[b]Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir[b]
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illiyidir.
[APA-nın məlumatına görə, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və Azərbaycanın tanınmış teatr xadimləri aktyorun məzarını ziyarət ediblər. Ziyarətdə iştirak edən aktyorlar Həsənağa Turabovun əvəzolunmaz insan və aktyor olduğunu vurğulayıblar. H. Turabovun 70 illik yubileyi aprelin 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dövlət səviyyəsində qeyd olunacaq. Qeyd edək ki, 1938-ci ildə Bakıda anadan olan H. Turabov 1960-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. O, 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. H. Turabov "Kəndçi qızı"nda Vahid, "Yaxşı adam"da Azər, "Hamlet"də Hamlet, "Orman qızı"nda Lionelim, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam və digər obrazlar yaradıb. Mərhum aktyor "Yeddi oğul istərəm", "Axırıncı Aşırım", "Ürək... Ürək...", "Sevinc Buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Qaçaq Nəbi", "Ailə", "Nə ghözəldir bu dünya...", "Babək" və digər filmlərdə əsas rolları canlandırıb.
Azərbaycan Xəbərləri
Printable View

03-24-2008, 03:21 PMAPABu gün Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 70 illik yubileyidir

03-24-2008, 03:26 PMAPAİranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb
[b]İranda etnik azlıqların vəziyyətinə dair ABŞ Konqresində keçirilmiş dinləmələrdə azərbaycanlı hüquq müdafiəçisinin nitqinin tam mətni açıqlanıb[b]
Vaşinqton - APA. ABŞ Konqresində İranda yaşayan azərbaycanlılar və digər xalqların vəziyyətinə dair dinləmələrdə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri, xanım Faxtə Zamaninin çıxışının tam mətni açıqlanıb.
[APA-nın məlumatına görə, İranda yaşayan azərbaycanlıların, kürdlərin, bəhailərin, ərəblərin, bəlucların və digər xalqların nümayəndələrinin rəyini eşitmək üçün Konqresin iki üzvü - Mark Steven Kirk (İllinoys ştatı, İran üzrə İşçi Qrupun həmsədri) və Şeyla Cekson Linin (Texas ştatı) də qatıldığı dinləmələrdə güney azərbaycanlıların durumu və problemləri barədə danışan F. Zamani çıxışında sayı 20 milyondan çox olan azərbaycanlıların İranda ən böyük azlığı təşkil etdiklərini deyib: "Onlar, əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Bundan başqa, şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda Azərbaycan dilində danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır. 1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-farsların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olub. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox edib (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil edib - belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymağa icazə verilmir. Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəşrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur". Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahənin media olduğuna diqqət çəkən hüquq müdafiəçisi Azərbaycan dilində televiziya və radio proqramlarının yayımının yalnız dövlət tabeliyindəki stansiyalarla məhdudlaşdığını, bunların da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan kəskin farslaşdırılmış Azərbaycan dilinə tərcümə edildiyini qeyd edib: ""Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir və tamamilə müxtəlif dil qrupuna aiddir. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirib. Həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcək. Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə, insani keyfiyyətlərdən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar İranın rəsmi dili olan fars dilində səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və doktor Brenda Şaffer, doktor Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilib, tədqiq və təhlil olunub". Xanım Zamani 12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzetində azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr olduğunu xatırladaraq, bütün ölkə boyu yüz minlərlə azərbaycanlının dinc nümayişlər vasitəsilə buna etirazını bildirmək üçün küçələrə çıxdığını bildirib: "Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxu yaylım atəşlərindən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı, yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi". Qərb mediasının İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli sakit yanaşmasından narazılığını ifadə edən hüquq müdafiəçisi ölkə xaricində çox az dairələrin İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdar olduğunu vurğulayıb: "Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə edib, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəyib. Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir, İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs ediliblər. Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə, həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir. Biz azərbaycanlılara və İrandakı digər azlıqlara dəstək istəyirik. Onlar dünyanın diqqətinə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyil. Onlar ümidə ehtiyac duyurlar və bunun üçün gözlərini beynəlxalq birliyə dikiblər.Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar və ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar". -
03-24-2008, 03:31 PMAPARöya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək
[b]Röya martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində verəcəyi konsertdə beş yeni mahnı ifa edəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Müğənni Röyanın martın 30-da Heydər Əliyev adına İdman Konsert Kompleksində "Mən sizə göstərərəm" adı altında keçirəcəyi konsert diskoteka formasında təşkil olunacaq. Sənətçinin mətbuat katibi Ülviyyə Alovlu APA-ya bildirib ki, Röya konsertində 17 mahnı ifa edəcək. Mahnılardan 5-i yenidir: "Konsertdə diskoteka üçün tələb olunan bütün işıq avadanlıqları quraşdırılacaq. Gənclər Röyanın ifası altında rəqs etmək imkanı əldə edəcəklər". Ü. Alovlunun sözlərinə görə, xüsusi olaraq konsert üçün gətirilən işıq, səs avadanlıqları və səhnə dekorasiyasının quraşdırılmasına martın 28-də başlanılacaq. Sənətçini konsert boyu yerli rəqqaslar müşayiət edəcək. Konsertin sonunda isə keçmiş "W trio" qrupu - Röya, Natəvan Həbibi və Elnarə Xəlilovanın ifasında musiqisi reper Cinə məxsus olan yeni mahnı səslənəcək. Konsertin rejissor Ülviyyə Könül tərəfindən lentə alınacağını bildirən mətbuat katibi konsertdən sonra həmin video-yazılardan ibarət film hazırlanacağını qeyd edib. Konsertdə Röya pərəstişkarlarının qarşısına modelyer Gülnarə Xəlilovanın geyimlərində çıxacaq. Qeyd edək ki, Tolikin təşkilatçılığı ilə keçiriləcək konsertin biletləri 10-20 manat arasındadır. -
03-24-2008, 03:36 PMAPATürkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq
[b]Türkiyənin meqa-starı Tarkanın Azərbaycan paytaxtında verəcəyi konsertin biletləri martın 30-dan satışda olacaq[b]
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkanın "Vay anam vay" adı altında Bakıda verəcəyi konsertin biletləri martın 30-dan Yaşıl Teatrın kassalarında satışda olacaq.
