[b]Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib[b]
İrəvan - APA. Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçisinin öldürüldüyünü və cəsədinin Azərbaycan ərazisində qaldığını təsdiqləyib.
APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir. Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.
4610 sonuçtan 2.661 ile 2.670 arası

07-21-2008, 06:31 PM #2661Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib
[b]3-cü mikrorayon dairəsi yaxınlığında benzin maşınından ətrafa dağılan 30-40 litr yanacaq təmizlənib[b]
Bakı-APA. Bu gün saat 12.15-də Fövqəladə Hallar Nazirliyinin 112 Zəng Mərkəzinə Nəsimi rayonu ərazisində, Ziya Bünyadov prospektindən 3-cü mikrorayon dairəsinə gedən yolda qəza baş verməsi nəticəsində "Kamaz" markalı 30 tonluq yarımqoşqulu yanacaq daşıyan avtomobildən ətrafa yanacaq dağılması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, qeyd edilən ünvanda Müslüm Sultanovun idarə etdiyi, dövlət nömrə nişanı 10-OV-140 (qoşqu nişanı 10 ZA-703) olan "İST-Petrol" şirkətinə məxsus "Kamaz" markalı avtomobildə baş verən nasazlıq nəticəsində ətrafa yanacaq dağılıb. Məlumata görə, yanacaq dağılması avtomobildə yaranan texniki nasazlıq nəticəsində baş verib. Nəticədə yerə 30-40 litr yanacaq axıb. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin və nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Avtomobildə yaranan texniki nasazlıq aradan qaldırılıb, yerə dağılan yanacağın üzərinə xüsusi köpük tökülüb və ərazi yanacaqdan təmizlənib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

07-21-2008, 06:41 PM #2662Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçinin Azərbaycan ərazisinə keçərkən öldürülməsi faktını təsdiqləyib

07-21-2008, 06:51 PM #2663Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
DİP jurnalistlər üçün mükafat təsis edib
[b]DİP jurnalistlər üçün mükafat təsis edib[b]
Bakı. Ramil Məmmədli-APA. Demokratik İslahatlar Partiyası (DİP) "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələri uğrunda" adlı mükafat təsis edib. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatın təsis olunmasında məqsəd jurnalistləri maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafatın davamlı olması və hər il 22 iyulda Siyasi Şuranın müəyyən etdiyi komissiya tərəfindən seçilmiş jurnalistlərə təqdim olunması nəzərdə tutulub.

07-21-2008, 07:01 PM #2664Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib
[b]Yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən ana həbs edilib[b]
Tiflis - APA. Gürcüstanın Kvemo Kartli bölgəsi üzrə Baş Daxili İşlər İdarəsinin əməkdaşları yeni doğulmuş körpəsini öldürməkdə şübhəli bilinən Gülnarə İsayevanı həbs ediblər. APA-nın məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qardabani rayonunun Qaracalar kənd sakini, 1983-cü il təvəllüdlü G. İsayeva istintaqa ifadəsində cinayəti etiraf edib: "Uşağı dünyaya gətirdikdən sonra onu yun örtüyə bükərək çarpayının altına qoydum. Bir müddət sonra qayıtdım və uşağın öldüyünü gördüm". Faktla bağlı "qəsdən adam öldürmə" maddəsi ilə cinayəti işi qaldırılıb.

07-21-2008, 07:11 PM #2665Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Şəkidə ictimai dinləmələr keçirilib
[b]Şəkidə ictimai dinləmələr keçirilib[b]
Şəki-APA. Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Şəkidə ictimai dinləmələr keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili Yaqub Mahmudov, Şəki rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, KİV-lərin, habelə icmaların nümayəndələri iştirak ediblər. 2008-ci ilin seçki ili olduğunu diqqətə çatdıran Ombudsman qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə danışıb, müvafiq tövsiyələr verib. Toplantıda çıxış edən natiqlər Milli Fəaliyyət Planı çərçivəsində görülmüş və gələcəkdə planlaşdırılan işlərdən danışıblar. Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanıb. Sonra Elmira Süleymanova Şəki regional mərkəzində vətəndaşları qəbul edib, onların şikayətlərini dinləyib.

07-21-2008, 07:21 PM #2666Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İnsan alverində təqsirli bilinən qadının məhkəməsi başlayıb
[b]İnsan alverində təqsirli bilinən qadının məhkəməsi başlayıb[b]
Bakı. Hacı Zeynlaov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın sədrliyi ilə insan alverində təqsirli bilinən Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Kəmalə Bayramovanın məhkəməsi başlayıb. APA-nın məlumatına görə, K. Bayramova bu ilin mayın 13-də Türkiyədən Naxçıvana gələrkən sərhəd gömrük məntəqəsində tutulub. Gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə apararaq, orada cinsi istismara məruz qoyduğu iddia edilən Kəmalə Bayramova Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunur.

