[b]«Sərhəd» hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub[b]
[Bakı. Rəşad Süleymanov - APA. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) sərhədyanı rayonların məktəbləri arasında keçirilən «Sərhəd» hərbi-idman oyunlarının qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, artıq 4 ildir keçirilən bu oyunlar sərhədyanı rayonların məktəblilərinin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır. DSX-nın rəis müavini, general-mayor Fərhad Tağızadə isə bildirib ki, hərbi-idman oyunlarında iştirak edən məktəblilərin sayı hər il artır. Builki idman oyunlarında 27 sərhədyanı rayonun 135 məktəbindən 675 şagird iştirak edib. Yarışın sonuncu turunda şagirdlər sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomat silahın sökülməsi və yığılması, sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi, hədəfə atəşin açılması, maskalanma və s. mərhələlərdə bacarıqlarını nümayiş etdiriblər. Oyun zamanı toplanan balların sayına görə, Lənkəran rayonunun 9 saylı orta məktəbinin «Xəzər» komandası birinci, Füzuli rayonun Horadiz şəhər 1 saylı orta məktəbin «ƏrgünəşÂ» komandası ikinci, İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin «Qızılkənd» komandası isə üçüncü yeri tutub. Sonda qaliblərə fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Azərbaycan Xəbərləri
Printable View

06-09-2008, 04:31 PMAPA«Sərhəd» hərbi-idman oyunlarının qaliblərinə mükafatlar təqdim olunub

06-09-2008, 04:41 PMAPAEtibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının Con Makkeynin prezidentliyə namizədliyinin rəsmən irəli sürüləcəyi qurultayına dəvət alıb
[b]Etibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının Con Makkeynin prezidentliyə namizədliyinin rəsmən irəli sürüləcəyi qurultayına dəvət alıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov ABŞ Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sözügedən qurultayda Con Makkeynin prezidentliyə namizədliyi rəsmən irəli sürüləcək. Qurultay 31 avqust - 4 sentyabr tarixində Minneapolis - Saint Paul şəhərində keçiriləcək. AMİP lideri tədbir proqramı çərçivəsində Respublikaçılar Partiyasının rəsmiləri və qurultayda iştirak edəcək digər ölkələrin partiya rəhbərləri ilə görüşlər keçirəcək. -
06-09-2008, 04:51 PMAPAYavər Hüseyn: "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir"
[b]Yavər Hüseyn: "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi barədə deyilənlər reallığı əks etdirmir"[b]
[Bakı. Ramil Məmmədli-APA. "Azərbaycan Milli Demokrat Partiyasının Azadlıq Partiyası ilə birləşməsi haqda deyilənlər reallığı əks etdirmir. Partiyada bu ideyanı dəstəkləyənlər yoxdur". AMDP-nin sədr müavini Yavər Hüseyn APA-ya bildirib ki, təmsil etdiyi partiyanın sədri İsgəndər Həmidov təşkilatın rəhbərliyindən könüllü şəkildə istefa verdikdən sonra bu vəzifə Oqtay Xəlilli tərəfindən icra olunur. Onun sözlərinə görə, AMDP-də hansısa partiya ilə birləşməklə bağlı müzakirələr aparılmır: "Partiyanın Təşkilat Komitəsi var və bu qurum qurultaya hazırlaşır. Ola bilər ki, Əhməd Orucun sədr olduğu partiyada belə bir məsələ müzakirə olunsun. Amma bizdə belə müzakirələr aparılmır". O, partiyanın sədri postuna iddia etmədiyini də eyib. -
06-09-2008, 05:01 PMAPAMüsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib
[b]Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib[b]
[Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası iyunun 17-də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında piket keçirmək barədə qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb partiyanın bundan əvvəl təyin etdiyi iki aksiyanın müəyyən olunmuş yerdə deyil, Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirilməsinə razılıq verməsidir. A. Hacılı bildirib ki, şəhər rəhbərliyi qeyri-qanuni olaraq kütləvi tədbirlərə qadağalar qoyur. O, aksiya ilə bağlı şəhər rəhbərliyinə bu günlərdə müraciət ediləcəyini bildirib. -
06-09-2008, 05:11 PMAPAAğdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
[b]Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib[b]
[Ağdaş-APA. Ağdaş rayonunun Qəsil kəndində iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir şəhər sakini Zirəddin Camalovun idarə etdiyi "Kamaz" markalı, Ağdaş rayon sakinləri Elçin Məmmədovun idarə etdiyi "Tofaş" markalı və Nizami Əzizovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Məmmədov və sərnişini, Ağdaş rayon sakini Tehran Qədirov hadisə yerində ölüblər. Faktla Ağdaş RPŞ tərəfindən araşdırma aparılır. -
06-09-2008, 05:21 PMAPA13 yaşlı məktəbli qətlə yetirilib
[b]13 yaşlı məktəbli qətlə yetirilib[b]
Moskva-APA. Moskvaətrafı vilayətdə yerləşən Dmitrov şəhərində 13 yaşlı məktəblinin cəsədi tapılıb.
[APA-nın məlumatına görə, məhkəm-tibbi ekspertləri qızın boğularaq öldürüldüyü qənaətinə gəliblər. Cinayətin motivləri məlum deyil, ilkin araşdırmalar zamanı qızın zorlanmadığı və qarət edilmədiyi müəyyənləşib. Sərbəst həyat tərzi sürən qızın dostluq etdiyi şəxslər şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. -
06-09-2008, 05:31 PMAPAValeri Qazzayevin oğlu adam öldürmək faktı ilə bağlı istintaqa cəlb olunub
[b]Valeri Qazzayevin oğlu adam öldürmək faktı ilə bağlı istintaqa cəlb olunub[b]
[Moskva-APA. Rusiyanın ÇSKA futbol klubunun baş məşqçisi Valeri Qazzayevin oğlu Aslan Qazzayev qətl işində şahid qismində istintaqa cəlb olunub. APA-nın məlumatına görə, Aslan Qazzayev Odinçovo rayonu ərazisində ov tüfəngi ilə şərti hədəflərə atəş açırmış. Bu zaman təsadüfən onun atdığı güllələrdən biri Moldova vətəndaşına dəyib. Hüquq-mühafizə orqanları Aslan Qazzayevin hələlik istintaqa şahid qismində cəlb olunduğunu bildiriblər. Hazırda faktla bağlı araşdırmalar aparılır. -
06-09-2008, 05:41 PMAPA1 saylı psixiatriya xəstəxanasında məhkum dustaq yoldaşını bıçaqlayıb
[b]1 saylı psixiatriya xəstəxanasında məhkum dustaq yoldaşını bıçaqlayıb[b]
[Bakı. Samir Kazımlı-APA. Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasında müalicə olunan məhkumlardan biri digərini bıçaqlayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəis müavini Zaur Bədəlovun APA-ya verdiyi məlumata görə, iyulun 6-dan 7-ə keçən gecə xəstəxananın 5 saylı ümumi şöbəsində məcburi müalicə olunan, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ) və 237-ci (qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə) maddələri ilə təqsirli bilinərək məhkum olunan, Bakı sakini, 25 yaşlı Kamran Nəsibov münaqişə zəminində orada müalicə olunan və Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək məhkum edilən, Balakən sakini 35 yaşlı Etibar Əhmədova bıçaqla xəsarət yetirib. Hadisədən sonra zərərçəkən 3 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. -
06-09-2008, 05:51 PMAPAAzərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb
[b]Azərbaycanın hakim partiyasının üzvlərinin sayı 450 minə çatıb[b]
[Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasına 450 mininci şəxs üzv qəbul edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla YAP nəinki Azərbaycanın, həm də regionun ən qüdrətli, güclü və kütləvi siyasi təşkilatı olduğunu göstərib. Təkcə 2008-ci ilin 5 ayı ərzində partiya sıralarına 16 mindən artıq yeni şəxsin üzv qəbul olunduğu bildirilib. Partiyanın mətbuat xidmətindən bu faktın xüsusilə prezident seçkiləri ərəfəsində ölkənin həyatında çox mühüm siyasi əhəmiyyət daşıyacaq qədər önəmli olduğu vurğulanıb: "Bu fakt bir daha sübut edir ki, YAP sıralarına qoşulan hər bir vətəndaş, eyni zamanda bir seçici kimi qarşıdan gələn prezident seçkilərində artıq öz seçimini edib". -
06-09-2008, 06:01 PMAPAZaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər
[b]Zaqatalada valideynlər orta məktəblərdə attestat üçün pul tələb olunduğunu iddia edirlər[b]
[Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada orta məktəb məzunlarından attestat üçün qanunsuz olaraq pul tələb edilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna şagirdlərin valideynləri məlumat veriblər. Valideynlər bildiriblər ki, şəhərin 3 saylı, həmçinin 1 saylı Aşağı Tala kənd və Bəhmədli kənd orta məktəblərinin rəhbərliyi ali təhsil almaq arzusunda olan məzunlardan mərkəzləşmiş test imtahanından uğurla keçmələri üçün 100 manat istəyib. Əks təqdirdə, məzunlara attestat verilməyəcəyi deyilib. Zaqatala şəhərindəki 3 saylı orta məktəbin direktoru Məmməd Osmanov isə bu iddiaları təkzib edib. O, heç bir şagirddən imtahan üçün pul tələb olunmadığını söyləyib. Rayon Təhsil Şöbəsinin müdiri Tahir Məmmədov da yayılmış söz-söhbəti eşitdiyini desə də, bunun həqiqətə uyğun olmadığını vurğulayıb. Rayonda keçiriləcək ilk mərkəzləşmiş test imtahanlarının Təhsil Nazirliyinin xətti ilə təşkil olunduğunu bildirən T. Məmmədovun sözlərinə görə, proses 240 müşahidəçi tərəfindən izlənəcək və cavablar 60 nəfərdən ibarət xüsusi komissiya tərəfindən yoxlanılacaq. Şöbə müdiri belə olan halda hansısa məktəb direktorunun şagirddən rüşvət tələb etməsini ağılsızlıq adlandırıb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə bəyan edib ki, Zaqatalada keçirilən test imtahanı nazirlik tərəfindən təşkil olunmadığı üçün mərkəzləşdirilmiş hesab oluna bilməz. O, təhsilin bitirilməsi barədə sənədlərin şagirdlərə pulsuz verilməli olduğunu xatırladıb: "Əgər hər hansı şagird və ya valideyndən attestatın əvəzində pul tələb olunursa, həmin şəxs ərizə ilə nazirliyə və ya "Qaynar xətt"ə müraciət etsin. Bircə müraciət də daxil olarsa, biz onu dərhal araşdırmağa başlayacağıq. Ancaq çox təəssüf ki, ictimaiyyət belə məsələlərdə aktivlik göstərmir və hər hansı məsələnin araşdırılması üçün müraciət etmir". -
06-09-2008, 06:11 PMAPABələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb
[b]Bələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb[b]
[Bakı-APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Zeynalovdan 101,854 qram heroin, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini Kamran Yaqiyevdən 0,013 qram heroin, Sabunçu RPİ əməkdaşları narkotik vasitə ilə tutulmuş Ruslan Kazımovun evinə baxış zamanı əlavə 0,602 qram heroin, Səbayel RPİ əməkdaşları Gürcüstan vətəndaşları Merab Davaşvilidən 0,328 qram, Akaki Mtskazaraşvilidən isə 0,311 qram heroin götürüblər. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşları tərəfindən Davudlu kənd bələdiyyəsinə məxsus 1,8 sot sahədən yabanı halda bitmiş, çəkisi 1,73 ton olan 2364 ədəd çətənə kolu yığılaraq məhv edilib. -
06-09-2008, 06:21 PMAPAAzərbaycan Kukla Teatrı Fransa və Hollandiyada keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb
[b]Azərbaycan Kukla Teatrı Fransa və Hollandiyada keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Kukla Teatrı Finlandiyada keçirilən dünya kukla teatrlarının festivalında iştirak edib. Bu barədə APA-ya məlumat verən teatrın rejissoru Elşad Rəhimzadə deyib ki, səfər çərçivəsində teatr kollektivi onun quruluşunda hazırlanan "Oyun çələngi" tamaşası ilə çıxış edib. Teatr kollektivi tamaşanı "Bayati-Şiraz"la başlayıb, daha sonra "Sarı gəlin" və Qara Qarayevin "Kəlağayaların məhəbbəti" musiqililərini ifa ediblər. Səfərin uğurlu keçdiyini vurğulayan E.Rəhimzadə, festivalda 10 ölkədən yeddisinin xüsusi diplomla təltif olunduğunu deyib. Həmin yeddi ölkə arasında Azərbaycan Dövlət Kukla Teatrının da olduğunu qeyd edən rejissor, səfər zamanı teatr kollektivinin Fransa və Hollandiyaya dəvət olunduğunu deyib. O bildirib ki, teatrın yaradıcı truppası hər iki ölkədə keçiriləcək beynəlxalq kukla teatrlarının festivalında təmsil olunacaq. -
