[b]Rusiya XİN: BTC-nin fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır[b]
Bakı. Laçın Sultanova-APA. "Rusiyanın "Nabucco" layihəsində iştirakı iqtisadi şərait və regionda stabillikdən asılıdır". APA-nın məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisov "İnterfaks"a müsahibəsində deyib. O deyib ki, "Nabucco" layihəsi hələ ki, kağız üzərindədir, onun perspektivini qiymətləndirmək çətindir. A. Denisov Bakı-Tiflis-Ceyhanı Rusiyanın rəqibi hesab etmədiklərini, bununla belə, kəmərlə bağlı məsələnin həddindən artıq siyasiləşdirildiyini vurğulayıb: "Lakin bu kəmərin də fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır".
4610 sonuçtan 3.681 ile 3.690 arası

10-09-2008, 03:00 PM #3681Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Uzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub
[b]Uzun müddət Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs olunub[b]
Bakı. Hafiz Heydərov - APA. Uzun müddət Rusiya Federasiyasında axtarışda olan Azərbaycan vətəndaşı Bakıda həbs olunub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1975-ci il təvəllüdlü Fədakar Ramazan oğlu Əsədov Rusiya Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinir. Rusiya hüquq mühafizə orqanlarının Azərbaycan Daxili İşlər Nazirliyi və Nəsimi Rayon Polis İdarəsi ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində F. Əsədov Bakı şəhərində həbs edilib. Faktla bağlı araşdırma aparılır.

10-09-2008, 03:10 PM #3682Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya XİN: BTC-nin fəaliyyətinin etibarlılığı Qafqazda stabillikdən çox asılıdır

10-09-2008, 03:20 PM #3683Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Venesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək
[b]Venesiya Komissiyasının növbəti plenar iclası keçiriləcək[b]
Bakı. Elbrus Seyfullayev - APA. Oktyabrın 17-18-də Avropa Şurası Venesiya Komissiyasının (VK) növbəti plenar iclası keçiriləcək. VK-nın üzvü Lətif Hüseynovun APA-ya verdiyi məlumata görə, iclasda Azərbaycanla bağlı məsələ müzakirə olunmayacaq. Toplantıda Albaniya Konstitusiyasına dəyişikliklər, Ermənistan və Moldovanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər, Qırğızıstanın sərbəst toplaşmaqla bağlı qanunvericiliyinə dəyişikliklər, bu ölkənin "Dini azadlıq haqqında" qanun layihəsi, Türkiyədə siyasi partiyaların ləğv olunması ilə bağlı qanunvericiliyin dəyişdirilməsi və digər məsələlər müzakirə olunacaq. VK müzakirə olunan hər bir məsələyə rəy verəcək.

10-09-2008, 03:30 PM #3684Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib
[b]Azərbaycan prezidenti Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib[b]
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 9-da Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vyayryunenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Bakıda təşkil olunan Azərbaycan-Finlandiya biznes forumundan danışaraq, bunun ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Öz növbəsində, dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib. Prezident Azərbaycan-Finlandiya biznes forumunun iqtisadi əməkdaşlıq üçün faydalı olacağını deyib, Finlandiyanın xarici ticarət və inkişaf nazirinin bu səfərinin də ikitərəfli iqtisadi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

10-09-2008, 03:40 PM #3685Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidentliyinə namizədin MSK-ya qarşı məhkəmə iddiası təmin edilib
[b]Azərbaycan prezidentliyinə namizədin MSK-ya qarşı məhkəmə iddiası təmin edilib[b]
Bakı. Elnur Məmmədli - APA. Məhkəmə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin Mərkəzi Seçki Komissiyasına qarşı qaldırdığı iddianı təmin edib. Q. Həsənquliyevin APA-ya verdiyi məlumata görə, məhkəmə onun 2003-cü il prezident seçkilərində namizəd olarkən MSK-ya borclu qaldığı 12 min manatın qaytarılması, əvəzində builki seçki kampaniyası üçün onun seçki fonduna dövlət büdcəsindən vəsait ayrılması barədə qərar qəbul edib. Q. Həsənquliyev borclu qaldığı 12 min manatı artıq MSK-ya ödədiyini, MSK-nın isə məhkəmənin qərarını hələlik icra etmədiyini bildirib: "Bu qərar bir neçə gün əvvəl qəbul edilsə də, pul hələ də bizim seçki fondumuza köçürülməyib. Seçki kampaniyanın başa çatmasına isə az qalır. Biz hesab edirik ki, MSK bu qərarı təcili icra etməlidir". Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev də APA-ya MSK ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib. Eyni problemlə qarşılaşan H. Hacıyev bildirib ki, seçki kampaniyasını borc pul götürməklə həyata keçirib: "MSK ilə danışıq aparırıq, seçkidən sonra da olsa, biz bu iddiadan çəkinməyəcəyik. Biz həmin vəsaiti alıb borclarımızı qaytarmağı düşünürük". H. Hacıyev də 2003-cü il seçkilərində MSK-ya borclu qaldığı 12 min manatı qaytarmağa hazır olduğunu qeyd edib. Məsələ ilə bağlı MSK-nın mövqeyini öyrənmək mümkün olmayıb.

