[b]Azərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb[b]
Lənkəran - APA. Lənkəran rayonunun Biləsər kəndində cənazə maşını qəzaya uğrayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini İsrafil Mirzəyev atdan yıxılıb və aldığı xəsarətdən ölüb. Mərhumun oğlu Yadigar Mirzəyev atasının meyitini "QAZ-66" markalı avtomobildə evə apararkən maşını aşırıb. Nəticədə "QAZ-66"ın xəsarət alan sərnişinləri, Y. Mirzəyevin qardaşı Ehtiram Mirzəyev, həmkəndliləri Gülü Rəhimova və Məmməd Ağayev xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.
4610 sonuçtan 1.441 ile 1.450 arası

06-02-2008, 02:11 PM #1441Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzər İbrahim: "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın"
[b]Xəzər İbrahim: "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın"[b]
Bakı. Laçın Sultanova - APA. "Rusiya Ermənistandan tələb etməlidir ki, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarsın". APA-nın məlumatına görə, bunu keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında səsləndirdiyi "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli variantı yoxdur" ifadəsinə münasibət bildirən azərbaycanlı diplomat hesab edir ki, rusiyalı nazir bu bəyanatını Ermənistana müvafiq mesaj verməklə gücləndirməlidir: "Rusiya Ermənistan hökumətindən tələb etməlidir ki, öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarsın".

06-02-2008, 02:21 PM #1442Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın Lənkəran rayonunda cənazə maşını aşıb

06-02-2008, 02:31 PM #1443Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Gəncə ərazisindən xaricdə istehsal olunmuş pulemyot və pulemyot patronu tapılıb
[b]Gəncə ərazisindən xaricdə istehsal olunmuş pulemyot və pulemyot patronu tapılıb[b]
Gəncə - APA. Gəncə Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisindən 1 ədəd xaricdə istehsal olunmuş pulemyot, 125 ədəd pulemyot patronu və 1 ədəd pulemyot lenti tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Faktla bağlı araşdırma aparılır.

06-02-2008, 02:41 PM #1444Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib
[b]Azərbaycan seçicilərinin siyahısı MSK-nın saytına yerləşdirilib[b]
Bakı. Elnur Məmmədli - APA. Mərkəzi Seçki Komissiyası (MSK) 2008-ci il üçün seçici siyahılarını qurumun rəsmi saytına yerləşdirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bütün seçki dairələri üzrə siyahılar MSK-da təsdiq olunandan sonra [ saytına daxil edilib. Saytda seçicilərin öz adlarını siyahılarda tapması üçün axtarış sistemi qurulub. Bundan əlavə, adları siyahılarda olmayan seçicilər saytdakı qaynar xətt vasitəsi ilə qurum rəhbərliyinə müraciət edə bilərlər. 2008-ci ilin seçici siyahısında 4 834 584 seçici var. Onlardan 2 320 697-si (48,00%) kişi, 2 513 887-si (52,00%) isə qadındır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə seçicilərin sayı təxminən 200 min nəfər artıb.

06-02-2008, 02:51 PM #1445Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İosif Kobzon xəstəxanaya yerləşdirilib
[b]İosif Kobzon xəstəxanaya yerləşdirilib[b]
Moskva - APA. SSRİ-nin xalq artisti, Rusiya Dövlət Dumasının üzvü İosif Kobzon ağır angina diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, hazırda İosif Kobzon Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsində həkim nəzarəti altında müalicə olunur. Həkimlər deputatın qan təzyiqini normallaşdırmağa çalışırlar. Qeyd edək ki, ötən il İosif Kobzon 70 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycanda konsert proqramı ilə çıxış edib.

06-02-2008, 03:01 PM #1446Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xəzər İbrahim: "Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür"
[b]Xəzər İbrahim: "Azərbaycan PKK-nın fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür"[b]
Bakı. Laçın Sultanova - APA. "Azərbaycan PKK terror təşkilatının fəaliyyəti ilə bağlı malik olduğu məlumatları davamlı olaraq beynəlxalq ictimaiyyətlə bölüşür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. ABŞ Dövlət Departamentinin narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatlarının sırasında PKK-nı da göstərməsi və bu terrorçu qurumun işğal olunmuş Azərbaycan ərazilərindən tranzit kimi istifadə etməsi ehtimalına dair sualı cavablandıran diplomat bildirib ki, bölgədə çoxlu təhdidlər və təhlükələr var: "Bu, həm beynəlxalq terrorçuluq, həm narkotiklərin daşıması, həm də silahların qeyri-qanuni dövriyyəsi və daşınması ilə bağlıdır. Təbii ki, bu təhlükələrə cavab vermək üçün Azərbaycan daimi iş aparır. PKK-nın fəaliyyətinə gəldikdə isə Azərbaycan dəfələrlə bu qurumun terrorçu təşkilat olduğunu qeyd edib".