06-09-2008, 06:31 PMAPA"Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb
[b]"Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb[b]
[APA-nın məlumatına görə, görüşdə 2006-2008-ci illə ərzində Rusiyanın Mülki-Müdafiə, Fövqəladə Hallar və Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ilə əməkdaşlığın kompleks planının həyata keçirilməsinin yekunları müzakirə olunub. Həmçinin, görüşdə iki ölkənin analoji qurumları arasında əməkdaşlıq, bu sahədə görülən işlər, qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazirliklər arasında "Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması üzrə Rusiya-Azərbaycan komissiyası haqqında" Əsasnamə imzalanıb. Rusiya nümayəndə heyəti daha sonra Azərbaycan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 29 saylı dövlət yanğından mühafizə hissəsinin və Mülki Müdafiə Qoşunlarının Biləcəri alayının fəaliyyəti ilə tanış olub. -
06-09-2008, 06:51 PMAPAOmbudsmanların VI Beynəlxalq Bakı konfransı keçiriləcək
[b]Ombudsmanların VI Beynəlxalq Bakı konfransı keçiriləcək[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. İyunun 18-19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və YUNESKO-nun dəstəyi ilə Ombudsmanların VI Bakı Beynəlxalq konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qloballaşan dünyada insan hüquqları" mövzusunda keçiriləcək beynəlxalq konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr ediləcək. Toplantıda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının və Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının nümayəndələri, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, ABŞ-ın Ayova ştatının ombudsmanı, YUNESKO-nun Baş ofisinin təmsilçisi, bir sıra Avropa və MDB ölkələri ombudsmanlarının və bir çox ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak edəcəklər. Tədbirə deputatlar, dövlət qurumlarının və QHT-lərin, nüfuzlu beynəlxalq təşkilatların ofislərinin, diplomatik korpusun ölkəmizdə fəaliyyət göstərən nümayəndələri də qatılacaqlar. -
06-09-2008, 07:21 PMAPALondon dünyada biznes üçün ən əlverişli şəhər seçilib
[b]London dünyada biznes üçün ən əlverişli şəhər seçilib[b]
[London - APA. İngiltərənin paytaxtı London dünyada biznes üçün ən əlverişli şəhər seçilib. APA-nın məlumatına görə, bu sahədə tədqiqat aparan "MasterCard" şirkətinin tərtib etdiyi reytinq cədvəlinə 75 şəhər daxil olub. Reytinq müəyyənləşdirilərkən şəhərlərdə hüquqi və siyasi strukturlar, iqtisadi sabitlik, biznes işində sadəlik, maliyyə aspekti, informasiya axını kimi meyarlar nəzərə alınıb. Londondan sonra ikincilik Nyu-Yorka, üçüncülük isə Tokioya verilib. Beləliklə, ötən il hazırlanan reytinqdəki "üçlük" dəyişməyib. Rusiyanın paytaxtı Moskva siyahıda 51-ci, Sankt-Peterburq isə 67-ci sıradadır. -
06-09-2008, 07:31 PMAPAHəmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar
[b]Həmsədrlər ATƏT sədrini Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü barədə məlumatlandırıblar[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Helsinkidə ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
[Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasında iyunun 6-da Sankt-Peterburqda keçirilmiş görüş haqqında ATƏT sədrini məlumatlandırıblar. Bundan başqa, vasitəçilər nizamlanma prosesi haqqında da A. Stabba ətraflı məlumat veriblər. Həmsədrlər prezidentlərin görüşünün konstruktiv keçdiyini, A. Stabb isə öz növbəsində tərəflərin münaqişənin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli prinsipinə sadiqlik nümayiş etdirəcəyinə ümidvar olduğunu deyib.ATƏT sədri ilə görüşdən əvvəl isə həmsədrlər özləri də görüşüb, danışıqlarla bağlı son durumu müzakirə ediblər. Həmsədrlərin Finlandiyanın müvafiq qurumlarında da görüşləri keçirilib. -
06-09-2008, 07:41 PMAPAMetyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq
[b]Metyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq[b]
[Bakı. Tamara Qriqoryeva - APA. ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Latviyaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə olunacaq. APA-nın Latviya XİN-ə istinadən verdiyi məlumata görə, M. Brayzanın Latviyanın xarici işlər naziri Maris Rikstinslə görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü, eləcə də Abxaziyadakı vəziyyət, Xəzər və Qara dəniz regionlarında həyata keçirilməsi planlaşdırılan enerji layihələrinə də toxunulacaq. -
06-10-2008, 06:51 AMAPAElçin Behbudov 1 saylı istintaq təcridxanasında olub
[b]Elçin Behbudov 1 saylı istintaq təcridxanasında olub[b]
[Bakı. Hacı Zeyanlov-APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı istintaq təcridxanasında olub. Komitə sədri APA-ya bildirib ki, istintaq təcridxanasında saxlanılan Şirvan şəhər sakini Sübhan Yaşar oğlu Abdullayev və Qusar rayon sakini Rəhim Xallədin oğlu Salmanovla görüşüb. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər saxlanma şəraitindən narazı olmayıblar, istintaqın qərəzli aparılmasından narazılıq ediblər. -
06-10-2008, 11:21 AMAPAKərim: "Sənətdə yeganə düşmənim Rəqsanədir"
[b]Kərim: "Sənətdə yeganə düşmənim Rəqsanədir"[b]
Bakı. Ülkər Qasımova - APA. "Sənətdə bir düşmənim var. Düşmənim olmaqla yanaşı, həmin insana həm də nifrət edirəm, ondan zəhləm gedir. Həmin şəxs Rəqsanədir!"
[Bu sözləri APA-ya açıqlamasında müğənni Kərim deyib. Ötən gün ad gününü və "Sorma" diskinin təqdimatını keçirən Kərim bu diskin yaradıcılığında çox şeyi dəyişdirəcəyinə inanır: "Gündən-günə ucalıram. Beş il professional səhnədə olmağımın bəhrəsini bu gün görürəm. Dörd ay ərzində əldə etdiyim uğuru heç vaxt qazanmamışam". Səhnəyə ilk gəlişində onu dəstəkləyən Nisə Qasımovanı ad gününə və diskinin təqdimatına dəvət etmədiyini deyən Kərim bunun səbəblərini də açıqlayıb: "Nisə Qasımovanı dəvət etməmişəm, qorxdum ki, yenə sözümü yerə salar. Toyumdakı və bundan əvvəlki təqdimat mərasimlərindəki kimi... Bununla bağlı çox söhbət var. Nisə Qasımova ilə münasibətlərimiz, sadəcə, salam-sağoldan ibarətdir". -
06-10-2008, 11:31 AMAPAMüslüm Maqomayev və xanımı xəstəxanaya yerləşdirilib
[b]Müslüm Maqomayev və xanımı xəstəxanaya yerləşdirilib[b]
Moskva - APA. SSRİ xalq artisti Müslüm Maqomayev və onun həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib. APA-nın Rusiya KİV-lərinə istinadən xəbərinə görə, cütlük dünən Moskva klinikalarından birinə müraciət edib.
