Sayfa 95/461 İlkİlk ... 45859394959697105145195 ... SonSon
4610 sonuçtan 941 ile 950 arası

Azərbaycan Xəbərləri

1. #941
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

AŞ PA prezidenti yaxın zamanlarda Cənubi Qafqaz regionuna səfər edəcək

[b]AŞ PA prezidenti yaxın zamanlarda Cənubi Qafqaz regionuna səfər edəcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. Yaxın vaxtlarda Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya De Puçun Cənubi Qafqaza səfəri planlaşdırılır.

APA-nın məlumatına görə, AŞ PA prezidenti bu barədə Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Tiqran Torosyanla görüş zamanı bildirib. Qeyd edək ki, bu, Avropa Şurası Parlament Assambleyasının prezidenti kimi Luis Mariya De Puçun Cənubi Qafqaza ilk səfəri olacaq.

2. #942
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ səfiri: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir"

[b]ABŞ səfiri: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir"[b]

Bakı. Rəşad Süleymanov - APA. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibəti ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ilə görüş keçirilib.

APA-nın məlumatına görə, ANAMA-nın direktoru Nazim İsmayılov ABŞ-ın agentlik yarandığı ilk günlərdən əməliyyatların maliyyələşdirilməsində iştirak etdiyini bildirib. Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verən N. İsmayılov ABŞ tərəfindən ANAMA-ya həm maliyyə, həm də texniki yardımların göstərildiyini deyib. Səfir Ann Dersi isə ABŞ hökumətinin ANAMA-nın fəaliyyətini dəstəklədiyini vurğulayıb: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir. ANAMA tək Azərbaycanda deyil, dünya miqyasında işinə görə uğurlar qazanıb, agentliyimiz barədə müsbət imic formalaşıb". Səfir onu da bildirib ki, ABŞ hökuməti ANAMA-ya 2002-ci ildən bu günədək 15 mln. dollar vəsait ayırıb. Daha sonra ANAMA-nın fəaliyyəti, Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən layihələr barədə təqdimat nümayiş etdirilib.

3. #943
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Supermodel Naomi Kempbell həbs olunub

[b]Supermodel Naomi Kempbell həbs olunub[b]

Bakı. Ülkər Qasımova - APA. Tanınmış supermodel Naomi Kempbell Londonun Hitrou Beynəlxalq Hava Limanında polis zabitinə qarşı fiziki zorakılıq etdiyi üçün həbs olunub. APA-nın məlumatına görə, supermodellə polisin qalmaqalı Hitrou Hava Limanının V terminalında baş verib. Həmin terminalda təyyarə uçuşa hazırlaşarkən 37 yaşlı Naomi Kempbell təyyarənin ekipajı ilə mübahisə edib. Buna səbəb isə ekipajın onun çamadanlarından birinin təyyarəyə çatdırılmadığı və digər reyslə göndəriləcəyini bildirməsi olub. Bunu eşidən supermodel ekipaj üzvləri ilə mübahisəyə başlayıb və böyük qalmaqal yaradıb. Təyyarənin göyərtəsinə polis dəvət olunub, ekipajın bu hərəkəti modeli daha da özündən çıxarıb. Naomi Kempbell hadisə yerinə gələn polisin üzünə tüpürüb və onu döyməyə başlayıb. Polis bölməsinə gətirilən Naomidən faktla bağlı izahat alınıb. Bir gün polis bölməsində saxlanılan supermodel tanınmış himayədarının köməyi ilə zaminə buraxılıb. Hadisə ilə bağlı məhkəmə prosesinin mayda keçiriləcəyi bildirilir.

4. #944
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermitajda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq

[b]Ermitajda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq[b]

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Rəssamlar İttifaqı Sankt-Peterburqda fəaliyyət göstərən Bədii Fondun Rəssamlıq Akademiyası ilə əməkdaşlıq edəcək. Bu barədə APA-ya Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində akademiyanın maliyyə dəstəyi ilə ilk dəfə olaraq bu sahəyə dair beynəlxalq jurnal nəşr olunacaq: "Həmin jurnalın baş redaktoru mən olacağam. Jurnalda Şərq-Qərb ölkələrinin ən tanınmış rəssamları və rəssamlıq məktəbləri haqqında məqalələr dərc olunacaq. Hər nömrədə Azərbaycan rəssamları haqqında da məlumatlar veriləcək". Ə. Qarayev deyib ki, sözü gedən jurnal Azərbaycan, rus və ingilis dillərində nəşr olunaraq dünyanın bir çox ölkələrinə yayılacaq. Beynəlxalq rəsm jurnalı ildə 4 dəfə dərc olunacaq. İttifaq katibi onu da deyib ki, əməkdaşlıq çərçivəsində bu ilin mayında Sankt-Peterburqda Azərbaycanın gənc rəssamlarının sərgisi açılacaq. Yay aylarında isə Sankt-Peterburqun Ermitaj Muzeyində Azərbaycanın professional rəssamlarının sərgisi təşkil olunacaq.

