Avropadakı azərbaycanlı xanımıar bir araya gəldi
Londonda "Sara Xatun" Qadın Cəmiyyəti ilk toplantısını keçirdi
Londonda, Azərbaycanlı Gənclər Klubu tərəfindən qurulmus "Sara Xatun" Qadın Cəmiyyəti ilk toplantısını keçirib. Cəmiyyətin sədri Simuzər Baloğlanovanın "QayNar"a verdiyi məlumata görə ilk toplantıda cəmiyyətin fəaliyyət planı müzakirə edilib. Qərara alınıb ki, "Sara Xatun" Qadın Cəmiyyətinin gələcəkdə genişlənərək Avropanın digər ölkələrini də əhatə etməsi istiqamətində ardıcıl iş görülsün.
İlk toplantıda əsasən Britaniyadakı Azərbaycanlı qadınlar istirak ediblər. Müğənni Almaz Ələsgərli də cəmiyyətin ilk tədbirində iştirak etmək ücün Londona səfər edib. O, eyni zamanda "Caspian-Khazri" Azərbaycan məktəbində təşkil edilmiş proqrama da qatılıb.
Xatırladaq ki, ötən aydan fəaliyyətə başlayan "Sara Xatun" Qadın Cəmiyyətinin əsas məqsədi Avropadakı azərbaycanlı ziyalı qadınları bir yerə toplamaq və konkret layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmək, azərbaycanlı qadınları aktiv ictimai fəaliyyetə cəlb etməkdir. Bundan başqa qadınların asudə vaxtlarını səmərəli keçirməsi ücün də tədbirlərin görüləcəyi planlaşdırılır.
QayNar
Azərbaycan Xəbərləri
Printable View
-
11-01-2007, 05:38 PMyeshuAvropadakı azərbaycanlı xanımıar bir araya gəldi
-
11-01-2007, 05:51 PMyeshuİstanbul B.Ş. Bələdiyyə Teatrının kollektivi Bakıda Elçinin “Qatil” tamaşasını nümayiş etdirəcək
İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının kollektivi Bakıda Elçinin “Qatil” tamaşasını nümayiş etdirəcək
Bakıda səfərdə olan İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının yaradıcı kollektivi bu gün Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin, Zərifə Əliyevanın və görkəmli dramaturq İlyas Əfəndiyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, nümayəndə heyətində İstanbul Böyük Şəhər teatrlarının rejissor qurumunun üzvü Tülay Er Ünsal, İstanbul Böyük Şəhər teatrlarının baş rejissoru NurullahTuncay, 15 ildən artıqdır Türkiyədə yaşayan azərbaycanlı aktrisa, İstanbul Böyük Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova və teatrın yaradıcı heyəti təmsil olunub.
Fəxri Xiyabanda jurnalistlərə açıqlama verən İstanbul Böyük Şəhər Teatrlarının baş rejissoru Nurullah Tuncay Məlahət Abbasova ilə 20 ilə yaxındır birgə çalışdığını deyib. Aktrisanın sənətini yüksək qiymətləndirdiyini deyən N. Tuncay onun səhnəyə qoyduğu tamaşaların böyük maraqla izləndiyini vurğulayıb: “Məlahət Abbasova bu işin təhsilini alıb. Olduqca bacarıqlı sənətçidir. Bakılı tamaşaçılar qarşısında sabah oynayacağımız tamaşa 2006-2007-ci illər ərzində 150 dəfə göstərilib. Bu da yalnız Türkiyədə yox, ümumiyyətlə, müasir teatr aləmində çox nadir hadisədir. Tamaşa İstanbulun mədəni həyatında böyük maraq və rəğbətlə qarşılanıb, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilib, mətbuatın diqqət mərkəzində olub. Bütün dünyada şou öndə olsa da, əsl sənət arxada qalıb. Amma bu görüntüdür, əslində sənət hər zaman davam edir”.
Azərbaycana Elçin Əfəndiyevin dəvəti ilə gəldiyini qeyd edən N. Tuncay M. Abbasova sayəsində Azərbaycan teatrı haqqında məlumat aldıqlarını vurğulayıb.
Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində noyabrın 2-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Elçinin “Qatil” pyesi əsasında səhnələşdirilmiş “Ulduzlar altında cinayət” tamaşası ilə çıxış edəcək. Tamaşa ilk dəfə 2006-cı ilin noyabrın 1-də göstərilib. Tamaşanın quruluşçu rejissoru Məlahət Abbasovadır. Əsas rolların ifaçıları E.Altındağ və E.Özertem dərin psixoloji surət yaradıblar. Tamaşanın bəstəkarı Selim Atakan, tərtibatçısı Emra Albayrak Şahin, dizayneri Feyza Zeybekdir. “Qatil” faciəsi Elçinin Türkiyənin aparıcı teatr səhnələrində tamaşaya qoyulmuş dördüncü pyesidir.
APA -
11-02-2007, 12:25 PMyeshuGÜNEYDƏ MUSİQİÇİLƏRƏ TƏYZİQLƏR BAŞLAYIB
GÜNEYDƏ MUSİQİÇİLƏRƏ TƏYZİQLƏR BAŞLAYIB
Urmu News saytının verdiyi xəbərə görə, İran İslam Respublikasının Nizam İntizam qüvvələri Urmuda musiqiçilərə təyziqə başlayıb.
ETTALLAT əməkdaşları şəhərin musiqi məktəblərində işləyən bütün cavabdeh şəxsləri çağıraraq, onlara toy mərasimlərində hansı musiqiləri ifa edikləri barədə suallar veriblər. Daha sonra ETTALLAT əməkdaşları musiqiçilərə bəzi mahnıları ifa etməyi qadağan ediblər və bildiriblər ki, musiqi ifa etməzdən öncə onlardan yazılı icazə almalıdırlar.
Restoran sahiblərinə isə ETTALLAT tərəfindən xəbərdarlıq edilibki, ETTALLAT-ın yazılı icazəsi olmadan heç bir musiqi, toy şənliklərində səslənə bilməz.
Digər xəbərlərə görə isə, toylarda və konsertlərdə Azərbaycan milli rəqslərini milli geyimdə ifa edən, “Barış” qurupunun solisti, Nima Dəstan ETTALLAT-a çağrılaraq, tədbirlərdə milli rəqs və mahnıları ifa edəcəyi təqdirdə həbsə məhkum ediləcəyi ilə hədələnib.
Contact -
11-02-2007, 12:35 PMyeshuSamir Məmmədov dünya çempionatında bürünc medalı təmin edib
Samir Məmmədov dünya çempionatında bürünc medalı təmin edib
ABŞ-ın Çikaqo şəhərində keçirilən boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri başa çatıb
Boksçularımız Amerikada keçirilən dünya çempionatından medalsız qayıtmayacaqlar. Azərbaycan boksunun imicini 51 kq çəkili idmançımız Samir Məmmədov qoruya bilib. Pekin olimpiadasına ilk və son lisenziyanı qazanmış həmyerlimiz 1/4 finalda Puerto-Rikolu Makuilyams Arroy üzərində 33-21 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb. Bu isə o deməkdir ki, Samir ən azı bürünc medalı özünə təmin edib. Yarımfinalda onun rəqibi amerikalı Roşi Ueren olacaq.
Ağır çəkili boksçumuz Elçin Əlizadə də mundiala əlvida deyib. 91 kq çəki dərəcəsində döyüşmüş Əlizadə mübarizəni 1\4 finalda dayandırıb. Bu mərhələdə o rusiyalı Ruslan Çaxiyevə 6-17 hesabıyla məğlub olub. Bu məğlubiyyətdən sonra Elçin də Pekinə lisenziya şanslarını beynəlxalq turnirlərə saxlayıb.
Xatırladaq ki, dünya çempionatında Azərbaycan 11 dəri əlcək ustası ilə təmsil olunurdu.
ANS TV -
11-02-2007, 12:37 PMyeshuDolların ucuzlaşması Azərbaycan hökumətini narahat etmir
Dolların ucuzlaşması Azərbaycan hökumətini narahat etmir
“Amerika valyutasının dəyərini itirməsi, neft fondunun gəlirlərinə təsir etmir”
Azərbaycanda neftin bahalaşmasını müsbət qarşılayırlar. Dolların ucuzlaşmasına gəlincə isə, bu fakt höküməti elə də narahat etmir. Dövlət neft fondunun icraçı direktoru Şahmar Mövsumov deyir ki, Amerika valyutasının dəyərini itirməsi fondun gəlirlərinə təsir etmir.
ANS Press / © 2007 Bütün hüquqlar qorunur. -
11-02-2007, 12:41 PMyeshuAbdulla Gül: "Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram"
Abdulla Gül: "Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram"
"Azərbaycandakı irəliləyişləri görmək bizi çox sevindirir. Bu ölkə Heydər Əliyevin açdığı yolla inkişaf edir. Qardaş ölkənin keçmişini xatırlayanda bugünkü inkişaf daha yaxşı nəzərə çarpır. İndi Azərbaycan bütün dünyanın diqqətini cəlb edən ölkədir. İqtisadiyyat getdikcə güclənir, demokratiya inkişaf edir.Təbii ki, bu yöndə müəyyən problemlər də ola bilər, amma heç bir ölkə problemlərini bir gündə həll etmir. Mən Azərbaycanın səbirlə çox ciddi inkişafa imza atdığını görürəm. Ölkə mətbuatı istədiyini yazır, siyasətçilər fikirlərini sərbəst ifadə edə bilir. Bunlar Azərbaycanı daha güclü vəziyyətə gətirəcək. Azərbaycanda demokratiyanın güclü olması gərəklidir. Bu, Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyəti tərəfindən yaxşı başa düşülməsini də şərtləndirəcək. Azərbaycanın doğru yolda inkişaf etməsindən qürur duyuram".
.....
"İndi Bakı-Tiflis-Ərzurum qaz xəttini açmaq üzrəyik. Qars-Axalkələk-Tiflis dəmir yolunun da inşasına başlayırıq. Biz artıq danışmırıq, iş görürük. Bu dəmir yolu Qazaxıstan və Çinə qədər gedib çıxacaq. Biz bu layihələrin həyata keçirilməsinə həmişə kömək edəcəyik. Layihələri hazırlayanda, təbii ki, təhlükəsizlik məsələlərinə də diqqət yetiririk. İndiyə qədər boru xətlərinə qarşı heç bir təhdid və təhlükə olmayıb. Ancaq biz əvvəlcədən tədbir görməyə davam edəcəyik".
.....
APA -
11-02-2007, 12:55 PMyeshuTürkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq qalır
Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları olaraq qalır
Azərbaycanın Dövlət Gömrük Komitəsi yanvar-sentyabr ayları ərzində 134 ölkə ilə həyata keçirilən ticarət əməliyyatlarının yekunlarını açıqlayıb. Azəbaycanın aşağıdakı ölkələrlə ticarət əməliyyatlarının həcmi xüsusilə böyükdür:
İXRAC
Ölkə.........Dəyər (min ABŞ dolları).........Ümumi ixraca münasibətdə %
Türkiyə.........784230,56........................ .18,17
İtaliya...........597074,97...................... ...13,83
İran..............354436,50...................... .....8,21
Rusiya...........349886,15........................ ...8,11
Gürcüstan......272815,74........................ ..6,32
İDXAL
Ölkə..........Dəyər (min ABŞ dolları)..........Ümumi idxala münasibətdə %
Rusiya............697359,16....................... .17,85
Türkiyə...........394887,17...................... ..10,11
Almaniya.........332201,00........................ ..8,50
Ukrayna..........331361,71........................ ..8,48
B. Britaniya......304486,64.......................... 7,79
Trend -
11-02-2007, 04:53 PMyeshuAMİP Türkiyə səfirliyi qarşısında aksiya keçirib
AMİP Türkiyə səfirliyi qarşısında aksiya keçirib
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada terrorla mübarizədə Türkiyəyə dəstək verilməsi ilə bağlı şüarlar səsləndirilib.
Aksiya 15-20 dəqiqə davam edib, piketin qətnaməsi oxunub, ancaq səfirlik binası yaxınlığında partiya fəalları ilə polis arasında insident yaranıb. Aksiyaçılar dağılışmaq istəməyiblər, səfirliyin binasından bir qədər aralı ərazidə yenə də şüarlar səsləndirməyə cəhd ediblər.
Polis buna imkan verməyib, aksiyaçıları hadisə yerindən uzaqlaşdırıb. -
11-02-2007, 04:57 PMyeshuAMİP-in Türkiyə səfirliyi qarşısında keçirdiyi dəstək aksiyası dağıdılıb
AMİP-in Türkiyə səfirliyi qarşısında keçirdiyi dəstək aksiyası dağıdılıb
Polis piketi dağıdaraq, 5 nəfəri saxlayıb
Bu gün Azərbaycan Milli İstiqlal partiyasının bir qrup fəalı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında Türkiyənin PKK terroruna qarşı mübarizəsinə dəstək məqsədilə piket keçirib. "Turan" informasiya agentliyinin məlumatına görə, piketçilər "Terrora yox!", "PKK, erməni, türkün düşməni!" şüarları qaldırıb.
Piketçilər hər an Türkiyə ordusunun tərkibində PKK terroruna qarşı mübarizəyə qoşulmağa hazır olduqlarını bildiriblər.
Polis piketçilərdən 5 nəfəri saxlayıb. Buna baxmayaraq, piketçilər qətnamələrini səfirliyin önündə oxuyub və diplomatik korpus nümayəndəsinə təqdim edib.
Sənəddə deyilir ki, AMİP Türkiyənin antiterror əməliyyatlarını dəstəkləyir, bu şərəfli və gərgin mübarizədə hər zaman qardaş ölkənin yanında olacaq. "AMİP ümid edir ki, türk milləti PKK kimi terrorçu təşkilatın kökünü birdəfəlik kəsməyə, cinayətkarları cəzalandırmağa nail olacaq və bu ağır imtahandan da şərəflə çıxacaq".
Qətnamədə Azərbaycan hakimiyyətindən PKK-nı terrorçu təşkilat kimi rəsmən tanımasını, Türkiyənin apardığı antiterror əməliyyatlarına lazımi dəstək göstərməsini qətiyyətlə tələb olunur.
ANS PRESS
[ -
11-02-2007, 07:49 PMyeshuBütün xarici sərnişin dəmir yolu reyslərinə biletlərin qiyməti artırılıb
Azərbaycanda bütün xarici sərnişin dəmir yolu reyslərinə biletlərin qiyməti artırılıb
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) noyabr ayının 1-dən etibarən ölkə xaricinə hərəkət edən sərnişin qatarlarına biletlərin qiymətini artırıb. Bu barədə «APA-Economics»ə ADDY-dan məlumat verilib.
Gediş haqların bahalaşması bütün xarici marşrutlar üzrə baş verib. Belə ki, Bakı-Tümen reysi ilə hərəkət edən sərnişin qatarının plaskart vaqonlarına biletin qiyməti 85,59 manat, kupe vaqonlara - 137,72 manat, Bakı-Tiflis reysinə 22,37 manat (kupe) və 42,19 manat (xüsusi vaqon), Bakı-Kiyev reysinə 109,34 manat (kupe) və 218,43 manat (xüsusi vaqon), Bakı-Moskva reysinə 62,24 manat (plaskart), 101 manat (kupe) və 203 manat (xüsusi vaqon), Bakı-Sankt-Peterburq reysinə 72 manat (plaskart), 118 manat (kupe) və 235 manat (xüsusi vaqon) məbləğində müəyyənləşdirilib.
APA-Economics -
11-05-2007, 02:03 PMyeshuQadın həndbolçularımız daha bir uğur qazanıblar
Qadın həndbolçularımız daha bir uğur qazanıblar
İdmançılarımız Xorvatiyanın Tvin komandasına 28-13 hesabı ilə qalib gəliblər
Azərbaycanın qadınlardan ibarət ABU həndbol klubu avrokuboklara uğurla başlayıb. Xorvatiya həndbolunun təmsilçisi ikinci oyunda da torunun toxunulmazlığını təmin edə bilməyib. Qadın həndbolçularımız fasiləyə qədər rəqibin qapısından 13 top keçirib. Rəqib komandanın oyunçuları isə cavab olaraq 5 topa qane olublar. Gəlmələr fasilədən sonra da oyunun gedişində dönüş yarada bilməyiblər. İkinci yarışda ABU Tvinin 8 qoluna 15 dəqiq zərbə ilə cavab verib. Təkrar oyunda 28-13 hesabıyla qalib gələn ABU növbəti mərhələyə vəsiqə qazanıb.
Xatırladaq ki, Georgi Voronovun yetirmələri ilk oyunda Tvini 34-16 hesabıyla məğlub etmişdi. /
ANS Press -
11-05-2007, 02:05 PMyeshuAzərbaycan «yapışqan vizalar» sisteminə keçir
Azərbaycan «yapışqan vizalar» sisteminə keçir
Azərbaycanın «yapışqan vizalar» sisteminə keçməyə qərar verib. Bundan sonra ölkəyə gələn əcnəbilərin pasportlarına əvvəlki kimi möhür vurulmayacaq, beynəlxalq təcrübədə tətbiq olunan yapışqan vizalardan istifadə ediləcək.
XİN mətbuat katibi Xəzər İbrahim artıq yeni vizaların hazırlanması üçün tender elan edildiyini deyib. Yaxın günlərdə qalibin adı açıqlanacaq.
Azadlıq -
11-05-2007, 02:07 PMyeshu«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır»
«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır»
«Azərbaycan «PKK»nı terrorçu qrup kimi tanıyır». Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim noyabrın 5-də bəyan edib.
Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri ərəfəsində bu ölkənin siyasətçiləri bildiriblər ki, Azərbaycanın terrorçu qrupları tanımasını ifadə edən siyahısı yoxdur. Buna görə də Ankara Bakının qarşısında «PKK»nı rəsmən tanıması barədə tələb qaldıra bilməyəcək.
X.İbrahim isə deyir ki, əsas məsələ siyahı deyil. «Azərbaycan özü də terrora məruz qalmış ölkədir. Əsas məsələ terrorçu qrupların dəqiq adlandırılmasıdır və Bakı bəyan edib ki, «PKK»nı terrorçu kimi tanıyır. Digər prosedur məsələlər barədə isə müvafiq dövlət qurumları addım atmalıdırlar».
İbrahim onu da vurğulayıb ki, Azərbaycan beynəlxalq antiterror əməliyyatlarının fəal üzvü kimi BMT-nin 12 konvensiyasına qoşulub və hər il bununla bağlı Nyu-Yorka hesabat göndərir.
XİN rəsmisi Azərbaycanda bəzi dini qrupların xaricdən idarə olunması barədə səslənən rəsmi bəyanatlara da münasibət açıqlayıb. XİN hesab edir ki, belə məlumatlar təsdiqlənsə, «çox böyük təhlükədən» xəbər verəcək.
Azadlıq -
11-05-2007, 02:24 PMyeshuHər il 200 min azərbaycanlı miqrant xarici ölkələrə üz tutur
Hər il 200 min azərbaycanlı miqrant xarici ölkələrə üz tutur
QEYRİ-LEQAL ŞƏKİLDƏ ÖLKƏYƏ GƏLƏN 3 MİN NƏFƏR QAÇQIN STATUSU ALMAQ İSTƏYİR. Hazırda qeyri-leqal şəkildə Azərbaycana gəlmiş və qaçqın statusu almaq istəyən miqrantların sayı 3 min nəfərdir. Əvvəllər üçüncü ölkədən gələrək respublikada qaçqın statusu almaq niyyətində olan şəxslərin ümumi sayı 11 min nəfər təşkil edirdi. Son illərdə isə onların sayı digər ölkələrə köçüb getmələri ilə əlaqədar azalıb. Azərbaycanda qaçqın statusu almaq niyyətində olanlar əsasən Əfqanıstandan, Pakistandan, Fələstindən və Rusiyadan olanlardır.
Hazırda Rusiya Federasiyasında Azərbaycanın 500 min nəfərdən artıq miqrantı var.
Q.Sadıqov qeyd edib ki: "Azərbaycandan hər il 200 min nəfərə qədər xarici ölkələrə üz tutan əməkçi miqrantlar və ya digər formada gedən şəxslər var..." -
11-05-2007, 02:28 PMyeshuİRƏVAN D.A. DRAM TEATRININ KOLLEKTİVİ TÜRKİYƏYƏ SƏFƏRİNƏ HAZIRLAŞIR
İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ KOLLEKTİVİ TÜRKİYƏYƏ QASTROL SƏFƏRİNƏ HAZIRLAŞIR
AzərTAc xəbər verir ki, noyabrın 18-dən 25-dək İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Türkiyədə qastrol səfərində olacaqdır.
Teatrın direktoru İftixar Piriyev bildirmişdir ki, gənc aktyorlardan ibarət truppa Türkiyənin Niğdə şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak edəcəkdir.
Sonra teatrın kollektivi Manisa və İzmir şəhərlərində Ü. Hacıbəyovun “O olmasın, bu olsun” tamaşasını və “Arşın mal alan” tamaşasından parçalar ifa edəcəkdir.
Truppanın tərkibinə əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Elnarə Heydərova, Aslan Məmmədov və Samir Bayramov və başqaları daxildir.
Azertag -
11-06-2007, 11:51 AMyeshuTürk kəşfiyyatı Bakıda əməliyyat keçirir
Türk kəşfiyyatı Bakıda əməliyyat keçirir
MIT və MTN-in Bakı əməliyyatı barədə siyasi razılıq əldə edildiyi bildirilir.
Dünən əldə etdiyimiz xəbərdə bildirilir ki, bir neçə gündür, Bakı şəhərində PKK elementlərinə qarşı xüsusi əməliyyat keçirilir. Xəbəri redaksiyaya verən mənbənin bildirdiyinə görə, əməliyyat Türkiyənin Milli Istihparat Təşkilatının (MIT) əməliyyat qrupunun üzvləri ilə birgə həyata keçirilir.
Mənbənin bildirdiyinə görə, bu əməliyyatın həyata keçirilməsi uzun sürən siyasi-diplomatik danışıqların nəticəsində mümkün olub. Əvvəllər Azərbaycan tərəfi özü belə bir əməliyyatı təkbaşına həyata keçirə biləcəyində israr edib. Amma Türkiyə tərəfinin ciddi israrlarından və inandırıcı dəlillərindən sonra birgə əməliyyatın keçirilməsi, nəhayət ki, mümkün hesab edilib.
Xəbərə görə, MIT əməliyyatçılarının Bakıdakı PKK üzvləri, onların fəaliyyət və yaşayış ünvanları barədə məlumatları heyrətləndirici dərəcədə dəqiqdir. Birgə əməliyyat qrupunun üzvləri isə hələ ki, MIT-in informasiyaları əsasında hərəkət edir: “Onların əllərində konkret adlar, mənzil və ya ofis ünvanları var. Qruplar bu ünvanlar üzrə hərəkət edir, göstərilən adamları götürür”.
Bu xəbərin dəqiqliyinə inansaq, təəccüblü bir şey də yoxdur. Belə ki, Azərbaycanda PKK-nın hansısa dayaqlarının olması barədə Türkiyə rəsmiləri müxtəlif zamanlarda eyhamlar vurublar, bəyanatlar veriblər. Indi həbsdə olan terrorbaşı Abdullah Öcalandan alınmış informasiyaların üstünə PKK daxilindəki agentura məlumatlarını da əlavə etsək, təkcə Bakıda yox, ümumiyyətlə bütün dünyada bu terror təşkilatının koordinatlarını öyrənmək çətin deyil.
Baybak -
11-06-2007, 11:56 AMyeshuMövqelərimiz atəşə tutulub
Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən noyabrın 5-də saat 21.45-dən noyabrın 6-sı saat 05.30-dək fasilələrlə Ağdam rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən, noyabrın 6-sı saat 00.30-dan 00.45-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
APA -
11-06-2007, 12:00 PMyeshu2009-cu ildə inflyasiya birrəqəmli...
Azərbaycan 2009-cu ildən inflyasiyanın birrəqəmli səviyyədə olacağını proqnozlaşdırır
İqtisadi İnkişaf Nazirliyi 2009-cu ildən Azərbaycanda inflyasiyanın birrəqəmli səviyyəyə kimi azalacağını proqnozlaşdırır. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev parlamentin 5 komissiyasının 2008-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında bildirib.
“Hazırda Azərbaycanda inflyasiya 16% təşkil edir. Gələn il biz inflyasiyanı 12-14% səviyyəsində proqnozlaşdırırıq. Ancaq hesab edirik ki, 2009-2011-ci illərdə inflyasiya birrəqəmli olacaq”,-deyə H.Babayev vurğulayıb.
O qeyd edib ki, hökumət ən azı həftədə bir dəfə inflyasiyanın qarşısını almaq üçün xüsusi müzakirələr keçirir.
....
Azərbaycanda inflyasiya 2007-ci ildə 9% səviyyəsində proqnozlaşdırılıb. Ancaq hökumətin proqnozlarına görə, 16%-dən az olmayacaq.