06-02-2008, 04:21 PM #1447Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Həftə sonu paytaxtda daha beş maşın yandırılıb
[b]Həftə sonu paytaxtda daha beş maşın yandırılıb[b]
Moskva-APA. Son iki gündə Moskvada daha iki avtomobil yandırılması faktı qeydə alınıb. APA-nın məlumatına görə, şənbə günü naməlum şəxslər "Hyundai Sonata" və VAZ markalı iki avtomobili yandırıblar.
Daha üç analoji hadisə isə bu gecə qeydə alınıb. Ekspertlər hər üç halda maşınların qəsdən yandırılması ehtimalını təsdiqləyiblər. Qeyd edək ki, mayın 30-da naməlum şəxslər paytaxtda daha yeddi maşını yandırıblar. Faktla bağlı xuliqanlıq məqsədilə başqa şəxsə məxsus əmlakın məhv edilməsi faktı üzrə cinayət işi başlanıb. Faktla bağlı iki nəfər Kaliniqrad sakini şübhəli şəxs qismində saxlanıb.

06-02-2008, 04:31 PM #1448Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Marneuli" radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək
[b]"Marneuli" radiosu fəaliyyətini iki həftəyə bərpa edəcək[b]
Tiflis. Turan Hüseynova-APA. Azərbaycanların Gürcüstanda kompakt yaşadığı ərazilərdə yayımlanan "Marneuli" radiosunun fəaliyyəti iki həftə sonra bərpa ediləcək. Bu barədə APA-ya "Marneuli" radiosunun texniki direktoru Emin Əhmədov məlumat verib. Onun sözlərinə görə, radionun öz tezliyi olmadığına görə səsucaldanla efirə çıxır. Şəhərin mərkəzi bağında quraşdırılan səsucaldanla yayımlanan radio gündə iki saat efirə çıxır və burada Azərbaycan, rus və gürcü dillərində xəbərlər yayımlanır. Hal-hazırda texniki problemlər səbəbilə radio yalnız internet vasitəsilə yayımlanır. Emin Əhmədov radioya xüsusi tezlik verilməsi ilə bağlı bürokratik əngəllərin olduğunu deyib. "Radiomuza lisenziya verməkdən imtina etmirlər, yalnız , müəyyən bürokratik əngəllər var. Layihənin rəhbərləri hazırda danışıqları davam etdirirlər. Bu proses həmçinin Avropa Şurasının nəzarəti altındadır". Qeyd edək ki "Marneuli" radiosu, iki il bundan əvvəl BBC və "Studio Re"nin birgə layihəsi əsasında yaranıb. İcma layihəsi olması səbəbilə radio yalnız azərbaycanlıların kompakt yaşadığı yerlərdə - Marneuli rayon mərkəzi və 7 km ətrafda yerləşən kəndlərə yayımlanır. Radioda 7 nəfər çalışır.

06-02-2008, 06:21 PM #1449Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Piter Semnebi: "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir"
[b]Piter Semnebi: "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Qarşıdakı prezident seçkiləri Azərbaycan tarixində çox vacib məsələdir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, qarşıdakı seçki Azərbaycanla Avropa Birliyi arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının imzalanmasından sonra keçiriləcək ilk seçkidir: "Biz digər beynəlxalq təşkilatlarla birlikdə seçki kampaniyasının gedişini və bilavasitə seçkini müşahidə edəcəyik". P. Semnebi bu kontekstdə media məsələsinin də önəmli rol oynadığını və AB-nin bu sahədəki vəziyyəti də müşahidə edəcəyini söyləyib.

06-02-2008, 06:31 PM #1450Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib
[b]Azərbaycanın mədəniyyət və turizm naziri GUAM ölkələrinin milli kulinariyası ilə bağlı xüsusi toplunun hazırlanmasını təklif edib[b]
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev GUAM-a üzv ölkələrin milli kulinariyasına həsr olunmuş xüsusi toplunun hazırlanması təklifi ilə çıxış edib. APA-nın məlumatına görə, bu təklifi nazir Azərbaycanda səfərdə olan GUAM ölkələrinin yazıçı və şairləri ilə görüşündə səsləndirib: "Bütün dörd ölkənin kulinariyasını əks etdirən böyük bir toplunun hazırlanmasına ehtiyac duyulur. Fikrimcə, bu təklif tez bir zamanda həyata keçirilməlidir. Toplu ingilis dilində nəşr olunmalı və dünyanın bütün ölkələrinə yayılmalıdır. Bu layihənin gerçəkləşməsi Azərbaycan kulinariyasının mənimsənilməsinin qarşısının alınmasına da kömək edəcək. Bununla həm də Azərbaycan, Moldova, Gürcüstan və Ukrayna kulinariyasının daha geniş tanıdılmasına müvəffəq olacağıq". Ə. Qarayev GUAM ölkələrinin yazıçı və şairlərinin əsərlərindən ibarət toplunun hazırlanmasının zəruriliyini də vurğulayıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri