Əsas məzmuna keç
Sayfa 44/461 İlkİlk ... 3442434445465494144 ... SonSon
4610 sonuçtan 431 ile 440 arası

Azərbaycan Xəbərləri

1. #431
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya Dövlət Dumasında keçirilən dinləmələrin iştirakçıları hökuməti tanınmamış respublikalarda nümayəndəlik açmağa çağırıblar

[b]Rusiya Dövlət Dumasında keçirilən dinləmələrin iştirakçıları hökuməti tanınmamış respublikalarda nümayəndəlik açmağa çağırıblar[b]

Moskva - APA. Bu gün Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitəsində Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin tanınması barədə separatçıların müraciəti ilə bağlı dinləmələr keçirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, dinləmələrin iştirakçıları hökumətə adları çəkilən tanınmamış respublikaların ərazisində Rusiya nümayəndəliklərinin açılmasını, federasiya subyektlərinin həmin respublikalarla sosial-iqtisadi və mədəni əməkdaşlıq qurmasını tövsiyə ediblər. Bundan başqa, iştirakçılar tanınmamış respublikalarda istehsal olunan məhsulların rüsum ödənmədən Rusiyaya ixracına dair təkliflər hazırlanmasını, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada yaşayan Rusiya vətəndaşlarının qanuni haqlarının qorunmasını, onların iqtisadi-ticarət, sosial və humanitar sahələrdə dəstəklənməsini də istəyiblər. Dinləmələrdə əsas fikirlərdən biri də bu olub ki, Rusiya tanınmamış respublikalara qarşı kənardan istənilən siyasi, iqtisadi və hərbi təzyiq cəhdlərinin qarşısını almalı, onların təmsilçilərinin bu respublikalarla bağlı məsələnin müzakirə olunduğu bütün beynəlxalq təşkilatlar və forumlarda iştirakını təmin etməli, mövcud sülhməramlı əməliyyatların formatını qorumalıdır. Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Aleksey Ostrovski bildirib ki, dinləmələrin yekunları əsasında bəyanat hazırlanacaq və martın 19-da Dövlət Dumasının iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, dinləmələrdə Dnestryanı ərazinin, Abxaziyanın və Cənubi Osetiyanın nümayəndələri çıxış ediblər.

2. #432
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ağ Ev Ermənistan hakimiyyətini pisləyib

[b]Ağ Ev Ermənistan hakimiyyətini pisləyib[b]

Vaşinqton - APA. "Ermənistan hökuməti qanunun aliliyini təmin etməli, fövqəladə vəziyyəti aradan qaldırmalı və KİV azadlığını bərpa etməlidir.

Biz yaranmış vəziyyətin tezliklə yoluna qoyulması üçün hakimiyyəti və müxalifəti siyasi dialoqa çağırırıq". APA-nın məlumatına görə, bunu Ağ Evin nümayəndəsi Toni Franton "Azadlıq" radiosuna müsahibəsində deyib. O, martın 1-2-də Ermənistan paytaxtında baş vermiş və insan ölümləri ilə nəticələnmiş zorakılıqları, eləcə də hadisələrdən sonra hakimiyyətin mətbuatın fəaliyyətini məhdudlaşdırması və mitinqlərə qadağa qoymasını pisləyib.

3. #433
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirilib

[b]"Azadlıq" qəzetinin əməkdaşına xəsarət yetirilib[b]

Bakı. Samir Kazımlı-APA. Bu gün saat 20.00 radələrində "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirilib. Bu barədə APA-ya "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib.

Onun sözlərinə görə, A. Xəlilə xəsarət yetirən şəxslər onun tanıdığı adamlar olub. Müxbir bildirib ki, həmin adamlar bir müddət onu izləyiblər, bu gün isə işdən çıxıb evə gedərkən yenidən qarşına çıxıblar. Müxbir qaçmaq istəyərkən onun ürək nahiyəsinə bıçaqla zərbə endiriblər. Baş direktor bildirib ki, artıq Yasamal rayon 26-cı polis bölməsinə müraciət ediblər. Hazırda A. Xəlil xəstəxanadadır.Qeyd edək ki, "Azadlıq" qəzetinin əməkdaşı ilə bağlı bir müddət öncə insident baş vermişdi.

4. #434
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Polis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb

[b]Polis Ağcabədi rayonunun Aşağı Avşar kəndində baş verən silahlı basqını törədənlərdən ikisini saxlayıb[b]

Ağcabədi. Teymur Quliyev-APA. Bu il martın 11-də Ağcabədi rayonunun Aşağı Avşar kəndi yaxınlığındakı "Baba" yeməkxanasına basqın edənlərdən ikisi saxlanılıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, polis artıq hadisəni törədənlərdən olan Avşar kənd sakini Umudvar Hüseynov və Aşağı Avşar kənd sakini Elxan Əsgərovu saxlyıb. Onlardan həmçinin basqında istifadə olunmuş 5,45 mm kalibirli avtomat silah da götürülüb. Hadisədə təqsirli bilinən digər şəxslərin tapılması üçün axtarış-əməliyyat tədbirləri davam edir. Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumata bildirilib ki, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakinləri Ənvər Həsənov, Elxan Əsgərov, Avşar kənd sakinləri Xalid Məmmədov, Umudvar Hüseynov və onun qardaşı Etibar Hüseynov sərxoş halda ictimai qaydanı pozublar. Buna görə yeməkxananın sahibləri Şahmurad və Edilxan Əzizov qardaşları həmin şəxsləri yeməkxanadan çıxarıblar. Hadisədən qəzəblənən Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov və E. Hüseynov saat 20.00 radələrində yeməkxanaya gedərək, kafeni avtomat silahdan atəşə tutublar. Nəticədə yeməkxanada olan Ağdam rayon sakini Ehtiram Hüseynov ayağından güllə yarası alıb. Əzizov qardaşlarını yeməkxanada tapmayan basqınçılar onların atası Şahmurad Əzizovun evinə gedərək, oranı da avtomat silahdan atəşə tutublar. Ə. Həsənov, E. Əsgərov, X. Məmmədov, U. Hüseynov, E. Hüseynov faktla əlaqədar hadisə yerinə gedən əməliyyat qrupuna tabe olmayıblar, polis əməkdaşlarına xəsarət yetirərək "VAZ-2106" və "VAZ-21011" markalı avtomaşınlarda hadisə yerindən qaçıblar. Faktla bağlı cinayət işi başlanıb.

5. #435
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 14.00-dan 14.20-dək və saat 23.40-dan 00.00-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.10-dan 15.30-dək Tərtər rayonunun Seysulan kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 15.20-dən 15.40-dək və saat 23.50-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, martın 14-də saat 04.55-dan 05.05-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

6. #436
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilib

[b]ABŞ Konqresində İranda yaşayan azərbaycanlıların vəziyyətinə dair dinləmələr keçirilib[b]

Vaşinqton. Hüsniyyə Həsənova - APA. ABŞ Konqresində ilk dəfə İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələr keçirilib.

APA-nın ABŞ bürosunun məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Lee (Texas ştatı) dinləmələrə qatılıb. Əlavə olaraq 20-dək millət vəkilinin nümayəndələri də tədbirdə iştirak edib. Azərbaycanlıların vəziyyəti barədə danışan Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının rəhbəri, xanım Faxtə Zamani bildirib ki, azərbaycanlılar ölkənin ən böyük xalqı olsa da, molla rejimi onların elementar hüquqlarını pozur, öz dillərində təhsil almasına, danışmasına imkan vermir. O öz hüquqlarını tələb edən azərbaycanlı fəalların təqiblərə məruz qaldığını, onlardan 20-nin isə qondarma ittihamlarla həbs olunaraq həbsxanaya atıldığını deyib. Hüquq müdafiəçisi yerli əhalinin öz dilinə, tarixinə həssas yanaşdığını, bir müddət əvvəl yerli qəzetdə azərbaycanlıların tarakan kimi göstərməsinə etiraz olaraq genişmiqyaslı etiraz nümayişləri keçirildiyini xatırladıb. Dinləmələrdə İranda yaşayan digər xalqların nümayəndələri də çıxış ediblər. Qeyd edək ki, İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə həsr olunmuş dinləmələrdə çoxlu sayda soydaşımız da iştirak edib. Bir müddət əvvəl yaradılan Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAzeris Network) həmtəsisçisi Adil Bağırov APA-nın ABŞ bürosuna bildirib ki, dinləmələrdən əvvəl şəbəkə vasitəsi ilə bir gün ərzində 77 konqresmen, 22 senator, 83 yerli mətbuat orqanına tədbir barədə məlumat verilib.

7. #437
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan tərəfindən əsir götürülən Azərbaycan əsgəri Yaqub Muxtarov valideynlərinə məktub yazıb

[b]Ermənistan tərəfindən əsir götürülən Azərbaycan əsgəri Yaqub Muxtarov valideynlərinə məktub yazıb[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun bir neçə gün əvvəl Ermənistan tərəfindən əsir götürülən əsgəri Yaqub Allahverdi oğlu Muxtarovla görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu barədə onlara qurumun Ermənistandakı nümayəndəliyindən dünən məlumat daxil olub. Mətbuat xidmətindən onu da deyiblər ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Y. Muxtarovun ailəsi görüş barədə məlumatlandırılıb. Y. Muxtarov ailə üzvlərinə məktub da yazıb. Baş çəkmə zamanı əsirin saxlanma şəraiti, psixoloji durumu öyrənilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan Yaqub Allahverdi oğlu Muxtarov Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən əsir götürülüb.

8. #438
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"British Councill"un Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib

[b]"British Councill"un Bakı ofisinə təyin olunan yeni direktorun təqdimat mərasimi keçirilib[b]

Bakı. Laçın Sultanova-APA. "British Councill"un Bakı ofisinin yeni direktorunun təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, bu vəzifəyə yeni təyin olunmuş xanım Nikol de Laluvyer hazırda "British Councill"un Çində inkişaf və təhsil proqramlar üzrə direktorudur. Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerolayn Braun missiyasını bitirən "British Council"un direktoru Endi Villiamsa 3 il yarım ərzində Azərbaycanda gördüyü işlərə görə minnətdarlığını bildirib, onun "Sülhpərvərlər proqramı" və Londonda 2012-ci ildə keçiriləcək Olimpiada ilə bağlı apardığı işləri çox müvəffəqiyyətli adlandırıb. Nikol de Laluvyeri yeni təyinatı ilə təbrik edən səfir ona uğurlar arzulayıb. Polşaya yeni təyinat almış Endi Villiams isə çıxışında Azərbaycandakı işindən zövq aldığını deyib. "British Councill"u təhsil, mədəniyyət, elm, incəsənət, yaradıcılıqla bağlı Böyük Britaniya və Azərbaycan arasında körpü adlandıran Endi Vilyams 5-10 ilə Azərbaycanda çox böyük dəyişikliklərin olacağını proqnozlaşdırıb və bu prosesi müşahidə etməkdən zövq aldığını deyib. Qurumun yeni direktoru Nikol de Laluvyer bundan əvvəl çalışdığı Çində böyük dəyişikliklərin olduğunu deyib: "Yeni təyinat alanda fikirləşdim ki, sakit məkana gedib, bir az istirahət edəcəyəm. Amma Bakıya gələn kimi gördüm ki, burada böyük dəyişikliklər həyata keçirilir. Bu, əslində çox yaxşı fürsətdir, çünki belə bir mühitdə fikir mübadiləsi, görüşlər apara bilirik və bu dəyişikliklərə öz tövhəmizi vermiş oluruq". O, yeni vəzifəsinin icrasına rəsmən may ayının ortalarından başlayacağını söyləyib. Tədbirin sonunda Azərbaycan-Britaniya Məzunları Assosiasiyası adından Endi Villiamsa hədiyyə təqdim olunub.

9. #439
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sadiq Gözəlov: "Müxbirin bıçaqlanması faktı ilə bağlı cinayət işinin araşdırılmasını Azərbaycanın daxili işlər naziri və baş prokuror nəzarə

[b]Sadiq Gözəlov: "Müxbirin bıçaqlanması faktı ilə bağlı cinayət işinin araşdırılmasını Azərbaycanın daxili işlər naziri və baş prokuror nəzarətə götürüb"[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Azadlıq" qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması faktı ilə bağlı artıq Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov APA-ya bildirib ki, cinayət işinin araşdırılmasını daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov şəxsən nəzarətə götürüblər. Hadisənin ciddiliyi nəzərə alınaraq baş prokurorun göstərişi ilə cinayət işinin istintaqı rayon, yaxud ərazi polis idarəsində deyil, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində aparılır. S. Gözəlov hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini də vurğulayıb.

10. #440
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Dövlət Dumasının komitə sədrinin müavini: "Qarabağ məsələsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya məsələləri ilə eyni səviyyəyə qoymaq olmaz"

[b]Dövlət Dumasının komitə sədrinin müavini: "Qarabağ məsələsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya məsələləri ilə eyni səviyyəyə qoymaq olmaz"[b]

Moskva - APA. Rusiya Dövlət Dumasında tanınmamış respublikalarla bağlı keçirilən dinləmələrdə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunmayıb.

APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, bunu dinləmələrin keçirildiyi MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitənin sədr müavini Tatyana Moskalkova ("Spravedlivaya Rossiya" fraksiyası) deyib. O bildirib ki, Qarabağ xüsusi bir məsələdir və onu Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazi ilə eyni səviyyəyə qoymaq olmaz. Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazinin tanınmasının mümkünlüyünə toxunan T. Moskalkova bu məsələnin tədricən həlli üçün bütün imkanların yarandığını və tarixi əsasların da olduğunu söyləyib: "Abxaziya və Cənubi Osetiya əhalisinin əksəriyyətinin Rusiya vətəndaşlığı var və bu respublikalar Rusiya ilə həmsərhəddir". MDB məsələləri və soydaşlarla əlaqələr üzrə komitənin üzvü, kommunist Vladimir Nikitin isə Dağlıq Qarabağ ermənilərinin dinləmələrə dəvət olunmamasını regiondakı vəziyyətlə əlaqələndirib: "Çox güman ki, bu məsələyə Ermənistanla Azərbaycan arasında yaranmış gərginlik təsir edib. Yəqin münaqişənin alovlanmasından ehtiyatlanıblar".

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.