İnterfax -
11-06-2007, 12:05 PMyeshuAZƏRBAYCAN, ƏLİLLƏRİN FUTZAL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA
ƏLİLLƏRİN FUTZAL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQ
AzərTAc xəbər verir ki, noyabrın 8-dən 18-dək Bolqarıstanda eşitmə qüsurlu əlillər arasında futzal üzrə dünya çempionatı keçiriləcəkdir.
Ölkəmizi bu yarışda Azərbaycan Əlillər Futbolu Federasiyasının vitse-prezidenti Şaiq Həmidovun rəhbərliyi ilə eşitmə qüsurlu əlillərdən ibarət milli yığma komanda təmsil edəcəkdir.
Azertag -
11-06-2007, 12:10 PMyeshuAzərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək
Azərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək
Azərbaycanın dövlət qurumları İraq türkmənlərinə dəstək verəcək. Bu barədə APA-ya Asiya Dialoqu İctimai Birliyindən (ADİB) bildirilib. Bu ilin sentyabrında birliyin təşəbbüsü ilə İraq Türkmən Cəbhəsi liderlərinin Azərbaycana səfəri zamanı ölkəmizdən İraq türkmənlərinə ciddi dəstək olacağı barədə verilən vədlərin gerçəkləşdirilməsi istiqamətində addımlar atmağa başlanıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun imzası ilə ADİB-ə daxil olan məktubda bildirilib ki, nazirlik İraq türkmənləri ilə bağlı Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə rəsmi sorğu göndərərək müvafiq cavablar alıb: "Təhsil Nazirliyinin cavab məktubunda deyilir ki, Azərbaycan hökuməti İraq Türkmən Cəbhəsi üçün türkmənlərin Azərbaycan ali məktəblərində təhsil alması məqsədilə dövlət hesabına lazımi miqdarda kvotalar ayıra bilər. Cavabda bildirilib ki, bu məsələ müsbət həll olunacağı təqdirdə, nazirlik müvafiq tədbirləri həyata keçirə bilər". Mədəniyyət və Turizm Nazirliyi isə İraq türkmənlərinə çap məhsullarının istehsalı, İraq ərazisində yerləşən türk mədəni irsinin siyahıya alınması və inventarlaşdırılması, silahlı münaqişə dövründən sonra abidələrin bərpası, birgə etnoqrafik, mədəni, tarixi, elmi əsərlərin hazırlanması, nəşri, Azərbaycanın turizm üzrə təhsil müəssisələrində İraq türkmənlərinin təhsil alması və s. sahələrdə yardım göstərə biləcəyini bəyan edib.
525-ci Qazət -
11-06-2007, 12:13 PMyeshuBakıda Rusiya kitablarının sərgisi açılacaq
Bakıda Rusiya kitablarının sərgisi açılacaq
Noyabrın 8-9-da Bakı Dövlət Universitetində Rusiyada nəşr olunan kitabların sərgisi keçiriləcək. Sərgini təşkil edən Rusiya Xarici İşlər Nazirliyi yanında Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin ("Roszarubejsentr") Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbirdə iştirak üçün bu ölkənin Təhsil və Elm Nazirliyinin məsul şəxsləri, aparıcı nəşriyyatların nümayəndələri, rus dili və ədəbiyyatı mütəxəssisləri Azərbaycana gələcək. Məqsəd rus dili, ədəbiyyatı, mədəniyyəti, elm və təhsilinə marağın artırılmasına, iki ölkənin informasiya və kommunikasiya texnologiyaları strukturlarının əməkdaşlığının möhkəmlənməsinə yardım etməkdir. Sərgi çərçivəsində dəyirmi masaların və Rusiyanın aparıcı ali təhsil ocaqlarının mütəxəssisləri tərəfindən rus dili və ədəbiyyat müəllimləri üçün master-klassların da təşkili nəzərdə tutulub.
525-ci Qazət -
11-07-2007, 12:06 PMyeshuTürkiyə prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Türkiyə prezidenti Abdulla Gül türk dövlətinin rəhbəri qismində çərşənbə axşamı Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib, keçmiş dövlət başçısı Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanında “Əbədi məşəl” memorialına əklil qoyub.
A.Gül həmçinin baş nazir Artur Rəsizadə ilə görüşəcək, Milli Məclis üzvləri qarşısında çıxış edəcək.
Bakıda olduğu müddətdə o, Türkiyə və Azərbaycan Sahibkarları Şurasının iclasında iştirak edəcək, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları ilə görüşəcək. Prezident Gəncəyə də gedəcək.
İnterfaks -
11-07-2007, 12:09 PMyeshuTayyib Ərdoğan: Biz sərhədləri açmayacağıq
Qondarma erməni soyqırımıyla bağlı məsələ Vaşinqtonda.
Səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gündəmindən düşməyib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki (CSİS) görüşdə bir erməni ona qondarma soyqırımla bağlı sual verib. Türkiyənin baş naziri isə bildirib.
“Mənim tarixçilərdən ibarət ortaq komissiya yaradılmasına dair Ermənistan prezidenti Robert Köçəryana göndərdiyim məktuba aldığım cavabda yalnız Ermənistanla Türkiyənin sərhədlərinin açılması məsələsi vardı. Bunların dərdi yalnız sərhəd qapısının açılmasıdır. Amma, siz Dağlıq Qarabağı işğal etmisiniz. Dünya sizi işğalçı kimi qəbul edir. Bu işğala son qoyulmalıdır. Amma hələ də işğal davam
edir. Bu səbəbdən biz sərhədləri açmayacağıq”.
.........
Baybak -
11-07-2007, 12:12 PMyeshuAzərbaycan MDB ölkələri arasında ən çox sənaye istehsalı olan ölkə
Azərbaycan MDB ölkələri arasında ən çox sənaye istehsalı olan ölkədir
Bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi məlumat verib. Məlumata görə, ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə bu göstərici Azərbaycanda 27 faiz olub.
Azərbaycandan sonra sənaye istehsalının ən yüksək tempi Özbəkistan, Ukrayna, Belarus, Tacikistandadır. Rusiya isə 6,6 faizlə 6-cı yerdədir.
Adı çəkilən siyahıda Ermənistan 9-cudur.
Gürcüstan və Türkmənistan sənaye istehsalı ilə bağlı məlumatlarını vermədiklərindən, onların inkişaf tempi bu göstəricidə yer almayıb.
