KÜVEYT İLƏ AZƏRBAYCANI ÇOX MÖHKƏM ƏLAQƏLƏR BAĞLAYIR
Bakıda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nasir Casim əl-Sani AzərTAc-a müsahibəsində demişdir ki, Küveyt ilə Azərbaycanı çox möhkəm əlaqələr bağlayır. Səfərdən məqsəd də ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da möhkəmlətməkdir. Küveytdə Azərbaycana böyük maraq vardır.
O əlavə etmişdir ki, Küveyt Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş insanlara humanitar yardım göstərir. Biz bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirik.
Azərbaycanın iqtisadi inkişafına toxunan qonaq demişdir ki, Bakıda çox geniş tikinti-quruculuq işləri gedir. Biz Küveyt iş adamlarını Azərbaycana investisiya qoymağa dəvət edəcəyik. Çünki burada çox böyük imkanlar vardır. Bu isə digər sahələrdə də əməkdaşlığı genişləndirməyə imkan yaradacaqdır.
AzərTAc
Azərbaycan Xəbərləri
Printable View
-
10-23-2007, 02:24 PMyeshu
-
10-23-2007, 04:43 PMyeshu
Oktyabrın sonuna kimi Bakı ilə Naxçıvan arasında avtobus reysi açılacaq
Bu il oktyabrın sonuna kimi Bakı ilə Naxçıvan arasında nəqliyyat probleminin həlli məqsədilə paytaxtdan Muxtar Respublikaya (MR) İran vasitəsilə avtobus reysi açılacaq. APA-nın məlumatına görə, bu barədə millət vəkili Siyavuş Novruzov bildirib. MR-in hələ SSRİ vaxtında da nəqliyyat probleminin olduğunu deyən S. Novruzov hesab edir ki, yalnız təyyarə reysi ilə problemi tam həll etmək mümkün deyil: “Dövlət problemin həlli üçün bütün imkanlardan istifadə edir. Oktyabrın əvvəlindən İran vasitəsi ilə avtobus yolunun açılması ilə bağlı iş başlayıb. İndi xırda detallar qalıb və ayın axırına kimi məsələ həll olunacaq”.
525-ci Qazət -
10-23-2007, 05:48 PMyeshu
Rusiya vətəndaşlarının 13 faizi Azərbaycanla Rusiyanın birləşməsini istəyir
Rusiya vətəndaşlarının 13 faizi ölkənin Azərbaycanla birləşməsinə tərəfdardır. Bu rəqəm Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin “Rusiya vətəndaşları hansı ölkə ilə birləşməni məqbul sayır?” mövzusunda keçirdiyi sorğu nəticəsində ortaya çıxıb.
Ruslar daha çox Belarus (42%), Ukrayna (36%) və Qazaxıstanla (30%) birləşməyə tərəfdardır. Rusiyanın Avropa Birliyinə daxil olmasını istəyən rusların sayı 17 faiz təşkil edir. Respondentlər arasında Ermənistan (15%), Moldova (14%), Özbəkistan (14%), Qırğızıstan (13%), Tacikistan (12%), Gürcüstan (11%), hətta Türkiyə ilə də (4%) birləşmə tərəfdarları var. Sorğuya qatılanların 36 faizi Rusiyanın hər hansı ölkə ilə birləşməsini istəmir, 18 faiz isə Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın birləşdiyi federasiyada yaşamaq istədiyini deyib. Rusların 17 faizi SSRİ-nin yenidən bərpa olunmasını, 13 faizi Avropa Birliyində yaşamağı, 9 faizi isə MDB ərazisində yaşamaq istəmədiyini bildirib.
Express.com.az -
10-23-2007, 05:50 PMyeshu
Aygün Kazımovanı Türkiyədən deportasiya etdilər
Müğənni Aygün Kazımova dünən Türkiyədən deportasiya edilib. Bu barədə onun özü "ANS" telenkanalına məlumat verib.
Belorusda keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak etmiş müğənni geri qayıdarkən yolüstü İslanbulda saçını düzəltdirmək istəyirmiş. Lakin hava limanında sərhədçilərlə müğənni arasında yaşanmış insident A.Kazımova üçün arzuoğlunmaz sonluqla başa çatıb: onu məcburən Minskə qaytarıblar.
"Mənə dedilər ki, şlyapamı çıxarım, bunu edərkən üzərimə qışdırdılar. Mən də etiraz etdim", - müğənni baş vermiş insidenti belə nəql edib. Aygün xanım Bakıya bu gün qayıdacaq.
Xəzər Altay -
10-25-2007, 10:43 AMyeshu
[size=18]ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ MİLLİ ORDUMUZUN MÖVQELƏRİNİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTMUŞLAR[/size]
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 23-də saat 18.50-dən oktyabrın 24-ü saat 02.15-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.50-dən saat 23.20-dək Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 22.10-dan oktyabrın 24-ü saat 00.45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
Azertag -
10-25-2007, 10:46 AMyeshu
Həmsədrlər Ermənistan prezidenti ilə görüşüblər
Dağlıq Qarabağ münaqişəsinin nizamlamasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri başlayıb.
APA-nın məlumatına görə, dünən İrəvana gələn vasitəçilər Ermənistan prezidenti Robert Koçəryanla görüşüblər. Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlamasının hazırkı mərhələsi, o cümlədən danışıqlarda razılığa gəlinməmiş detallar ətrafında müzakirələr aparılıb. Vasitəçilərin Dağlıq Qarabağa səfər edəcəkləri barədə məlumat verilmir. Həmsədrlərin Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlarının oktyabrın 26-da baş tutacağı gözlənilir.
Adalet -
10-25-2007, 05:31 PMyeshu
SƏUDİYYƏ ƏRƏBİSTANINDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏK
AzərTAc Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, noyabrın 9-dan 14-dək Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günləri keçiriləcəkdir.
Mətbuat xidmətindən bildirmişlər ki, mədəniyyət günləri ilə əlaqədar Azərbaycandan həmin ölkəyə rəssamların, aktyorların və digər incəsənət xadimlərinin səfəri nəzərdə tutulmuşdur.
Tədbir çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etrdirən fotosərgi və rəssamlarımızın əsərlərindən ibarət sərgilər açılacaq, aktyorlarımızın ifasında tamaşalar göstəriləcəkdir.
AzərTAc -
10-25-2007, 05:39 PMyeshu
Gürcüstan Azərbaycanın Kurmux kilsəsinə yeni keşiş göndərəcək
Gürcüstanın Provaslav Kilsəsi Azərbaycanın gürcü əhalinin kompakt yaşadığı Qax rayonunun Kurmux kəndinin Müqəddəs Georgi kilsəsində ibadət etməsi məqsədilə yeni keşiş göndərəcək. Azərbaycan vətəndaşlığına malik olacaq İohan Ata Qabriel Atanı əvəz edəcək. Bu barədə cümə axşamı «Trend»ə Gürcüstan Patriarxlığından verilən məlumatda deyilir.
Ötən həftə Gürcüstan KİV-inin yaydığı məlumatda bildirilib ki, Kurmux kilsəsi yerli hakimiyyət orqanları tərəfindən bağlanıb və kilsədə ibadət edilməsinə qadağa qoyulub. Azərbaycanın XİN rəsmiləri bu məlumatı Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına yönəlmiş provokasiya kimi qiymətləndiriblər.
Müqəddəs Georgi kilsəsinin keşişi Qabriel Ata bir ay ərzində Azərbaycan vətəndaşlığı əldə etməli idi. Əks halda o Azərbaycanı tərk etməli idi. Bir gün əvvəl Qax rayonu İcra Hakimiyyətinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müavini Ziyafət Xasayevanın verdiyi məlumata görə, Gürcüstan katalikosu, patriarx İliya II tərəfindən təyin olunmuş Gürcüstan vətəndaşı İosif Tamazoviç Canbazaşvili Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir. Xasayeva bildirib ki, keşiş bir illik müddət üçün qeydiyyatdan keçib və bu müddət artıq sona çatıb. Azərbaycan qanunvericiliyinə əsasən isə Azərbaycan vətəndaşı olmayan şəxs hər-hansı bir dini qrumu təmsil edə, və ya respublika ərazisində həmin dini qrumun adından dini fəaliyyətlə məşğul ola bilməz.
İohan Ata Kurmux kilsəsində artıq üç il xidmət göstərib.
Gürcüstan Patriarxlığı keşişin yenisi ilə əvəz olunmasını son qalmaqalla əlaqədar olmadığını bildirir. -
10-25-2007, 05:41 PMyeshu
Abdulla Gülün Azərbaycana səfəri zamanı 4 sənəd imzalanacaq
Türkiyənin prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı 4 sənəd imzalanacaq.
Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu məlumat verib. O bildirib ki, imzalanacaq sənədlərin hamısı iqtisadi xarakterlidir. Artıq sənədlərdən biri – ölkələr arasında ikili vergiqoymanın aradan qaldırılması haqda saziş layihəsi razılaşdırılıb. A. Gülün səfər proqramının zəngin olacağını vurğulayan diplomat prezidentin Gəncə şəhərinə də gedəcəyini deyib.
Qeyd edək ki, A. Gül 6-8 noyabr tarixlərində Azərbaycanda olacaq.
525-ci Qazət -
10-26-2007, 11:18 AMyeshu
Gələn ay əfv fərmanı verilə bilər
ADLARI ƏFVƏ DÜŞƏCƏK MƏHBUSLARIN SİYAHISI PREZİDENT APARATINA TƏQDİM EDİLİB
12 Noyabr-Konstitusiya Günü münasibətilə əfv fərmanının imzalanacağı gözlənilir. Bu barədə APA-ya Prezident yanında Əfv Komissiyasından məlumat daxil olub. Məlumata görə, əfv fərmanı imzalanana kimi Əfv Komissiyanın iclası keçirilməyəcək. Komissiyanın sonuncu iclası iyulun ortalarında baş tutub, həmin vaxt əfvlə bağlı müraciətlərə baxılıb və adları əfvə düşəcək məhbusların siyahısı Prezident Aparatına təqdim olunub. Konstitusiya Günü münasibətilə imzalanacaq əfv fərmanına həbsdə olan jurnalistlərin də adının daxil ediləcəyi gözlənilir. -
10-26-2007, 11:21 AMyeshu
Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərar çıxardı
RESPUBLİKA DOĞUM EVİNİN SABİQ BAŞ HƏKİMİNİN İDDİASI TƏMİN EDİLDİ
Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycanla bağlı daha bir qərar elan olunub. Məhkəmədən APA-ya bildirilib ki, Respublika Doğum Evinin sabiq baş həkimi, 1955-ci il təvəllüdlü Bakı sakini Lətifə Əfəndiyevanın 31556/03 saylı şikayəti təmin edilib. Şikayətdə bildirilib ki, L.Əfəndiyeva 1993-cü ilin dekabrında Respublika Doğum Evinin baş həkimi vəzifəsindən azad olunub. Bu addımı qanunsuz hesab edən L.Əfəndiyeva Səhiyyə Nazirliyini məhkəməyə verib. Onun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə işə yenidən bərpa olunması və qanunsuz işdən azad edildiyinə görə kompensasiya ödənilməsi ilə bağlı şikayəti 2007-ci ilin iyulunda təmin olunub. Məhkəmə L.Əfəndiyevanın hüquqlarının pozulması faktını təsdiqləyib. L.Əfəndiyevanın nümayəndəsi Muxtar Mustafayev bildirib ki, şikayət ərizəsi 2004-cü ildə AİHM-də icraata götürülüb. Müdafiə tərəfi ərizədə iddiaçıya 250 min avro ziyan dəydiyini bildirib və Azərbaycan hökumətinin bu məbləği ödəməyə məhkum olunmasını xahiş edib. Məhkəmə Azərbaycan hökumətinə 3 ay vaxt verib ki, L.Əfəndiyevanın pozulmuş hüquqları bərpa edilsin, əks halda təzminat məsələsi müzakirə mövzusu olacaq: "Bu işlə bağlı Ali Məhkəmə Lətifə Əfəndiyevanın xeyrinə üç dəfə qərar çıxarsa da, aşağı instansiya məhkəmələri bu qərarları nəzərə almayıb. Biz özümüzü bu məsələdə qalib hesab etmirik. Çünki mənim üçün Azərbaycan məhkəmələrinin çıxardığı qərarlar daha böyük önəm kəsb edir". -
10-26-2007, 11:23 AMyeshu
Qadın alverinə qarşı mübarizə davam edir
Qadın alveri ilə məşğul olan iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Ağarzayeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi üçün həbs olunub. Lökbatan qəsəbə sakini Pərvanə Quliyeva isə insan alveri ilə məşğul olaraq, bir qrup şəxslə cinayət əlaqəsinə girib qadınları cinsi istismara məruz qoymaq məqsədilə Dubay Əmirliyinə və Bəhreyn Sultanlığına aparması faktı ilə əlaqədar saxlanılıb
525-ci Qazət -
10-26-2007, 11:24 AMyeshu
Yəhudi diasporunun nümayəndələri Azərbaycana gələcək
Gələn ay ABŞ-da yaşayan İsrail vətəndaşlarının əməkdaşlıq təşkilatının - AİPAC-ın 80-ə yaxın nümayəndəsi Azərbaycana gələcək. İsrailin Bakıdakı səfiri Artur Lenkin APA-ya verdiyi məlumata görə, nümayəndə heyəti regiona səfər çərçivəsində öncə İsraildə, daha sonra isə Azərbaycan və Türkiyədə olacaqlar. Səfərdə məqsəd Azərbaycan, İsrail, ABŞ və Türkiyənin qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.
525-ci Qazət -
10-26-2007, 11:27 AMyeshu
Kuba Cənubi Qafqazda ilk səfirliyini açacaq
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Kubanın ölkəmizdəki müvəqqəti işlər vəkili Marsello Kabalyero Torresi qəbul edib.
M.Torres bildirib ki, Kubanın Azərbaycanda səfirliyinin açılması və bununla bağlı texniki məsələlərin qaydaya salınması məqsədilə ölkəmizə səfər edib. Kubanın və Latın Amerikasının Cənubi Qafqazda ilk səfirliyi kimi bu diplomatik nümayəndəliyin Azərbaycanda açılmasından məmnun olduğunu deyən M.Torres Kubada Azərbaycanın da səfirliyinin açılacağına ümidvar olduğunu bildirib.
Adalet -
10-26-2007, 11:30 AMyeshu
Manananın toyu gələn ilin yanvarında Bakıda olacaq
Azərbaycan şou-biznesinin tanınmış müğənnilərindən olan gürcü qızı Manana Caparidzenin gələn il yanvarın 8-də toyu olacaq. Manana APA-ya açıqlamasında bildirib ki, onun ailə quracağı şəxs Gürcüstan vətəndaşıdır.
Toy Bakıdakı "Sarı gəlin" şadlıq sarayında keçiriləcək. Toyda Azərbaycan mətbəxi ilə yanaşı, qonaqlara gürcü mətbəxindən də yeməklər təklif olunacaq. Müğənninin gələcək həyat yoldaşının adı Georgidir: "Bakıdan sonra Gürcüstanda da toy olacaq. Bakıdakı toya Gürcüstandan sənətçilər gələcək və bu toy digər el şənliklərinə oxşamayacaq. Xaricdən kimisə dəvət etməyi düşünmürəm". -
10-26-2007, 11:38 AMyeshu
VƏHHABİ ZABİT HƏRBİ HİSSƏDƏN QAÇDI
Azərbaycan ordusunun zabiti, Bakı şəhərindən hərbi xidmətə çağırılmış, 1977-ci il təvəllüdlü leytenant Kamran Əsədov oktyabrın 24-də axşam saatlarında xidmət etdiyi "N" saylı hərbi hissənin silah anbarından 4 ədəd avtomat, 1 ədəd əl pulemyotu, bir neçə əl qumbarası və xeyli sursat ələ keçirərək qaçıb.
Qüdrətlənməkdə olan (hər halda rəsmilər belə təqdim edirlər - İ.) ordunun zabitinin bu addımı atmasının dəqiq səbəbləri hələ ki bəlli deyil.
"Ayna"ya daxil olan məlumata əsasən, zabit vəhhabi təriqətinin nümayəndəsi imiş və digər hərbçilərdən yalnız poqonları deyil, həm də uzun saqqalı ilə fərqlənirmiş. Amma Murovda ön hissədə xidmət edən zabitin saqqalı və davranışları bir o qədər də diqqət cəlb etməyib. Versiyaya görə, son zamanlar ölkənin şimal, şimal-qərb bölgəsində radikal dini təriqət nümayəndələrinə qarşı başlanılan bir sıra tədbirlərdən sonra təxminən 10 gün bundan öncə K.Əsədovdan saqqalını qırxması tələb olunub. Məlumata görə, əvvəllər ona bu məsələ ilə bağlı xəbərdarlıq edilsə də, son günlər məsələ qəti şəkildə qoyulub. Ehtimala görə, dini inancının alçaldığını hiss edən zabit çıxış yolunu "kafirlər"in sırasını tərk etməkdə görüb. Həm də o, qardaşlarına qoşulmaq üçün əliboş getməməyi də qərarlaşdırıb.
Digər bir versiyaya görə isə, zabit həm də son zamanlar radikal dini təriqət nümayəndələrinin Gəncədə poçt şöbəsinə, Abşeronda benzindoldurma məntəqəsinə basqın edən və digər açıqlanmayan cinayət xarakterli "əməliyyatlar"da iştirak edən şəxslərlə də əlaqəli olub. Amma irəli sürülən bu versiyaların heç biri rəsmi mənbələr tərəfindən təsdiq edilmir.
Yeri gəlmişkən, zabit hərbi hissəni tərk etməzdən əvvəl ehtiyat tədbirlərini də görüb. Belə ki, zabitin ailəsi Toğana kəndində yaşayırmış. Amma o, bir-neçə gün öncə ailəsini xarici ölkələrin birinə aparıb. Ehtimala görə, ailəsini ya Dağıstana, ya da Gürcüstana aparıb.
...
Ayna -
10-26-2007, 05:30 PMyeshu
Şehit askerler için Bakü'de mevlit okundu
Azerbaycan'ın başkenti Bakü'deki Şehitlik Camii'nde, cuma namazından önce, Hakkari'de PKK'lı teröristlerce şehit edilen 12 asker için mevlit okundu.
Bakü'deki üniversitelerde okuyan yaklaşık bin Türk öğrencinin ve diğer çalışanların katıldığı mevlitten sonra kentteki Türk Şehitliği ziyaret edildi. Camiden, şehitliğe kadar sessiz yürüyüş yapan Türkler, daha sonra buradaki Türk Şehitleri Anıtı'na kırmızı karanfiller bıraktı. Törende konuşan bir öğretmen, yurt dışında yaşayan Türklerin son PKK saldırılarını nefretle karşıladıklarını ve dünyanın neresinde olursa olsun, hain teröristlerle sonuna kadar mücadele edeceklerini söyledi. Tören İstiklal Marşı ve saygı duruşu ile sona erdi. -
10-29-2007, 02:17 AMyeshu
Rusya'da Yolcu Trenine Baskın
Rusya'nın Sibirya bölgesinden Azerbaycan'a gitmekte olan Tümen-Bakü seferli yolcu trenine silahlı bir grup tarafından yapılan baskın sonucunda çok sayıda Azeri yolcunun dövüldüğü bildirildi.
Kuzey Kafkasya bölgesindeki Kalmıkya Cumhuriyeti'ne bağlı Artezian kasabası istasyonunda meydana gelen olayda, kesici aletlerle silahlanmış oldukları belirtilen 50-60 kişilik bir grup, Tümen-Bakü seferli yolcu trenine baskın düzenledi. Olayda yolculara rasgele saldıran saldırganların 25 Azeri yolcuyu yaralandığı belirtildi. Azerbaycan Devlet Demiryolları Basın Merkezi Başkanı Nadire Azmemedova konuyla ilgili yaptığı açıklamada, olay sırasında yaralanan yolculardan 4'ünün durumunun çok ciddi olduğunu ve
Söz konusu yaralıların Kizlyar kasabasındaki hastaneye kaldırıldığını kaydetti. Tümen-Bakü yolcu treninin bu gece Bakü'ye varacağı belirtilirken, Azerbaycan hükümetinin yaşanan olay üzerine Rusya Devlet Demir Yolları'ndan olayla ilgili acil soruşturma başlatmasını talep ettiği açıklandı.
(AK-KK-KK-D) -
10-29-2007, 02:22 AMyeshu
Tümen-Bakı qatarına kalmıklar silahlı hücum ediblər
Bu il oktyabrın 26-da 25 azərbaycanlının yaralanması nəticələnmiş insidentin baş verdiyi 373-374 saylı Tümen-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarı bu axşam saat 20.30 radələrində Bakı Dəmir Yolu Vağzalına gətirilib. APA-nın hazırda Bakı Dəmir Yolu Vağzalında olan əməkdaşının məlumatına görə hadisə barədə insident ərazisinə ezam olunmuş Nəqliyyat Nazirliyinin Nəqliyyatda Təhlükəsizlik və Fövqəladə Hallar şöbəsinin müdiri Kazım Şərifov məlumat verib.
Onun bildirdiyinə görə, hadisə dünən saat 22.00 radələrində qatar Şimali Qafqaz dəmir yolunun Kalmıkiya Muxtar Respublikası ərazisindəki Artezian stansiyasına çatarkən vaqon-restoranda baş verib. Belə ki, Rusiya vətəndaşı olan bir azərbaycanlının milliyyətcə kalmık olan şəxslə mübahisəsi böyüyüb. Şahidlər bldiriblər ki, mübahisə azərbaycanlının telefonunun kalmık tərəfindən alınması və sonradan geri qaytarılmaması üzündən baş verib. Azərbaycanlının telefonunu tələb etməsi nəticəsində mübahisə böyüyüb və dəmiryolçu geyimində olan daha 4 nəfər də kalmıkla birgə azərbaycanlını döyməyə başlayıblar. Bu zaman vaqonda olan digər azərbaycanlılar da davaya qarışıb. Nəticədə kalmık telefonla zəng edərək, həmyerlilərini köməyə çağırıb. Qatar stansiyaya çatan kimi isə 60-a qədər küt alətlərlə silahlanmış şəxs qatara basqın edərək, azərbaycanlıları döyməyə başlayıb. Nəticədə 25 azərbaycanlı yaralanıb, onlardan 4-nün vəziyyəti daha ağır olduğu üçün dərhal Gizlyar stansiyasında xəstəxanaya yerləşdirliblər. Onlardan 3-ü bu gün günorta saatlarında Azərbaycana yola salınıblar. Vəziyyəti daha ağır olan Sabirabad rayon sakini Allahqulu Cəfərov isə burnunda və bədəninin digər yerlərindəki ciddi xəsarətlərlə bağlı tibbi yardım aldıqdan sonra axşamüstü Bakı-Rastov qatarı ilə Azərbaycana göndərilib.
K. Şərifov hadisə nəticəsində qatarın 30-a qədər pəncərəsinin və bəzi dəmir hissələrinin sındırıldığını da bildirib. Hadisə ilə bağlı Rusiya Federasiyasının Şimali Qafqaz Nəqliyyatda Baş Polis İdarəsində xuliqanlıq, polisə müqavimət və iğtişaş törətmə maddələri ilə cinayət işi başlanılıb. Basqınçılardan beşi saxlanılıb. Hadisə vaxtı iğtişaşı sakitləşdirməyə çalışan iki rus əsgəri də xəsarət alıb.
Polis İdarəsində izahat verəndən sonra isə insidentin baş verməsinin səbəbkarı olan azərbaycanlı özünü jurnalistlərə təqdim edib. İlkin Ağayev adlı bu şəxs Rusiya vətəndaşı olduğunu, qatarda olan kalmıkların ondan telefonunu aldıqlarını, bunu geri tələb etdikdə isə qatarın vaqon-restoranında külqqabı ilə başına zərbə endirdiklərini, münaqişənin də bundan sonra böyüdüyünü deyib. Özünü pis hiss edən İ. Ağayev əlavə heç bir açıqlama verməyib. -
10-30-2007, 02:22 PMyeshu
Azərbaycan kişi şahmatçıları türkləri və bolqarları məğlub edib
Yunanıstanın Krit adasında şahmat üzrə komanda Avropa çempionatı keçirilir. Artıq iki tur arxada qalib. Azərbaycanın kişi şahmatçıları çempionata yaxşı başlayıb. Onlar 1-ci turda türkləri 4:0, 2-ci turda isə bolqarları 2,5:1,5 hesabıyla məğlub edib.
Azadlıq -
10-30-2007, 02:24 PMyeshuGürcüstanda Azərbaycan türkcəsində “Ozan” qəzeti nəşrə başlamışdır
Gürcüstanda Azərbaycan türkcəsində “Ozan” qəzeti nəşrə başlamışdır
Baş redaktorun “Qəzetimiz niyə “Ozan” oldu” adlı yazısında qəzetin yaranması səbəbləri belə izah olunur: Hələ “Dədə Qorqud” dastanından əsrlərlə öncə yaşayıb yaratmış qədim Ozanımızın adını yaşatmaq, əbədiləşdirmək və ona böyük hörmət əlaməti olaraq Gürcüstanda yaşayan azərbaycanlıların ilk cəmiyyətinin adını “Ozan” qoyduq.
Artıq 18-ci ildir ki, “Ozan” birliyi soydaşlarımıza ləyaqətlə xidmət edir... Oxucularımız ümid edə bilər ki, “Ozan” birliyinin yetirməsi və onun gördüyü gözəl işlərin təbliğatçısı, təşviqatçısı olacaq “Ozan” qəzeti xalq və dövlət üçün görüləcək gözəl işlərin təşəbbüskarı, təşkilatçısı, “Ozan
BayBak -
10-30-2007, 02:27 PMyeshuABŞ-dakı azərbaycanlılar erməni jurnalistin qovulmasını tələb edirlər
ABŞ-dakı azərbaycanlılar erməni jurnalistin qovulmasını tələb edirlər
Qəzetin redaktoru həmin şəkillərin Xocalı soyqırımını əks etdirdiyini bilmədiyini, məsələni araşdırdıqdan sonra xüsusi məlumat yayacağını söyləyib
Azərbaycan Amerika Cəmiyyəti və Nyu-Yorkda yaşayan dağ yəhudiləri icmasının nümayəndələri şəhərdə rus dilində çıxan “V Novom Svete” həftəliyində Xocalı soyqırımı qurbanlarının şəkillərinin qondarma “erməni soyqırımı”nın qurbanları kimi təqdim olunması ilə bağlı qəzet rəhbərliyindən izahat tələb ediblər. Qəzetin redaktoru Nemerovski yazının erməni jurnalist Eduard Pariyants tərəfindən hazırlandığını və həmin şəkillərin Xocalı soyqırımını əks etdirdiyini bilmədiyini deyib. O, yaxın günlər ərzində məsələni araşdırdıqdan sonra xüsusi məlumat yayacağını söyləyib.
Lakin bununla kifayətlənməyən yüzlərlə Amerika azərbaycanlıları qəzetin redaksiyasına zəng edərək təxribatçı jurnalistin işdən qovulması və rəsmi təkzib verilməsini tələb ediblər. İctimai təşkilatlarla yanaşı, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi də məsələni nəzarətdə saxlayır.
Qeyd edək ki, iki il bundan əvvəl də eyni jurnalist qondarma “soyqırım” barədə yalançı məqalə çap etdirdiyi üçün işdən qovulmuşdu.
AzərTac/ ANS-PRESS -
10-30-2007, 02:39 PMyeshuABŞ və Böyük Britaniya səfirlikləri məhdud iş fəaliyyətini davam etdirir, Rusiya diplomatik missiyası isə əvvəlki rejimdə işləyir
ABŞ və Böyük Britaniya səfirlikləri məhdud iş fəaliyyətini davam etdirir, Rusiya diplomatik missiyası isə əvvəlki rejimdə işləyir
ABŞ və Böyük Britaniya səfirlikləri çərşənbə axşamı məhdud iş rejimini davam etdirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bu dövlətlərin diplomatik missiyalarından məlumat verilib. Sözügedən tədbirlər təhlükəsizliklə əlaqədar həyata keçirilir. Belə ki, ötən gündən başlayaraq bu səfirliklər öz fəaliyyətlərini məhdudlaşdırıblar və viza verilməsi prosesini tam dayandırıblar. Nə Britaniya səfirliyinin mətbuat xidmətinin rəhbəri Sevinc Əsədova, nə də ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr Departamentinin rəhbəri Conatan Henik belə iş rejiminin davamlılığı barədə məlumata malik deyil.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Norveçin “StatoilHydro” şirkətinin Bakı nümayəndəliyi də ikinci gündür ki, işləmir.
RF-nın Bakıdakı səfirliyindən isə “İnterfaks-Azərbaycan” agentilyinə bildirilib ki, diplomatik missiya əvvəlki rejimdə işləyir.
“Rusiya səfirliyi tərəfindən heç bir əlavə təhlükəsizlik tədbirləri həyata keçirilməyib. Biz tam gücümüzlə və əvvəlki rejimdə işimizi davam etdiririk”,-deyə səfirliyn müşaviri Aleksandr Semyonov bildirib. -
10-30-2007, 02:46 PMyeshuBakıda türk cəmiyyətlərinin qurultayı keçiriləcək
Bakıda türk cəmiyyətlərinin qurultayı keçiriləcək
TƏDBİRİN AÇILIŞINDA AZƏRBAYCAN VƏ TÜRKİYƏ RƏHBƏRLİYİNİN İŞTİRAKI GÖZLƏNİLİR
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə noyabrın 17-19-da Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin məlumatına görə, tədbirin məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsini və bir-birlərini daha yaxından tanımalarını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk dövlət cəmiyyətlərinin ümumi problemlərini birlikdə həlli yollarını araşdırmaqdır. XI qurultaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustan Respublikaları ilə yanaşı Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qabardin-Balkar, Tatarıstan, Qaracay-Çərkəz Respublikalarında, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan turkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska turkləri qatılacaqlar. Həmçinin Amerika, İdil-Ural, Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və Türk icmalarının rəhbərləri də tədbirə dəvət olunublar. Qeyd edək ki, 30 ölkədən 550-dək nümayəndə və qonağın dəvət olunduğu qurultayın açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin 9-cu prezideti Süleyman Dəmirəlin, habelə türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir. -
10-30-2007, 03:08 PMyeshuBakıya səfər çərçivəsində Abdullah Gül Azərbaycan-Türkiyə biznes-forumunda iştirak edəcək
Bakıya səfər çərçivəsində Abdullah Gül Azərbaycan-Türkiyə biznes-forumunda iştirak edəcək
Noyabrın 6-dan 8-nə qədər Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana ilk rəsmi səfəri baş tutacaq. Noyabrın 7-də isə səfər çərçivəsində Azərbaycan–Türkiyə biznes forumu keçiriləcək. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül iştirak edəcəklər.
Biznes-forumda iştirak etmək üçün Turkiyədən Azərbaycana 300 iş adamından ibarət nümayəndə heyəti gələcək.
Forumda Azərbaycan tərəfdən ölkənin aparıcı şirkətlərini təmsil edən 200-dən artıq iş adamının iştirakı gözlənilir.
Xəbərlər-Azərbaycan / Səlim Balayev -
10-30-2007, 03:15 PMyeshuAzərbaycanda doğum haqqında akt qeydinə vətəndaşın milliyyəti də əlavə olunacaq
Azərbaycanda doğum haqqında akt qeydinə vətəndaşın milliyyəti də əlavə olunacaq
Azərbaycan Nazirlər Kabineti «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na əlavələr edib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qaydalara əlavələr Azərbaycan vətəndaşlarının etnik mənsubiyyətinə dair məlumatların doğum haqqında şəhadətnamədə əks olunmasını təmin etmək məqsədi ilə Ədliyyə, Xarici İşlər, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifləri əsasında hazırlanıb.
Əlavələrə əsasən, uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılacaq. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstəriləcək.
APA -
10-30-2007, 07:45 PMyeshuİranda toylarda Azərbaycan musiqisi qadağandır
İranda toylarda Azərbaycan musiqisi qadağandır
Son günlər milli fəaliyyətlərə meyl göstərən alim və müharibə veteranlarının həbs və məhkəməsi insan hüquqları təşkilatlarını təşvişə salıb.
Kanadada fəaliyyət göstərən «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri, Faxtə Zəmani jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir.
Həbslərdən başqa İran azərbaycanlılarının mədəni fəaliyyətlərin də ciddi şəkildə qarşısı alınır. Urmiyədən verilən xəbərlərə görə, son vaxtlar ETTELAAT toylarda belə Azərbaycan musiqiçilərinin ifasına mane olur.
Qaynar -
10-30-2007, 07:54 PMyeshuDOĞUM BELGESİNE "MİLLİYET" HANESİAlıntı:
yeshu Nickli Üyeden Alıntı
DOĞUM BELGESİNE "MİLLİYET" HANESİ
Azerbaycan'da çocukların doğum belgelerine "milliyet" hanesi eklenecek. Azerbaycan Bakanlar Kurulu “Vatandaşlık durumu sözleşmelerinin devlet kayıt sistemine” yeni ilaveler yaptı...
Adliye, Dışişleri, İçişleri, Milli Savunma bakanlıklarının, Ombudsman, Aile, Kadın ve Çocuk Sorunlarından Sorumlu devlet komitesinin katkıları ile hazırlanan teklife göre Azerbaycan vatandaşı konumunda bulunan kişilerin “etnik mensubiyetleri” doğum belgelerinde yazılı olarak yer alacak.
Kanuna yapılan ilavelere esasen çocuğun doğum belgesinde anne ve babasının milliyetleri, kimliklerini tasdik eden belgelerde milliyet belirtilmediği takdirde esas alınacak.
Babanın veya annenin milliyeti muhtelif ise, çocuk için hazırlanan doğum belgesine anne veya babasının arzusu dahilinde istedikleri milliyetten biri yazılabilinecek. -
10-30-2007, 08:40 PMyeshuTürkiyə Futbol Federasiyasından başsağlığı
Türkiyə Futbol Federasiyası Ramiz Mirzəyevin ailəsinə başsağlığı verib
Türkiyə Futbol Federasiyası (TFF) AFFA prezidenti Ramiz Mirzəyevin vəfatı ilə əlaqədar başsağlığı verib. “APA-Sport” agentliyinin məlumatına görə, TFF-in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir: “Dost və qardaş ölkə olan Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının prezidenti Ramiz Mirzəyev uzun müddət müalicə aldığı xəstəlikdən qurtula bilməyərək, vəfat edib. Dəyərli dostumuz Mirzəyevin vəfatı ilə əlaqədar AFFA rəhbərliyi, onu sevən hər kəsə və kədərli ailəsinə başsağlığı, mərhuma isə Allahdan rəhmət diləyirik”. /APA-Sport/
APA SPORT -
10-30-2007, 08:41 PMyeshuOğuzun Olimpiya Kompleksi çöküb
Oğuzun Olimpiya Kompleksi çöküb
Oğuz rayonunun tikilməkdə olan Olimpiya Kompleksi oktyabrın 30-da axşam saatlarında çöküb. “Trend”in bölgə müxbirinin məlumatına görə, binanın çökməsi zamanı tələfat qeydə alınmayıb. Lakin dağıntılar altında kran və texnika qalıb.
Hadisə ilə bağlı Oğuz rayon İcra hakimiyyətindən əlavə məlumat verilməyib.
Oğuzun Olimpiya Kompleksinin 2 mərtəbəsi tikilmişdi və üçüncü mərtəbəsi qaldırılırdı. Kompleks 15 hektar ərazini əhatə edir.
Qaynar -
10-30-2007, 08:55 PMyeshu“Aztelekom” noyabrın 1-dən endirim kampaniyasına başlayacaq
“Aztelekom” noyabrın 1-dən endirim kampaniyasına başlayacaq
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə noyabrın 1-dən göstərdiyi rabitə xidmətlərinin bəzilərinin tarifləri üzrə endirim kampaniyası keçirəcək.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, endirim kampaniyası gələn ilin fevralın 1-dək davam edəcək. Kampaniya müddəti ərzində CDMA nömrələrinə qoşulmaq istəyən abunəçilər 50% güzəşt əldə edəcəklər. Belə ki, CDMA nömrəsi almaq istəyən abunəçi 10 manat əvəzinə, 5 manat ödəyəcək. Bundan əlavə, “Aztelekom.net”in 5, 10 və 30 saatlıq internet kartlarının istifadə müddəti 50% artırılacaq. -
10-31-2007, 12:19 PMyeshuMilli Məclis cəzaları sərtləşdirəcək
Milli Məclis cəzaları sərtləşdirəcək
Yol hərəkəti qaydalarının pozulmasına görə
Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə cəzaları sərtləşdirəcək. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat daxil olub. Məlumata görə, yaxın günlərdə parlamentdə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılacaq.
Məcəlləyə edilən dəyişiklik yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Məcəlləyə edilən dəyişikliklə, həmçinin, yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği artırılacaq.
Adalet -
10-31-2007, 03:12 PMyeshuAzərbaycan və Rusiya arasındakı sərhəd
Azərbaycan və Rusiya arasında dövlət sərhəddinin 10%-ə qədəri razılaşdırılmamış qalır
Azərbaycanla Rusiya arasında dövlət sərhəddinin demək olar ki, 10%-i razılaşdırılmamış qalır və tərəflər bu məsələnin həlli üzrə müvafiq iş aparır. Bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.
“Ümumi uzunluğu 190 km. olan Azərbaycan-Rusiya sərhəddinin 90%-nin böyük hissəsi razılaşdırılıb. Razılaşdırılmayan sərhədlər üzrə iki ölkə ekspertlərinin iştirakı ilə müvafiq intensiv işlər aparılır”,-deyə Q.Məmmədov çərşənbə günü “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhəddinin ümumi uzunluğu 470 km.-dir. “Tərəflər Azərbaycanla Gürcüstan arasında sərhəddin təxminən 300 km.-ni razılaşdırıb. İki ölkə ekspertlərinin iştirakı ilə sərhəddin qalan hissəsi razılaşdırılrı”,-deyə Q.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan-İran sərhəddinin uzunluğu 765 km.-dir. Burada yalnız redemarkasiya, sahilbərkitmə ilə əlaqədar topoqrafiya və geodeziya işləri yerinə yetirilib.
Azərbaycan-Türkiyə sərhəddinin uzunluğu cəmi 15 km.-dir. “Azərbaycan sərhəddinin bu hissəsində heç bir problem yoxdur”,-deyə komitə sədri qeyd edib.
O bildirib ki, rəhbərlik etdiyi qurumun mütəxəssisləri Xəzər dənizinin sektorlara bölünməsində də iştirak edir. “Hazırda bu sahədə Rusiya və Qazaxıstanla heç bir problem yoxdur. Digər ölkələrlə isə yəni İran və Türkmənistanla müvafiq danışıqlar aparılır”,-deyə Q.Məmmədov vurğulayıb.
İnterfaks -
10-31-2007, 03:15 PMyeshu2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq
2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq
2007-ci ildə Azərbaycanda inflyasiya 16% səviyyəsində olacaq. Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev belə hesab edir.
“2007-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya illik hesablamada 16% təşkil edəcək. Buna kommunal xidmətlərin qiymətinin, yəni 2007-ci ilin yanvarından enerji daşıyıcılarının qiymətinin artması əsas təsir göstərib. Əgər bu artım olmasaydı, onda cari ildə inflyasiya birrəqəmli də ola bilərdi. Bizim proqnozlarımıza görə, 2007-ci ildə Azərbaycandakı inflyasiya 16% səviyyəsində saxlanılacaq, lakin bəzi hallarda 16,1-16,3%-ə qədər yüksələ bilər”,- deyə A. Vəliyev bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. -
10-31-2007, 03:17 PMyeshuAzərbaycanda hər iki nəfərə bir mobil telefon düşür
Azərbaycanda hər iki nəfərə bir mobil telefon düşür
Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 4,2 milyon nəfərdir. Bu barədə APA-ya rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sölərinə görə, respublikada hər iki nəfərə bir mobil telefon düşür. Komitə sədri əlavə edib ki, bu ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri əhaliyə, müəssisə-təşkilatlara faktiki qiymətlərlə 504,7 mln. manatlıq və ya ötənilkindən 19,9% çox rabitə xidməti göstərib. Rabitə xidmətinin 74,6%-i bilavasitə əhaliyə göstərilib, mobil telefon xidmətindən əldə olunan gəlir 38,2% artaraq, 356,2 manata çatıb və bütün gəlirlərin 70,6%-ni təşkil edib. -
10-31-2007, 09:01 PMyeshuİran ərazisilə Naxçıvan-Bakı sərnişin avtoubus reysi
Sabahdan İran ərazisilə Naxçıvan-Bakı sərnişin avtoubus reysi işə düşəcək
Bu ilin noyabr ayının 1-də Naxçıvan-Bakı marşrutu ilə (İran ərazisilə) ilk sərnişin avtoubusu yola salınacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
Sərnişin avtobusu marşrutu Azərbaycan və İran hökumətləri arasında imzalanmış memorandum əsasında açılır. Avtobus Bakıdan Naxçıvana, eləcə də əks istiqamətə məsafəni 12 saata qət edəcək.
