Sayfa 102/461 İlkİlk ... 25292100101102103104112152202 ... SonSon
4610 sonuçtan 1.011 ile 1.020 arası

Azərbaycan Xəbərləri

1. #1011
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Aleksandr Stabb aprelin 10-da ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq

[b]Aleksandr Stabb aprelin 10-da ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq[b]

Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in yeni sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb ATƏT Daimi Şurasının aprelin 10-da keçiriləcək toplantısında çıxış edəcək.

APA-nın ATƏT-in informasiya mərkəzinə istinadən verdiyi məlumata görə, A. Stabb ATƏT-ə sədrliyi müddətində təşkilatın prioritetlərini açıqlayacaq. Qeyd edək ki, 40 yaşlı A. Stabb vəzifəsinin icrasına aprelin 4-də başlayıb. Ondan əvvəl ATƏT və Finlandiya XİN-ə rəhbərlik etmiş İlkka Kanerva barlardan birində striptiz göstərən qadınla aralarında baş vermiş seksual qalmaqala görə vəzifəsindən gedib.

2. #1012
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə nazirini qəbul edib

[b]Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə nazirini qəbul edib[b]

~Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Azərbaycanla Türkmənistan arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu bildirib, xalqlarımızın daim dostluq və əməkdaşlıq şəraitində yaşadığını, müstəqilliyimizin hazırkı inkişaf mərhələsində ənənəvi qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Müdafiə nazirlikləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət etdiyini vurğulayıb. Öz növbəsində, qonaq Türkmənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında əməkdaşlığın əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından faydalı olduğunu bildirib.

3. #1013
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Jurnalistlərin aclıq aksiyası başa çatıb

[b]Jurnalistlərin aclıq aksiyası başa çatıb[b]

Bakı. Hacı Zeynalov - APA. Bir qrup jurnalist hazırda həbsdə olan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevlə həmrəylik məqsədilə keçirdiyi aclıq aksiyasını dayandırıb.

Bu barədə APA-ya "Gündəlik Azərbaycan" qəzetinin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu məlumat verib. Ş. Çobanoğlu bildirib ki, E. Fətullayev aclıq aksiyasını dayandırdıqdan sonra onlar da analoji qərar qəbul ediblər.

4. #1014
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Aqo" Qrupu Azərbaycanla bağlı məruzəsini aprelin 23-də Avropa Şurası Nazirlər Komitəsinə təqdim edəcək

[b]"Aqo" Qrupu Azərbaycanla bağlı məruzəsini aprelin 23-də Avropa Şurası Nazirlər Komitəsinə təqdim edəcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinqâ…¦Qrupu Azərbaycana səfərinin yekunları əsasında hazırladığı məruzəni aprelin 23-də AŞ NK-ya təqdim edəcək.

Bu barədə APA-ya Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia məlumat verib. Qeyd edək ki, AŞ Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu aprelin 2-4-də Azərbaycanda səfərdə olub.

5. #1015
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Eynulla Fətullayev aclıq aksiyasını ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin xahişindən sonra dayandırıb

[b]Eynulla Fətullayev aclıq aksiyasını ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsinin xahişindən sonra dayandırıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti və ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero bu gün 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevlə görüşüblər.

ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, E. Fətullayev onların xahişi ilə aclıq aksiyasını dayandırdığını bildirib və onunla həmrəylik nümayiş etdirərək aclıq aksiyası keçirən şəxsləri də aclığı dayandırmağa çağırıb. E. Fətullayev bununla bağlı bəyanat da verib.

