[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
[Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 18-də saat 02.10-dan 02.17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Azərbaycan Xəbərləri
Printable View

10-18-2008, 10:10 AMAPAErmənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

10-18-2008, 10:40 AMAPAAzərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı DSK-lar yekun protokolları MSK-ya təhvil verib
[b]Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı DSK-lar yekun protokolları MSK-ya təhvil verib[b]
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinin nəticələri ilə bağlı Dairə Seçki Komissiyalarından yekun protokolların Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verilməsi başa çatıb.
[MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, qanunda nəzərdə tutulduğu kimi, səsvermədən 48 saat müddətində 125 DSK yekun protokollarını MSK-ya təhvil verib. A. Sarıyev bildirib ki, hazırda protokolların araşdırılması prosesi gedir. O bu prosesin nə zaman yekunlaşacağı ilə bağlı əvvəlcədən konkret vaxt söyləməyin mümkün olmadığını qeyd edib: "Seçki Məcəlləsinin 203.1-ci maddəsinə görə, səsvermədən sonra ən uzağı 10 gün müddətinə MSK rəsmi nəticələri açıqlamalıdır. Protokolların araşdırılması tez başa çatsa, yekun nəticə daha tez açıqlana bilər". -
10-18-2008, 10:50 AMAPATürkiyənin Azərbaycandakı səfiri: "Biz İlham Əliyevin yenidən prezident seçilməsindən məmnunuq"
[b]Türkiyənin Azərbaycandakı səfiri: "Biz İlham Əliyevin yenidən prezident seçilməsindən məmnunuq"[b]
Bakı. Laçın Sultanova - APA. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Women’s Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyində olub.
[Birlikdən APA-ya verilən məlumata görə, təşkilatın sədri Sevinc Osmanqızı rəhbərlik etdiyi qurumun Azərbaycanda etik jurnalistika, mətbuat azadlığı, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi sahəsində gördüyü işlər barədə məlumat verib. Türkiyəli diplomat seçkiləri izləmək üçün Bakıya gəlmiş türk jurnalistin qəfil ölümü ilə bağlı seçki məntəqələrinə gedə bilməsə də, seçkilərin sakit və demokratik şəraitdə keçdiyi qənaətində olduğunu deyib. "Biz hazırkı dövlət başçısının yenidən prezident seçilməsindən məmnunuq. Çünki Türkiyə Azərbaycanda sabitliyin olmasına böyük əhəmiyyət verir. Sabitlik olarsa, inkişaf və barış olar". -
10-18-2008, 11:10 AMAPATürkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin Rumıniya və Polşa prezidentləri İlham Əliyevi təbrik ediblər
[b]Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, həmçinin Rumıniya və Polşa prezidentləri İlham Əliyevi təbrik ediblər[b]
[Bakı - APA. Oktyabrın 17-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Baş Qərargah rəisi dövlət başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, dost və qardaş Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində ona uğurlar arzulayıb. Prezident İ. Əliyev təbrikə görə minnətdarlığını bildirib. Rumıniya prezidenti Trayan Basesku və Polşa prezidenti Lex Kaçinski də prezident seçkilərində uğur qazanması münasibətilə İlham Əliyevi təbrik ediblər. -
10-18-2008, 11:20 AMAPALevon Ter-Petrosyan: "Serj Sarkisyan Qarabağı qurban verir"
[b]Levon Ter-Petrosyan: "Serj Sarkisyan Qarabağı qurban verir"[b]
[İrəvan - APA. Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarını müvəqqəti dayandırmaq qərarına gəlib. APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu oktyabrın 17-də keçirilən mitinqdə bəyan edib. O, Qarabağin təhlükədə olduğunu vurğulayaraq tərəfdarlarını mitinqləri müvəqqəti olaraq dayandırmağa çağırıb. Sabiq prezidentin fikrincə, hakimiyyətin mövcud siyasəti Ermənistanın maraqlarını təhlükə altında qoyur. L. Ter-Petrosyan bildirib ki, Serj Sarkisyanın öz legitimliyini sübut etmək üçün Qərbin qoynuna atıldığı və onların siyasətinə uyğun olaraq Rusiyanı danışıqlar prosesindən sıxışdırmağa çalışdığı bir vaxtda Qərb bu imkanı əldən verməyərək tez bir zamanda münaqişəni həll edəcək. Rusiyayönümlü siyasətçinin öz orientasiyasını qəflətən dəyişməsinin səbəbini açıqlayan müxalifət lideri deyib ki, S. Sarkisyanın artıq Rusiyadan gözləntiləri yoxdur və onun əsas məqsədi Qərbin dəstəyini qazanmaqdır: "Sarkisyan Qərbə nə təklif edə bilər? Axı Ermənistan təbii sərvətlərə malik deyil! Bizim dövlət maraqlarından başqa heç nəyimiz yoxdur. Prezident də məhz bu yolu - dövlət maraqlarının qurban verilməsini seçib. Bütün bu dediklərim, eləcə də Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra Rusiyanın Qafqazda təsirinin azalması Qarabağ münaqişəsinin tezliklə Ermənistanın ziyanına həll olunacağını göstərir". L. Ter-Petrosyan S. Sarkisyana Qarabağa dair vədlərini yerinə yetirmək üçün AŞ PA-nın yanvar sessiyasına qədər vaxt verildiyini söyləyib. Müxalifət lideri kütləvi aksiyalara verilən fasilənin uzun olmayacağını, Qarabağ düyününün 2-3 aya çözüləcəyini bəyan edib. Milli Konqresin lideri aksiyaların dayandırılmasının məntiqini belə izah edib ki, müxalif hərəkatın fəallığı Serj Sarkisyanın mövqelərini zəiflədir və Qərbin hakimiyyətə təzyiqlərini artırmasına səbəb olur, beləliklə də, müxalifət özü də istəmədən Qərbin əlində alətə çevrilir. -
10-18-2008, 11:30 AMAPATürkiyə PKK-nın İraqın Qəndil dağındakı bazalarını bombardman edib
[b]Türkiyə PKK-nın İraqın Qəndil dağındakı bazalarını bombardman edib[b]
[Ankara - APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın Qəndil dağındakı bazalarını bombardman ediblər. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında, Qəndil dağı bölgəsində müəyyənləşdirilən PKK hədəflərinə zərbələr endirildiyini açıqlayıb. Açıqlamada əməliyyatın uğurlu keçdiyi və bölgədəki dinc əhalinin zərər çəkmədiyi bildirilib. -
10-18-2008, 11:40 AMAPARusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib
[b]Rusiya prezidenti MDB işləri üzrə Agentliyə rəhbər təyin edib[b]
[Bakı. Laçın Sultanova - APA. Rusiya prezidenti Dmitri Medvedyev yeni yaradılmış MDB, Xaricdə Yaşayan Soydaşlar və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Agentliyə rəhbər təyin edib. APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin fərmanı ilə bu vəzifəyə Fərid Muxametşin təyin olunub. Prezidentin digər fərmanı ilə F. Muxametşin Rusiyanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Qeyd edək ki, yeni yaradılmış agentliyin məqsədi Rusiya siyasətinin MDB-də aktivləşməsi məqsədini güdür. -
10-18-2008, 11:50 AMAPAMərkəzi Ordu İdman Klubuna sponsor tapıldı
[b]Mərkəzi Ordu İdman Klubuna sponsor tapıldı[b]
Natiq Əliyev: "Bizə söz verilib ki, klubumuz hər hansı maliyyə problemi yaşamayacaq"
[Bakı - APA-SPORT. Azərbaycan Premyer Liqasının debütantı Mərkəzi Ordu İdman Klubuna (MOİK) sponsor tapılıb. Bu haqda "APA-SPORT"a məlumat verən MOİK-in rəisi, polkovnik Natiq Əliyevin sözlərinə görə, komandaya Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sponsorluq edəcək."Bununla bağlı artıq rəsmi müqavilə imzalanıb. Şirkət rəhbərliyi tərəfindən söz verilib ki, klubumuzun maliyyə ilə əlaqədar hər hansı problem yaşamayacaq. Bu köməkliyə görə, Dövlət Neft Şirkətinin rəhbərliyinə təşəkkür edirəm" - deyə Əliyev vurğulayıb.Həmçinin, MOİK rəisi komandanın çıxışından razı qalmadığını bildirib. Əliyev deyib ki, gələcəkdə uğurlu nəticə qazanmaq üçün hərbi xidmətə futbolçu çağırılmayacaq: "Biz peşəkar komanda yaratmaq istəyirik. Ancaq əsgərlərlə buna nail olmaq mümkün deyil. İl ərzində 4 dəfə hərbi çağırış olduğundan heyəti sabit saxlamaq olmur. Gələcəkdə komandaya peşəkar futbolçular dəvət edib, onlarla 2-3 illik müqavilə bağlayacağıq".Qeyd edək ki, hazırda MOİK 3 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Cari mövsümdə keçirdiyi 6 oyunda cəmi 1 qələbə qazanan "hərbçilər" birinci diviziona düşməyə real namizəd sayılırlar. -
10-18-2008, 12:30 PMAPASərdar Cəlaloğlu: "İlham Əliyev seçkidə böyük üstünlüklə qalib gəlib"
[b]Sərdar Cəlaloğlu: "İlham Əliyev seçkidə böyük üstünlüklə qalib gəlib"[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə birmənalı qiymət vermək fikrində deyil. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, onlar seçkilərdə iştirak etməyiblər və seçkilərlə bağlı əllərində konkret fakt yoxdur. Seçkilərdən əvvəlki şərait, Seçki Məcəlləsi ilə bağlı mövqelərinin cəmiyyətə bəlli olduğunu bildirən S. Cəlaloğlu seçkidən sonra namizədlərin ziddiyyətli açıqlamalar verdiklərini qeyd edib.Onun sözlərinə görə, seçkiyə qatılan bəzi namizədlər MSK-nın elan etdiyi nəticələrdən çox səs topladıqlarını iddia edirlər: "Onların verdikləri bəyanatlardan belə çıxır ki, seçkilər 50-60 faiz saxtalaşdırma olub. Mən şəxsən bu mövqe ilə qətiyyən razılaşmıram. Belə hesab edirəm ki, bu şərtlərlə keçirilən seçkilərdə İlham Əliyev həmin namizədlərin hamısına böyük üstünlüklə qalib gələ bilərdi və seçkilərin faktiki nəticəsində elə belə də olub. Bizim partiyada belə bir fikir var ki, biz seçkilərin formal tərəfindən daha çox faktiki vəziyyətə üstünlük verməliyik". Partiya sədri Azərbaycanda siyasi inkişafa nail olunması və iqtidarla müxalifət arasında yeni münasibətlərin qurulması, həmçinin digər milli məsələlərlə bağlı reallığa uyğun addımların atılmasına tərəfdardır: "Biz seçkilərdə iştirak etməyən partiyaları da çağırırıq ki, seçkinin nəticələrini formal qiymətləndirməkdən daha çox, faktiki vəziyyətə qiymət versinlər. Azərbaycanda bundan sonrakı seçkilərin sözün həqiqi mənasında azad və ədalətli keçirilməsi üçün iqtidarla birgə əməkdaşlıq aparılsın və cəmiyyəti siyasi baxımdan inkişaf etdirsin. Bizim konkret mövqeyimiz budur. Partiyada seçkilərə birmənalı qiymət verilməsinin tərəfdarları olanlar da var. Onlar belə hesab edirlər ki, biz ATƏT və Avropa Şurasının yekun rəyini gözləyib seçkilərə münasibət bildirməliyik". -
10-18-2008, 01:00 PMAPAAzərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır
[b]Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır[b]
Bakı. Laçın Sultanova - APA. "Türkiyə beynəlxalq aləmin ən məsuliyyətli üzvlərindən biri kimi regional təhlükəsizlik və əməkdaşlıqda, eyni zamanda önəmli beynəlxalq məsələlərdə böyük rol oynayır.
[Türkiyənin BMT Təhlükəsizlik Şurasında yer alması beynəlxalq münasibətlər baxımından çox mühüm hadisədir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu xatırladaraq bu dövlətin BMT TŞ-yə üzv seçilməsini səmimi qəlbdən alqışladıqlarını bəyan edib: "İnanırıq ki, Türkiyə beynəlxalq münasibətlərə böyük töhfə verəcək".Xatırladaq ki, BMT TŞ-nın 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə müvəqqəti üzvlərdir. Müvəqqəti üzvlər 2 il müddətinə seçilir və hər il onlardan 5-i dəyişir. -
10-18-2008, 01:40 PMAPABakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb
[b]Bakı-Tiflis-Ceyhan boru kəməri ilə il ərzində daşınacaq Qazaxıstan neftinin həcmi 3 milyon ton artırılıb[b]
Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Qazaxıstanın «Tengiz» yatağında hasil olunan neftin yaxın günlərdə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixracına başlanacaq. "APA-ECONOMICS"in xəbərinə görə, bu barədə "Nezavisimaya gazeta"ya bp şirkətindən məlumat verilib.
[bp şirkətinin operatoru olduğu layihə əsasında, kəmərə vurulacaq Qazaxıstan nefti Aktaudan Azərbaycana tankerlər vasitəsi ilə çatdırılacaq. Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə nəzərdə tutulur. bp-dən bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac edilən Qazaxıstan neftinin ilkin həcm ildə 2 mln. tondan 5 mln. tona qədər artırılıb, gələcəkdə isə bu rəqəmin 20 mln. tona çatdırılması planlaşdırılır. İxrac olunacaq neftin həcminin artırılması həm ABŞ və Avropa İttifaqı ölkələri, həm də Qazaxıstanın maraqlarındadır. Bu arada Qazaxıstanın baş naziri Kərim Məsimov Qazaxıstanın enerji daşıyıcılarının dünya bazarlarına nəqlində çox istiqamətlilik prinsipinin tərəfdarı olduğunu bildirib, bu sırada diqqəti Azərbaycan və Gürcüstan istiqamətlərinə yönəldib.Qeyd edək ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması prosesində son və mühüm addım Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan boru kəmərlərin tikintisi olacaq. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırması üzərində işlər aparılır. -
10-18-2008, 01:50 PMAPAİnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var
[b]İnquşetiyada hərbi maşın karvanı atəşə tutulub, ölən və yaralananlar var[b]
[İnquşetiya - APA. İnquşetiyada yaraqlılar hərbi avtomobil karvanını atəşə tutublar. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Alxastı-Surxaxi yolunda 15 nəfərə yaxın olduqları güman edilən silahlı şəxslər avtomat və qumbaraatanlarla hərbi maşın karvanına hücum ediblər. Nəticədə 2 hərbçi ölüb, 2-si yaralanıb. Basqınçılar hadisədən sonra meşəyə qaçıblar. Onları təqib edərkən daha 3 hərbçi yaralanıb. Bir neçə yaraqlının öldürüldüyü bildirilir. -
10-18-2008, 02:00 PMAPATəqaüdçü hüquq firmasını partladıb
[b]Təqaüdçü hüquq firmasını partladıb[b]
[Bakı - APA. ABŞ-ın Corciya ştatında 78 yaşlı təqaüdçü Loyd Silvestr Kantrell içərisində partlayıcı maddə olan avtomobili hüquq firmasına çırpıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində Kantrell özü ölüb, binada olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İstintaqın ehtimallarına görə, baş vermiş insident terror aktı olmayıb. Təqaüdçü "McCamy, Phillips, Tuggle and Fordham" hüquq firması ilə aralarında yaranmış fikir ayrılığına görə bu addımı atıb. Kantrellin maşınında olan partlayıcıların isə benzin, təbii qaz və propandan ibarət olduğu müəyyənləşib. Təqaüdçü ilə əlbir şəxslərin olmadığı da açıqlanıb. Partlayışda xəsarət alanlar Dalton şəhərindəki xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisi artıq evə buraxılıb, biri xəstəxanada qalıb, digəri isə Oqasta şəhərindəki Yanıq Mərkəzinə aparılıb. Kantrellin evində axtarış aparılıb. -
10-18-2008, 02:10 PMAPABakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır
[b]Bakı və Sumqayıtda 50-dən çox məktəb direktoru kompüterdə işləməyi bacarmır[b]
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakı və Sumqayıt şəhərlərinin orta məktəb direktorlarına informasiya kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmə sertifikatları təqdim edib.