10-09-2008, 03:50 PM #3686Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Neftçi" Yaponiyaya gedib
[b]"Neftçi" Yaponiyaya gedib[b]
Bakı. Kənan Həsənov - APA-SPORT. Sabah Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı start götürəcək. "APA-SPORT"un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda "Neftçi" İSM-nin kollektivi çıxış edəcək. Tokioya yollanan komandanın heyətinə yığma üzvləri, Aliyə Qarayeva, Zeynəb Cavadlı və Samirə Mustafayeva cəlb ediliblər. Qeyd edək ki, dünya çempionatı oktyabrın 12-də başa çatacaq.

10-09-2008, 04:00 PM #3687Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb
[b]Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətlin üstü açılıb[b]
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 3 gün əvvəl baş vermiş qətl hadisəsinin üstü açılıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 3 gün əvvəl rayon ərazisində kişi meyiti tapılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Bakı sakini, 1958-ci il təvəllüdlü Natiq Firudin oğlu Əhmədovu Bakı sakini, 1957-ci il təvəllüdlü Natiq Müzəffər oğlu Bayramov şəxsi münaqişə zəminində qətlə yetirib. N. Bayramov cəsədi Yasamal rayonu ərazisində səkinin kənarına atıb. RPİ-nin əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində N. Bayramov saxlanılıb, onun barəsində Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, N. Əhmədovun meyidi oktyabrın 6-da Yasamal rayonu ərazisində aşkarlanıb. Tibbi ekspertiza onun üzərində zorakılıq əlamətlərinin olduğunu müəyyən edib.

10-09-2008, 04:10 PM #3688Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Viktor Yuşşenko parlament seçkilərində iştirak edəcək
[b]Viktor Yuşşenko parlament seçkilərində iştirak edəcək[b]
Kiyev - APA. Ukrayna prezidenti Viktor Yuşşenko növbədənkənar parlament seçkilərində öz adı ilə adlanacaq bloka başçılıq edəcəyini istisna etməyib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, V. Yuşşenko bunu Romada keçirdiyi mətbuat konfransında deyib. O, öz adı ilə seçki blokunun formalaşdırılmasına razılıq verib-verməyəcəyi və bu bloka rəhbərlik edib-etməyəcəyi barədə sualı belə cavablandırıb: "İstisna etmirəm". Xatırladaq ki, V. Yuşşenko Ali Radanın buraxılması və dekabrın 7-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.

10-09-2008, 04:20 PM #3689Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Politoloq Aleksandr Karavayev: "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil"
[b]Politoloq Aleksandr Karavayev: "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil"[b]
Bakı. Viktoriya Dementyeva-APA. "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil". APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsinə dair informasiya-analitik mərkəzinin siyasi proqnozlaşdırma xidmətinin rəhbəri Aleksandr Karavayev söyləyib. O, münaqişənin yalnız üç əsas faktorun nəzərə alınması halında mümkünlüyü vurğulayıb: "Birinci faktor danışıqlar formatının dəyişdirilməsi, Türkiyənin irəli sürdüyü Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının qəbul edilməsidir. Burada əsas rolu ikitərəfli münasibətlərin gücləndirilməsi tendensiyasına ayırmaq lazımdır. Hesab edirəm ki, bu kontekstdə 2010-2011-ci illərdə münaqişənin nizamlanması istiqamətində bəzi irəliləyişlər ola bilər. İkinci faktor Azərbaycanda iqtisadi situasiyanın necə inkişafından ibarətdir. Əgər növbəti 5 il ərzində Azərbaycan Cənubi Qafqaz ölkələrin yeni uğurlu inkişaf modeli təqdim edə bilsə, Ermənistan bu münaqişənin nizamlanmasında müəyyən addımlar atmalı olacaq. Üçüncü faktor isə Ermənistan daxilində ictimai situasiyanın dəyişməsidir".

10-09-2008, 04:30 PM #3690Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
ATƏT "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib
[b]ATƏT "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib[b]
Bakı. Tamara Qriqoryeva-APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu "Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı haqqında qanunun tətbiqinə dair təlimatlar" adlı sənədi hökumət qurumlarına təqdim edib. ATƏT-dən APA-ya verilən məlumata görə, bu qanunla bağlı venesiya Komissiyasında keçirilən son diskussiyalarda qeyd olunub ki, qanun beynəlxalq standartlara tam cavab verir: "Lakin bu qanunun düzgün tətbiq olunması üçün təlimatlar hazırlamaq lazımdır. Bununla əlaqədar belə razılaşdırılıb ki, DTİHB və ATƏT-in Bakı Ofisi qeyd olunan təlimatların hazırlanmasında Azərbaycanın müvafiq qurumlarına köməklik edəcək. Bu təlimatlar sərbəst toplaşmaq azadlığı ilə bağlı ATƏT-in əsas sənədlərinə və digər beynəlxalq aktlara əsaslanır".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri