Sayfa 43/461 İlkİlk ... 3341424344455393143 ... SonSon
4610 sonuçtan 421 ile 430 arası

Azərbaycan Xəbərləri

1. #421
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ-ın Azərbaycandakı səfiri Ermənistanda baş verən zorakılıq hallarını qəbul olunmaz sayır

[b]ABŞ-ın Azərbaycandakı səfiri Ermənistanda baş verən zorakılıq hallarını qəbul olunmaz sayır[b]

Əli Bayramlı. Əlibəy Zeynalov - APA. "ABŞ hökuməti artıq Ermənistanda baş verənlərlə bağlı mövqeyini açıqlayıb. Bu ölkədə baş verən zorakılıq halları qəbul olunmazdır".

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi APA-nın Mil Muğan bürosunun sualının cavabında deyib. İqtidar və hakimiyyətin öz addımlarını bilavasitə sərtliklə həyata keçirdiyini qeyd edən diplomat artıq rəsmi Vaşinqtonun Ermənistanda fövqəladə vəziyyətin götürülməsinə dair çağırışlar etdiyini də xatırladıb: "Orada media azadlığı bərpa olunmalı, müxalifət nümayəndələri azadlığa buraxılmalı, onlara qarşı zorakılıq hallarına son qoyulmalıdır".

2. #422
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ağstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb

[b]Ağstafa rayon sakini bir kiloqrama yaxın marixuananı satarkən yaxalanıb[b]

Gəncə. Ayxan Hüseynov-APA. Ağstafa rayon Muğanlı kənd sakini Nəsib Talıb oğlu İsmayılov bir kiloqram narkotik vasitə olan marixuananı satmaq istəyərkən yaxalanıb. Bu barədə APA-nın Qərb bürosuna məlumat verən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinin rəis müavini Rafael İsmayılov narkotik vasitə satışı faktının təmsil etdiyi idarənin və Samux rayon Polis Şöbəsinin əməkdaşlarının üzə çıxardığını bildirib: "Ağstafa rayon Muğanlı kənd sakini 30 yaşlı Nəsib Talıb oğlu İsmayılov bir kiloqram marixuananı Samux rayonunun Sərkar kəndində 1000 ABŞ dollarına satmaq istəyərkən Samux rayon Polis İdarəsi əməkdaşları ilə birgə keçirdiyimiz əməliyyat tədbiri nəticəsində yaxalanıb. Əməliyyat zamanı məlum olub ki, marixuana yabanı halda deyil, xüsusi qulluq şəklində becərilib". Saxlanılan şəxs marixuananın xüsusi qulluqla yetişdirmə faktını təkzib edərək onu Kür çayı sahilindən yığdığını bildirib. O, törətdiyi əməli etiraf etsə də, narkotik maddəni borcunu ödəmək məqsədilə satmaq istədiyini deyib. Qeyd edək ki, saxlanılan şəxs əvvəllər məhkum olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /APA/

3. #423
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanlı rejissorun filmi İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında nümayiş olunacaq

[b]Azərbaycanlı rejissorun filmi İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında nümayiş olunacaq[b]

Bakı. Ülkər Qasımova-APA. Bu ilin yayında İtaliyada keçiriləcək "Asolo Art" beynəlxalq film festivalında Azərbaycan da təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya bildirilib ki, rejissor Miri Rzayevin quruluş verdiyi "Portret" sənədli filmi nümayiş olunmaq üçün festival rəhbərliyinə təqdim edilib. Azərbaycan İtaliyada keçiriləcək dini filmlər festivalında da təmsil olunacaq. Bu festivalda isə Ziya Şıxlinskinin "Dua" sənədli filmi nümayiş etdiriləcək.

4. #424
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Vardan Oskanyan Ermənistan hakimiyyətinin "ya sabitlik, ya demokratiya" dilemması qarşısında qaldığını bildirib

[b]Vardan Oskanyan Ermənistan hakimiyyətinin "ya sabitlik, ya demokratiya" dilemması qarşısında qaldığını bildirib[b]

İrəvan - APA. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan ABŞ-ın "Minilliyin çağırışları" proqramı çərçivəsində Ermənistana maliyyə yardımı ayrılmasını dayandırması təhlükəsinin real olduğunu bəyan edib.

APA-nın "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, V. Oskanyan bildirib ki, Ermənistanla "Minilliyin çağırışları" proqramını həyata keçirən korporasiya arasındakı müqavilə iqtisadi və demokratik meyarlar nəzərə alınmaqla konkret şərtlərlə imzalanıb: "Biz dərk edirik ki, ölkədə yaranmış vəziyyətə görə bu proqram dondurula bilər". Nazirin fikrincə, proqramın dondurulması Ermənistanda yaranmış durumun ABŞ-da necə qiymətləndirilməsindən və ölkənin mövcud çətinlikləri necə aşmasından asılı olacaq. O, hakimiyyətin və prezidentin dilemma qarşısında qaldığını, ölkədə yaranmış vəziyyətdən çıxış yolunun bu dilemmanın həllindən asılı olduğunu söyləyib. "Prezident vacib dilemma qarşısındadır: ya sabitlik və xalqın təhlükəsizliyi, ya da demokratik dəyərlər. Amma bu dilemmanın birmənalı olmayan, balanslaşdırılmış həllini tapmaq lazımdır. Mövcud vəziyyət nə qədər davam edəcəksə, Ermənistan üçün o qədər pis olacaq".

5. #425
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əli Həsənov: "Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik"

[b]Əli Həsənov: "Biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik"[b]

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibətini açıqlayıb.

Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il üzrə hesabatına münasibət bildirib. APA-nın məlumatına görə, Əli Həsənov bildirib ki, Azərbaycan dövləti insan hüquqlarının müdafiəsi ideallarına sadiqliyini dəfələrlə bəyan edib, bu sadiqliyi hər zaman işdə sübut edib və etməkdə də davam edir: "Son illərdə Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsi və insan kapitalının hərtərəfli inkişaf etdirilməsi sahəsində əhəmiyyətli işlər görülüb. Yeni uzunmüddətli proqramların qəbul edilməsi bu istiqamətdə görülən işləri gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı, hökumət 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının kütləvi şəkildə pozulmasını və bunun insan hüquqlarının ümumi vəziyyətinə mənfi təsirini xüsusilə qeyd etməyi zəruri hesab edir. Azərbaycan hökuməti Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ermənistanda baş verən son qanlı hadisələrə, deputatların və müxalifət liderlərinin kütləvi həbsinə, dinc toplantı iştirakçılarına qarşı zorakı hərəkətlərin, hətta odlu silahın tətbiqinə, 8 nəfərin öldürülməsinin rəsmən elan olunmasına, 100-dən çox insanın xəsarət almasına, fövqəladə vəziyyətin elan olunmasına, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına, senzuranın tətbiqinə, siyasi fəaliyyətin ümumiyyətlə dondurulmasına və digər anti-demokratik tədbirlərə, habelə Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulmasına reaksiyanın kifayət qədər kəskin olmamasını nəzərə alaraq, biz Azərbaycana münasibətdə qeyri-obyektiv tənqidi yanaşmanın nümayiş etdirilməsini ikili standartların göstəricisi hesab edirik". Ə. Həsənov bildirib ki, Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il hesabatında konstruktiv tənqidlə yanaşı, ölkəmizdə demokratiyanın inkişafı, insan hüquqlarının, o cümlədən söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bütün nailiyyətlərin əks etdirilmədiyini, obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə olunduğunu və bir sıra faktların təhrif edildiyini, dövlət rəsmilərinin bəzi çıxışlarının düzgün şərh edilmədiyini və qeyri-dəqiq əks etdirildiyini, hesabatda əksini tapmış fikir və iradların çoxunun o sahə ilə bağlı məlumatsızlıqdan və məsələlərin kökünün dərindən araşdırılmamasından irəli gəldiyini qeyd edir və hesabatın ümumi qiymətləndirilməsi ilə razılaşmanın mümkün olmadığını bildirir: "Azərbaycan onun yurisdiksiyası altında olan bütün şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini bir daha təsdiq edir. Eyni zamanda insan hüquqlarının universal dəyər olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti onların heç bir istisna olmadan istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş bütün dünya ölkələri tərəfindən təmin edilməsi zərurətini xatırlatmaq istəyir".

