Əsas məzmuna keç
Sayfa 169/461 İlkİlk ... 69119159167168169170171179219269 ... SonSon
4610 sonuçtan 1.681 ile 1.690 arası

Azərbaycan Xəbərləri

1. #1681
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-də Azərbaycana gələcək

[b]NATO baş katibinin xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-də Azərbaycana gələcək[b]

Bakı. Ülviyyə Əliyeva - APA. NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons iyunun 25-27-də Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın NATO yanındakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Robert Simmons Bakıya iyunun 16-27-də keçiriləcək "NATO həftəsi"ndə iştirak etmək üçün gələcək.Qeyd edək ki, həftə çərçivəsində 16-22 iyun tarixlərində NATO-nun Yay Məktəbinin (NİSA) sessiyasının açılışı, o cümlədən bir sıra mühüm tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycanda NATO həftəsi çərçivəsində tədbirlərə alyansın mətbuat üzrə eksperti Simon de Manso da qatılacaq.

2. #1682
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Avropa Yaşıllar Partiyasının sədri Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüb

[b]Avropa Yaşıllar Partiyasının sədri Azərbaycanın siyasi partiya və QHT rəhbərləri ilə görüşüb[b]

Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda üç günlük səfərdə olan Avropa Yaşıllar Partiyasının həmsədri Ulrike Lunasek və Avropa Parlamentinin İsveçrədən olan keçmiş deputatı, Avropa Yaşıllar Alyansının sədri Per Qarton ölkədə fəaliyyət göstərən bir qrup siyasi partiya və ictimai hərəkat rəhbərləri ilə görüşüb. Azərbaycan Yaşıllar Partiyasından APA-ya verilən məlumata görə, bu gün qonaqlar İctimai Maliyyə Monitorinqi Mərkəzinə daxil olan QHT rəhbərləri, ADP sədri Sərdar Cəlaloğlu, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev və Azadlıq blokunun Sədrlər Şurasının üzvləri ilə ayrı-ayrılıqda görüş keçiriblər. Görüşlər zamanı ölkədəki ictimai-siyasi vəziyyət, demokratiya və insan hüquqları ilə bağlı mövcud vəziyyət, Dağlıq Qarabağ problemi, Azərbaycandakı ekoloji vəziyyət və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Görüşlərdə əməkdaşlığın genişləndirilməsi üçün mümkün imkanlardan da danışılıb.

3. #1683
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

GUAM-ın üçüncü sammiti Batumda keçiriləcək

[b]GUAM-ın üçüncü sammiti Batumda keçiriləcək[b]

Bakı - APA. GUAM-ın növbəti sammiti iyunun 30-dan iyulun 1-dək Batumda keçiriləcək.

APA-nın məlumatına görə, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Vasili Kiriliç bu gün keçirdiyi brifinqdə bildirib ki, sammit çərçivəsində dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində GUAM Şurasının iclaslarının keçirilməsi nəzərdə tutulur. Sammitdə quruma sədrlik Azərbaycandan Gürcüstana keçəcək.

4. #1684
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Azərbaycanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib

[b]Azərbaycanın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib[b]

Masallı. Ağəddin Babayev - APA. Bu gün Bakı vaxtı ilə 19.54-də Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, episentrdə yeraltı təkanların gücü Rixter şkalası üzrə 4,1 bal olub. Zəlzələnin episentri Masallıdan 36 kilometr uzaqda qeydə alınıb. Yeraltı təkanlar Masallı, Lənkəran, Neftçala və Cəlilabad rayonu ərazisində hiss edilib. Dağıntı və tələfat yoxdur.

5. #1685
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Çingiz Aytmatov vəfat edib

[b]Çingiz Aytmatov vəfat edib[b]

Nürnberq - APA. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov müalicə olunduğu Nürnberq klinikasında iyunun 10-da 80 yaşında vəfat edib.

APA-nın məlumatına görə, Ç. Aytmatov mayın 16-da böyrək çatışmazlığı diaqnozu ilə Nürnberq klinikasına yerləşdirilib və bu müddətdə süni nəfəs aparatına qoşulub. İyunun 10-da onun vəziyyəti kəskin pisləşib və yazıçı dünyasını dəyişib. Ç. Aytmatovun dəfn mərasimi iyunun 14-də keçiriləcək. O, Bişkek yaxınlığındakı "Ata-Beyit" memorialında, atasının yanında torpağa tapşırılacaq. Ç. Aytmatovun müşaviri Alimcan Mirzəyev bildirib ki, dəfn mərasiminin təşkili üçün Qırğızıstan prezidenti Qurmanbek Bakiyevin rəhbərliyi ilə xüsusi dövlət komissiyası yaradılacaq. Artıq bir çox dövlət adamları və tanınmış şəxs Ç. Aytmatovun əzizlərinə və yaxınlarına başsağlığı verib. Ç. Aytmatov 1928-ci ilə dekabrın 12-də Qırğızıstanın Talask vilayətinin Şəkər kəndində anadan olub. Onun atası Torekul Aytmatov Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olub. Lakin 1937-ci ildə həbs edilib, 1938-ci ildə isə güllələnib. Ç. Aytmatovun milliyyətcə tatar olan anası Nazimə Həziyeva yerli teatrda aktrisa olub. 1948-ci ildə Frunze Kənd Təsərrüfatı İnstitutuna daxil olan Ç. Aytmatov 1952-ci ildə dövri mətbuatda qırğız dilində hekayələr çap etdirməyə başlayıb. Ç. Aytmatov 1956-cı ildə Moskvada ali ədəbiyyat kurslarına daxil olub, həmin illərdə ona dünya şöhrəti gətirən "Cəmilə" povestini çap etdirib. Rus və qırğız dillərində yazan Ç. Aytmatovun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunub. Onların arasında ən məşhurları "Əsrə bərabər gün" (1980), "Ağ gəmi" (1970), "Edam kötüyü" (1986), "Dağlar yıxılanda" (2006) əsərləridir. Ssenari müəllifi olduğu "Dəniz kənarı ilə qaçan köpək" (1990), "Sevginin əks-sədası" (1974), "Mən Tyan-Şanam" (1972), "İlk müəllim" (1965) və digər filmlər də ona böyük şöhrət gətirib. 1990-1994-cü illərdə Ç. Aytmatov SSRİ və Rusiyanın Benilüks ölkələrində səfiri olub. 2008-ci ilin martına kimi Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlandda səfiri işləyib. Ç. Aytmatov müxtəlif mükafatlarla təltif edilib.

