[b]Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən imtahanın nəticələri açıqlanıb[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Martın 19-da 29 dövlət orqanında 476 vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilən müsabiqə çərçivəsində keçirilən test imtahanının nəticələri açıqlanıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiyadan APA-ya daxil olan məlumata görə, imtahanın nəticələrinə əsasən namizədlərdən 324-ü mümkün baldan azı 80%-ni toplayaraq ilkin mərhələdən keçib. 148 namizəd imtahanda iştirak etməyib, 2 namizədin isə test imtahanının nəticələri ləğv edilib. Test imtahanından uğurla keçən namizədlər müsabiqənin söhbət mərhələsinə buraxılacaqlar. Söhbətin nəticələri balla qiymətləndiriləcək.
Azərbaycan Xəbərləri
Printable View

03-21-2008, 01:01 PMAPAVakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən imtahanın nəticələri açıqlanıb

03-21-2008, 01:21 PMAPAAzərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında baptist Zaur Balayev də var
[b]Azərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında baptist Zaur Balayev də var[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv fərmanı ilə azadlığa buraxılanlar arasında xristian-baptist Zaur Balayev də var.
[APA-nın məlumatına görə, Zaqatala rayonunun Əliabad kəndinin sakini olan baptist pastor Z. Balayev 2007-ci il mayın 20-də saxlanılıb. O, polisə müqavimət göstərməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. Ailə üzvləri isə onun dini baxışlarına görə həbs edildiyini bildirərək Z. Balayevin azad olunması üçün prezidentə müraciət ediblər. Maraqlıdır ki, ABŞ-ın keçmiş prezidenti Cimmi Karter də Z. Balayevin azadlığa buraxılması xahişi ilə Azərbaycan prezidentinə məktub ünvanlayıb. -
03-21-2008, 01:51 PMAPATürkiyədə partiya lideri, iki baş redaktor və keçmiş rektor həbs olunublar
[b]Türkiyədə partiya lideri, iki baş redaktor və keçmiş rektor həbs olunublar[b]
Ankara - APA. Türkiyə İşçi Partiyasının lideri Doğu Pərinçək, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Səlcuq və İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlu həbs olunublar.
[APA-nın məlumatına görə, İşçi Partiyasının sədr müavini Fərid İlsevər, "Aydınlıq" jurnalının baş redaktoru Sərhan Bolluq, jurnalist Adnan Akfırat və iş adamı İbrahim Benli də bu gün səhər Ankara və İstanbul əmniyyət müdirliklərinin (polis idarələri) terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər Türkiyə mətbuatında "Ergenekon" adlandırılan gizli təşkilata qarşı aparılan istintaq çərçivəsində həbs ediliblər. Onların evlərində və iş yerlərində axtarış aparılıb. Qeyd edək ki, Türkiyədə "laik cəbhə"nin (dünyəvi dövlət tərəfdarlarının) önəmli simaları hesab olunan D. Pərinçək, İ. Səlcuq və K. Ələmdaroğlu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı sərt mövqeləri ilə tanınırlar. "Aydınlıq" jurnalı İşçi Partiyasına, "Cümhuriyyət" qəzeti isə ana müxalifət - Cümhuriyyət Xalq Partiyasına yaxın mətbuat orqanıdır. Xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub. -
03-21-2008, 02:01 PMAPALənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib
[b]Lənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib[b]
Bakı. Samir Kazımlı - APA. Lənkəran rayon sakini, 44 yaşlı Baləli Rəcəb oğlu Həsənov martın 19-da saat 18 radələrində Bakı şəhərinin Fikrət Əmirov küçəsində yerləşən "Biznes Server Senter" hüquq müəssisəsinin rəhbəri, Bakı şəhər sakini, 50 yaşlı İkram Fikrət oğlu Mütəllimova hədə-qorxu gəldiyi üçün polislər tərəfindən saxlanılıb.
[Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsindən APA-ya verilən məlumata görə, B. Həsənov əlindəki neftlə dolu qabı İ. Mütəllimova göstərərək 9500 dollar borcunu verməyəcəyı təqdirdə, onu və avtomobilini yandıracağını deyib. Hadisə barədə polisə məlumat verildikdən sonra B. Həsənov saxlanılaraq 22-ci bölməyə aparılıb. Bölmədən bildiriblər ki, ilkin təhqiqat materialları toplanaraq araşdırma üçün Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsindən isə B. Həsənovun ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını açıqlayıblar: "Baləli Həsənov ifadə verərkən İkram Mütəllimovun ona pul borclu olduğunu bildirib. İkram Mütəllimov isə onun dediklərinin yalan olduğunu söyləyir. Hələlik faktla bağlı araşdırma aparılır". -
03-21-2008, 03:01 PMAPAAŞ PA-nın aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək
[b]AŞ PA-nın aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası çərçivəsində Avropa İnsan Haqları Məhkəməsinə hakimlərin seçkisi də keçiriləcək.
[Avropa Şurası baş ofisindən APA-ya verilən məlumata görə, namizədlərin arasında martın 7-də hakimlərin seçilməsi üzrə alt komitədə müsahibədən uğurla keçən 3 azərbaycanlı - Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifova da var. Qeyd edək ki, namizədlərlə bağlı prinsipial qərarı AŞ PA Bürosu verəcək. -
03-21-2008, 03:21 PMAPAİlham Əliyev: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var"
[b]İlham Əliyev: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var"[b]
Bakı. Ülviyyə Əliyeva-APA. "Son bir neçə ildə ÜDM-in artım sürətinə görə, Azərbaycan dünyada liderdir, dörd ildə ÜDM 96 faiz artıb. Bu, bizə kifayət qədər maliyyə ehtiyatları toplamağa və fəal sosial siyasət yeritməyə imkan verib. Bu sanballı rəqəmlərlə yanaşı, mənim üçün bəlkə də ən əhəmiyyətlisi odur ki, ötən dörd ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 16 faizə düşüb".
[APA-nın məlumatına görə, bu fikirər Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın "İnterfax" agentliyinə müsahibəsindəndir. Prezident müsahibəsində bildirib ki, son dörd ildə 650 mindən çox iş yeri yaradılıb ki, bunun da 450 mindən çoxu daimi iş yerləridir. 8,5 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər yüksək göstəricidir: " İri infrastruktur layihələri reallaşdırılır, bu gün neft strategiyasını uğurla həyata keçirən Azərbaycan öz neftini üç ölkənin - Rusiya, Gürcüstan və Türkiyə ərazisindən keçən üç boru kəməri vasitəsilə ixrac etmək imkanına malikdir. Bundan əlavə, Azərbaycan qazını tarixdə ilk dəfə dünya bazarına çıxaran kəmər inşa edilib. Sosial sahədə çox şeydən, investisiyalar, səhiyyə, təhsil barədə danışmaq olar. Son 4 ildə 1200 məktəb tikilib, onların hamısı kompyuterləşdirilib. Səhiyyəyə, insanları narahat edən digər məsələlərə - infrastruktura, elektrik stansiyalarına, su, qaz kəmərlərinə, ekoloji proqramlara böyük vəsait qoyuruq. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, onunla bağlı proqram olmasın". Prezident bildirib ki, o, seçkilərə sadaladığı nəticələrlə gedir: "Mənim Prezident kimi deməyə, hesabat verməyə sözüm var. Mən verdiyim vədlərin hamısını yerinə yetirmişəm. Onu da deyim ki, bəzi vədlərim kimlərəsə real görünmürdü. Məsələn, 2003-cü ildə prezident seçkiləri ərəfəsində mən deyirdim ki, ölkədə 600 min iş yeri yaradılacaq. Çoxları təəccüblənirdi ki, beş il ərzində bunu etmək necə mümkün olacaq. Biz isə buna nail olduq. Mən demişdim ki, beş ildən sonra ölkəmizdə bir çadır düşərgəsi qalmayacaq. Həmin düşərgələrdə isə on minlərlə insan yaşayırdı. On iki çadır düşərgəsindən axırıncısı bu il ləğv edilib, bütün qaçqın və məcburi köçkünlər yeni evlərə köçürülüb". Azərbaycan prezidenti bildirib ki, yaxın 10 il ərzində ölkəyə enerji layihələrinin həyata keçirilməsindən yüz milyardlarla dollar gəlir gəlməsi gözlənilir: "Biz Azərbaycanı inkişaf etmiş, demokratik dövlət kimi, insanların sülh, qarşılıqlı anlaşma və sosial ədalət şəraitində yaşadığı müasir dövlət kimi görürük. Mən Azərbaycanı belə bir ölkə kimi görmək istəyirəm və buna nail olmaq üçün bizim hər cür imkanımız var. Xalqın iradəsi, sabitlik, cəmiyyət və iqtidar arasında birlik var. Əhalinin dəstəyi olmasaydı, bizim proqramların heç biri həyata keçirilə bilməzdi. Ölkəmizdə maliyyə ehtiyatları var, sabitlik var, qonşularımızla yaxşı münasibətlər yaratmışıq, bu da hər bir ölkə üçün vacibdir. Buna görə də mən Azərbaycanın gələcəyinə nikbinliklə baxıram və Azərbaycanın çox parlaq gələcəyinə əminəm". -
03-21-2008, 03:36 PMAPA"Depo-3" MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb
[b]"Depo-3" MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb[b]
Bakı. Samir Kazımlı - APA. Bakı şəhərinin Xəta rayonunun NZS qəsəbəsində yerləşən "Depo-3" MMC-də növbə rəisi vəzifəsində işləyən Qusar rayonunun Yuxarı Kaluxmuxun kəndinin sakini Farız Şərafəddin oğlu Babayevin intihar etdiyinə dair yazı yazılmış kağız tapılıb.
[Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsindən APA-ya verilən məlumata görə, martın 20-də polis əməkdaşları Milli Parkda F. Babayev tərəfindən yazıldığı ehtimal olunan və "mən özümü asmışam" sözləri yazılmış kağız aşkarlayıblar. Bölmədən bildirdilər ki, bununla bağlı F. Babayevin yaxınları və iş yoldaşları dindirilib: "Dindirmə zamanı Farız Babayevin iş yoldaşları deyiblər ki, o, Moskva şəhərinə getmək istəyirmiş. Hələlik Farız Babayevin harada olduğu, intihar edib-etmədiyi haqda dəqiq məlumat yoxdur. Hadisə ilə bağlı respublika üzrə bütün polis idarələrinə və digər orqanlara sorğu göndərilib". Bölmədən onu da bildiriblər ki, tapılan kağızda F. Babayev həmkəndliləri ilə mübahisə etdiyi üçün özünə qəsd edəcəyini yazıb. Qohumları ifadələrində F. Babayevin normal insan olduğunu deyiblər. Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsində araşdırma davam edir. -
03-21-2008, 03:46 PMAPAORT-nin jurnalisti qətlə yetirilib
[b]ORT-nin jurnalisti qətlə yetirilib[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Rusiyanın ORT telekanalının jurnalisti İlyas Şurpayev Moskvada qətlə yetirilib.
[APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, jurnalistin meyiti şəhərin şimal-şərqində kirayəyə götürdüyü mənzildə tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbə İ. Şurpayevin şalvar kəməri ilə boğularaq öldürüldüyünü deyib. O bildirib ki, hadisədən sonra mənzildə yanğın da başlayıb, lakin onu söndürmək mümkün olub. Qətlin məişət zəminində baş verdiyi güman olunsa da, istintaq telejurnalistin peşə fəaliyyəti ilə əlaqədar öldürüldüyü versiyası üzərində də işləyir. İstintaqı aparan Moskva şəhər Prokurorluğu hadisə zamanı mənzildə bir neçə nəfərin olduğunu müəyyənləşdirib. Həmin şəxsləri görən qonşular dindirilib. Qeyd edək ki, 33 yaşlı İlyas Şurpayev son vaxtlar Dağıstan və Abxaziyadakı vəziyyətlə bağlı reportajlar hazırlamaqla məşğul olub. O, əvvəl Çeçenistandan da reportajlar hazırlayıb. -
03-22-2008, 12:26 PMAPAMDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar
[b]MDB ölkələrinin xarici işlər nazirləri martın 28-də Moskvada toplaşacaqlar[b]
Bakı. Laçın Sultanova-APA. Martın 28-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, görüşdə MDB çərçivəsində geniş əməkdaşlığı nəzərdə tutan bir sıra məsələlər müzakirə olunacaq.