07-22-2008, 10:11 AM #2667Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
[b]Ermənilər müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini növbəti dəfə pozublar.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən saat 17.15-dən 17.30-dək, 19.40-dan 19.55-dək və saat 21.40-dan 21.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 21.25-dən 21.35-dək və iyulun 22-də saat 03.10-dan 03.15-dək, 05.50-dən 05.55-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.45-dən 23.50-dək və iyulun 22-də saat 00.35-dən 03.50-dək, 05.50-dən 06.00-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 00.30-dan 00.45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

07-22-2008, 11:01 AM #2668Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb
[b]Bosniya müsəlmanlarına qarşı soyqırımın təşkilatçısı, 13 ildir axtarışda olan Radovan Karadziç yaxalanıb[b]
Belqrad - APA. Bosniya müharibəsi zamanı müsəlman bosniyalılara qarşı soyqırımın təşkilatçılarından olan və uzun müddətdir axtarılan Radovan Karadziç iyulun 21-də gecə həbs edilərək Serbiyanın paytaxtı Belqrada aparılıb. APA-nın xəbərinə görə, bu barədə Serbiya Milli Təhlükəsizlik Şurası məlumat yayıb. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalla əməkdaşlığa dair qanuna uyğun olaraq R. Karadziç hərbi cinayətlər üzrə istintaq təcridxanasına salınıb. Bosniya serblərinin keçmiş liderinin hansı şəraitdə yaxalandığı barədə informasiya verilmir. Beynəlxalq tribunalın nümayəndələri hadisəni 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində törədilmiş hərbi cinayətlərin araşdırılmasında ciddi dönüş anı kimi qiymətləndiriblər. Çünki R. Karadziç Bosniya serblərinin ordusunun komandanı olmuş general Ratko Mladiç və Xorvatiya ərazisindəki tanınmamış "Serb Respublikası"nın "prezidenti" Qoran Xadziçlə birlikdə ən çox axtarılan şəxslərin siyahısında ilk "üçlük"də idi. R. Mladiç və Q. Xadziç artıq həbs olunublar. Haaqadakı tribunal Serbiya hökumətindən insanlığa qarşı cinayətlərdə suçlanan bu şəxslərin təhvil verilməsini tələb edir. Qeyd edək ki, R. Karadziç 1992-1995-ci illərdə Bosniya müsəlmanlarına qarşı hərbi cinayətlərdə, xüsusən də 1995-ci ildə Srebrenitsa şəhərində törədilmiş və 8 minə yaxın müsəlmanın ölünü ilə nəticələnmiş soyqırımda ittiham edilir. R. Karadziçə qarşı rəsmi ittihamlar 1995-ci ilin 25 iyulunda irəli sürülüb və onun haqqında beynəlxalq axtarış elan olunub.

07-22-2008, 11:11 AM #2669Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
[b]Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür[b]
Bakı-APA. Bu gün Azərbaycan jurnalistlərinin peşə bayramıdır. APA-nın məlumatına görə, ölkədə ilk mətbu orqanının - Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin fəaliyyətə başladığı 22 iyul tarixi artıq neçə ildir ki, Milli Mətbuat Günü kimi qeyd olunur.
Ötən 133 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçirən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, ən yeni mətbuat növü sayılan internet qəzetçilik inkişaf etməyə başlayıb. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib və bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, jurnalistlərin peşə kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Artıq bir çox kütləvi informasiya vasitələrinin xarici ölkələrdə büroları fəaliyyətə göstərməyə başlayıb və bununla da Azərbaycan müstəqilliyin ilk dövrlərindən fərqli olaraq informasiya aclığı və informasiya blokadası problemindən demək olar ki, azad olub. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Və sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bu gün öz peşə bayramını qeyd edən bütün həmkarlarımızı APA İnformasiya Agentliyinin kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

07-22-2008, 11:21 AM #2670Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil
[b]Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil[b]
Bakı. Elbrus Sefullayev-APA. Azərbaycanda hazırda Mətbuat Ombudsmanının yaradılması aktual deyil. APA-nın məlumatına görə, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Şöbə müdiri deyib ki, Azərbaycanda mətbuatla vətəndaşlar, mətbuatla dövlət orqanları arasındakı münasibətlərin tənzimlənməsi işi ilə jurnalistikanın yeganə seçimli təşkilatı olan Mətbuat Şurası məşğul olur. Onun sözlərinə görə, Mətbuat Şurası bu gün cəmiyyətdə daha çox ictimai dəstəyə malikdir: «Ola bilsin ki, gələcəkdə Mətbuat Şurası ilə bağlı məxsusi qanun qəbul olunması reallaşsın. Hazırda belə təşəbbüslər var. Belə olarsa, Mətbuat Şurası effektli mətbuat institutu rolu oynaya bilər, nəinki, mətbuat ombudsmanı».

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
APA-nın "Arminfo"ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q. Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir. Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.

Yer imleri