Azərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək
[b]Azərbaycanın xarici işlər naziri bu gün İKT-nın sammitində çıxış edəcək[b]
Bakı. Laçın Sultanova - APA. Seneqalın paytaxtı Dakarda İslam Konfransı Təşkilatının (İKT) 11-ci sammiti bu gün işini davam etdirir. XİN mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Elmar Məmmədyarov bu gün toplantıda çıxış edəcək. Dünən başlamış sammit bu gün yekunlaşacaq, toplantının sonunda sənədlər imzalanacaq. Qeyd edək ki, sammitdə təşkilatın adının dəyişdirilməsi barədə qərarın veriləcəyi gözlənilir.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin ilk iclası keçirilib
[b]Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin ilk iclası keçirilib[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) İdarə Heyətinin ilk iclası keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən AHK-ın rəhbəri, Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, ötən ilin noyabrında yaradılan qurum Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib, Konfederasiyanın müxtəlif sahələrdə işləyən 23 hüquqşünasdan ibarət İdarə Heyəti seçilib. İdarə Heyətində Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov, hüquq müdafiəçisi Sahib Məmmədov, millət vəkili Fazil Qəzənfəroğlu, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə irəli sürülən namizədlər Səadət Yusifova, Rövşən İsmayılov, Avrasiya Hüquqşünaslar Assosiasiyasının sədri Nadir Adilov və başqaları təmsil olunurlar. Ə. Hüseynov deyib ki, AHK Azərbaycanda aparılan hüquqi islahatları, hüquqşünaslar arasında əməkdaşlığı dəstəkləmək, o cümlədən davamlı beynəlxalq əlaqələrinin olmasını təmin etmək məqsədini qarşıya qoyub.
Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ AŞ PA Monitorinq Komitəsinin fəaliyyəti çərçivəsində saxlanılıb
[b]Azərbaycanda siyasi məhbuslarla bağlı məsələ AŞ PA Monitorinq Komitəsinin fəaliyyəti çərçivəsində saxlanılıb[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin etməyib. Bunu APA-ya açıqlamasında Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, martın 13-də AŞ PA Bürosunun Parisdə keçirilən iclasında bu məsələyə baxılıb və qərara alınıb ki, Monitorinq Komitəsi öz işini davam etdirsin. S. Seyidov hesab edir ki, bu, Azərbaycan üçün çox vacib və önəmli bir qərardır: "Avropa Şurası öz qərarlarında "yüz ölç, bir piç" prinsipindən çıxış edir. Avropa Şurası ilə Azərbaycan arasındakı konstruktiv münasibətlərə hansısa destruktiv elementin əlavə olunması düzgün deyil. Təbii ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik və hesab edirəm ki, AŞ PA-nın nə aprel, nə də iyun sessiyasında bu məsələ gündəmə gəlməyəcək. Hətta gündəmə gəlsə belə, bizim cavab verməyə tutarlı əsaslarımız var".
Əbülfəs Qarayev: "Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur"
[b]Əbülfəs Qarayev: "Bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur"[b]
Bakı. Ülkər Qasımova-APA. "Bu gün poliqrafiya sahəsində görülən işlər hər birimizi ciddi narahat edir. İl ərzində beşə yaxın kitab yarmarkaları və sərgilərdə iştirak edirik. Ancaq bu, heç də işin lazımi səviyyədə qurulmasına müsbət təsir etmir. Biz nəşriyyatların hətta məcburi nüsxələrin belə Azərbaycanın Mərkəzi Kitabxanasına təqdim olunmasına riayət etməmələrindən əziyyət çəkirik".
APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, nəşriyyatların bu qaydaya riayət etməməsi məsələsi qaldırılacaq və lazımi tədbirlər görüləcək: "Əfsuslar olsun ki, bəzən hətta Bakıda dərc olunan nəşrlərdə belə Azərbaycanın xəritəsi düzgün tərtib olunmur. Biz ölkəmizin daxilində buna ciddi nəzarət etməliyik". Ə. Qarayev Azərbaycanda kitab satışının da ciddi problemlərdən biri olduğunu bildirib: "İstər-istəməz kitab satışının olmaması problemi gənclərimizin kitaba marağını azaldıb. Ona görə bu gün bizim kitabxana işinin təkmilləşdirilməsinə dair hazırladığımız proqramda bu məsələni xüsusi olaraq göstərmişik. Qeyd etdiyim proqram artıq bütün lazımi instansiyalardan keçib və öz təsdiqini gözləyir. Həmin proqramda Bakıda və böyük şəhərlərdə kitabxanaların tək kitabxana şəklində deyil, Kitabxana və İnformasiya Mərkəzi kimi, bəzi yerlərdə həm də kitab dükanı kimi fəaliyyət göstərməsi nəzərdə tutulur".
Azərbaycan Ombudsmanı "Azadlıq" qəzetinin əməkdaşının zorakılığa məruz qalması ilə bağlı baş prokurora müraciət edib
[b]Azərbaycan Ombudsmanı "Azadlıq" qəzetinin əməkdaşının zorakılığa məruz qalması ilə bağlı baş prokurora müraciət edib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova naməlum şəxslər tərəfindən zorakılığa məruz qalan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin məsələsini diqqətdə saxlayır. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ombudsmanın tapşırığına əsasən, Müvəkkil Aparatının əməkdaşları Kliniki Tibbi Mərkəzdə müalicə olunan Aqil Xəlillə, onu müalicə edən həkim Səid Abbasov, şöbə müdiri Zaur Məmmədli və jurnalistin yaxınları ilə görüşüblər. E. Süleymanova özü də Kliniki Tibbi Mərkəzin baş həkimi ilə jurnalistin vəziyyətini araşdırıb. Ombudsman xəstəxana rəhbərliyinə A. Xəlilin lazımi tibbi yardımla və dərman preparatları ilə təmin olunmasını tapşırıb. E. Süleymanova həmçinin faktla bağlı respublikanın baş prokuroru Zakir Qaralova müraciət edib. O, müraciətdə peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı təhqir, təzyiq və fiziki hücumların yolverilməz olduğunu, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirdiyini nəzərə alaraq, bu məsələni şəxsi nəzarətə götürməyi, hadisəni törədənlərinin şəxsiyyətinin müəyyənləşdirilməsini və cəzalandırılmasını xahiş edib.
Bülənt Ərsoy sərvətini mehmetcik və təhsil vəqflərinə bağışlayıb
[b]Bülənt Ərsoy sərvətini mehmetcik və təhsil vəqflərinə bağışlayıb[b]
İstanbul - APA. Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoy sərvətini Mehmetcik (əsgər) Vəqfi və Türk Eyitim (təhsil) Vəqfinə bağışladığını açıqlayıb. APA-nın məlumatına görə, jüri üzvü olduğu "Popstar Alaturka" adlı musiqi yarışmasında türk ordusunun İraqın şimalında PKK terrorçularına qarşı apardığı hərbi əməliyyatlara qarşı çıxan, əsgərlərin şəhid olmasına etiraz edən və bu səbəblə barəsində "xalqı əsgərlikdən soyutma" maddəsi ilə cinayət işi açılan B. Ərsoy istintaqı aparan prokurora ifadə verib. O, ifadəsində türk əsgərini və türk millətini çox sevdiyini, sərvətini Mehmetcik Vəqfi və Türk Eyitim Vəqfinə bağışladığını deyib. Prokuror bununla bağlı sənəd istədikdə, müğənni bir neçə gün sonra bu sənədləri təqdim edəcəyini söyləyib.
Ermənilər Tovuz rayonunun Ağdam kəndini iki saat atəş altında saxlayıblar
[b]Ermənilər Tovuz rayonunun Ağdam kəndini iki saat atəş altında saxlayıblar[b]
Tovuz. Ayxan Hüseynov-APA. Ermənistan Silahlı Qüvvələri dünən saat 20:00 radələrindən başlayaraq Ermənistanın Bert rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Tovuz rayonunun Ağdam kəndini avtomat və pulemyotlardan atəşə tutublar. Kənd sakinlərinin APA-nın Qərb bürosuna verdikləri məlumata görə, kəndin atəşə tutulması iki saatdan artıq davam edib. Atəşkəsin pozulması nəticəsində xəsarət alan olmayıb.
Səməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib
[b]Səməd Seyidov AŞ PA Bürosunun iclasında Ermənistandakı vəziyyətlə bağlı çıxış edib[b]
Bakı. Laçın Sultanova - APA. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Parisdə keçirilən iclasında Rusiya, Serbiya və Ermənistanda keçirilmiş seçkilər və seçki sonrası vəziyyət müzakirə olunub. Bu barədə APA-ya Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O, Ermənistandakı vəziyyətin müzakirəsi zamanı çıxış etdiyini bildirib: "Dedim ki, bu məsələyə ikili standartlarla yanaşmaq olmaz. Gürcüstanda fövqəladə vəziyyət elan olunanda Avropa Şurası bəyanatı bəyanatın dalınca verirdi, bəs necə olur ki, Ermənistanda siyasi motivlərlə yüzlərlə insanın həbs olunduğu bir şəraitdə Avropa Şurası hələ də öz mövqeyini araşdırmaq istiqamətində fəaliyyət göstərir?" S. Seyidov Büronun Ermənistandakı vəziyyətlə bağlı çox ciddi araşdırma aparılması barədə qərar qəbul etdiyini söyləyib.
Azərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib
[b]Azərbaycan Qazaxıstanın Avropa Şurasında müşahidəçi statusu almasını dəstəkləyib[b]
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitənin iclasında Qazaxıstanın Avropa Şurasına müşahidəçilik statusu qəbul olunması barədə müzakirələr aparılıb. İclasda iştirak edən Milli Məclisin AŞ PA-daı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycan müzakirələr zamanı Qazaxıstana müşahidəçi statusu verilməsi təklifini dəstəkləyib: "Azərbaycan Qazaxıstanla qonşudur, biz bir mövqedən çıxış edir, bir çox məsələlərdə tərəfdaşlıq edirik. Hesab edirik ki, Avropa Şurasında Qazaxıstanın müşahidəçi statusu ilə təmsilçiliyi Azərbaycan üçün xeyirli və önəmlidir. Bizim mövqe komitədə tam dəstək tapdı, əksər deputatlar bu fikrə, mövqeyə öz dəstəklərini verdilər".
ABŞ-ın Azərbaycandakı səfiri: "Jurnalistə qarşı zor tətbiq edənlərin cəzalandırılması qanunun aliliyini və azadlığı dəstəkləmək niyy
[b]ABŞ-ın Azərbaycandakı səfiri: "Jurnalistə qarşı zor tətbiq edənlərin cəzalandırılması qanunun aliliyini və azadlığı dəstəkləmək niyyətini nümayiş etdirəcək"[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi Kliniki Tibbi Mərkəzdə müalicə olunan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə baş çəkib. APA-nın məlumatına görə, səfir hadisəni pisləyib və son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmamasının narahatlıq doğurduğunu deyib:
"Jurnalistlərə qarşı törədilən belə hallar qorxu mühiti yaradır. Bütün azadlığı sevən azərbaycanlılar bizim bu pis əməldən doğan qəzəbimizi və məyusluğumuzu bölüşməlidir. Bütün Azərbaycanı sevən azərbaycanlılar bu kimi əməllərin qəbuledilməzliyi ilə razı olacaq. Bu kimi əməlləri törədənlərin həbs olunması və cəzalandırılması isə qorxu mühitini aradan qaldırmağa xidmət edib, qanunun aliliyini və azadlığı dəstəkləmək niyyətini nümayiş etdirəcək". Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Robert Zessner də jurnalistə baş çəkib. O, jurnalistlərlə bağlı xoşagəlməz halların etimadsızlıq mühiti yaratdığını deməklə yanaşı, bu hadisəni izlədiklərini bildirib.
Yer imleri