Sayfa 42/461 İlkİlk ... 3240414243445292142 ... SonSon
4610 sonuçtan 411 ile 420 arası

Azərbaycan Xəbərləri

1. #411
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eldar Sabiroğlu: "Azərbaycan Ordusunun əsgərinin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil"

[b]Eldar Sabiroğlu: "Azərbaycan Ordusunun əsgərinin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil"[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri Yaqub Allahverdi oğlu Muxtarovun Ermənistan Silahlı Qüvvələri tərəfindən hansı şəraitdə əsir götürülməsi ilə bağlı araşdırma aparır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü deyib ki, ictimaiyyət əsgərin hərəkəti ilə bağlı ortaya çıxacaq konkret səbəb barədə məlumatlandırılacaq: "Həqiqətən də əsgərin hansı şəraitdə və necə erməni tərəfə düşməsi hələ təfərrüatı ilə məlum deyil. Ona görə də bu, aydın bir fikir söyləməyi mürəkkəbləşdirir. Mən "situasiya ilə tam tanış deyiləm" deyəndə də bunu nəzərdə tuturdum. İndi araşdırma gedir, səbəblər müəyyənləşdirilir".E. Sabiroğlu deyib ki, mahiyyəti bilmədən nazirliyin hədəf seçilməsi doğru münasibət deyil: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat nə bizim, nə də kütləvi informasiya vasitələri üçün əsas olmalıdır. Onlar əsgərə təzyiq edərək istədiklərini əldə edə bilərlər. Samir Məmmədovla da eyni qaydada rəftar etdilər. Ona görə də mətbuat vasitələri hadisə barədə məlumat verərkən buna diqqət yetirməlidirlər". Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan Yaqub Allahverdi oğlu Muxtarovun Tovuz rayonu istiqamətində əsir götürülməsi barədə ilk olaraq Ermənistan KİV-ləri bu ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi məlumatı təsdiqləyib.

2. #412
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək

[b]Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur" operası nümayiş etdiriləcək. Bu barədə APA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Tamaşada əsas partiyaları əməkdar artisti Əvəz Abdullayev (Qraf de Luna), əməkdar artist Fidan Hacıyeva (Azuçena) və əməkdar artist Həsən Emani (Manriko) ifa edəcəklər. Əsərdə əsas rollardan biri olan Leonona rolunu ilk dəfə olaraq gənc vokalçı Eleonora Mustafayeva ifa edəcək. Bu Eleonora Mustafayevanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində debütü olacaq. "Trubadur" operasının quruluşçu rejissoru əməkdar artist Hüseyn Əliyev, musiqi rəhbəri və dirijoru isə xalq artisti Cavanşir Cəfərovdur.

3. #413
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı Azərbaycan və Ermənistanda siyahıyaalma aparacaq

[b]Beynəlxalq Qızıl Xaç Komitəsi Dağlıq Qarabağ müharibəsində itkin düşənlərlə bağlı Azərbaycan və Ermənistanda siyahıyaalma aparacaq[b]

Bakı. Ramil Məmmədli - APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümüklərinin qalıqlarının kimə məxsus olmasının müəyyənləşdirilməsi məsələsində əməkdaşlığa dair Azərbaycan və Ermənistan hökumətləri ilə saziş imzalayacaq.

Bu barədə APA-ya BQXK Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Gülnaz Quliyeva məlumat verilib. Onun sözlərinə görə, BQXK müharibədə hər iki tərəfdən itkin düşənlərin müəyyənləşdirilməsi ilə bağlı siyahıyaalmaya başlayacaq. O, artıq bununla əlaqədar tərəflərlə ayrı-ayrılıqda razılaşma əldə edildiyini də qeyd edib: "Azərbaycanda siyahıyaalma Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllərindən ibarət qruplar tərəfindən həyata keçiriləcək. İtkin düşənlərin ailələrində olacaq könüllülər həmin şəxsin kimliyi və tibbi tarixçəsi haqda ətraflı məlumat toplayacaqlar. Hər iki tərəfin humanitar təşkilatları bu məsələ ilə bağlı məlumatları ölkələrinin Dövlət Komissiyasına, onlar isə öz növbələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə təqdim edəcək". O, məlumatların müharibədən sonra tapılacaq sümük qalıqlarının kimə məxsus olduğunu müəyyənləşdirmək üçün vacib olduğunu söyləyib: "Tapılan sümük qalıqları eksqumasiya olunacaq, toplanan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək mümkün olacaq".

