Gürcüstanda parlament seçkiləri bu il mayın 21-də keçiriləcək
[b]Gürcüstanda parlament seçkiləri bu il mayın 21-də keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. Bu il mayın 21-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək.
APA-nın Gürcüstan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərarı prezident bu il yanvarın 5-də keçirilmiş plebistsitin və müxalifətlə olan məsləhətləşmələrin nəticələri əsasında qəbul edib. Dörd il müddətinə seçiləcək parlamentdə deputat yerləri azaldılacaq. 2003-cü il noyabrın 2-də keçirilmiş referendumun nəticələrinə görə, Gürcüstanda deputatların sayı 235-dən 150-ə endirilib.
Türkmənistan prezidenti NATO-nun sammitində iştirak edəcək
[b]Türkmənistan prezidenti NATO-nun sammitində iştirak edəcək[b]
Bakı. Laçın Sultanova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov bu il aprelin 2-4-də Buxarestdə keçiriləcək NATO sammitində iştirak edəcək. APA-nın Türkmənistan Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının iclasında bu ölkənin müdafiə naziri Ağageldı Məmmədgeldiyev prezidentin Buxarestə səfərinə hazırlıq işləri getdiyi barədə məruzə edib.
Buxarest. Fəxri Kərimli-APA. NATO-nun bu il aprelin 2-4-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək sammitinin gündəliyi açıqlanıb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə. NATO-nun tarixində ilk dəfə keçirilən ən böyük zirvə toplantısına 24 ölkə başçısı, 26 hökumət rəhbəri, 87 nazirin qatılması gözlənilir.
Toplantıda NATO-nun genişlənməsi, Əfqanıstandakı hazırkı vəziyyət və burada sülhməramlı kontingentin artırılması məsələləri müzakirə olunacaq. Sammit çərçivəsində Albaniya, Xorvatiya və Makedoniyanın NATO-ya üzv olması üçün rəsmi dəvət olunacağı gözlənilir. Eyni zamanda Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi müzakirə oluna bilər. Zirvədə ABŞ-ın Polşa və Çex Respublikasında yeni raket hücumundan müdafiə sistemini elementlərini qurmaq istəyi ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda NATO-nun Türkiyə, Rumıniya və Yunanıstanda qısa mənzilli raket hücumundan müdafiə sistemləri qurulması ilə bağlı təkliflər də gözdən keçiriləcək. Sammitin işinə ABŞ prezidenti Corc Buş, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan da qatılacaq. Qeyd edək ki, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev sammitdə enerji təhlükəsizliyi məsələlərinin və "dondurulmuş münaqişələr" kontekstində Cənubi Qafqazdakı münaqişələrlə bağlı məsələnin də müzakirəsinin gözlənildiyini vurğulayıb.
[b]Azərbaycanın paytaxtında məhkum avtomobil qaçırıb[b]
Bakı. Samir Kazımlı-APA. Dünən Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bir avtomobil oğrusu tutulub.
Belə ki, bu il martın 20-də saat 19.00 radələrində Ə. Ələkbərov küçəsindən Bakı şəhər sakini 30 yaşlı Natiq Ramiq oğlu Əliyevə məxsus "Mercedes" markalı Az 10 ZV 581 nömrə nişanlı avtomobil qaçırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində avtomobili qaçıran şəxs , 39 yaşlı Akif Yəhya oğlu Məmiyev maşınla birlikdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaxalanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı A. Məmiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin məhkumu olması müəyyənləşib.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
[b]Daha bir insan alverçisi həbs olunub[b]
Bakı. Samir Kazımlı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mülayim Seyidzadə həbs edilib. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, o, gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyurmuş.
Türkiyədə "Ərgenəkon" əməliyyatı ilə bağlı həbslər artır
[b]Türkiyədə "Ərgenəkon" əməliyyatı ilə bağlı həbslər artır[b]
Ankara. Mayis Əlizadə-APA. Türkiyədə "Ərgenəkon" adlı əməliyyatla bağlı son həbslərdən sonra ölkədə daxili siyasi vəziyyət gərginləşib. APA-nın Türkiyə bürosunun məlumatına görə, dünən həbs olunmuş İşçi Partiyasının lideri Doğu Pərinçək, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Səlcuq və İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlunun daxil olduğu 12 nəfər bu gün polisdə dindiriliblər.
