Əsas məzmuna keç
Sayfa 259/461 İlkİlk ... 159209249257258259260261269309359 ... SonSon
4610 sonuçtan 2.581 ile 2.590 arası

Azərbaycan Xəbərləri

1. #2581
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

"Aqo" Qrupu Azərbaycana səfər edəcək

[b]"Aqo" Qrupu Azərbaycana səfər edəcək[b]

Bakı. Turan Hüseynova - APA. Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu bu ilin sentyabrında Azərbaycana səfər edəcək. Bunu APA-ya Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan "Aqo" Qrupu ilə əməkdaşlıqda maraqlıdır və müzakirələrə hər zaman hazırdır. Qeyd edək ki, mayın 21-dən "Aqo" qrupuna Rumıniyanın Avropa Şurasındakı daimi nümayəndəsi Stelian Stolan rəhbərlik edir. Qrup sonuncu dəfə bu ilin aprelində Azərbaycanda olub.

2. #2582
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Əfqanıstanda irimiqyaslı əməliyyat: 162 ölü

[b]Əfqanıstanda irimiqyaslı əməliyyat: 162 ölü[b]

Kabul-APA. NATO qüvvələri Əfqanıstanın cənub-şərq vilayətlərində Taliban döyüşçülərinə qarşı irimiqyaslı əməliyyat keçirib. APA-nın məlumatına görə, Əfqanıstanın Paktika vilayəti ərazisində Pakistandan keçmiş 300-ə yaxın Taliban döyüşçüsü ilə döyüşlər 12 saatdan çox davam edib. Əməliyyat zamanı 150 Taliban döyüşçüsü öldürülüb. Fərəh vilayətində isə taliblərin gizləndiyi yerlərə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin dünyasını dəyişib. Onlardan doqquzu kişi, ikisi qadın, biri uşaqdır. Qeyd edək ki, iyulun 13-də Paktiya, Paktika və Xost vilayətlərində gedən döyüşlərdə İSAF qüvvələri 9 əsgərini itirib. Buna cavab olaraq İSAF komandanlığı ölkənin cənubunda taliblərə qarşı irimiqyaslı əməliyyata başlayıb. Hazırda əməliyyat davam edir.

3. #2583
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Manana: "Azərbaycan vətəndaşı olmaq mənim üçün bütün fəxri adlardan yüksəkdədir"

[b]Manana: "Azərbaycan vətəndaşı olmaq mənim üçün bütün fəxri adlardan yüksəkdədir"[b]

Bakı. Ülkər Qasımova-APA. Müğənni Manananın APA-ya müsahibəsi

- Ailə həyatınızdan razısınızmı?- Ailə həyatım arzuladığım kimidir və ailə həyatından çox razıyam. Ailə qurmaq çox gözəldir. Arzuladığım kimi ailə həyatı yaşayıram. - Ana olmağa hazırlaşmırsınız ki?- Mən ailə qurduğum zaman ana olmağa hazır idim. Övladı Allah verir və bu müqəddəs bir şeydir. Mən uşaqları həddindən artıq çox sevirəm. Allah bunu bizə qismət edəndə hamı, o cümlədən mətbuat nümayəndələri biləcək. - Son vaxtlar az-az görünürsünüz, deyəsən ailə həyatınız sənətinizə mane olur...- Qətiyyən belə deyil. Əgər ailə məhəbbət üzərində qurulursa, onda sənətə mane ola bilməz. Qarşılıqlı inam əsasında yaranan ailədə tərəflər bir-birini gözəl anlayır, bu isə sənətdə yüksəlişlərə səbəb olur. Mənim sənətimə ailə nəinki mane olmur, əksinə ailəmdən stimul alıram və sənətimdə irəliləməyə çalışıram. Həyat yoldaşım məni sevir və ruhən başa düşür. Ona görə də Georgi həyat yoldaşı olmaqla bərabər, həm də mənə arxa-dayaqdır. - Adətən, sənət adamları yeni ailə quranda belə arxayınlıqla danışsa da, sonra seçim qarşısında qalırlar... - Mən tam əminliklə deyər bilərəm ki, Georgi heç zaman məni seçim qarşısında qoymaz. Çünki alədə inam ən vacib məsələlərdən biridir. Eyni zamanda ailənin sevgi üzərində qurulması da şərtdir. Kişi və qadın bir-birini başa düşməli və ürəklərini birləşdirməlidirlər. Yəni hər baxımdan bir-birini anlamalıdır. - Toydan sonra Sizin Gürcüstanda yaşayacağınız gözlənilsə də, əksinə Siz Azərbaycan vətəndaşlığını qəbul etdiniz... - Bu günə kimi iştirak etdiyim müsabiqələrin hər birində Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışmışam. Müvəffəqiyyət qazananda burada hamı sevinsə də, yenə də mənə bir gürcü kimi baxırdılar. Mən gürcü olmağımla həmişə fəxr etmişəm, əslimi-kökümü də heç zaman unutmayacağam. Mənə elə gəlir ki, öz xalqını, vətənini dərindən sevən başqa xalqlara da böyük sevgi ilə yanaşır. Hətta dünyaşöhrətli ustadımız Vaxtanq Kikabidzedən soruşanda ki, Gürcüstandan sonra yaşamaq üçün hansı ölkəni seçərdiniz, o da Azərbaycanın adını çəkib. Demək istəyirəm ki, Azərbaycan bütün gürcülər üçün də doğma ölkədir, biz hamımız qafqazlıyıq. Azərbaycana gəldiyim ilk gündən anama deyirdim ki, mən özümü qürbətdə hiss etmirəm. Azərbaycan vətəndaşı olmağımla həqiqətən də fəxr edirəm. Mənim üçün Azərbaycan vətəndaşı olmaq bütün fəxri adlardan yüksəkdə dayanır. Azərbaycan vətəndaşı kimi təqdim olunmaq mənim üçün hər şeydir. 1998-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevin iştirak etdiyi konsertlərdən birində mən də çıxış etdim. Heydər Əliyev ifamı eşitdikdən sonra məni təbrik etdi və təşəkkürünü bildirdi. Çox təəssüflər olsun ki, o bu gün yaşamır, ancaq ömürlük bizim hər birimizin beynimizdə həkk olunub. Həmin konsertdən sonra Heydər Əliyev gözlənilmədən bir ağsaqqal kimi ilk əvvəl mənə yaxınlaşdı, əlimi sıxaraq alnımdan öpdü və Azərbaycandakı yaradıcılıq yolunda mənə uğurlar arzuladı. Bu hadisəni heç zaman yaddan çıxarmaq olmaz, çünki o hamıya üzünü tutub "Bu bizim qızımızdır" dedi. Onun bu sözündən sonra məni "Bizim gürcü qızımız Manana" deyərək çağırmağa başladılar. Çox fəxr edirəm ki, bundan sonra mən yaradıcılığımı Azərbaycan vətəndaşı kimi davam etdirəcəyəm. - Bəs, Azərbaycan vətəndaşlığını qəbul etməyiniz Gürcüstanda necə qarşılandı? - Bu addımı məhz indi atdığım üçün onlar bunu çox gözəl qarşıladılar. Əgər bu addımı Azərbaycana gəldiyim ilk illərdə atsaydım, bunu qısqanclıqla qarşılayar və məndən inciyərdilər. Azərbaycana gəlişim Gürcüstanın aparıcı kanallarının birində mənim ifa etdiyim mahnını ilin hit mahnısı elan etməsi ilə üst-üstə düşdü. Gedib-gəlməklə Azərbaycanda uğur qazanmağım mümkün olmadığını anladıqdan sonra birdəfəlik burada qalmağa qərar verdim. Bu addımım uzun müddət incikliklərə və söz-söhbətlərə səbəb oldu. Həmin vaxt orada şou-biznesin bəzi nümayəndələri mənə əngəllər törətməyə çalışaraq müxtəlif radio və televiziya verilişlərində mənim mahnılarımın yayımlanmasına əngəllər törədirdilər. Lakin tədricən bütün bu maneələr aradan qalxdı və hər şey yoluna düşdü. Getdikcə fəaliyyətim qiymətləndirildi və mənim fəaliyyətim Azərbaycanla Gürcüstan arasında mədəni körpü adlandırıldı. Mən bununla fəxr edirəm və bu gözəl ənənəni daima davam etdirməyə çalışaçağam. - Hazırda Georgi yenə Tiflis şəhər meriyasında çalışır? - Xeyir, biz bir yerdə Bakıda yaşayırıq. Georgi artıq 6 aydır ki, Azərbaycandadır və Bakını artıq məndən də yaxşı tanıyır. Məndən fərqli olaraq o, şəhərin küçələrini adlarına görə, mən isə müxtəlif şadlıq evlərinin və teatrlarının yerlləşməsinə görə tanıyıram. Gürcüstanda o hüquqşünas kimi Tiflis meriyasında çalışırdı. İndi isə Azərbaycanda yeni iş qurmaq fikrindədir. Hazırda ona Azərbaycan və Gürcüstan, hətta Ukraynadan belə müxtəlif avandalıqların gətirilməsi ilə bağlı bir iş təklif olunub. - O sizi qısqanmır ki? - Qətiyyən. Çünki bizim münasibətlərimiz inam və məhəbbət üzərində qurulub. Bizim nigahımızı Gürcütsanda II İlya kəsib. Bu da hər adama qismət olmur. Mən əminəm ki, Georgi ilə birgə uzun illər xoşbəxt yaşayacağıq. - Gürcüstanda konsert verməyi planlaşdırdırısnızmı?- Əvvəlcə Azərbaycanda solo-konsert vermək fikrindəyəm. Bu konsertdən sonra isə Gürcüstanda konsert verməyi planlaşdırıram. Klip çəkilişləri və albomumun hazırlanması ilə əlaqədar hazırda çox məşğulam, ona görə konsertim də bir qədər ləngidi. Azərbaycandakı solo konsertim payız aylarında olacaq. - Hansı konsert salonunda? - Yaşıl Teatr istifadəyə veriləndə ilk öncə konsert vermək mənə təklif olunmuşdu. Artıq rəhbərliklə də danışıqlar aparılmışdı. Konsertə 7-8 gün qalmış məni xəbərdar etdilər ki, artıq konsertə az qalıb, hazırlaş. Mən isə düşündüm ki, verəcəyim konsert belə tez zamanda qeyri-peşəkar formada təşkil olunacaq və bu, tamaşaçıları aldatmaq deməkdir. Konsertdən gəlir əldə etməmişdən öncə fikirləşmək lazımdır ki, sən bu gəliri əldə etmək üçün nə qədər tər tökmüsən. Sonra isə gəlir haqda düşünmək olar. Mən tamaşaçılarıma layiqli konsert vəd edirəm. Məhz hansı konsert salonunu seçəcəyimi payızda qərar verəcəyəm. - Yeni layihələr, duetlər nəzərdə tutulurmu?- Bəstəkar İsa Məlikov mənimlə Sevda Ələkbərzadə üçün birgə mahnı hazırlayıb. Bu duet hələ hazır olmasa da, bir neçə günə yekun nəticəyə gəlinəcək. Bu mahnı ilə gözəl nəticələr əldə etmək istəyirik. Hazırladığımız mahnı ilə təkcə səs deyil, eyni zamanda texniki, vokal imkanlarımızı, xarakterimizi göstərməyə çalışacağıq. Fikrimcə, ifaçının əsas göstəricisi yalnız səs deyil, onun daxili dünyası və qəlbidir.- İstirahət etmək haqqında düşünürsünüzmü?- Georgi əslən Kabuletdidəndir. Bir neçə gündən sonra istirahət üçün məhz oraya getməyi planlaşdırırq. Hamıya öz yarını tapmağı və xoşbəxt olmağı arzulayıram.

4. #2584
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Masallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib

[b]Masallının Güllütəpə kəndində torpaq sürüşməsi yenidən aktivləşib[b]

Masallı. Ağəddin Babayev-APA. Masallının Güllütəpə kəndində baş vermiş torpaq sürüşməsi yenidən aktivləşib. Bu barədə APA-nın Cənub bürosuna məlumat verən Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyanın sədri Nadir Abıyev məlumat verib. Onun sözlərinə görə, ərazidə çökmə ilə müşahidə olunan sürüşmə zonası artıq 3 hektar ərazini əhatə edir. Havaların quraqlıq və isti keçməsi isə sürüşmə zonasının əhatə dairəsinin daha da genişlənməsinə səbəb ola bilər. N. Abıyev bildirib ki, torpağın çökməsi nəticəsində üst qatdakı çatlar dərinləşib. Bu da yağışlı payız aylarında vəziyyətin təhlükəli həddə çatacağından xəbər verir. Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri fəlakət zonasına baş çəkib, burada üç gün müşahidə aparıblar. Müşahidələr nəticəsində sürüşmə və çökmə prosesini davam etdiyi qənaətinə gəlinib. Xatırladaq ki, Güllütəpə kəndində ilk sürüşmə martın 5-də qeydə alınıb və sonrakı müddətdə daha da aktivləşib. Mütəxəssislərin qənaətincə, kəskin iqlim dəyişkənliyi, torpağın elliuval gilli olmasının üstünlük təşkil etməsi, həmçinin ərazidəki bitki və ağac örtüyünün məhv olması sürüşmənin başlıca səbəblərindəndir. Qeyd edək ki, sürüşmə zonasında yaşayan 11 ailə artıq ərazidən köçürülüb. 10 ailə qohumlarının yanında, 1 ailə isə müvəqqəti olaraq sosial obyektdə məskunlaşıb. Köçürülən ailələrin evlə təmin olunması üçün kəndin yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. Nadir Abıyevin sözlərinə görə, dövlət vəsaiti hesabına tikiləcək bu evlərin layihə-smeta sənədləri hazırlanıb, evlərin qiyməti dəyərləndirilib və tikintinin başlanması üçün tender elan olunub. Yaxın bir neçə gündə tenderin nəticələri elan olunacaq və qalib gələn təşkilat tikinti işlərinə başlayacaq.

5. #2585
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Rusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib

[b]Rusiya Viktor Yuşşenkonu zəhərlədiyi güman olunan şəxsi Ukraynaya təhvil verməkdən imtina edib[b]

Kiyev - APA. Rusiya hakimiyyəti Viktor Yuşşenkonun zəhərlənməsi ilə bağlı cinayət işində əsas şübhəli şəxs sayılan Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Vladimir Satsyuku bu ölkəyə təhvil verməyib. APA-nın "Ukrainskaya pravda" qəzetinə istinadən yaydığı məlumata görə, Rusiya Baş Prokurorluğu V. Satsyukun Rusiya vətəndaşı olduğunu, ölkə vətəndaşlarının başqa dövlətlərə təhvil verilməsinin Konstitusiya ilə qadağan edildiyini səbəb göstərərək Ukrayna tərəfinin ekstradisiya tələbini təmin etməyib. Xatırladaq ki, V. Yuşşenkonun səhhəti 2004-cü ilin sentyabrında - prezident seçkilərə ərəfəsində qəflətən pisləşib. Vyanaya aparılan prezidentliyə namizədin dioksin kimyəvi maddəsi ilə zəhərləndiyi müəyyənləşdirilib. Onun V. Satsyukun bağ evindəki naharda zəhərləndiyi güman edilir.

6. #2586
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Flipp Kirkorovun atasını qarət ediblər

[b]Flipp Kirkorovun atasını qarət ediblər[b]

Bakı. Ülkər Qasımova-APA. Flipp Kirkorovun atası Bedros Kirkorovu qarət ediblər. APA-nın məlumatına görə, hamilə olan qaraçı qadın və bir yeniyetmə müğənninin atasının içərisində 17 000 rubl olan portmanatını oğurlayıblar. Bedros Kirkorovun Moskvanın Leninqrad vağzalında qarət edildiyi bildirilir. Hadisədən qabaq axşam saatlarında 76 yaşlı B. Kirkorovu qaraçılar izləyiblər. 6 oğru məşhur müğənninin atasını Novqorod şəhərinə gedən dəmiryolu platformasında dövrəyə alıb və 5 qaraçı onunla söhbət edən vaxt oğrulardan biri yaşlı kişinin portmanatını qarət edib. B. Kirkorov polis bölməsinə müraciət etsə də, ərizə yazmaqdan imtina edib. Faktla bağlı bir yeniyetmə və hamilə qadın saxlanılıb.