[Əsas müzakirə mövzularından biri də ötən il oktyabrın 5-də Düşənbədə keçirilmiş MDB sammitində qəbul olunmuş birliyin gələcək inkişaf Konsepsiyasının həyata keçməsi üçün əsas tədbirlər Planın yerinə yetirilməsinin vəziyyəti olacaq. Nazirlər həmçinin humanitar sahədə əməkdaşlıq, birliyin strukturlarının fəaliyyət mexanizminin təkminləşdirilməsi, təhlükəsizlik və qayda-qanunun təmin olunması məsələlərinə baxacaqlar. İclasda həmçinin bir sıra kadr və təşkilatı-protokol xarakterli məsələlərə də baxılacağı gözlənilir. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahimin sözlərinə görə, Şuranın iclasında Azərbaycan iştirak edəcək. -
03-22-2008, 12:31 PMAPADağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov qətlə yetirilib
[b]Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov qətlə yetirilib[b]
Mahaçqala. İslam Kərimov-APA. Dünən axşam saatlarında Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin sədri Hacı Abaşilov Mahaçqala şəhərinin mərkəzində qətlə yetirilib.
[APA-nın Dağıstan bürosunun respublikanın Daxili işlər Nazirliyindən aldığı məlumata görə, Hacı Abaşilov şəhərdəki iri dükanlardan birindən çıxıb özünün "Hunday -Sonata" markalı avtomobilinə oturduqdan sonra maşın avtomat silahlardan atəşə tutulub. Komitə sədri aldığı güllə yaralarından hadisə yerində keçinib. Onun sürücüsü isə xəstəxanaya çatdırılıb. Qətli törədənlər istifadə etdikləri "Jiquli" markalı avtomobili yaxınlıqdakı küçələrdən birində saxlayaraq, ərazini tərk ediblər. Hadisə yerinə gələn milis əməkdaşları ətraf ərazilərdə axtarış tədbirləri həyata keçirsələr də, hələlik saxlanılan yoxdur. İlkin xəbərlərə əsasən, avtomobilə 20-dən çox güllə atılıb. Mərhum sədr hadisədən öncə ORT-nin Moskvada qətlə yetirilmiş ,əslən dağıstanlı olan jurnalisti İlyas Şurpayevin yas mərasimində iştirak edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Dağıstan bürosuna verilən son məlumata görə, cinayət işinin araşdırılmasına Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka şəxsən nəzarət edir. Rusiya Baş Prokurorluğunun Cənub Federal Dairəsi ilə Dağıstan Prokurorluğunun Baş İstintaq İdarələri birgə təhqiqat aparırlar. İlkin versiyaya əsasən ,Hacı Abaşilovun öldürülməsi onun peşə fəaliyyəti ilə əlaqədardır. Qeyd edək ki, 58 yaşlı Hacı Abaşilov Dağıstanda tanınmış jurnalisti və ziyalılardandır. O, 10 ilə qədər "Molodyoj Daqestana" qəzetinin baş redaktoru olub. Bundan sonra milli siyasət, informasiya və xarici əlaqələr nazirinin müavini işləyən Hacı Abaşilov bir il Dağıstan Dövlət Televiziya və Radio Komitəsinə başçılıq edib. Onu da əlavə edək ki, Dağıstan Dövlət Televiziya və Radio Komitəsinin keçmiş sədri Tayqibat Abdusamadova da 2004-cü ildə odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb. -
03-22-2008, 12:46 PMAPAGürcüstanda parlament seçkiləri bu il mayın 21-də keçiriləcək
[b]Gürcüstanda parlament seçkiləri bu il mayın 21-də keçiriləcək[b]
Bakı. Laçın Sultanova-APA. Bu il mayın 21-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək.
[APA-nın Gürcüstan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərarı prezident bu il yanvarın 5-də keçirilmiş plebistsitin və müxalifətlə olan məsləhətləşmələrin nəticələri əsasında qəbul edib. Dörd il müddətinə seçiləcək parlamentdə deputat yerləri azaldılacaq. 2003-cü il noyabrın 2-də keçirilmiş referendumun nəticələrinə görə, Gürcüstanda deputatların sayı 235-dən 150-ə endirilib. -
03-22-2008, 12:56 PMAPATürkmənistan prezidenti NATO-nun sammitində iştirak edəcək
[b]Türkmənistan prezidenti NATO-nun sammitində iştirak edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədov bu il aprelin 2-4-də Buxarestdə keçiriləcək NATO sammitində iştirak edəcək. APA-nın Türkmənistan Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının iclasında bu ölkənin müdafiə naziri Ağageldı Məmmədgeldiyev prezidentin Buxarestə səfərinə hazırlıq işləri getdiyi barədə məruzə edib. -
03-22-2008, 01:26 PMAPANATO-nun Buxarestdə keçiriləcək zirvə toplantısının gündəliyi açıqlanıb
[b]NATO-nun Buxarestdə keçiriləcək zirvə toplantısının gündəliyi açıqlanıb[b]
Buxarest. Fəxri Kərimli-APA. NATO-nun bu il aprelin 2-4-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək sammitinin gündəliyi açıqlanıb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə. NATO-nun tarixində ilk dəfə keçirilən ən böyük zirvə toplantısına 24 ölkə başçısı, 26 hökumət rəhbəri, 87 nazirin qatılması gözlənilir.
[Toplantıda NATO-nun genişlənməsi, Əfqanıstandakı hazırkı vəziyyət və burada sülhməramlı kontingentin artırılması məsələləri müzakirə olunacaq. Sammit çərçivəsində Albaniya, Xorvatiya və Makedoniyanın NATO-ya üzv olması üçün rəsmi dəvət olunacağı gözlənilir. Eyni zamanda Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi müzakirə oluna bilər. Zirvədə ABŞ-ın Polşa və Çex Respublikasında yeni raket hücumundan müdafiə sistemini elementlərini qurmaq istəyi ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda NATO-nun Türkiyə, Rumıniya və Yunanıstanda qısa mənzilli raket hücumundan müdafiə sistemləri qurulması ilə bağlı təkliflər də gözdən keçiriləcək. Sammitin işinə ABŞ prezidenti Corc Buş, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyip Ərdoğan da qatılacaq. Qeyd edək ki, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev sammitdə enerji təhlükəsizliyi məsələlərinin və "dondurulmuş münaqişələr" kontekstində Cənubi Qafqazdakı münaqişələrlə bağlı məsələnin də müzakirəsinin gözlənildiyini vurğulayıb. -
03-22-2008, 02:46 PMAPAAzərbaycanın paytaxtında məhkum avtomobil qaçırıb
[b]Azərbaycanın paytaxtında məhkum avtomobil qaçırıb[b]
Bakı. Samir Kazımlı-APA. Dünən Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bir avtomobil oğrusu tutulub.
[Belə ki, bu il martın 20-də saat 19.00 radələrində Ə. Ələkbərov küçəsindən Bakı şəhər sakini 30 yaşlı Natiq Ramiq oğlu Əliyevə məxsus "Mercedes" markalı Az 10 ZV 581 nömrə nişanlı avtomobil qaçırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində avtomobili qaçıran şəxs , 39 yaşlı Akif Yəhya oğlu Məmiyev maşınla birlikdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaxalanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı A. Məmiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin məhkumu olması müəyyənləşib.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır. -
03-22-2008, 03:16 PMAPADaha bir insan alverçisi həbs olunub
[b]Daha bir insan alverçisi həbs olunub[b]
[Bakı. Samir Kazımlı-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mülayim Seyidzadə həbs edilib. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, o, gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyurmuş. -
03-22-2008, 03:21 PMAPATürkiyədə "Ərgenəkon" əməliyyatı ilə bağlı həbslər artır
[b]Türkiyədə "Ərgenəkon" əməliyyatı ilə bağlı həbslər artır[b]
Ankara. Mayis Əlizadə-APA. Türkiyədə "Ərgenəkon" adlı əməliyyatla bağlı son həbslərdən sonra ölkədə daxili siyasi vəziyyət gərginləşib. APA-nın Türkiyə bürosunun məlumatına görə, dünən həbs olunmuş İşçi Partiyasının lideri Doğu Pərinçək, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Səlcuq və İstanbul Universitetinin keçmiş rektoru Kamal Ələmdaroğlunun daxil olduğu 12 nəfər bu gün polisdə dindiriliblər.
[Bu gün istintaqa ifadə verənlər arasında saxlanılanlardan iş adamı İbrahim Benli, Beynəlxalq kanalın baş direktoru Fərid İlsevər, "Aydınlıq" jurnalının baş redaktoru Sərhan Bolluq, jurnalist Adnan Ağfırat, Doğu Perinçekin mühafizəçisi Yusif Beşərik də var. Əməliyyatların davam etdirilməsi ilə daha iki mühafizəçi və Beynəlxalq kanalın iki əməkdaşı da saxlanılıb. Saxlanılanlardan 4-ü bu gecə Ədliyyə Tibb Mərkəzində müayinə edilib. Əldə olunan məlumatlara görə, "Susurluq" insidentində adı hallandırılan və xalq arasında "Kocaeli çetesinin lideri" kimi tanınan Hadi Özcan da dünən cəza çəkdiyi həbsxanadan gətirilərək, "Ərgenəkon" istintaqı çərçivəsində dindirilib. "Cümhuriyyət" qəzetinin baş redaktoru İ. Səlcuğun vəkillərinin onun xəstə olmasına dair həkim arayışlarını təqdim edərək, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı xahişi isə rədd edilib. Bu gün İlhan Səlçuğun "Cümhuriyyət"dəki "Pəncərə" adlı köşəsi isə boş buraxılıb. Qəzetin özü isə "Susdura bilməyəcəklər" adlı manşetlə işıq üzü görüb. APA-nın yerli bürosunun məlumatına görə, qəzetin önündə qeyri-hökumət təşkilatları və oxucular dəstək mitinqlərini davam etdirirlər. Həmçinin bu gün İ. Səlcuğun həbsinə etiraz olaraq "Cümhuriyyət" qəzetini alanların sayı artıb. Qəzet bugünkü sayında yaydığı açıqlamasında oyunlara alət olmayacağını qeyd edilib: "Adını Atatürkün verdiyi "Cümhuriyyət" qəzeti qurulduğundan bəri 84 ildir ki, demokratik, dünyəvi və sosial hüquq dövləti sisteminin müdafiəçisidir. Biz bu yolda çox şəhid verib, çox zərbələri atlatmışıq. "Cümhuriyyət" qəzeti demokratik haqq və azadlıqların, dünyəvi Atatürk Cümhuriyyətinin qorunması ilə bağlı mübarizəsini davam etdirəcək". Dünən Fransanın Mətbuat Agentliyi isə ilk olaraq, həbs edilənlərin türk yazıçısı Orxan Pamuka sui-qəsd planı ilə bağlı saxlanıldıqları ilə bağlı xəbər yayıb. Maraqlıdır ki, bu xəbərini Türkiyənin "Anadolu" Agentliyinə istinadın yayan agentlik sonradan səhvini düzəldərək, təkzib verib. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da "Ərgenəkon" əməliyyatlı ilə bağlı bir çox tanınmış şəxsin saxlanılmasına münasibət bildirib. O, "Ərgenəkon" əməliyyatını İtaliyadakı "Təmiz əllər" əməliyyatına bənzədib: "Artıq Türkiyədə çetələr və mafiyalar olmayacaq, bu məsələdə qərarlıyıq" deyib. Qeyd edək ki, Türkiyədə "laik cəbhə"nin (dünyəvi dövlət tərəfdarlarının) önəmli simaları hesab olunan D. Pərinçək, İ. Səlcuq və K. Ələmdaroğlu hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı sərt mövqeləri ilə tanınırlar. "Aydınlıq" jurnalı İşçi Partiyasına, "Cümhuriyyət" qəzeti isə ana müxalifət - Cümhuriyyət Xalq Partiyasına yaxın mətbuat orqanıdır. Xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub. -
03-22-2008, 03:46 PMAPAABŞ bu ölkənin təyyarələrin qanunsuz olaraq İrana satdığına görə, erməni şirkətinə sanksiya tətbiq edib
[b]ABŞ bu ölkənin təyyarələrin qanunsuz olaraq İrana satdığına görə, erməni şirkətinə sanksiya tətbiq edib[b]
Bakı. Elmin-İbrahimov-APA. ABŞ hökuməti İrana ixrac olunmasının qadağan olduğunu bilə-bilə bu ölkəyə ABŞ istehsalı olan təyyarələrin satılmasına dair müqavilə bağladığına görə, erməni şirkətinə sanksiyalar tətbiq edib.
[APA-nın məlumatına görə, erməni şirkəti "Blue Airways" Britaniyanın "Balli Group PLC" və İranın "Mahan Airways" ilə işbirliyi quraraq, ABŞ istehsalı olan 3 təyyarənin İrana ixracın təşkil edib və daha 3 təyyarənin yaxın vaxtlarda bu ölkəyə satılmasına dair müqavilə bağlayıb. Bundan başqa, onlar ABŞ-a təyyarələrinin son istifadəçisi və çatdırılma ünvanı barədə yanlış deklarasiya təqdim ediblər. Xatırladaq ki, ABŞ İxrac Qurumunun qərarına əsasən, strateji məhsulların və avadanlığın İrana satılması qadağandır. -
03-23-2008, 02:11 PMAPAAzərbaycan prezidenti Pakistanın milli bayramı münasibətilə Pərviz Müşərrəfi təbrik edib
[b]Azərbaycan prezidenti Pakistanın milli bayramı münasibətilə Pərviz Müşərrəfi təbrik edib[b]
[Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistanın milli bayramı münasibətilə bu ölkənin prezidenti Pərviz Müşərrəfi təbrik edib. APA-nın məlumatına görə, prezident həmkarını və onun simasında xalqını təbrik edib: "Bu gün Azərbaycan-Pakistan əməkdaşlığı müvəffəqiyyətlə inkişaf etməkdə və möhkəmlənməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin dərinləşməsi, ikitərəfli münasibətlərimizin əhatə dairəsinin genişlənməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir". -
03-23-2008, 02:16 PMAPATovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib
[b]Tovuzda Novruz bayramı münasibəti ilə tədbir keçirilib[b]
[Tovuz. Ayxan Hüseynov - APA. Tovuz rayonunda Novruz bayramı münasibəti ilə böyük bayram tədbiri təşkil edilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbirdə yerli əhali ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkilləri Qənirə Paşayeva, Nazim Məmmədov və İraqın Azərbaycandakı səfiri Ərşad İsmayıl ailəsi birlikdə iştirak edib. Tovuz rayonunun mərkəzi meydanında təşkil olunmuş bayram tədbirində idmançılar və pəhləvanlar öz məharətlərini göstəriblər. Bayram tədbirində çıxış edən İraqın ölkəmizdəki səfiri Ərşad İsmayıl əslən İraqın Kərkük şəhərindən olduğunu bildirərək, Azərbaycanın adət-ənənələrinin və dilinin onun üçün doğma olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva və Tovuz RİH başçısı Tofiq Zeynalov da tədbir iştirakçılarını və rayon əhalisini bayram münasibəti ilə təbrik ediblər.Bayram münasibəti Tovuz rayonunda təşkil edilən konsertdə xalq artistləri Zaur Rzayev, Zümrüd Məmmədova, gənc müğənni Xaliq və populyar müğənni Tünzalə Ağayevanın ifalarında şən mahnılar səslənib. Konsertdə həmçinin Tünzalə Ağayevanın ifasında sözləri Qənirə Paşayevaya aid və "Ruhani" havası üzərində oranjeman edilmiş "Azərbaycan balası" mahnısı ilk dəfə səslənib və tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. /APA/ -
03-23-2008, 02:21 PMAPA"Azadlıq" bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir
[b]"Azadlıq" bloku öz toplantılarını keçirmək üçün yer tapa bilmir[b]
[Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Liberal Partiyası (ALP) qərargahından çıxarıldıqdan sonra partiyanın üzv olduğu "Azadlıq" bloku öz toplantılarını keçirmək problemi ilə qarşılaşıb. Blokun Sədrlər Şurasının üzvü Əli Əliyevin APA-ya verdiyi məlumata görə, ALP qərargahdan çıxdıqdan sonra blokun iclasları keçirilməyib. Bayram günlərindən sonra problemin həll olunacağını bildirən Ə. Əliyev blok üzvü olan partiyalardan birinin yeni ofis alacağını qeyd edib: "Biz hələlik hansı partiyanın ofis alacağını açıqlamaq istəmirik. Amma yaxın günlərdə blok öz toplantılarını keçirmək üçün daha yaxşı imkan əldə edəcək". -
03-23-2008, 02:26 PMAPAABŞ-ın İraqdakı itkilərinin sayı 3996-ya çatıb
[b]ABŞ-ın İraqdakı itkilərinin sayı 3996-ya çatıb[b]
Bağdad - APA. İraqın Bağdadda baş verən partlayış nəticəsində 3 ABŞ hərbçisi həlak olub.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu insident ABŞ prezidenti Corc Buşun "Biz qələbə yoluna çıxmışıq və bu yolda inamla irəliləyirik" bəyanatından üç gün sonra baş verib. Bununla da İraqa hərbi müdaxilə başlayandan bəri bu ölkədə həlak olan ABŞ hərbçilərinin sayı 3996-ya çatıb. -
03-23-2008, 02:31 PMAPASabir Rüstəmxanlı Almaniyaya gedir
[b]Sabir Rüstəmxanlı Almaniyaya gedir[b]
[Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr əvəzi Sabir Rüstəmxanlı Almaniyaya səfər edəcək. DAK Mətbuat və İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı səfər zamanı martın 27-də Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının iclasında da iştirak edəcək. Burada onun diaspora təşkilatlarının fəaliyyətinə dair məruzə ilə çıxışı etməsi də nəzərdə tutulub. Səfər çərçivəsində S. Rüstəmxanlının dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları görüşləri də planlaşdırılıb.Qeyd edək ki, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası, Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilən I Forumunda qəbul olunan Bakı Bəyannaməsinə uyğun olaraq təşkil ediləcək. İclasda Koordinasiya Şurasının həmsədrləri seçiləcək, Azərbaycan və Türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr müəyyənləşdiriləcək. -
03-23-2008, 02:36 PMAPAErmənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb
[b]Ermənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb[b]
İrəvan - APA. Ermənistan Baş Prokurorluğu həbs olunan müxalifətçilərin siyahısını açıqlayıb. APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, siyahıda 106 nəfərin adı əksini tapıb.
[Həbs olunanların ən böyüyü 1940-cı, ən kiçiyi isə 1988-ci il təvəllüdlüdür. Bundan başqa, 3 nəfərdən başqa yerə getməmək barədə iltizam alınıb, dörd nəfər (Nikol Paşinyan, Xaçatur Sukiasyan, Armen Vardanyan, Lendruş Tonoyan) barəsində isə axtarış elan edilib. Cinayət məsuliyyətinə cəlb olunmuş müxalifətçilər kütləvi iğtişaş törətməkdə, hakimiyyət təmsilçilərinin qanuni tələblərini yerinə yetirməməkdə, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq törətməkdə, dövlət hakimiyyətini mənimsəməyə cəhddə, qanunsuz silah saxlamaqda və cinayəti bilib xəbər verməməkdə ittiham olunurlar. -
03-23-2008, 02:41 PMAPAAraz Əlizadə Moskvadan qayıdıb
[b]Araz Əlizadə Moskvadan qayıdıb[b]
[Bakı. Ramil Məmmədov - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Rusiyanın paytaxtı Moskvada müalicəsini başa vurduqdan sonra ölkəyə qayıdıb. Bu barədə APA-ya A. Əlizadə özü məlumat verib. Onun sözlərinə görə, bu ilin yanvarından revmatizm xəstəliyindən əziyyət çəkdiyi üçün Moskvada yerləşən xəstəxanaların birində müalicə olunub. O, müalicənin qənaətbəxş yekunlaşdığını və hazırda özünü normal hiss etdiyini deyib: "Azərbaycana Novruz bayramından bir neçə gün əvvəl qayıtdım. Səhhətim normaldır və siyasi fəaliyyətimi davam etdirmək iqtidarındayam". A. Əlizadə Moskvada olduğu müddət ərazində bir neçə dəfə ASDP həmsədri Ayaz Mütəllibovla görüşdüyünü də bildirib: "Bu görüşlərin heç biri işgüzar xarakterli olmayıb". -
03-23-2008, 02:46 PMAPAƏli Əliyev: "Azadlıq" bloku "beşlər" formatına daxil olmaq fikrində deyil"
[b]Əli Əliyev: "Azadlıq" bloku "beşlər" formatına daxil olmaq fikrində deyil"[b]
[Bakı. Elnur Məmmədli - APA. "Azadlıq" bloku "beşlər" formatında təmsil olunan müxalifətçi partiyaların qurumuna daxil olmaq fikrində deyil. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Onun sözlərinə görə, "Azadlıq" blokunda olan partiyalara yalnız bir dəfə bu formatda təmsil olunmaq üçün təklif gəlib ki, həmin vaxt da bundan imtina edilib. Başqa qurumların perspektivinə münasibət bildirmək istəmədiyini deyən Ə. Əliyevin sözlərinə görə, hazırkı məqamda ən uğurlu və sınaqdan çıxmış format "Azadlıq" blokudur. Onun fikrincə, blokda olan partiyaların liderləri də bunu dərk etdiyindən, başqa bir formatda təmsil olunmaq fikrində deyillər: "Hansına formata qatılmaq konkret hallarda müzakirə oluna bilər. "Azadlıq" blokunun başqa bir qurumda təmsil olunması bizim üçün kifayət qədər ziyanlı ola bilər. "Beşlər" və başqa partiyalarla ayrı-ayrı məsələlərdə yalnız prinsipcə əməkdaşlıq ola bilər".Qeyd edək ki, "beşlər" formatında təmsil olunan partiyalar 5 illik birgə fəaliyyət üçün saziş layihəsi hazırlayırlar. Burada formatın genişləndirilməsi də nəzərdə tutulur. "Beşlər"də Müsavat, Demokrat, Milli İstiqlal, Tərəqqi partiyaları və "Azərbaycan Naminə" ictimai Forum təmsil olunur. -
03-23-2008, 02:51 PMAPAAzərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır
[b]Azərbaycanın kommunist partiyaları bir-biri ilə əməkdaşlığı mümkün saymır[b]
[Bakı. Ramil Məmmədli - APA. "Azərbaycanda əməkdaşlıq edilməsi mümkün olan və sağlam bünövrəyə malik kommunist partiyası yoxdur". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) qanadlarından birinin sədri Rauf Qurbanov deyib. O bildirib ki, Azərbaycanda sol təmayüllü siyasi partiyaları özündə birləşdirən bloka ehtiyac olsa da, bunun yaranması mümkün deyil. R. Qurbanov bunun səbəblərini də açıqlayıb: "Azərbaycanda fəaliyyət göstərən digər kommunist partiyaları ilə blok təsis etməyin perspektivi yoxdur. Çünki azacıq gərginlik yaranan kimi bu partiyalar məsuliyyəti öz üzərilərindən ata bilərlər. Onların birliyi daha çox qum topasına bənzəyir. Külək əsən kimi bu qum topası sovurulub dağılacaq". O, gələcəkdə belə bir birliyin mümkünlüyünü də istisna etməyib: "Azərbaycanda təşkilatı problemləri həll olunan kommunist yönümlü partiyalar formalaşarlarsa, onlarla əməkdaşlığa və ya blok təsis etməyə razı olarıq".AKP-nin digər qanadının sədri Ələsgər Xəlilov isə solçu partiyaların blokunun yaradılması ilə bağlı keçmiş partiya rəhbəri Rüstəm Şahsuvarovun təşəbbüsünü tənqid edib. Ə. Xəlilov deyib ki, R. Şahsuvarov partiyada müzakirə olunmadan solçu partiyaların blokunun yaradılması ilə bağlı işlərə başlandığı haqda bəyanatlar verib. Bu da partiya daxilində narazılıq yaradıb. Onun sözlərinə görə, hazırda təmsil etdiyi qurumun hər hansı blokda təmsil olunması müzakirə mövzusu deyil. O, qurumda təşkilatı işlərə önəm verildiyini və hazırda bu istiqamətdə tədbirlər görüldüyünü deyib: "Partiyadaxili işlər öz həllini tapdıqdan sonra bu barədə düşünmək olar. Hələlik isə partiya heç bir blokun yaradılmasında iştirak etməyəcək". -
03-23-2008, 02:56 PMAPAPiter Semnebi İrəvanda Levon Ter-Petrosyanla görüşüb
[b]Piter Semnebi İrəvanda Levon Ter-Petrosyanla görüşüb[b]
İrəvan - APA. Ermənistan müxalifətinin lideri, ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan İrəvanda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
[APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, görüşdə Fransanın Ermənistandakı səfiri Serj Smessov, Avropa Komissiyasının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Raul de Lüsenberger, Semnebinin siyasi müşaviri Andrey Didenko da iştirak edib. tərəflər ermənistandakı siyasi böhran vəziyyətini və ondan çıxış yollarını müzakirə ediblər.Qeyd edək ki, Piter Semnebi fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkədə yaranmış böhranı aradan qaldırmaq üçün artıq ikinci dəfədir İrəvana səfər edir. -
03-23-2008, 03:01 PMAPAErmənistanın müdafiə naziri: "General Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək"
[b]Ermənistanın müdafiə naziri: "General Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək"[b]
İrəvan - APA. Ermənistan müdafiə nazirinin müavini, general Manvel Qriqoryanın öz vəzifəsində qalıb-qalmayacağını prezident müəyyənləşdirəcək.