[Bu barədə APA-ya açıqlamasında konsertin təşkilatçısı "Səs Organization"-un rəhbəri Nahid Emiloğlu məlumat verib. Təşkilatçının sözlərinə görə, mayın 9-u və 10-da Yaşıl Teatr Bakı Konsert Kompleksində keçiriləcək konsertin biletləri 50-350 manat arasındadır. N. Emiloğlu onu da deyib ki, martın 26-dan etibarən konsertin afişaları vurulacaq və reklam çarxları nümayiş olunacaq. Təşkilatçı bildirib ki, Tarkandan əvvəl Krımdan olan tanınmış müğənni səhnəyə çıxacaq. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur. -
03-24-2008, 03:41 PMAPAAzərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
[b]Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb[b]
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada baş vermiş yol-qəzasında 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
[Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xaldan-Balakən magistral yolunun 122-ci kilometrliyində, Zaqatala hava limanı ərazisində baş verib. Rayonun Sumaylı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Möhüddün oğlu Muradovun idarə etdiyi "Mercedes" markalı, 62 BE 714 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı qoz ağacına çırpılıb. Qəza nəticəsində maşının sürücüsü T. Muradov və sərnişinlər - rayonun Yuxarı Tala kənd sakinləri, 1976-cı il təvəllüdlü Nazim Bilal oğlu Salehov və 1983-cü il təvəllüdlü Şahsuvar Osman oğlu Osmanov hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin - 1981-ci il təvəllüdlü Tahir Saleh oğlu Salehov ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. İlkin ehtimallara görə, T. Muradov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. -
03-24-2008, 03:46 PMAPA"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb
[b]"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Martın 22-də Bakı şəhərinin Nərimanov rayonundakı H. Əliyev prospektində müəyyən edilməmiş avtomaşınla 40-45 yaşlı kişi vurulub.
[Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə həmin şəxs hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov rayon Polis İdarəsi tərəfindən aparılır. Həmin gün saat 19.00 radələrində isə Goranboy rayonunun Xanqərvənd kəndinin ərazisində Daşaltı kənd sakini Elşən Qurbanov idarə etdiyi "KamAZ - 5511" markalı avtomobillə Bakı şəhər sakini Vasif Abbasov idarə etdiyi "Lexus" markalı avtomaşın toqquşub. Nəticədə "Lexus"un sərnişinləri - Tərtər rayon sakinləri Rasim Əhmədov və Murad Məmmədov hadisə yerində, sürücü özü isə xəstəxanada ölüb. Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Martın 22-də Siyəzən rayonunun Qarasiyəzən kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 22.50 radələrində Siyəzən şəhər sakini Mirzəağa Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Bayramov orada ölüb. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində isə həmin gün müəyyən edilməmiş avtomaşınla Cəlilabad şəhər sakini İzzət Mehdiyev vurulub. İ. Mehdiyev hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Cəlilabad rayon Polis Şöbəsi tərəfindən aparılır. -
03-24-2008, 03:51 PMAPA"Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib
[b]"Azadlıq" qəzetinin əməkdaşının bıçaqlanması faktı ilə bağlı cinayət işi Respublika Prokurorluğuna verilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin martın 13-də naməlum şəxslər tərəfindən bıçaqlanması faktı ilə bağlı başlanılan cinayət işinin istintaqı bundan sonra Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılacaq.
[Bu barədə APA-ya "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib. Bununla bağlı bu gün prokurorluqdan məlumat aldıqlarını bildirən A. Əhmədov deyib ki, istintaqın Bakı Şəhər Baş Polis İdarəsindən Respublika Prokurorluğuna verilməsinin səbəbi onlara məlum deyil. A. Xəlilin bıçaqlanması faktını Bakı Şəhər Baş Polis İdarəsində araşdıran müstəntiq Nazim Əhmədov da APA-ya məlumatı təsdiqləyib. Müstəntiq bununla bağlı əlavə məlumat verməyib. Qeyd edək ki, A. Xəlilin bıçaqlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi üzrə cinayət işi başlanılıb. -
03-24-2008, 03:56 PMAPA"Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır
[b]"Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır[b]
[Bakı. Ülkər Qasımova-APA. "Eurovision-2008"-də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavazadənin mayın 20-də Belqradda keçiriləcək müsabiqənin yarımfinal mərhələsi üçün geyimləri ukraynalı mütəxəssislər tərəfindən hazırlanır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) musiqi koordinatoru Leyla Əliyeva APA-ya bildirib ki, geyimlər üzərində son işlər aparılır. L. Əliyevanın sözlərinə görə, E. Hüseynov və S. Cavadzadə geyimləri gətirmək üçün martın 27-də Ukraynaya səfər edəcəklər. Musiqi koordinatoru onu da bildirib ki, mayın 20-də təmsilçilərimizin saç düzümlərini də ukraynalı saç ustaları hazırlayacaqlar. Hazırda təmsilçilərin veb-saytı üzərində işlərinin getdiyini deyən L. Əliyeva saytın müasir standartlara cavab verəcəyini açıqlayıb. Bununla yanaşı, o, artıq bir neçə aydır, fəaliyyət göstərən [ internet portalının yaxın günlərdə tam yeni formada istifadəyə veriləcəyini də qeyd edib. -
03-25-2008, 03:11 PMAPAAzərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib
[b]Azərbaycanın xalq artisti Tükəzban İsmayılova vəfat edib[b]
[Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Tükəzban İsmayılova bu gün saat 19:00 radələrində dünyasını dəyişib. APA-nın məlumatına görə, 85 yaşlı T.İsmayılova səhhətində problemlər var idi. Mərhumla vida mərasimini nə zaman keçiriləcəyi hələ müəyyənləşməyib. Qeyd edək ki, Tükəzban İsmayılova martın 6-da Mərkəzi Klinik Xəstəxanada canaq-bel sümüyündən əməliyyat olunub. Əməliyyatdan sonra vəziyyəti çox ağırlaşan 85 yaşlı müğənni süni tənəffüs aparatı vasitəsi ilə nəfəs alırdı. Xatırladaq ki, T.İsmayılova 1923-cü il dekbarın 21-də anadan olub.O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" Ordeni ilə təltif olunub. -
03-25-2008, 03:16 PMAPATürkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb
[b]Türkiyədə "Ergenekon" əməliyyatı ilə bağlı rəsmi açıqlama yayılıb[b]
[İstanbul. Mayis Əlizadə-APA. Bu gün "Ergenekon" əməliyyatı çərçivəsində salanılan Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek və daha 4 nəfər həbs edilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, İstanbul prokuroru Aykut Çengiz Engin "Ergenekon" əməliyyatının digər məhkəmə çəkişmələri ilə heç bir əlaqəsi olmaması barədə yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, 2007-ci iyun ayında Türkiyənin Ümraniyyə rayonunda bir evdə partlayıcı maddənin olması ilə bağlı əməliyyat xəbərinin ardından başladılmış araşdırmaların nəticəsində bir qrup şəxsin saxlanılıb və "Ergenekon" adı verilən bu əməliyyatla bağlı bu il martın 21-də də saxlanılanlar olub. Prokuror deyib ki, bu əməliyyatla bağlı mətbuatda yazılanların böyük bir qismi həqiqəti əks etdirmir. Baş verənlər hüquq çərçivəsində olub və araşdırmalar zamanı adı çəkilən şəxslər istintaqa cəlb edilib. Prokuror şübhəli şəxs qismində saxlanılanlardan Doğu Perinçek, Mehmet Adnan Akfırat, Ferit İlsever ve Serhan Bollukun Türkiyə Cinayət Məcəlləsinin 100-cü maddəsi ilə həbs edildiyini, "Cümhuriyyət" qəzetinin baş redaktoru İlhan Selçuk və İstanbul Universitetinin keçmiş rektoru Kamal Yalçın Alemdaroğlunun zaminə buraxıldığını, Yusuf Beşirik, İbrahim Benli, Yusuf Tuncer, Aydın Gergin, Mahir Çayan Güngör ve Aykut Tokakın isə ifadələri alınandan sonra yazılı iltizam alınmaqla sərbəst buraxıldıqlarını vurğulayıb.Engin "Ergenekon"la bağlı araşdırmaların bir ay müddətinə yekunlaşacağının gözlənildiyini də bildirib.Qeyd edək ki, bu gün İstanbul Cümhuriyyət Prokurorluğu "Star", "Taraf" və "Yeni Şafak" qəzetləri barədə "Ergenekon" əməliyyatı ilə bağlı gizli və medianın açıqlaması qadağan edilən məqamları yazmaları iddası ilə şikayət edib. Onu da xatırladaq ki, "Ergenekon" işi ilə bağlı daha əvvəl istefada olan general Vəli Kiçik, vəkil Kamal Kərinçsiz, Türk Ortodoks Patriarxlığının nümayəndəsi Sevgi Erenerol və digər tanınmış şəxslər də həbs olunub. -
03-25-2008, 03:21 PMAPAAzərbaycanın Rusiyadakı səfiri: «ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar»
[b]Azərbaycanın Rusiyadakı səfiri: «ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə salıblar»[b]
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu «Nezavisimaya» qazetinə verdiyi müsahibədə postsovet məkanında müşahidə olunan münaqişələrin həlli perspektivlərinə münasibət bildirib.
[APA-nın «Nezavisimaya» qəzetinə istinadən verdiyi məlumata görə, Moldova prezidenti Vladimir Voroninin Dnestryanı münaqişənin yaxın vaxtlarda ölkənin ərazi bütövlüyü çərçivəsində sülh və qarşılıqlı anlaşma mexanizmi əsasında həll ediləcəyi barədə bəyanatına münasibət bildirən Azərbaycan səfiri Kosovo deyil, məhz bu presedentin digər konfliktlərin həlli açarı olacağını istisna etməyib. P.Bülbüloğlu bildirib ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan sona qədər istifadə edəcək. BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında qətnamənin qəbulu ilə bağlı keçirilən səsvermənin yekunlarına münasibət bildirən səfir bəzi dövlətlərin kimin təzyiqi altında bitərəf mövqe tutmasını məlum olduğunu vurğulayıb: «Qətnamənin əleyhinə səs verən ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərini olduqca çətin vəziyyətə saldılar. Bununla vasitəçiliyin əsas prinsipi - bitərəflik pozulub. Bu cür nümayəndələr necə vasitəçi ola bilər?». -
03-25-2008, 03:26 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub[b]
[Bakı. Vüqar Mustafayev - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 18:50-dən 19:00-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi, saat 16:20-dən martın 25-i saat 06:15-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 19:20-dən 19:35-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 03:00-dan 03:10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur. -
03-25-2008, 03:31 PMAPAAzərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib
[b]Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib[b]
Bakı. Ülkər Qasımova - APA. Şərqin ilk opera yazan qadın bəstəkarı, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın səhhəti pisləşib.
[Bəstəkarın ailəsindən APA-ya bildirilib ki, bu gün səhər Ş.Axundova yıxılıb və ayağı əzilib. Onun yıxılmasına səbəb isə özünü pis hiss etməsi olub. Hazırda Travmatologiya İnstitutunda müayinə olunan 84 yaşlı bəstəkarın nə zaman evə buraxılacağı məlum deyil. Qeyd edək ki, Ş.Axundova «Gəlin qayası» operası, «Ev bizim, sirr bizim» operettasnın, 300-ə yaxın mahnı və romansın müəllifidir. -
03-25-2008, 03:36 PMAPAVyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu başlayıb
[b]Vyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu başlayıb[b]
Vyana. Fəxri Kərimli - APA. Bu gün Vyanada Mərkəzi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin forumu işə başlayıb. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, tədbirin təşkilatçısı rolunda Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi çıxış edir.