Azadlıq -
11-07-2007, 12:22 PMyeshu”Azərbaycanda çalışacağımdan məmnunam”
”Azərbaycanda çalışacağımdan məmnunam”
”İndiyədək TRT-nin Bakı təmsilçiliyi Azərbaycanla bağlı gözəl proqramlar hazırlayıb. Bundan sonra da kollektivimiz bu istiqamətdə fəaliyyətini davam etdirəcək”. Bu barədə TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin olunmuş Möhsün Yıldız məlumat verib. Azərbaycanda çalışaçağından məmnun olduğunu dilə gətirən M. Yıldız bilidrib ki, bundan sonra Azərbaycanın bölgələrindən də proqramlar hazırlanacaq. Qeyd edək ki, M. Yıldız Bakıya təyinatından əvvəl TRT kanalında şöbə müdiri vəzifəsində çalışıb.
Zaman -
11-07-2007, 12:24 PMyeshuŞAHMATÇILARMIZ UKRAYNA MİLLİSİNİ MƏĞLUB ETMİŞDİR
ŞAHMATÇILARIN AVROPA ÇEMPİONATINDA AZƏRBAYCANIN KİŞİLƏRDƏN İBARƏT KOMANDASI UKRAYNA MİLLİSİNİ MƏĞLUB ETMİŞDİR
AzərTAc xəbər verir ki, Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa çempionatında artıq 7 tur arxada qalmışdır.
Son turda Azərbaycanın kişilərdən ibarət yığma komandası güclü Ukrayna millisi üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanmışdır.
Komandamızın lideri Şəhriyar Məmmədyarov qara fiqurlarla dünyanın ən yüksək reytinqinə malik şahmatçılarından biri - ukraynalı Vasili İvançuku məğlub etmişdir.
Teymur Rəcəbov-Sergey Karyagin, Vüqar Həşimov-Andrey Volokitin və Rauf Məmmədov–Aleksandr Aleşenko görüşləri heç-heçə nəticələnmişdir.
Azərbaycan komandası hazırda 5-ci yeri tutur.
Qadınların turnirində Azərbaycan yığma komandasının Fransa kollektivi ilə görüşü 2:2 hesabı ilə başa çatmışdır.
Bu turda birinci taxtada oynayan Zeynəb Məmmədyarova Almira Skripçenkoya uduzmuş, Türkan Məmmədyarova isə Sofi Millieti məğlubiyyətlə barışmağa məcbur etmişdir. İlahə Qədimova-Silviya Collas, Nərgiz Umudova–Mari Lekont görüşlərində heç-heçə qeydə alınmışdır.
Həmyerlilərimiz bu turdan sonra cədvəlin 7-ci pilləsində qərarlaşmışlar.
AzərTAc -
11-07-2007, 12:27 PMyeshuBakıda metro stansiyalarının sayı artırılacaq
Bakıda metro stansiyalarının sayı artırılacaq
Gələcəkdə Bakı Metropolitenində mövcud stansiyaların sayının 3 dəfədən çox artırılması planlaşdırılır. "APA-Economics"in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. T.Əhmədovun sözlərinə görə, artıq gələcək metro xətləri marşrutları və stansiyaları üzrə sxemlərin ilkin versiyaları hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Gələcəkdə Bakı Metropolitenində stansiyaların sayının 65-ə çatdırılması nəzərdə tutulub. Hələlik yalnız iki xəttin texniki layihəsi mövcuddur, digərlərinin isə layihələri sonradan hazırlanacaq. T.Əhmədov bildirib ki, gələcəkdə Sumqayıt şəhərində, Bakı şəhərinin Badamdar, Qaraçuxur və Bakıxanov qəsəbələrində metro stansiyalarının inşası planlaşdırılır. Hazırda isə "28 May-Memar Əcəmi" xəttinin davamı olaraq "Nəsimi", "Azadlıq" və "İnqilab" (şərti adlar) stansiyaları tikilir. Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ilin noyabr ayında istismara verilib və hazırda 20 stansiyadan ibarətdir. Son 5 il ərzində Bakıda metronun xidmətindən 170 mln. nəfər istifadə edib.
525-Qazət -
11-07-2007, 03:20 PMnamiqmehdi
çok maraqlı xıberler
-
11-07-2007, 08:42 PMyeshuZuğulba qəsəbəsində uçan boşqab görünüb
Zuğulba qəsəbəsində uçan boşqab görünüb
İşıqlanma dəniz tərəfdən görünüb və qeyri-adi bənövşəyi-cəhrayı rənqdə olub
Bu gün səhər Zuğulba qəsəbəsindən şimal-şərq istiqamətində dənizin üstündə yerli sakinlər böyük radiuslu güclü işıqlanma görüblər. İşıqlanma dəniz tərəfdən görünüb və qeyri-adi bənövşəyi-cəhrayı rənqdə olub.
O, təxminən 30 saniyə davam edib, sonra itib və bir neçə dəqiqədən sonra yenidən bir neçə saniyəlik şərq istiqamətində əmələ gəlib.
Xatırladaq ki, 5 noyabr tarixində saat 02:45 radələrində bu rayonun ərzisindəki qəsəbələrin (Buzovna, Mərdəkan) sakinləri qısamüddətli yer tərpənməsindən oyanıblar. Lakin Elmlər Akademiyasının Seysmologiya Elmi Mərkəzi zəlzələ qeydə almayıb. /Turan/ -
11-08-2007, 03:18 PMyeshuHəcc ziyarəti ilə bağlı Azərbaycana ayırılan kvotada boş yerlər qalıb
Səudiyyə Ərəbistanı Krallığının Həcc ziyarəti ilə bağlı Azərbaycana ayırdığı kvotada boş yerlər qalıb
Bu barədə APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov məlumat verib.Onun sözlərinə görə, Azərbaycana ayrılan 6 000 nəfərlik kvotanın təxminən 700-800 yeri boş qalıb. M. Payızov artıq QMİ-də Həcc ziyarəti ilə bağlı sənəd qəbulunun başa çatdırıldığını bildirib. Onun sözlərinə görə, boş qalan limit təyyarə ilə olan yerlərdədir: “Kvotanın dolmaması problem deyil. Əslində Azərbaycan üçün kvota 8 mindən bir qədər artıqdır. Biz isə bu il 6 min nəfərlik kvota götürmüşdük. Bu rəqəm hər il dəyişə bilər”. Şöbə müdiri avtobusla Həccə gedəcək 1700 zəvvarın hamısının sənədlərini təqdim etdiyini deyib: “Onlar dekabrın 3 və 5-də ziyarət səfərinə iki avtobus karvanı ilə göndəriləcək ki, bu karvanların da hər birində 35 avtobus olacaq”. M. Payızov zəvvarların təyyarə ilə dekabrın 9-u 10-u, 12-si və 13-də yola salınacağını söyləyib. /APA/ -
11-08-2007, 03:24 PMyeshuGürcüstandakı etiraz aksiyalarında 1500 azərbaycanlı iştirak edib
Gürcüstandakı etiraz aksiyalarında 1500 azərbaycanlı iştirak edib
Soydaşlarımız qətlə yetirilmiş 40 azərbaycanlının qətlinin üstünün açılmasını tələb ediblər.
