[b]Hidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib[b]
Naxçıvan. C. Qurbanoğlu-APA. Sentyabrın 24-dən 30-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava qeyri-sabit keçəcək. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsi əhaliyə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar bəzi dağ çaylarında daşqınların olacağı barədə xəbərdarlıq edib. İdarənin məlumatında yaxın bir həftə ərzində muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, axşam və gecə saatlarında leysan xarakterli olacağı, çaylarda suyun səviyyəsinin artacağı qeyd olunub.
4610 sonuçtan 3.181 ile 3.190 arası

09-24-2008, 10:10 AM #3181Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İran prezidenti Mahmud Əhmədinejad: "Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar"
[b]İran prezidenti Mahmud Əhmədinejad: "Gürcüstan və Cənubi Osetiya xalqları NATO ilə Qərbin təxribatının qurbanı olublar"[b]
Nyu-York-APA. "İranın nüvə proqramı sülh xarakteri daşıyır, amma başqa ölkələrə öz maraqlarını diktə etmək üçün nüvə texnologiyalarını öz inhisarına almaq istəyən dövlətlər bu faktı inkar edirlər".
APA-nın məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad BMT Baş Assambleyasının 63-cü sessiyasında keçirilən siyasi debatlarda söyləyib. O, İran xalqının dostların köməyi ilə öz hüquqlarını sonadək müdafiə edəcəyini bildirib. Çıxışında müxtəlif regionlarda, o cümlədən Qafqaz regionunda gedən proseslərə münasibət bildirən İran prezidenti Gürcüstan, Cənubi Osetiya və Abxaziya xalqlarının NATO və bəzi Qərb dövlətlərinin təxribatının qurbanı olduğunu deyib. BMT Təhlükəsizlik Şurasını ikili standartlara dayanıqlı qərarlar qəbul etməkdə suçlayan Əhmədinajed bildirib ki, bu qurumdan başqa mövqe gözləmək düzgün olmazdı: "BMT Təhlükəsizlik Şurası heç bir qərar qəbul edə bilməz, çünki bu səhnənin əsas oyunçuları NATO ölkələridir. Amerika imperiyası qürub çağını yaşayır, buna görə də ölkənin yeni rəhbərləri ABŞ-dan kənarda təsir dairələrini məhdudlaşdırmalıdır".

09-24-2008, 10:20 AM #3182Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Hidrometeorologiya İdarəsi Naxçıvan çaylarında daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib

09-24-2008, 10:30 AM #3183Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Texniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb
[b]Texniki komissiya Permdəki təyyarə qəzasının pilotların səhvi ucbatından baş verdiyini açıqlayıb[b]
Moskva-APA. Perm səmasında "Boeing 737-500" təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran texniki komissiyanın ekspertləri ilkin versiyanı açıqlayıblar. APA-nın "Kommersant"a istinadən yaydığı məlumata görə, ekspertlər qəzanın mühərriklərdən birinin nasazlığı səbəbindən baş verməsin versiyasını rədd ediblər. Onlar həmçinin bildiriblər ki, laynerin sürətinin avtomatik tənzimlənməsi sistemindəki nasazlıq qəzaya səbəb ola bilməzdi. Hazırda texniki komissiya qəzanın pilotların səhvi ucbatından baş verdiyi ehtimalını daha ağlabatan hesab edirlər. Bəzi ekspertlər bildiriblər ki, təyyarə ekstremal situasiyada olarkən eniş əvəzinə pilotların səhvi ucbatından yenidən havaya qalxıb. Dispetçer məntəqəsi ilə pilotlar arasında danışıqların mətni göstərir ki, pilotlar təyyarənin eniş əvəzinə yenidən havaya qalxmasından yalnız dispetçerin sözlərindən sonra xəbər tutublar. "Kommersant"ın yazdığına görə, pilotların "Boeing 737-500" təyyarəsində uçuş təcrübələri çox az olub, onların əsasən "Tu-134" və "An-24" təyyarələri sürüblər. Qeyd edək ki, sentyabrın 14-də Moskva-Perm reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində 88 nəfər həlak olub. Həlak olanların arasında 12 soydaşımız da olub.

09-24-2008, 10:40 AM #3184Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb
[b]ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş aclığı soyqırım kimi tanıyıb[b]
Vaşinqton - APA. ABŞ Konqresi 1932-1933-cü illərdə Ukraynada baş vermiş dəhşətli aclığı ("qolodomor") Ukrayna xalqına qarşı soyqırım kimi tanıyıb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Nümayəndələr Palatasında qəbul olunan qətnamədə bildirilir ki, "qolodomor"un öyrənilməsi üzrə ABŞ-da 1985-ci ildə yaradılmış komissiya Ukraynadakı aclığın süni şəkildə - qəsdən törədildiyi qənaətinə gəlib: "Sovet diktatoru Stalin süni yaradılmış aclıqdan kimsənin xilas olmaması və ac insanlara beynəlxalq yardımların qarşısını almaq üçün Ukraynanın sərhədlərini bağlamağı əmr edib". Konqres Sovet hökumətinin bu cinayətinin pisləyib və faciə barədə həqiqətlərin dünyada yayılmasını istəyib. Qeyd edək ki, Ukrayna "qolodomor"un tanınması məsələsini BMT Baş Assambleyasının gündəminə daxil etməyə nail olub. Hazırlanan qətnamədə totalitar rejimim yaratdığı aclıq nəticəsində ölən milyonlarla ukraynalının, həmçinin rus, qazax və digər millətlərin nümayəndələrinin xatirəsinin yad etmək təklif olunur. Rusiya qətnamənin əleyhinə olduğunu bəyan edib.

09-24-2008, 10:50 AM #3185Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək
[b]Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Azərbaycana gələcək[b]
Bakı. Viktoriya Dementyeva - APA. Rusiya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə APA-ya Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Oktyabrın 13-dən 17-nə qədər Azərbaycanda olacaqları bildirilən qonaqlar oktyabrın 15-də keçiriləcək prezident seçkilərində MDB müşahidə missiyasının tərkibində müşahidə aparacaqlar. Nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir.

09-24-2008, 11:10 AM #3186Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Türkiyənin ədliyyə naziri sabah Azərbaycana gələcək
[b]Türkiyənin ədliyyə naziri sabah Azərbaycana gələcək[b]
Bakı. Hafiz Heydərov-APA. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sabah Azərbaycana səfərə gələcək. Bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə, ədliyyə naziri Fikrət Məmmədovla, baş prokuror Zakir Qaralovla, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcəyi gözlənilir. Məlumata görə, Mehmet Əli Şahin Azərbaycanın penitensiar müəssisələrinə də baxış keçirəcək.

09-24-2008, 11:20 AM #3187Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Samarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb
[b]Samarada islah-əmək koloniyasında baş verən iğtişaşlar zamanı 29 məhbus yaralanıb[b]
Samara-APA. Samara islah-əmək koloniyasında baş verən toqquşmalar nəticəsində 29 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, yaralılardan beşinin vəziyyəti ağırdır. Yaralılardan biri Samara şəhər xəstəxanasının yanıq şöbəsinə, digər iki yaralı isə xüsusi tibb müəssisələrində həkim nəzarəti altındadır. Qeyd edək ki, dünən axşam radələrində koloniyada məhbuslar arasında dava düşüb. Koloniya rəhbərliyi toqquşma zamanı yaralananların hamısının kriminal ənənələrə tabe olmaq istəməyən və avtoritetlərlə mübahisə edən məhbuslar olduğunu bildirib. Toqquşma zamanı məhbuslar koloniyanın ərazisindəki istifadəyə yararsız binaya od vurublar. Faktla bağlı kütləvi iğtişaşa törətmək və cəmiyyətdən təcrid etmə müəssisələrinin fəaliyyətini pozmaq maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, Samara islah-əmək koloniyasında əsasən narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum olunmuş 2 min nəfərə yaxın məhbus cəza çəkir. Koloniyada saxlanan məhbusların 30 faizi 15 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası alanlardır.

09-24-2008, 11:30 AM #3188Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Mixail Saakaşvili: "BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır"
[b]Mixail Saakaşvili: "BMT təkcə Rusiyanın Gürcüstana təcavüzünə deyil, dünyanın hər yerində təcavüz hallarına qarşı sərt mövqe tutmalıdır"[b]
Nyu-York-APA. "Gürcüstan ərazilərinin işğal edilməsi, ölkənin iki separatçı bölgəsinin müstəqilliyinin tanınması və minlərlə insana qarşı etnik təmizləmə siyasəti yürüdülməsi dünyaya, millətlər cəmiyyətinə meydan oxumaqdır". APA-nın məlumatına görə, bu fikirləri BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili söyləyib. O, BMT-ni konkret silahlı təcavüz faktına münasibət bildirməklə yanaşı, dünyanın hər yerində təcavüz faktlarına qarşı sərt mövqe tutmağa çağırıb. Mixail Saakaşvili ölkəsinə silahlı təcavüzə ölkənin daha da demokratikləşməsi metodları ilə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, "İkinci qızılgül inqilabı" planlarına parlamentin səlahiyyətlərinin genişləndirilməsi, müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi, siyasi həyatda plüralizmin dəstəklənməsi və özəl mülkiyyətin müdafiəsinə dair tədbirlər daxildir. Prezident həmçinin BMT-ni Abxaziya və Cənubi Osetiya ərazisində sühlməramlı fəaliyyət və vasitəçilik mexanizmlərinin dəyişdirilməsinin vacib olduğunu bildirib.

09-24-2008, 11:40 AM #3189Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dünya bazarında neftin qiyməti 107 dollara enib
[b]Dünya bazarında neftin qiyməti 107 dollara enib[b]
Bakı. Vüqar Mustafayev - APA-ECONOMICS. Sentyabrın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,76 dollar düşərək 1 barelə görə 106,61 dollar təşkil edib.«APA-ECONOMICS»in məlumatına görə, ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,96 dollar - 103,08 dollaradək ucuzlaşıb. Bu gün səhər isə WTI neftinin qiyməti 51 sent - 107,10 dollaradək, Brent markalı neftin dəyəri 52 sent - 103,60 dollaradək bahalaşıb.Qeyd edək ki, son 5 gün ərzində neft qiymətinin artım tempi maksimum səviyyəyə - 17,5%-ə çatıb.

09-24-2008, 11:50 AM #3190Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Nağd valyutanın mübadilə məzənnələri
[b]Nağd valyutanın mübadilə məzənnələri[b]
Alış/ Satış

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri