[b]Əli Həsənov: "Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir"[b]
Bakı. Ülviyyə Əliyeva - APA. "Azərbaycan mediasının iqtisadi problemlərinin olmasından təkcə Avropa İttifaqı deyil, Azərbaycan dövlətinin də xəbəri var. Hazırda Azərbaycan mediası özünün iqtisadi müstəqilliyini təmin edə bilmir və onun bir çox problemləri də bundan irəli gəlir.
[Ona görə də biz Mətbuat Şurası və digər jurnalist təşkilatları ilə birlikdə müstəqil medianın iqtisadi bazasının gücləndirilməsi istiqamətində tədbirlər planlaşdırır, o cümlədən bu işlərin həyata keçirilməsinə dövlət dəstəyi proqramı adlı sənəd üzərində işləyirik". APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını yerinə yetirməsi vəziyyətinə dair hesabatında Azərbaycanda media azadlığının təmin edilməsində boşluqların olması, mətbuatın iqtisadi asılılığın hələ də aradan qaldırılmaması ilə bağlı müddəaya münasibət bildirərkən deyib. Bazar iqtisadiyyatı şəraitində bütün mediaya yardım göstərməyin, onların ayaq üstə qalmasını təmin etmək üçün dövlət dəstəyinin yetərli olmadığını qeyd edən şöbə müdirinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində hər media özünün kommersiya strukturu kimi dolandırmaq imkanlarını özü müəyyənləşdirməlidir: "Lakin Azərbaycanın informasiya ehtiyaclarını ödəmək baxımından bu işə dövlət dəstəyini də nəzərdə tuturuq və bu işlər həyata keçiriləcək".
Azərbaycan Xəbərləri
Printable View

04-03-2008, 11:11 PMAPAƏli Həsənov: "Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir"

04-03-2008, 11:16 PMAPAƏli Həsənov: "Aqo" qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib"
[b]Əli Həsənov: "Aqo" qrupu da qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib"[b]
["Aqo" qrupunun Azərbaycan Avropa Şurasına daxil olandan sonra ölkədə müxtəlif sahələrdə görülən işlərlə tanış olaraq, AŞ Nazirlər Komitəsinə müvafiq təkliflər hazırladığını vurğulayan Ə. Həsənov görüşdə söz və mətbuat azadlığının vəziyyəti, bu sahədə görülmüş və görüləcək işlərlə bağlı müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, "Aqo" qrupu da, Azərbaycan tərəfi də qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər inkişaf edib: "Lakin bəzi problemlər var ki, bu problemlər tək Azərbaycanın deyil, digər ölkələrin mətbuatında da mövcuddur. Bunları müəyyən edib, aradan qaldırmaq, azad medianın hüdudlarını genişləndirmək, jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı tədbirlər görmək, söz, mətbuat azadlığının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini daha dolğun həyata keçirmək, cəmiyyətlə media arasında narazılıqları, məhkəmə çəkişmələrini bu sahənin vəziyyətini yaxşılaşdırmaqla aradan qaldırmaq vacib məsələlərdir. Bu müzakirələr kifayət qədər lazımlıdır və bizim gördüyümüz işlərin dəyərləndirilməsi, bundan sonra görüləcək işlərin planlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. -
04-03-2008, 11:21 PMAPAHüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını "Aqo" qrupuna təqdim ediblər
[b]Hüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını "Aqo" qrupuna təqdim ediblər[b]
Bakı. Elbrus Seyfullayev - APA. Hakimiyyət nümayəndələrinin və hüquq müdafiəçilərinin təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupun Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlərinin iştirakı ilə iclası keçirilib.
[Bu barədə APA-ya İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlərə və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edərək təkliflərini bildiriblər. Onlar hazırladıqları məhbus siyahısını "Aqo" qrupuna təqdim ediblər: "Biz "Aqo" qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş etdik". Ç. Qənizadə təqdim etdikləri siyahıda ümumilikdə 29 məhbusun adının olduğunu bildirib. -
04-03-2008, 11:26 PMAPATürkiyə arbitraj məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanı 25 min dollar cərimə ödəməyə məhkum edib
[b]Türkiyə arbitraj məhkəməsi baş nazir Rəcəb Tayyib Ərdoğanı 25 min dollar cərimə ödəməyə məhkum edib[b]
Ankara - APA. Türkiyədə arbitraj məhkəməsi funksiyasını yerinə yetirən Danıştay adlanan hüquq instansiyası Nazirlər Kabinetini, Daxili İşlər Nazirliyini və Ankara valiliyini məhkəmə qərarını yerinə yetirməməkdə günahkar sayaraq cərimələyib.
[APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qızılay Dərnəyinin hökumətin qərarı ilə vəzifədən çıxarılan sədri Ərtan Gönən və sədr müavini Özbək Saran məhkəməyə müraciət ediblər və məhkəmə hər iki şəxsi işə bərpa edib. Ancaq qərar adı çəkilən dövlət qurumları tərəfindən icra olunmayıb. Bu səbəblə hər iki şəxs Danıştayda iddia qaldırıb. Bu instansiya isə Nazirlər Kabineti, DİN və valiliyin Ə. Gönən və Ö. Sarana 45 min yeni türk lirəsi - faizlərlə birlikdə isə 100 min lirə məbləğində təzminat ödəməsinə qərar verib. Qərarda xüsusi qeyd olunur ki, təzminatı şəxsən baş nazir, daxili işlər naziri və Ankara valisi öz ciblərindən ödəməlidirlər. Beləliklə, baş nazir Rəcəb Tayyib Ərdoğan öz cibindən 33 min lirə (təxminən 25 min dollar) cərimə ödəməli olacaq. -
04-03-2008, 11:31 PMAPAPrezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında mümkündür"
[b]Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında mümkündür"[b]
Buxarest. Fəxri Kərimli - APA. Bu gün Buxarestdə keçirilən NATO sammiti çərçivəsində Avroatlantik Tərəfdaşlıq Şurası dövlət və hökumət başçılarının NATO-nun baş katibi Yaap de Hoop Sxefferin rəhbərliyi ilə işçi naharı təşkil edilib.
[APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə çıxış edən prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafından, ölkənin regionda artan rolundan, Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiya sahəsində əməkdaşlığı genişləndirməsindən danışıb. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın doğma yurdundan didərgin düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, Qara dəniz və Xəzər dənizi hövzələrində əməkdaşlıqda fəal iştirak etdiyini də bildirib. -
04-03-2008, 11:36 PMAPAMixail Saakaşvili: "Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur"
[b]Mixail Saakaşvili: "Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur"[b]
Buxarest. Fəxri Kərimli - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin və Ukraynanın NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına qəbul olunmaması ilə bağlı qərarın Rusiyanın təsiri ilə verildiyinə inanmadığını bildirib.
[APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, M. Saakaşvili deyib ki, Rusiyanın bu məsələnin əleyhinə olduğu bəlli idi: "Mən baş verənləri Gürcüstanın çox böyük qələbəsi kimi qiymətləndirirəm. Tarixdə ilk dəfə belə bir şey baş verir: Gürcüstan NATO üzvü olacaq. Bunu bir vaxtlar ağıla belə gətirmək olmazdı". Rusiyanın Gürcüstanın inteqrasiya prosesinə reaksiyasının necə olacağı barədə verilən sualı Gürcüstan prezidenti belə cavablandırıb: "Sakit olacaq". M. Saakaşvili Azərbaycan-Gürcüstan əlaqələrinin yalnız qonşuluq və dostluq deyil, həm də strateji müttəfiqlik xarakteri daşıdığını qeyd edib: "Gürcüstanın inkişafı Azərbaycana, Azərbaycanın inkişafı isə Gürcüstana təsir edir. Bizim ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Azərbaycanın uğuru bizim, bizim uğurumuz isə Azərbaycanın uğurudur. Çünki biz bir-birimizi tamamlayırıq. Bu gün ilk dəfə yazılı şəkildə Gürcüstanın NATO-ya qəbul olunacağı barədə vəd aldıq. Bu gün Gürcüstanın uğuru baş verdi. Hesab edirəm ki, bunun Azərbaycana müsbət təsiri olacaq". -
04-03-2008, 11:41 PMAPAAzərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib
[b]Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib[b]
[Bakı. Aqşin Əliyev-APA-SPORT. Bu gün Azərbaycan milli komandasının növbəti baş məşqçisinin almaniyalı Berti Foqts olması rəsmiləşib. AFFA-nın baş katibi Elxan Məmmədovun "APA-Sprot"a verdiyi məlumata görə, AFFA rəhbərliyi ilə B. Foqts arasında müqavilə Almaniyanın Münhen şəhərində imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb. Müqavilənin maddi dəyərini açıqlamayan baş katib bildirib ki, almaniyalı məşqçi ilə bu gündən etibarlı sayılan müqavilə 2009-cu il dekabrın 31-nə qədər qüvvədə olacaq. Müqaviləyə əlavə olunmuş xüsusi şərt isə B. Foqtsun hər ayın ən azı iki həftəsini Azərbaycanda keçirməsinin mütləqliyi ilə bağlıdır. Baş katib bu şərtin daxil edilməsinin səbəbini Azərbaycan milli komandasının əsasən daxili çempionatda oynayan futbolçulardan ibarət olması ilə izah edib. E. Məmmədov əlavə edib ki, B. Foqtsun ölkəyə ilk səfəri bu il aprelin 13-16-da baş tutacaq. Bu zaman o, ölkənin idman ictimaiyyətinə təqdim ediləcək. -
04-04-2008, 10:21 AMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 10.35-dən aprelin 4-ü saat 01.35-dək ara-sıra Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndləri sahəsindəki mövqelərini, saat 13.30-dan 14.00-dək və saat 23.30-dan 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən, aprelin 4-də saat 00.45-dən 01.05-dək və saat 06.15-dən 06.25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, aprelin 4-də saat 04.05-dən 04.25-dək Tərtər rayonunun Çiləbürt, Seysulan və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-04-2008, 11:06 AMAPABMT baş katibi Rusiyaya rəsmi səfər edəcək
[b]BMT baş katibi Rusiyaya rəsmi səfər edəcək[b]
[Bakı. Laçın Sultanova-APA. BMT-nin baş katibi Pan Gi Mun gələn həftə Rusiyaya üçgünlük rəsmi səfər edəcək. APA-nın BMT-nin rəsmi saytına istinadən məlumatına görə, bu, Pan Gi Munun Rusiyaya BMT baş katibi statusunda ilk səfəri olacaq. Səfər çərçivəsində o, Rusiya prezidenti Vladimir Putin və onun xələfi Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, Dövlət Duması sədrinin müavini, QHT rəhbərləri ilə görüşlər keçirəcək, Moskva Dövlət Universitetində çıxış edəcək, BMT Qlobal Müqaviləsinin Rusiya şəbəkəsinin açılışında iştirak edəcək. Qlobal Müqavilə 2000-ci ildə qüvvəyə minib və BMT ilə biznesmenlər arasında sosial korporativ məsuliyyət haqqında könüllü müqavilədir. Bu gün təxminən 100 ölkədə minlərlə şirkət Qlobal Müqaviləyə qoşulub. Onun iştirakçıları korporativ məsuliyyətin 10 prinsipinə əməl etmək barədə öhdəlik götürüblər. Bunlar insan haqları, əməyin mühafizəsi, ətraf mühitin qorunması, korrupsiya ilə mübarizə ilə bağlı öhdəliklərdir. -
04-04-2008, 11:26 AMAPANATO sammitinin yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub
[b]NATO sammitinin yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub[b]
Buxarest. Fəxri Kərimli - APA. Şimali Atlantika Şurasının üzvü olan dövlət və hökumət başçıları NATO-nun Buxarest sammitinin yekun Bəyannaməsini qəbul ediblər.
[APA-nın sammitin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, 50 maddədən ibarət olan sənədin 43-cü bəndində Azərbaycanın ərazi bütövlüyü məsələsinə də toxunulur: "…Biz - Şimali Atlantika alyansına üzv ölkələrin dövlət və hökumət başçıları Cənubi Qafqaz və Moldova Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim xalqlarımız Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz həmin prinsipləri hesaba alaraq bu regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyirik". -
04-04-2008, 11:41 AMAPASerj Sərkisyan Azərbaycan prezidenti ilə görüşə hazır olduğunu bildirib
[b]Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüşə hazır olduğunu bildirib[b]
Buxarest - APA. "Azərbaycan prezidenti ilə görüşməyə qarşı deyiləm". APA-nın Ermənistan İctimai Televiziyasına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistanın baş naziri, prezident seçkilərində qalib elan olunmuş Serj Sərkisyan söyləyib.
[NATO-nun Buxarest sammitinə qonaq qismində qatılmaq üçün Buxarestə gələn Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüşmək ehtimalını dəyərləndirib: "Əgər Azərbaycan prezidentinin belə bir arzusu olsa, o zaman beynəlxalq forumlar çərçivəsində belə bir görüşün keçirilməsinə qarşı deyiləm". -
04-04-2008, 12:46 PMAPABakıda Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş kitab bayramı keçirəcək
[b]Bakıda Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş kitab bayramı keçirəcək[b]
[Bakı. Ülkər Qasımova - APA. Aprelin 9-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Rixard Zorge adına parkda Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş kitab bayramı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, açıq havada qurulan səhnədə "Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan" adlı müsabiqə iştirakçıların çəkdiyi rəsmlər nümayiş etdiriləcək. Parkın girəcəyində "Heydər baba - Millət atası", "Heydər Əliyev və uşaqlar" "Əsrin müqaviləsindən başlanan yol", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!", "Xalqa, Vətənə, Dövlətə sədaqət", "Təbiət bizim evimizdir", "Millətin xilaskarı", "Mənim nağıllı dünyam", "Sənin maraq dünyan", "Göyərçin -50", "Yeddi rəngli kəmərim" adları altında kitab sərgiləri təşkil olunacaq. Sərginin xüsusi embleminin hazırlandığını deyən Z. Əliyeva uşaq yazıçı və şairlərindən İlyas Tapdıq, Ələmdar Quluzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Sevinc Nuruqızı, Gülzar İbrahimovanın tədbirə qatılacağını deyib. Tədbirin sonunda "Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan" adlı şəkil müsabiqəsi və şeir müsabiqəsinin qalibləri elan olunacaq. -
04-04-2008, 12:51 PMAPA"Molla Nəsrəddin. Azərbaycan -2008" beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub
[b]"Molla Nəsrəddin. Azərbaycan -2008" beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub[b]
[Bakı. Ülkər Qasımova - APA. Aprelin 7-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda I "Molla Nəsrəddin. Azərbaycan-2008" beynəlxalq karikatura müsabiqəsinin mükafatlandırma mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası (FEKO), Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən "Molla Nəsrəddin. Azərbaycan -2008" Beynəlxalq Karikatura Müsabiqəsinə artıq yekun vurulub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunmuş beynəlxalq karikatura müsabiqəsi "Molla Nəsrəddin" jurnalının 102 illiyinə həsr olunub. Müsabiqədə 50 ölkədən 300 rəssam 1000-ə yaxın karikatura ilə iştirak edib. Sərgidə müsabiqəyə göndərilmiş əsərlər arasından seçilmiş 133 ən yaxşı əsər nümayiş olunacaq və bu əsərlər müsabiqənin kataloquna daxil ediləcək. -
04-04-2008, 12:56 PMAPAAzərbaycanlı mütəxəssislər Əfqanıstanda minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər
[b]Azərbaycanlı mütəxəssislər Əfqanıstanda minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər[b]
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanda Əfqanıstanın Humanitar Mina Təmizləmə Agentliyinin istehkamçı mütəxəssislərinə təlimlər keçiriləcək.
[APA-nın məlumatına görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov məlumat verib. O, ANAMA-nın Əfqanıstanda həyata keçirilən minatəmizləmə əməliyyatlarında iştirakını da istisna etməyib. Agentlik rəhbərinin sözlərinə görə, Azərbaycanda minaaxtaran mütəxəssislərin hazırlanması üçün Beynəlxalq Təlim Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu Mərkəzdə region dövlətlərinin mütəxəssislərinə təlimlər keçiriləcək. -
04-04-2008, 01:01 PMAPANATO Rusiyaya öz raket hücumundan müdafiə sistemini alyansın və ABŞ-ın analoji sistemi ilə birləşdirməyi təklif edib
[b]NATO Rusiyaya öz raket hücumundan müdafiə sistemini alyansın və ABŞ-ın analoji sistemi ilə birləşdirməyi təklif edib[b]
Buxarest. Fəxri Kərimli - APA. Şimali Atlantika Şurasının üzvü olan dövlət və hökumət başçıları NATO-nun Buxarest sammitinin yekun Bəyannaməsini qəbul ediblər.
