[b]Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, DİN Baş İnformasiya Kommunikasiya İdarəsinin rəisi, polis polkovniki Dilqəm Aslanov, DİN Katibliyinin rəisi, polis polkovniki Nazim Əliyev, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis polkovniki Sahib Mirzəyev, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Novruz Novruzova polis general-mayoru ali xüsusi rütbəsi verilib. Prezident DİN əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN mətbuat xidmətinin rəisi polis polkovniki Sadiq Gözəlov və əməkdaşı Cavid Xaspoladova "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilib. Prezidentin digər sərəncamı ilə DİN-in bir qrup əməkdaşı təltif edilib. Təltif edilənlər arasında polis general-mayoru Həzi Aslanov, polis general-leytenantı Əhməd Əhmədov, polis general-leytenantı Vilayət Eyvazov da var.
4610 sonuçtan 2.181 ile 2.190 arası

07-01-2008, 08:31 PM #2181Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Prezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb
[b]Prezident İlham Əliyev DİN və Daxili Qoşunların əməkdaşlarının aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb[b]
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və ərzaq payı əvəzinə pul kompensasiyasının, mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Bu barədə APA-ya Prezidentin mətbuat xidmətindən məlumat verilib. Sərəncama əsasən, DİN-in xüsusi rütbəli əməkdaşlarının aylıq pul təminatı orta hesabla 125 manat, mülki işçilərinin aylıq əmək haqları orta hesabla 30 manat, dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb. Sərəncam iyul ayının 1-dən qüvvəyə minir. Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq pul təminatının və mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50%, mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25%, hərbi qulluqçulara ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılıb.

07-01-2008, 08:41 PM #2182Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycan prezidenti Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

07-02-2008, 10:11 AM #2183Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
[b]Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub[b]
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 1-də saat 23.00-dan 23.40-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən iyulun 2-də saat 00.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.35-dən 01.40-dək və saat 06.35-dən 06.40-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 03.55-dən 04.20-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

07-02-2008, 10:21 AM #2184Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Zaqatalada Azərbaycan polisinin yaranmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib
[b]Zaqatalada Azərbaycan polisinin yaranmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib[b]
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibəti ilə Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) şəxsi heyəti bu gün bayram toplantısı keçirib. RPŞ-nin rəisi Faiq Şabanovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis əməkdaşları ilk öncə Heydər Əliyevin rayondakı abidəsini və Şəhidlərin məzarını ziyarət ediblər, sonra RPŞ-də bayram toplantısı keçirilib. Toplantıda iştirak edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov polis əməkdaşlarını 90 illik yubiley münasibəti ilə təbrik edib. Həmçinin, işində fərqlənən polis əməkdaşları qiymətli hədiyyələr ilə təltif olunub.

07-02-2008, 10:31 AM #2185Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Viktor Yuşşenko: "GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir"
[b]Viktor Yuşşenko: "GUAM münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməlidir"[b]
Batum-APA. "GUAM ittifaqı regional əməkdaşlıq baxımından yeni siyasi mahiyyətə malikdir". APA-nın məlumatına görə, bu fikir Azərbaycan, Ukrayna, Gürcüstan, Polşa və Litva prezidentlərinin Batum sammitindən sonra keçirdiyi brifinqdə səsləndirilib.
Ukrayna prezidenti Viktor Yuşşenko GUAM son dərəcə uğurlu layihə adlandırıb: "Sammitdə təkcə region üçün deyil, bütün Avropa üçün əhəmiyyət daşıyan layihələri müzakirə etdik. Bizi təkcə keçmiş deyil, gələcək də birləşdirir. Ümidvaram ki, məqsədlərimizə nail olacağıq". Viktor Yuşşenko GUAM-ın münaqişələrin nizamlanmasına dair danışıqlar prosesində yeni təşəbbüslərlə çıxış etməli olduğunu deyib: "Gürcüstan, Azərbaycan və Moldova ərazisində həllini tapmayan münaqişələr təhlükə faktoru olmaqla yanaşı qeyri-stabilliyə səbəb olur. Bəzi münaqişələrlə bağlı ortada nəinki nizamlanma planı, heç danışıqlar prosesi də yoxdur. Bu dialoqun təşkili üçün GUAM-ın cəhdlərini gücləndirmək lazımdır". Brifinqdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev əsas diqqəti regional təhlükəsizlik məsələlərinə yönəldib: "Regional təhlükəsizlik məsələləri bir kənara atılmalı deyil, çünki bizim inkişafımız regiondakı təhlükəsizlikdən asılıdır. Bizim ölkələrimizdə yüz minlərlə insan separatçı təcavüzkarlıq siyasətindən əziyyət çəkir, bu problemlər öz həllini tapmalıdır". Gürcüstan prezidenti Mixail Saakaşvili isə ölkəsinin çox çətin vəziyyətdə olduğunu bildirib: "Ümidvaram ki, indiki dünyada Avropanın parçalanması və sərhədlərə yenidən baxılması təhlükəsi ilə üzləşməyəcəyik". Polşa prezidenti Lex Kaçinski Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini deyib: "Heç bir ölkə öz ərazisində başqa ölkənin qoşunlarının olmasına dözümlülük nümayiş etdirə bilməz. Abxaziya Gürcüstanın bir hissəsidir. Ümidvarıq ki, bu münaqişə regionu ətrafında vəziyyət yaxın zamanlarda dəyişəcək". Lex Kaçinski həmçinin dekabrda NATO Xarici İşlər Nazirləri Şurasının toplantısında Gürcüstanın alyansa qəbul olunmasına dair fəaliyyət planına qəbul olunması ideyasını dəstəkləyəcəyini bəyan edib. Litva prezidenti Valdas Adamkus isə GUAM ərazisində dondurulmuş münaqişələrin təcili olaraq həllinin vacibliyini bildirib: "Bir ölkənin başqa ölkənin ərazisinə soxulması, yaxud həllini tapmayan münaqişələrin qalması kimi hallara yol vermək olmaz".

