Sayfa 152/461 İlkİlk ... 52102142150151152153154162202252 ... SonSon
4610 sonuçtan 1.511 ile 1.520 arası

Azərbaycan Xəbərləri

1. #1511
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Məmməd Nazimoğlu Azərbaycana qayıdıb

[b]Türkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Məmməd Nazimoğlu Azərbaycana qayıdıb[b]

Bakı. Laura Cəbrayıllı - APA. Türkiyənin "Memorial" Xəstəxanasında müayinə olunan Azərbaycanın tanınmış jurnalisti Məmməd Nazimoğlu bu gün vətənə qayıdıb.

Onunla birlikdə Türkiyədə olan türkoloq-alim Ramiz Əsgər APA-ya bildirib ki, M. Nazimoğluna üç aylıq pəhriz və müalicə kursu təyin edilib: "Məmməd müəllimin xəstəxanada ən yüksək səviyyədə tam müayinəsi və analizləri aparıldı. Qaraciyərində aşkarlanan hepatit B virusunun inkişafına qarşı həkim Yılmaz Çakaloğlu tərəfindən ciddi müalicə və istirahət kursu təyin edildi. Hələlik orqan köçürülməsini vacib saymayan həkim müalicədən sonra sentyabrda təkrar xəstəxanaya qayıtmağımızı tövsiyə etdi". Qeyd edək ki, Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar mayın 23-də İstanbula aparılıb.

2. #1512
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

GUAM milli koordinatorları iyunun 6-da qurumun Tiflis sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər

[b]GUAM milli koordinatorları iyunun 6-da qurumun Tiflis sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər[b]

Bakı. Laçın Sultanova-APA. GUAM milli koordinatorlarının 11-ci iclası iyunun 6-da Tiflisdə keçiriləcək. APA-nın məlumatına görə, görüşdə cari məsələlər və əsasən təşkilatın iyulun 1-2-də Tiflisdə keçiriləcək 3-cü sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Koordinatorların görüşündə GUAM-ın baş katibi Valeri Çeçelaşvili də iştirak edəcək.

3. #1513
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib

[b]Şirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib[b]

Şirvan. Əlibəy Zeynalov-APA. Şirvanda "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan QHT-lərin Regional Resurs və Təlim Mərkəzində Beynəlxalq Ətraf Mühit günü münasibətilə "Ətraf mühitin davamlılığının təmin edilməsi" mövzusunda seminar keçirilib. Seminar-treninqdə Şirvan şəhərinin ekoloji problemlərinə bilavasitə məsuliyyət daşıyan müəssisə nümayəndələri, ekoloji problemlərlə məşğul olan QHT-lər və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin işində BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Ombudsman Elmira Süleymanova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Dünya Bankının nümayəndəsi iştirak ediblər. Seminar zamanı qlobal, texnogen və yerli xarakterli ekoloji problemlər ətrafında məhsuldar müzakirələr aparılıb.

4. #1514
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək

[b]İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək[b]

Bakı. Elbrus Seyfullayev-APA. İyunun 18-də "Park İnn" otelində Azərbaycan Sosial Rifah Partiyasının növbəti hesabat-seçki qurultayı keçiriləcək. Bu barədə APA-ya partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib. Partiya sədri sayca VI olacaq qurultayda rəhbər orqanların hesabatı ilə yanaşı, təşkilatı məsələlərə də baxılacağını deyib. Onun sözlərinə görə, qurultayda həmçinin bu ilin payızında ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı məsələyə də münasibət bildiriləcək: "Qurultay prezident seçkisinə start verildiyi müddətə təsadüf etmədiyindən, prezidentliyə namizədin irəli sürülməsi Ali Məclisə həvalə ediləcək. Biz hələ 2003-cü ildə prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürən ilk və yeganə partiya olmuşuq. Çox güman ki, bu dəfə də qurultay seçki kampaniyasına start verilən zaman İlham Əliyevin namizədliyinin irəli sürülməsini Ali Məclisə tövsiyə edəcək". Qeyd edək ki, Azərbaycan Sosial Rifah Partiyası 1994-cü ildə yaradılıb. Partiyanın yaradıcısı olan X. Kazımlı həmin vaxtdan təşkilata rəhbərlik edir.

5. #1515
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanda yerli və Türkiyə ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu başlayır

[b]Azərbaycanda yerli və Türkiyə ali məktəblərinin magistratura pilləsinə sənəd qəbulu başlayır[b]

Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin magistratura pilləsinə sənəd qəbuluna başlayır. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyunun 5-dən 14-dək İnternet vasitəsilə aparılan sənəd qəbulu zamanı bu il ali məktəbi bitirən bakalavrlar elektron ərizələrini təhsil aldıqları ali məktəbdə, əvvəlki illərin məzunu olmuş bakalavrlar isə ali məktəblərdən birində yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirə bilərlər. Hər bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni qəbul proqramına aid olmalıdır. Müsabiqəyə təhsili ödənişsiz və ödənişli əsaslarla olan ixtisaslar üzrə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılacaq. Komissiyadan bildirilib ki, Türkiyə universitetlərinin magistraturasına qəbul olunmaq istəyən bakalavrlar elektron ərizədə Azərbaycan ali məktəbləri ilə yanaşı, həmin ölkənin universitetlərinin magistr ixtisaslarının kodlarını da göstərməlidirlər. Türkiyə universitetlərinin magistr ixtisaslarına müsabiqə Azərbaycan ali məktəblərinin magistr ixtisaslarının müsabiqəsi ilə birgə aparılacaq.

6. #1516
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək

[b]"Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək[b]

Bakı. Ülkər Qasımova - APA. İyunun 6-da Muzey Mərkəzində "Kulturoloqların I Beynəlxalq Bakı Forumu" keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, forumun keçirilməsində məqsəd Azərbaycanda mədəniyyətin təbliği, təşviqi, qorunması və elmi tədqiqatların inkişafını təmin etməkdir. Forumda Fransanın, Almaniyanın, Rusiyanın, Qazaxıstanın və Gürcüstanın tanınmış alimləri iştirak edəcək. Tədbirdə qonaqlarla yanaşı yerli alimlərin məruzələri səsləndiriləcək. Forumun əsas mövzusu "Mədəniyyət siyasətinin sosial əhəmiyyəti"dir. Qeyd olunan mövzu çərçivəsində mədəniyyətin sosial təzahür formaları, mədəniyyətin siyasi potensialları, cəmiyyətin mütərəqqi qüvvələrinin səfərbər olunmasında mədəniyyətin rolu və bu kimi məsələlər müzakirə olunacaq.

7. #1517
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan hərbi birləşmələrinin soyqırımına məruz qalan Xocalı sakinləri Robert Köçəryanı Avropa Məhkəməsinə verəcəklər

[b]Ermənistan hərbi birləşmələrinin soyqırımına məruz qalan Xocalı sakinləri Robert Köçəryanı Avropa Məhkəməsinə verəcəklər[b]

Bakı. Ramil Məmmədli - APA. Ermənistan hərbi birləşmələri tərəfindən soyqırımına məruz qalan Xocalı sakinləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı məhkəməyə verəcək.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçmiş üzvü, tədqiqatçı Aygün Həsənoğlu APA-ya bildirib ki, artıq bununla bağlı Xocalıda erməni təcavüzünə məruz qalan yüzədək azərbaycanlının vəkalətnaməsi toplanıb: "Proses bir aya bitəcək. Təhlükəsizlik baxımdan adının açıqlanması məqsədəuyğun hesab olunmayan Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatın köməyi ilə iddia Avropa İnsan Haqları Məhkəməsinə təqdim ediləcək. İddiada insanların kütləvi halda qətlə yetirilməsi, fərdi və kütləvi işgəncə halları və ən əsası soyqırımı faktı əksini tapacaq. Robert Köçəryanla yanaşı, soyqırımının törədilməsində iştirak etmiş bütün şəxslərə qarşı da iddia qaldırılacaq". O, məsələyə Xocalı Soyqırımını Tanıtma Cəmiyyəti, Erməni Terroru ilə Mübarizə İttifaqı və "Xəzər" Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən dəstək verildiyini də deyib: "Əgər Avropa Məhkəməsi ədalətsiz qərar verərsə, digər beynəlxalq məhkəmə instansiyalarına şikayət edəcəyik. Prosesi sona qədər davam etdirməkdə israrlıyıq. Hesab edirik ki, təqdim edəcəyimiz faktlar beynəlxalq məhkəmə instansiyalarının ədalətli qərar verməsi üçün yetərli olacaq".

8. #1518
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ombudsman Elmira Süleymanova Yaponiyada "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

[b]Ombudsman Elmira Süleymanova Yaponiyada "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib[b]

Şirvan-APA. Əlibəy Zeynalov. Yaponiyanın Xirosima şəhərində "Dinlər uşaqlar naminə" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Ombudsmanı Elmira Süleymanova da iştirak edib. Ombudsman APA-nın Mil-Muğan bürosunun əməkdaşına açıqlamasında bildirib ki, tədbirin təşkilatçısı Yaponiyanın "Oriqato" Fondu olub, toplantıda YUNESCO və YUNİSEF-in nümayəndələri də iştirak ediblər. E. Süleymanovanın sözlərinə görə, konfransda əsasən uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiəsi barədə müzakirələr aparılıb. 30-dan çox ölkədən 300 nümayəndənin iştirak etdiyi konfransın devizi Cəlalləddin Ruminin "Mən uşaqsız dünyadan qorxuram" sözləri olub. E. Süleymanova deyib ki, o və Azərbaycanı konfransda təmsil edən digər şəxslər 20 illik erməni təcavüzünün ölkəmizə vurduğu ziyan barədə ətraflı məlumat veriblər: "Konfransda Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən məsələlərə də toxunuldu. Biz orda sərgi də təşkil etdik. Ermənilər sərgilərində Şuşanın şəkillərindən öz məqsədləri üçün də istifadə etmişdilər. Lakin Azərbaycandan olan iştirakçılar sərgidə Şuşanın daha böyük şəkillərini nümayiş etdirdilər".

9. #1519
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Fəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq

[b]Fəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq[b]

Bakı. Ülkər Qasımova - APA. Əmədkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın adını daşıyan ətir istehsal olunacaq.

APA-nın məlumatına görə, bu barədə məlumat verən Fəxriyyə Xələfova hazırda bununla bağlı danışıqlar getdiyini bildirib: "Bu fikir məndə uzun müddətdir ki, var. Ancaq ideyanı həyata keçirmək üçün bir sıra problemlər mövcud idi. İndi artıq bunun vaxtı gəlib çatıb. Yaxın vaxtlarda mənim adımı daşıyan ətir istehsal olunacaq".

10. #1520
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Erməni sindromu" adlı kitabın təqdimatı keçirilib

[b]"Erməni sindromu" adlı kitabın təqdimatı keçirilib[b]

Bakı. Ramil Məmmədli - APA. Bu gün yazıçı-tədqiqatçı Aygün Həsənoğlunun "Erməni sindromu" adlı kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanov bildirib ki, indiyədək ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edən əsərlərin böyük əksəriyyəti emosiyalar əsasında yazılıb, son illərdə isə bu tip əsərlər öz yerini konkret faktlara əsaslanan materiallara verməkdədir və A. Həsənoğlunun müəllifi olduğu "Erməni sindromu" adlı kitab da bu tip nəşrlərdəndir: "Bu cür kitablar gələcək nəsilləri unutqanlıq xəstəliyindən uzaqlaşdırmağa kömək edəcək və həqiqətin üzə çıxmasına yardım olacaq". A. Həsənoğlu isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında çalışdığı dövrdə erməni vəhşiliyinə məruz qalan insanlarla təmasda olduğunu söyləyib: "Bundan başqa, komissiyanın arxivində işləmək imkanı əldə etdim. "Erməni sindromu"nda qeyd olunan əksər faktlar həmin arxivin materiallarıdır".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.