[Sinə nahiyəsindəki ağrılardan şikayətlənən M. Maqomayevi həkimlərə üz tutmağa xanımı məcbur edib. T. Sinyavskaya yeri gəlmişkən klinikada özünü də müayinədən keçirmək qərarına gəlib. Müayinədən dərhal sonra həkimlər məşhur cütlüyü elit palatalardan birinə yerləşdiriblər və onlara hərtərəfli müayinə təyin olunub. Müayinənin nəticələrindən asılı olaraq M. Maqomayev və xanımına müalicə kursu təyin olunacaq. Məşhur cütlüyün xəstəliklərinin diaqnozu barədə məlumat verilmir. -
06-10-2008, 12:41 PMAPAABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub
[b]ABŞ Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti ilə bağlı qətnamə layihəsi təqdim olunub[b]
[Vaşinqton - APA. Konqresmen Dennis Kusiniç Nümayəndələr Palatasına prezident Corc Buşun impiçmenti (vəzifədən kənarlaşdırılması) tələbi ilə qətnamə layihəsi təqdim edib. APA-nın məlumatına görə, prezidentliyə keçmiş namizəd, demokrat D. Kusiniç 35 maddədən ibarət ittihamnaməni 5 saat ərzində Nümayəndələr Palatasının tribunasından oxuyub. Yerli vaxtla saat 19.12-də çıxışa başlayan konqresmen əvvəlcə hansı niyyətlə bu sənədi hazırladığını izah edib, sonra 4 saat 39 dəqiqə layihəni oxuyub və saat 23.51-də tribunadan enib. D. Kusiniç prezidentin öz səlahiyyət həddini aşdığını və Amerika xalqını aldatdığını bildirib: "Prezident qanunun aliliyi və insan haqlarına hörmət sahəsində nümunə olan Birləşmiş Ştatları bütün dünyanın gözündə beynəlxalq qanunlara əməl olunmayan bir dövlətə çevirib". Çıxışdan sonra iclasın sədri sənədin baxılmaq üçün qəbul olunub-olunmayacağına daha sonra qərar veriləcəyini açıqlayıb. -
06-10-2008, 12:51 PMAPAUkraynada bir azərbaycanlı öldürülüb
[b]Ukraynada bir azərbaycanlı öldürülüb[b]
[Kiyev - APA. Ukraynanın Çerniqov şəhərinin Privokzalnı bazarında 37 yaşlı azərbaycanlı Niyaz Nuriyev qətlə yetirilib. APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, milis qətllə bağlı 22 yaşlı İlkin Hüseynovu saxlayıb. N. Nuriyevin qohumları isə onu İlkin Hüseynovun atası İbrahim Hüseynovun öldürdüyünü bildiriblər. Onlar İbrahim Hüseynovun Niyaz Nuriyevlə mübahisə etdiyini və bıçaqla ürək nahiyəsindən zərbə endirdiyini deyiblər. Atanın cinayətini oğulun öz boynuna götürdüyünü iddia edən azərbaycanlılar əsl qatilin həbs olunmasını tələb ediblər. Ancaq İbrahim Hüseynov istintaqdan yayınır. N. Nuriyevin cənazəsi isə doğulduğu Kürdəmir rayonuna gətirilərək dəf edilib. -
06-10-2008, 01:01 PMAPAAzərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq
[b]Azərbaycanda 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq[b]
Bakı. Turan Hüseynova-APA. 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanının nəticələri bu gün saat 18.00-da açıqlanacaq və Təhsil Nazirliyinin internet səhifəsində yerləşdiriləcək.
[APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib. İmtahanın nəticələrindən razı qaldığını deyən nazir imtahanın gələn bütün respublikanı əhatə edəcəyini söyləyib. M. Mərdanov bu imtahanın gələn ildən 9-cu sinif şagirdlərinə tətbiq olunacağını da bildirib. O, attestat qiymətlərinin 4 gün sonra Təhsil Nazirliyi tərəfindən qiymətləndiriləcəyini və internet səhifəsinə yerləşdiriləcəyini deyib. Nazir "Loğman" Tibb Məktəbinin tələbələrinin aqibəti ilə bağlı sualı da cavablandırıb: "Bu tələbələrin aqibətinin nə olacağı məlum deyil. Biz əvvəldən xəbərdarlıq etmişdik ki, məktəb qanunsuz fəaliyyət göstərir". -
06-10-2008, 01:11 PMAPA"Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur
[b]"Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur[b]
[Bakı. Elbrus Seyfullayev - APA. "Milli Məclisin yaz sessiyası başa çatana qədər "Təhsil haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağı istisna olunmur". Bu barədə APA-ya Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib. O, qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı heç bir problemin olmadığını söyləyib. -
06-10-2008, 01:21 PMAPAAzərbaycanda sabiq müstəntiqə hökm oxunub
[b]Azərbaycanda sabiq müstəntiqə hökm oxunub[b]
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevə hökm oxunub.
[APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. Nağıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, M. Nağıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-cu (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. -
06-10-2008, 01:31 PMAPAKrımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb
[b]Krımda kitabxanalar mövzusunda keçirilən foruma Azərbaycan nümayəndə heyəti də qatılıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Krımda keçirilən "Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət, təhsil və biznes aləmində" konfransda Azərbaycanın kitabxana mütəxəssisləri də iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, "Krım 2008" XV Beynəlxalq yubiley konfransına Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə şəhər kitabxanası və Astara rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktorları, Prezident Kitabxanasının, Xəzər və Qafqaz universitetlərini kitabxanalarının mütəxəssisləri qatılıblar. Konfransın birinci iclas günü Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixinin təbliğinə, habelə ölkəmizin kitabxana sahəsinə və elektron kitabxanaların inkişafına həsr olunub. Bu ilki konfransı "Kitabxanalar, informasiya və təhsil texnologiyaları vətəndaş cəmiyyətində" mövzusunda keçirilir. "Krım" konfransı kitabxana, nəşriyyat, informasiya mərkəzləri, muzey və arxivlər, elm, mədəniyyət və təhsil müəssisələrinin rəhbər və mütəxəssislərinin, habelə kompüter və İnternet-kompaniyalarının dünya peşəkar forumudur. Konfrans "İnternational Federation of Library Association" (İFLA) himayəsi ilə keçirilir. -
06-10-2008, 03:41 PMAPAAzərbaycanın müdafiə naziri ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının Komandanını qəbul edib
[b]Azərbaycanın müdafiə naziri ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının Komandanını qəbul edib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanmasının və Birgə Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Kevin Kosqrifi qəbul edib.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Əbiyev Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlıq məsələlərinin mövcud inkişaf səviyyəsinin və regionda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış gərgin vəziyyəti qonağın diqqətinə çatdırıb. Görüşdə ABŞ və Azərbaycan Hərbi Dəniz qüvvələrinin əməkdaşlıq perspektivlərinə dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. -
06-10-2008, 03:51 PMAPABakıda avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb
[b]Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər saxlanılıb[b]
[Bakı-APA. Nəsimi RPİ əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 17 nəfər (10-u qadın, 6-sı kişi, 1-i azyaşlı) saxlayıblar. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Saxlanılan şəxslər Bakı şəhər BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndəriliblər. -
06-10-2008, 04:01 PMAPAGəncə Yol Polisi Şöbəsinin sabiq rəisinin ölümü ilə bağlı zərərçəkən tərəf kasasiya şikayətindən imtina edib
[b]Gəncə Yol Polisi Şöbəsinin sabiq rəisinin ölümü ilə bağlı zərərçəkən tərəf kasasiya şikayətindən imtina edib[b]
[Bakı. Hacı Zeyanlov-APA. Bu gün Ali Məhkəmədə hakim Müzəffər Ağazadənin sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin sabiq rəisi İkram Xəlilovun ölümündə zərərçəkən tərəfin kasasiya şikayətinə baxılıb. Bu barədə APA-ya məlumat verən təqsirləndirilən Zabit Kazımovun vəkili Nərminə Məmmədova zərərçəkmiş tərəfin nümayəndəsinin prosesdə iştirak etmədiyini bildirib. Hakim prosesdə zərərçəkmiş tərəfin məhkəməyə müraciət edərək kasasiya şikayətindən imtina etdiyini bildirib. Məsələnin aydınlaşdırılması üçün proses 17-dək təxirə salınıb. Qeyd edək ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə iş üzrə təqsirləndirilən şəxslər Zabit Kazımov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Pərviz Məmmədov isə 2 il şərti azadlıqdan məhrum olunub. -
06-10-2008, 04:11 PMAPABAXCP və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır
[b]BAXCP və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır[b]
Bakı. Elbrus Seyfullayev - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və "Xalq Cəbhəsi" qəzeti yerləşdiyi binadan çıxarılır. Partiyadan APA-ya verilən məlumata görə, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) partiya və qəzetlə icarə müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
[DƏİEDK-dən partiya rəhbərliyinə bildirilib ki, qərargahın yerləşdiyi bina Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindədir. Komitə DƏİEDK-ə məktubla müraciət edərək, binada təmir işləri aparılacağını, buna görə də partiya və qəzetlə icarə müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Dövlət Komitəsi də bunu əsas gətirərək, partiya və qəzetlə yeni müqavilə bağlamayıb və binanın tərk edilməsinin vacibliyini bildirib. Partiyadan bildiriblər ki, yalnız rəsmi müraciətdən sonra partiyaya və qəzetə qərargahı tərk etmək üçün bir ay vaxt verilib. BAXCP-dən onu da qeyd ediblər ki, DƏİEDK hələ partiyaya yeni qərargah təklif etməyib. Qeyd edək ki, partiyanın Dövlət Komitəsi ilə icarə müqaviləsinin müddəti bu il iyunun 19-da başa çatır. Partiya hazırda Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nəzdindəki Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu Elm İstehsalat Birliyinin binasında yerləşir. -
06-10-2008, 04:21 PMAPAAzərbaycan XİN başçısı: "Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var"
[b]Azərbaycan XİN başçısı: "Ermənistanın yeni rəhbərliyinin mövqeyində bəzi yeni məqamlar var"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Prezidentlərin tanışlıq xarakteri daşıyan Sankt-Peterburq görüşündə danışıqların davam etdirilməsi barədə razılığa gəlinib. Bunun üçün gərək həmsədrlər regiona səfər edib, hər iki ölkədə yenidən görüşlər keçirsinlər. Onlar tərəflərin mövqelərini mövcud təkliflər əsasında uzlaşdırmalıdırlar".
[APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, Sankt-Peterburqda prezidentlərin görüşündən əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 40-45 dəqiqəlik görüşün keçirildiyini qeyd edib. Tərəflərin mövqelərini uzlaşdırmaq üçün həmsədrlərə vaxt lazım olduğunu söyləyən nazir Ermənistanın rəhbərliyinin mövqeyində bəzi yeni məqamların olduğunu diqqətə çatdırıb: "Ermənistanın yeni rəhbərliyinin mövqeyi əvvəlki mövqedən ciddi fərqlənməsə də, yeni nüanslar var. Əlbəttə ki, biz "Madrid təklifləri" üzərində işləyirik. Lakin bu təkliflərdə razılaşdırılmamış bəzi məqamlar var. Həmin məqamlar prinsipial xarakter daşıyır. Bəzi məqamlar da var ki, həmsədrlər Ermənistan tərəfi ilə müzakirə edib, onların mövqelərini uzlaşdırıb-uzlaşdırmayacağını gözləyirik. Bunun üçün isə bir az vaxt lazımdır". E. Məmmədyarovun fikrincə, hazırkı vəziyyət ömürlük davam edə bilməz, münaqişənin həlli üçünsə vaxt lazımdır: "Azərbaycan münaqişənin tezliklə həllini istəyir. Ermənistanlı həmkarıma həmişə deyirəm ki, bu torpağı götürüb qaça bilməzsiniz, istər-istəməz qonşuluq siyasəti aparmalısınız, bu sizin də milli maraqlarınıza uyğundur. İnanmaq istəyirəm ki, bunu Ermənistanda nə qədər tez başa düşsələr, sülh və sabitlik o qədər tez mümkün olar. Bu münaqişə Ermənistanın milli maraqlarına heç cür uyğun deyil". E. Məmmədyarov Azərbaycanın münaqişənin həlli üçün ata biləcəyi kompromis addımları da açıqlayıb: "Azərbaycanın kompromisi odur ki, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. İkincisi, Dağlıq Qarabağın statusu haqqında müzakirələr aparmağa razıyıq. Status məsələsi ciddi dialoq mərhələsinə çatanda, müzakirə olunacaq. Ancaq biz Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməsinin tərəfdarıyıq. O baxımdan biz danışıqları davam etdirməyə hazırıq. Ermənistan tərəfinə dəfələrlə bildirmişəm ki, dünyada mövcud olan bütün muxtariyyət modellərinin üzərində işləyək. İstəyirsiniz, Tatarıstan modelini götürək. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları Qarabağdan çıxmalı, məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı, stabillik yaranmalı, iqtisadı inkişaf olmalı, kommunikasiya bərpa edilməlidir. Yalnız bundan sonra status məsələsini müzakirə edə bilərik". Danışıqlar prosesinin Minsk Qrupu çərçivəsində davam etdirilməli olduğunu deyən nazir beynəlxalq ictimaiyyətin də münaqişəni daim diqqətində saxlamasının vacibliyini qeyd edib: "Buna görə də Azərbaycan Dağlıq Qarabağla bağlı məsələni BMT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər qurumlarda hər zaman qaldırır və qaldıracaq. Biz razı ola bilmərik ki, bu məsələ hansısa gizli danışıqlarda müzakirə olunsun. Beynəlxalq ictimaiyyət də gedən prosesdən xəbərdar olmalıdır. Danışıqlarda güclü irəliləyiş olsa, hansısa formata keçmək olar". Dağlıq Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını qeyd edən E. Məmmədyarov Azərbaycanda gedən inkişafdan işğal olmuş torpaqlara, o cümlədən Dağlıq Qarabağa da pay düşməsini istədiyini vurğulayıb: "Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşı kimi ölkədə gedən iqtisadi inkişafdan bəhrələnə bilərlər". -
06-10-2008, 04:31 PMAPAMetyu Brayza: "Ümidvarıq ki, prezidentlərin Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq"
[b]Metyu Brayza: "Ümidvarıq ki, prezidentlərin Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq"[b]
Bakı. Tamara Qriqoryeva-APA. "Ümidvarıq ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş Sankt-Peterburq görüşündən dayaq nöqtəsi kimi istifadə olunacaq".
[Bu eksklüziv açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. O qeyd edib ki, görüşdə bəzi pozitiv məqamlar olub ki, tərəflər bu istiqamətlər üzrə irəliləyə bilərlər: "Həmsədrlər ümid edir ki, Sankt-Peterburq görüşündən sonra baza prinsipləri üzərində işi başa çatdırmaq mümkün olacaq". Metyu Brayza həmsədrlərin regiona səfərinin dəqiq tarixinin məlum olmadığını bildirib: "Səfər iyunun sonunda baş tutacaq, amma həmsədrlərə səfərə hazırlaşmaq üçün müəyyən vaxt lazımdır". -
06-10-2008, 04:41 PMAPATehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb
[b]Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəalları barəsində qərar çıxarıb[b]
Bakı. Ramil Məmmədli - APA. Tehran İnqilab Məhkəməsi İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın doqquz fəalı barəsində qərar çıxarıb.
[Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hakim Səlavatinin sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpura şərti olaraq 8 il, vəkil Saleh Kamraniyə isə şərti olaraq 1 müddətinə həbs cəzası verilib. Onların hər ikisi casusluq və hakimiyyət əleyhinə mübarizədə ittiham olunur. Digər fəallar Cəlil Qənilu, Əlirza Mətinpur, Yaqub Salikiniya, Mirqasım Seyyidinzadə, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Heydəri, həmçinin Tehran Universitetinin müəllimləri Abdullah Abbasi Cavan və Məhəmmədəli Heydəri isə siyasi fəaliyyətlərinə görə 5 il müddətinə şərti həbs cəzasına məhkum ediliblər. Qeyd edək ki, adları çəkilən azərbaycanlılar 2006-cı ilin qanlı may hadisələri və Beynəlxalq Ana Dili günlərində İran hüquq-mühafizə qüvvələri tərəfindən həbs edilib, aylarla ağır işgəncə və təzyiqə məruz qalıblar, sonra isə külli miqdarda girov qoymaqla müvəqqəti azadlığa buraxılıblar. -
06-10-2008, 04:51 PMAPAQüdrət Həsənquliyev: "Azadlıq" bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir"
[b]Qüdrət Həsənquliyev: "Azadlıq" bloku İsa Qəmbəri seçkiyə qatılmaması üçün şantaj edir"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Biz Azərbaycanın gələcəyini demokratik proseslərin inkişafı və genişləndirilməsində görürük. Seçkilərə qatılmalı və demokratiyaya öz töhfəmizi verməliyik.
