Əsas məzmuna keç
Sayfa 35/461 İlkİlk ... 2533343536374585135 ... SonSon
4610 sonuçtan 341 ile 350 arası

Azərbaycan Xəbərləri

1. #341
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Pentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək

[b]Pentaqon Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa icazə verəcək[b]

Bakı. Laçın Sultanova-APA. Pentaqon yaxın vaxtlarda Kubada yerləşən Quantanamo həbsxanasında saxlanan məhbuslara ailə üzvləri ilə mütəmadi telefon əlaqəsi saxlamağa icazə verəcək. APA-nın məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, bu, Pentaqonun Quantanamo məhbusları ilə bağlı yeni siyasətinin bir hissəsidir. Bu siyasətin məqsədi - Kubanın cənub-şərqində yerləşən həbsxanada saxlanılma şəraitinin yaxşılaşdırılmasıdır. Pentaqonun mətbuat katibi Ceffri Qordon hesab edir ki, ailə üzvləri ilə telefonla əlaqəsi saxlamaq psixoloji vəziyyəti məlum olan məhbuslar üçün yaxşı dəstək olacaq. Telefon danışıqlarına konkret olaraq nə vaxt icazə veriləcəyi bildirilmir. Hələlik isə Quantanamo məhbusları xarici aləmlə əlaqə qurmaq üçün məktublaşma və vəkilləri ilə görüşmək imkanına malikdirlər.

2. #342
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan paytaxtında Nuru Paşanın abidəsi ucaldılacaq

[b]Azərbaycan paytaxtında Nuru Paşanın abidəsi ucaldılacaq[b]

Bakı. Laçın Sultanova - APA. Azərbaycan paytaxtında 1918-ci ilin sentyabrında Bakını erməni-daşnak və bolşevik işğalından azad etmiş Türk-İslam Ordusunun komandanı, general Nuru Paşanın abidəsi ucaldılacaq.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfirin sözlərinə görə, abidə Türkiyədə hazırlanacaq və bu ilin sentyabrında - Bakının azad olunmasının 90 illiyi ərəfəsində ucaldılacaq. Abidənin ucaldılması barədə artıq razılıq əldə olunduğunu deyən H. Kılıç yerin hələlik tam müəyyənləşmədiyini söyləyib: "Ümid edirəm ki, abidə Bakının ən gözəl yerlərindən birində qoyulacaq".

3. #343
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Şurasının eksperti Azərbaycan hökumətini həbsxanaları müasirləşdirməyə çağırıb

[b]Avropa Şurasının eksperti Azərbaycan hökumətini həbsxanaları müasirləşdirməyə çağırıb[b]

Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycan həbsxanaları öz vəziyyətinə görə hələ də SSRİ dövründəki səviyyədədir. Sistemin təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, arzu olunan səviyyəyə çatmaq üçün vaxt tələb olunur". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının həbsxanalar üzrə eksperti, isveçli Per Kolliander deyib. O bildirib ki, Azərbaycan həbsxanaları köhnə binalarda yerləşir və bir kamerada bir neçə məhbus saxlanılır: "Bu sistem güclü və zəif məhbuslar arasında problem yaradır və bir tərəf digərinin hüquqlarını pozur". Ekspert hesab edir ki, uzunmüddətli həbsə məhkum olunmuş məhbuslar üçün xüsusi şərait yaradılmalıdır: "Həbsxana belə məhbuslar üçün evə çevrilir. Bu ev isə rahat olmalıdır". P. Kolliander Azərbaycan hökumətini həbsxanaların müasirləşdirilməsi üçün investisiya qoymağa çağırıb və deyib ki, həbsxana işçilərinin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilməlidir: "Avropa Şurası Azərbaycan həbsxanalarında monitorinqləri davam etdirəcək və tövsiyələr irəli sürəcək. Biz həbsxanalarla bağlı qanunvericiliyin ekspertizası işinə də kömək edə bilərik". Ekspert həbsxanalar sahəsində qanunverici bazanın yaxşı olduğunu düşünsə də, tam yerinə yetirilmədiyini söyləyib: "Yeni qanunvericiliyi köhnə həbsxanalarda tətbiq etmək çətindir".

4. #344
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"British Council"-in Bakı ofisinin rəhbəri dəyişir

[b]"British Council"-in Bakı ofisinin rəhbəri dəyişir[b]

Bakı. Laçın Sultanova-APA. "British Council"-in (Böyük Britaniya hökumətinin Britaniya mədəniyyətini ölkə xaricində yayımı ilə məşğul olan departamenti) Bakı ofisinin rəhbəri Endi Uilyamsın kontrakt müddəti bitir. Ofisdən APA-ya verilən məlumata görə, ofisin yeni rəhbəri vəzifəsinə Nikole de Lalovir təyin olunub. Qeyd edək ki, E. Uilyams Bakıda 2004-cü ildə işləyir.

5. #345
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Barak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb

[b]Barak Obama Hillari Klinton üzərində növbəti qələbəsini qazanıb[b]

Vaşinqton - APA. ABŞ-ın Missisipi ştatında keçirilən ilkin seçkilərdə demokratların yarışında Barak Obama, respublikaçılar daxilində isə Con Makkeyn qalib gəliblər. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ümummilli qurultaya 40 nümayəndənin seçildiyi "praymeriz"də B. Obama 60%, rəqibi Hillari Klinton isə 38% səs toplayıb. İndiyədək B. Obama ümumilikdə 1596, H. Klinton isə 1484 nümayəndənin dəstəyini qazanıb. Demokratların prezidentliyə rəsmi namizədi olmaq üçün azı 2025 qurultay nümayəndəsinin səsi tələb olunur. C. Makkeyn isə Missisipidə 79% səs toplayıb. Onun mübarizəni dayandırmış rəqibi Mayk Hakkabi 13%, Ron Pol isə 3% səs yığıblar. Xatırladaq ki, C. Makkeyn prezidentliyə respublikaçıların rəsmi namizədi olmaq üçün tələb olunan 1191 nümayəndənin səsini hələ martın 4-də təmin edib. Onun artıq 1325 səsi var. Demokratlar və respublikaçılar daxilində növbəti "praymeriz" aprelin 11-də Pensilvaniya ştatında keçiriləcək.

6. #346
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Nazim Ələkbərov: "Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azal&

[b]Nazim Ələkbərov: "Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azalıb"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Ötən beş illə müqayisədə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 10 dəfəyə yaxın azalıb. APA-nın xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında ölkəmizin cəzaçəkmə müəssisələrində vərəmdən əziyyət çəkən və dünyasını dəyişən məhbusların olması barədə qeyd olunan fikirlərə münasibət bildirən N. Ələkbərov deyib ki, sosial xəstəlik olan vərəm təkcə cəzaçəkmə müəssisələrində mövcud deyil: "İstintaq təcridxanalarına daxil olan şəxslər tibbi müayinədən keçirilir və orada çoxsaylı vərəm daşıyıcısı olan şəxs aşkarlanır. Yəni insanlar cəzaçəkmə müəssisələrinə vərəm daşıyıcısı kimi gəlirlər". Nazir müavininin sözlərinə görə, Penitensiar Xidmətin vərəmli xəstələrin müalicəsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsində 1000-ə yaxın məhkum müalicə olunur. N. Ələkbərov hesabatda cəzaçəkmə müəssisələrinə nəzərdə tutulan normadan artıq sayda məhkumların saxlanması barədə fikirlərlə də razılaşmayıb: "Mən hələ ki, həmin hesabatla yaxından tanış olmamışam. Amma onu deyə bilərəm ki, bizdə limitdən artıq sayda məhkum saxlanmır. Sadəcə, həmin problem bizim istintaq təcridxanalarında mövcuddur. O səbəbdən biz yeni istintaq təcridxanasının inşasına başlamışıq. Hesab edirəm ki, problem aradan qaldırılacaq".

7. #347
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün bir araya gələcəklər

[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün bir araya gələcəklər[b]

Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasie (Fransa) bu gün Vyanada bir araya gələcəklər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Bu barədə APA-ya fransalı həmsədr Bernar Fasienin ofisindən məlumat verilib. Görüşdə Anjey Kaspşik ATƏT sədri İlkka Kanervanın fevralın 28-29-da Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşündə müzakirə olunan məsələlərlə bağlı həmsədrləri məlumatlandıracaq. Görüşdə həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son zamanlar mövcud olan gərginlik ətrafında müzakirələr aparılacağı da gözlənilir.

8. #348
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın bütün regionlarında qarışıq rejimli cəzaçəkmə müəssisələrinin tikilməsi nəzərdə tutulur

[b]Azərbaycanın bütün regionlarında qarışıq rejimli cəzaçəkmə müəssisələrinin tikilməsi nəzərdə tutulur[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda yeni qarışıq tipli cəzaçəkmə müəssisələrinin inşası prosesi davam edir. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib.

Nazir müavini deyib ki, cəzaçəkmə müəssisələrinin Avropa standartlarına uyğunlaşdırılması, Bakıdan regionlara köçürülməsi nəzərdə tutulur: "Cəzaçəkmə müəssisələri, əsasən Bakıda yerləşir, bəziləri isə şəhərin mərkəzi hissəsindədir. Ona görə də çalışırıq ki, qısa müddətdə müəssisələrin regionlara köçürülməsinə nail olaq". N. Ələkbərovun sözlərinə görə, hər regionda qarışıq rejimli cəzaçəkmə müəssisəsinin tikilməsi planlaşdırılır. Naxçıvanda inşa edilən cəzaçəkmə müəssisəsinin bu ilin əvvəllərində istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyən nazir müavini bir sıra texniki səbəblərdən prosesin uzandığını nəzərə çatdırıb. Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxana binasının tikintisinin davam etdiyini deyən nazir müavini bildirib ki, əsas tikinti işləri bu ilin sonuna kimi başa çatacaq və Qobustan həbsxanasının 2009-cu ildə bu binaya köçürülməsi nəzərdə tutulur. N. Ələkbərov Şəki və Lənkəranda inşa edilən cəzaçəkmə müəssisələrinin də gələn il istifadəyə veriləcəyini söyləyib. Nazir müavini Bakıda inşa edilən yeni istintaq təcridxanasının bu ilin sonuna kimi təhvil veriləcəyini güman etdiyini də deyib. N. Ələkbərov onu da bildirib ki, bu yaxınlarda Gəncə şəhərində qarışıq rejimli cəzaçəkmə müəssisəsinin tikilməsi barədə qərar qəbul olunub və bu yöndə şəhər icra hakimiyyəti ilə danışıqlara başlanılıb: "Artıq bizə bir neçə yerdə torpaq sahəsi təklif olunub". Penitensiar Xidmət rəisinin sözlərinə görə, Gəncədəki penitensiar müəssisə ötən əsrin əvvəllərində inşa edildiyindən şəraiti müasir standartlara uyğun deyil.

9. #349
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib

[b]Ermənilərin Azərbaycanın Sumqayıt şəhərində törətdikləri hadisələrə həsr olunmuş kitab nəşr edilib[b]

Bakı. Laçın Sultanova-APA. 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrin həqiqi səbəblərinin araşdırılmasına həsr olunmuş "10 illərlə davam edən faciə" adlı kitab rus dilində nəşr olunub. APA-nın məlumatına görə, beynəlxalq mövzularda araşdırmalar aparan jurnalist Nuraninin müəllifi olduğu kitabda əvvəllər məlum olmayan faktlar, istintaq materiallarından götürülmüş məlumatlar, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) generalı Filipp Bobkov, DTK-nın keçmiş sədri Vladimir Kryuçkov və digərlərinin xatirələrindən hissələr yer alıb. Müəllif hesab edir ki, Sumqayıt hadisələrinin təşkilatçılarını Moskva və İrəvanda axtarmaq lazımdır: ""Krunk" və "Qarabağ" təşkilatları ilə əlaqəsi olan Sumqayıt erməniləri baş verəcək hadisələrdən xəbərdar idilər, ona görə də əvvəlcədən mənzillərini sataraq və Əmanət Banklarındakı hesablarından pullarını çıxararaq, şəhəri tərk etmişdilər". Müəllif, həmçinin XIX-XX əsrlərdə Türkiyədə fəaliyyət göstərən erməni milliyyətçilərinin "erməniləri xilas etmək naminə" Avropanı Türkiyə ilə müharibəyə cəlb etmək məqsədilə öz soydaşlarına qarşı etdikləri provokasiyalar barədə tutarlı sübutlar, 1988-1989-cu illərdə Ermənistanda erməni milliyyətçiləri tərəfindən təşkil olunmuş "zəhərlənmə epidemiyası" ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları əks etdirən faktları göstərərək, bu nəticəyə gəlir ki, erməni milliyyətçiləri "erməni işi" naminə hər zaman tərəddüd etmədən öz soydaşlarını qurban verirlər.Kitabın yaxın zamanlarda ingilis dilində də nəşri planlaşdırılır.

10. #350
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Slovakiyanın dövlət katibi Azərbaycan səfiri ilə görüşüb

[b]Slovakiyanın dövlət katibi Azərbaycan səfiri ilə görüşüb[b]

Bakı. Tamara Qriqoryeva-APA. Slovakiyanın dövlət katibi Olqa Alqaerova Azərbaycanın bu ölkədə fövqəladə və səlahiyyətli səfiri Fuad İsmayılovu qəbul edib. APA-nın Slovakiya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın, xüsusilə iqtisadi sahədə münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Görüşdə həmçinin Azərbaycan və Slovakiyanın beynəlxalq təşkilatlar çərçivəsində - Avropa Şurası, BMT və ATƏT-də əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.