Bu gün istintaqa ifadə verənlər arasında saxlanılanlardan iş adamı İbrahim Benli, Beynəlxalq kanalın baş direktoru Fərid İlsevər, "Aydınlıq" jurnalının baş redaktoru Sərhan Bolluq, jurnalist Adnan Ağfırat, Doğu Perinçekin mühafizəçisi Yusif Beşərik də var. Əməliyyatların davam etdirilməsi ilə daha iki mühafizəçi və Beynəlxalq kanalın iki əməkdaşı da saxlanılıb. Saxlanılanlardan 4-ü bu gecə Ədliyyə Tibb Mərkəzində müayinə edilib. Əldə olunan məlumatlara görə, "Susurluq" insidentində adı hallandırılan və xalq arasında "Kocaeli çetesinin lideri" kimi tanınan Hadi Özcan da dünən cəza çəkdiyi həbsxanadan gətirilərək, "Ərgenəkon" istintaqı çərçivəsində dindirilib. "Cümhuriyyət" qəzetinin baş redaktoru İ. Səlcuğun vəkillərinin onun xəstə olmasına dair həkim arayışlarını təqdim edərək, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı xahişi isə rədd edilib. Bu gün İlhan Səlçuğun "Cümhuriyyət"dəki "Pəncərə" adlı köşəsi isə boş buraxılıb. Qəzetin özü isə "Susdura bilməyəcəklər" adlı manşetlə işıq üzü görüb. APA-nın yerli bürosunun məlumatına görə, qəzetin önündə qeyri-hökumət təşkilatları və oxucular dəstək mitinqlərini davam etdirirlər. Həmçinin bu gün İ. Səlcuğun həbsinə etiraz olaraq "Cümhuriyyət" qəzetini alanların sayı artıb. Qəzet bugünkü sayında yaydığı açıqlamasında oyunlara alət olmayacağını qeyd edilib: "Adını Atatürkün verdiyi "Cümhuriyyət" qəzeti qurulduğundan bəri 84 ildir ki, demokratik, dünyəvi və sosial hüquq dövləti sisteminin müdafiəçisidir. Biz bu yolda çox şəhid verib, çox zərbələri atlatmışıq. "Cümhuriyyət" qəzeti demokratik haqq və azadlıqların, dünyəvi Atatürk Cümhuriyyətinin qorunması ilə bağlı mübarizəsini davam etdirəcək". Dünən Fransanın Mətbuat Agentliyi isə ilk olaraq, həbs edilənlərin türk yazıçısı Orxan Pamuka sui-qəsd planı ilə bağlı saxlanıldıqları ilə bağlı xəbər yayıb. Maraqlıdır ki, bu xəbərini Türkiyənin "Anadolu" Agentliyinə istinadın yayan agentlik sonradan səhvini düzəldərək, təkzib verib. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da "Ərgenəkon" əməliyyatlı ilə bağlı bir çox tanınmış şəxsin saxlanılmasına münasibət bildirib. O, "Ərgenəkon" əməliyyatını İtaliyadakı "Təmiz əllər" əməliyyatına bənzədib: "Artıq Türkiyədə çetələr və mafiyalar olmayacaq, bu məsələdə qərarlıyıq" deyib. Qeyd edək ki, Türkiyədə "laik cəbhə"nin (dünyəvi dövlət tərəfdarlarının) önəmli simaları hesab olunan D. Pərinçək, İ. Səlcuq və K. Ələmdaroğlu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı sərt mövqeləri ilə tanınırlar. "Aydınlıq" jurnalı İşçi Partiyasına, "Cümhuriyyət" qəzeti isə ana müxalifət - Cümhuriyyət Xalq Partiyasına yaxın mətbuat orqanıdır. Xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub.
ABŞ bu ölkənin təyyarələrin qanunsuz olaraq İrana satdığına görə, erməni şirkətinə sanksiya tətbiq edib
[b]ABŞ bu ölkənin təyyarələrin qanunsuz olaraq İrana satdığına görə, erməni şirkətinə sanksiya tətbiq edib[b]
Bakı. Elmin-İbrahimov-APA. ABŞ hökuməti İrana ixrac olunmasının qadağan olduğunu bilə-bilə bu ölkəyə ABŞ istehsalı olan təyyarələrin satılmasına dair müqavilə bağladığına görə, erməni şirkətinə sanksiyalar tətbiq edib.
APA-nın məlumatına görə, erməni şirkəti "Blue Airways" Britaniyanın "Balli Group PLC" və İranın "Mahan Airways" ilə işbirliyi quraraq, ABŞ istehsalı olan 3 təyyarənin İrana ixracın təşkil edib və daha 3 təyyarənin yaxın vaxtlarda bu ölkəyə satılmasına dair müqavilə bağlayıb. Bundan başqa, onlar ABŞ-a təyyarələrinin son istifadəçisi və çatdırılma ünvanı barədə yanlış deklarasiya təqdim ediblər. Xatırladaq ki, ABŞ İxrac Qurumunun qərarına əsasən, strateji məhsulların və avadanlığın İrana satılması qadağandır.
Azərbaycan prezidenti Pakistanın milli bayramı münasibətilə Pərviz Müşərrəfi təbrik edib
[b]Azərbaycan prezidenti Pakistanın milli bayramı münasibətilə Pərviz Müşərrəfi təbrik edib[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı münasibətilə bu ölkənin prezidenti Pərviz Müşərrəfi təbrik edib. APA-nın məlumatına görə, prezident həmkarını və onun simasında xalqını təbrik edib: "Bu gün Azərbaycan-Pakistan əməkdaşlığı müvəffəqiyyətlə inkişaf etməkdə və möhkəmlənməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin dərinləşməsi, ikitərəfli münasibətlərimizin əhatə dairəsinin genişlənməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
Tovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
[b]Tovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib[b]
Tovuz. Ayxan Hüseynov - APA. Tovuz rayonunda Novruz bayramı münasibəti ilə böyük bayram tədbiri təşkil edilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə yerli əhali ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkilləri Qənirə Paşayeva, Nazim Məmmədov və İraqın Azərbaycandakı səfiri Ərşad İsmayıl ailəsi birlikdə iştirak edib. Tovuz rayonunun mərkəzi meydanında təşkil olunmuş bayram tədbirində idmançılar və pəhləvanlar öz məharətlərini göstəriblər. Bayram tədbirində çıxış edən İraqın ölkəmizdəki səfiri Ərşad İsmayıl əslən İraqın Kərkük şəhərindən olduğunu bildirərək, Azərbaycanın adət-ənənələrinin və dilinin onun üçün doğma olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva və Tovuz RİH başçısı Tofiq Zeynalov da tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik ediblər.Bayram münasibəti Tovuz rayonunda təşkil edilən konsertdə xalq artistləri Zaur Rzayev, Zümrüd Məmmədova, gənc müğənni Xaliq və populyar müğənni Tünzalə Ağayevanın ifalarında şən mahnılar səslənib. Konsertdə həmçinin Tünzalə Ağayevanın ifasında sözləri Qənirə Paşayevaya aid və "Ruhani" havası üzərində oranjeman edilmiş "Azərbaycan balası" mahnısı ilk dəfə səslənib və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. /APA/
"Azadlıq" bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir
[b]"Azadlıq" bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir[b]
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Liberal Partiyası (ALP) qərargahından çıxarıldıqdan sonra partiyanın üzv olduğu "Azadlıq" bloku öz toplantılarını keçirmək problemi ilə qarşılaşıb. Blokun Sədrlər Şurasının üzvü Əli Əliyevin APA-ya verdiyi məlumata görə, ALP qərargahdan çıxdıqdan sonra blokun iclasları keçirilməyib. Bayram günlərindən sonra problemin həll olunacağını bildirən Ə. Əliyev blok üzvü olan partiyalardan birinin yeni ofis alacağını qeyd edib: "Biz hələlik hansı partiyanın ofis alacağını açıqlamaq istəmirik. Amma yaxın günlərdə blok öz toplantılarını keçirmək üçün daha yaxşı imkan əldə edəcək".
Yer imleri