Əsas məzmuna keç
Sayfa 279/461 İlkİlk ... 179229269277278279280281289329379 ... SonSon
4610 sonuçtan 2.781 ile 2.790 arası

Azərbaycan Xəbərləri

1. #2781
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Göyçayda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə bağlı tədbir keçirilib

[b]Göyçayda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə bağlı tədbir keçirilib[b]

Göyçay-Zahid Abışov-APA. Bu gün Göyçay rayonunda Bakının işğaldan azad olunmasının 90 illiyi ilə əlaqədar konfrans keçirilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Türkiyə Universitetləri Məzunları Dərnəyinin sədri Çingiz Bayramov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Melda Aras, tarixçi Nəsiman Yaqublu iştirak edib. Konfransda 1918-ci il sentyabrın 15-də Bakının Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərdən və daşnaklardan azad edilməsi barədə çıxışlar edilib. Qeyd olunub ki, Bakının azad edilməsində 1200-ə yaxın türk əsgəri şəhid olub, onlardan yalnız 20-nin məzarlarının yeri məlumdur. Konfrans iştirakçıları Göyçay rayonunun Bığır kəndində Türk Əsgərinin abidəsini, rayondakı Şəhidlər Xiyabanını, Soyqırımı abidəsini ziyarət ediblər.

2. #2782
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Abdulla Gül Ermənistan prezidentini rəsmi olaraq Türkiyəyə dəvət edib

[b]Abdulla Gül Ermənistan prezidentini rəsmi olaraq Türkiyəyə dəvət edib[b]

Ankara - APA. Türkiyə prezidenti Abdulla Gül Ermənistana və Azərbaycana səfərləri zamanı ona göstərilən qonaqpərvərliyə görə hər iki ölkənin prezidentinə təşəkkür məktubu göndərib.

APA-nın Türkiyə prezidentinin saytına istinadən verdiyi məlumata görə, A. Gül Serj Sarkisyana məktubunda Ermənistana səfəri zamanı keçirilən görüşlərin faydalı olduğuna inandığını deyib və həmkarını Türkiyə ilə Ermənistan milli komandalarının 2009-cu ildə keçiriləcək cavab oyununa dəvət edib. İlham Əliyevə məktubunda isə A. Gül regional və ikitərəfli məsələlər barədə söhbətdə mövqelərin üst-üstə düşməsindən məmnuniyyətini ifadə edərək görüşlərin davam etdirilməsinin önəmli olduğunu vurğulayıb.

3. #2783
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub

[b]İslam Kərimov Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Fondunda olub[b]

Bakı - APA. Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 12-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Kərimov akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoyub.Özbəkistan prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.Bu gün Özbəkistan prezidenti Heydər Əliyev Fondunda da olub. Azərbaycan prezidenti İlham Əliyev qonağa Fondun məqsədləri, H. Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə ətraflı məlumat verib.Özbəkistan prezidenti H. Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr edilmiş kitablarla, dünyanın nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə baxıb.Prezident İ. Kərimova xatirə hədiyyəsi təqdim olunub.

4. #2784
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub

[b]Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub[b]

Bakı - APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya daxil olan məlumata görə, düşmən bölmələri sentyabrın 12-də saat 14.00-dan 14.13-dək və 20.35-dən 20.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 13-də saat 02.05-dən 02.35-dək isə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

5. #2785
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Gəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb

[b]Gəncə-Moskva aviareysi növbəti dəfə təxirə salınıb[b]

Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Moskva-Gəncə-Moskva marşrutu ilə sərnişin aviareyslərinin həyata keçirilməsində yaranan fasilə hələ də davam edir.

Sentyabrın 4-dən baş tutmayan reysin sentyabrın 12-də saat 23.00 radələrində həyata keçiriləcəyi bildirilsə də, Gəncə aeroportunda gözləyən sərnişinlər yenə də Moskvaya uça bilməyiblər. Reysi həyata keçirən Rusiyanın «Domodedovo aviaxətləri» şirkətinin Gəncə üzrə nümayəndəsi Eldəniz Səfərov APA-nın yerli bürosuna reysin sentyabrın 18-də baş tutacağını bildirib. O, uçuşların bərpa olunmamasını Rusiya tərəfində yaranmış texniki problemlə izah etsə də, bu problemlərin konkret nədən ibarət olduğu barədə Moskvadan ona da dəqiq bilgi verilmədiyini deyib. Qeyd edək ki, sentyabrın 4-də Moskvadan Gəncəyə yerinə yetirilməli olan reys əvvəlcə sentyabrın 11-nə təxirə salınıb, sonradan isə reysin dünən baş tutacağı bildirib. Gəncədən Moskvaya uçmalı olan 90-dan çox sərnişin isə əlində bilet aeroportda reysin həyata keçirilməsini gözləyir.Xatırladaq ki, Moskva-Gəncə-Moskva aviareysi hər həftənin cümə axşamı həyata keçirilir.

6. #2786
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

İsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib

[b]İsraildə Rəşid Behbudovun xatirə gecəsi keçirilib[b]

Bakı - APA. Sentyabrın 11-də İsrailin Nataniya şəhərində məşhur Azərbaycan sənətçisi, mərhum Rəşid Behbudovun xatirə gecəsi keçirilib. Bu barədə APA-ya İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak məlumat verib. Assosiasiyanın Nataniya şöbəsinin rəhbəri, vaxtilə Rəşid Behbudovla birlikdə çalışmış Alen Katrix tərəfindən təşkil olunan gecədə çıxış edən İsrail parlamentinin üzvü Robert İlatov iştirakçıları salamlayaraq ənənələrin qorunması və müxtəlif mədəniyyətlərin bir araya gəlməsi baxımından bu cür tədbirlərin əhəmiyyətli olduğunu bildirib. Uzun illər Bakıda məşhur sənətçi ilə qonşu olmuş Mixail Aqarunov isə R. Behbudov haqqında xatirələrini bölüşüb. Gecədə təkcə Azərbaycandan yox, digər postsovet ölkələrindən köçmüş yəhudilər də iştirak edib. Onlar R. Behbudovun repertuarındakı mahnıları dinləyiblər.

7. #2787
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Özbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb

[b]Özbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb[b]

Bakı - APA. Sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdəki parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin heykəlinin açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Prezidentlər yeni parkda görülmüş abadlıq işləri ilə tanış olublar. Mərasimdə çıxış edən prezident İ. Əliyev bunun Özbəkistan və Azərbaycan xalqları arasında münasibətlərin tarixində çox əlamətdar hadisə olduğunu bildirib. Ə. Nəvainin, demək olar ki, bütün əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini deyən dövlət başçısı onun Özbəkistan və bütövlükdə Şərq xalqları ədəbiyyatının inkişafına çox böyük təsir göstərdiyini qeyd edib. Azərbaycan və Özbəkistan arasında hər zaman dostluq münasibətlərinin olduğunu vurğulayan prezident Ə. Nəvainin Bakıda heykəlinin qoyulmasını bu dostluğun daha bir sübutu adlandırıb: "Bakıda Əlişir Nəvainin heykəlinin açılması, şəhərin mərkəzi küçələrindən özbək xalqının böyük nümayəndəsi Mirzə Uluqbəyin adının verilməsi kimi xalqlarımızın həyatındakı mühüm hadisələr münasibətlərimizi səciyyələndirən, qarşılıqlı rəğbət hisslərimizin dərinliyini, qarşılıqlı sevgi və qardaşlıq münasibətlərini əks etdirən səciyyəvi cəhətlərdir. Əminəm ki, bu hadisə gələcəkdə ölkələrimiz arasında daha sıx münasibətlər yaranmasına kömək edəcək".Özbəkistan prezidenti İ. Kərimov dörd il əvvəl İ. Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, Nizaminin adını daşıyan meydanda - Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsini açdıqlarını xatırladıb. Azərbaycanla münasibətlərin başqa dövlətlərlə münasibətlərdən keyfiyyətcə əsaslı şəkildə fərqləndiyini qeyd edən İ. Kərimov bunu mənəvi birliklə əsaslandırıb. Bakıda Ə. Nəvaiyə heykəl ucaldıldığı üçün o, Azərbaycan prezidentinə və xalqına təşəkkür edib. Sonra prezidentlər heykəlin önünə əklil qoyublar.Özbəkistan prezidentinin sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də görüşü olub. Bununla da, İ. Kərimovun Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb.

8. #2788
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb

[b]Azərbaycan Beynəlxalq Bankı xidmət tariflərini aşağı salıb[b]

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycan Beynəlxalq Bankı (ABB) fiziki və hüquqi şəxslərə göstərilən bank xidmətlərinin tariflərini aşağı salıb. ABB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, nağd vəsait üzrə əməliyyatlar, valyuta mübadiləsi, pul köçürmələri, plastik kartlar və digər xidmətlər üzrə tariflər əhəmiyyətli dərəcədə azaldılıb. Bundan başqa, ABB-da xarici və beynəlxalq humanitar, diplomatik və kredit təşkilatları üçün spesifik tariflər sistemi mövcuddur. Bankın rəhbərliyi tarifləri müştərilərin sayı əhəmiyyətli dərəcədə artdığına görə azaldıb. Belə ki, bu ilin avqustun 1-nə olan məlumata görə, ABB-nın hüquqi şəxs şəklində müştərilərinin sayı 39 minə yaxın, fiziki şəxslər şəklində isə 640 minə yaxın olub. Fiziki şəxslər üçün aşağı salınmış tarifləri «Visa Electron» və ya «Maestro» plastik kartlarının illik xidməti 10 manatadək, «Visa Gold» və «MasterCard Gold» plastik kartlarının illik xidməti isə 75 manatadək endirilib. Pul köçürmələrində (ABB-Moskva və ABB-Gürcüstan bankları vasitəsilə) isə faiz dərəcəsi 0,5%-dən 0,25%-dək aşağı salınıb.Qeyd edək ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin (Maliyyə Nazirliyi) iştirak payı 50,2% təşkil edir, səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 3 635,842 mln. manat, kredit portfeli 2 602,101 mln. manat, depozit portfeli 1 949,376 mln. manat, məcmu kapitalı 270,645 mln. manat, o cümlədən nizamnamə kapitalı 100 mln. manat təşkil edib.

9. #2789
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Qazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir - FOTO

[b]Qazax Diaqnostika Mərkəzinin inşası başa çatmaq üzrədir - FOTO[b]

Qazax. Nəzakət Məşədiəliqızı - APA. 2005-ci ildə prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Qazax Diaqnostika Mərkəzində son tamamlama işləri aparılır. Qazax rayonunun baş həkimi Kağı Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, müasir tələblərə cavab verən mərkəz istifadəyə verildikdən sonra yerli əhalinin müayinə üçün paytaxta və xarici ölkələrə getməsinə ehtiyac qalmayacaq: "Digərlərindən fərqli olaraq burada hemodializ və tomoqrafiya şöbələri də fəaliyyət göstərəcək. Mərkəzdə təcili tibbi yardım, şüadiaqnostika, yoluxucu xəstəliklər, terapiya, cərrahiyyə şöbələri və əməliyyat blokları da yaradılıb". Ümumi sahəsi 6 min kvadratmetr sahədə inşa olunmuş üçmərtəbəli Diaqnostika Mərkəzi 20 çarpayılıqdır. Mərkəzdə 240 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Burada qərb bölgəsinin əhalisi ilə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlılara da xidmət göstəriləcək. Mərkəz sentyabr ayının sonlarınadək təhvil veriləcək.

10. #2790
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb

[b]Azərbaycan yığması Pekin Paralimpiadasında daha bir medal qazanıb[b]

Bakı. Aqşin Əliyev - APA-SPORT. XIII Pekin Yay Paralimpiya Oyunlarının 7-ci günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. "APA-SPORT"un məlumatına görə, bu dəfə 2004-cü il Afina Olimpiadasının qalibi atlet Oleq Panyutin fərqlənib.25 yaşlı həmyerlimiz uzunluğa tullanma yarışında qüvvəsini sınayıb. Altı dəfə cəhd göstərən O. Panyutin 7.06 metrlik nəticə göstərib. O, Səudiyyə Ərəbistanın təmsil edən Osamah Alşanqiti ilə eyni uzaqlığa tullanıb. Lakin idmançımız cüzi fərqlə rəqibindən geri qalıb.Birinci yerin sahibi Hilton Langenhoven (CAR) isə O. Panyutinin Afinada müəyyənləşdirdiyi paralimpiya rekordunu təzələyib - 7.31 metr. Azərbaycanlı atlet 4 il öncə 7.25 metr tullanaraq, qızıl medala layiq görülmüşdü.Beləliklə, 7-ci mükafatına (1 qızıl, 3 gümüş, 3 bürünc) qovuşan Azərbaycan medal qazanan ölkələrin siyahısında yenə 32-ci pillədə qərarlaşıb. O. Panyutindən öncə üçtəkanla tullanma yarışlarında mübarizə aparan atletlərimiz Zeyniddin Bilalov 2-ci, Vladimir Zayets isə 3-cü yeri tutmuşdu. Bundan başqa, Pekin Paralimpiadasında cüdoçularımızdan İlham Zəkiyev qızıl, Tofiq Məmmədovla Kərim Sərdarov gümüş, Ramin İbrahimov bürünc mükafata sahib çıxıb.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.