"Gürcüstanda vəziyyət normaldır. Əminik ki, Gürcüstan xalqının başladığı azadlıq aksiyaları qələbə ilə başa çatacaq". Bu sözləri Gürcüstan Azərbaycanlıları Şurasının (GAŞ) və Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) rəhbərləri qonşu ölkədə baş verən siyasi hadisələrə dair noybarın 8-də BMM-də keçirdikləri mətbuat konfransında bəyan ediblər. GAŞ sədri Fazil Əliyev hesab edir ki, Gürcüstan iqtidarının ölkədə elan etdiyi fövqəladə vəziyyət rejimi heç də vəziyyətin sabitləşdirilməsinə xidmət etmir. «Əksinə, Saakaşvili yığdığı pulları ölkədən çıxarmaq üçün vaxt qazanmaq istəyir. Mən əminəm ki, yaxın günlərdə Saakaşvili Gürcüstandan qaçacaq», - deyə F.Əliyev vurğulayıb. Onun sözlərinə görə, noyabrın 2-dən Gürcüstanda başlayan ümumxalq etiraz aksiyalarında 1500-ə yaxın azərbaycanlı fəal iştirak edib. -
11-08-2007, 03:41 PMyeshuSərnişin avtobuslarında gediş haqqı qaldırılıb
Sərnişin avtobuslarında gediş haqqı qaldırılıb
Zaqatala-Bakı-Zaqatala marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarında gediş haqqı 1 manat qaldırılıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, əvvəllər bu marşrut üzrə gediş haqqı adambaşına 7 manat olsa da, artıq bu qiymət 8 manata qaldırılıb. Heç bir səbəb olmadan sürücülər tərəfindən gediş haqlarının qanunsuz qaldırılması yerli sakinlərin ciddi narazılığına səbəb olub.
Avtobus sürücüləri isə gediş haqlarının qaldırılmasına səbəb kimi magistral yolların təmirini əsas gətirirlər. Kürdəmir yolunun təmirə bağlanması avtobusların yolunu xeyli uzadıb və məhz bu səbəbdən də gediş haqları müvəqqəti olaraq qaldırılıb. APA-nın bölgə bürosunun apardığı araşdırmalar zamanı həmçinin məlum olub ki, sərnişin avtobuslarının gediş haqlarını qaldırmasından sonra yerli sakinlər Bakıya qatarla getməyə üstünlük verirlər.
Adalet -
11-08-2007, 03:44 PMyeshuMəhbuslar qayıdır
Məhbuslar qayıdır
Çin Xalq Respublikasında cəza çəkən 4 azərbaycanlı məhkum bu gün Azərbaycana təhvil veriləcək. Bu barədə APA-ya Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib. O bildirib ki, bu gün səfirliyin əməkdaşları Urumçi şəhərinə gedərək məhkumları təhvil alıb onları Pekindən təyyarə ilə Bakıya aparacaqlar.
Səfir əlavə edib ki, Çin həbsxanalarında daha 2 Azərbaycan vətəndaşı saxlanılır və onların biri ölümə məhkum olunub. Y. Əliyev bu şəxslərlə bağlı Çin hökuməti ilə danışıqlar aparıldığını deyib. -
11-08-2007, 03:50 PMyeshu
Qobustan həbsxanasında 25 əcnəbi cəza çəkir
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin Qobustan həbsxanasında hazırda cəza çəkən məhkumlardan 25 nəfəri xarici ölkə vətəndaşıdır.
Bu barədə APA-ya həbsxananın rəisi Kazım Abdullayev məlumat verib. Rəis bildirib ki, əcnəbilərdən 3-ü ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onların hər üçü Rusiya vətəndaşıdır.
Adalet -
11-12-2007, 02:32 PMyeshuGəncədə çörək sexləri bağlanıb
Gəncədə çörək sexləri bağlanıb
Gəncənin iki çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı reydlərdə sexdə sanitar qaydalara riayət olunmaması aşkarlanıb. Bu barədə adıçəkilən mərkəzin bölmə müdiri Kərim Rəhimov məlumat verib. O, bildirib ki, aparılan yoxlamalar nəticəsində sanitar qaydalara riayət etmədiklərinə görə 4 çörək sexinin rəhbərləri İnzibati Xətalar Məcəlləsinin müddəaları üzrə cərimələniblər.
Hazırda Gəncədə 30-a yaxın çörəkbişirmə sexinin fəaliyyət göstərdiyi bildirilir.
Qaynar -
11-12-2007, 02:37 PMyeshu«Otaq başına pul yığılması qanunsuzdur»
«Otaq başına pul yığılması qanunsuzdur»
Paytaxtda kütləvi elektrik sayğaclarının quraşdırılmasına 2005-ci ildən başlansa da hələ bu gün sayğacsız qalan mənzillər kifayyət qədərdir. Həmin mənzillərdən isə elktrikşəbəkə işçiləri hər otaq başına yayda 5, qışda isə 8 manat pul yığırlar. Enerji məsələləri üzrə iqtisadçı ekspert İlham Şaban binalardan otaq başına elktrik pulunun yığılmasını qanuna ziddi hesab edir: «Bu hal yol verilməzdir və qanuna ziddir. Binalarda, dövlət qeydiyyatı olan mənzillərdə otaqların sayına görə pul yığılması qanunsuzdur. Bunu fərdi, qanunsuz tikilmiş evlərə tətbiq etmək olar. Belə ki, kimsə ev tikib dövlət qeydiyyatı yoxdur. Bu zaman elektrik şəbəkəsi işçiləri onunla danışırlar, müqavilə bağlayırlar və dövlət qeydiyyatı alana qədər bu cür ödənişlər edirlər. Dövlət qeydiyyatı olan kimi isə ora sayğac quraşdırılmalıdır».
