Sayfa 51/461 İlkİlk ... 41495051525361101151 ... SonSon
4610 sonuçtan 501 ile 510 arası

Azərbaycan Xəbərləri

1. #501
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib

[b]"Azadlıq" qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib[b]

Bakı. Hacı Zeynalov - APA. "Azadlıq" qəzetinin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanan əməkdaşı Aqil Xəlil bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməliyyat işləri üzrə rəis müavini Elxan Hüseynova ifadə verib.

A. Xəlil APA-ya bildirib ki, hadisəni təfərrüatı ilə rəis müavininə danışıb və ondan cinayətkarların cəzalandırılması üçün lazımı tədbirlərin görülməsini xahiş edib. E. Hüseynov isə A. Xəlilin ifadəsi əsasında jurnalistə hücum edən şəxsin foto-robotunun hazırlandığını, əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, A. Xəlildən hadisə yerində ifadə alınacağını deyib. Qeyd edək ki, jurnalist bu gün xəstəxanadan evə buraxılıb. Onun müalicə olunduğu Kliniki Tibbi Mərkəzin şöbə müdiri Zaur Məmmədli xəstənin öz xahişi ilə nəzərdə tutulduğundan 3 gün əvvəl evə buraxıldığını və onun həyatı üçün hər hansı təhlükə olmadığını söyləyib. A. Xəlil isə xəstəxanadakı şəraitsizliyə görə öz təşəbbüsü ilə oranı tərk etdiyini və müalicəsini ev şəraitində davam etdirəcəyini vurğulayıb.

2. #502
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb

[b]Bakıda cibgirliklə məşğul olan şəxs yaxalanıb[b]

Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Bakının Suraxanı rayonunda cibgirliklə məşğul olmaqda təqsirləndirilən Tunar Hüseynov adlı şəxs yaxalanıb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, T. Hüseynov Qaraçuxur qəsəbəsində Nərgiz Əliyeva adlı qadının çantasından telefon çıxartmaq istəyərkən saxlanıb. İlkin araşdırmalar zamanı T. Hüseynovun əvvəllər cibgirliklə məşğul olduğuna görə məhkum edildiyi müəyyənləşib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb.

3. #503
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

BMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi açılacaq

[b]BMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi açılacaq[b]

Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə aprelin sonunda BMT-nin Cenevrədəki nümayəndəliyində Azərbaycan rəssamlarının foto sərgisi keçiriləcək. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, sərgidə Rafiq Bəhramovun, Çingiz Səmədovun, Rəna Əfəndinin və bir sıra digər rəssamların fotoları nümayiş olunacaq. Aprelin sonunda isə Berndə Azərbaycanlı pianoçu Adilə Əliyevanın konserti keçiriləcək.

4. #504
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qarabağ Azadlıq Təşkilatı: "ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur"

[b]Qarabağ Azadlıq Təşkilatı: "ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur"[b]

Bakı. Elnur Məmmədli - APA. "Bundan sonra ATƏT-in Minsk Qrupunun öz fəaliyyətini davam etdirməsinə ehtiyac yoxdur ". Bu bəyanatda Qarabağ Azadlıq Təşkilatı (QAT) çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən sonra sənədin əleyhinə səs vermiş MQ-nun həmsədri olun dövlətlər öz mövqelərini əsaslandırmaqla özlərinə bəraət qazandırmaq istəyirlər. QAT hesab edir ki, Azərbaycan hakimiyyəti bu faktdan düzgün nəticələr çıxarmalı, Qarabağ məsələsində ədalətsiz mövqe tutan ölkələrlə münasibətlərə yenidən baxmalıdır.

5. #505
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Türkiyə Konstitusiya Məhkəməsində AKP-nin bağlanması ilə bağlı rəsmi prosedur başlayıb

[b]Türkiyə Konstitusiya Məhkəməsində AKP-nin bağlanması ilə bağlı rəsmi prosedur başlayıb[b]

Ankara. Mayis Əlizadə - APA. Türkiyə Konstitusiya Məhkəməsinin sədr müavini Osman Əlifəyyaz Paksüt Ədalət və İnkişaf Partiyasının (AKP) bağlanması ilə bağlı rəsmi prosedurun başladığını açıqlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, baş prokurorun hazırladığı ittihamnamənin KM üzvlərinə paylandığını söyləyən O. Ə. Paksüt iş üzrə məruzəçi təyin ediləcəyini bildirib. Sonra KM ittihamnamə ilə bağlı ilkin araşdırma apararaq işin icraata qəbul edilib-edilməyəcəyinə qərar verəcək. İş icraata qəbul edilərsə, AKP 1 ay müddətində yazılı müdafiəsini quruma göndərəcək və baş prokuror Əbdürrəhman Yalçınkaya da ittihamnaməni əsaslandıracaq. Daha sonra AKP-nin səlahiyyətli şəxsləri Konstitusiya Məhkəməsində şifahi müdafiə çıxışı edəcəklər. Bu prosedurlardan sonra məruzəçi işlə bağlı bütün məlumatları, sənədləri toplayaraq məruzə hazırlayacaq. Məruzədə ya ittihamnamənin təmin olunması, ya da rədd edilməsi tələb olunacaq və bu mövqe əsaslandırılacaq. Məruzənin Konstitusiya Məhkəməsinin 11 üzvünə paylanmasından sonra qurumda müzakirələr başlayacaq. Konstitusiyaya əsasən partiyaların fəaliyyətinin dayandırılması üçün mütləq səs çoxluğu - 11 üzvdən 7-nin səsi tələb olunur. Xatırladaq ki, Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı məsələ qaldırıb. O, prezident Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla, 71 AKP üzvünün siyasi fəaliyyətinin 5 il müddətinə qadağan edilməsini istəyib.

6. #506
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sergey Lebedev: "BMT Baş Assambleyasında son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək"

[b]Sergey Lebedev: "BMT Baş Assambleyasında son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək"[b]

Bakı. Ülviyyə Əliyeva-APA. "Düşünürəm ki, BMT Baş Assambleyasında keçirilən son səsvermənin nəticələri MDB ölkələri arasında əməkdaşlığa mənfi təsir göstərməyəcək".

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə Bakıda səfərdə olan MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. Onun sözlərinə görə, MDB dövlətləri Dağlıq Qarabağ münaqişəsinin məqbul həllinin tərəfdarıdır: "MDB ölkələri problemin Azərbaycanın və Ermənistanın maraqları çərçivəsində həll olunmasını istəyir. Bu, ümumi problemdir. Hər şey Azərbaycandan, Ermənistandan və danışıqlar prosesinin səviyyəsindən asılıdır. MDB ölkələri problemin həlli üçün var gücü ilə çalışır".

7. #507
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş martın 31-də Azərbaycana səfər edəcək

[b]Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş martın 31-də Azərbaycana səfər edəcək[b]

Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş martın 31-də Bakıya səfər edəcək. Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı Ofisindən məlumat verilib.

Səfər çərçivəsində Yan Kubişin Azərbaycan rəsmiləri, siyasi partiya və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Aprelin 3-4-də isə Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri gözlənilir. Qrupa İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Pyer Syorgen rəhbərlik edir.

8. #508
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sergey Lebedev: "MDB daxilində müəyyən problemlər var"

[b]Sergey Lebedev: "MDB daxilində müəyyən problemlər var"[b]

Bakı. Ülviyyə Əliyeva-APA. "MDB daxilində müəyyən problemlər var. Ancaq əsas odur ki, MDB dövlətləri və dövlət başçıları problemlərin hər bir ölkənin maraqları və MDB-nin ümumi maraqları çərçivəsində həll olunmasını istəyir". APA-nın məlumatına görə, bunu jurnalistlərə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib. S. Lebedev bildirib ki, quruma üzv dövlətlər arasında əməkdaşlıq daha da genişlənməlidir. O, Azərbaycana səfəri çərçivəsində dövlət rəsmiləri ilə görüşərək, bütün aktual məsələləri müzakirə edəcəyini söyləyib.

9. #509
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq

[b]İzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq[b]

Bakı. Ülkər Qasımova-APA. Martın 19-da İzmirdə keçiriləcək Dünya Şeir Günündə Azərbaycan da təmsil olunacaq. Tədbirdə iştirak edəcək İrəvan Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev APA-ya bildirib ki, o, tədbir çərçivəsində İstanbul, İzmir və Manisada olacaq. İ. Piriyev tədbirdə müəllifi olduğu bir neçə şeiri ilə çıxış edəcək.

10. #510
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Oqtay Şirəliyev: "Tibbi sığorta gələn ildən Azərbaycanda geniş şəkildə tətbiq olunacaq"

[b]Oqtay Şirəliyev: "Tibbi sığorta gələn ildən Azərbaycanda geniş şəkildə tətbiq olunacaq"[b]

Əli Bayramlı. Əlibəy Zeynalov-APA. "Tibbi sığorta bu il Azərbaycanın bir neçə pilot rayonunda, gələn il isə daha geniş şəkildə tətbiq olunmağa başlanacaq". Bunu səhiyyə naziri Oqtay Şirəliyev APA-nın Mil-Muğan bürosunun sualını cavablandırarkən deyib. Nazirin sözlərində görə, tibbi sığortanın ölkədə geniş tətbiq ediləcək. Bölgədə QİÇS-li xəstələrin sayının artmasına münasibət bildirən nazir "QİÇS-li xəstələrin bölgədə statistikasının müəyyənləşdirilməsi özü-özlüyündə görülən işlərdən xəbər verir", - deyə qeyd edib: "Biz bu sahədə beynəlxalq qurumlarla sıx əəmkdaşlıq edirik və profilaktik tədbirlər planı həyata keçiririk".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.