[APA-nın sammitin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, 50 maddədən ibarət olan Bəyannamədə Vaşinqton Müqaviləsinin müddəalarına sadiqlik, Avropa və Şimali Amerika arasında təhlükəsizlik üzrə məşvərətin davam etdirilməsi, müttəfiqlərin təhlükəsizliyinin ümumi müdafiəsi prinsipinin təməl prinsip olaraq qaldığı vurğulanır: "Bu gün biz Albaniya və Xorvatiyanı alyansa qoşulmaq üçün danışıqlara dəvət etməyə qərar verdik. Biz bu ölkələri tarixi uğur münasibətilə təbrik edirik".Sənəddə 2009-cu ildə NATO-nun yaranmasının 60-cı ildönümü münasibətilə Strasburq və Keldə keçiriləcək sammitə xüsusi yer verilir, bu sammitdə Əfqanıstan və Kosovo mövzularının müzakirə ediləcəyi qeyd olunur. Bəyannamədə avroatlantik təhlükəsizliyin Əfqanıstanın gələcəyi ilə əlaqəli olduğu vurğulanır, Əfqanıstanın qonşuları, xüsusilə Pakistanla əməkdaşlığı gücləndirməsi alqışlanır, bu ölkənin problemlərinə həsr olunacaq Paris Konfransı dəstəklənir.Sənəddə Kosovodakı sülhməramlı qüvvələrə qarşı hücumlar pislənilir və KFOR ilə NATO-nun əməkdaşlıq edəcəyi bildirilir. Bundan başqa, NATO-BMT, eləcə də NATO-Avropa İttifaqı əməkdaşlığının gücləndirilməsinə yönəlmiş səylər alqışlanır. Yekun sənəddə terrorçuluğa münasibət də əksini tapıb: "Biz səbəblərindən asılı olmayaraq bütün terror aktlarını qətiyyətlə qınayırıq". Sənəddə Afrika və İraq problemlərinə də toxunulub və Makedoniyanın ağır əməyinə baxmayaraq, dövlətin adı ilə bağlı problemlə əlaqədar alyansa dəvət ala bilməməsindən təəssüf ifadə olunub. Bəyannamədə Ukrayna və Gürcüstanın NATO-ya üzvlük hədəfi təqdir edilir: "Biz bu ölkələrin NATO üzvü olmasına razılıq veririk. Hər iki ölkə alyansın əməliyyatlarına dəyərli töhfələr verib".Sənəddə İstanbul sammitinin qərarları bir daha dəstəklənir, Qafqaz və Mərkəzi Asiya regionlarının strateji əhəmiyyət daşıdığı vurğulanır: "Biz Qara dəniz regionunun avroatlantik təhlükəsizlik üçün daşımaqda olduğu əhəmiyyəti bir daha təsdiq edirik". NATO Rusiyaya özünün raket hücumundan müdafiə sistemini alyansın və ABŞ-ın analoji sistemi ilə birləşdirməyi təklif edib: "Biz uyğun bir zamanda bu məsələnin mümkünlüyünə baxmağa hazırıq". -
04-04-2008, 01:06 PMAPANAMSA "Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsinin" üçüncü fazasının həyata keçirilməsinə 900 min avro ayıracaq
[b]NAMSA "Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsinin" üçüncü fazasının həyata keçirilməsinə 900 min avro ayıracaq[b]
[Bakı. Rəşad Süleymanov - APA. NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) dəstəyi ilə Azərbaycanda həyata keçirilən "Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi"nin üçüncü fazasının iyunun sonlarında təsdiqlənməsi gözlənilir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov bildirib. Onun sözlərinə görə, 2 il 7 ay müddətində icra olunması nəzərdə tutulan üçüncü fazada yerin dərin qatlarındakı partlamamış hərbi sursatlar təmizlənəcək: "NAMSA bu layihəyə 900 min avro vəsait ayıracaq. Əməliyyatlarda istifadə olunan avadanlıqların isə natural şəkildə verilməsi nəzərdə tutulur". Nazim İsmayılovun sözlərinə görə, Azərbaycan hökumətinin də layihəni maliyyələşdirmək imkanı mövcuddur. Qeyd edək ki, "Saloğlu" layihəsinin icrasına 2006-cı ilin yanvarında başlanılıb. -
04-04-2008, 01:11 PMAPAAnn Dersi jurnalistlərin aclıq aksiyasına münasibət bildirib
[b]Ann Dersi jurnalistlərin aclıq aksiyasına münasibət bildirib[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanda jurnalistlərin öz funksiyalarını yerinə yetirməsi üçün problemlər var". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib.
[Səfir ABŞ-ın azad, obyektiv və müstəqil medianı dəstəklədiyini bildirib: "Çünki müstəqil mediasız demokratiyanın bərqərar olması mümkün deyil. Müstəqil media institutlarının formalaşdırılması üçün çoxlu səy tələb olunur. Bu səylər həm hökumət, həm jurnalistlər, həm də cəmiyyət tərəfindən olmalıdır. Güclü media ayrı-ayrı şəxslərin yox, bütün insanların maraqlarına xidmət etməlidir. Müstəqil medianın normal fəaliyyət göstərməsi üçün vətəndaş cəmiyyəti səy göstərməlidir". -
04-04-2008, 01:16 PMAPAANAMA rəhbəri: "Xarici donorlar Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarına ayırdıqları vəsaitin həcmini ilbəil azaldırlar"
[b]ANAMA rəhbəri: "Xarici donorlar Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarına ayırdıqları vəsaitin həcmini ilbəil azaldırlar"[b]
[Bakı. Rəşad Süleymanov - APA. Xarici donorların Azərbaycanda həyata keçirilən minatəmizləmə əməliyyatlarına ayırdığı vəsaitlərin həcmi ilbəil azalır. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov söyləyib. Onun sözlərinə görə, ANAMA-nın fəaliyyətə başladığı 2001-ci ildə əməliyyatların maliyyələşdirilməsində Azərbaycan hökumətinin payı 10%, donorların payı isə 90% olub: "İlk dövrlərdə ayrılan vəsaitin 45 faizi ABŞ-ın payına düşüb. Bu il isə əməliyyatların maliyyələşməsində Azərbaycan hökumətin payı 75 faiz, ABŞ-ın payı isə 12-14 faiz təşkil edir". ANAMA rəhbəri bildirib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq 12 rayonda şübhəli və təhlükəli ərazilər barədə məlumatlar toplanıb və həmin ərazilərdə əməliyyatlar aparılır. Qeyd edək ki, hazırda Azərbaycan hökumətinin nəzarətində olan ölkə ərazisinin 305 milyon kvadratmetr sahəsində mina təhlükəsi var. Bu günədək 60 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. -