5. #945
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib

[b]"Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib[b]

Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, institutun direktoru Rövşən Mustafayev bildirib ki, neçə illərdir ermənilər məqsədli şəkildə türk mədəniyyət nümunələrini öz adına çıxır və dünyanı yalanlarına inandırmağa çalışır. Onun sözlərinə görə, müstəqilliyini qazandıqdan sonra Azərbaycan öz musiqisinin təbliği istiqamətində əhəmiyyətli addımlar atmağa başlayıb. O, "Sarı gəlin" musiqi albomunun hazırlanmasını da bu qəbildən olan iş kimi dəyərləndirib: "Bu xalq mahnısı 67 versiyada ifa olunub. Mahnı Yəmən-ərəb, İran, Azərbaycan və Anadolu türkcəsində ifa edilib. Musiqi ortaq şəkildə Anadolu və Azərbaycan türkcəsində ifa edilib. Xalq mahnısı "Şur" muğamının əsaslarına söykənir". Milli Məclisin deputatı Qənirə Paşayeva isə deyib ki, mədəniyyət nümunələrini bu şəkildə təqdim etməklə Azərbaycan ermənilərin yalanlarını ifşa edir. "Dünya getdikcə virtuallaşır. İnsanlar bütün məlumatları internet vasitəsilə əldə etməyə üstünlük verirlər. Ermənilərlə həmişə mübahisə mövzusu olan "Sarı gəlin" xalq mahnısını bu şəkildə internetdə yerləşdirməklə, onun türk millətinə məxsusluğunu təsdiq etməli oluruq". Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov, tarixçi-alim Musa Qasımlı və digər çıxış edənlər də "Sarı gəlin" xalq mahnısının Azərbaycan musiqisi kimi təqdim edilməsinin siyasi əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, "Bizim mahnı, bizim türkü" layihəsinin rəhbəri İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanovdur. Musiqi albomunda "Sarı gəlin" xalq mahnısı 17 müxtəlif variantlarda təqdim edilib.

6. #946
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskva Karneqi Mərkəzində «Azərbaycan 2008: inkişafa doğru» adlı konfrans keçirilir

[b]Moskva Karneqi Mərkəzində «Azərbaycan 2008: inkişafa doğru» adlı konfrans keçirilir[b]

Moskva. Anarə Axundova - APA. Moskva Karnegi Mərkəzi və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bu gün Moskvada «Azərbaycan 2008: inkişafa doğru» adlı iki günlük konfrans başlayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, konfransda çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycana həsr olunmuş konfransın təşkilinə görə Karneqi Mərkəzinə minnətdarlıq edib. Konfransın birinci hissəsində 2008-ci ilin Azərbaycana geosiyasi və geoiqtisadi baxımdan nə verəcəyi barədə çıxışlar edilib, müzakirələr aparılıb. Bu mövzuda Azərbaycan Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Postsovet Məkanında İctimai-siyasi Proseslərin Öyrənilməsi İnformasiya-analitik Mərkəzinin direktor müavini Aleksey Vlasov, Rusiyanın 1-ci Kanalında «Sudite sami» verilişinin aparıcısı Maksim Şevçenko çıxış ediblər. Onlar Azərbaycanın siyasi və iqtisadi inkişafı, Cənubi Qafqaz və Xəzər regionunda yeri, Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətləri barədə fikirlər səsləndiriblər. Natiqlər yaxın gələcəkdə enerji resurslarının qiymətinin düşməsi, Azərbaycanın Rusiya ilə Avropa arasında körpü olması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyi və digər məsələlərə toxunublar. Çıxışlarda Azərbaycanın Rusiya ilə Gürcüstan münasibətlərində mövcud problemlərin həllində də körpü rolunu oynaya biləcəyi vurğulanıb.

7. #947
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO sammitində iştirak edən mənbə Ukrayna və Gürcüstanla bağlı müzakirələrin pərdəarxası məqamlarını açıqlayıb

[b]NATO sammitində iştirak edən mənbə Ukrayna və Gürcüstanla bağlı müzakirələrin pərdəarxası məqamlarını açıqlayıb[b]

Buxarest. Fəxri Kərimli - APA. Gürcüstan və Ukrayna ilə bağlı razılaşdırılmış kompromis formul ABŞ prezidenti Corc Buşun prezidentlik səlahiyyətlərini təhvil verməsindən öncə həmin dövlətlərin NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) qəbul olunmasına imkan verir.

Bunu APA-nın Şərqi Avropa bürosunun əməkdaşına NATO sammitində iştirak edən britaniyalı mənbə bildirib. O, Ukrayna və Gürcüstanın MAP-a qoşulmasına dair qərarın NATO xarici işlər nazirləri səviyyəsində cari ilin dekabr ayında qəbul olunacağını deyib. Mənbə iki ölkənin NATO perspektivi ilə bağlı danışıqların çox gərgin keçdiyini və aprelin 2-dən 3-nə keçən gecə səhərədək davam etdiyini söyləyib. Britaniyalının sözlərinə görə, Gürcüstan və Ukraynanın ən böyük əleyhdarı Almaniya kansleri Angela Merkel olub: "Müəyyən bir məqamda vəziyyət olduqca pis idi. Almaniya və Fransa heç Gürcüstan və Ukraynaya NATO üzvlüyü perspektivinin verilməsinə də razı deyildilər". Qeyd edək ki, NATO XİN başçılarının toplantısı dekabrda baş tutacaq, ABŞ-ın növbəti prezidenti isə 2009-cu ilin yanvarında mandatını təhvil alacaq.

8. #948
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarest açıqlaması ilə bağlı bəyanat yayıb

[b]QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarest açıqlaması ilə bağlı bəyanat yayıb[b]

Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə verdiyi birgə açıqlama ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda həmsədrlərin fəaliyyətləri pislənib və Ermənistanın maraqlarına xidmət etdiyi qeyd olunub: "Həmsədrlər bildirib ki, Azərbaycanla Ermənistan öz arasında Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə kompromis əldə etməli, Dağlıq Qarabağın əhalisi isə həmin varianta öz razılığını verməlidir. Bu onu göstərir ki, danışıqlarda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal faktının aradan qaldırılması deyil, status məsələsi müzakirə edilir. Üstəlik, razılaşma Dağlıq Qarabağdakı qondarma rejimin də iradəsindən asılı olacaq. Həmsədrlər artıq ermənipərəst mövqelərini gizlətmir və hər vəchlə Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar. Ona görə də Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə heç bir əsas yoxdur". QAT bəyanatda Azərbaycan hakimiyyətindən danışıqların dayandırmasını da tələb edib.

9. #949
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Elmira Süleymanova: "Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir"

[b]Elmira Süleymanova: "Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir"[b]

Bakı. Laura Cəbrayıllı - APA. "Azərbaycanda mətbuat sahəsində problemlərin olmasına dair Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla imzalanmış Fəaliyyət Planının icrası ilə bağlı hesabatda yer almış fikirlər həqiqətdir. Bu məsələ ilə bağlı müraciətlər dövlət orqanları tərəfindən incikliklə qarşılanır ki, dövlətin nə marağı var öz mətbuatına təzyiq etsin və adı hallansın. Hər bir saxlanılan jurnalistə mütləq qanun çərçivəsində yanaşılmalıdır. Biz Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış ölkəyik". Bu sözləri APA-ya açıqlamasında ombudsman Elmira Süleymanova deyib. O, hər sahədə olduğu kimi, insan hüquqlarının təmin olunması sahəsində də islahatlar keçirildiyini bildirib: "Media nümayəndələri jurnalist etikasına, mətbuat haqqında qanuna riayət etməli, xalqa, milli dəyərlərə hörmətlə yanaşmalıdır. Eyni zamanda dövlət də söz azadlığını məhdudlaşdıran hər hansı hərəkətə yol verməməlidir. Qarşılıqlı əməkdaşlıqla, bir-birimizə dəstək verməklə eybəcər halları həyatımızdan rədd edəcəyik. Jurnalistlərlə bağlı elə bir hal olmayıb ki, biz hadisə yerində olmayaq, təhlil aparmayaq, müraciət etməyək. Əfvlə bağlı prezidentə müraciət etdik və 6 jurnalist əfv olundu".

10. #950
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Moskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olu

[b]Moskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olunub[b]

Moskva. Anarə Axundova - APA. Moskva Karnegi Mərkəzi və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bu gün Moskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı iki günlük konfransın ikinci bölməsinin işi başa çatıb. APA-nın Rusiya bürosunun məlumatına görə, seksiyanın gedişində Azərbaycanda rus dilinin mövcud durumu məsələsi müzakirə olunub. Çıxış edən natiqlər Azərbaycanın ali və orta məktəblərində rus sektorlarının fəaliyyət göstərdiyini, ölkədə çoxsaylı rus icma və diasporunun fəaliyyət göstərdiyini vurğulayıblar. Böyük Britaniyanın qeyri-hökumət təşkilatlarından birinin rəhbəri olan Denis Samut çıxışında Azərbaycan iqtisadiyyatının inkişaf mərhələlərini təhlil edib, həmçinin Dağlı Qarabağ münaqişəsinə toxunub. O, istər konfrans iştirakçılarının, istərsə də dünya ictimaiyyətinin bu problemin həllinə həssaslıqla yanaşmasının vacibliyinə toxunub. Konfransda müzakirə olunan məsələlər sırasında Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması, iki ölkə arasında siyasi və mədəni münasibətlər də olub. Konfrans iştirakçıları Azərbaycanda milli, dini və mədəni azlıqların hüquqlarına xüsusilə hörmətlə yanaşıldığını vurğulayıblar. Konfrans davam edir.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.