[b]Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər[b]
Bakı. Laçın Sultanova-APA. Şanxay əməkdaşlıq təşkilatına bənzər Xəzəryanı əməkdaşlıq təşkilatı yarana bilər. APA-nın "RİA Daqestan" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın iştirakı ilə beynəlxalq forumun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyi gözlənilir. Məlumatı verən mənbə hesab edir ki, bu ölkələrin əməkdaşlığının daha da gücləndirilməsi üçün yeni beynəlxalq strukturun yaranmasına ehtiyac var. Bu təşkilat innovasiya iqtisadiyyatının yaradılmasına, region əhalisinin həyatının standartlarını təmin etmək üçün istehsalatın iqtisadi effektivliyini radikal surətdə yüksəltməyə xidmət edəcək. Təşkilatın yaradılması məqsədi ilə Dərbənddə «Narın-Qala» adlı beynəlxalq iqtisadi forumun keçirilməsi nəzərdə tutulur. Güman edilir ki, bu forum Avrasiya Davosu ola bilər. Tədbirin nə vaxt keçiriləcəyi barədə Dağıstanın Azərbaycandakı nümayəndəliyində məlumatsız olduqlarını bildiriblər.
4610 sonuçtan 531 ile 540 arası

03-18-2008, 01:16 PM #531Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yaz Azərbaycana martın 20-də saat 09.08-də qədəm qoyacaq
[b]Yaz Azərbaycana martın 20-də saat 09.08-də qədəm qoyacaq[b]
Bakı. Laura Cəbrayıllı - APA. Bahar fəsli bu il Azərbaycana martın 20-si saat 09.08-də qədəm qoyacaq.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev məlumat verib. Novruz bayramına həsr edilən bayram şənliklərinə isə bu gündən - ilin son çərşənbəsindən start verilib. Bu gün xalq arasında "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" kimi qeyd olunur. İnanclara görə, od, su, hava və nəhayət bu gün torpaq oyanır.

03-18-2008, 01:21 PM #532Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzəryanı ölkələrin əməkdaşlıq təşkilatı yarana bilər

03-18-2008, 01:26 PM #533Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda polis Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
[b]Azərbaycanda polis Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan polisi Novruz Bayramı ilə əlaqədar 9 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, ölkə ərazisində əhalinin bayramı daha sakit, təhlükəsiz şəraitdə qeyd etməsi üçün daxili işlər orqanları martın 20-dən 29-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

03-18-2008, 01:31 PM #534Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistanda kütləvi aksiyaların keçirilməsi qanunla çətinləşdirilib
[b]Ermənistanda kütləvi aksiyaların keçirilməsi qanunla çətinləşdirilib[b]
İrəvan - APA. Ermənistan parlamenti "Mitinqlər, nümayişlər, yürüşlər və kütləvi toplantıların keçirilməsi" haqqında qanuna dəyişiklik və əlavələr edib. APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən kütləvi aksiyaların Konstitusiya quruluşunu zorla dəyişdirməyə, milli, irqi, dini nifrəti qızışdırmağa, müharibə və zorakılıq təbliğatına yönəldiyi barədə əvvəlcədən dəqiq məlumatlar olarsa, həmçinin bu cür tədbirlər milli təhlükəsizliyə, ictimai asayişə, cəmiyyətin mənəviyyatına və sağlamlığa, digər şəxslərin konstitusion hüquq və azadlıqlarına zərər vurarsa, belə tədbirlərin keçirilməsi qadağan edilə bilər. Bu məlumatları polis və Milli Təhlükəsizlik Xidməti rəsmi şəkildə təqdim etməlidir. Qanunda deyilir ki, kütləvi aksiyalar insan ölümlərinə gətirib çıxaran iğtişaşlara çevrilərsə, yeni cinayətlərin qarşısını almaq üçün səlahiyyətli orqan kütləvi tədbirlərin keçirilməsini müvəqqəti yasaqlamaq hüququna malikdir. Sənədə əsasən kütləvi aksiyalar yalnız müvafiq dövlət orqanını yazılı şəkildə xəbərdar etdikdən sonra keçirilə bilər.

03-18-2008, 01:36 PM #535Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il fevralın 29-da Quantanamoda saxlanılan azərbaycanlı əsirlə görüşüblər
[b]Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri bu il fevralın 29-da Quantanamoda saxlanılan azərbaycanlı əsirlə görüşüblər[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Quantanamo həbsxanasında saxlanılan azərbaycanlı Polad Siracovla bu il fevralın 29-da görüşüblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, BQXK nümayəndələri Polad Siracovun saxlanma şəraiti, durumu ilə bağlı monitorinq aparıblar. Bildirilib ki, P. Siracov ailəsinə şifahi şəkildə mesaj göndərib və ailə üzvləri bu barədə məlumatlandırılıb. Qeyd edək ki, P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb. 2002-ci il yanvarında ailəsinə onun talibançılarla birlikdə həbs olunaraq Quantanamo həbsxanasına aparıldığı barədə məlumat verilib.

03-18-2008, 01:41 PM #536Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
2-ci Azərbaycan Beynəlxalq Moda və Aksesuarlar Sərgisinin açılış mərasimi keçirilib
[b]2-ci Azərbaycan Beynəlxalq Moda və Aksesuarlar Sərgisinin açılış mərasimi keçirilib[b]
Bakı. Ülkər Qasımova-APA. Bu gün 2-ci Azərbaycan Beynəlxalq Moda və Aksessuarlar Sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə Sənaye və Ticarət Palatasının vitse-prezidenti Mehman Əhmədov, "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov və digərləri iştirak edib. Sərginin meneceri Səbinə Mirzəyeva bildirib ki, tədbirdə yalnız xarici, Azərbaycanda nümayəndəliyi və distributoru olmayan geyim, ayaqqabı və aksessuar istehsalçılarının təklif etdiyi 50-dən çox dünya brendi təqdim olunur: "İlk dəfə olaraq sərgiyə, ayaqqabı, paltar və üst geyimləri təqdim edən İtaliya şirkətləri də qatılıb. İstehsalçılardan başqa, Moda və Aksessurlar sərgisi ən iri "Li-Lu" nümayiş otağını təqdim edir". "İteca Caspian"ın təşkilatçılığı ilə keçirilən 2-ci sərgisi martın 20-dək davam edəcək.

03-18-2008, 01:51 PM #537Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Məşhur fransız müğənnisi Patrisiya Kaas martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək
[b]Məşhur fransız müğənnisi Patrisiya Kaas martın 19-da Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək[b]
Bakı. Ülkər Qasımova-APA. Martın 19-da məşhur fransız müğənnisi Patrisiya Kaas Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müğənninin Azərbaycana səfəri Bakıda ilk dəfə olaraq fəaliyyətə başlayacaq "Cartier" mağazasının açılış mərasimində iştirak məqsədi daşıyır.
Patrisiya Kaas açılış mərasimində iştirak etməklə yanaşı, bir konsert proqramı ilə də çıxış edəcək. APA-nın əldə etdiyi məlumata görə, məşhur müğənninin konsertinə bilet satışı olmayacaq. Konsertə giriş yalnız xüsusi dəvətnamələr əsasında mümkün olacaq. Həmin gün "Cartier" mağazasının açılış mərasimində iştirak etmək üçün Bakıya bu mağazalar şəbəkəsinin siması, məşhur italyan aktrisası Monika Belluçi də gələcək.

03-18-2008, 01:56 PM #538Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ehsan Zahidov: "Vüqar Cabbarovdan odlu silah və narkotik vasitə götürülüb"
[b]Ehsan Zahidov: "Vüqar Cabbarovdan odlu silah və narkotik vasitə götürülüb"[b]
Bakı. Samir Kazımlı-APA. Sabunçu rayon Polis İdarəsinin (RPİ) 14-cü polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Vüqar Əlixan oğlu Cabbarov tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib. E. Zahidovun sözlərinə görə, V. Cabbarovun üzərindən 1 ədəd qundağı kəsilmiş ov tüfəngi, 6,19 qram marixuana aşkarlanıb. Onun tutularkən polisə müqavimət göstərdiyini, polis əməkdaşlarının xidməti avtomobilinin şüşələrinin sındırdığını deyən E. Zahidov bildirib ki, V. Cabbarova qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət başlanılıb, istintaq aparılır. Qeyd edək ki, bu ilin fevralında V. Cabbarovun axtarışda olan qardaşı, 23 yaşlı Zülfüqar Cabbarovun yaxalanması keçirilən əməliyyat zamanı Z. Cabbarov odlu silahdan atəş açaraq 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlova xəsarət yetirib.

03-18-2008, 02:36 PM #539Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
YAP rəhbərliyi Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib
[b]YAP rəhbərliyi Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib[b]
Bərdə. Teymur Quliyev - APA. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan millət vəkilləri Novruz Bayramı münasibətilə Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçiriblər.
APA-nın Qarabağ bürosunun məlumatına görə, görüşdə millət vəkilləri Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvləri Şahlar Əsgərov və Kərim Kərimli iştirak ediblər. Onlar əsgərlərə bayram sovqatları təqdim ediblər. Günün ikinci yarısında isə YAP rəhbərlində təmsil olunan şəxslər ön cəbhəyə gedəcək və səngərdəki əsgərlərlə görüşərək onlara da bayram hədiyyələri verəcəklər.

03-18-2008, 02:41 PM #540Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Vasili İstratov: "Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək"
[b]Vasili İstratov: "Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək"[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiya hər zaman Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək. Bu mövqedə heç bir dəyişiklik edilməyib, yoxdur və edilməyəcək".
Bu açıqlamanı APA-ya Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov verib. O bildirib ki, BMT Baş Assambleyasının iclasında ATƏT-in Minsk Qrupunun həmsədrləri yekdil qərar qəbul edərək, Azərbaycanın təqdim etdiyi qətnaməyə etiraz ediblər: "Həmsədrlərin fikrincə, qətnamə layihəsinin mətni balanslaşdırılmamış olub. Onlar bildirirlər ki, mətndə bəzi məqamlar əks olunmayıb". Səfir qeyd edib ki, həmsədr ölkələr qətnamə layihəsinin mətnini balanslaşdırmağa bir neçə dəfə cəhd göstərsələr də, Azərbaycan tərəfi sənədin dəyişikliklər və əlavələr edilmədən səsverməyə çıxarılmasını tələb edib. Vasili İstratov ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dəyişdirilməsi ilə bağlı sualı da cavablandırıb: "Belə bir təşəbbüs yoxdur və vasitəçilərin dəyişdirilməsi çox çətin prosesdir. Məncə, həmsədrlər aktiv işləyirlər və münaqişə tərəflərinə problemin həlli üçün yardımı davam etdirməyə hazır olduqlarını bəyan ediblər".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri