[b]Çingiz Dəmiroğlu "beşlər"in toplantısına dəvət olunmayıb[b]
Bakı. Ramil Məmmədli - APA. "Beşlər"in növbəti toplantısı iyulun 24-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında keçiriləcək. AMİP mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, toplantıda burada təmsil olunan siyasi qurumların prezident seçkisindəki fəaliyyət istiqamətləri müzakirə ediləcək. Ə. Orucov deyib ki, yığıncağa Tərəqqi Partiyası dəvət edilməyib. Buna səbəb Tərəqqi Partiyasının seçkidə İlham Əliyevin namizədliyini dəstəkləməsi ilə bağlı qərarı olub. Qeyd edək ki, hazırda "Beşlər" adı ilə tanınan məşvərət xarakterli məclisdə ADP, AMİP, Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum təmsil olunur.
4610 sonuçtan 2.701 ile 2.710 arası

07-23-2008, 01:51 PM #2701Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Naxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır
[b]Naxçıvanda selin qurbanı olan 50 yaşlı müəllimin meyiti axtarılır[b]
Naxçıvan. J. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda güclü qasırğa baş verib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, iyulun 22-də axşam saatlarında baş verən qasırğa zamanı rayonun Külüs kənd sakini, 1958-ci il təvəllüdlü Quliyev Yavər Səməd oğlunu sel aparıb. Sakinlər bildiriblər ki, kənd məktəbində fizika müəllimi işləyən Y. Quliyev evindən əşyaları çıxarmaq istəyərkən selin qurbanı olub. Hazırda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Külüs çayı ərazisində mərhumun meyitini axtarırlar.

07-23-2008, 04:41 PM #2702Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Çingiz Dəmiroğlu "beşlər"in toplantısına dəvət olunmayıb

07-23-2008, 04:51 PM #2703Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Almaniyalı tələbələr Bakı Slavyan Universitetində təcrübə kursu keçəcəklər
[b]Almaniyalı tələbələr Bakı Slavyan Universitetində təcrübə kursu keçəcəklər[b]
Bakı. Laura Cəbrayıllı - APA. Almaniyanın Bonn və Tubingen Universitetlərinin tələbələri avqust-oktyabr aylarında Bakı Slavyan Universitetində (BSU) təcrübə kursu keçəcəklər. BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlara azərbaycanşünas ixtisasına yiyələnmək üçün xüsusi tədris proqramı əsasında Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi üzrə dərslər keçiləcək. Tələbələr üçün təcrübə müddətində müxtəlif ekskursiya və tədbirlər təşkil olunacaq.

07-23-2008, 05:01 PM #2704Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Ağdaşda yol qəzası baş verib
[b]Ağdaşda yol qəzası baş verib[b]
Ağdaş. Şahnəzər Bəşirov-APA. Bu gün saat 04.00 radələrində Bakı-Şamaxı-Yevlax rayonunun 259-cu kilometrliyində, Ağdaş rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın Şirvan bürosunun məlumatına görə, Məmmədov Abuzər Xanbaba oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobil Mirzalıyev Zakir Cabbar oğlunun idarə etdiyi "Vaz-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Vaz-2106" maşınında olan iki qadın sərnişin yaralanıb. Yaralılar Mingəçevir şəhər xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti orta-sabitdir.

07-23-2008, 05:11 PM #2705Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
İyulun 19-da Azərbaycanda öldürülmüş erməni əsgərinin meyitinin qaytarılması üçün danışıqlar aparılır
[b]İyulun 19-da Azərbaycanda öldürülmüş erməni əsgərinin meyitinin qaytarılması üçün danışıqlar aparılır[b]
İrəvan - APA. Ermənistanın Müdafiə Nazirliyi iyulun 19-da Azərbaycan ərazisində erməni hərbçisinin öldürülməsi faktı ilə bağlı xidməti təhqiqat aparır. APA-nın "Novosti-Armeniya" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib. O bildirib ki, hərbi qulluqçu döyüş mövqeyini özbaşına tərk edib və naməlum istiqamətə gedib. S. Ohanyan Qor Manasaryan adlı bu hərbçinin öldüyünü Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyadan öyrəndiklərini söyləyib. Nazir Azərbaycan ordusunun operativ növbətçiliyi ilə əlaqə yaratdıqlarını və Q. Manasaryanın meyitinin qaytarılmasına hazırlıq görüldüyünü açıqlayıb. Xatırladaq ki, iyulun 19-na keçən gecə, saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar.

07-23-2008, 05:21 PM #2706Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Füzuli sakinini daşla qətlə yetirən şəxs həbs olunub
[b]Füzuli sakinini daşla qətlə yetirən şəxs həbs olunub[b]
Bakı-APA. Nizami rayonu ərazisində Bakı şəhər sakini Şəfi Məmmədov münaqişə zəminində, orada məskunlaşmış Füzuli rayon sakini Sərhəd Fərhadovu daşla qətlə yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş. Məmmədov tutulub.

07-23-2008, 05:31 PM #2707Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Pirallahı sakini həyat yoldaşını balta ilə qətlə yetirib
[b]Pirallahı sakini həyat yoldaşını balta ilə qətlə yetirib[b]
Bakı-APA. Pirallahı qəsəbəsində yaşayan Qurbanəli Əzimov qısqanclıq zəminində arvadı Məlahət Əzimovanı balta ilə qətlə yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə iyulun 22-də Q. Əzimovun mənzilində baş verib. Q. Əzimov könüllü olaraq Əzizbəyov rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə təslim olub.

07-23-2008, 05:41 PM #2708Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Xətai rayonunda qardaş qardaşını məftillə boğub
[b]Xətai rayonunda qardaş qardaşını məftillə boğub[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Xətai rayonunda yaşayan Soslan Tibilov ailə münaqişəsi zəminində qardaşı Zaurbeki məftillə boğub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəllər məhkum olunmuş Soslan Tibilov Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

07-24-2008, 11:51 AM #2709Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
"Hürriyet" qəzeti: "Yusuf Halaçoğlunun vəzifədən çıxarılması Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlıdır"
[b]"Hürriyet" qəzeti: "Yusuf Halaçoğlunun vəzifədən çıxarılması Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlıdır"[b]
Ankara - APA. "Vəzifədən çıxarıldığımı jurnalistlərdən öyrəndim. Hansı səbəbdən işdən kənarlaşdırıldığımı bilmirəm. Heç vecimə də deyil. Bu iş çiynimdə yük idi".
APA-nın məlumatına görə, bu sözləri "Hürriyet" qəzetinə açıqlamasında iyulun 22-də Türk Tarix Qurumunun sədri postundan uzaqlaşdırılan professor Yusuf Halaçoğlu deyib. Hazırda Bodrumda istirahətdə olan Y. Halaçoğlu hökumətin bu qərarının Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyəti ilə bağlı olub-olmadığına dair sualı belə cavablandırıb: "Mən hər zaman nə bilirəmsə, onu söylədim. Kreslo dərdində olan adam deyiləm. Ən gözəl vəzifə alimlikdir. Alimliyimi kimsə əlimdən ala bilməz. Bundan sonra da tarixçi alim kimi fəaliyyətimi davam etdirəcəyəm. Amma 15 il dövlətə xidmət etmişəm, heç olmasa təşəkkür etməliydilər. Bu, onların nəzakət və tərbiyəsinə uyğun bir hərəkətdir". Y. Halaçoğlu nə dövlətə, nə də millətə küskünlüyünün olmadığını, hər zaman öz millətinə xidmət etdiyini, bunu millətin də, Allahın da bildiyini vurğulayıb. Qeyd edək ki, "Hürriyet" qəzeti Y. Halaçoğlunun Türkiyə və Ermənistan diplomatlarının İsveçrə görüşündən dərhal sonra vəzifədən uzaqlaşdırıldığını xüsusi vurğulayıb. Bu, Türkiyənin Ermənistanla bağlı siyasətində yumşalma əlaməti kimi qiymətləndirilir. Çünki Y. Halaçoğlu ermənilərin soyqırım iddialarını qəti şəkildə rədd edən və soyqırımın baş vermədiyini tarixi sənədlərlə sübuta yetirən millətçi alim kimi tanınırdı.

07-24-2008, 12:01 PM #2710Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2008
- Mesajlar
- 4.445
Dövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır
[b]Dövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır[b]
Bakı. Tamara Qriqoryeva-APA. Azərbaycan gömrükçülərinin Rusiyanın "Atomstroyeksport" şirkətinin İranın "Buşəhr" Atom Elektrik Stansiyası (AES) üçün göndərdiyi yükü saxlaması barədə məlumat əsassızdır. Bu barədə APA-ya Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
DGK-dan komitə sədri Aydın Əliyevin yükün saxlanması barədə hər hansı mətbuat orqanına açıqlama verməsi barədə məlumatı da təkzib ediblər. "Atomstroyeksport" şirkətindən də yükün saxlanması barədə məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, Azərbaycan gömrükçülərinin Rusiyanın "Atomstroyeksport" şirkətinin İranın "Buşəhr" AES üçün göndərdiyi yükü növbəti dəfə saxlaması barədə xəbəri "Qovorit Moskva" radiosu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə istinadən yayıb. Xəbərdə bildirilir ki, gömrükçülər bu addımı yükün kodunu yoxlamaq zərurəti yarandığından atıblar. Lakin yükün hansı ərazidə saxlandığı açıqlanmır. Sənədlərə görə, saxlanmış maşında 10 ton miqdarında 171 min dollarlıq izolyasiya materialları var. Qeyd edək ki, bir müddət əvvəl "Atomstroyeksport" şirkətinin "Buşəhr" AES üçün göndərdiyi yük Azərbaycan-İran sərhədində - Astara gömrük-keçid məntəqəsində saxlanılıb. Yük yalnız lazımi sənədlər təqdim olunduqdan sonra buraxılıb.

LinkBack URL
About LinkBacks

Alıntı ile cevapla
Yer imleri