6. #1016
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmar Məmmədyarov: "Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir"

[b]Elmar Məmmədyarov: "Azərbaycan demokratiya və mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidədir"[b]

Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycana səfərinin əsas məqsədinin ATƏT tərəfindən hazırlanmış "Mətbuatın özünü-tənzim sorğu kitabı" adlı yeni nəşri təqdim etmək olduğunu bildirən ATƏT rəsmisi qeyd edib ki, bu təqdimatın məqsədi məsuliyyətli və etik jurnalistikanın əhəmiyyətini müzakirə etmək üçün jurnalistləri bir araya gətirmək, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi zərurəti haqda maarifləndirmə işi aparmaqdır. Azərbaycan prezidentinin həbs olunmuş jurnalistlərin əfv olunması ilə bağlı sərəncamını yüksək qiymətləndirən qonaq bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb, mətbuat azadlığının demokratiyanın əsas göstəricilərindən olduğunu qeyd edərək, KİV azadlığı, mətbuatda plüralizm sahəsində təkmilləşmə işlərinin aparılmasının məqsədə müvafiq olduğunu bildirib.Öz növbəsində, E. Məmmədyarov Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, ölkəmizin demokratiyanın, mətbuat azadlığının səviyyəsinə görə region dövlətlərindən xeyli irəlidə olduğunu vurğulayıb. Nazir ölkəmizin inkişafının mühüm istiqamətlərindən biri kimi demokratik islahatların davam etdiriləcəyini bildirib, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətli olduğunu qeyd edib.

7. #1017
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Prezident İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib

[b]Prezident İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul edib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycanda siyasi hüquqların qorunması-yeni meyarlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçılarını qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan cəmiyyətinin daha da demokratikləşməsi istiqamətində görülən işlərdən danışan prezident Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə pozulduğunu vurğulayıb. Dövlət başçısı, həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafı, Avratlantik strukturlara inteqrasiyası, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlərə toxunub.Çıxış edən qonaqlar Azərbaycanda sürətli iqtisadi inkişafın şahidi olduqlarını qeyd ediblər.

8. #1018
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

[b]Azərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti İlham Əliyev Nizami Bəhmənovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

N. Bəhmənov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, N. Bəhmənov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəridir. Prezidentin digər sərəncamı ilə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə Salman Musayev də "Şöhrət" ordeni ilə təltif edilib.

9. #1019
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb

[b]Baş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı açıqlama yayıb[b]