[APA-nın məlumatına görə, nazir bildirib ki, Müəllimlərin İxtisasartırma İnstitutunda keçirilən treninqlərə 300-dən çox məktəb direktoru qatılıb və bu gün onların 108-nə birinci dərəcəli sertifikat təqdim edilir. İkinci və üçüncü dərəcəli sertifikatların sonra paylanılması nəzərdə tutulub. M. Mərdanov 50-dən çox məktəb direktorunun treninqlərdən keçə bilmədiyini deyib: "Sertifikat ala bilməyən direktorların vəzifədən çıxarılmasının vacib olduğunu deməzdim. Biz onların özlərini bir daha sınamasına imkan verəcəyik. Bunun üçün böyük bilik və bacarıq tələb olunmur, kompüteri sadəcə, operator səviyyəsində bilmək lazımdır". M. Mərdanov qeyd edib ki, yaxın günlərdə Bakı və Sumqayıtdan kənarda yerləşən orta məktəb direktorlarının da informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnmə səviyyəsini yoxlamaq üçün addımlar atılacaq. Yaxın gələcəkdə isə bütün bölgələrdə yalnız məktəb direktorlarının deyil, onların müavinləri, sinif rəhbərləri və bütün müəllimlərin İKT bacarıqlarına yiyələnməsinə nail olunacaq. -
10-18-2008, 02:20 PMAPAAzərbaycanda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır
[b]Azərbaycanda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlanır[b]
[Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Təhsil Nazirliyi müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı hazırlayır. APA-nın məlumatına görə, Misir Mərdanov bildirib ki, proqram orta təhsillə yanaşı, təhsilin digər pillələrinə də aid olacaq. Nazirin sözlərinə görə, hazırda müəllimlərin ixtisaslarının artırılması və təkmilləşdirilməsi işi pərakəndə şəkildə aparılır: "Bu istiqamət üzrə tam müəyyənləşdirilmiş siyasətimiz yoxdur. Proqram təsdiq edildikdən sonra bu işin icrasına vəsait ayrılacaq və onun həyata keçirilməsində problem yaranmayacaq". -
10-18-2008, 02:30 PMAPAVoleybol Federasiyasının kompüterləri oğurlanıb
[b]Voleybol Federasiyasının kompüterləri oğurlanıb[b]
[Bakı - APA-SPORT. Türkiyə Voleybol Federasiyasının mənzil-qərargahı basqına məruz qalıb. "APA-SPORT"un məlumatına görə, qurumun giriş qapısını sındıran oğrular bir neçə kompüteri özləri ilə aparıblar. Oğruların kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Maraqlıdır ki, basqınçılar götürdükləri kompüterlərin yerinə içində ağ siçan olan qutu qoyublar. -
10-18-2008, 02:40 PMAPACon Neqroponte ABŞ hökuməti adından Azərbaycan prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib
[b]Con Neqroponte ABŞ hökuməti adından Azərbaycan prezidentini seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib[b]
Bakı - APA. Oktyabrın 17-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini Con Neqroponte Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
[Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət katibinin müavini seçkilərdə qələbə qazanması münasibətilə İ. Əliyevi həm öz adından, həm də ABŞ hökuməti adından təbrik edib, ona növbəti prezidentlik fəaliyyətində uğurlar arzulayıb.Prezident İ. Əliyev təbriklərə görə C. Neqroponteyə minnətdarlığını bildirib. -
10-18-2008, 02:50 PMAPAAzərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib
[b]Azərbaycan prezidenti Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin rəhbərliyini təbrik edib[b]
[Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə bu ölkənin prezidenti Abdullah Gülü və baş naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Türkiyənin beynəlxalq aləmdə artan rolunun birbaşa ifadəsi olan bu tarixi hadisəni həm də Türkiyə diplomatiyasının böyük uğuru olduğunu deyən Azərbaycan dövlət başçısı BMT Baş Məclisində keçirilən seçkilərin bu cür nəticələnməsini dünyada və regionda sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması yolunda Türkiyənin ardıcıl səylərinə dünya birliyi tərəfindən verilən yüksək qiymət adlandırıb: "Qardaş Türkiyənin hər bir vətəndaşına və bütün türk dünyasına fərəh gətirən bu xoş xəbərin sevincini Sizinlə birlikdə yaşayır, Təhlükəsizlik Şurasında Türkiyənin qarşıdakı məsul fəaliyyətinin hər cəhətdən səmərəli olacağına inamımızı ifadə etmək istəyirəm". -
10-18-2008, 10:00 PMAPASabah MSK prezident seçkilərinin nəticələri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə göndərəcək
[b]Sabah MSK prezident seçkilərinin nəticələri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə göndərəcək[b]
Bakı. Elnur Məmmədli-APA. Sabah Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin nəticələrinə yekun vuracaq. APA-nın məlumatına görə, MSK-nın sabah keçiriləcək iclasında prezident seçkilərinin yekun protokolunu təsdiqləyərək, müvafiq sənədləri Konstitusiya Məhkəməsinə göndəriləcək.
[Qeyd edək ki, bu il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Dairə Seçki Komissiyalarının (DSK) əksəriyyətindən yekun protokol oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkilərin nəticələrini elan etməlidir. Onu da xatırladaq ki, Azərbaycanda prezient seçkiləri bu il oktyabrın 15-də keçirilib. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, prezident İlham Əliyev bu seçkilərdə seçicilərin 88,73 faizinin səsini alaraq, qələbə qazanıb. -
10-18-2008, 10:30 PMAPAQarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib
[b]Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib[b]
Qars. Mayis Əlizadə-APA. Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib. Konfransla bağlı APA-nın Türkiyə bürosuna müsahibə verən Ərzurumdakı Atatürk Universitetinin professoru Yavuz Aslan deyib ki, konfransda Qafqaz xalqlarının keçmişi və bu gününün tədqiqinə dəstək verilməsinin lazımlılığı vurğulanıb.
[Tədbirdə Qafqaz xalqlarının tarixi ilə bağlı 50 alimin məruzəsi dinlənilib. Elə bu əsnada da məlum olub ki, Türkiyədə Qafqaz xalqlarının tarixi ilə bağlı az məlumat var. Y. Aslan deyib ki, bundan sonra universitetlərdə Qafqaz xalqları ilə bağlı elmi-araşdırma institutlarının yaradılmasına diqqət yetiriləcək. Hətta Qarsdakı Qafqaz Universitetinin elmi şurası bununla bağlı qərar da qəbul edib: " Türkiyədə demək olar ki, bütün Qafqaz xalqlarının nümayəndələri yaşadığına görə, tədqiqatların bütün universitetlərimizdə aparılması vacibdir". Professor bildirib ki, ermənilər simpoziumda iştirak etməyiblər, bunun səbəbi isə ona bəlli deyil. Lakin Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub: "Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə də söhbət aparıldı. Mən Türkiyənin bu münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu vurğuladım. Orda bildirdim ki, Türkiyə Qafqazdakı proseslərdə Rusiyanı və ya ABŞ-ı dəstəkləməsə də, torpaqlarını işğaldan xilas etməsi üçün Azərbaycanı həmişə dəstəkləməlidir. Türkiyə Qafqazda Azərbaycanın tərəfdaşı olmalıdır". -
10-19-2008, 09:40 AMAPAATƏT müşahidəçiləri SMM-in bir neçə gün öncə sensasion bəyanatla çıxış edən koordinatoru ilə görüşüblər
[b]ATƏT müşahidəçiləri SMM-in bir neçə gün öncə sensasion bəyanatla çıxış edən koordinatoru ilə görüşüblər[b]
Xaçmaz. Müqəddəs Kazımoğlu-APA. Bu gün Quba-Xaçmaz Bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) şimal bölgəsi üzrə sabiq koordinatoru Səidə Xanbabayeva və dairə koordinatoru Təranə Zaliyeva ATƏT-in bölgədəki uzunmüddətli müşahidəçiləri Sisiliya Seylmark və Robert Petersonla görüşüb.
[Görüş ATƏT müşahidəçilərinin xahişi ilə baş tutub. APA-nın şimal bürosunun əməkdaşının verdiyi məlumata görə, S. Seylmark S. Xanbabayevanın SMM-lə əlaqədar verdiyi bəyanatla maraqlanıb. Sabiq koordinator deyib ki, SMM-in qeydiyyatı Nizamnamə pozuntuları ilə əlaqədar məhkəmə qərarı ilə ləğv ediləndən sonra problemlər başlayıb: "Bundan sonra biz gizli fəaliyyətə keçdik. Bizə tapşırdılar ki, heç bir dövlət qurumuna, o cümlədən, hüquq-mühafizə orqanlarına yerli koordinatorluğun olması barədə məlumat verməyək. Bizə DSK-larda müstəqil müşahidəçilər kimi qeydiyyatdan keçməyimizi tapşırdılar, sonra isə fərqli təlimatlar verdilər. Bizi inandırmışdılar ki, SMM seçkiyə qədər təkrar qeydiyyatdan keçəcək".S. Xanbabayeva deyib ki, onlar seçkiləri müşahidə edərək, məlumatı SMM-ə verməkdən imtina etməklə bağlı bəyanatı müstəqil şəkildə veriblər. Sabiq koordinator hazırda ATƏT-in gender məsələləri üzrə təlimçisi olduğunu da xatırladıb. Xatırladaq ki, SMM-in gizli fəaliyyətinə və təlimatlarına etiraz olaraq, QHT-nin şimal bölgəsi üzrə koordinatoru və üzvləri prezident seçkilərindən bir neçə gün öncə sensasion bəyanatla çıxış edərək, qurumun seçki günü həyata keçirəcəyi fəaliyyət planını açıqlayaraq, müşahidədən imtina etdiklərini deyiblər. Qeyd edək ki, ATƏT-in şimal bölgəsindəki uzunmüddətli müşahidəçiləri bu gün həmçinin Quba-Xaçmaz bölgəsi üzrə İnsan Hüquqları Resurs Mərkəzinin rəhbərliyi ilə də görüşüblər. -
10-19-2008, 05:10 PMAPAMSK prezident seçkilərinin yekunu ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib
[b]MSK prezident seçkilərinin yekunu ilə bağlı protokolu təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkisi barədə məlumat verib.
[O deyib ki, prezident kürsüsü uğrunda mübarizəyə 21 iddiaçı olub, lakin onlardan 7-nin namizədliyi rəsmən təsdiqlənib. Siyasi partiyaların fikrini yüksək qiymətləndirən MSK sədrinin sözlərinə görə, bu seçkilər Azərbaycanda seçki tarixində demokratik dəyərlərə doğru atılan dönüş nöqtəsi olub. M. Pənahov bildirib ki, prezident seçkilərində müşahidə fəaliyyəti aparmaq üçün 48 min nəfər müraciət edib. Seçki prosesini isə 34 xarici KİV, 1200-dən çox beynəlxalq müşahidəçi izləyib. Ölkə üzrə yaradılmış 5359 məntəqədən 500 də veb-kameralar quraşdırılıb. M. Pənahov deyib ki, qurumun araşdırmaları nəticəsində 5359 məntəqədən 8-də seçkinin nəticələri ləğv olunub. M. Pənahov bildirib ki, protokola əsasən ölkə üzrə seçicilərin ümumi sayı 4.927.561 olub. Səslərin 57. 760 etibarsız, 3.642.874-ü isə etibarlı hesab edilib. MSk sədri namizədlərin topladığı yekun nəticələri də açıqlayıb: "Prezidentliyə namizəd İlham Əliyev 88,73 faiz (3.232.259), İqbal Ağazadə 2,86 faiz (104.279), Fazil Qəzənfəroğlu 2,47 faiz (89.985), Qüdrət Həsənquliyev 2,28 faiz (83,037), Qulamhüseyn Əlibəyli 2,23 faiz (81.120), Fuad Əliyev 0,78 faiz (28.423), Hafiz Hacıyev 0,65 faiz (23.771) səs toplayıb". Daha sonra qurum üzvləri oktyabrın 15-də keçirilmiş prezident seçkilərinin yekunu barədə MSK-nın yekun protokolunun təsdiq edilməsi məsələsinə baxıblar. MSK üzvləri yekdilliklə yekun protokolun təsdiqlənməsinin lehinə səs veriblər. Bundan sonra MSK seçkinin nəticələrinin təsdiqlənərək, elan olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərməyə qərar verib. -
10-19-2008, 07:00 PMAPAZaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb
[b]Zaqatalada iki maşın toqquşub, hər iki sürücü ölüb[b]
Zaqatala. Vüqar Heydərov.APA. Zaqatalada baş verən ağır yol qəzasında iki nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Zaqatala RPŞ-dən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Aşağı Tala kəndi ərazisində Zaqatala-Muğanlı yolunda baş verib.