Binaların dövlət qeydiyyatında olduğunu diqqətə çatdıran ekspert söyləyir ki, dövlət qeydiyyatı olan mənzillərdə bu cür qanunsuz yığmalar apardığına görə sakinlərin həmin elektrikşəbəkəni məhkəməyə vermək hüquqları var: «Və əslində verilməlidirlər də. Nəzərə almaq lazımdır ki, elektrikşəbəkələrə dövlətdən və fonddan pul ayrılır. Onların müqavilə olmadan sakinlərdən pul tələb etmələri gülüncdür».
Qaynar -
11-12-2007, 02:45 PMyeshuAzərbaycanlı jurnalistlər Şimali Kiprə gedirlər
Azərbaycanlı jurnalistlər Şimali Kiprə gedirlər
Asiya Dialoqu İctimai Birliyi yeni layihəyə start verib. Birliyin yeni layihəsi Şimali Kipr Türk Cümhuriyyətinin problemlərinin yerində öyrənilməsi və media vasitəsilə Azərbaycan ictimaiyyətinə çatdırılması, Azərbaycanın gündəmində Şimali Kipr mövzusunun davamlılığının təmin edilməsi və Azərbaycanla Kiprin əlaqələrinin daha da dərinləşdirilməsi məqsədilə həyata keçirilməsinə başlanan Kipr lobbi çalışmasıdır.
Layihə çərçivəsində ilk olaraq Azərbaycan jurnalistlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri təşkil olunub. TİKA və QKTC Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində Azərbaycanın müxtəlif televiziya, qəzet və agentliklərini təmsil edən 15 jurnalist artıq Kıbrısa yola düşüb. Jurnalistlərin çalışmaları bu gündən başlayır.
Azərbaycanlı jurnalistlər QKTC-də qurucu cümhurbaşqanı Rauf Denktaş, prezident Mehmet Əli Tələt, xarici işlər naziri Turqay Avcı, müxalifət liderləri və digər rəsmilərlə görüşəcəklər. Jurnalistlər həmçinin Mülki Müdafiə Təşkilatında, Yaxın Doğu Universitetinin jurnalistika fakültəsində, “Bayraq” televiziyasında da olacaq, 15 noyabr - QKTC-nin Cümhuriyyət Bayramı ilə əlaqədar təşkil olunmuş rəsmi tədbirlərə qatılacaqlar.
Səfər başa çatdıqdan sonra bu layihədə iştirak edən jurnalistlərin iştirakı ilə “Gənc media mənsublarını bilgiləndirmə” çalışması həyata keçiriləcək, QKTC jurnalistlərinin Azərbaycana səfəri təşkil olunacaq, media və lobbi sahəsində bir sıra başqa addımlar atılacaq.
ANS-PRESS / © 2007 Bütün hüquqlar qorunur. -
11-12-2007, 02:58 PMyeshuAzərbaycan ilə Türkiyə şirkətləri arasında 4 müqavilə imzalanıb
Azərbaycan ilə Türkiyə şirkətləri arasında 1 mln. avro və 900 min dollar dəyərində 4 müqavilə imzalanıb
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə noyabrın 7-də Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumu çərçivəsində iki ölkənin şirkətləri arasında 4 kommersiya xarakterli müqavilə imzalanıb.
“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, forumda Azərbaycanın Naxçıvan Mebel Fabriki və Türkiyənin “Kastamonu Entegre Ağac Sanayi və Ticaret” şirkəti arasında, “Concord Construction” və “Öztiryakiler” şirkətləri arasında hər biri 500 min avro dəyərində, “Mətanət A” və “Varlık Makina Sanayi İş və Dış” şirkətləri arasında 500 min ABŞ dolları dəyərində, “Cahan Holding” və “Bakırçı Otomotiv” şirkətləri arasında isə 400 min dollarlıq müqavilələr bağlanıb. Bundan başqa, Azərbaycan və
Türkiyənin “Françayzinq” assosiasiyaları arasında və Azərbaycan Sahibkarlar Konfederasiyasi ilə Türkiyə İşverən Sendikaları Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Qeyd edək ki, biznes-forumda Türkiyədən 150-dək, Azərbaycandan isə 250-dək şirkət və təşkilatın nümayəndələri iştirak ediblər. Hazırda isə Azərbaycanda ümumilikdə 400-ə yaxın türk kapitallı şirkət fəaliyyət göstərir, bu şirkətlərdə təxminən 5 min Türkiyə və 50 min Azərbaycan vətəndaşı işləyir. Azərbaycan ilə Türkiyə arasında bu ilin yanvar-sentyabr ayları ərzində ticarət dövriyyəsi 550 mln. ABŞ dollarına çatıb. Keçən il isə bu rəqəm 773 mln. dollar təşkil edib.
Zaman -
11-12-2007, 03:00 PMyeshuBu gün Azərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycanda Konstitusiya Günüdür
1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiya Azərbaycan dövlətinin sayca dördüncü Konstitusiyası olub onun yeni tarixi modifikasiyasını əks etdirir.
Konstitusiyanın mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasında Konstitusiya quruculuğunun tarixi əsasən onun SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan Respublikası Konstitusiyasının yeni, SSRİ-nin 1924-cü il Konstitusiyasına müvafiq redaksiyası qəbul olunub. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni, ölkə tarixində yeni mərhələnin reallıqlarını əks etdirən Konstitusiyası qəbul edilib. Azərbaycan müstəqillik əldə edəndən sonra yeni Konstitusiya hazırlanması zərurəti yaranıb. Bu məqsədlə prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda yeni Konstitusiya qəbul edilib.
Zaman -
11-12-2007, 03:05 PMyeshuFutbol üzrə Azərbaycan çempionatı başa çatıb
Futbol üzrə Azərbaycan çempionatı başa çatıb
Son turda Gənclərbirliyi-“Qəbələ” qarşılaşmasının qalibi, Qəbələnin eyni adlı komandası olub.
Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində 11-ci tura yekun vurulub. Bu turda Gənclərbirliyi ilə “Qəbələ” komandaları qarşılaşıb. Matçın ilk hissəsi azarkeşlər üçün yorucu olsa da, ikinci yarıda daha gərgin mübarizə olub. Oyun “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Gənclərbirliyi 0 – “Qəbələ” 6. /ANS TV/
ANS-PRESS / © 2007 Bütün hüquqlar qorunur.
[