07-02-2008, 11:01 AM #2186Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
GUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb
[b]GUAM-ın Batum sammitinin yekunları əsasında birgə Bəyannamə imzalanıb[b]
Batum - APA. Demokratiya və iqtisadi inkişaf uğrunda beynəlxalq təşkilat - GUAM-ın Gürcüstanın Batum şəhərində keçirilən zirvə toplantısının yekunları əsasında birgə Bəyannamə imzalanıb.
APA-nın məlumatına görə, Gürcüstan, Azərbaycan, Ukrayna, Litva və Polşa prezidentlərinin imzaladığı Bəyannamədə demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, qanunun aliliyinə, xalqların mədəni irsinə və tolerantlıq ruhunun möhkəmləndirilməsinə bağlılıq ifadə olunub. Tərəflər ümumAvropa və Asiya inteqrasiya proseslərinin tərkib hissəsi kimi regional əməkdaşlığın inkişafına, ABŞ, Polşa, Yaponiya və digər dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yönəlmiş kursun dəyişməz olduğunu bildiriblər. Sənəd müəllifləri iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf strategiyasının reallaşdırılmasının vacibliyini vurğulayıblar. Bəyannamədə həlli uzanan münaqişələr, aqressiv separatizm, ekstremizm və beynəlxalq terrorçuluqdan qaynaqlanan təhlükələrdən dərin narahatlıq əks olunub. GUAM ölkələri digər dövlətlər və beynəlxalq strukturlarla sıx əməkdaşlıq şəraitində bu təhlükələri dəf etməyə hazır olduqlarını bəyan ediblər, həmçinin münaqişələrin həlli üçün beynəlxalq ictimaiyyətin dəstəyinin səfərbər olunmasının önəmini vurğulayıblar. Prezidentlər enerji təhlükəsizliyi sisteminin inkişafını davam etdirməyə və Avropa enerji daşıyıcıları bazarının diversifikasiyasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduqlarını da bəyan ediblər.

07-02-2008, 11:31 AM #2187Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
AŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb
[b]AŞ PA prezidenti müxalifət liderləri ilə görüşüb[b]
Bakı. Elnur Məmmədli - APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, DİP sədri Asim Mollazadə, "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak ediblər. MBH lideri Lalə Şövkət bildirib ki, görüşdə Azərbaycanda seçkiqabağı şərait, söz azadlığı, mətbuat problemləri, həbsdə olan jurnalistlər, demokratiyanın vəziyyəti ilə bağlı müzakirə aparılıb. Onun sözlərinə görə, müxalifət liderləri AŞ PA prezidentinin diqqətinə çatdırıblar ki, Azərbaycan quruma daxil olandan sonra demokratiya sahəsində geriləmə olub. L. Şövkət görüşdə "Azadlıq" blokunun seçkiləri boykot edəcəyi faktının Luis Maria de Puçun diqqətinə çatdırıldığını vurğulayıb. MBH lideri bundan sonrakı mərhələdə müsbət istiqamətdə hər hansı dəyişikliyin olacağına və AŞ PA qətnaməsinin yerinə yetiriləcəyinə inanmadığını deyib. Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, Luis Maria de Puç ölkəmizə AŞ PA-nın Azərbaycandakı vəziyyətə dair son qətnaməsi ilə bağlı səfər etdiyini deyib: "O, qətnamədə irəli sürülmüş məsələləri hakimiyyətlə müzakirə edəcəyini və iqtidarı bu tələbləri yerinə yetirməyə çağıracaqlarını bildirdi".