Bakıdan Naxçıvana isə ilk avtobus noyabrın 3-də səhər saat 08:00-da yola düşəcək. Sərnişin avtobusları Bakı-Biləsuvar-Parsabad (İran)-Naxçıvan marşrutu ilə hərəkət edəcək.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan həftənin bütün günlərində yola düşəcək avtobuslara biletlərin qiyməti 14 manatdır.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan vətəndaşları Naxçıvana gedərkən İran ərazisinə daxil olmaq üçün viza almalıdırlar.
APA-Economics -
11-01-2007, 11:27 AMyeshuBelçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin əvvəlində fəaliyyətə başlayacaq
Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin əvvəlində fəaliyyətə başlayacaq
Belçikanın Azərbaycandakı səfirliyi 2008-ci ilin birinci yarısında fəaliyyətə başlayacaq. Bu barədə Belçikanın Azərbaycandakı səfiri Frank Qeystan məlumat verib.
"Hazırda biz hazırlıq görürük. Mən ümid edirəm ki, gələn ilin əvvəlində biz Azərbaycanda fəaliyyətimizi həyata keçirməyə başlayacağıq" - deyə səfir bildirib.
Trend -
11-01-2007, 11:47 AMyeshuQərb bölgəsində SPID-ə yoluxanların sayı azalıb
Qərb bölgəsində SPID-ə yoluxanların sayı azalıb
Bu il ərzində Gəncədə cəmi 3 nəfər HİV virusuna yoluxub. Məlumatı Gəncə şəhər Gigiyena və Epidemialogiya Mərkəzinin şöbə müdiri Almaz Tomiyeva verib. Onun bildirdiyinə görə, 2007-ci ildə mərkəzdə 12 min 195 (8 min 210 nəfəri Gəncədən) nəfərdən qan analizi götürülüb ki, onlarında 8-də HİV virusu aşkar olunub. Onlardan 3-ü Gəncə (2 kişi, bir uşaq) sakinləridir. Ötən il isə Mərkəzdə 8 996 (5746 nəfər Gəncədən) nəfərdən qan analizi götürülüb ki, 17 nəfərdən HİV virusu aşkarlanıb. Onlardan 3 nəfəri Gəncə şəhərinin sakinləridir.
QayNar
--------------------------
Bu yıl içinde Gence'de toplam üç kişide HIV virüsü saptandı. Deri ve Zührevi Hastalıklar Merkezi'nden Elmas Tomiyeva'nın verdiği bilgilere göre, 2007 yılında merkezde 12.195 kişiye (8.210'nu Gence'den) kan testi yapıldı ve 8 kişide AİDS saptandı. Virüs saptananların 3'ü (2 erkek, 1 çocuk) Gence kentinden. Geçen yıl merkezde yapılan 8.996 (5746'sı Gence'den) test sonucu 17 kişide (3'ü Gence'den) virüse rastlanmıştı. -
11-01-2007, 04:32 PMyeshuBAKIDA ELAN OLUNMAMIŞ FÖVQƏLADƏ VƏZİYYƏT
BAKIDA ELAN OLUNMAMIŞ FÖVQƏLADƏ VƏZİYYƏT
Dünən saat 12:00 radələrində Lənkəran Şəhər Polis Şöbəsinin növbətçi hissəsinə Ələt-Astara yolunun 198-ci km-də 4 ədəd tank əleyhinə minanın qoyulması barədə anonim zəng daxil olub. APA-nın məlumatına görə, Lənkəran ŞPŞ əməkdaşları və “N” saylı hərbi hissənin minaaxtaranları hadisə yerini dərhal əhatəyə alıb. Bakı-Astara yolunda hərəkət yarım saat dayandırılıb. Saat 13:30 radələrində minalar partladılaraq zərərsizləşdiriləndən sonra hərəkət bərpa olunub. Son günlər ölkədə terror təhlükəsinin olduğu barədə hətta ABŞ və Böyük Britaniya dövlətləri səviyyəsində narahatlıqlar ifadə olunur.
BayBak -
11-01-2007, 05:30 PMyeshuAzər Məmmədov Çikaqoda keçirilən dünya çempionatının tarixinə düşüb
Azər Məmmədov Çikaqoda keçirilən dünya çempionatının tarixinə düşüb
ABŞ-ın Çikaqo şəhərində keçirilən boks üzrə dünya çempionatında rekord göstərici qeydə alınıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvü Azər Məmmədovun (+91 kq) rusiyalı İslam Timurziyevlə görüşü indiyədək keçirilən ən qısa döyüş olub. Qarşılaşma cəmi 1 dəqiqə 24 saniyə davam edib və rusiyalı boksçu nokautla qələbə qazanıb. Rusiya Boks Federasiyasının vitse-prezidenti Viktor Rıbakov həmyerlisinin layiqli qələbə qazandığını xüsusi vurğulayıb: “Timurziyev rinqə çıxan kimi zərbələr endirdi və görüş başa çatdı. Azərbaycanlı boksçu yerə yıxıldı və məşqçiləri döyüşü dayandırmaq məqsədi ilə rinqə dəsmal atdılar”.
Qeyd edək ki, A.Məmmədov rusiyalı rəqibinə dünya çempionatının 1/8 mərhələsində uduzaraq lisenziya qazanmaq şansını itirib.
APA-Sport
