Sayfa 50/461 İlkİlk ... 40484950515260100150 ... SonSon
4610 sonuçtan 491 ile 500 arası

Azərbaycan Xəbərləri

1. #491
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nyu-Yorkda tikinti kranının aşması nəticəsində 4 nəfər ölüb

[b]Nyu-Yorkda tikinti kranının aşması nəticəsində 4 nəfər ölüb[b]

Bakı. Tamara Qriqoryeva - APA. Nyu-Yorkun mərkəzində (Manhettendə) tikinti kranı aşıb.

APA-nın "Associated Press"ə istinadən xəbər verdiyinə görə, kran çoxmərtəbəli yaşayış binasının üstünə aşaraq onu tamamilə dağıdıb. Bu zaman bir neçə başqa evə də ziyan dəyib. Hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

2. #492
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın Bərdə rayonunda dünyada analoqu olmayan səməni quraşdırılıb

[b]Azərbaycanın Bərdə rayonunda dünyada analoqu olmayan səməni quraşdırılıb[b]

Bərdə. Teymur Quliyev - APA. Novruz bayramı münasibətilə Bərdə şəhərinin mərkəzində dünyada analoqu olmayan səməni quraşdırılıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, səməninin diametri 4,3 metr, hündürlüyü 6 metrdir. Altı hissədən ibarət səməni üçmərtəbəlidir. Səməninin əkilməsi üçün 80 kq buğda, 800 metr kapron boru sərf olunub.

3. #493
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 16-da saat 13.00-dan 13.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 14.40-dan 14.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.40-dan 22.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərindən, martın 17-də saat 02.30-dan 02.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

4. #494
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

[b]Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə rəsmi səfərdədir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, BƏƏ xarici siyasət idarəsinin rəhbərinin dəvəti ilə həyata keçirilən səfər iki gün davam edəcək. Səfər çərçivəsində 3 sənədin imzalanması gözlənilir.

5. #495
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu gün Azərbaycana səfər edəcək

[b]MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu gün Azərbaycana səfər edəcək[b]

Bakı. Laçın Sultanova - APA. Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri, qurumun icraçı katibi Sergey Lebedev bu gün Bakıya səfərə gəlir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Sergey Lebedev sabah XİN rəhbərliyi ilə görüşəcək.

Görüşdə Moskvada keçirilmiş qeyri-formal sammitin yekunları, Düşənbə sammitinin qərarlarının yerinə yetirilməsi, MDB hökumət başçıları və xarici işlər nazirləri Şuralarının iclaslarına hazırlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, bu, 2007-ci il oktyabrın 5-də MDB-nin Düşənbə sammitində qurumun İcraiyyə Komitəsinin sədri seçilmiş Sergey Lebedevin bu statusda Bakıya ilk səfəridir.

6. #496
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Daha bir Azərbaycan vətəndaşı minaya düşüb

[b]Daha bir Azərbaycan vətəndaşı minaya düşüb[b]

Beyləqan. Teymur Quliyev-APA. Azərbaycanın Beyləqan rayonunun Əlinəzərli kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Sarvan Elşən oğlu Xocavənd rayonu Qarasu ərazisində mal-qara otaran zaman minaya düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 13 yaşlı uşağın sağ gözü tamamilə sıradan çıxıb, sağ ayağı amputasiya olunub. Hazırda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə alan S. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

7. #497
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İndoneziyanın iqtisadi strukturlarının nümayəndələri Azərbaycana səfər edəcəklər

[b]İndoneziyanın iqtisadi strukturlarının nümayəndələri Azərbaycana səfər edəcəklər[b]

Bakı. Tamara Qriqoryeva-APA. Bu ilin ilk yarısında İndoneziyadan Azərbaycana rəsmi nümayəndə heyətinin səfəri planlaşdırılır. Nümayəndə heyətinə İndoneziya hökumətinin ticarət və iqtisadiyyat üzrə müvafiq qurumlarının təmsilçiləri daxildir. Bu barədə APA-ya məlumat verən Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyevin sözlərinə görə, nümayəndə heyətinin səfəri zamanı iki ölkə arasında energetika, ticarət, yüngül sayəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Nümayəndə heyətinin bir sıra dövlət strukturlarında, o cümlədən Azərbaycanın iri şirkətlərində görüşlər keçirməsi gözlənilir.

8. #498
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Vətənə dönmək üçün beynəlxalq təşkilatlardan kömək istəyib

[b]Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Vətənə dönmək üçün beynəlxalq təşkilatlardan kömək istəyib[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Ordusunun bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülmüş əsgəri Yaqub Allahverdi oğlu Muxtarovun valideynləri ona məktub yazıb. Bu barədə APA-ya əsirin anası Ulduz Muxtarova bildirib.

Hazırda Bakıda olduqlarını deyən U. Muxtarova məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə təqdim etdiklərini bildirib. BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdüklərini bildirən əsirin anası deyib ki, oğlu qurumun Ermənistandakı nümayəndələri ilə görüşdə Vətənə dönmək istədiyini bildirib: "Yaqub deyib ki, mən dumana düşüb yolu azmışam, Azərbaycana qayıtmağıma kömək edin. Komitədən bizə dedilər ki, hazırda onun geri qaytarılması üçün işlər görülür". U. Muxtarova Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovla da görüşdüklərini deyib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Yaqub Allahverdi oğlu Muxtarov Tovuz rayonu istiqamətində əsir götürülüb.

9. #499
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BMT Baş Assambleyasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnaməsinə səsvermənin təfərrüatları

[b]BMT Baş Assambleyasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnaməsinə səsvermənin təfərrüatları[b]

APA səsvermədə iştirak edən dövlətlərin mövqeyi ilə bağlı siyahını yayır

Bakı. Laçın Sultanova, Tamara Qriqoryeva - APA. BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət barədə» adlı qətnamənin mətni Azərbaycanın Assambleyaya təqdim etdiyi formada, heç bir korrektə edilmədən qəbul edilib. Bunu APA-ya Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bildirib. BMT Baş Assambleyası tərəfindən qəbul olunan qətnamədə deyilir:1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır; 2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması və onlara kompensasiyaların ödənilməsi hüququnu tanıyır;4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlara özlərini idarə etmək üçün şəraitin yaradılmasını dəstəkləyir;5. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır.6. Baş Assambleya BMT-nin Baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı" qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın. Qətnaməyə etiraz edənlərə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa başçılıq edir. Sənədin qəbul olunmasına etiraz edən digər ölkələr Ermənistan, Hindistan, Anqola və Vanuatudur. Sənədi dəstəkləyən ölkələr isə Əfqanıstan, Azərbaycan, Bəhreyn, Banqladeş, Bruney Darussalam, Kamboca, Kolumbiya, Komaros, Cibuti, Qambiya, Gürcüstan, İndoneziya, İraq, İordaniya, Küveyt, Liviya, Malaziya, Maldiv, Moldova, Mərakeş, Myanma, Nigeriya, Oman, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Seneqal, Serbiya, Sierra Lione, Somali, Sudan, Türkiyə, Tuvalu, Uqanda, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəməndir.Səsvermə zamanı bitərəf qalan ölkələr: Albaniya, Əlcəzair, Andorra, Antiqua və Barbuda, Argentina, Avstraliya, Avstriya, Baham adaları, Barbados, Belçika, Boliviya, Bosniya və Hersoqovina, Botsvana, Braziliya, Bolqarıstan, Kamerun, Kanada, Çili, Çin, Konqo, Kosta Rika, Xorvatiya, Kipr, Çexiya, Koreya Xalq Demokratik Respublikası, Danimarka, Dominikan Respublikası, Ekvador, Misir, Salvador, Ekvatorial Qvineya, Estoniya, Finlandiya, Almaniya, Qana, Yunanıstan, Qrenada, Qvatemala, Qayana, Haiti, Honduras, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yamayka, Yaponiya, Qazaxıstan, Keniya, Latviya, Liberiya, Lixteynşteyn, Litva, Lüksemburq, Madaqaskar, Malta, Mauritius, Meksika, Monako, Monqolustan, Monteneqro, Mozambik, Namibiya, Nepal, Niderland, Yeni Zelandiya, Nikaraqua, Norveç, Panama, Papua Yeni Qvineya, Peru, Filippin, Polşa, Portuqaliya, Koreya Respublikası, Rumıniya, Santa Luçiya, Samoa, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Solomon adaları, Cənubi Afrika Respublikası, İspaniya, Şri-Lanka, Surinam, Svazilend, İsveç, İsveçrə, Tailand, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Timor-Leste, Toqo, Trinidad və Tobaqo, Böyük Britaniya, Uruqvay, Venesuela, Zambiya.Səsvermədə iştirak etməyənlər: Belarus, Beliz, Benin, Bhutan, Burkina Faso, Burundi, Keyp Verde, Mərkəzi Afrika Respublikası, Çad, Kod de Vuar, Kuba, Konqo Demokratik Respublikası, Dominikan, Eritriya, Həbəşistan, Fici, Qabon, Qvineya, Qvineya-Bisau, İran, Kiribati, Qırğızıstan, Lao Xalq Demokratik Respublikası, Livan, Lesoto, Malavi, Mali, Marşall Adaları, Maritaniya, Mikroneziya, Nauru, Palau, Paraqvay, Ruanda, Müqəddəs Kitts və Nevis, Müqəddəs Vinsent və Qrenadins, Sao Tome və Prinsip, Seyşel Adaları,Suriya, Tacikistan, Tonqo, Tunis, Türkmənistan, Birləşmiş Tanzaniya Respublikası, Vyetnam və Zimbabve.

10. #500
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Həmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları hesabatı sabah AŞ PA Monitorinq Komitəsinə təqdim edəcəklər

[b]Həmməruzəçilər Azərbaycanla bağlı hazırladıqları hesabatı sabah AŞ PA Monitorinq Komitəsinə təqdim edəcəklər[b]

Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin (MK) martın 18-də keçiriləcək iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunması məsələsi müzakirə edilməyəcək.

Bu barədə APA-ya AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkova məlumat verib. O bildirib ki, AŞ PA Bürosu ötən həftə keçirilən yığıncağında xüsusi məruzəçi təyin etmədiyindən yenidən bu məsələsinin müzakirəsinə ehtiyac yoxdur. Bununla yanaşı, həmməruzəçi gələcəkdə bu məsələyə qayıdılmasını mümkün sayır. Y. Jivkova fevralın əvvəllərində digər həmməruzəçi Andres Herkellə birlikdə Azərbaycana etdikləri səfərin yekunları əsasında hazırladıqları yazılı məruzəni sabah təqdim edəcəklərini, Monitorinq Komitəsindəki müzakirədən sonra sənədin mətbuata açıqlanacağını söyləyib. O, Azərbaycana növbəti səfərlərinin vaxtını müzakirə edəcəklərini də deyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.