Əsas məzmuna keç
Sayfa 269/461 İlkİlk ... 169219259267268269270271279319369 ... SonSon
4610 sonuçtan 2.681 ile 2.690 arası

Azərbaycan Xəbərləri

1. #2681
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib

[b]Qarabağ Azadlıq Təşkilatı Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyib[b]

Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyən bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, son günlər Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bəzi dövlət rəsmiləri və KİV nümayəndələri tərəfindən bu prosesin müsbət hadisə kimi təqdim olunması cəhdləri ciddi narahatlıq doğurur: "Biz Azərbaycan və Türkiyəyə qarşı törədilən erməni cinayətlərini unudaraq xoş münasibətlər yaratmaq cəhdlərini, işğalçı Ermənistanın nümayəndələri ilə aparılan gizli danışıqları, Türkiyə prezidentinin İrəvana səfər etmək niyyətini qətiyyətlə pisləyirik. Ermənistan öz mövqeyindən geri çəkilməyib, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarında, qondarma "erməni soyqırımı"nda hələ də israr edir. Ermənistanın cinayətkar rejimi özünü legitimləşdirməyə, beynəlxalq birliyin rəğbətini bərpa etməyə, beynəlxalq təşkilatların təzyiqlərindən yaxa qurtarmağa çalışır. Ona görə də Azərbaycan və Türkiyə ilə xoş münasibətlər görüntüsü yaratmağa cəhd göstərir". QAT hesab edir ki, Azərbaycan və Türkiyə rəhbərliyi Ermənistanın yalançı sözlərinə və növbəti fırıldaqlarına aldanmamalı, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməlidir.

2. #2682
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Allahşükür Paşazadə: "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır"

[b]Allahşükür Paşazadə: "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır"[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün onların özləri tərəfindən də müraciət daxil olmalıdır". APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O bildirib ki, həbsdəki jurnalistlərdən belə bir müraciət daxil olarsa, Prezident yanında Əfv Komissiyasının üzvü kimi əlindən gələn köməkliyi göstərməyə hazırdır. Jurnalistləri peşə bayramları münasibətilə təbrik edən A. Paşazadə onların fəaliyyətini yüksək qiymətləndirib: "Fikirləşirəm ki, mənim şeyxülislamlığım mətbuatsız necə olardı? Siz bizim dilimiz, gözümüz və ürəyimizsiniz. Gördüyünüz işlər həqiqətən böyükdür. Kiçik problemlər hər yerdə var. Bir şeyx kimi bütün jurnalistlərə həqiqəti yazmağı tövsiyə edirəm".

3. #2683
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Beynəlxalq Universitetinin tələbəsini qətlə yetirən şəxsin məhkəməsi başlayıb

[b]Azərbaycan Beynəlxalq Universitetinin tələbəsini qətlə yetirən şəxsin məhkəməsi başlayıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi Nahid Abbasobu qətlə yetirən 1990-cı il təvəllüdlü Rəhman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, növbəti porses iyulun 29-na təyin olunub. Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcələsinin 120.2.2-ci (qxuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silah, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham olunur. İttihama görə, R. Əliyev bu ilin martın 25-də N. Abbasovu Nərimanov rayonu, A. Gəraybəyli küçəsində qətlə yetirib.

4. #2684
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ali məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

[b]Ali məktəblərin IV ixtisas qrupuna keçirilən qəbul imtahanının nəticələri açıqlanıb[b]

Bakı - APA. 2008-2009-cu tədris ili üçün Azərbaycan ali məktəblərinin IV ixtisas qrupuna iyulun 20-də keçirilmiş qəbul imtahanının nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib.

TQDK-dan APA-ya verilən məlumata görə, IV ixtisas qrupu üzrə 17164 abituriyent imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etdirib. İmtahanda 15873 abituriyent iştirak edib. 13 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub. IV ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3459-dur. (Azərbaycan bölməsində 2048, rus bölməsində 316, birgə müsabiqə aparılan ixtisaslar üzrə 1095). Test imtahanının nəticəsinə əsasən 4179 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 3628 nəfər, rus bölməsi üzrə 551 nəfər). Azərbaycan bölməsində 70, rus bölməsində isə 13 abituriyent 650-700 bal intervalında nəticə göstərib. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Müsabiqəyə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə bilərlər. Bunun üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərməlidirlər. Hər bir abituriyent öz nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

5. #2685
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb

[b]"Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribovun məcburi şəkildə məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb[b]

Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Həsən Əliyevin sədrliyi ilə Bakı şəhər sakini Emin Əmirovun məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə hakim zərərçəkmişlər - millət vəkili Fərhad Qəribovun oğlu, "Debütbank"ın Müşahidə Şurasının sədri Rəşad Qəribov və iş adamı İlqar Məmmədovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.Qeyd edək ki, E. Əmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. İttiham aktına görə, adı çəkilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, 14 milyon manat pul mənimsəyib və pula müğənni Xumar Qədimova üçün 280 min dollar dəyəri olan ev alıb. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində ifadə verən Emin Əmirov özünü qismən təqsirli bilib. Məhkəmə prosesi davam edir. Qeyd edək ki, Emin Əmirov mobil telefon aparatlarının topdansatışı ilə məşğul olub.

6. #2686
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb

[b]ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı artıb[b]

Bakı - APA. ABŞ Konqresinin Nümayəndələr Palatasının daha bir üzvü Azərbaycan üzrə işçi qrupa qoşulub.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, Virciniya ştatından seçilmiş konqresmen Rob Vittmen də qrupa qoşulmağa qərar verib. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun üzvlərinin sayı 42-yə çatıb.

7. #2687
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümü ilə bağlı tədbir keçirib

[b]"Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümü ilə bağlı tədbir keçirib[b]

Bakı. Elbrus Seyfullayev - APA. "Dəyərlər" Dini Jurnalistika Məktəbi Milli Mətbuat Gününün 133-cü ildönümünü milli mətbuatın bugünkü inkişafında əvəzsiz töhfələri olan şəxslərin məzarlarını ziyarətlə qeyd edib. Təşkilatdan APA-ya daxil olan məlumata görə, jurnalistlərin peşə bayramında məktəbin 30-dan artıq dinləyicisi «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun və Azərbaycan mediasının inkişafında misilsiz rolu olan Nəcəf Nəcəfovun məzarlarını ziyarətlə ediblər. Ziyarətdən sonra "Dəyərlər" qəzetinin redaksiyasında «Milli mətbuatımızın bu günü» mövzusunda müzakirələr keçirilib. Müzakirələrdə ölkə mediasının qarşısında duran vəzifələr, mövcud prolemlər, inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

8. #2688
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir

[b]İyulun 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir[b]

Bakı. Rəşad Süleymanov - APA. İyulun 24-dən 28-dək Azərbaycanda anomal isti hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bu müddət ərzində temperaturların yüksəlməsi, maksimal hərarətin Bakı və Abşeronda 37-39 dərəcə, bəzi ərazilərdə 40 dərəcə, Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında isə 38-42 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır. Bakı və Abşeron yarımadasında zəif cənub, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda bəzi saatlarda yüksək temperatur fonunda nisbi rütubətliliyin də normadan bir qədər yüksək olacağı əksər meteohəssas insanlar üçün əlverişsizdir.

9. #2689
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sumqayıtda "Xəzərin sahilində" beynəlxalq rok festivalı keçiriləcək

[b]Sumqayıtda "Xəzərin sahilində" beynəlxalq rok festivalı keçiriləcək[b]

Bakı. Ülkər Qasımova-APA. Sumqayıtda "Xəzərin sahilində" ənənəvi beynəlxalq rok festivalı keçiriləcək. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib. Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, İctimai Televiziya və RadioYayımları Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Yerli və əcnəbi rok musiqi ifaçılarının iştirakı ilə "Xəzərin sahilində" adlı beynəlxalq festivalın keçirilməsində məqsəd istedadlı rok ifaçılarına və qruplara geniş auditoriya qarşısında çıxış imkanının verilməsi, xarici tanınmış rok musiqi qruplarının dəvət olunması ilə yerli rok ifaçılarının peşəkarlığının artırılması, Azərbaycanda alternativ musiqi janrının inkişaf etdirilməsi və ölkəmizin musiqi mədəniyyətinin beynəlxalq aləmdə təbliğ edilməsidir. T. Vəliyev deyib ki, bütün bunlarla yanaşı, şəhərin ictimai-mədəni həyatının canlanması son zamanlar Sumqayıtın ekoloji vəziyyəti ilə əlaqədar yaranmış dezinformasiyanı ifşa etməyə, erməni təxribatı nəticəsində adı xoşagəlməz hadisələrdə hallanan şəhərimizin mədəni dəyərlərinin beynəlxalq aləmdə daha düzgün təbliğatına imkan verəcək. Festival 6-7 sentyabr tarixlərində keçiriləcək. Festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Almaniya, Finlandiya rok ustaları iştirak edəcəklər.

10. #2690
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festivalda Azərbaycan da təmsil olunub

[b]"Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festivalda Azərbaycan da təmsil olunub[b]

Bakı. Ülkər Qasımova-APA. Saxa (Yakutiya) Respublikasının Yakutsk şəhərində "Asiyanın uşaqları" IV Beynəlxalq idman oyunları "Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı festival keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, festivalda ölkəmizi Bakı şəhəri Şaroyev adına 35 nömrəli musiqi məktəbinin direktoru Yusif Vəliyevin rəhbərliyi ilə məktəbin şagirdləri Çinarə Abbasova, Elçin Abdullayev və Emin Sadıqlı təmsil ediblər. Festivalın açılış mərasimində təmsilçimiz Çinarə Abbasova "Qatar" muğamını ifa edib. "Arçı Diete" evində Seuldan gəlmiş musiqiçilərlə görüşdə isə qrupumuz tərəfindən "Sarı gəlin" və "Qarabağ" mahnıları təqdim olunub. "Olonxo torpağında UNESCO incilərinin görüşü" adlı böyük konsert Saxa Teatrının konsert salonunda keçiriliib. Konsertin açılışında Saxa (Yakutiya) Respublikasının mədəniyyət və mənəvi inkişaf naziri Andrey Borisov bu festivalın ilk dəfə keçirildiyini deyib. Festivalda Yaponiya, Koreya, Monqolustan, Buryatiya, Azərbaycan, Türkiyə, Qırğızıstan və Saxadan musiqiçilər iştirak ediblər.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.