6. #1686
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Sudanda baş verən təyyarə qəzasında 120 nəfər həlak olub

[b]Sudanda baş verən təyyarə qəzasında 120 nəfər həlak olub[b]

Xartum - APA. Sudanın paytaxtı Xartumda baş verən dəhşətli təyyarə qəzası nəticəsində 120 nəfər həlak olub.

APA-nın məlumatına görə, İordaniyadan Sudana hərəkət edən sərnişin təyyarəsi Xartum hava limanına enərkən qəzaya uğrayıb və yanğın baş verib. Hadisə zamanı təyyarədəki 203 sərnişin və 14 ekipaj üzvündən 97 nəfəri xilas etmək mümkün olub, 120 nəfər isə yanaraq həlak olub. Təyyarə Sudan Hava Yollarına məxsusdur. Sudan əmniyyət müdiri Məhəmməd Nəcib jurnalistlərə açıqlamasında qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğunu, təyyarənin yerə enərkən ikiyə bölündüyünü və yandığını bildirib.

7. #1687
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Bakıda Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək

[b]Bakıda Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək[b]

Bakı. Laçın Sultanova-APA. İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiya Gününə həsr olunmuş konsert keçiriləcək. "Roszarubejsentr"dən APA-ya verilən məlumata görə, konsertdə Rusiya incəsənət ustaları, o cümlədən "Relikt" vokal triosu iştirak edəcək.

8. #1688
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Metyu Brayza Latviyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib

[b]Metyu Brayza Latviyanın xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib[b]

Bakı. Tamara Qriqoryeva-APA. Dünən ABŞ dövlət katibinin müavinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza Riqada Latviyanın xarici işlər naziri Maris Rikstinslə görüşüb.

APA-nın Latviya XİN-ə istinadən yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyada münaqişələrin nizamlanması məsələsini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, münaqişələrin yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanması mümkündür. Tərəflər həmçinin Ermənistan və Gürcüstanda keçirilən seçkiləri və Azərbaycan payızda keçiriləcək prezident seçkilərini müzakirə ediblər.

9. #1689
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]

Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 10-da saat 11.20-dən 11.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 21.55-dən 22.05-dək və saat 23.55-dən 00.00-dək Xocavənd rayonu ərazisndəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.00-dan 22.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 23.50-dən 23.55-dək və iyunun 11-i saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 02.10-dan 02.25-dək və saat 05.05-dən 05.30-dək Tərtər rayonunun Qızıl Oba, Həsənqaya və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

10. #1690
APA
APA çevrimdışı
Azeri.net Sevdalısı
Üyelik tarihi
Mar 2008
Mesajlar
4.445

Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb

[b]Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Dağıstan prezidenti ilə görüşüb[b]

Mahaçqala - APA. Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstanın tanınmış ictimai-siyasi xadimi M. C. Umaxanovun 90 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Mahaçqalaya gedib. APA-nın məlumatına görə, nümayəndə heyəti Dağıstan prezidenti Muxu Əliyevlə görüşüb. M. Əliyev qonaqlara təşəkkür edərək, yubiley tədbirlərində Azərbaycan hökumətinin təmsilçilərinin iştirakını iki tərəf və xalq arasında dostluq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirib. O, Dağıstan və Azərbaycan rəhbərliyinin görüşlərinin müntəzəm hal aldığını və yaxın vaxtlarda iqtisadi, mədəni əlaqələrin daha da dərinləşdirilməsi üçün müqavilə imzalanacağını bildirib. Y. Eyyubov isə Azərbaycan prezidentinin salamını çatdıraraq, onun tapşırığı ilə yubiley tədbirlərinə gəldiklərini söyləyib.

Yer imleri

Yetkileriniz

• Konu Acma Yetkiniz Yok
• Cevap Yazma Yetkiniz Yok
• Eklenti Yükleme Yetkiniz Yok
• Mesajınızı Değiştirme Yetkiniz Yok

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.