[Vyana Diplomatiya Akademiyasında keçirilən forumun təşkilinə Azərbaycan İdman və Gənclər Nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyi dəstək verib. Tədbirdə Mərkəzi və Şərqi Avropa ölkələrində (Almaniya, Avstriya, Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya və İsveçrə) təhsil alan azərbaycanlı gənclər iştirak edir. Forumun işinə həmçinin Azərbaycanın idman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov, Avstriya parlamentinin Avstriya-Qafqaz və Orta Asiya işçi qrupunun rəhbəri Karl Öllinger, Vyana əyalət parlamentinin deputatları, OMV neft şirkətinin təmsilçiləri və Azərbaycan mövzusunda tədqiqatlar aparan alimlər qatılıblar. Martın 26-da başa çatacaq ikigünlük forumda müasir Azərbaycanın inkişafında gənclərin rolu, Azərbaycanın Avropaya inteqrasiyası və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsi, Avropada mədəniyyət və dinlərarası dialoqda azərbaycanlı gənclərin rolu və digər mövzularda məruzələrin dinlənilməsi, işçi qruplarda müzakirələrin aparılması və açıq plenumda fikir mübadiləsinin keçirilməsi nəzərdə tutulub. Tədbirin sonuncu günü Vyana konsert salonlarının birində «Azərbaycan gecəsi» təşkil olunacaq və burada müğənni Züfiyyə Xanbabayeva konsert proqramı ilə çıxış edəcək. -
03-25-2008, 03:41 PMAPALənkəranda köhnə həbsxananın bərpasına başlanılıb
[b]Lənkəranda köhnə həbsxananın bərpasına başlanılıb[b]
[Lənkəran. Ağaddin Babayev - APA. Lənkəranda XVIII əsrdə inşa olunmuş dairəvi qalanın bərpasına başlanılıb. Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin tarix-mədəniyyət abidələrinin baş mühafizəçisi İlqar Əzimovun APA-nın Cənub bürosuna verdiyi məlumata görə, bərpa zamanı qalanın əvvəlki formasını qorumaq məqsədilə mütəxəssis heyəti onun Sankt-Peterburqda saxlanılan layihə sənədləri, eskiz və fotoları ilə tanış olublar. Qalanın bərpasına dövlət tərəfindən 150 min manat vəsait ayrılıb və işlər bu ilin sonuna kimi başa çatdırılacaq.Qeyd edək ki, bu qala 1750-ci ildə Nadir şah tərəfindən tikilib və qədim Lənkəran qalasının istehkamı kimi nəzərdə tutulub, Çar Rusiyası dövründə isə müxtəlif məqsədlər üçün, o cümlədən həbsxana kimi istifadə olunub. Nüfuzlu el ağsaqqalı, tədqiqatçı-alim Mirhaşım Talışlının APA-ya bildirib ki, keçmiş SSRİ-nin rəhbərlərindən olmuş İosif Stalin də ötən əsrin əvvəllərində bir müddət bu qalada həbsdə saxlanılıb.İkinci dünya müharibəsindən sonra baxımsızlıq ucbatından dairəvi qala şəbəkəsi tədricən yararsız hala düşüb, onun dam örtüyü uçub, divarları dağılıb. Azərbaycan Nazirlər Kabinetinin 2001-ci ildə qəbul etdiyi qərarla Lənkəran həbsxanası tarixi abidə, sonralar isə dövlət əhəmiyyətli abidə statusunu alıb. -
03-25-2008, 03:46 PMAPAAzərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında «Sərhəd-sipər» əməliyyatı keçirilir
[b]Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında «Sərhəd-sipər» əməliyyatı keçirilir[b]
Qusar. Solmaz Mehdiyeva - APA. Bu gün səhər saatlarından Azərbaycanın şimal bölgəsində qanunsuz silahların yığılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, axtarışda olanların və qeydiyyatsız yaşayanların aşkarlanması məqsədilə «Sərhəd-sipər» əməliyyatına başlanılıb.
[APA-nın Quba-Xaçmaz bürosunun Xaçmaz və Qusar rayonlarının polis şöbələrindən əldə etdiyi məlumata görə, Dağıstanla həmsərhəd olan bu rayonların müxtəlif ərazilərində əlavə polis postları qoyulub, minik avtomobilləri yoxlanılır, ərazilərdə nəzarət gücləndirilib.APA-nın Dağıstan bürosunun Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarında da eyni əməliyyat həyata keçirilir. -
03-25-2008, 04:11 PMAPABakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib
[b]Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilib[b]
Bakı. İlhamə İsabalayeva - APA. Martın 24-də axşam saat 19:00 radələrində dünyasını dəyişmiş Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə bu gün Rəşid Behbudov adına Mahnı Teatrında vida mərasimi keçirilib.
[APA-nın məlumatına görə, matəm nitqini açıq elan edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev T.İsmayılovanın vəfatı ilə muğam sənətində ağır itki üz verdiyini söyləyib. Nazir müavininin sözlərinə görə, ömrünün 60 ilindən çoxunu muğam sənətinə həsr edən T.İsmayılova sağlığında bütün fəxri adlara layiq görülüb: "Ömrünün son illərinə kimi Azərbaycan mədəniyyətinin inkişafı üçün dəyərli töhfələr verib. O, bu gün də özündən sonra layiqli davamçılar qoyub gedib. Tükəzban xanım 85 yaşında aramızdan getsə də, televiziyanın "Qızıl Fondu"nda saxlanılan əsərləri onu uzun müddət xatırladacaq. Tükəzban xanım özündən sonra böyük irs qoyan şəcərəyə malik, çox mülayim insan idi, onunla danışanda insan sakitlik tapırdı".Muğam ustası Əlibaba Məmmədov da T.İsmayılovanın "Şahnaz", "Qatar", "Heyratı" kimi gözəl lent yazıları ilə daim aramızda qalacağını bildirib.T.İsmayılovanın ilk tələbələrindən olmuş Könül Kərimova isə mərhumun onun ilk muğam müəllimi olduğunu söyləyib: "Muğam haqqında ilk dəfə ondan öyrənmişəm. Həmişə demişəm ki, o, bizə müəllim yox, həm də ana olub. Onu heç vaxt yaddan çıxartmaram. Ömrüm boyu ona borcluyam. İlk uğurlarıma da məhz o, səbəb olub".Mərhum bu gün II Fəxri Xiyabanda dəfn ediləcək.Qeyd edək ki, T.İsmayılova 1923-cü il dekabrın 21-də anadan olub. O, 1943-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. T.İsmayılova Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosu xorunun solisti olub. 65 ilə yaxın səhnədə fəaliyyət göstərən T.İsmayılova, 1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. -
03-25-2008, 04:31 PMAPAAzərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq
[b]Azərbaycan milli komandası sabah Litva ilə qarşılaşacaq[b]
Bakı. Vüqar Xeyrullayev - APA-SPORT. Sabah Azərbaycan milli komandası tarixində ikinci dəfə Litva yığması ilə qarşılaşacaq. «APA-SPORT» agentliyinin məlumatına görə, 16 illik tarixi ərzində 138 matç keçirən komandamız litvalılarla yalnız bir dəfə - 10 il əvvəl görüşüb.
[Estoniyada baş tutan həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib, komandamızın qollarını isə Rasim Abışovla Vyaçeslav Lıçkin vurub. Sabah keçiriləcək qarşılaşma həm də millini rəsmi matça çıxaran 11-ci baş məşqçinin debütü olacaq. Bu funksiyanı icra edəcək Nazim Süleymanov Şahin Diniyevdən sonra həm oyunçu, həm məşqçi kimi millini təmsil edən ikinci mütəxəssis olacaq. Onun litvalı həmkarı təcrübəli Algimantas Lyubinskas isə keçmiş SSRİ-nin rekordçusudur. 31 yaşında güclülər dəstəsində çıxış edən «Jalgiris»ə başçılıq edən mütəxəssis milli komandanı 70-dən artıq oyuna çıxarıb. O həmçinin «Kareda», «Paneris», «Ekranas» və Polşanın «Jaqelloniya» klublarına rəhbərlik edib. Azərbaycan və Litva futbolunun qarşıdurması SSRİ çempionatlarının «Neftçi» - «Jalgiris» rəqabətindən başlayıb. «Birlik kuboku» turnirində də dəfələrlə qarşılaşan təmsilçilərimiz UEFA-İntertoto kubokunda da görüşüb. «Bakı fəhləsi» - «İnjkaras» cütünün taleyini penaltilər seriyası rəqibin xeyrinə həll edib. Azərbaycan çempionatında kifayət qədər litvalı futbolçu - Valdas Trakis, Egidius Yuşka, Darius Jutautas, Tomas Rajanauskas, Andrius Gedqaudas və Edvinas Lukoşeviçyus çıxış edib. Əks marşruta üstünlük verən yeganə futbolçumuz isə Elman Sultanov olub. Qeyd edək ki, sabahkı oyunun keçiriləcəyi «Vetra» stadionu 5-ci dəfə milli komandanı qəbul edir. Litvalılar bu arenada 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub: son 3 qarşılaşmada qələbə qazana bilməyib. -
03-25-2008, 06:46 PMAnelRe: Bakıda Azərbaycanın xalq artisti Tükəzban İsmayılova ilə vida mərasimi keçirilibAllah rəhmət eləsin.Alıntı:
APA Nickli Üyeden Alıntı

03-25-2008, 06:49 PMAnelRe: Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub[b]GAlıntı:
APA Nickli Üyeden Alıntı

03-25-2008, 06:51 PMAnel
[b]Şəfiqə xanıma Allah şəfa versin..
Məlumatlarınız -
03-25-2008, 07:06 PMAPADik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib
[b]Dik Çeyni Hillari Klinton və Barak Obamanı düşünülməmiş bəyanatlar verməkdə ittiham edib[b]
[İstanbul. Mayis Əlizadə-APA. İran atom silahı əldə etməklə Yaxın Şərqdə sülh və sabirliklə bağlı cəhdlərə mane olur. APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyədə səfərdə ollan ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib. Onun sözlərinə görə, iranlılar açıq şəkildə nüvə silahı üçün lazım olan uraniyumu zənginləşdirməyə çalışırlar. İraqda Amerikanın 4 minə qədər əsgər itirməsi ilə bağlı suala cavabında Çeyni bundan kədərləndiklərini, lakin ordularının könüllü əsgərlərdən ibarət olduğunu da vurğulayıb. O, ABŞ demokratlarının prezidentliyə namizədləri olan Hillari Klinton və Barak Obamanın İraqdan əsgəri çəkəcəkləri ilə bağlı açıqlamalarını "düşünülməmiş bəyanatlar" adlandırıb. Çeyni onun xalq tərəfindən sevilməməsi ilə bağlı suala da maraqlı cavab verib: "Bir çox məsələlərdə mənim fikirlərim çoxları ilə uyğun gəlmir. Amma sevilmək istəsəydim, gərək siyasətçi yox, televiziya müxbiri olaydım". Dik Çeyninin Türkiyə gəlməmişdən öncə Quzey İraqa etdiyi səfəri ilə bağlı açıqlaması da yayılıb. Açıqlamada o, Quzey İraqı "Kürdüstan" adlandırıb: " Bu mənin Kürdüstana ilk səfərim oldu" deyə, vurğulayan Dik Çeyni Türkiyədə də bir sıra yüksəksəviyyəli görüşlər keçirib. O, Türkiyə səfərinin proqramını Corc Buşun təlimatı ilə hazırladığını da deyib. -
03-25-2008, 09:36 PMAPATürkiyənin futbol klublarından birinə silahlı basqın olub
[b]Türkiyənin futbol klublarından birinə silahlı basqın olub[b]
[İstanbul. Mayis Əlizadə-APA. Bu gün Türkiyənin Bursa şəhərindəki "Barfaspor" futbol klubunun ofisinə silahlı basqın olub. APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə nəticəsində klubun texniki direktoru Sədat Gezər, klub müdiri Ergin Özarslan və məşqçi İsmail Kurt güllələnib. Onları güllələyərək, çölə çıxan şəxs digər yoldaşı ilə birlikdə binanı kənardan da güllə-baran edib. Hadisə nəticəsində klubun texniki direktoru və məşqçi ölüb, klub müdiri isə ağır yaralanıb. Bursanın polis rəisinin müavini Ünal Uysal hadisənin klubla deyil, şəxslərlə əlaqəli olduğunun ehtimal edildiyini deyib. Hadisənin şahidləri, basqınçıların 3 nəfər olduğunu desələr də, hələlik saxlanılan yoxdur. -
03-26-2008, 11:16 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
Dağlıq Qarabağ. Gülşən Hacıyeva-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 01.40-dan 02.10-dək Ağdam rayonunun Tağıbəyli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
[Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
03-26-2008, 12:06 PMAPAAzərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb
[b]Azərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb[b]
Qax. Hafiz Heydərov-APA. Qax rayonu ərazisində xeyli silah-sursat aşkarlanıb.
[Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bölməyə daxil olan anonim telefon zəngi əsasında aparılan əməliyyat nəticəsində Qax-Qorağan yolunun 10-cu kilometrliyində, yol kənarında 1 ədəd "F-1" əl qumbarası, 1 ədəd iri çaplı güllə, 9 ədəd pulemyot gülləsi, 1 ədəd avtomat sandığı, 76 ədəd 7.62 çaplı güllə və 217 ədəd 5.45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. Tapılmış silah-sursat müvafiq qaydada protokollaşdırılaraq Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilib. Faktla bağlı Qax RPŞ-da araşdırmalar davam etdirilir. -
03-26-2008, 12:16 PMAPAAzərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər
[b]Azərbaycan nümayəndələri ABŞ Konqresində keçirilən dinləmələrdə çıxış ediblər[b]
Vaşinqton. Hüsniyyə Həsənova-APA. Amerikanın Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırov və Amerika Azərbaycan Şurasının direktoru Cavid Hüseynov Konqresin Aşağı Palatasının Xarici Əməliyyatlar üzrə Alt Komitəsində çıxış ediblər.
[APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycan diasporunun nümayəndələri 2009-cu ildə Dağlıq Qarabağa heç bir yardımın göstərilməməsini xahiş ediblər. ABŞ-ın gələn il üçün dövlət büdcəsinin maddələri ilə bağlı alt komitədə keçirilən dinləmələrdə çıxış edən T. Azəri bildirib ki, Azərbaycan müasir dövrün tələbləri ilə inkişaf edən dövlətdir. O, 1993-cü ildə senzuranın ləğv edildiyini, ölkədə 2000-dən çox KİV-in fəaliyyət göstərdiyin, 1400-dək QHT-in qeydiyyata alındığını deyib. T. Azəri ABŞ-la Azərbaycanın enerji təhlükəsizliyi əməkdaşlığının strateji xarakter daşıdığını, 2007-ci ildə Kondaliza Raysla Elmar Məmmədyarovun enerji sahəsində anlaşma memorandumunun imzaladığını xatırladıb, Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum kəmərlərinin bu əməkdaşlığa töhfə verdiyini söyləyib. Diasporun digər nümayəndəsi Adil Bağırov isə çıxışında bildirib ki, 1992-ci ildən Ermənistan ABŞ-dan demokratikləşmə məqsədi ilə 225 milyon dollar alıb. Bu, regionda ABŞ-ın əsas müttəfiqi sayılan Azərbaycana ayrılan yardımdan 4 dəfə çoxdur. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun Ermənistanın demokratikləşməsi ilə bağlı bütün cəhdləri və xərclədiyi milyonlarla dollar heç bir nəticə verməyib. A. Bağırov xatırladıb ki, bu il martın 1-də İrəvanda polis 8 günahsız mitinq iştirakçısını qətlə yetirib və ölkədə 20 günlük fövqəladə vəziyyət elan edilib. O deyib ki, ABŞ qonşu dövlətin torpaqlarını işğal edən, soyqırımları törədən, etnik təmizləmə həyata keçirən, öz vətəndaşlarını qətlə yetirməkdən belə çəkinməyən dövləti dəstəkləməməlidir. Daha sonra çıxış edən Cavid Hüseynov bildirib ki, 1990-cı illərin əvvəlində mövcud olan bütün iqtisadi və siyasi risklərə, torpaqlarının işğal olunmasına baxmayaraq, Azərbaycan Qərbi alternativ enerji ilə təmin edən dəhlizi inşa etməyə müvəffəq olub. O qeyd edib ki, Azərbaycan hərbçilərini Əfqanıstan və İraqa yollayıb. Bütün qeyd olunan məqamları nəzərə alaraq, hər üç natiq 2009-cu ildə Azərbaycana nəzərdə tutulan yardımın qüvvədə saxlanılmasını, yəni 19.5 milyon dolların verilməsi, Ermənistana 24 milyon dollardan artıq olmayan yardımın göstərilməsini xahiş ediblər. Azərbaycan icmasının nümayəndələri Dağlıq Qarabağa 2009-cu ildə heç bir yardımın göstərilməməsini arzulayıblar. -
03-26-2008, 12:51 PMAPAAvropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər
[b]Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Gürcüstana səfər ediblər[b]
[Strasburq. Gülşən Hacıyeva-APA. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Matiaş Erşi və Kastriot İslami martın 26-27-də Gürcüstanda səfərdə olacaqlar. AŞ PA-nın Baş Ofisindən APA-ya bildirilib ki, səfərin məqsədi Gürcüstanın öhdəliklərini yerinə yetirməsi ilə bağlı monitorinq aparmaqdır. Həmməruzəçilər Gürcüstan prezidenti, baş nazir, parlamentin spikeri, xarici və daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəmənin sədri, müxalifət təmsilçiləri, KİV və QHT nümayəndələri ilə görüşəcəklər. Görüşlərdə əsasən, parlament seçkiləri ərəfəsindəki vəziyyət, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, mətbuatın durumu və digər məsələlərə dair müzakirələr aparılacaq. -
03-26-2008, 01:01 PMAPAABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib
[b]ABŞ-ın Corctaun Universitetində Azərbaycanla bağlı konfrans keçirilib[b]
ABŞ. Hüsniyyə Həsənova-APA. Bu gün Corctaun Universitetində "Azərbaycan-Corctaun" illik akademik konfransının ilk mərasimi keçirilib.
[APA-nın ABŞ bürosunun məlumatına görə, "ABŞ-Azərbaycan münasibətləri: mürəkkəb regionda enerji və təhlükəsizlik" mövzusunda keçirilən konfransda hər iki ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov, ölkəmizin NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev və Xarici İşlər Nazirliyinin planlaşdırma və strateji analiz departamentinin rəhbəri Tofiq Musayev çıxış ediblər. Tədbirdə həmçinin ABŞ dövlət katibinin müavinin müşaviri Metyu Brayza, məşhur yazıçı və Pultzer mükafatının lauriatı Daniel Ergin və Milli Müharibə Kollecinin nümayəndəsi Ceyms Makdouqal da iştirak edib. Bu gün həmçinin Corctaun Universitetində Azərbaycanla bağlı foto sərginin açılışı olub. Sərgi 4 gün davam edəcək. -
03-26-2008, 01:11 PMAPADaha bir insan alverçisi saxlanılıb
[b]Daha bir insan alverçisi saxlanılıb[b]
[Bakı. Rəşad Süleymanov-APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində daha bir qadın alverçisi tutulub. DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İlahə İsmayılova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyurmuş. O, bu faktla bağlı da saxlanılıb. -
03-26-2008, 01:31 PMAPAÖtən il dünyada hərbi sahəyə 1 trilyon dollardan çox vəsait ayrılıb
[b]Ötən il dünyada hərbi sahəyə 1 trilyon dollardan çox vəsait ayrılıb[b]
[Bakı. Rəşad Süleymanov - APA. Ötən il dünyada hərbi sahəyə yönəldilmiş vəsaitlərin həcmi ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib. APA-nın məlumatına görə, 2007-ci ildə dünya ölkələri ümumilikdə hərbi sahəyə 1 trln. 66 mlrd. 485,5 mln. dollar vəsait xərcləyib ki, bunun 545,33 mlrd. dolları ABŞ-ın payına düşür. Şimali Amerika dövlətləri müdafiə məqsədlərinə 563, 818 mlrd. dollar, Qərbi Avropa dövlətləri 182,184 mlrd. dollar, Asiya-Sakit okean regionu dövlətləri 175,276 mlrd. dollar, Yaxın Şərq ölkələri 42,693 mlrd. dollar, keçmiş SSRİ ölkələri 37,722 mlrd. dollar, Latın Amerikası dövlətləri 29,109 mlrd. dollar, Misir istisna olunmaqla Afrika dövlətləri 18,345 mlrd. dollar, Şərqi Avropa ölkələri isə 17,34 mlrd. dollar vəsait ayırıb.Qeyd edək ki, dünya üzrə hərbi xərclər 2000-ci ildə 597,371 mlrd. dollar, 2006-cı ildə isə 985,687 mlrd. dollar təşkil edib. Ötən il Azərbaycanın hərbi xərcləri isə 1,2 mlrd. dollar olub. -
03-26-2008, 01:36 PMAPAAzərbaycanın təhsil naziri Türkiyəyə səfər edib
[b]Azərbaycanın təhsil naziri Türkiyəyə səfər edib[b]
[Ankara. Mayis Əlizadə-APA. Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanov bu ölkənin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (YÖK) sədri Yusif Ziya Özcanla görüşüb. APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə Azərbaycanın Türkiyə Universitetlərinə tələbə qəbulunun artırılması, təhsil sahəsində mütəxəssislərin təcrübə mübadiləsi, ali məktəblərin diplomlarının hər iki ölkədə tanınması və s. məsələlər müzakirə edilib. -
03-26-2008, 01:51 PMAPAAzərbaycanlı millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb
[b]Azərbaycanlı millət vəkilinin oğlu Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılov dünən gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib.
