[b]Azərbaycan Mətbuat Şurasının sədri: "Son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur"[b]
Bakı. Samir Kazımlı - APA. Azərbaycan Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması faktının araşdırılması və günahkarların cəzalandırılması üçün baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət edib.
APA-nın məlumatına görə, bu barədə bu gün A. Xəlilə baş çəkən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Bu yaxınlarda mətbuata dövlət dəstəyi konsepsiyasının təsdiqlənəcəyini söyləyən Ə. Amaşov belə bir məqamda bu cür hadisənin baş verməsinin Mətbuat Şurasını ciddi narahat etdiyini vurğulayıb. Ə. Amaşov qeyd edib ki, son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur: "Nə qədər ki mətbuatın iqtisadi asılılığı var və media ayrı-ayrı şəxslərin, partiyaların mənafeyinə xidmət edir, belə hallar olacaq".
4610 sonuçtan 451 ile 460 arası

03-14-2008, 04:51 PM #451Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
MSK seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək
[b]MSK seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçki mövzusunda yazan jurnalistlər üçün seminarlar keçirəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, seminarın apreldə keçirilməsi planlaşdırılır. Hazırda seminarda tədris olunacaq mövzuların proqramı hazırlanır. Seminarda jurnalistlərə xüsusilə seçki hüquqları ilə bağlı məsələlər izah olunacaq. A. Sarıyevin sözlərinə görə, əsasən aparıcı mətbuatın təmsilçilərinin iştirak edəcəyi seminarlarda MSK üzvləri mühazirələrlə çıxış edəcəklər.

03-14-2008, 04:56 PM #452Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan Mətbuat Şurasının sədri: "Son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur"

03-14-2008, 05:01 PM #453Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Əli Həsənov: "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır"
[b]Əli Həsənov: "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır"[b]
Bakı. Elbrus Seyfullayev - APA. "Bu hadisə Azərbaycan hakimiyyətinə qarşı təxribatdır. Bunu törədənlər kimliyindən, hadisəni hansı səbəbdən törətməsindən asılı olmayaq, tapılacaq və cəzalandırılacaq. Ortada konkret cinayət əməli var və hüquq-mühafizə orqanları məsələnin araşdırılması ilə ciddi məşğul olurlar".
Bunu APA-ya eksklüziv açıqlamasında Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması ilə bağlı fakta münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hökumət mediaya qarşı istənilən aksiyanın, zorakılıq hallarının əleyhinədir: "Bu hadisəni törədənlərin tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib".

03-14-2008, 05:06 PM #454Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həkim: "Aqil Xəlilin vəziyyəti normaldır, istəsə, bu gün evə buraxıla bilər"
[b]Həkim: "Aqil Xəlilin vəziyyəti normaldır, istəsə, bu gün evə buraxıla bilər"[b]
Bakı. Samir Kazımlı - APA. Martın 13-də bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin vəziyyəti normaldır.
APA-nın məlumatına görə, jurnalistin həkimi Sədi Abbasov bildirib ki, A. Xəlil sol döş qəfəsinin ön səthinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaranın dərinliyi 5 sm olub. Üzərində cərrahiyyə əməliyyatı aparılan jurnalistin səhhətində problem yoxdur: "İstəsə, bu gün evə buraxıla bilər. Amma özü hələlik bunu istəmir".

03-14-2008, 05:11 PM #455Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında İbrus Teatrının kollektivi də iştirak edəcək
[b]Mordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında İbrus Teatrının kollektivi də iştirak edəcək[b]
Bakı. Ülkər Qasımova, Zaur Nurməmmədov - APA. İbrus Teatrının kollektivi martın 16-dan 23-dək Mordoviyada keçiriləcək III Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrdan APA-ya bildirilib ki, "Soydaşlar" adı altında keçiriləcək festivala Azərbaycanla yanaşı, Fransa, Qazaxıstan, Dağıstan, Gürcüstan, Latviya, Özbəkistan və Ermənistandan da teatr kollektivləri qatılacaq. İbrus Teatrının festivalda martın 20-də Rüstəm İbrahimbəyovun "İvan Buninin sonuncu döyüşü" tamaşası ilə çıxış edəcək.

03-14-2008, 05:16 PM #456Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Aqil Xəlil: "Məni bıçaqlayanlardan biri fevralın 23-dən məni izləyirdi"
[b]Aqil Xəlil: "Məni bıçaqlayanlardan biri fevralın 23-dən məni izləyirdi"[b]
Bakı. Samir Kazımlı - APA. "Məni bıçaqlayanlardan birini üzdən tanıyıram. Həmin şəxs məni fevralın 23-dən izləyirdi". APA-nın məlumatına görə, bunu martın 13-də bıçaqlanan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil deyib.
Jurnalist bildirib ki, hadisə baş verən gün üç nəfər onu izləyib. Həmin şəxslər jurnalisti binaların arasında bıçaqlayaraq, hadisə yerindən qaçıblar. A. Xəlil hazırda özünü yaxşı hiss etmədiyini deyib. Bu gün jurnalistə baş çəkən Müsavat deputat qrupunun üzvləri Milli Məclisdə brifinq keçiriblər. Hadisəni pisləyən millət vəkilləri müvafiq qurumlara sorğu göndərəcəklərini bildiriblər. Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 13-də saat 19.50 radələrində Yasamal rayonu Z. Xəlilov küçəsində naməlum şəxs "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilova kəsici alətlə daxilə keçməyən xəsarət yetirib. Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir. İşin istintaqı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi tərəfindən aparılır.

03-14-2008, 05:36 PM #457Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan XİN-in sözçüsü: "Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir"
[b]Azərbaycan XİN-in sözçüsü: "Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir"[b]
Bakı. Laçın Sultanova - APA. Jurnalistə qarşı cinayət törədilməsi yolverilməzdir. Bu barədə APA-ya XİN mətbuat katibi Xəzər İbrahim "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasına münasibət bildirərək deyib. O, cinayətkarların tezliklə tapılması və cəzalandırılmasının vacibliyini qeyd edib və jurnalistin tez bir zamanda sağalmasını arzulayıb.

03-14-2008, 06:16 PM #458Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rəsmi Pekin 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlayıb
[b]Rəsmi Pekin 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair hesabatı açıqlayıb[b]
Pekin - APA. Çin Xalq Respublikası Dövlət Şurasının Dəftərxanası 2007-ci ildə ABŞ-da insan hüquqlarının vəziyyətinə dair ənənəvi hesabatı açıqlayıb. APA-nın məlumatına görə, bu sənəd ABŞ Dövlət Departamentinin martın 11-də açıqladığını "2007-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair" adlı hesabatına cavab xarakteri daşıyır.
Sayca doqquzuncu olan hesabatda ABŞ-da insan hüquqlarının vəziyyəti "Həyat, mülkiyyət və şəxsi təhlükəsizlik", "Hüquq-mühafizə orqanlarında qanunların yerinə yetirməsi və insan hüquqlarının pozulması", "Mülki və siyasi hüquqlar", "İqtisadi, sosial və mədəni hüquqlar", "İrqi ayrı-seçkilik", "Qadın və uşaqların hüquqları", "Digər ölkələrdə insan hüquqlarına müdaxilə" bölmələri üzrə şərh edilib. Hesabatda qeyd olunur ki, irqi ayrı-seçkilik Amerika cəmiyyətinin sağalmaz xəstəliyinə çevrilib: "Afrika və Latın Amerikası mənşəli ABŞ vətəndaşları Amerika cəmiyyətinin ən aşağı təbəqəsinə çevriliblər. ABŞ Siyahıyaalma Bürosunun dərc etdiyi rəsmi statistik məlumatlara görə, ABŞ-da Afrika mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların orta illik gəlirinin 61 faizinə bərabər olub. Latın Amerikası mənşəli vətəndaşların orta illik gəliri ağdərili vətəndaşların gəlirindən 28 faiz az olub. İrqi ayrı-seçkilik işə qəbul, təhsil almaq və məhkəmə proseslərində özünü daha bariz göstərir. 2007-ci ilin noyabrında ABŞ-da Afrika mənşəli vətəndaşların 8,4 faizi, latınamerikalıların 5,7 faizi, ağ dərili vətəndaşların isə 4,2 faizi işsiz olub. ABŞ məktəblərində isə dərisi rəngli olan şagirdlərə qarşı nizam-intizamı pozduqlarına görə daha ağır cəza tədbirləri tətbiq olunur. Məsələn, Nyu-Cersi ştatında orta məktəblərdən qovulan qaradərili şagirdlərin sayı analoji cəzaya məruz qalmış ağdərili şagirdlərdən 60 dəfə çox olub. ABŞ həbsxanalarında cəza çəkən afroamerikanların sayı ağ dərili məhbusların sayından 7 dəfə çoxdur. 2006-cı ilin statistikasına əsasən, hər 100 min afroamerikanlıdan 815 nəfəri, hər 100 min latınamerikalıdan 283 nəfəri həbsdədir, ağdərili vətəndaşlardan isə hər 100 min nəfərdən yalnız 170 nəfəri azadlıqdan məhrum edilib". Hesabatda ABŞ-da gender probleminin kəskin xarakter daşıdığı bildirilir və buna misal olaraq Nümayəndələr Palatası və Senatda təmsil olunanların yalnız 16 faizinin qadın olduğu bildirilir: "Rəsmi məlumatlara görə, ABŞ-da yaşı 18-dən yuxarı olan 5,58 milyon qadın yoxsulluq həddində yaşayır. Statistikaya görə, bu ölkədə hər il orta hesabla 1,400 qadın ailə münaqişəsi zəminində öldürülür, 2-4 milyon qadın isə ailədə döyülür. Bundan başqa qadınlar iş yerlərində və hərbi düşərgələrdə seksual zorakılığa məruz qalırlar. Hər il təqribən 132 min qadın seksual zorakılığa məruz qaldığını etiraf edir, qeyri-rəsmi rəqəmlərə görə isə ABŞ-da ildə seksual zorakılığa məruz qalan qadınların sayı bundan 2-6 dəfə çoxdur. 2006-cı ildə azadlıqdan məhrum edilən qadınların sayı bir il əvvələ nisbətən 4,5 dəfə artıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təqribən 100 mindən 3 milyona qədər yaşı 18-ə çatmamış uşaq fahişəliyə cəlb olunub. 2005-ci ildə ölüm hökmünə məhkum edilən 9400 yeniyetmədən yalnız 2225 nəfərinin cəzası ömürlük həbslə əvəzlənib". Hesabatda həmçinin ABŞ-ın digər ölkələrdə insan hüquqlarını kobud surətdə pozduğu bildirilir. Sənəddə qeyd olunur ki, ABŞ-ın İraqda 2003-cü ildən bəri apardığı hərbi əməliyyatlar nəticəsində 600 mindən artıq mülki şəxs qətlə yetirilib: "İraqda hər gün orta hesabla 450 nəfər amerikalı hərbçilər tərəfindən öldürülür. ABŞ-ın məxfi həbsxanalarında isə 700 Əfqanıstan və 180 İraq vətəndaşı məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilib".

03-14-2008, 06:22 PM #459Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək
[b]Azərbaycanda İsrail, İsraildə isə Azərbaycan günləri keçiriləcək[b]
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) və İsrail Azərbaycanlıları Konqresinin (İAK) təşəbbüsü ilə bu il aprelin sonunda Azərbaycanda İsrail Günləri keçiriləcək. DAK-ın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində İsrail dövlətinin yaranmasının 60 illiyi də qeyd olunacaq. Tədbirlərdə rəsmi şəxslər, İsrail Knessetinin (parlament) üzvləri və Azərbaycan Milli Məclisinin deputatları iştirak edəcək. Bu il may ayının sonlarında isə İsraildə Azərbaycan Günləri keçiriləcək. İsrail Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro Suliman bildirib ki, tədbir çərçivəsində Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90 illiyi də qeyd olunacaq. Mərasimdə İsrailin bir sıra dövlət rəsmiləri, Knessetin (parlament) üzvləri, Azərbaycan Milli Məclisinin deputatları və digər qonaqlar iştirak edəcək. İAK sədri mayın 10-da Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı yubiley mərasiminin keçiriləcəyini də söyləyib.

03-14-2008, 06:31 PM #460Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul edib
[b]Avropa Parlamenti Ermənistanla bağlı qətnamə qəbul edib[b]
Strasburq - APA. Avropa Parlamentinin plenar iclasında Ermənistanla bağlı qətnamə qəbul edilib. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, qətnamənin lehinə 60, əleyhinə 1 deputat səs verib, 2 nəfər isə bitərəf qalıb. Sənəddə bildirilir ki, polisin seçkilərin nəticələrinə dinc yolla etiraz edən müxalifət tərəfdarlarına təzyiqi 8 nəfərin ölümünə, onlarla adamın yaralanmasına gətirib çıxarıb: "Martın 1-də fövqəladə vəziyyət elan olunub və KİV-in fəaliyyəti məhdudlaşdırılıb". AP təxirə salınmadan 1 mart hadisələri ilə bağlı müstəqil, şəffaf və tərəfsiz təhqiqat aparılması, zorakılıq törədənlərin məhkəmə önünə çıxarılması, fövqəladə vəziyyətin ləğvi, media azadlığının bərpası, mitinqdə iştirak etdiyini görə həbs olunanların azadlığa buraxılması çağırışı ilə çıxış edib. Qətnamədə siyasi qüvvələr demokratik institutların möhkəmləndirilməsi məqsədilə effektiv və konstruktiv dialoq apartmağa da çağırılır.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın məlumatına görə, bu barədə bu gün A. Xəlilə baş çəkən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Bu yaxınlarda mətbuata dövlət dəstəyi konsepsiyasının təsdiqlənəcəyini söyləyən Ə. Amaşov belə bir məqamda bu cür hadisənin baş verməsinin Mətbuat Şurasını ciddi narahat etdiyini vurğulayıb. Ə. Amaşov qeyd edib ki, son illər jurnalistlərə qarşı törədilən cinayətlərin açılmaması narahatlıq doğurur: "Nə qədər ki mətbuatın iqtisadi asılılığı var və media ayrı-ayrı şəxslərin, partiyaların mənafeyinə xidmət edir, belə hallar olacaq".

Yer imleri