayət qədər gözlədik. Amma minimum imkanlar belə yaradılmadı. Ona görə də bizim boykot qərarımız bir qədər gec qəbul edildi". Blokun boykot qərarına əməl etməyib səsvermədə iştirak edəcək üzvlərə gəldikdə, Ə. Əliyev bildirib ki, bütün üzvləri nəzarətdə saxlamaq mexanizmi yoxdur: "Amma üzvlər bu qərarın icrasına çalışmalıdır. İnanmıram ki, qərarın əleyhinə çıxacaq şəxslər səsverməyə getsin". Ə. Əliyev boykot qərarının əleyhinə gedəcək şəxslərin partiyalardan çıxarılacağını istisna etməyib. Partiya sədri, həmçinin iyulun ilk günlərində blokun Məclisinin növbəti iclasının keçiriləcəyini və blokun yeni mərhələdə həyata keçirəcək tədbirlərin müəyyən olunacağını qeyd edib. -
06-11-2008, 07:31 PMAPAÇingiz Aytmatovun vəfatı ilə əlaqədar Azərbaycan prezidenti Qırğızıstan prezidentinə başsağlığı verib
[b]Çingiz Aytmatovun vəfatı ilə əlaqədar Azərbaycan prezidenti Qırğızıstan prezidentinə başsağlığı verib[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Çingiz Aytmatovun vəfatı əlaqədar Qırğızıstan prezidenti Kurmanbek Bakiyevə başsağlığı verib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dünya şöhrətli yazıçı, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Azərbaycan xalqının böyük dostu Çingiz Torekuloviç Aytmatovun vəfatı xəbərinin onu dərindən kədərləndirdiyini bildirən Azərbaycan dövlət başçısı Ç. Aytmatovun bütün həyat və fəaliyyətinin, bənzərsiz yaradıcılığının yüksək vətəndaşlıq, mənəviyyat və əxlaqi keyfiyyətlərlə seçildiyini qeyd edib: "Əsərlərində zəmanəsinin ruhunu, reallıqlarını və adətlərini, insanın daxili aləminin bütün gözəlliyini və zənginliyini, onun ətraf aləm və təbiət ilə üzvi əlaqəsini dərindən, inandırıcı və yüksək istedadla əks etdirmiş böyük Söz Ustadı Çingiz Aytmatovun adı dünya ədəbiyyatının, dünya mədəniyyətinin xəzinəsinə həmişəlik daxil olub. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Çingiz Aytmatovun qohumlarına və yaxınlarına, bütün Qırğızıstan xalqına səmimi qəlbdən başsağlığı verirəm". -
06-11-2008, 07:41 PMAPAAzərbaycan prezidenti Rusiya rəhbərlərini təbrik edib
[b]Azərbaycan prezidenti Rusiya rəhbərlərini təbrik edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət bayramı - Rusiya Günü münasibətilə bu ölkənin prezidenti Dmitri Medvedyev və baş naziri Vladimir Putinə təbrik məktubu göndərib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Rusiya rəhbərlərini və bütün Rusiya xalqını Azərbaycan xalqı adından və öz adından təbrik edən İ. Əliyev müasir Rusiyanın demokratik dəyişikliklərin həyata keçirilməsi, qanunçuluq normalarının və hüquqi qaydanın bərqərar olması, iqtisadi və sosial tərəqqi, ölkənin beynəlxalq birlikdə rolunun və nüfuzunun daha da möhkəmlənməsi yolunda uğurla irəliləməsindən məmnun olduğunu bildirib: "Əminəm ki, birgə səylərimiz ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə, hərtərəfli əməkdaşlığın sürətli inkişafının təmin edilməsinə, xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə, Qafqazda sülh və təhlükəsizlik naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə yönələcək". -
06-11-2008, 09:51 PMAPABinə Ticarət Mərkəzinə silahlı basqın olub
[b]Binə Ticarət Mərkəzinə silahlı basqın olub[b]
Bakı. Hacı Zeynalov-APA. Bu gün Binə Ticarət Mərkəzinə silahlı basqın olub. Əzizbəyov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir qrup silahlı şəxs ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə basqın edib.
[Onlar valyutadəyişmə məntəqəsinin əməkdaşına hədə-qorxu gələrək, 15 min manat, 35 min ABŞ dolları və 20 min rubl apara biliblər. Polisin verdiyi məlumata görə, hələlik basqınçıların şəxsiyyəti müəyyənləşməyib. Hazırda bununla bağlı əməliyyat-axtarış tədbirləri davam edir. -
06-11-2008, 10:31 PMAPAErmənilərin Azərbaycanın işğal altındakı ərazailərində törətdikləri yanğınlar təmas xəttini keçib
[b]Ermənilərin Azərbaycanın işğal altındakı ərazailərində törətdikləri yanğınlar təmas xəttini keçib[b]
Ağdam-Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində üç istiqamətdən yanğınlar törətməyə başlayıblar. Düşmən rayonun işğal altında olan Qaraqaşlı, Sarıcalı, Baş Qərvənd-Şıxlar kəndlərinin ərazilərini yandırıb.
[APA-nın Qarabağ bürosunun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, yanğın Qaraqaşlı kəndi istiqamətindən təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsinə keçib. Yanğın Ağdamın Çəmənli kəndinin qəbristanlığının yaxınlığına qədər bütün ərazini bürüyüb. Əməkdaşımız bildirib ki, yanğının təmas xəttini keçdiyi ərazilərdə ətraf kəndlərin sakinlərinə məxsus hektarlarla taxıl zəmiləri var. -
06-12-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 11-də saat 13.30-dan 13.45-dək və 15.30-dan 18.00-dək fasilələrlə Ermənistanın Verd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndi, Noyemberyan rayonu Barekamavan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndi, Qazax rayonunun Kəmərli kəndi ərazisindəki mövqelərini, saat 22.55-dən 23.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 22.55-dək və iyunun 12-si saat 00.00-dan 00.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 00.00-dan 00.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.