04-04-2008, 01:21 PMAPAGəncə Dövlət Kukla Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edəcək
[b]Gəncə Dövlət Kukla Teatrı Ukraynada beynəlxalq festivalda iştirak edəcək[b]
[Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Dövlət Kukla Teatrı Kiyevdə keçiriləcək X Beynəlxalq Teatr və İncəsənət Festivalında iştirak edəcək. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, festivalda Gəncə Dövlət Kukla Teatrının kollektivi Rəhman Əlizadənin Azərbaycan folklor nümunələri əsasında yazdığı "Keçəlin toyu" tamaşasını nümayiş etdirəcəklər. Bu tamaşanın motivləri Novruz adət-ənənəsi üzərində qurulub. Hal-hazırda Gəncə Dövlət Kukla Teatrının kollektivi tamaşanın son məşqlərini edirlər. Qeyd edək ki, 15-dən artıq ölkənin qatılacağı festivala Azərbaycandan yalnız Gəncə Dövlət Kukla Teatrı qatılacaq. -
04-04-2008, 01:26 PMAPA"Aqo" qrupu ilə görüşdə ANS-in vitse-prezidenti Eynulla Fətullayevi "mətbuatın killeri" adlandırıb
[b]"Aqo" qrupu ilə görüşdə ANS-in vitse-prezidenti Eynulla Fətullayevi "mətbuatın killeri" adlandırıb[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu ilə görüşdə Azərbaycanın "ANS" Teleradio şirkətinin vitse-prezidenti Seyfulla Mustafayev çıxışında hazırda həbsdə olan E. Fətullayevi "mətbuatın killeri" adlandırıb.
[Bu barədə APA-ya Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan daxil olan press-relizdə bildirilib. S. Mustafayev bildirib ki, 2006-cı lillə müqayisədə 2007-ci il ANS üçün heç də pis olmayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinə bəzi mövzular istisna olmaqla ANS kifayət qədər dolğun məlumat verib. Jurnalistlərin müdafiəsinə gəldikdə isə S. Mustafayev bildirib ki, ANS bəzi jurnalistləri bilərəkdən müdafiə etmir, çünki ANS onları jurnalist saymır. Misal kimi Eynulla Fətullayevin adını çəkən ANS-in vitse-prezidenti "Realnıy Azerbaydjan" qəzetinin baş redaktorunu jurnalist yox, əksinə, "mətbuat killeri" adlandırıb. S. Mustafayev həmçinin bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan, burada söz azadlığını gözləmək illüziya olar. Onun fikrincə, nə vaxt Qarabağ problemi həll olunarsa, o zaman Azərbaycanda söz azadlığı da olacaq. -
04-04-2008, 01:31 PMAPAAŞ PA prezidenti yaxın zamanlarda Cənubi Qafqaz regionuna səfər edəcək
[b]AŞ PA prezidenti yaxın zamanlarda Cənubi Qafqaz regionuna səfər edəcək[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Yaxın vaxtlarda Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya De Puçun Cənubi Qafqaza səfəri planlaşdırılır.
[APA-nın məlumatına görə, AŞ PA prezidenti bu barədə Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Tiqran Torosyanla görüş zamanı bildirib. Qeyd edək ki, bu, Avropa Şurası Parlament Assambleyasının prezidenti kimi Luis Mariya De Puçun Cənubi Qafqaza ilk səfəri olacaq. -
04-04-2008, 01:36 PMAPAABŞ səfiri: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir"
[b]ABŞ səfiri: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir"[b]
Bakı. Rəşad Süleymanov - APA. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibəti ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi ilə görüş keçirilib.
[APA-nın məlumatına görə, ANAMA-nın direktoru Nazim İsmayılov ABŞ-ın agentlik yarandığı ilk günlərdən əməliyyatların maliyyələşdirilməsində iştirak etdiyini bildirib. Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verən N. İsmayılov ABŞ tərəfindən ANAMA-ya həm maliyyə, həm də texniki yardımların göstərildiyini deyib. Səfir Ann Dersi isə ABŞ hökumətinin ANAMA-nın fəaliyyətini dəstəklədiyini vurğulayıb: "Azərbaycanın iqtisadi və sosial inkişafı Cənubi Qafqazın təhlükəsizliyi üçün vacibdir. ANAMA tək Azərbaycanda deyil, dünya miqyasında işinə görə uğurlar qazanıb, agentliyimiz barədə müsbət imic formalaşıb". Səfir onu da bildirib ki, ABŞ hökuməti ANAMA-ya 2002-ci ildən bu günədək 15 mln. dollar vəsait ayırıb. Daha sonra ANAMA-nın fəaliyyəti, Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən layihələr barədə təqdimat nümayiş etdirilib. -
04-04-2008, 01:41 PMAPASupermodel Naomi Kempbell həbs olunub
[b]Supermodel Naomi Kempbell həbs olunub[b]
[Bakı. Ülkər Qasımova - APA. Tanınmış supermodel Naomi Kempbell Londonun Hitrou Beynəlxalq Hava Limanında polis zabitinə qarşı fiziki zorakılıq etdiyi üçün həbs olunub. APA-nın məlumatına görə, supermodellə polisin qalmaqalı Hitrou Hava Limanının V terminalında baş verib. Həmin terminalda təyyarə uçuşa hazırlaşarkən 37 yaşlı Naomi Kempbell təyyarənin ekipajı ilə mübahisə edib. Buna səbəb isə ekipajın onun çamadanlarından birinin təyyarəyə çatdırılmadığı və digər reyslə göndəriləcəyini bildirməsi olub. Bunu eşidən supermodel ekipaj üzvləri ilə mübahisəyə başlayıb və böyük qalmaqal yaradıb. Təyyarənin göyərtəsinə polis dəvət olunub, ekipajın bu hərəkəti modeli daha da özündən çıxarıb. Naomi Kempbell hadisə yerinə gələn polisin üzünə tüpürüb və onu döyməyə başlayıb. Polis bölməsinə gətirilən Naomidən faktla bağlı izahat alınıb. Bir gün polis bölməsində saxlanılan supermodel tanınmış himayədarının köməyi ilə zaminə buraxılıb. Hadisə ilə bağlı məhkəmə prosesinin mayda keçiriləcəyi bildirilir. -