07-02-2008, 11:41 AM #2188Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb
[b]Monqolustandakı kütləvi iğtişaşlarda 4 nəfər ölüb[b]
Ulan-Bator - APA. Monqolustanın paytaxtı Ulan-Batorda polislə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 4 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə Monqolustanın dövlət teleradio şirkəti - MNB məlumat yayıb. Ölənlərdən ikisi güllə yaralarından keçinib, digər iki nəfərin hansı şəraitdə həlak olduğu bəlli deyil. İyulun 1-də başlayan kütləvi iğtişaşlarda hüquq-mühafizə orqanlarının 400-ə yaxın əməkdaşı yaralanıb. Paytaxtda 4 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Qeyd edək ki, Monqolustanda vəziyyət iyunun 29-da keçirilən parlament seçkilərindən sonra gərginləşib. Hakim Xalq İnqilab Partiyasının 76 yerlik Böyük Xalq Xuralında (parlament) 45, müxalifətçi Demokrat Partiyasının isə 21 yer əldə etməsi açıqlandıqdan sonra müxalifət tərəfdarları seçkilərin nəticələrinin saxtalaşdırıldığını bildirərək etiraz aksiyalarına başlayıblar.

07-02-2008, 11:51 AM #2189Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Rusiya xarici işlər nazirinin müavini: "ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır"
[b]Rusiya xarici işlər nazirinin müavini: "ATƏT münaqişələrin nizamlanması ilə bağlı daha dəqiq və sistemli prinsiplər hazırlamalıdır"[b]
Bakı. Laçın Sultanova-APA. "Dondurulmuş" münaqişələrə yanaşmalarda fikir ayrılığı bu münaqişələrin "qaynar" fazaya keçməsi təhlükəsini yaradır". APA-nın məlumatına görə, bu fikirləri Vyanada ATƏT-in təhlükəsizlik sahəsində problemlərin icmalına dair illik konfransında çıxış edən Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib. O deyib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsi ciddi çağırış olub, bu, Helsinki Yekun Aktının başlıca prinsipləri çərçivəsindən çıxan təhlükəli presedent yaradıb: "Bunun nəticəsində gündəliyə dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələləri çıxıb. Kosovo ilə bağlı vəziyyəti hüquqi müstəviyə qaytarmaq olar. Münaqişələrin nizamlanması ilə bağlı dəqiq və sistemli prinsiplər hazırlanmalı, ATƏT-ə üzv bütün ölkələr bu prinsipləri yerinə yetirməli, həmin prinsiplər ATƏT məkanında baş verən bütün münaqişələrlə bağlı istifadə edilməlidir".

07-02-2008, 12:01 PM #2190Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq
[b]Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılmayacaq[b]
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin builki yaz sessiyasında da müzakirəyə çıxarılmayacaq.
Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri qanun layihəsinin müzakirəsinin təxirə salınmasını vaxt çatışmazlığı ilə əlaqələndirib. Onun sözlərinə görə, qanun layihəsi ikinci oxunuşda təqdimata tam hazır olsa da, parlamentin yaz sessiyasının iş qrafikinin gərgin olması qanunun müzakirəyə çıxarılmasına mane olub: "Sənəd ən azı iki iclas günü müzakirə olunmalıdır. İş qrafiki gərgin olduğundan qanun layihəsinin müzakirəsinə vaxt qalmadı". Ş. Hacıyev sənədin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağını bildirib. Komissiya sədri birinci oxunuşdan sonra qanun layihəsinin təxminən on maddəsində mahiyyət dəyişikliyi edildiyini deyib: "Redaktə xarakterli dəyişikliklər isə çoxdur. Qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı heç bir problem görmürük".

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, DİN Baş İnformasiya Kommunikasiya İdarəsinin rəisi, polis polkovniki Dilqəm Aslanov, DİN Katibliyinin rəisi, polis polkovniki Nazim Əliyev, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis polkovniki Sahib Mirzəyev, Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Novruz Novruzova polis general-mayoru ali xüsusi rütbəsi verilib. Prezident DİN əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, DİN mətbuat xidmətinin rəisi polis polkovniki Sadiq Gözəlov və əməkdaşı Cavid Xaspoladova "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilib. Prezidentin digər sərəncamı ilə DİN-in bir qrup əməkdaşı təltif edilib. Təltif edilənlər arasında polis general-mayoru Həzi Aslanov, polis general-leytenantı Əhməd Əhmədov, polis general-leytenantı Vilayət Eyvazov da var.

Yer imleri