[E. Şükürlünün sözlərinə görə, E.İsmayılova hər hansı ittiham irəli sürülməyib: «Əldə etdiyimiz məlumata görə, Etimad İsmayılov rəhbərlik etdiyi şirkətə 1 milyon dollar məbləğində borcu olan iş adamlarının sifarişi əsasında saxlanılıb. Bizdə olan məlumata görə, həmin şəxslər Etimad İsmayılovu bir müddət əvvəl Moskvada qətlə yetirilmiş erməni iş adamının qətlinin sifarişçisi kimi ləkələmək istəyir". -
03-26-2008, 02:01 PMAPAİraqın Bəsrə şəhərində baş verən qarşıdurmada 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb
[b]İraqın Bəsrə şəhərində baş verən qarşıdurmada 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb[b]
[Bəsrə. Rəşad Süleymanov-APA İraqın neft şəhərlərindən olan Bəsrədə qarşıdurmalar şiddətlənib. APA-nın məlumatına görə, İraq polisi ilə radikal şiə lideri Müqtəda Əl Səbriyə bağlı milislər arasında baş verən qarşıdurma nəticəsində 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Ölənlər arasında polis və milislərlə yanaşı, mülki şəxslər də var. Şəhərdə bir neçə gündür davam edən qarşıdurmalardan sonra fövqəladə vəziyyət elan olunub. Polislər Müqtəda Əl Səbrini və onun tərəfdarlarını məhv etmək üçün geniş miqyaslı əməliyyatlar keçirirlər. Qeyd edək ki, Bəsrə şiələrin qalası kimi tanınır. -
03-26-2008, 02:21 PMAPANovruz Məmmədov: "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur"
[b]Novruz Məmmədov: "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur"[b]
Bakı. Rəşad Süleymanov. Tamara Qriqoryeva-APA. "Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən imtina etməsi ilə bağlı rəsmi mövqe yoxdur". Bunu APA-ya açıqlamasında Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
[Onun sözlərinə görə, Ermənistan tərəfindən belə bir məlumat ortaya atılıb. N. Məmmədov ermənilərin bu məsələdə hansısa məqsəd güddüklərini deyib. Prezident Aparatı rəsmisi həmsədrlərinin indiyə qədər gördüyü işlərin müzakirəsini isə mümkün sayıb.Qeyd edək ki, erməni mətbuatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın ABŞ-dakı ermənilərin nəşri olan "Armenian Reporter" qəzetinə verdiyi müsahibəyə istinadən Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıqdan imtina etməsi barədə xəbər yayıb. Lakin qəzetin internet saytında müsahibənin qısa xülasəsi yerləşdirilib və orada, ümumiyyətlə, Azərbaycanın Minsk qrupu ilə əməkdaşlığına dair hər hansı sual və ya cavab yoxdur. ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye APA-ya bildirib ki, onun Azərbaycanın Minsk qrupu ilə əməkdaşlıqdan imtina etməsi barədə məsələdən ümumiyyətlə xəbəri yoxdur və bu barədə ilk dəfə eşidir. ATƏT-in Baş Ofisindən də APA-ya onlara Azərbaycanın Minsk qrupunun vasitəçiliyindən imtina etməsi barədə hər hansı məktub daxil olmadığını bildiriblər. Xatırladaq ki, BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" adlı qətnamənin səsverməsi zamanı ATƏT-in Minsk qrupunun təşkil olunduğu ABŞ, Fransa və Rusiya dövlətləri sənədin əleyhinə səs verib. Bu, Azərbaycanda rəsmi və ictimai səviyyədə ciddi etiraza səbəb olub. -
03-26-2008, 02:26 PMAPAAzərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün Yalama, Qobustan və Türkan və Neftçalada radar sistemləri quraşdırılıb
[b]Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi üçün Yalama, Qobustan və Türkan və Neftçalada radar sistemləri quraşdırılıb[b]
Bakı. Rəşad Süleymanov - APA. Ötən il Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinin daha da gücləndirilməsi məqsədi ilə Yalama, Qobustan və Türkan sərhəd məntəqələrində, həmçinin Neftçalada radar sistemləri quraşdırılıb.
[Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.Azərbaycanın quru sərhədlərində isə 17 921 metr məsafədə mühəndis çəpərləri, 1 245 metr maneə zolağı quraşdırılıb, 24 müşahidə qülləsi tikilib. Dövlət sərhədinin müxtəlif istiqamətlərində 55 kompleks, o cümlədən, 32 sərhəd zastavası, 2 sərhəd komendantlığı, 7 ədəd 2 mərtəbəli 16 mənzilli yaşayış binası, 2 ədəd 2 bloklu 12 mərtəbəli 176 mənzilli yaşayış binası, 1 sahil zastavası, 3 sahil məntəqəsi, 1 sərhəd qarnizonu, Səngəçal qəsəbəsində aviadəstənin komanda məntəqəsi və s. tikilərək istifadəyə verilib. Ümumilikdə Sərhəd Qoşunlarının zabit və gizirləri üçün tikilən mənzillərin sayı 596 olub ki, onlardan da 144-ü istismara verilib. Qeyd edək ki, Azərbaycanın sərhədlərin ümumi uzunluğu 3472 kilometrdir (825 km-i su sərhədi). Azərbaycan İranla 765 km, Türkiyə ilə 11 km, Rusiya ilə 391 km, Gürcüstanla 471 km, Ermənistan ilə 1007 km həmsərhəddir. -
03-26-2008, 02:31 PMAPAAzərbaycanın Zaqatala rayonunda meşə zolağından silah-sursat tapılıb
[b]Azərbaycanın Zaqatala rayonunda meşə zolağından silah-sursat tapılıb[b]
[Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunun dağlıq ərazisində, meşə zolağında silah-sursat tapılıb. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qəbizdərə adlanan dağlıq ərazisində, meşə zolağında 1 ədəd Almaniya istehsalı olan tapança, 3 ədəd fişəng və 86 ədəd avtomat gülləsi aşkar edilərək götürülüb. Tapılmış silah-sursat hər hansı bir cinayət əməlində istifadə olunub-olunmadığı araşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinə silah anbarına təhvil veriləcək. -
03-26-2008, 02:51 PMAPAHəbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb
[b]Həbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Həbsdə olan jurnalist Eynulla Fətullayev bu gündən aclığa başlayıb. Bu barədə APA-ya məlumat verən jurnalistin atası Emin Fətullayev bildirib ki, oğlu ilə martın 25-də görüşüb. Onun sözlərinə görə, Eynulla Fətullayev həbsdə olan üç jurnalistin azadlığa buraxılması, Avropa Şurası və Avropa Birliyi tərəfindən siyasi məhkumların və vicdan məhkumlarının azadlığa buraxılması mexanizmlərinin Azərbaycan ictimaiyyətinə izah olunması tələbləri ilə aclıq edir. E. Fətullayev oğlunun saxlanma şəraitindən və özünə qarşı rəftardan şikayətçi olmadığın da deyib. Qeyd edək ki, 8 il müddətinə azadlıqdan məhrum edilən Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. -
03-26-2008, 03:43 PMAPATürkiyədə Azərbaycan və Ermənistanın QHT-lərinin görüşü keçirilir
[b]Türkiyədə Azərbaycan və Ermənistanın QHT-lərinin görüşü keçirilir[b]
İstanbul. Mayis Əlizadə-APA. İstanbulda Qafqaz ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının konfransı başlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, qapalı keçirilən iclasda Azərbaycan, Ermənistan, Gürcüstan və Şimali Qafqazdan olan QHT təmsilçiləri iştirak edir.
[Avropa fondlarının maddi dəstəyi ilə keçirilən iclasda Qafqazdakı münaqişələrin həllində sülh yolları müzakirə edilir. Əldə edilən məlumata görə, bu səpkili iclaslar Qafqaz xalqlarını sülhə hazırlamaq məqsədi güdür. Qafqaz ölkələrinin təmsilçiləri münaqişələrin son vəziyyəti barədə məruzə edir və toplumları sülhə hazırlamağın yolları barədə təkliflərini verirlər. Bu, eyni proqram çərçivəsində İstanbulda keçirilən dördüncü toplantıdır. Proqrama daxil edilmiş son iki toplantının da iyun və sentyabr aylarında İstanbulda keçirilməsi nəzərdə tutulub. -
03-26-2008, 03:47 PMAPAAraz Əzimov: "Azərbaycan Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və geri çağırılması prosedurunu öyrənmək üçün AT
[b]Araz Əzimov: "Azərbaycan Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və geri çağırılması prosedurunu öyrənmək üçün ATƏT katibliyinə məktub göndərib"[b]
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin həm ölkə, həm də şəxs olaraq dəyişdirilməsi və ya geri çağırılması prosedurunu öyrənmək məqsədi ilə ATƏT katibliyinə yazılı müraciət ünvanlayıb.
[APA-nın ATV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. A. Əzimovun sözlərinə görə, Minsk qrupunun həmsədrləri 1994-cü ildə Budapeşt sammitində təyin edilib və onların funksiyaları da aydındır: "Lakin vasitəçilərin şəxs olaraq dəyişdirilməsi məsələsi bir tərəfin iradəsi əsasında həyata keçirilir. Məsələn, ABŞ nümayəndəsi Stiven Mənni Metyu Brayza ilə əvəz edib. Rəsmi Bakını o məqam maraqlandırır ki, əgər sabah Metyu Brayza Minsk qrupunun üzvü olan Azərbaycanı narazı salan addım atarsa və bu qurumda məsələlər də konsensus əsasında həll olunursa, o zaman Azərbaycan necə hərəkət etməlidir? Əgər hər üç şəxs Azərbaycana qarşı düşmənçilik bəyanatları verirsə, Azərbaycanı bədnam edirsə, ölkənin ərazi bütövlüyünə qarşı cəhdlər edirlərsə, bütün bunlardan sonra nə qədər bəyanatlar versələr də bu, narahat edicidir".A. Əzimovun sözlərinə görə, Azərbaycan Minsk Qrupunun formatının dəyişdirilməsinə tərəfdar deyil. Bunu sadəcə Ermənistan və vasitəçilərin uydurması adlandıran nazir müavini Azərbaycan hökumətinin bu çərçivədə müzakirələrin effektiv aparılmasını istədiyini vurğulayıb: «Başqa tərəfdən, həmsədrlər heç vaxt bütövlükdə Minsk Qrupunu təmsil etməyib və edə də bilməz. Onlar Azərbaycan və Ermənistanla aparılan müzakirələrdə Minsk Qrupunu deyil, özlərini təmsil edirlər. Minsk qrupunu adından bəyanat verilmək də həmsədrlərin səlahiyyətində olan məsələ deyil". A. Əzimov vurğulayıb ki, Azərbaycan həmsədr ölkələrlə əməkdaşlığı davam etdirir, lakin eyni zamanda ATƏT katibliyinə vasitəçilərin geri çağırılması və ya başqası ilə əvəzlənməsi mexanizminin öyrənilməsi məqsədilə dəqiqləşdirici məktub ünvanlayıb: " Sadəcə bilmək istəyirik ki, lazım olacağı təqdirdə bunu necə edəcəyik. Çünki Azərbaycan da ABŞ, Rusiya və Fransa kimi Minsk Qrupunun üzvüdür". -
03-27-2008, 11:06 PMAPAOttava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi açılıb
[b]Ottava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi açılıb[b]
[Ottava. Ülviyyə Əliyeva-APA. Kanadanın Ottava Universitetində "Azərbaycanın işğal altında olan ərazilərində dağıdılan mədəni irs və abidələr" adı altında fotosərgi təşkil olunub. Ottava Azərbaycanlıları İcması tərəfindən təşkil olunan sərgi martın 26-dan aprelin 6-dək davam edəcək. Sərgidə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan ərazilərində dağıdılmış abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar nümayiş olunur. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən icmanın nümayəndəsi Yaşar Muğan hal-hazırda işğal altında olan Azərbaycan torpaqlarında 738 abidənin, 28 muzey və 14 xatirə kompleksinin ermənilər tərəfindən dağıdıldığını bildirib. Onun sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinin diqqətini bu barbarlıq faktlarına cəlb etməkdir. Sərginin açılış mərasiminə Kanadanın nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri, dini icmaların liderləri, azərbaycanlı və türk tələbələr qatılıblar.