04-04-2008, 01:46 PMAPAErmitajda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq
[b]Ermitajda azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Rəssamlar İttifaqı Sankt-Peterburqda fəaliyyət göstərən Bədii Fondun Rəssamlıq Akademiyası ilə əməkdaşlıq edəcək. Bu barədə APA-ya Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində akademiyanın maliyyə dəstəyi ilə ilk dəfə olaraq bu sahəyə dair beynəlxalq jurnal nəşr olunacaq: "Həmin jurnalın baş redaktoru mən olacağam. Jurnalda Şərq-Qərb ölkələrinin ən tanınmış rəssamları və rəssamlıq məktəbləri haqqında məqalələr dərc olunacaq. Hər nömrədə Azərbaycan rəssamları haqqında da məlumatlar veriləcək". Ə. Qarayev deyib ki, sözü gedən jurnal Azərbaycan, rus və ingilis dillərində nəşr olunaraq dünyanın bir çox ölkələrinə yayılacaq. Beynəlxalq rəsm jurnalı ildə 4 dəfə dərc olunacaq. İttifaq katibi onu da deyib ki, əməkdaşlıq çərçivəsində bu ilin mayında Sankt-Peterburqda Azərbaycanın gənc rəssamlarının sərgisi açılacaq. Yay aylarında isə Sankt-Peterburqun Ermitaj Muzeyində Azərbaycanın professional rəssamlarının sərgisi təşkil olunacaq. -
04-04-2008, 01:56 PMAPA"Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib
[b]"Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib[b]
[Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Bizim mahnı, bizim türkü" seriyasından "Sarı gəlin" xalq mahnısının yer aldığı musiqi albomunun təqdimatı keçirilib. APA-nın məlumatına görə, institutun direktoru Rövşən Mustafayev bildirib ki, neçə illərdir ermənilər məqsədli şəkildə türk mədəniyyət nümunələrini öz adına çıxır və dünyanı yalanlarına inandırmağa çalışır. Onun sözlərinə görə, müstəqilliyini qazandıqdan sonra Azərbaycan öz musiqisinin təbliği istiqamətində əhəmiyyətli addımlar atmağa başlayıb. O, "Sarı gəlin" musiqi albomunun hazırlanmasını da bu qəbildən olan iş kimi dəyərləndirib: "Bu xalq mahnısı 67 versiyada ifa olunub. Mahnı Yəmən-ərəb, İran, Azərbaycan və Anadolu türkcəsində ifa edilib. Musiqi ortaq şəkildə Anadolu və Azərbaycan türkcəsində ifa edilib. Xalq mahnısı "Şur" muğamının əsaslarına söykənir". Milli Məclisin deputatı Qənirə Paşayeva isə deyib ki, mədəniyyət nümunələrini bu şəkildə təqdim etməklə Azərbaycan ermənilərin yalanlarını ifşa edir. "Dünya getdikcə virtuallaşır. İnsanlar bütün məlumatları internet vasitəsilə əldə etməyə üstünlük verirlər. Ermənilərlə həmişə mübahisə mövzusu olan "Sarı gəlin" xalq mahnısını bu şəkildə internetdə yerləşdirməklə, onun türk millətinə məxsusluğunu təsdiq etməli oluruq". Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov, tarixçi-alim Musa Qasımlı və digər çıxış edənlər də "Sarı gəlin" xalq mahnısının Azərbaycan musiqisi kimi təqdim edilməsinin siyasi əhəmiyyətini vurğulayıblar. Qeyd edək ki, "Bizim mahnı, bizim türkü" layihəsinin rəhbəri İnsan Hüquqları İnstitutunun direktor müavini Araz Qurbanovdur. Musiqi albomunda "Sarı gəlin" xalq mahnısı 17 müxtəlif variantlarda təqdim edilib. -
04-04-2008, 02:01 PMAPAMoskva Karneqi Mərkəzində «Azərbaycan 2008: inkişafa doğru» adlı konfrans keçirilir
[b]Moskva Karneqi Mərkəzində «Azərbaycan 2008: inkişafa doğru» adlı konfrans keçirilir[b]
Moskva. Anarə Axundova - APA. Moskva Karnegi Mərkəzi və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bu gün Moskvada «Azərbaycan 2008: inkişafa doğru» adlı iki günlük konfrans başlayıb.
[APA-nın Rusiya bürosunun məlumatına görə, konfransda çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycana həsr olunmuş konfransın təşkilinə görə Karneqi Mərkəzinə minnətdarlıq edib. Konfransın birinci hissəsində 2008-ci ilin Azərbaycana geosiyasi və geoiqtisadi baxımdan nə verəcəyi barədə çıxışlar edilib, müzakirələr aparılıb. Bu mövzuda Azərbaycan Prezident Aparatı siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Postsovet Məkanında İctimai-siyasi Proseslərin Öyrənilməsi İnformasiya-analitik Mərkəzinin direktor müavini Aleksey Vlasov, Rusiyanın 1-ci Kanalında «Sudite sami» verilişinin aparıcısı Maksim Şevçenko çıxış ediblər. Onlar Azərbaycanın siyasi və iqtisadi inkişafı, Cənubi Qafqaz və Xəzər regionunda yeri, Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətləri barədə fikirlər səsləndiriblər. Natiqlər yaxın gələcəkdə enerji resurslarının qiymətinin düşməsi, Azərbaycanın Rusiya ilə Avropa arasında körpü olması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyi və digər məsələlərə toxunublar. Çıxışlarda Azərbaycanın Rusiya ilə Gürcüstan münasibətlərində mövcud problemlərin həllində də körpü rolunu oynaya biləcəyi vurğulanıb. -
04-04-2008, 02:06 PMAPANATO sammitində iştirak edən mənbə Ukrayna və Gürcüstanla bağlı müzakirələrin pərdəarxası məqamlarını açıqlayıb
[b]NATO sammitində iştirak edən mənbə Ukrayna və Gürcüstanla bağlı müzakirələrin pərdəarxası məqamlarını açıqlayıb[b]
Buxarest. Fəxri Kərimli - APA. Gürcüstan və Ukrayna ilə bağlı razılaşdırılmış kompromis formul ABŞ prezidenti Corc Buşun prezidentlik səlahiyyətlərini təhvil verməsindən öncə həmin dövlətlərin NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) qəbul olunmasına imkan verir.