6. #426
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Heyki Talvitie Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə dialoqa çağırıb

[b]Heyki Talvitie Ermənistan hakimiyyətini fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə dialoqa çağırıb[b]

Vyana - APA. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Heyki Talvitie Ermənistan hakimiyyətini paytaxtda elan olunmuş fövqəladə vəziyyəti ləğv etməyə və müxalifətlə siyasi dialoqa çağırıb. APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, H. Talvitie ATƏT-in Daimi Şurasının iclasındakı çıxışında bildirib ki, mövcud böhranın həlli Ermənistan hökumətinin marağına uyğundur: "Yeni seçilmiş prezidentin inauqurasiyasının vaxtı yaxınlaşır. Belə vəziyyətdə hökumət fövqəladə vəziyyətdən xilas olmalı və müxalifətlə real siyasi dialoqa başlamalıdır".

7. #427
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb

[b]Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb[b]

Bakı. Elbrus Seyfullayev - APA. Bu gün prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2008-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağirılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə göstərilib ki, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2008-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaqlar. Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2008-ci ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

8. #428
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan prezidenti yazıçı Anarı 70 illik yubileyi münasibətilə təbrik edib

[b]Azərbaycan prezidenti yazıçı Anarı 70 illik yubileyi münasibətilə təbrik edib[b]

Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı 70 illik yubileyi münasibətilə təbrik edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrik məktubunda yazıçının Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki xidmətləri xatırladılıb, onun ictimai xadim kimi fəaliyyətindən bəhs edilib. Təbrik məktubunda Anarın yaradıcılığının ən yetkin dövrünü yaşayan söz ustası kimi bundan sonra da ədəbiyyatımızın zənginləşməsi naminə töhfələrini əsirgəməyəcəyinə əminlik vurğulanıb.

9. #429
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezident Aparatına göndərilib

[b]Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları başa çatıb, yekun siyahı Prezident Aparatına göndərilib[b]

Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Əfv Komissiyası iclaslarını yekunlaşdırıb. Komissiyadan APA-ya daxil olan məlumata görə, bu gün keçirilmiş sonuncu iclasda əfvlə bağlı daxil olan müraciətlərə baxılması başa çatdırılıb.

Komissiya üzvləri iclasların keçirildiyi on gün ərzində təxminən minədək müraciəti araşdırıblar. Artıq yekun siyahı hazırlanaraq Prezident Aparatına təqdim edilib. Qeyd edək ki, növbəti əfv fərmanının Novruz bayramı ərəfəsində imzalanacağı gözlənilir.

10. #430
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilərin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü məhv olub

[b]Ermənilərin Azərbaycanın Tovuz rayonu ərazisində törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü məhv olub[b]

Bakı. İlhamə İsabalayeva-APA. Tovuz rayonunun cəbhə xəttinə yaxın ərazisində ermənilərin törətdiyi yanğın nəticəsində 6 hektara yaxın meşə örtüyü ərazisinə ziyan dəyib.

APA-nın məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, belə yanğınlar zamanı əsas hallarda açıq ərazilər və işğal altında olan ərazilərin yaxınlığındakı yaşayış məntəqələrində ağaclıqlar və kolluqlar məhv olur. Sonuncu belə hal zamanı isə yanğın normal meşə ərazisinə keçib. Hava küləkli olduğu, eyni zamanda həmin ərazi atəş altında olduğu üçün odu söndürmək mümkün olmayıb. Ancaq buna baxmayaraq, imkan daxilində yanğının qarşısının almaq üçün tədbirlər görülüb. Nazir qeyd edib ki, hazırda yanğın nəticəsində ətraf mühitə dəyən ziyanın məbləği dəqiqləşdirilir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.