Bakı-APA. Baş Prokurorluq "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bu il martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanması ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, "Azadlıq"ın əməkdaşı bu il martın 14-də Bakının Ayna Sultanova küçəsi 523-ci məhəllədə yerləşən binalardan birinin yaxınlığında naməlum şəxslər tərəfindən ona bıcaqla xəsarət yetirilməsi barədə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə ərizə ilə müraciət edib. Bununla bağlı Yasamal rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, daha sonra cinayət işi Bakı Şəhər Polis İdarəsinin istintaq şöbəsində, az sonra isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilib. Baş Prokurorluq məlumatında qeyd edib ki, istintaqın ilk günündən A. Xəlilov hadisənin əvvəllər "Zeytun bağı" adlanan sahədə baş vermiş insidentlə və jurnalist fəaliyyəti ilə bağlı olması, iki nəfər şəxs tərəfindən izlənməsi ilə bağlı fikirlər irəli sürüb, onun ifadəsinə əsasən hadisə yerinin yaxınlığındakı müəssisələrin işçiləri, ərazidəki sakinlər, taksi sürücüləri dindirilib. İstintaq A. Xəlilovun insidentdən dərhal sonra hadisə yerində tibbi yardım üçün heç kimə müraciət etmədiyini, "Azadlıq" qəzetinin əməkdaşlarına zəng etdiyini, onun çağırışı ilə gəlmiş "Azadlıq" qəzetinin direktoru Azər Əhmədovla birlikdə 28-ci polis bölməsinə getdiklərini, daha sonra polis işçiləri ilə təkrar əraziyə qayıtdıqlarını müəyyənləşdirib. Hadisədən təxminən 1 saat sonra, saat 20.40 radələrində isə onlar tibbi yardım almaq üçün Kliniki Tibbi Yardım Mərkəzinə müraciət ediblər. Hadisə yerinin yaxınlığında Ayna Sultanova küçəsi 1 ünvanında yerləşən ərzaq mağazasında satıcısı Zülfəli Babayev istintaqa ifadəsində həmin gün müştəri kimi xidmət göstərdiyi və "Azərbaycan" nəşriyyatının işçisi kimi tanıdığı A. Xəlilovun saat 19.50-20.00 radələrində mağazanın giriş qapısında dayanmaq üçün ondan icazə istədiyini, sonradan çıxıb getdiyini, təxminən 15-20 dəqiqə sonra polis işçilərinin əraziyə gələrək, hadisə ilə bağlı sorğu-suala başladıqlarını deyib. O, A. Xəlilovun həmin gün ona hər hansı şəxslə insidenti barədə söz demədiyini və tibbi yardım istəmədiyini söyləyib.Məlumatda daha sonra qeyd olunub ki, A. Xəlilov ona xəsarət yetirənləri görəcəyi təqdirdə mütləq tanıyacağını dəfələrlə desə də, 2 dəfə xüsusi kompüter proqramı və rəssam tərəfindən fotorobotun tərtib edilməsi zamanı onların əlamətlərini tam dəqiqliklə təsvir edə bilməyib.Baş Prokurorluq qeyd edib ki, istintaq kompleks əməliyyat-axtarış apararkən texniki vasitələrdən istifadə edib, bu zaman A. Xəlilova məxsus 484-85-76 saylı telefondan çoxsaylı zənglərin edildiyi, 681-80-60 saylı mobil telefona seksual xarakterli mesajlar göndərildiyi müəyyənlışib. Bu telefonun 1965-ci ildə Bakıda anadan olmuş, qeyri-ənənəvi seksual orientasiyalı Sergey Strekalin adlı şəxsə məxsus olması müəyyənləşdirilib və o, istintaqa cəlb edilib. Narkotik vasitələrdən istifadəyə meylli və yüngül həyat tərzi keçirən, hadisə baş verəndə həmin ərazidə olması texniki vasitələrlə müəyyənləşdirilmiş S. Strekalin şübhəli şəxs qismində dindirilib və o, martın 13-də təxminən saat 19.30 radələrində sürücüsü Eldar Rəsulovla birlikdə tanışının dəvəti ilə Səfərova Nüsrət Yaşar qızı ilə restorana getmək üçün sonuncunun yaşadığı Apelyasiya Məhkəməsinin yaxınlığındakı evin qarşısına gələlər, maşında onu gözlədiyini, bu vaxt əvvəllər tanıdığı A. Xəlilovun küçədən keçdiyini gördüyünü deyib. O, maşından kustar üsulla hazırlanmış düyməli bıçağı götürərək, enib və Aqili maşınına dəvət edib. S. Strekalin ifadəsində Aqili 2005-ci ildən tanıdığını, onunla intim münasibətləri olduğunu, 2007-ci ilin noyabr-dekabr aylarına qədər bu münasibətlərin davam etdiyini deyib. O bildirib ki, Aqil onu 3-cü şəxslər qarşısında ifşa etdiyinə görə aralarında soyuqluq və mübahisə yaranıb. Bu səbəbdən də maşında oturarkən Aqili ifşaedici hərəkətlərindən çəkindirmək və qorxutmaq üçün sol əli ilə onun boynundan tutub sağ əlindəki bağlı bıçağın dəstəyi ilə sinəsindən bir neçə dəfə zərbə endirib. Aqil maşından düşüb getdikdən sonra isəəlində olan bıçağın zərbələr zamanı düyməsinin bilmədən basılması nəticəsində açılmış vəziyyətdə olduğunu və bıçağın üzərində qan izlərini görüb. O, Aqili yaraladığını düşünərək həmin gün bıçağı 8-ci mikrorayonda yerləşən "Pink house" restoranının yaxınlığındakı yaşıllığa atıb. S. Sterekalin deyib ki, hadisədən iki gün sonra televiziyada Aqilin bıçaqlanmasını eşidib və martın 15-də ona zəng edib, amma müxbirin telefonu bağlı olduğu üçün danışa bilməyib. S. Strekalinə məxsus telefondan A. Xəlilova edilmiş bu zəng "Azercell-Telecom" Birgə Müəssisəsindən götürülmüş cıxarışlarla təsdiqini tapıb.S. Strekalin bu ifadəsini A. Xəlilovla üzləşmədə və hal şahidlərinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən bir daha təsdiq edib. Bu hadisəni S. Strekalinin oturduğu maşının sürücüsü Eldar Rəsulov və tanışı Nüsrət Səfərova təsdiqləyiblər. Baş Prokurorluq qeyd edib ki, istintaq zamanı A.Xəlilov S. Strekalinlə tanışlığını etiraf etsə də, digər məlumatları və ifadələri inkar edib. Lakin istintaq A. Xəlilovun S. Strekalindən başqa, sonuncunun evində qeyri-ənənəvi orientasiyaya malik kişi cinsinə mənsub digər şəxslərlə də münasibətlərinin olduğunu müəyyənləşdirib və belələrindən biri kimi Xalis Məmmədov adlı bir şəxsi göstərib. Açıqlamada bildirilib ki, "Azercell-Telekom" Birgə Müəssisəsindən götürülmüş çıxarışlarla A. Xəlilovun telefonundan S. Strekalinə 2007-ci ilin dekabr və 2008-ci ilin yanvar ayları ərzində çoxsaylı telefon zəngləri edildiyi, 16 seksual xarakterli yazılı mesaj göndərildiyi müəyyənləşib. Baş Prokurorluq bildirib ki, S. Strekalinin hadisə zamanı məhz həmin yerdə olması və A. Xəlilova xəsarət yetirməsi faktı həyata keçirilmiş digər əməliyyat-texniki tədbirlərlə də öz təsdiqini tapıb. Buna görə də S. Strekalin CM-nin 127.1 və 234.1 (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib.Açıqlamada qeyd olunub ki, bu faktlar hadisənin A. Xəlilovun jurnalist kimi peşə fəaliyyəti ilə deyil, onun şəxsi həyatı ilə bağlı olduğunu, hadisənin şəxsi zəmində intiqam almaq niyyəti ilə baş verdiyini göstərir.Baş Prokurorluq vurğulayıb ki, hazırda istintaq davam edir və cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halların tam, obyektiv araşdırılması təmin ediləcək.

10. #1020
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Rusiyaya nota verib

[b]Azərbaycan Rusiyaya nota verib[b]

Moskva. Anarə Axundova - APA. Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Səfirlikdən APA-nın Rusiya bürosuna verilən məlumatda bildirilir ki, bu il martın 28-də Moskvada Rusiya Federasiyası (RF) Dövlət Dumasının MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin başçılıq etdiyi MDB ölkələri İnstitutunda "Kosovodan sonra: tanınmamış dövlətlərin birliyi tanınmağa doğru yolda" adlı beynəlxalq konfrans keçirilib. Həmin konfransa Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma rejimin nümayəndələri dəvət edilib və RF hakimiyyət orqanlarının nümayəndələri iştirak edib. Faktla bağlı səfirlik müvafiq tədbirlər görüb və 07.04.2008 tarixində RF XİN-ə etiraz notası ünvanlanıb. Sənəddə aydın və kəskin şəkildə RF Konstitusiyasına görə qanunvericilik hakimiyyəti orqanının nümayəndəsi, üstəgəl parlamentin MDB məsələləri ilə məşğul olan komitə sədrinin birinci müavini K. Zatulinin bu cür qanunsuz fəaliyyətdən əl çəkməməsinə diqqət yetirilib və belə bir fəaliyyətin qəbuledilməz olduğu bildirilib. Konfransa RF XİN və Moskva Hökuməti nümayəndələrin dəvət edilməsinin də iki ölkə arasında təşəkkül tapmış və Azərbaycanla Rusiya arasında bağlanmış müqavilə və digər siyasi-hüquqi sənədlərdə əks etdirilmiş strateji əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi açıq bəyan edilib. RF XİN-dən konfransın keçirilməsi ilə əlaqədar izahatın verilməsi və gələcəkdə bu cür hallara yol verilməməsi də xahiş olunub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.