[b]Azərbaycan Ombudsmanı sabiq iqtisadi inkişaf naziri ilə görüşüb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, E. Süleymanova təcridxanada saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və İlkin İsmayılovla görüşüb. Həmin şəxslər saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı heç bir narazılıqlarının olmadığını bildiriblər. F. Əliyev bəzən ürəyində ağrıların olduğunu bildirərək, həkim tərəfindən müalicəsinin təşkil edilməsini, həmçinin Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində aparılmış müayinənin nəticəsinə dair rəyin ona verilməsini xahiş edib.
Azərbaycan Xəbərləri
Printable View

04-04-2008, 07:01 PMAPAAzərbaycan Ombudsmanı sabiq iqtisadi inkişaf naziri ilə görüşüb

04-04-2008, 07:06 PMAPAErmənilərin növbəti cəfəngiyyatı: "Talış xalqının əcdadı erməni etnosudur"
[b]Ermənilərin növbəti cəfəngiyyatı: "Talış xalqının əcdadı erməni etnosudur"[b]
Bakı. Məhbubə Qasımbəyli, Elbrus Seyfullayev - APA. İrəvanda "Talış xalq rəvayətləri və nağılları" adlı kitab çapdan çıxıb. APA-nın xəbərinə görə, kitab İrəvandakı "Qafqaz İranşünaslıq Mərkəzi"ndə Qurgen Melikyan Fondunun maliyyə dəstəyi ilə nəşr olunub.
[Redaktoru Qarnik Asatryan adlı erməni olan kitabın 20-22 may 2005-ci ildə İrəvan şəhərində keçirilən 1-ci "Beynəlxalq Talış Konfransı" ilə əlaqədar dərc olunduğu bildirilib. Kitabda Belarusun paytaxtı Minsk şəhərində fəaliyyət göstərən "Talış Mədəniyyətinin Dirçəliş Beynəlxalq Fondu"nun emblemi, "Talışlar ölkəsi" adlı xəritə dərc olunub və Azərbaycanın bir sıra ərazisi qondarma ölkənin hüdudlarına daxil edilib. Bundan başqa, kitabda talış və erməni dillərinin qrammatikası arasında sıx bağlılığın olduğu, eləcə də erməni leksikonuna məxsus çoxsaylı sözlərin talış dilində də geniş istifadə edildiyi iddiası ortaya qoyulub. Kitabda talış xalqının əcdadları olan "kadusilərin" qədim erməni etnosu olması və talış etnoniminin buradan qaynaqlandığı da göstərilir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan APA-ya verilən məlumatda isə bildirilib ki, ermənilər bu kitabı nəşr etdirməklə Azərbaycan və talış xalqları arasında düşmənçilik toxumu səpməyə cəhdi edirlər: "Talış xalq nağılları və ravayətləri" kitabı erməni hiyləgərliyinin növbəti təzahüründən başqa bir şey deyil. Talışların hər hansı şəkildə ermənilərlə bağlılığının olduğunu iddia etmək bir xalq kimi talışlar üçün ən böyük təhqirdən başqa bir şey deyil. Əksinə, talışların bir xalq kimi, böyüklüyü də, xoşbəxtliyi də onların ermənilərlə heç bir ortaqlığının olmamasıdır".İnstitutdan bildirilib ki, kitabda 1993-cü ildə bir qrup separatçının ermənilərin və başqa düşmən dövlətlərin təhriki ilə "Talış-Muğan Respublikası" yaratmaq cəhdi də əks olunub və bu, talışların "mili oyanışı" kimi təqdim edilib: "Əslində bu, ermənilərin iç üzünü tamamilə açır. Kitabın erməni müəllifləri yaddan çıxarırlar ki, həmin bədnam hadisə ilk növbədə ermənilərin gen-bol təriflədikləri talış ziyalıları, alim və yazıçıları, sonra isə bütün talış xalqı tərəfindən pislənib. Separatçıların layiqli cavabı məhz talış xalqının birliyi və iradəsi ilə verilib". Əslən cənub bölgəsindən olan ziyalı, millət vəkili Hadı Rəcəbli də APA-ya açıqlamasında ermənilərin belə bir kitab nəşr etdirməsini Azərbaycanda etnik qarşıdurma yaratmaq cəhdi kimi dəyərləndirib: "Azərbaycanın iqtisadi qüdrətinin artması, demokratikləşmə sürətinə görə analoqunun olmaması bizi istəməyən qüvvələri, düşmənlərimizi narahat edir. Bu səbəbdən onlar Azərbaycan üçün problemlər yaratmağa, hiylələr qurmağa cəhd edirlər. Bu mənada dünya təcrübəsində özünü doğruldan metod xalqlar, etnik qruplar arasında münaqişə yaratmaqdır. Ermənilər də bu metoddan yararlanmağa çalışırlar. Mən Lənkəranda doğulan adam kimi, əminliklə deyirəm ki, belə bir kitabın nəşr olunmasından, onun ərsəyə gəlməsindən, məkrli niyyətlərdən Azərbaycanda yaşayan talışların xəbəri yoxdur. Onlar bu haqda heç düşünmürlər də... Talışların azərbaycanlılarla, ölkəmizdə yaşayan digər xalqlarla inteqrasiyası, assimilyasiyası prosesi gedir. Amma eyni zamanda bu etnos öz mədəniyyətini, dilini qoruyub saxlayır və bu yöndə həmişə dövlətin dəstəyini hiss edir".Cənub bölgəsindən olan digər millət vəkili Əhəd Abıyev isə APA-ya bildirib ki, talış etnosunun ermənilərdən törəməsi barədə fikirlər cəfəngiyyatdır: "Talışlar Azərbaycan dövlətçiliyinə həmişə sadiq olublar. Ermənilərin talış-azərbaycanlı qarşıdurması yaratmaq cəhdi nəticəsiz qalacaq. Bu gün bir nəfərin belə çıxıb talış olduğunu dilə gətirməsinə ehtiyac yoxdur. Cənub bölgəsində yaşayan istənilən şəxsin milliyyətini soruşanda, qürurla azərbaycanlı olduğunu söyləyir. Ona görə də ermənilərin iki xalq arasında qarşıdurma yaratmaq cəhdi əbəsdir". -
04-04-2008, 07:11 PMAPABMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb
[b]BMT baş katibi Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. BMT-nin baş katibi Pan Gi Mun Əlil İnsanların Hüquqları barədə birinci beynəlxalq müqavilənin qüvvəyə minməsini müsbət qarşılayıb. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, baş katibin mətbuat müşaviri Mari Okabe 2006-cı ilin dekabrında qəbul olunmuş Əlil İnsanların Hüquqları barədə Konvensiyanın sürətli inkişafı mövzusunda olan məruzəsində qeyd edib ki, bu, bütün insanlar üçün universal insan hüquqlarının reallaşdırılması istiqamətində axtarışlar baxımından tarixi məqamdır. Qeyd olunub ki, baş katib, həmçinin konvensiyanı ratifikasiya etmiş və ya qoşulmuş ölkələri də təbrik edib: "126 ölkə Konvensiyanı ötən il martın 30-da imzalayıb və 71 ölkə isə könülü olaraq Konvensiyaya qoşulub". Dünyada ən azı 650 milyon şikəst insanın olduğu güman edilir və onların da 80 %-i az inkişaf etmiş ölkələrdə yaşayır. -
04-04-2008, 07:16 PMAPALitva Avropa İttifaqının Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb
[b]Litva Avropa İttifaqının Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Litva Xarici İşlər Nazirliyi Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri möhkəmləndirmək barədə qərarını alqışlayıb. APA-nın məlumatına görə, Litva xarici siyasət idarəsi bununla bağlı xüsusi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Litva Avropa İttifaqının bu ölkələrlə əməkdaşlığını dəstəkləmək niyyətindədir. Rəsmi Vilnüs həmçinin bu ölkələri Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığa dair Fəaliyyət Planında nəzərdə tutulmuş islahatları daha aktiv şəkildə həyata keçirməyə çağırıb. -
04-04-2008, 08:06 PMAPAAvropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib
[b]Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupu Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirib[b]
[APA-nın məlumatına görə, qrupun rəhbəri Pyer Syörgen bildirib ki, Azərbaycanda olduqları müddətdə dövlət rəsmiləri, siyasi partiya liderləri, QHT nümayəndələri, mətbuat təmsilçiləri ilə görüşüblər. Görüşlərdə ölkədə ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığının, insan hüquqlarının durumu müzakirə edilib: "Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. İnanırıq ki, seçkiyədək "Sərbəst toplaşma azadlığı haqqında" qanun qəbul olunacaq". Həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahid və Sakit Zahidovla görüşdüklərini deyən Pyer Syörgen bildirib ki, mətbuatın durumu onları narahat edir. Qrup rəhbəri həbs olunmuş 8 jurnalistdən 5-nin ötən ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılmasını müsbət qiymətləndirib. Pyer Syörgen Azərbaycanın öhdəliklərin yerinə yetirməsi istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini, islahatlar apardığını, bununla belə, müəyyən problemlərin olduğunu da söyləyib. -
04-04-2008, 09:16 PMAPABaş Prokurorluq: " "Azadlıq" qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib"
[b]Baş Prokurorluq: " "Azadlıq" qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib"[b]
[Bakı-APA. ""Azadlıq" qəzetinin rəhbərliyi dezinformasiya xarakterli bəyanatları ilə cəmiyyətdə çaşqınlıq yaradaraq, istintaq məlumatlarını yaymaqla yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib ki, bu da qanunla yolverilməzdir". Bu barədə APA-ya Baş Prokurorluğunun mətbuat xidmətindən daxil olan və "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərinə münasibət bildirildiyi press-relizində qeyd olunub. Baş Prokurorluqdan bildirilib ki, bununla əlaqədar A. Əhmədov Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ona ibtidai istintaq məlumatlarını yaymağa görə, Cinayət Məcəlləsinin 300-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət haqqında xəbərdarlıq edilib: "İbtidai istintaq ciddi olaraq cinayət prossesual məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilir və Aqil Xəlilin hüquqları ilk gündən onun müdafiəçisi tərəfindən təmin olunur. İstintaqın nəticəsinə dair Baş Prokurorluq tərəfindən vaxtı çatanda geniş açıqlama veriləcək".Qeyd edək ki, bu gün saat 16.00-da "Azadlıq" qəzetinin baş direktoru A. Əhmədov mətbuat konfransı keçirərək, A. Xəlilə istintaq orqanlarının təzyiq etməsi ilə bağlı fikirlər söyləyib. -
04-05-2008, 10:01 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan atəşə tutub[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub.
[Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri aprelin 4-də saat 17.25-dən aprelin 5-i saat 01.45-dək fasilələrlə Gədəbəy, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 5-i saat 04.15-dən 04.20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-05-2008, 11:41 AMAPAMoskvada baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb
[b]Moskvada baş verən güclü yanğın nəticəsində 3 nəfər ölüb[b]
Moskva - APA. Rusiyanın paytaxtı Moskva şəhərinin şimal-şərqindəki 22 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində partlayış baş verib.
[APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış çöl divarları və mərtəbələrarası örtükləri dağıdıb, nəticədə yanğın 10-cu, 12-ci mərtəbələrə də yayılıb. Sakinlər təcili evakuasiya edilib. Olay yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Alovlarla bir saatlıq mübarizədən sonra yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində bir qadın və iki kişi ölüb, 19 nəfərə ayaqüstü tibbi yardım göstərilib, 4 nəfər xəstəxanaya aparılıb, 79 nəfər psixoloqlara müraciət edib. Faktla bağlı təhqiqat aparılır. -
04-05-2008, 11:51 AMAPAYAP Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı indiyədək aparılmış sorğularda əldə edilən məlumatları təhlil edir
[b]YAP Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı indiyədək aparılmış sorğularda əldə edilən məlumatları təhlil edir[b]
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası bu il keçiriləcək prezident seçkiləri ilə bağlı hazırladığı proqrama uyğun olaraq, indiyədək keçirilən sorğularda əldə edilən məlumatların təhlilini aparır. APA-nın məlumatına görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
[Onun sözlərinə görə, partiyanın seçki qrupu hazırda seçicilərin, regionların təhlili ilə məşğuldur və bu proses seçkilərə start verilənə kimi yekunlaşacaq. Millət vəkili bildirib ki, normal təhlil aparılması seçki kampaniyasının aparılmasında və seçki mesajının hazırlanmasında önəmli rol oynayacaq: "Bu kimi tədqiqatları aparmadan seçkilərə getmək çətindir. Bütün dövlətlərdə bu, qəbul olunmuş prinsipdir və biz həmişə bu praktikadan istifadə etmişik". S. Novruzov bildirib ki, YAP ayda bir dəfədən az olmamaq şərti il əhali arasında sorğular keçirir, seçkilər yaxınlaşdıqca isə sorğuların intervalı azalacaq. -
04-05-2008, 11:56 AMAPARusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək
[b]Rusiya Dövlət Dumasının sədri Azərbaycana gələcək[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun başçılıq etdiyi nümayəndə heyəti mayın 12-də Azərbaycana rəsmi səfərə gələcək.
[APA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə Boris Qrızlovla Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Sankt-Peterburqda keçirilmiş görüşündə razılıq əldə edilib. Görüş Sankt-Peterburqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının, "EvrAzEs" Parlamentlərarası Assambleyasının və MDB-nin birgə tədbiri çərçivəsində baş tutub. -
04-05-2008, 12:01 PMAPAAzərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb
[b]Azərbaycan Milli Məclisinin sədr müavini millət vəkilləri və jurnalistlərə aclıq aksiyasını dayandırmağı məsləhət görüb[b]
[Bakı. Elnur Məmmədli - APA. "Millət vəkillərinin jurnalistlərin başladığı aclıq aksiyasına qoşulmasını düzgün hesab etmirəm. Bu addımı o zaman normal qarşılamaq olardı ki, istənilən nəticəni verəydi". APA-nın məlumatına görə, bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Fiziki cəhətdən bədənə əziyyət verməklə hər hansı məqsədə nail olmağı vasitə kimi seçməyin düzgün olmadığını deyən B. Muradova hesab edir ki, daha sivil və hüquqi yollardan istifadə edilməlidir: "Düşünürəm ki, digər hüquqi vasitələrdən istifadə etməklə həm gündəmdə qalmaq, həm də nəticə əldə etmək olar. Əgər biz konfliktləri, münaqişələri danışıqlar yolu ilə həll etməyə inanırıqsa və buna səy göstəririksə, ölkədaxili xırda məsələnin həllində niyə bu yoldan istifadə olunmasın? Mən millət vəkillərinə və jurnalistlərə müraciət edərək bu yoldan çəkinməyi məsləhət görürəm". -
04-05-2008, 12:16 PMAPAAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayının sonunda əsaslı təmirə bağlanacaq
[b]Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı may ayının sonunda əsaslı təmirə bağlanacaq[b]
Bakı. Ülkər Qasımova - APA. Bu il mayın sonlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əsaslı təmirə başlanılacaq. Teatrın direktoru Maqbet Bünyatov APA-ya deyib ki, həmin vaxtdan etibarən teatrın kollektivi müvəqqəti yerdə fəaliyyət göstərəcək.
[Teatrın əsaslı təmirində Avstriya, Almaniya, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edəcək. Əsaslı təmir zamanı teatrda bütün texniki avadanlıqların, işıq və səhnə dekorasiyasının, tamaşaçı oturacaqlarının, qrim otaqlarının yenilənməsi nəzərdə tutulur: "Akademik Milli Dram Teatrı 50 ilə yaxındır, fəaliyyətə başlayıb. Bu müddətdə teatrın binası əsaslı təmir olunmayıb. Teatrımızın əsaslı təmirinə böyük ehtiyac var". Teatrda görüləsi işlərin çox olduğunu vurğulayan M. Bünyatov bu səbəbdən də əsaslı təmirin xeyli çəkəcəyini qeyd edib. -
04-05-2008, 12:31 PMAPAAzərbaycanın Qaradağ rayonunun Polis İdarəsində aparılmış yoxlamaların nəticəsi olaraq yüksək vəzifəli bir neçə əməkdaş işdən çıxarıl
[b]Azərbaycanın Qaradağ rayonunun Polis İdarəsində aparılmış yoxlamaların nəticəsi olaraq yüksək vəzifəli bir neçə əməkdaş işdən çıxarılıb[b]
Bakı. Hacı Zeynalov - APA. Qaradağ Rayon Polis İdarəsində aparılmış kompleks yoxlamaların nəticəsi olaraq idarənin yüksək vəzifəli bir neçə əməkdaşı işdən çıxarılıb.
[APA-nın məlumata görə, yoxlamaların nəticəsindən asılı olaraq daxili işlər nazirinin əmri ilə idarənin rəis müavini Zakir Hüseynov, istintaq şöbəsinin rəisi Murad Abdullayev (təqaüdə göndərilməklə), Pasport Qeydiyyat İdarəsinin rəisi Azər Yəhyayev, Cinayət-axtarış bölməsinin rəis müavini Təzəxan Dəmirov, Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ceyhun Vəliyev, Qaradağ Rayon Dövlət Yol Polis İdarəsinin baş inspektoru Xaqani Məmmədov, 11-ci polis bölməsinin rəisi Ruslan Məmmədov və digərləri işdə yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. Hüquq-mühafizə orqanlarında onlar barəsində araşdırmalar aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, adıçəkilən şəxslər nazirin əmri ilə sərəncama götürülüblər. -
04-05-2008, 12:56 PMAPAATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyətinə dair hesabat hazırlayır
[b]ATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyətinə dair hesabat hazırlayır[b]
Bakı. Tamara Qriqoryeva - APA. ATƏT-in Bakı ofisi Azərbaycanın məhkəmə sisteminin vəziyyəti ilə bağlı monitorinq xarakterli hesabat hazırlayır.
[Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Hesabatın hazırlanması yaxın vaxtlarda başa çatacaq. Sənəd həm rəsmi strukturlara, həm də ictimaiyyətə təqdim olunacaq. -
04-05-2008, 01:06 PMAPAAzərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə ilə Sinqapurda konsert verəcək
[b]Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə ilə Sinqapurda konsert verəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə bu ilin iyununda Sinqapurda konsert verəcək. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, səfər iyunun 4-dən 11-dək davam edəcək. Səfər çərçivəsində bir neçə konsert proqramı təşkil olunacaq. Konsertdə Alim və Fərqanə Qasımovları Ələsgər Məmmədov (tar), Rauf İslamov (kamança), Rafael Ələsgərov (balaban) və Natiq Şirinov (nağara) müşayiət edəcəklər. -
04-05-2008, 01:11 PMAPABu ilin sentyabrından Azərbaycanda rəngli qəzetlərin çapına başlanacaq
[b]Bu ilin sentyabrından Azərbaycanda rəngli qəzetlərin çapına başlanacaq[b]
Bakı. Elnur Məmmədli - APA. "Azərbaycanda rəngli qəzetlərin çapına bu ilin sentyabrından başlanacaq və bu qəzetlərin çap qiymətləri hazırkı qiymətlərdən baha olacaq". APA-nın məlumatına görə, bunu "Azərbaycan" Nəşriyyatının direktoru Ağabəy Əsgərov deyib.
[O bildirib ki, Almaniyadan alınan yeni avadanlıqlar may ayında Azərbaycana gətiriləcək: "Bu vaxta qədər Azərbaycanda rəngli qəzet nəşr olunmayıb. Ona görə də bu, yeni bir prosesdir. Bu sahədə kadrlar da yoxdur və biz indidən kadr hazırlığına başlamışıq". A. Əsgərov kommersiya sirri olduğunu əsas gətirərək avadanlıqların qiymətini açıqlamayıb. O, avadanlıqların dövlətin də köməyi ilə nəşriyyatın daxili imkanları hesabına alındığını açıqlayıb. -
04-05-2008, 01:31 PMAPAAprelin 7-də Türkmənistanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır
[b]Aprelin 7-də Türkmənistanın müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayır[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Aprelin 7-də Türkmənistanın müdafiə naziri, ordu generalı Agagəldi Mamedgəldiyevin Azərbaycana rəsmi səfəri başlayır.
[Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, həmin gün Azərbaycanın Müdafiə Nazirliyində Ağagəldi Mamedgəldiyevin gəlişi ilə bağlı təntənəli mərasim keçiriləcək, müdafiə naziri general-polkovnik Səfər Əbiyev qonaqla görüşəcək. -
04-05-2008, 02:36 PMAPAAzərbaycan paytaxtında silah-sursat tapılıb
[b]Azərbaycan paytaxtında silah-sursat tapılıb[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. Səbayel rayonunun Şıxov qəsəbəsi ərazisində avtomat silah və ləvazimatları tapılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, DİN Çevik Polis Alayı və Səbayel rayon Polis İdarəsi əməkdaşları tərəfindən Şıxov qəsəbəsindən 1 ədəd AKM silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar olunub. -
04-05-2008, 04:11 PMAPAErməni işğalçıları Ağdamın Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evləri sökərək yerində istehkam tikirlər
[b]Erməni işğalçıları Ağdamın Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evləri sökərək yerində istehkam tikirlər[b]
Bərdə. Teymur Quliyev - APA. Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili və Novruzlu kəndlərindəki evlər ermənilər tərəfindən sökülür və yerində istehkamlar tikilir.
[APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni işğalçıları son günlər qeyd olunan istiqamətdə ağır texnika cəmləşdirir. Bundan başqa, gecələr həmin ərazidə yük avtomobillərinin hərəkəti müşahidə olunur. -
04-05-2008, 04:16 PMAPABeynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib
[b]Beynəlxalq Avrasiya Mətbuat Fondu Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafada toplantı keçirib[b]
[Bakı. Ramil Məmmədov - APA. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 04 Aprel-Mina Təhlükəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Ağstafa rayonunda regional toplantı keçirib. Fondun informasiya departamentindən APA-ya daxil olan məlumata görə, tədbir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-in həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində təşkil olunub. Fondun sədri və sözügedən layihənin rəhbəri Umud Mirzəyev mina problemi, Azərbaycanın mina təhlükəsinə qarşı mübarizə proqramına qoşulması tarixi, bu bəşəri fəlakətlə mübarizə sahəsində BAMF-ın həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə məlumat verib. O, Sovet ordusunun Ağstafa rayonunun Saloğlu kəndində yerləşən Zaqafqaziyanın ən böyük hərbi sursat anbarının 1991-ci ildə sovet hərbiçiləri tərəfindən partladılması və bunun nəticəsində hazırkı dövrə qədər fəlakətlər baş verməsi barədə də informasiyaları diqqətə çatdırıb, mina təhlükəsi ilə mübarizədə yerli hakimiyyət və özünüidarəetmə orqanlarının, təhsil ocaqlarının, əhalinin rolundan danışıb. U. Mirzəyev ölkədə mina təhlükəsi ilə mübarizə proqramına rəhbərlik edən və milli mina institutu olan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) üçüncü ildir ki, NATO-nun dəstəyi ilə Saloğlu faciəsi zamanı hərbi sursatlarla çirklənmiş ərazilərdə təmizləmə əməliyyatları həyata keçirdiyini qeyd edib. Sonra layihə çərçivəsində təlimlərə cəlb edilmiş əlillər mina təhlükəsinə qarşı mübarizə ilə bağlı fikirlərini söyləyiblər.Sonda təlimlərə cəlb edilmiş mina qurbanlarına sertifikatlar təqdim olunub.Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə orqanlarının rəhbərləri, səhiyyə və təhsil şöbələrinin nümayəndələri də iştirak ediblər. -
04-07-2008, 09:51 AMAPAÇernoqoriyada prezident seçkiləri keçirilir
[b]Çernoqoriyada prezident seçkiləri keçirilir[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Çernoqoriyada prezident seçkiləri keçirilir.
[APA-nın məlumatına görə, prezident postuna 4 namizəd var - fəaliyyətdə olan prezident, Sosialistlərin Demokratik Partiyasından namizəd Filip Vuyanoviç, "Serb siyahısı" müxalifət partiyasının lideri Andriya Mandiç, "Dəyişikliklər hərəkatı"nın rəhbəri Neboyşa Medoeviç və Sosialist Xalq Partiyasının sədri Srdjan Miliç. Ekspertlər hesab edir ki, qələbəyə ən şanslı namizəd hazırkı prezident F.Vuyanoviçdir. Onların fikrincə, F.Vuyanoviç seçkilərin elə birinci turunda 50 faizdən artıq səs yığaraq qələbə çalacaq.Seçkilərin ilkin nəticələri elə bu gün - seçkilər bitəndən bir saat sonra məlum olacaq, yekun nəticələr isə aprelin 8-də elan olunacaq. Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov Çernoqoriyada keçirilən seçkiləri izləyir. -
04-07-2008, 09:56 AMAPAŞri-Lankanın avtomobil yolları naziri terror aktı nəticəsində həlak olub
[b]Şri-Lankanın avtomobil yolları naziri terror aktı nəticəsində həlak olub[b]
Bakı. Laçın Sultanova - APA. Şri-Lankanın paytaxtı Kolombo yaxınlığındakı Veliveriya şəhərində baş vermiş partlayış nəticəsində 11 nəfər, o cümlədən avtomobil yolları naziri həlak olub.
[APA-nın xarici KİV-lərinə istinadən məlumatına görə, 55 yaşlı nazir Ceyarac Fernandopulle Yeni illə bağlı keçirilən tədbirdə bayrağın qaldırılması mərasimində iştirak edirmiş. Polisin məlumatına görə, partlayış zamanı 50 nəfər ağır xəsarət alıb. Hakimiyyət məsuliyyəti 35 ildir müstəqillik uğrunda mübarizə aparan "Tamil-İlamın azadlıq pələngləri" qruplaşmasının üzərinə qoyub. Separatçıları sərt tənqid etməsi ilə tanınan Fernandopulle Şri-Lanka hökuməti ilə qruplaşma arasında aparılan uğursuz danışıqlarda iştirak edib. -
04-07-2008, 10:11 AMAPATürkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Azərbaycana gələcək
[b]Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Azərbaycana gələcək[b]
Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti aprelin 9-da Bakıya gələcək.
[Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti general və admirallardan ibarət olacaq. Aprelin 11-dək davam edən səfər çərçivəsində onlar Müdafiə Nazirliyi, Daxili Qoşunlar və digər hərbi qurumlarda görüşlər keçirəcək, Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzlərində, təhsil müəssisələrində və hərbi hissələrində olacaqlar. -
04-07-2008, 10:16 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 20.15-dən 20.25-dək Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini, saat 17.30-dan 18.05-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 21.10-dan 21.50-dək Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-07-2008, 10:36 AMAPAAzərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edirlər
[b]Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun tədbirlərində iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Budapeşt şəhərində (Macarıstan) «Hərbi İngilis dili kursu» (07 aprel - 27 iyun), Ankara şəhərində «Kütləvi Qırğın Silahları terrorizminə qarşı mübarizə» mövzusunda işçi görüşü» (10-11 aprel) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-07-2008, 10:41 AMAPAAzərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər
[b]Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Beynəlxalq dənizçilik yarışları (07-13 aprel), Ankara şəhərində Türkiyə Respublikasının Sərhəd Qoşunlarının Təlim və Doktrina Komandanlığı ilə tanışlıq (09-11 aprel), «Onurğa zədələnməsi olan xəstələrin müalicəsi» kursu (17 aprel - 16 may) və Bakı şəhərində Türkiyə Respublikası general və admirallardan ibarət nümayəndə heyətinin səfəri (09-11 aprel), Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Karaçi şəhərində Dənizdə sualtı qurğuların mühafizəsini təmin edən xüsusi qrupun təlimi və Gəmiqayırma zavodu ilə tanışlıq (07-10 aprel), Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, San Antonio şəhərində "Rabitə zabitinin ixtisas kursu" (07 aprel 2008-20 mart 2009), Bakı şəhərində «Azərbaycan Hərbi Dəniz Qüvvələri və sahil mühafizə xidməti ilə əlaqədar əməliyyat konsepsiyaları» üzrə işçi qrupunun növbəti görüşü (07-11 aprel) və İkitərəfli hərbi məsləhətləşmələr (15-16 aprel) keçirilir. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. -
04-07-2008, 10:46 AMAPAMilli Məclisin sədr müavini: "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb"
[b]Milli Məclisin sədr müavini: "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb"[b]
Bakı. Elnur Məmmədli - APA. "Diffamasiya haqqında" qanunun qəbul edilməsi ilə bağlı Azərbaycanın qarşısına hər hansı şərt qoyulmayıb. Bu barədə irəli sürülən fikirlər şərt yox, sadəcə, tövsiyələrdir".
[APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri zamanı "Diffamasiya haqqında" qanunun qəbul olunması ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti həmişə beynəlxalq təşkilatlarla işləyib və onların tövsiyələrini dinləyib: "Vaxtı gəldikcə, biz həmin tövsiyələri yerinə yetirmişik. "Diffamasiya haqqında" qanun qəbul olunacaqsa, bundan əvvəl bu sahədə çalışanların peşə etikası və qayda-qanunlara əməl etməsini, bundan başqa, öz məsuliyyətini dərk etməsi işini təşkil etmək lazımdır. Bunun həyata keçiriləcəyi təqdirdə, qanunun qəbuluna heç bir maneə olmayacaq". -
04-07-2008, 10:56 AMAPAAzərbaycan və ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək
[b]Azərbaycan və ABŞ-ın Avropa Komandanlığı arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək[b]
[Bakı. Rəşad Süleymanov - APA. Aprelin 10-11-də Bakıda Azərbaycan və ABŞ-ın Avropa Komandanlığı (EUCOM) arasında İkitərəfli Əməkdaşlıq üzrə Planlaşdırma Konfransı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.Konfransda Azərbaycan Silahlı Qüvvələri ilə EUCOM arasında 2009-cu maliyyə ilində həyata keçiriləcək tədbirlərin siyahısı müəyyən ediləcək, həmçinin illik Hərbi Əlaqələr Planı tərtib olunacaq.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı 2007-ci il sentyabrın 14-də Bakıda imzalanıb. İş Planına əsasən, ABŞ Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birlik və birləşmələrinin imkanlarının və peşəkarlığının artırılması, maddi və texniki yardımların göstərilməsini həyata keçirir. -
04-07-2008, 11:11 AMAPAAzərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında həmsədr ölkələrin BMT-də qətnamə qəbulu zamanı tutduğu mövqeni pisləyəcək
[b]Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasında həmsədr ölkələrin BMT-də qətnamə qəbulu zamanı tutduğu mövqeni pisləyəcək[b]
Bakı. Elnur Məmmədli - APA. "ATƏT Parlament Assambleyasının növbəti sessiyasında Minsk qrupu həmsədrlərinin BMT-də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət"ə dair qətnamənin əleyhinə olmasına münasibət bildiriləcək və bu mövqe bir daha pislənəcək".
[APA-nın məlumatına görə, bunu ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi həmişə Minsk qrupunun nəticəsiz fəaliyyətindən narazılığını ifadə edib: "Azərbaycan dövləti və prezidentinin də konkret mövqeyi var və bu mövqe onlara müxtəlif səviyyələrdə çatdırılıb. Bizə bəllidir ki, həmsədrlər BMT-də hansı səbəbdən belə mövqe tutublar. Amma özləri bildirirlər ki, guya belə mövqe tutmamaları danışıqlar prosesinə mənfi təsir edə bilərdi. Mən isə düşünürəm ki, danışıqlara mənfi təsir göstərməmək üçün ən azı bitərəf qalmaq olardı. Buna görə də Parlament Assambleyasının sessiyasında ciddi narahatlıq ifadə olunacaq". Dağlıq Qarabağ probleminin bu formatda sülh yolu ilə həlli perspektivlərinə gəldikdə, B. Muradova danışıqlar prosesinin müsbət nəticə verməsini arzuladığını söyləyib: "Danışıqlar yolu ilə istənilən məsələni həll etmək olar. Əsas odur ki, insan düşündüyünü danışsın və səmimi olsun. Bizim mövqeyimiz açıq və ədalətlidir. Qarşı tərəf də ədalətli mövqe tutsa, nəticə əldə etmək olar". -
04-07-2008, 11:26 AMAPAAzərbaycan Prezident Aparatının şöbə müdiri: "Jurnalistlərin aclıq aksiyası keçirməsinin heç bir əsası yoxdur"
[b]Azərbaycan Prezident Aparatının şöbə müdiri: "Jurnalistlərin aclıq aksiyası keçirməsinin heç bir əsası yoxdur"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Hakimiyyət olaraq, istənilən halda insanların bu və ya digər məqsədlərə nail olmaq üçün aclıq aksiyasına əl atmalarının əleyhinəyik. Hansı vəzifəni yerinə yetirməsindən asılı olmayaraq, bu humanist aksiya deyil". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
[Şöbə müdiri qeyd edib ki, insan sağlamlığını təhlükədə qoymaqla hər hansı məqsədə çatmaq düzgün deyil. Onun sözlərinə görə, keçirilən aclıq aksiyasının heç bir əsası, mahiyyəti yoxdur: "Azərbaycanda medianın vəziyyəti onların qeyd etdiyi kimi deyil. Hökumət onların və ya hər hansı bir qüvvənin təzyiqi ilə qərar vermir, siyasət yürütmür. Azərbaycanda jurnalistlər beynəlxalq təşkilatların tələbi ilə əfv olunmur. Bu, ya Mətbuat Şurasının, ya jurnalistlərin özlərinin, ya da onların valideynlərinin müraciəti əsasında mümkündür. Jurnalistlər doğru yola qayıtmaları ümidi ilə əfv edilirlər. Təəssüf ki, bu gün mediada jurnalistikaya aid olmayan hadisələr baş verir". -
04-07-2008, 11:31 AMAPASəməd Seyidov: "AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq"
[b]Səməd Seyidov: "AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Jurnalistlərin həbsdə olmasını istəməzdim. Aclıq edən jurnalistləri aksiyanı dayandırmağa çağırıram". APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
[S. Seyidov bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri vaxtında və layiqincə yerinə yetirir: "Təbii ki, demokratiyanın inkişafı zamanı müəyyən problemlər olur. Bu problemlər Azərbaycanın maraqları çərçivəsində həll edilməlidir. Əminəm ki, bu problemlər həllini tapacaq. İnsan hüquqlarının müdafiəsi aclıq aksiyaları ilə deyil, hüquqi yollarla təmin olunmalıdır. Bütün jurnalistlərin həbsdən çıxmasını istəyirəm, amma hamı qanun qarşısında bərabərdir, məsuliyyətini dərk etməlidir". S. Seyidov deyib ki, seçki öncəsi və ümumi vəziyyətlə bağlı AŞ və Azərbaycan arasında geniş müzakirələr təşkil ediləcək. Ona qədər AŞ PA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı bir neçə məruzə müzakirə olunacaq: "Böyük ehtimalla iyun sessiyasınadək həmməruzəçilər Andres Herkel və Yelena Jivkova Azərbaycana gələcəklər. Biz Azərbaycanla bağlı problemlərin Monitorinq Komitəsi çərçivəsində müzakirəsinin tərəfdarıyıq. Bəzi qüvvələr çalışır ki, bu məsələlər ya başqa komitəyə verilsin, ya da Monitorinq Komitəsində yeni həmməruzəçi təyin olunsun. Bu, destruktiv addımdır, Azərbaycanla Avropa Şurası arasında gərginlik yarada bilər". -
04-07-2008, 11:36 AMAPAErmənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 16 il ötür
[b]Ermənilərin Kəlbəcərin Ağdaban kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməsindən 16 il ötür[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Ermənistan hərbi birləşmələri tərəfindən Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalinin qətlə yetirilməsi ilə müşayiət olunan kütləvi qırğından 16 il ötür.
[APA-nın məlumatına görə, 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakininə divan tutulub. 67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfərin taleyi haqqında isə indiyədək heç bir məlum yoxdur. Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb. Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ tərəfində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. -
04-07-2008, 11:46 AMAPAÖtən ay Azərbaycanın dövlət sərhədində 37 sərhəd pozucusu yaxalanıb
[b]Ötən ay Azərbaycanın dövlət sərhədində 37 sərhəd pozucusu yaxalanıb[b]
Bakı. Hacı Zeynalov-APA. 2008-ci ilin martında Azərbaycanın dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərərkən 31 halda 37 nəfər sərhəd pozucusu yaxalanıb.
[Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib. Sərhəd pozucularının 13-ü Azərbaycan, 8-i Gürcüstan, 6-sı İran, 4-ü Əfqanıstan, 3-ü İraq, hər ölkədən 1 nəfər olmaqla Türkiyə və Böyük Britaniya vətəndaşıdır, biri isə vətəndaşlığı olmayan şəxsdir. Ay ərzində sərhəd zastavalarının xidməti ərazisində 36 nəfər sərhəd rejim qaydalarını pozduğu üçün, 15 nəfər saxta sənədlə, 4 nəfər Azərbaycan vətəndaşı özgəsinə məxsus sənədlə, 3 nəfər dövlət sərhədindən gizli sərhədi keçməyə cəhd edərkən, 80 nəfər vizası olmadığı üçün, 47 nəfər vizasının müddəti qurtardığı üçün, 16 nəfər müvafiq sənədləri olmadığı üçün saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Ay ərzində 5 halda 14,635 kq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Sahil Mühafizəsi tərəfindən Azərbaycana məxsus 4 gəmi və 8 qayıq saxlanılaraq baxış keçirilib, nəticədə 17 Azərbaycan vətəndaşı saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb. Ötən ay 46 halda ümumi dəyəri təxminən 66335 manat olan qaçaqmal saxlanılıb. 1 ədəd AKS-74 markalı avtomat silah, 1 ədəd "Min-Kral-2005" markalı tapança, 6 ədəd 7,62 mm-lik patron, 730 qutu siqaret, 1211 ədəd dini kitab, 390 kq balıq, 1480 kq limon, 245 ədəd fişəng, 7002 ədəd geyim əşyası, 9074 ədəd etiket, xeyli miqdarda müxtəlif dərman preparatı, spirtli içki, ərzaq, sənaye və kənd təsərrüfatı malları götürülüb. -
04-07-2008, 01:51 PMAPABakıda ATƏT-in hazırladığı "Mətbuatın özünütənzimləməsi" adlı kitabın təqdimatı keçirilib
[b]Bakıda ATƏT-in hazırladığı "Mətbuatın özünütənzimləməsi" adlı kitabın təqdimatı keçirilib[b]
Bakı. Laçın Sultanova - APA. Bu gün Bakıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraştinin iştirakı ilə ATƏT tərəfindən hazırlanan "Mətbuatın özünütənzimləməsi" adlı nəşrin təqdimatı keçirilib.
[APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabın ATƏT məkanında yaşayan hər kəs üçün mətbuat haqqında dərin biliklər verən bir nəşr olduğunu bildirib: "Tam azad olmayan mətbuatdan gerçək məsuliyyəti tələb etmək düzgün deyil". Ə. Amaşov Azərbaycanda media üzrə ombudsman təsisatının yaradılacağına inandığını söyləyib. "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev çıxışında Azərbaycan mediasını iki hissəyə ayırıb - hakimiyyət tərəfindən özününküləşdirilmiş və buna etiraz edən media. O, hesab edir ki, problemin həlli ilə beynəlxalq təşkilat yox, Azərbaycanda fəaliyyət göstərən jurnalist təşkilatları məşğul olmalıdır. Mikloş Haraşti isə bildirib ki, azad mətbuatın keşiyində durmaq hakimiyyətin borcu deyil, mətbuatın keşiyində jurnalistlər dayanmalıdır: "Dövlətə aid media olmamalıdır". M. Haraşti böhtan, diffamasiya və təhqirə görə jurnalistlərə qarşı cinayət maddəsinin tətbiqinin yolverilməz olduğunu deyib. O, dünyada tam məsuliyyətli bir KİV olmadığını da vurğulayaraq, kommersiya mediasının hər zaman mövcud olduğunu söyləyib. ATƏT təmsilçisi son vaxtlar Azərbaycanda həbs olunan jurnalistlərin sayının artmasından narahatlığını da dilə gətirib. Tədbirdə çıxış edən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Azərbaycanda azad, sərbəst, müstəqil telekanalın, real ictimai televiziyanın olmamasından şikayətlənib. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycan mediasının fəaliyyətinin qanunvericiliklə tənzimləndiyini, medianı özününküləşdirmək ideyasının çox əlverişsiz ideya olduğunu vurğulayıb. İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov isə mərkəzçi mövqedə dayandığını, həm hakimiyyət, həm də müxalifət nümayəndələrinin ona eyni münasibətdə olduqlarını deyib. Müxalifətlə iqtidar arasında əməkdaşlıq olmadığı üçün gərginlik yarandığını söyləyən millət vəkili Qüdrət Həsənquliyev isə bu problemin işıqlandırılmasına ehtiyac olduğuna diqqət çəkib. O, həmçinin Azərbaycanda konstitusion islahatlara ehtiyac duyulduğunu bildirib. -
04-07-2008, 01:56 PMAPAAzərbaycan Ombudsmanı: "Hesab edirəm ki, həbsdəki jurnalistlərin məsələsinə baxılacaq"
[b]Azərbaycan Ombudsmanı: "Hesab edirəm ki, həbsdəki jurnalistlərin məsələsinə baxılacaq"[b]
[Bakı. Məhbubə Qasımbəyli - APA. "Hesab edirəm ki, həbsdə olan jurnalistlərin məsələsinə baxılacaq". APA-nın xəbərinə görə, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. E. Süleymanova həbsdəki jurnalistlərin azadlığa buraxılması təşəbbüsü ilə çıxış edib-etməyəcəyi barədə suallara cavab olaraq deyib ki, indiyədək jurnalistlərin əfvi ilə bağlı prezidentə iki dəfə müraciət edib. Onun sözlərinə görə, bu yöndə müsbət addımlar atılıb: "Bu gün isə söhbət üç jurnalistdən - Eynulla Fətullayev, Qənimət və Sakit Zahidov qardaşlarından gedir. Hesab edirəm ki, bu məsələyə baxılacaq". -
04-07-2008, 02:01 PMAPAAzərbaycan təmsilçilərinin "Eurovision"da ifa edəcəkləri mahnının musiqisi Londonda lentə alınıb
[b]Azərbaycan təmsilçilərinin "Eurovision"da ifa edəcəkləri mahnının musiqisi Londonda lentə alınıb[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin yarışmada ifa edəcəkləri "Day after day" mahnısının musiqisi Londonda lentə alınıb. Bu barədə APA-ya "Eurovision-2008" müsabiqəsində Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli bildirib. O deyib ki, minisofka bir neçə ölkədə lentə alınsa da, Londonda daha keyfiyyətli nəticə əldə olunub: "Təmsilçilər bu gün geyimləri ilə əlaqədar Ukraynaya yola düşüblər. Müğənnilər oradan da Avropa turnesinə çıxacaqlar. Onların səfər çərçivəsində Malta, Rumıniya, Andorra, Moldova, Sloveniya və Finlandiyada çıxışları nəzərdə tutulub". -
04-07-2008, 02:06 PMAPAMəzahir Pənahov: "Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var"
[b]Məzahir Pənahov: "Hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var"[b]
[Bakı. Elnur Məmmədli - APA. MSK sədri Məzahir Pənahov seçici siyahılarının dairə seçki komissiyaları tərəfindən quruma təqdim olunmasının yekunlaşması ilə əlaqədar mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Pənahov bildirib ki, ilkin nəticələrə əsasən hazırda Azərbaycanda 4 milyon 834 min 584 seçici var. O, siyahıların mayın sonuna kimi MSK-da dəqiqləşdiriləcəyini söyləyib və bu rəqəmdə cüzi dəyişikliyin olacağını istisna etməyib. MSK sədri deyib ki, seçicilərin 48 faizi kişi, 52 faizi qadındır, onlardan 55 mini bu il səsvermə hüququ əldə etmiş vətəndaşlardır. Yaş qrupları əsasında təsnifata görə, seçicilərin 2 milyon 20 min 925-i 36-55 yaş arası, 1 milyon 864 min 120 nəfəri 36 yaşa kimi, 894 min 56 nəfəri isə 55 yaşdan yuxarı şəxslərdir. M. Pənahov siyahıların yenidən tərtib olunmasının ağır proses olduğunu bildirib və bu işdə seçki komissiyalarına yardım etmiş bütün dövlət strukturlarına, ayrı-ayrı müəssisələrin, təşkilatların rəhbərlərinə təşəkkür edib. Onun sözlərinə görə, bu il siyahıların yenidən tərtib olunması zamanı reklam roliklərindən və MSK-da yaradılmış "qaynar xətt"dən istifadə edilib və bu da müsbət nəticə verib. M. Pənahov prezident seçkilərinə 65 gün qalmış bir ay müddətində siyahıların yenidən dəqiqləşdiriləcəyini vurğulayıb. -
04-07-2008, 02:11 PMAPABakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda beynəlxalq konfrans keçirilir
[b]Bakıda "Azərbaycanda siyasi hüquqların müdafiəsi - yeni meyarlar" mövzusunda beynəlxalq konfrans keçirilir[b]
[APA-nın xəbərinə görə, konfransda 27 ölkədən 70-dən çox ekspert, Avropa Şurası Parlament Assambleyası (AŞ PA), ATƏT və Avropa Birliyinin deputatları iştirak edir. Tədbirdə çıxış edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, Azərbaycanda siyasi hüquq və azadlıqların reallaşdırılması böyük önəm kəsb edir və bu yöndə mühüm addımlar atılıb. Z. Əsgərov ölkənin bu sahədə mövcud olan bütün beynəlxalq paktlara qoşulduğunu deyib. Avropa Parlamenti Xarici İşlər Komitəsinin və İnsan Hüquqları alt komitəsinin üzvü xanım Katrin Saks "Avropa Birliyi iqtisadi maraqlar və əsas dəyərlər arasında" mövzusunda çıxış edib. K. Saks qeyd edib ki, Avropa Parlamenti Azərbaycanda insan hüquqları sahəsində mövcud olan problemlər, polis zorakılığına yol verilməsi halları, KİV-in problemləri barədə ölkə hökumətinə müraciətlər edib. Avropa ölkələrinin insan hüquqları sahəsində ideal vəziyyətdən uzaq olduğunu qeyd edən K. Saks bildirib ki, Avropa İttifaqına üzv dövlətlərdə də bu yöndə görüləsi iş çoxdur. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda siyasi hüquqların qoruması vəziyyəti ilə bağlı çıxışında deyib ki, ölkədə bu sahədə mühüm işlər görülüb. O, Azərbaycanda 52 siyasi partiyanın, 3500-dən çox QHT-nin və ictimai təşkilatın qeydiyyatdan keçdiyini, 50-dən çox elektron KİV-in və agentliyin, 1000-dən çox mətbu orqanın fəaliyyət göstərdiyini deyib. Ə. Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığını təmin edir, bunu inkişaf etdirmək yolunu seçib. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkənin qurum qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti barədə danışıb. S. Seyidov qeyd edib ki, Seçki Məcəlləsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər məsələsinə yaxın zamanlarda Milli Məclisdə baxılacaq. O, edilən dəyişikliklərin qarşıdan gələn prezident seçkisinin sərbəst və ədalətli keçirilməsinə zəmin yaradacağına əmin olduğunu bildirib. Beynəlxalq konfrans sabah işini davam etdirəcək. -
04-07-2008, 02:16 PMAPAZiyafət Əsgərov: "Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur"
[b]Ziyafət Əsgərov: "Venesiya Komissiyası ilə apardığımız müzakirələrdə razılığa gəlmədiyimiz məsələ demək olar ki, yoxdur"[b]
[Bakı. Ülviyyə Əliyeva, Turan Hüseynova - APA. "Seçki Məcəlləsinə dəyişiklik olunmasa da, bu məcəllə ilə Azərbaycanda kamil seçkilər keçirmək mümkündür". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib. O bildirib ki, Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hökuməti arasında Seçki Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə ortaq məxrəcə gəlinməyən məsələ demək olar ki, yoxdur: "Sadəcə, yanaşmalarda fərqlilik var. Biz istəyirik ki, avropalı ekspertlər Azərbaycan reallığını anlasınlar və Azərbaycan Konstitusiyasının, ölkə qanunvericiliyinin tələblərini nəzərə alsınlar". Z. Əsgərovun fikrincə, qanunların qəbulu subyektiv məsələdir və hansısa qanun sonsuzadək müzakirə olunsa da, yenə kimsə narazı qala bilər. -
04-07-2008, 02:21 PMAPAƏli Həsənov: "Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məs<
[b]Əli Həsənov: "Bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir"[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. "Bu gün bəzi beynəlxalq təşkilatlar görməli olduqları işlərlə deyil, hansısa dövlətə təzyiq məqsədilə özlərinə lazım olan məsələlərlə məşğul olmağa üstünlük verir". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri insan hüquqları və söz azadlığı ilə bağlı məsələlərin də bura aid olduğunu bildirib: "Aparılan müzakirələrdə beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycanda bu sahələrlə bağlı məsələlərə daha çox yer ayırmasına baxmayaraq, bizim də deməyə sözümüz, nümayiş etdirməyə dəyərlərimiz var".Əli Həsənov siyasi məhbus məsələsi ilə bağlı yaranmış vəziyyətə də münasibət bildirib. Məhbuslarla bağlı məsələnin Azərbaycanın Avropa Şurasına üzv qəbul ediləndən gündəmdə olduğunu deyən şöbə müdiri rəsmi Bakının Avropa Şurası qarşısında götürdüyü öhdəliklər sırasında QHT-lərin siyasi məhbus kimi təqdim etdiyi insanların işinə yenidən baxılması, bəzilərinin əfvi, bəzilərinin isə işinin yüngülləşdirilməsi öhdəliyinin olduğunu da xatırladıb: "Azərbaycan bu öhdəliyi sona qədər yerinə yetirib. Biz Azərbaycan hökuməti olaraq siyasi məhbus məsələsini qəbul etmirik. Ona görə ki, Azərbaycan artıq Avropa hüquq məkanına daxil olub, Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycanda məhkəmənin qərarı kimisə qane etmirsə, sərbəst şəkildə Avropa Məhkəməsinə müraciət edə bilər. Bir halda ki, Azərbaycan vətəndaşı bu hüquqa malikdir, onda siyasi məhbus məsələsi fiksiya olaraq qalır".