[Rayonun Qazangül qəsəbəsi sakini, 1988-ci il təvəllüdlü rayonun Həsənov Naib Yaqub oğlunun idarə etdiyi VAZ-21 099 markalı 10-LG-394 dövlət nömrə nişanlı avtomaşınla, Zaqatala şəhər sakini, 1977-ci il təvəllüdlü Hacıməmmədov Kənan Allahverdi oğlunun idarə etdiyi VAZ-21 09 markalı 66-BE-392 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Nəticədə N. Həsənov aldığı kəllə-beyin travmasından hadisə yerindəcə keçinib. Digər maşının sürücüsü K. Hacıməmmədov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər onun hayatını xilas edə bilməyiblər. İlkin ehtimala görə, qəzaya maşınların yüksək sürətlə idarə olunması səbəb olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi qaldırılıb, araşdırma aparılır. -
10-19-2008, 07:10 PMAPADağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb
[b]Dağıstanda güclü yanğın baş verib, iki azərbaycanlı ölüb, bir neçəsi isə yaralanıb[b]
Qax. Vüqar Heydərov-APA. Dağıstanda iki Azərbaycan vətəndaşı yanaraq, ölüb, bir neçəsi isə xəsarət alıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon sakinləri məlumat verib.
[Sakinlərin sözlərinə görə, pul qazanmaq məqsədi ilə Dağıstana gedən Qax rayonunun Zəyəm kənd sakinləri Cabrayılov Nüsrət Zakir oğlu və İsmayılov Elvin Canpolad oğlu, həmçinin rayonun Şotavar kənd sakini Musyev Aqşin Vaqif oğlu və daha bir neçə azərbaycanlının Mahaçqalada kirayə qaldıqları evdə yanğın baş verib.Nəticədə Zəyəm kənd sakini N.Cabrayılov və Şotavar kənd sakini A.Musayev aldıqları müxtəlif dərəcəli yanıq xəsarətlərindən keçiniblər. Bu gün onların cənazələri Vətənə gətirilərək, doğulduqları kənddə torpağa tapşırılıb. Yanğın zamanı xəsarət alan E.İsmayılov və digər azərbaycanlılar isə Bakı şəhərinə gətirilərək, xəstəxanaya yerləşdiriliblər.Qeyd edək ki, bu azərbaycanlılar Mahaçqalada adı açıqlanmayan bir tikinti şirkətində çalışıblar. -
10-20-2008, 10:00 AMAPAAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
[b]Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək[b]
[Bakı - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 22-də Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik və onun səhra köməkçiləri Piter Ki, Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Antal Herdiç və İrci Aberle keçirəcəklər. -
10-20-2008, 10:40 AMAPAAzərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb
[b]Azərbaycanda dəmir yolu təsərrüfatlarına payız baxışı başlayıb[b]
[Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi (ADDY) dəmir yolunun respublika üzrə bütün təsərrüfatlarına payız komissiya baxışına başlayıb.ADDY-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, baxış zamanı təsərrüfatların cari vəziyyəti, binaların, tikililərin, ərazilərin saxlanması, istehsalat və texnoloji intizamın vəziyyəti, ADDY-nin stansiyalarında, müəssisələrində və təşkilatlarında hərəkətin təhlükəsizliyinin təmin olunması və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin təsərrüfatların qış mövsümündə işə hazırlanmasının gedişi yoxlanılacaq.Yoxlama Yalama stansiyasından başlayaraq Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan-Ələt, Hacıqabul-Biləcəri, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev-çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları əhatə olunmaqla davam edəcək. -
10-20-2008, 10:50 AMAPAAzərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub
[b]Azərbaycan paytaxtında polisə bilərəkdən yalan məlumat verən qadın həbs olunub[b]
[Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında polisi aldadan qadın həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon sakini Əsli Heydərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, evindən 5 min ABŞ dolları məbləğində pulun oğurlanması barədə polisə məlumat verib. Ə. Heydərova, həmçinin, polisə pullarının oğurlanmasında evində çalışan ustalardan şübhələndiyini bildirib. Hadisə ilə bağlı dərhal Binəqədi Rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Ə. Heydərovanın polisə yanlış məlumat verdiyi üzə çıxıb. İşlədiyi müəssisənin rəhbərindən aldığı külli miqdarda pulu öz borclarına sərf edən Ə. Heydərovanın çıxılmaz vəziyyətdə qaldığı üçün bu vasitədən istifadə etmək məcburiyyətində qaldığı məlum olub. Faktla əlaqədar Ə. Heydərova saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. -
10-20-2008, 11:00 AMAPADünya bazarında neftin qiyməti 3% yüksəlib
[b]Dünya bazarında neftin qiyməti 3% yüksəlib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,0 dollar və ya 2,86% qalxaraq 1 barelə görə 71,85 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,76 dollar - 69,60 dollaradək artıb. Neftin qiymətinin yüksəlməsinə əsas səbəb OPEC tərəfindən noyabrda neft hasilatının azalması barədə məlumatları olub. OPEC neft bazarlarında yaranan qeyri-sabitliyə görə öz fövqəladə iclasını noyabrın 18-dən oktyabrın 24-nə keçirib, bunu da bazar iştirakçıları OPEC tərəfindən neftin qiymətinin aşağı düşməsinə qarşı müvafiq addımların atılması niyyətinin ciddi olması kimi qiymətləndirilib. -
10-20-2008, 11:10 AMAPADow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib
[b]Dow Jones indeksi 1,4%, S&P 500 0,6%, Nasdaq isə 0,4% enib[b]
[Bakı. Vahab Rzayev - APA-ECONOMICS. Oktyabrın 17-də Amerika bazarlarında Dow Jones indeksi 1,42% - 8852,22 bəndədək, S&P 500 0,62% - 940,55 bəndədək, Nasdaq isə 0,37% - 1711,29 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 17-də Amerika fond bazarlarında qeyri-sabitlik və səhmlərin qiymətlərinin qalxıb-enməsi müşahidə olunub.Avropa fond birjalarında Britaniya FTSE 100 indeksi 5,22% - 4063,01 bəndədək, Fransa CAC-40-ı 4,68% - 3329,92 bəndədək, Almaniya DAX-ı isə 3,43% - 4781,33 bəndədək yüksəlib. Kotirovkaların artmasına əsas səbəb Avropa ölkələrinin rəhbərliklərinin maliyyə sektoruna dəstək olaraq müvafiq proqramlarının qəbul edilməsi olub. Belə ki, Fransa hökuməti milli maliyyə sektorunun müdafiəsi üçün 360 mlrd. avro, Almaniya parlamenti - 480 mlrd. avro məbləğində vəsaitin ayrılmasına dair barədə qərarlar qəbul edib. Nəticədə, fond bazarında artım müşahidə olunub. Belə ki, «Deutsche Bank»ın səhmləri 4,28%, «Barclays»ın 3,5%, HSBC-nin 3,2%, «Total»in 8%, BP-nin 8,62%, «Royal Dutch Shell»in 8,35%, ENİ şirkətinin səhmləri isə 14,5% bahalaşıb. -
10-20-2008, 11:20 AMAPAAMB-nin rəsmi valyuta məzənnələr
[b]AMB-nin rəsmi valyuta məzənnələr[b]
[1 USD -
10-20-2008, 11:30 AMAPAAzərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq
[b]Azərbaycan yaxın 10 ildə karbohidrogen hasilatını 29% artıracaq[b]
Bakı. Zaur Nurməmmədov - APA-ECONOMICS. Böyük Britaniyanın «Business Monitor International» analitik nəşri «Azerbaijan Oil and Gas Report - Q3,2008» hesabatını dərc edib.
[«APA-ECONOMICS»in məlumatına görə, həmin hesabat Azərbaycanın neft və qaz sənayesinin gələcək inkişafına həsr olunub.«Business Monitor International»ın proqnozlarına əsasən, 2012-ci ilədək Azərbaycan Mərkəzi və Şərqi Avropanın neftə olan tələbatının 2,30%-ni, qaza isə 1,81%-ni ödəyəcək.Hesabat müəllifləri hesab edirlər ki, 2007-2018-ci illərdə Azərbaycanda karbohidrogen hasilatı 29,4% artacaq, 2011-2014-ci illərdə isə neft hasilatı sutkada 1,3 mln. barel təşkil edəcək. Lakin 2014-cü ildən sonra hasilat sutkada 1,1 mln. barelə enəcək. Bununla yanaşı bildirilir ki, 2007-2018-ci illərdə Azərbaycanda neft istehlakı 110,5% artacaq, 2018-ci ilə kimi isə sutkada 216 min barel səviyyəsinə çatacaq. Qaz hasilatına gəldikdə isə, hesabata əsasən, 2018-ci ilədək illik hasilatın 30 mrld. kubmetrə çatacağı, qazın ixrac imkanlarının isə 11 mlrd. kubmetrədək artacağı gözlənilir.Hesabatda bildirilir ki, Azərbaycanın real ÜDM-nin artımı 2008-ci ildə 18,6%, 2009-cu ildə - 18,6%, 2010-cu ildə - 8%, 2011-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırılır. Qeyd edək ki, 1984-cü ildə təsis olunan «Business Monitor International» nəşri mütəmadi olaraq müxtəlif siyasi-iqtisadi proqnozlar dərc edir. -
10-20-2008, 11:40 AMAPAİqor Ponomaryov Azərbaycana qayıtdı
[b]İqor Ponomaryov Azərbaycana qayıtdı[b]
[Bakı. Mehman Süleymanov - APA-SPORT. Milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryov Bakıya gəlib. İsveçdə yaşayan 48 yaşlı mütəxəssis üç illik fasilədən sonra yenidən Azərbaycanda işləyəcək. Ölkəmizdə sonuncu dəfə "Qarabağ"ın baş məşqçisi olan Ponomaryov keçmiş komandasının hesabat turunda məğlub etdiyi (3:1) Salyanın NBC klubunda çalışacaq. NBC-nin icraçı-direktoru Füzuli Əliyev "APA-SPORT"a açıqlamasında təcrübəli mütəxəssisə hələlik rəsmi təklif göndərmədiklərini bildirib: "Ponomaryovla komandamızın "Qarabağ"la oyununu izləyərkən görüşmüşəm. Ona klubumuzda görmək istəyimizi çatdırmışam. Çox istərdik ki, Ponomaryov kimi təcrübəli mütəxəssis komandamıza kömək etsin. Məsələyə yaxın günlərdə aydınlıq gələcək. Yəqin ki, hər şey yaxşılığa doğru olacaq". Əliyev bildirib ki, Ponomaryov komandanın baş məşqçisi Vladislav Qədirovun yanına gəlib: "Rəhbərlik Vladislav Qədirovun işindən razıdır. Onu baş məşqçilikdən çıxartmaq gündəmdə deyil. Sadəcə, Qədirovla dostluq edən Ponomaryovun klubumuzda məsləhətçi olmasını istərdik. Belə bir mütəxəssisin təcrübəsi bizə faydalı ola bilər. Gələcəkdə klubumuzun iddiası artarsa, onda Ponomaryovla baş məşqçi kimi də işbirliyimiz mümkündür".Qeyd edək ki, NBC-nin Premyer Liqada ilk baş məşqçisi kimi tarixə düşən 38 yaşlı Vladislav Qədirov İqor Ponomaryovun "Qarabağ"da köməkçisi olub. -
10-20-2008, 11:50 AMAPAAzərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək
[b]Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin növbəti iclası oktyabrın 24-də keçiriləcək. Bu barədə APA-ya parlamentin mətbuat xidmətindən bildirilib. Məlumata görə, iclasda "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Xüsusi iqtisadi zonalar haqqında" qanun layihələri müzakirə olunacaq. Bundan başqa, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" qanuna əlavə və dəyişikliklər, o cümlədən "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. -
10-20-2008, 12:00 PMAPAMəcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb
[b]Məcburi köçkün qısqanclıq zəminində həyat yoldaşını və qonşusunu bıçaqlayıb[b]
[Bakı. Hafiz Heydərov - APA. Bakı şəhərində məcburi köçkün qısqanclıq zəmnində həyat yoldaşını və qonşusunu bıçaqlayıb. Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında yerləşən "Şəfəq" istirahət guşəsində baş verib. Orada məskunlaşan Mehman Cabbarov qısqanclıq zəmnində həyat yoldaşı, Natavan Cabbarovanı bıçaqlayıb. Çoxlu bıçaq zərbəsi alan N. Cabbarova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. M. Cabbarov daha sonra qonşusu Cabbar Rüstəmova da bir neçə bıçaq zərbəsi vurub və sonradan polisə gedərək könüllü təslim olub. M. Cabbarov cinayət hadisəsini qısqanclıq zəmnində törətdiyini etiraf edib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. -
10-20-2008, 12:10 PMAPARusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq
[b]Rusiya prezidentinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq[b]
İrəvan - APA. Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana iki günlük rəsmi səfəri başlayır.
[APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, Dmitri Medvedev həmkarı Serj Sarkisyanla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaq. Rusiya prezident administrasiyasından bildiriblər ki, danışıqlarda iki ölkə arasında əməkdaşlığın geniş spektri, Qafqazdakı vəziyyət və aktual beynəlxalq məsələlər müzakirə olunacaq: "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki fəal və konstruktiv vasitəçilik səylərinin davamı olaraq bu məsələyə dair fikir mübadiləsi aparılacaq. Rusiyanın bu problemlə bağlı prinsipial mövqeyi dəyişməzdir: Moskva hər iki tərəfi qane edəcək həll yolu tapılması üçün tərəflərə yardımçı olmağa davam edəcək". -
10-20-2008, 12:20 PMAPAKonstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini oktyabrın 22-də rəsmən elan edəcək - YENİLƏNİB
[b]Konstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrini oktyabrın 22-də rəsmən elan edəcək - YENİLƏNİB[b]
Bakı - APA. Konstitusiya Məhkəməsi oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrini oktyabrın 22-də elan edəcək.
[Konstitusiya Məhkəməsindən APA-ya verilən məlumata görə, prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokollarının təsdiq edilməsi və seçkilərin nəticələrinin rəsmən elan olunması ilə bağlı oktyabrın 22-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək. Qeyd edək ki, MSK-nın oktyabrın 19-da keçirilən iclasında prezident seçkilərinin yekunu barədə qurumun yekun protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. MSK seçkinin nəticələrinin təsdiqləyərək, elan olunması üçün sənədləri Konstitusiya Məhkəməsinə göndərib. Prezident seçkilərinin yekunları dünən Konstitusiya Məhkəməsinə daxil olub. MSK-nın elan etdiyi yekun nəticələrə əsasən, prezidentliyə namizəd İlham Əliyev 88,73 faiz (3.232.259), İqbal Ağazadə 2,86 faiz (104.279), Fazil Qəzənfəroğlu 2,47 faiz (89.985), Qüdrət Həsənquliyev 2,28 faiz (83,037), Qulamhüseyn Əlibəyli 2,23 faiz (81.120), Fuad Əliyev 0,78 faiz (28.423), Hafiz Hacıyev 0,65 faiz (23.771) səs toplayıb. -
10-20-2008, 12:30 PMAPAMoskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb
[b]Moskvada yerli sakinlərlə qafqazlılar arasında kütləvi davanın qarşısı alınıb[b]
[Moskva-APA. Moskva hüquq-mühafizə orqanları şəhərin şimal-şərqində yerli sakinlərlə qafqazlılar arasında kütləvi toqquşmanın qarşısını alıblar. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, yerli sakinlər milis idarəsinə zəng vuraraq "Orion" kinoteatrının yaxınlığında 100-dən artıq qafqazlının iştirakı ilə dava olduğunu bildiriblər. Hadisə yerinə gələn milislər tərəfləri sakitləşdirməyə müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, davanın iştirakçıları yaxınlıqdakı bazarda ticarətlə məşğul olan moskvalılarla qafqazlılardır. -
10-20-2008, 12:40 PMAPAƏrinin qolunu sındıran Balaxanı sakini tutulub
[b]Ərinin qolunu sındıran Balaxanı sakini tutulub[b]
[Bakı-APA. Sabunçu rayonunun Balaxanı qəsəbə sakini Tatyana Fedotova ailə münaqişəsi zəminində əri Nemət Şahinbaşın qolunu sındırıb və ülgüclə boğaz nahiyəsindən xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Fedotova tutulub. -
10-20-2008, 12:50 PMAPABakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub
[b]Bakıdakı kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub[b]
[Bakı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Solmaz Əhmədova tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Solmaz Əhmədova Sabunçu rayonundakı "Günel" kafesində əxlaqsızlıq yuvası təşkil etdiyi üçün saxlanılıb. -
10-20-2008, 01:00 PMAPASumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb
[b]Sumqayıtda baş verən yol qəzasında bir nəfər ölüb[b]
[Bakı-APA. Dünən saat 19.50 radələrində Sumqayıt şəhərindəki Z. Hacıyev küçəsində şəhər sakini Vüqar İsmayılov «Mercedes» markalı avtomaşını idarə edərkən 1-ci mikrorayon sakini Şəhla Şirinovanı və oğlu İsmayılı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. İsmayıl orada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.