[Bütün düşərgələrdən eyni sualı eşidirəm ki, son sorğularda İlham Əliyevin reytinq göstəriciləri 70 faizin üstündədir. Belə olan halda nəyə ümid edib seçkiyə getdiyimizi soruşurlar. Təbii ki, mən seçkiyə qələbə üçün gedirəm. Amma məgər seçkilərdə şansının rəqibindən az olduğunu bilənlər iştirak etməməlidir? O məntiqlə gərək fovorit komandaların yanında nisbətən zəif olanlar çempionata qatılmasınlar?" Bunu APA-ya müsahibəsində bu günlərdə partiyasının qurultayı tərəfindən yenidən sədr seçilən və prezidentliyə namizəd olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Partiya sədri deyib ki, seçkidə iştirakın tərəfdarıdır. O, boykot tərəfdarı olan həmkarlarını iqtidara xidmət etməkdə, cəmiyyətin alternativ proqram və ideya eşitməsinin qarşısını almaqda qınayıb: "Əgər bizim seçkidə iştirak etməməyimiz bircə qram belə xalqın mənafeyinə xidmət edəcəksə, mən kənarda dayanmağa hazıram. Amma bilirəm ki, bu belə deyil. Hesab edirik ki, müxalifət seçkilərə qatılmalıdır. Biz bilirik ki, zaman-zaman xalqı yalan vədlərlə aldadan bəzi partiya liderlərinin yenidən ortaya çıxmağa üzü yoxdur. Ona görə də bu adamlar seçkidə iştirak edən digər qüvvələri şantaj edir. Onlar guya bizim hansısa seçki oyununda iştirak etdiyimizi düşünürlər. Bu fikirlərin heç bir əsası yoxdur. Biz seçkini boykot etsək, nə qazanacağıq? Seçkini boykot etmək Azərbaycana heç nə verməyəcək. Ona görə də seçkiyə qatılmaq və prosesdə iştirak etmək lazımdır". Q. Həsənquliyev siyasi qüvvəsinin az və çox olmağından asılı olmayaraq, qələbə uğrunda mübarizə aparacaqlarını deyib: "Hesab edirik ki, çoxlu problemlər var və bu problemləri seçki kampaniyası dövründə qaldıracağıq. Artıq partiyamızda seçki ilə bağlı müəyyən işlər görülür". Onun sözlərinə görə, bəzi siyasi qüvvələr əvvəlcə seçkiyə gedəcəklərini açıqlasalar da, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdən sonra tərəddüdə başlayıblar: "Əslində Seçki Məcəlləsinin necə olması demokratik seçki keçirmək üçün əsas deyil. Əsas olan siyasi qüvvələrin və hökumətin iradəsidir. Cəmiyyət də, mənim həmkarlarım da ona inanmalıdırlar ki, əslində çox demokratik qanun və seçkiqabağı mühit hələ seçkinin demokratik keçirilməsini deməyə imkan vermir. Seçkiqabağı mühit çox demokratik ola bilər, amma səsvermə günü seçkinin gedişinə müdaxilə edilər və bu seçkilər artıq demokratik və ədalətli hesab olunmaz. Eyni prosesin əksi də baş verə bilər. Eyni zamanda əgər müxalifətin Seçki Məcəlləsindən və ümumiyyətlə seçki qanunvericiliyindən narazılığı varsa, o zaman xüsusilə aktiv olmağa ehtiyac var. Ən azı qanunsuzluqları üzə çıxarmaq, baş verəcək qanunazidd məqamlara mane olmaq üçün prosesdə iştirak etmək lazımdı. Nəinki evdə oturub bu proseslərdə seyrçi mövqeyi tutmaq. Azərbaycan müxalifəti bunu 1998-ci ildə etdi və heç bir nəticənin olmadığı da ortaya çıxdı. Həmin seçkinin nəticələrini beynəlxalq aləm qəbul etdi və bundan sonra Azərbaycan bir çox beynəlxalq təşkilatlara belə üzv oldu. Bu onu göstərir ki, boykot çox səmərəsiz yoldur". BAXCP sədri seçkidə iştirakla bağlı digər partiyalarla hansısa razılığa gələcəkləri təqdirdə Ali Məclisin qərarına yenidən baxa biləcəyini söyləyib. Onun sözlərinə görə, dəstəkləyəcəkləri namizəd iqtidarın namizədi də ola bilər: "Əgər iqtidarın namizədinin seçki platforması ilə bizim platformamız üst-üstə düşəcəksə, bu barədə siyasi partiyalar arasında danışıqlar olacaqsa, biz onun da namizədliyini dəstəkləyə bilərik. Ancaq bu sahədə konkret bir təklif yoxdur. Sadəcə, bunu nəzəri baxımdan söyləyirəm. Hazırda bir qrup müxalifət partiyaları arasında seçkidə iştirakla bağlı danışıqlar gedir. Onların bəziləri hələlik seçki ilə bağlı, ümumiyyətlə, konkret qərar qəbul etməyiblər. Biz demokratik əsaslarla vahid namizəd müəyyənləşdirilməsinə razıyıq. Hətta bununla bağlı ilkin seçkinin keçirilməsini də mümkün sayırıq. Amma indiki halda seçkidə vahid namizədlə iştirak etməklə bağlı danışıqlar gedir, bu namizəd mən də ola bilərəm, başqası da ". Q. Həsənquliyev payızda keçiriləcək prezident seçkisində namizəd kimi iştirak edəcək şəxslər haqqında proqnozlarını da söyləyib: "İqbal Ağazadə və Sərdar Cəlaloğlu seçkidə iştirak edəcəyini bildirib. İsa Qəmbərlə bağlı konkret söz deyə bilmərəm. İndi "Azadlıq" bloku və konkret olaraq Əli Kərimli İsa Qəmbəri seçkiyə getməməsi üçün şantaj edir. Onu hökumətin tapşırıqlarını yerinə yetirməkdə ittiham edir. Bunlar mənə tanış ittihamlardır. Buna görə də İsa Qəmbərin belə məqamda hansı qərarı qəbul edəcəyini bilmirəm. Amma çoxillik müşahidələrimə əsaslanıb deyə bilərəm ki, İsa Qəmbər ekstremal vəziyyətdə obyektiv və doğru qərar qəbul edə bilmir. Biz bunun dəfələrlə şahidi olmuşuq". Q. Həsənquliyevin fikrincə, əslində bu gün Əli Kərimli hökumətə xidmət edir: "Biz seçkiyə qatılmaqla bir qisim insanı öz haqları uğrunda mübarizə aparmağa və fəal olmağa səsləyəcəyik. Onlar isə bizim əleyhimizə şantaj kampaniyası təşkil etməklə həmin insanları da ümidsizliyə düçar edib, özləri kimi evlərinə çəkilməyə sövq edəcəklər". -
06-10-2008, 05:01 PMAPAATƏT Minsk Qrupunun həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir
[b]ATƏT Minsk Qrupunun həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir[b]
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie Avropa İttifaqı Şurasında görüşlər keçirir.
[Görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Bu barədə APA-ya Bernar Fasienin ofisindən məlumat verilib. Vasitəçi öz diplomat həmkarlarını Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 7-də Sankt-Peterburqda keçirilən görüşü barədə məlumatlandırır. -
06-10-2008, 05:11 PMAPASəfir: "Avropa İttifaqı Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək"
[b]Səfir: "Avropa İttifaqı Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Avropa İttifaqı (Aİ) Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqətlə izləyəcək. APA-nın məlumatına görə, barədə Aİ Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams bildirib.
[Səfir deyib ki, Aİ strateji tərəfdaşlarının ədalətli və düzgün seçkilər keçirməsini istəyir. Seçki kampaniyasına hələlik start verilmədiyindən Aİ-nin konkret təkliflərlə çıxış etmədiyini qeyd edən A. Vaddams kampaniya başlanandan sonra müəyyən təkliflərin olacağını vurğulayıb. "Mən seçkilər barədə optimist fikirdəyəm və hesab edirəm ki, yeni Seçki Məcəlləsində Venesiya Komissiyasının təklifləri əsasında müsbət irəliləyişlər var", - deyə A. Vaddams fikirlərini yekunlaşdırıb. -
06-10-2008, 05:21 PMAPAAzərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək
[b]Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. İyunun 20-də Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Alan Vaddams məlumat verib. O bildirib ki, komissiyanın iclasında hər iki tərəfi maraqlandıran bütün məsələlər müzakirə olunacaq. Bu məsələlər arasında demokratiya, insan hüquqları, seçkilər, enerji və Avropa Qonşuluq Siyasəti də yer alacaq. -
06-10-2008, 05:31 PMAPAMəzahir Pənahov: "Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək"
[b]Məzahir Pənahov: "Hesab etmirəm ki, seçki müddətinin azaldılması kiminsə populyarlığına mənfi təsir göstərəcək"[b]
Bakı. Elnur Məmmədli - APA. "Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı bütün məsələlər beynəlxalq təşkilatlarla müzakirə olunub, onların tövsiyələri, ictimaiyyət tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb".
[APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, qanunla bağlı danışıqlar müddətində texniki xarakterli dəyişikliklərin edilməsi gözlənilirdi. Amma o sonrakı prosesdə marağa səbəb olan dəyişikliklərin də edildiyini qeyd edib: "Əslində seçki müddətinin azaldılması prezident tərəfindən parlamentə göndərilən layihədə göstərilməmişdi, bunu parlamentdə müəyyən partiyalar qaldırdı. Şəxsən bizim üçün müddətin azaldılmasının və ya 4 ay olmasının fərqi yoxdur. Avropa ölkələrinin 90 faizində seçkilər 2 ay ərəfəsində keçirilir. Hesab etmirəm ki, müddətin azaldılması kiminsə populyarlığını azaldacaq, seçkilərin təşkili baxımından hansısa problem yaradacaq. Tam məsuliyyəti ilə deyirəm ki, seçkilərin təşkili baxımından heç bir problem yoxdur. Siyasi platformanın ictimaiyyətə çatdırılması, namizədlərin təbliğatı baxımından da problem yaranacağını demək olmaz. Çünki bunu demək bütün dünyada keçirilən seçkilərə kölgə salmaq olar və belə çıxar ki, həmin seçkilər antidemokratik şəraitdə aparılır". Depozitin ləğv olunmasına gəldikdə, M. Pənahov bildirib ki, belə bir qayda yalnız Azərbaycanda mövcud olub: "Mənim maraqlandığım ölkələrdə belə bir şey yoxdur. Dünya dağılsa da, mən depozit qoyub prezident seçkisində iştirak etmərəm. Əgər hansısa bir insan kifayət qədər populyar olduğunu və prezident olmaq üçün özünü yetişmiş hesab edirsə, onun üçün 40 min imza toplamaq problem olmamalıdır. Bu məsələ kiminsə hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz". Venesiya Komissiyasının eksperti Sergey Kuznetsovun Seçki Məcəlləsinə əlavə və dəyişikliklər məsələsinə yenidən baxılacağı ilə bağlı fikirlərinə gəldikdə M. Pənahov ekspertin belə fikir işlətmədiyini bildirib: "MSK-nın beynəlxalq əlaqələr şöbəsini müdiri Sergey Kuznetsovla əlaqə saxladı. O bildirdi ki, bu məsələdən xəbəri yoxdur, ona heç kim zəng etməyib və o, belə bir münasibət bildirməyib". -
06-10-2008, 06:01 PMAPAAzərbaycan Məhkəmə-Hüquq Şurası 3 hakim barəsində intizam icraatına başlayıb
[b]Azərbaycan Məhkəmə-Hüquq Şurası 3 hakim barəsində intizam icraatına başlayıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
[Şuradan APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmələrin iş yükü və əlavə hakimlərə ehtiyacı, həmçinin yüksək instansiya məhkəmələrinə namizədlər barədə təkliflər müzakirə edilib. Qeyd olunub ki, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntuları və neqativ hallara yol verən hakimlərin məhkəmə sistemindən kənarlaşdırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Belə ki, ötən il bütün hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 30-dan çox hakimin səlahiyyətlərinə xitam verilib, son iki il ərzində 50-dək hakim barədə intizam icraatı başlanılıb, o cümlədən korrupsiya hüquqpozmalarına yol verdiklərinə görə 3 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfər isə aşağı işə keçirilib. Hakim ştatlarının 50 faiz artırılması hakimlərin iş yükünü və onların fəaliyyətində süründürməçilik hallarını azaldıb, işlərə daha keyfiyyətli baxılmasını təmin edib. Amma hakim kadrlarının çatışmazlığına görə hakim ştatlarının tam komplektləşdirilməsi mümkün olmayıb, bununla əlaqədar hakimliyə namizədlərin növbəti seçim prosesinə başlanılıb və müvəffəqiyyət qazanan 102 nəfər yarım illik tədris kursu, məhkəmələrdə, o cümlədən xaricdə staj keçib, yüksək bilik və peşəyə yiyələnmə qabiliyyəti nümayiş etdirərək sonuncu mərhələyə - yekun müsahibəyə buraxılıb. İclasda həmçinin yeni hakim kadrlarının hazırlanması nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının iclasında yüksək instansiya məhkəmələrində vakant olan ştatların komplektləşdirilməsi mümkün hesab edilib, Ali və Apellyasiya məhkəmələrinə təcrübəli hakimlərin təyinatı barədə təkliflər verilib. Bundan başqa, iclasda vətəndaşların hüquqlarının həyata keçirilməsinə maneələr yaratdıqlarına və digər pozuntulara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatı başlanılıb. -
06-10-2008, 07:01 PMAPAABŞ və Avropa Birliyi Azərbaycanda demokratiyanın təmin olunması üçün əməkdaşlığı davam etdirəcəklərini bildirib
[b]ABŞ və Avropa Birliyi Azərbaycanda demokratiyanın təmin olunması üçün əməkdaşlığı davam etdirəcəklərini bildirib[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün Sloveniyanın paytaxtı Lyublyana yaxınlığındakı Brdo-kod-Kranya yaşayış məntəqəsində ənənəvi illik Avropa Birliyi - ABŞ sammiti keçirilib.
[APA-nın Avropa Birliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sammitin yekunları əsasında birgə Bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycanda demokratiyanın, insan haqlarının, söz azadlığının təmin olunmasında əməkdaşlığı davam etdirmək, həmçinin Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli üçün tərəflərlə işləmək niyyəti də əks olunub. Sənəddə Xəzərin enerji ehtiyatlarının, Türkiyə-Yunanıstan-İtaliya boru xəttinin və "Nabucco" layihəsinin önəmi də vurğulanıb.