4. #414
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

[b]Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib[b]

Bakı. Elnur Məmmədli - APA. Demokratik İslahatlar Partiyasının (DİP) təşkilatçılığı ilə "Əkinçi" qəzetinin naşiri Həsən bəy Zərdabinin vəfatının 100 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiya sədri Asim Mollazadə Həsən bəy Zərdabinin Azərbaycan maarifçiliyində böyük xidmətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda bir çox problemlərin milli ideologiyanın yoxluğu ilə bağlı olması barədə fikirlər səsləndirilir və kənardan ideologiya ixracına cəhdlər edilir. Bunun yanlış olduğunu bildirən A. Mollazadənin sözlərinə görə, əslində, Azərbaycanda milli ideologiya sahəsində heç bir problem yoxdur: "Həsən bəy Zərdabi bütün islam aləmində və türk dünyasında ilk mətbu orqanını təsis etdi. İslam və türk dünyasında ilk opera, caz və simfonik orkestr, qadınların seçib-seçilmək hüququ Azərbaycanda olub. Azərbaycan həmişə sivilizasiyaların dialoqu üçün istiqamət verən bir məkan olub". Fəlsəfə elmlər doktoru Rəhman Bədəlov isə bildirib ki, milli ideologiya millətlərin özünü tanımasından başlayır. XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə Zərdabinin təhsil sahəsindəki fəaliyyəti ilə bağlı danışıb. Tədbirdə iştirak edən digər şəxslər də H. Zərdabinin maarifçilik sahəsindəki fəaliyyəti barədə öz fikirlərini bildiriblər.

5. #415
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında ögey oğlunu satmağa cəhd edən şəxs tutulub

[b]Azərbaycan paytaxtında ögey oğlunu satmağa cəhd edən şəxs tutulub[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı şəhər sakini Andrey Ağayev tutulub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. A. Ağayev ögey oğlu, 2003-cü il təvəllüdlü Osyanin Nikolay Oleqoviçi 10000 ABŞ dollarına satarkən həbs edilib.

6. #416
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda keçirilən görüş başa çatıb

[b]"Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda keçirilən görüş başa çatıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyinin Avropa Şurası ilə əməkdaşlıq proqramı çərçivəsində "Ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilmiş, habelə təqsirləndirilən şəxslərin saxlanma şəraiti" mövzusunda ekspertlərin Bakıda keçirilən iki günlük görüşü başa çatıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bugünkü görüşdə "Ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş şəxslərin saxlanma şəraiti", "Uzun müddətə azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan məhkumlar", "Azadlığa hazırlıq tədbirləri", "Həbsdə saxlanılanların hüquqi vəziyyəti" və başqa mövzularda müzakirələr aparılıb. Müzakirələrdə İsveç Milli Həbsxana Xidmətinin sabiq baş direktoru Per Kolliander, Finlandiyadan olan sabiq həbsxana rəisi Anna-Katrina Qrönholm, Avropa Şurasının Penoloji Əməkdaşlıq Şurasının üzvü, Avstriya Ədliyyə Nazirliyinin Həbsxana Xidmətinin direktoru İren Köyk, Penitensiar Xidmətin tərbiyə işlərinin təşkili idarəsinin rəisi Azər Seyidov, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinin rəisi İmran Məmmədov, qadın məhkumlar üçün Cəzaçəkmə Müəssisəsinin rəisi Müzəffər Məmmədov, 1 saylı İstintaq Təcridxanasının rəisi Misir Əliyev, 3 saylı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov çıxış ediblər. Qeyd edək ki, görüş Avropa Şurasının Azərbaycan penitensiar sistemində aparılan islahatların genişləndirilməsinə dair 2007-2008-ci illər üçün nəzərdə tutulmuş Fəaliyyət Planına uyğun həyata keçirilən növbəti tədbirdir.

