Sayfa 52/461 İlkİlk ... 242505152535462102152 ... SonSon
4610 sonuçtan 511 ile 520 arası

Azərbaycan Xəbərləri

1. #511
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir

[b]AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesindən uzaqlaşdırılmasını tələb edir[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ATƏT-in Minsk Qrupunun hazırkı həmsədrləri - Rusiya, Fransa və ABŞ-ın danışıqlar prosesindən uzaqlaşdırılması tələbi ilə bəyanat verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin BMT səviyyəsinə qaldırılmasını müsbət haldır. AMİP ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair sənədin əleyhinə səs verməsinin təəssüf və anlaşılmazlıqla qarşılayıb: "Həmin dövlətlərin mövqeləri işğalçı Ermənistanla eyni olduğundan və beynəlxalq hüquq normalarına zidd təşkil etdiyindən danışıqlar yeni müstəviyə keçirilməlidir. AMİP hesab edir ki, münaqişənin çözülməsi hərbi-siyasi yolla mümkündür. Azərbaycan BMT-nin Nizamnaməsini əsas götürərək öz ərazilərini işğaldan azad etməlidir".

2. #512
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Novruz Məmmədov: "Bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır"

[b]Novruz Məmmədov: "Bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır"[b]

Bakı. Laçın Sultanova - APA. "BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin səsə çıxarılması belə Azərbaycan üçün mühüm hadisədir". Bu fikirləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

O, qəbul olunan qətnaməni vacib sənəd adlandırıb: "BMT Baş Assambleyası bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan torpaqlarının işğal altında olmasını təsdiq edib və Ermənistan Silahlı Qüvvələrindən Azərbaycan ərazilərini dərhal tərk etməsini istəyib. Bu qətnamənin mühüm siyasi, hüquqi əhəmiyyəti var. Qətnamədə verilən qərarın əvvəlki dövrlərdə BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına əsaslandığı qeyd olunur və xüsusi olaraq vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq norma və prinsiplərinə uyğun bərpa edilməlidir. Hələlik bizim üçün vacib olan məsələ ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin öz mövqelərini aydınlaşdırmasıdır. Onlar bu suala aydınlıq gətirməlidirlər: "Nə üçün həmin ölkələrin rəhbərləri bizə vaxtaşırı bəyan edirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin belə bir məsələ ortaya çıxanda həmin ölkələrin BMT-dəki nümayəndələri fərqli mövqe tuturlar? Qətnamə ilə bağlı səsvermənin özü də sanki Azərbaycan üçün müəyyən vaxtlarda dostu dost olmayandan ayırmaq üçün bir fürsətdir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, hələlik tələsik addım atmağa ehtiyac yoxdur. Əsas odur ki, Azərbaycan öz uğurlu diplomatik addımını atıb, ona lazım olan qətnamənin qəbuluna nail olub". Qətnamənin qəbulu ilə bağlı dövlətlərin tutduqları mövqeləri şərh edən Novruz Məmmədov sənədin lehinə 39 ölkənin səs verdiyini xatırladıb: "39 ölkənin bu qətnaməni dəstəkləməsi onu göstərir ki, Ermənistan bu məsələdə tamamilə təklənib, onun arxasında Anqola və Vanuatu dayanır. Başqa ölkələrdən ABŞ, Rusiya və Fransanın müəyyən bir əsaslandırılması olmalıdır. Bununla belə onların bu münaqişənin həlli ilə bağlı olan qətnaməyə əks mövqedən çıxış etməsi çox təəssüf doğurur. Onlar bu addımları ilə bizi düşünməyə vadar edirlər ki, görəsən, doğrudanmı bu ölkələrin nümayəndələri münaqişənin ədalətli həlli üçün çalışıblar və yaxud da çalışa bilərlər?"

3. #513
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Novruz Məmmədov: "Ola bilsin ki, Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüş keçirməyi özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir"

[b]Novruz Məmmədov: "Ola bilsin ki, Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüş keçirməyi özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir"[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycan tərəfi Buxarestdə baş tutacaq NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə qərar verməyib.

Bu barədə APA-ya Prezident Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib: "Ola bilsin ki, bu gün Serj Sərkisyan bu görüşü özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir. Buna görə də görüşün baş tutub-tutmaması barədə hələlik konkret qərar yoxdur".

4. #514
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Milli Məclisinin üzvü Murova gedəcək

[b]Azərbaycan Milli Məclisinin üzvü Murova gedəcək[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü Məlahət Həsənova Murova gedəcək.