[APA-nın Ermənistan KİV-lərinə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri Mikael Arutyunyan məlumat verib. Nazir Manvel Qriqoryanın aprelin 1-nə qədər məzuniyyətdə olduğunu söyləyib: "Onun məsələsini Ali Baş Komandan həll edəcək".Qeyd edək ki, Manvel Qriqoryan Ermənistanda keçirilən prezident seçkilərindən sonra müxalifətin tərəfinə keçmiş və Levon Ter-Petrosyanı dəstəkləmişdi. Ermənistan rəhbərliyi bir müddət bu faktı gizlətməyə çalışsa da, sonradan etiraf etmişdi. -
03-23-2008, 03:06 PMAPAİraqın Azərbaycandakı səfiri: "Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük"
[b]İraqın Azərbaycandakı səfiri: "Bizim ölkəmiz də işğal olunduğundan, Azərbaycanı yaxşı başa düşürük"[b]
Tovuz. Ayxan Hüseynov - APA. İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndinə səfər edib. APA-nın qərb bürosunun xəbərinə görə, səfiri millət vəkilləri Qənirə Paşayeva və Nazim Məmmədov müşayiət ediblər. Ərşad Ömər İsmayıl kənd sakinləri ilə görüşüb və onların problemləri ilə maraqlanıb.
[Sakinlər öz növbəsində xarici diplomata atəşkəsin tez-tez pozulması, kənd ərazisinin ermənilər tərəfindən yandırılması və s. haqda məlumat veriblər. Bundan sonra diplomat yerli sakinlərlə birgə bayram süfrəsi arxasında oturub.Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Ərşad Ömər İsmayıl bayram günündə Ermənistanla həmsərhəd olan kənddə sakinlərlə görüşməsindən çox şad olduğunu bildirib: "Mən çox şadam ki, Əlibəyli kəndinə ailəmlə birgə gəlib burada sakinlərin bayramlarını təbrik edirəm. İraq həmişə Azərbaycana dəstək olub və olacaq. Biz özümüz də işğal olunmuş bir ölkəyik, buna görə də Azərbaycanı yaxşı başa düşürük. Bu yaxınlarda BMT-də səsverməyə çıxarılmış məlum qətnamə layihəsinə səs vermiş 39 ölkədən biri də İraq idi. Biz arzu edirik ki, tezliklə bu problemlər öz həllini tapsın".Daha sonra səfir "N" saylı hərbi hissəyə baş çəkib və əsgərlərlə görüşüb. /APA/ -
03-23-2008, 03:11 PMAPAUcarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb
[b]Ucarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb[b]
[Ucar. Zahid Abışov - APA. Martın 21-dən 22-nə keçən gecə saat 02.30 radələrində Ucar rayon sakinləri 1953-cü il təvəllüdlü Nəsirov Ramiz Yusif oğlu, 1981-ci il təvəllüdlü Nəsirov Rahim Ramiz oğlu və 1981-ci il təvəllüdlü Nuriyev Əli Məhəmməd oğlu rayonun Qaradağlı kəndində bir qrup şəxs tərəfindən amansızlıqla döyülüb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, zərərçəkənlər polisə verdikləri şikayətdə bildiriblər ki, 30-dan artıq tanımadıqları şəxs taxta parçaları ilə heç bir səbəb göstərmədən onlara hücum ediblər. Zərərçəkənlər hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır. -
03-23-2008, 03:16 PMAPAXVI Benedikt İtaliyanın məşhur müsəlman jurnalistini xaç suyuna salıb
[b]XVI Benedikt İtaliyanın məşhur müsəlman jurnalistini xaç suyuna salıb[b]
Roma - APA. Roma papası XVI Benedikt İtaliyanın məşhur jurnalistlərindən olan Mehdi Əllamı xaç suyuna salıb.
[APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, müsəlman ailəsində doğulub böyüyən Mehdi Əllamın katolikliyi qəbul etməsi olduqca məxfi saxlanılıb və yalnız bir saat öncə elan olunub.Mehdi Əllam İslam ekstremizmini tənqid edən və İsraili müdafiə edə yazıları ilə məşhurlaşıb. Pantifikin İslam dini barədə ehtiyatsız fikir söyləməsindən sonra yaranmış qalmaqal zamanı Mehdi Əllam onu dəstəkləyib. Hazırda İtaliya polisi jurnalisti cidi mühafizə altına alıb. -
03-24-2008, 11:41 AMAPAErmənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri martın 23-də saat 20.00-dan 21.40-dək Ermənistan Respublikası Noyamberyan rayonu Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqelərini, saat 18.55-dən 22.50-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.50-dən 22.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, martın 24-də saat 04.00-dan 04.15-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-24-2008, 12:16 PMAPAAzərbaycanın hüquq müdafiəçiləri AŞ PA-nın aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər
[b]Azərbaycanın hüquq müdafiəçiləri AŞ PA-nın aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva Avropa Şurası Parlament Assambleyasının aprel sessiyası ərəfəsində Strasburqa səfər edəcəklər.
[Bu barədə APA-ya Səidə Qocamanlı bildirib. Hüquq müdafiəçisi deyib ki, səfərdə məqsəd Azərbaycanda insan hüquqlarının vəziyyəti, həbsdə olan xəstə məhkumlar, jurnalistlərlə bağlı AŞ PA təmsilçiləri ilə müzakirələr aparmaqdır. Hüquq müdafiəçilərinin AŞ PA-nın katibliyində, Siyasi və Monitorinq komitələrində, Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova, qurumun İnsan haqları üzrə komissarı Tomas Hammarberq və AŞ Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun üzvləri ilə görüşləri nəzərdə tutulub. -
03-24-2008, 12:26 PMAPA"Azəri-star" layihəsi başqa kanalda yayımlanacaq
[b]"Azəri-star" layihəsi başqa kanalda yayımlanacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. "Space" kanalında yayımlanan "Azəri-star" layihəsi bundan sonra "Lider" kanalında efirə çıxacaq. Layihənin rəhbəri Kamal Ceng İçten APA-ya açıqlamasında bildirib ki, bu təklif "Lider" kanalının rəhbərliyindən gəlib: "Biz bu təklifi çox gözəl qarşıladıq və qəbul etdik. Məsələni "Space" kanalının rəhbərliyinə də anlatdıq, onlar da bizimlə razılaşdılar. Yeni işbirliyinə başladığımız kanalda daha bir neçə layihənin reallaşmasını nəzərdə tutulur". K. C. İçtenin sözlərinə görə, bu gündən etibarən "Azəri-star-2008" yarışmasına sənəd qəbulu başlayır. Sənəd qəbulunun aprelin 5-dək davam edəcəyini vurğulayan layihə rəhbəri canlı yayıma aprelin ortalarında start veriləcəyini qeyd edib: "Bu ilki yarışmada bəzi dəyişikliklər olacaq. Münsiflər heyəti tamamilə dəyişiləcək və orada Azərbaycan şou-biznesinin ən tanınmış simaları təmsil olunacaq". Kamal Cenk İçten builki müsabiqənin formatının dəyişəcəyini də bildirib. -
03-24-2008, 12:41 PMAPAAzərbaycan müğənnisi Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında həftənin birincisi olub
[b]Azərbaycan müğənnisi Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında həftənin birincisi olub[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin "Popstar Alaturka" musiqi yarışmasında iştirak edən Azərbaycan müğənnisi Aygün Şükürova ötən həftənin birincisi olub.
[APA-nın məlumatına görə, əvvəlki həftə ərzində çıxmaq təhlükəsi ilə üzləşən A. Şükürova bu həftə münsiflər heyətindən 80 bal alıb. Münsiflər heyətində təmsil olunan Bülənt Ərsoy, Orxan Gəncəbay, Ebru Gündəş və Armağan Çağlayanın hərəsi həmyerlimizin ifa etdiyi hər iki mahnıya 10 bal verib. Müsabiqəni hazırda 5 iştirakçı davam etdirir. Yarışma 5 həftədən sonra başa çatacaq. -
03-24-2008, 01:06 PMAPA"Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri ABŞ və İsrailə qarşı terror aktları törətməyə çağırıb
[b]"Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri ABŞ və İsrailə qarşı terror aktları törətməyə çağırıb[b]
Fələstin-APA. "Əl-Qaidə"nin ikinci adamı Ayman əl-Zəvahiri radiomüraciət yararaq, müsəlmanları Fələstinin azadlığı uğrunda mübarizəyə səsləyib.
[APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 5 dəqiqəlik müraciətdə amerikalılara və israillilərə qarşı terror aktları təşkil etmək barədə çağırışlar yer alıb. Müraciəti bazar günü "Əl-Qaidə"nin təbliğata cavabdeh olan "Əl-Sahab" qruplaşması yayıb. Müraciətdə deyilir: "Onlara mümkün olan hər yerdə hücum edin. Qoy ABŞ və İsrail bilsin ki, müsəlmanların öldürülməsinə sərf olunan hər dollara görə qanları ilə cavab verəcəklər. Hədəflərini müəyyənləşdirin, pul toplayın, silah-sursat hazırlayın, mükəmməl planlar qurun və Allahın iradəsinə söykənərək, cənnətə qovuşmaq üçün hücuma keçin". Qeyd edək ki, bir neçə gün əvvəl "Əl-Qaidə"nin lideri Üsamə bin Ladenin də iki radiomüraciəti yayılıb. Müraciətlərdən birində o da müsəlmanları Fələstinin azadlığı uğrunda mübarizəyə çağırıb. -
03-24-2008, 01:11 PMAPAAzərbaycanın Lənkəran şəhərində yumurtadan dördayaqlı cücə çıxıb
[b]Azərbaycanın Lənkəran şəhərində yumurtadan dördayaqlı cücə çıxıb[b]
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda şəxsi təsərrüfatların birində qeyri-adi hadisə baş verib.
[APA-nın cənub bürosunun məlumatına görə, şəhər sakini Rəhilə Yusifqızının 14 yumurta ilə basdırdığı kürt toyuq 8 cücə çıxarıb ki, onlardan da biri dördayaqlıdır. Ev sahibəsi 54 illik həyatında ilk dəfə bu cür möcüzənin şahidi olduğunu bildirib. Hazırda cücənin vəziyyəti normal olsa da, yalnız bir ayağı üstə hərəkət edir. Cücənin sağ qalıb-qalmayacağı məlum deyil. -
03-24-2008, 01:16 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Tükəzban İsmayılovanın səhhəti ağır olaraq qalır. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindən APA-ya bildirilib ki, müğənnin səhhətində müsbət dinamika qeydə alınmayıb, o, hələ də süni nəfəs aparatına qoşulu vəziyyıtdıədir: "Tükəzban xanımın hələ ki, palataya köçürülməsi gözlənilmir". Qeyd edək ki, 85 yaşlı T. İsmayılova martın 6-da çanaq-bel sümüyündən əməliyyat olunub. Əməliyyatdan sonra xalq artistinin ağ ciyərində pnevmoniya baş qaldırıb. -
03-24-2008, 03:11 PMAPAİraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil partladılıb, ölən və yaralananlar var
[b]İraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil partladılıb, ölən və yaralananlar var[b]
Torkxam - APA. Əfqanıstan-Pakistan sərhədində yerləşən Torkxam gömrük məntəqəsində silsilə partlayışlar baş verib. APA-nın "Assoşieytd Press"ə istinadən verdiyi məlumata görə, İraqdakı NATO qüvvələri üçün benzin daşıyan 33 avtomobil ardıcıl olaraq partladılıb.
[Partlayış nəticəsində ən az 2 nəfərin öldüyü, 65-nin isə yaralandığı bildirilir. İnsident sərhədin Pakistan hissəsində baş verib. Xəsarət alanların əksəriyyəti yerli xəstəxanaya yerləşdirilib, ağır vəziyyətdə olan 8 nəfər isə Peşəvər xəstəxanasına aparılıb. Partlayış nəticəsində ümumilikdə 60 benzin daşıyan maşına ziyan dəyib, böyük əraziyə yanacaq dağılıb. Hadisə yerində irimiqyaslı yanğın başlayıb, hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Yerli hakimiyyət orqanlarının versiyasına görə, partlayış terror aktı nəticəsində baş verib. Lakin hələlik araşdırma getdiyinin hadisənin əsl səbəbləri məlum deyil. -
03-24-2008, 03:16 PMAPANovruz bayramı günlərində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb
[b]Novruz bayramı günlərində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Novruz bayramı günlərində paytaxtda yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə lazımi tədbirlər görülüb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, martın 20 və 21-də Bakı və paytaxt rayonların Yol Polis idarələrinin rəhbərliyi də daxil olmaqla, bütün əməkdaşlar sutka ərzində fəaliyyət göstəriblər. Şöbə rəisinin sözlərinə görə, martın 20 və 21-də 2 ölüm, 14 müxtəlif dərəcəli yaralanma halı qeydə alınıb. İki gündə 134 sərxoş sürücü saxlanılıb.