7. #417
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında on iki qəbrin baş daşı dağıdılıb

[b]Azərbaycan paytaxtında on iki qəbrin baş daşı dağıdılıb[b]

Bakı. Samir Kazımlı - APA. Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında on iki qəbrin başdaşı naməlum şəxslər tərəfindən dağıdılıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hələlik hadisənin kimlər tərəfindən törədilməsi müəyyənləşdirilməyib.

Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, idarədən bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər: "Dağıdılmış başdaşıları qəbiristanlıqda basdırılmış ayrı-ayrı şəxslərin qəbirlərinin üstündə olub. Bağdaşısı uçurulmuş qəbirlərdə dəfn olunanlar arasında qohumluq əlaqələri olanları da yoxdur. Odur ki, hadisənin bir nəslin nümayəndələrinə qarşı edildiyini söyləmək mümkün deyil". İdarədən başdaşıları uçurulmuş qəbirlərdə dəfn olunanlar arasında tanınmış şəxslərin olmadığı da bildirilib.Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

8. #418
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Poeziya günü" toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq

[b]"Poeziya günü" toplusunun ilk nəşri Novruz bayramı ərəfəsində çap olunacaq[b]

Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan ədəbiyyatının bugünkü mənzərəsini əks etdirən "Poeziya günü" toplusunun ilk nəşri çapa hazırlanır. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi əsasında hazırlanan bu toplunun hər il Novruz Bayramı ərəfəsində nəşri nəzərdə tutulub. Topluda Azərbaycanın bütün bölgələrində yaşayan və müxtəlif yaşda olan şairlərin fərqli üslubda şeirləri yer alıb. Nəşrin baş redaktoru Fikrət Qoca, redaktoru və tərtibçisi Maarif Soltandır.

9. #419
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həbsdə olan AMİP üzvünün həyat yoldaşı onun əfv olunması xahişi ilə prezidentə müraciət edib

[b]Həbsdə olan AMİP üzvünün həyat yoldaşı onun əfv olunması xahişi ilə prezidentə müraciət edib[b]

Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının həbsdə olan fəalı Musa Rahimin həyat yoldaşı onun əfv edilməsi xahişi ilə ölkə prezidentinə müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə M. Rahimin səhhətinin və ailə vəziyyətinin ağır olduğu bildirilib və növbəti əfv fərmanına onun da adının salınması xahiş edilib. M. Rahimin vəkili Ənnağı Məmmədli isə məhkumun Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinə müraciət edib. Mətbuat xidmətinin məlumatına görə, M. Rahim qaraciyər serrozundan əziyyət çəkir və hazırda onun sağlıq durumu ağırdır.Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) ittiham olunan M. Rahim 5 il müddətinə azadlıqdan məhrum edilib.

10. #420
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Birliyi Ermənistan hakimiyyətini siyasi motivlə həbs olunan şəxsləri azadlığa buraxmağa və həbsləri dayandırmağa çağırıb

[b]Avropa Birliyi Ermənistan hakimiyyətini siyasi motivlə həbs olunan şəxsləri azadlığa buraxmağa və həbsləri dayandırmağa çağırıb[b]

İrəvan - APA. Avropa Birliyi (AB) Ermənistandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, Avropa Birliyi rəhbərliyi Ermənistanda yaranmış vəziyyətdən, xüsusən davan edən həbslərdən narahat olduğunu bildirərək ölkə hakimiyyətini fövqəladə vəziyyət rejimini ləğv etməyə çağırıb:

"Bir daha hakimiyyəti siyasi fəaliyyətinə görə həbs olunmuş vətəndaşları azadlığa buraxmağa və müxalifət liderlərinin həbsini dayandırmağa çağırırıq. Biz 1 mart hadisələrinin və bu hadisələrə gətirib çıxarmış səbəblərin müstəqil təhqiqatının aparılmasına dair tövsiyəmizin qüvvədə olduğunu təsdiqləyirik". AB hakimiyyəti və müxalifəti gərginliyin azaldılması üçün bütün lazımi addımları atmağa, siyasi partiyaları isə mövcud situasiyanın siyasi yolla həlli üçün dialoqa çağırıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.