7. #2587
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gürcüstanda II beynəlxalq poeziya festivalı keçirilir

[b]Gürcüstanda II beynəlxalq poeziya festivalı keçirilir[b]

Bakı. Ülkər Qasımova-APA. Bu gün Gürcüstanda II beynəlxalq poeziya festivalı öz işinə başalyır. APA-nın məlumatına görə, bu festival Vladimir Mayakovskinin 115, Nodar Dumbadzenin 80 illik yubileyinə həsr olunub. ABŞ, Yunanıstan, İsrail, Belarus, İsveçrə, Rusiya, Ukrayna, Latviya, Litvanın və digər ölkərin qatılacağı festivalda Azərbaycan da təmsil olunur. Festivalda iştirak etmək üçün tərçüməci Nicat Məmədov Gürcüstana gedib. İyulun 26-na kimi davam edəcək festival "Rus klubu" Beynəlxalq Mədəni-Maarif Birliyi və Rus dilli yazıçıların Beynəlxalq Federasiyasının təşəbbüsü ilə keçirilir. Festival Tiflis, Kutaisi, Batumi də keçiriləcək.

8. #2588
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Səfir Qabriel Keller: "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür"

[b]Səfir Qabriel Keller: "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür"[b]

Bakı. Laçın Sultanova - APA. "Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Qabriel Keller deyib. Fransa və Avropa Birliyinin bu mövzuda Azərbaycanla danışıqlar apardığını söyləyən səfir "Nabucco" layihəsinə də münasibət bildirib. O, Fransa hökumətinin bu layihəyə maliyyə ayırmaq niyyətində olmadığını, lakin layihə ilə maraqlandıqlarını vurğulayıb: ""Nabucco" şirkətlərin layihəsidir və Fransanın "Total" şirkəti də bu layihənin həyata keçirilməsində maraqlıdır". Səfir bəyan edib ki, Fransa hazırda Avropa Birliyinə sədrlik edən ölkə kimi Avropanın enerji təhlükəsizliyində maraqlıdır.

9. #2589
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

ATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə edəcəklər

[b]ATƏT ölkələrinin Bakıdakı səfirləri Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə edəcəklər[b]

Bakı. Tamara Qriqoryeva - APA. İyul ayının sonunda ATƏT ölkələrinin Bakıda akkreditə olunmuş səfirləri Azərbaycanda seçkiqabağı vəziyyətə həsr olunmuş görüş keçirəcəklər.

Bu barədə APA-ya ATƏT-dəki mənbə məlumat verib. Mənbə görüşdə Azərbaycanın rəsmi şəxslərinin də iştirakını istisna etməyib. O, bu cür görüşlərin cari ilin aprelindən keçirilməyə başlandığını, sonuncu toplantının iyun ayının sonunda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ehtiyacların qiymətləndirilməsi üzrə missiyasının nümayəndələrinin iştirakı ilə gerçəkləşdiyini söyləyib. Avqustun sonlarında isə ATƏT-in uzunmüddətli müşahidə missiyasının təxminən 30 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

10. #2590
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Şirvan kanalında boğulmuş Şəki sakininin cəsədi 4 gün sonra tapılıb

[b]Şirvan kanalında boğulmuş Şəki sakininin cəsədi 4 gün sonra tapılıb[b]

Bakı. Məhbubə Qasımbəyli-APA. Şəki şəhər sakini Fərid Məmmədovun meyiti Şirvan kanalında tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Fərid Məmmədov iyulun 13-də Ağdaş rayonunun Ərəbocağı kəndində "Şirvan" kanalında çimərkən boğulub.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.