Bu barədə APA-ya məlumat verən M. Həsənova matın 19-da Murov dağında N saylı hərbi hissədə xidmət edən Azərbaycan əsgərləri ilə görüşəcəyini, onları Novruz Bayramı münasibətilə təbrik edəcəyini deyib. Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri olan M. Həsənova orta məktəb şagirdlərinin yazdığı 200-dək məktubu Murovda xidmət edən əsgərlərə çatdıracağını bildirib. Millət vəkili ön cəbhədə xidmət edən əsgərlərə müxtəlif hədiyyələr paylayacağını da deyib.

5. #515
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Naməlum şəxslərin hücumuna məruz qalan vəkil polisə müraciət edib

[b]Naməlum şəxslərin hücumuna məruz qalan vəkil polisə müraciət edib[b]

Bakı. Hacı Zeynalov-APA. Naməlum şəxslərin hücumuna məruz qalan vəkil Osman Kazımov bu gün Binəqədi rayon Polis İdarəsinə müraciət edib. Bu barədə APA-ya məlumat verən vəkil deyib ki, ərizəsində təhlükəsizliyinin təmin edilməsini xahiş edib. Qeyd edək ki, O. Kazımov martın 15-i axşam saat 21.00 radələrində 9-cu mikrorayon ərazisində naməlum şəxslərin hücumuna məruz qalıb.

6. #516
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın müdafiə naziri: "Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq"

[b]Azərbaycanın müdafiə naziri: "Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq"[b]

Bakı. Gülşən Hacıyeva-APA. Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahı direktorunun müavini, Əməkdaşlıq və regional təhlükəsizlik idarəsinin rəisi general-mayor Corc Lebeli qəbul edib.

BU barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Görüşdə Azərbaycanın NATO ilə əməkdaşlıq planlarına toxunan müdafiə naziri Azərbaycan indiyədək NATO ilə bir neçə əməkdaşlıq proqramı çərçivəsində tədbirlərdə iştirak edib. Nazir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz Qüvvələri tam olaraq NATO standartlarına uyğunlaşdırılıb. Zabitlərin hərbi təhsili, o cümlədən də bütün hərbi təlimlər də eyni standartlara uyğun şəkildə həyata keçirilməkdədir. Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Əbiyev bildirib ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin dinc yolla həlli istiqamətində hələlik heç bir konkret nəticə əldə olunmayıb: "Vəziyyətin bu şəkildə davam etməsi gələcəkdə gərginliyin daha da artmasına şərait yarada bilər. Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalması ilə razılaşa bilməz. Biz güclə də olsa, işğalçını torpağımızdan çıxaracağıq". NATO - Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsini önə çəkən NATO rəsmisi Azərbaycanın indiyədək əldə etdiyi nailiyyətlərdən məmnun olduğunu söyləyib.

7. #517
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir

[b]Avropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir[b]

Bakı. Laçın Sultanova-APA. Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen və Alyansın büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti Matyas Vins Bakıda səfərdədir. APA-nın "AzərTAC" dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qonaqlar bu gün "AzərTAC"ın baş direktoru Aslan Aslanovla görüşüblər. A. Aslanov qonaqlara rəhbərlik qurum haqqında məlumat verib,ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb. EANA-nın baş katibi E. Naylen və Alyansın büro üzvü M. Vins təmsil etdikləri qurum haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycana səfərdə məqsəd ölkədə söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə, "AzərTAC"ın EANA-ya üzv qəbul olunması üçün agentliyin fəaliyyəti, maddi-texniki bazası, iş şəraiti ilə tanış olmaqdır. E. Naylen və M. Vinsın baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşləri nəzərdə tutulub.

8. #518
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb

[b]İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb[b]

Bakı - APA. Bir müddət əvvəl İstanbul Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri Bakıya qayıdıb.

APA-nın məlumatına görə, aktyorun geri qayıtmasının əsas səbəbi Novruz bayramını Bakıda ailəsi ilə birgə keçirmək olub. Qaraciyər xəstəliyindən əziyyət çəkən xalq artistinin müalicəsi uyğun donor tapılandan sonra Türkiyədə davam etdiriləcək. Hazırda vəziyyəti normal olan Yaşar Nuri ev şəraitində müalicəsini davam etdirir. Qeyd edək ki, fevralın 9-da İstanbul Memorial Xəstəxanasına yerləşdirilən xalq artistinin prostat vəzində cərrahiyyə əməliyyatı aparılıb.

9. #519
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Dövlət Komissiyası: "Yaqub Muxtarovun azad olunması istiqamətində zəruri tədbirlər görülür"

[b]Azərbaycanın Dövlət Komissiyası: "Yaqub Muxtarovun azad olunması istiqamətində zəruri tədbirlər görülür"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Bu ilin mart ayında Ermənistan hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgəri, Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Muxtarov Yaqub Allahverdi oğlu ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciətlər ünvanlanıb və zəruri tədbirlər görülür. APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib. Məlumatda o da qeyd olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) daxil olan xəbərlər əsasında bu qurumun Ermənistandakı nümayəndəliyinin əməkdaşları bir neçə dəfə Y. Muxtarova baş çəkib, onun saxlanma şəraiti və sağlamlıq durumu ilə maraqlanıblar.Məlumatın digər hissəsi isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin KİV-də tənqid olunmasına həsr edilib və komissiya buna görə yenə də mətbuatı qınayıb. Məlumatda hətta Samir Məmmədovun əsir götürüləndən sonrakı durumu və üçüncü ölkəni seçməsi ilə bağlı qərarında da Azərbaycan KİV-ləri və qeyri-hökumət təşkilatları günahkar bilinib. Dövlət Komissiyası bəyan edib ki, əsir-girovların, o cümlədən Y. Muxtarovun azad olunması istiqamətində fəaliyyət göstərən yeganə qurum kimi zəruri tədbirləri görür və bu barədə məqbul sayılan vaxtda məlumatlar yayılacaq: "Göstərilənləri nəzərə alaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kütləvi informasiya vasitələrinə bu problemlə bağlı məlumatları yayarkən ümumi maraqlardan çıxış etməyi, yoxlanılmamış və əsası olmayan informasiyaların işıq üzü görməsinə yol verməməyi tövsiyə edir".

10. #520
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb

[b]BAXCP ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina olunmasına çağırıb[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. BAXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında (BMT BA) qəbul edilən qətnaməyə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin mövqeyini qətiyyətlə pisləyib: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası fəaliyyətdə olduğu dövr ərzində, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllində maraqlı olmadıqlarını vurğulayıb. Partiyanın Minsk Qrupunun fəaliyyəti ilə bağlı qəbul etdiyi bütün bəyanatlarda qeyd olunub ki, həmsədr dövlətlər regiona təsir imkanlarını qorumaq üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıyla bağlı məsələnin hələ uzun müddət dondurulmuş vəziyyətdə saxlamaq niyyətindədirlər. ABŞ, Rusiya və Fransanın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında qəbul edilən qətnamənin əleyhinə səs verməsi BAXCP-nin ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin riyakar siyasətilə bağlı mövqeyinin doğruluğunu bir daha təsdiqləyir".Bəyanatda qeyd olunub ki, Baş Assambleyada qəbul olunan qətnamədə, həmsədr ölkələrin bu günə qədər səsləndirdikləri prinsiplərin, yəni münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı müddəaların yer almasına baxmayaraq, vasitəçi ölkələrin əks mövqe sərgiləməsi anlaşılan deyil: "Yaranmış vəziyyət sübuta yetirir ki, həmsədr dövlətlər münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini tənzimləmə prosesi üçün prioritet saymırlar. Bu isə adıçəkilən dövlətlərin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı verdiyi saysız-hesabsız bəyanatların, eləcə də vasitəçilik missiyasının səmimiliyini şübhə altına alır". BAXCP hesab edir ki, bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının davam etdirilməsi yolverilməzdir: "Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan, problemin ədalətli həllinə maneə yaradan ölkələrin vasitəçiliyindən imtina olunmalıdır. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli, o cümlədən işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasıyla bağlı qətnamələrin yerinə yetirilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət edilməli, problemin BMT müstəvisində həlli üçün səylər gücləndirilməlidir". BAXCP İdarə Heyəti qətnamənin əleyhinə səs verən və bitərəf qalan ölkələrdən izahat tələb edilməsini də zəruri sayır.Bəyanatda ölkənin enerji resurslarının ixracından əldə edilən gəlirlərin əhəmiyyətli hissəsinin ordu quruculuğu prosesinə yönəldilməsi, peşəkar ordu quruculuğu prosenin sürətləndirilməsinin vacibliyi də öz əksini tapıb: "Azərbaycan Silahlı Qüvvələrinin ən müasir hərbi texnika və silah-sursatla təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilməli, təcavüzkar torpaqlarımızdan qovulmalı, ərazi bütövlüyümüz bərpa olunmalıdır".BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ isə partiyanın növbəti qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi üzvlərinin iştirakıyla regionlarda keçirilən müşavirələrlə bağlı olub. Zona müşavirələri, BAXCP rayon (şəhər) təşkilatlarında qaldırılan məsələlər, hesabat-seçki konfranslarına və Qurultaya hazırlıqla bağlı İdarə Heyətinə məlumat verilib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.