[Bunu APA-nın Şərqi Avropa bürosunun əməkdaşına NATO sammitində iştirak edən britaniyalı mənbə bildirib. O, Ukrayna və Gürcüstanın MAP-a qoşulmasına dair qərarın NATO xarici işlər nazirləri səviyyəsində cari ilin dekabr ayında qəbul olunacağını deyib. Mənbə iki ölkənin NATO perspektivi ilə bağlı danışıqların çox gərgin keçdiyini və aprelin 2-dən 3-nə keçən gecə səhərədək davam etdiyini söyləyib. Britaniyalının sözlərinə görə, Gürcüstan və Ukraynanın ən böyük əleyhdarı Almaniya kansleri Angela Merkel olub: "Müəyyən bir məqamda vəziyyət olduqca pis idi. Almaniya və Fransa heç Gürcüstan və Ukraynaya NATO üzvlüyü perspektivinin verilməsinə də razı deyildilər". Qeyd edək ki, NATO XİN başçılarının toplantısı dekabrda baş tutacaq, ABŞ-ın növbəti prezidenti isə 2009-cu ilin yanvarında mandatını təhvil alacaq. -
04-04-2008, 02:11 PMAPAQAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarest açıqlaması ilə bağlı bəyanat yayıb
[b]QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarest açıqlaması ilə bağlı bəyanat yayıb[b]
[Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Buxarestdə verdiyi birgə açıqlama ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda həmsədrlərin fəaliyyətləri pislənib və Ermənistanın maraqlarına xidmət etdiyi qeyd olunub: "Həmsədrlər bildirib ki, Azərbaycanla Ermənistan öz arasında Dağlıq Qarabağın statusu ilə bağlı məsələdə kompromis əldə etməli, Dağlıq Qarabağın əhalisi isə həmin varianta öz razılığını verməlidir. Bu onu göstərir ki, danışıqlarda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal faktının aradan qaldırılması deyil, status məsələsi müzakirə edilir. Üstəlik, razılaşma Dağlıq Qarabağdakı qondarma rejimin də iradəsindən asılı olacaq. Həmsədrlər artıq ermənipərəst mövqelərini gizlətmir və hər vəchlə Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar. Ona görə də Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə heç bir əsas yoxdur". QAT bəyanatda Azərbaycan hakimiyyətindən danışıqların dayandırmasını da tələb edib. -
04-04-2008, 04:16 PMAPAElmira Süleymanova: "Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir"
[b]Elmira Süleymanova: "Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir"[b]
[Bakı. Laura Cəbrayıllı - APA. "Azərbaycanda mətbuat sahəsində problemlərin olmasına dair Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla imzalanmış Fəaliyyət Planının icrası ilə bağlı hesabatda yer almış fikirlər həqiqətdir. Bu məsələ ilə bağlı müraciətlər dövlət orqanları tərəfindən incikliklə qarşılanır ki, dövlətin nə marağı var öz mətbuatına təzyiq etsin və adı hallansın. Hər bir saxlanılan jurnalistə mütləq qanun çərçivəsində yanaşılmalıdır. Biz Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış ölkəyik". Bu sözləri APA-ya açıqlamasında ombudsman Elmira Süleymanova deyib. O, hər sahədə olduğu kimi, insan hüquqlarının təmin olunması sahəsində də islahatlar keçirildiyini bildirib: "Media nümayəndələri jurnalist etikasına, mətbuat haqqında qanuna riayət etməli, xalqa, milli dəyərlərə hörmətlə yanaşmalıdır. Eyni zamanda dövlət də söz azadlığını məhdudlaşdıran hər hansı hərəkətə yol verməməlidir. Qarşılıqlı əməkdaşlıqla, bir-birimizə dəstək verməklə eybəcər halları həyatımızdan rədd edəcəyik. Jurnalistlərlə bağlı elə bir hal olmayıb ki, biz hadisə yerində olmayaq, təhlil aparmayaq, müraciət etməyək. Əfvlə bağlı prezidentə müraciət etdik və 6 jurnalist əfv olundu". -
04-04-2008, 04:21 PMAPAMoskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olu
[b]Moskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı konfransda Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması məsələsi də müzakirə olunub[b]
[Moskva. Anarə Axundova - APA. Moskva Karnegi Mərkəzi və Azərbaycan Prezidenti yanında Strateji Təhqiqatlar Mərkəzinin təşkilatçılığı ilə bu gün Moskvada keçirilən "Azərbaycan 2008: inkişafa doğru" adlı iki günlük konfransın ikinci bölməsinin işi başa çatıb. APA-nın Rusiya bürosunun məlumatına görə, seksiyanın gedişində Azərbaycanda rus dilinin mövcud durumu məsələsi müzakirə olunub. Çıxış edən natiqlər Azərbaycanın ali və orta məktəblərində rus sektorlarının fəaliyyət göstərdiyini, ölkədə çoxsaylı rus icma və diasporunun fəaliyyət göstərdiyini vurğulayıblar. Böyük Britaniyanın qeyri-hökumət təşkilatlarından birinin rəhbəri olan Denis Samut çıxışında Azərbaycan iqtisadiyyatının inkişaf mərhələlərini təhlil edib, həmçinin Dağlı Qarabağ münaqişəsinə toxunub. O, istər konfrans iştirakçılarının, istərsə də dünya ictimaiyyətinin bu problemin həllinə həssaslıqla yanaşmasının vacibliyinə toxunub. Konfransda müzakirə olunan məsələlər sırasında Rusiya telekanallarının Azərbaycanda yayımının dayandırılması, iki ölkə arasında siyasi və mədəni münasibətlər də olub. Konfrans iştirakçıları Azərbaycanda milli, dini və mədəni azlıqların hüquqlarına xüsusilə hörmətlə yanaşıldığını vurğulayıblar. Konfrans davam edir. -
04-04-2008, 04:26 PMAPAATƏT-in yeni sədrinin adı məlum olub
[b]ATƏT-in yeni sədrinin adı məlum olub[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Finlandiya xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Stubb bu gün nazir vəzifəsinə təsdiqlənib. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda Finlandiya təşkilata sədrlik etdiyi üçün A. Stubb həm də ATƏT-in fəaliyyətdə olan sədri kimi fəaliyyət göstərəcək.
[40 yaşlı yeni sədr verdiyi qısa açıqlamada sələfi İlkka Kanervanın işini davam etdirəcəyini bildirib: "ATƏT qarşısında xidmətləri və bu işə verdiyi töhfələr üçün cənab Kanervaya təşəkkür edirəm". Qeyd edək ki, Finlandiyanın ATƏT-də sədrliyi müddətində əsas prioritetləri həlli uzanan münaqişələrin həlli, Əfqanıstanla əlaqələrin genişləndirilməsi, insan alverinə qarşı mübarizə, tolerantlığın gücləndirilməsi və gender problemlərinin həllidir. -
04-04-2008, 04:31 PMAPAQərargah problemi ilə əlaqədar "Azadlıq" blokunun Sədrlər Şurası iclaslarını keçirə bilmir
[b]Qərargah problemi ilə əlaqədar "Azadlıq" blokunun Sədrlər Şurası iclaslarını keçirə bilmir[b]
[Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) özünə yeni qərargah aldıqdan sonra †-
04-04-2008, 04:41 PMAPAAzərbaycanın NATO yanındakı nümayəndəliyi zirvə toplantısı ilə bağlı açıqlama yayıb
[b]Azərbaycanın NATO yanındakı nümayəndəliyi zirvə toplantısı ilə bağlı açıqlama yayıb[b]
Bakı - APA. Azərbaycanın NATO yanındakı nümayəndəliyi 2-4 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş zirvə toplantısı ilə bağlı açıqlama yayıb.
[XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, toplantının yekunları əsasında qəbul olunmuş Buxarest Bəyannaməsində alyans Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı növbəti dəfə öz prinsipial mövqeyini nümayiş etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyib. Belə ki, Bəyannamənin 43-cü bəndində deyilir: "Biz Cənubi Qafqaz və Moldova Respublikasında regional münaqişələrin davam etməsindən narahatıq. Bizim ölkələrimiz Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Biz bu regional münaqişələrin qeyd olunan prinsipləri nəzərə almaqla, sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləməkdə davam edəcəyik". Açıqlamada deyilir ki, sammit çərçivəsində aprelin 3-də Avroatlantik Tərəfdaşlıq Şurası ölkələrinin dövlət və hökumət başçılarının toplantısı, həmçinin NATO-nun Əfqanıstan üzrə zirvə görüşü keçirilib. Sonuncu görüşdə alyans ölkələri ilə yanaşı, Əfqanıstanda aparılan sülhməramlı əməliyyatlara töhfə verən digər ölkələrin rəhbərləri də iştirak ediblər. Bu yığıncaqlarda Azərbaycan ölkə prezidenti İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. "Avroatlantika təhlükəsizliyi 21-ci əsrdə" mövzusunda keçirilən yığıncaqda iştirak edən İ. Əliyev çıxışında avroatlantik tərəfdaşlıq çərçivəsində müttəfiq və tərəfdaş ölkələrlə əməkdaşlığın Azərbaycanın xarici və təhlükəsizlik siyasətində mühüm yer tutduğunu vurğulayaraq Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində mövcud olan siyasi dialoq və praktiki əməkdaşlığı yüksək qiymətləndirib. Prezident diqqəti Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsinə yönəldərək münaqişənin təkcə regional deyil, bütövlükdə avroatlantik təhlükəsizlik və sabitliyə hədə təşkil etdiyini söyləyib. İ. Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması, Dağlıq Qarabağ və digər işğal olunmuş bölgələrə azərbaycanlı əhalinin təhlükəsiz qayıdışı şərtilə həll edilə biləcəyini vurğulayıb. Dövlət başçısı NATO-nun Əfqanıstan üzrə zirvə görüşündə çıxışında NATO-nun tərəfdaşlıq proqramlarından faydalanan Azərbaycanın beynəlxalq sülh və sabitliyə verdiyi töhfəsinin davamlı şəkildə artdığını qeyd edib. Azərbaycanın Əfqanıstanın təhlükəsizliyi və inkişafına verdiyi töhfənin yalnız sülhməramlılıqla kifayətlənməyəcəyini söyləyən İ. Əliyev hərbi təlim-tədris, mülki infrastrukturun qurulması, humanitar və təhsil sahələrində bu ölkəyə dəstək veriləcəyini deyib. -
04-04-2008, 05:06 PMAPAAvropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirməsi vəziyyətinə dair hesabat t&
[b]Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirməsi vəziyyətinə dair hesabat təqdim olunub[b]
[APA-nın məlumatına görə, təqdimat mərasimində Rumıniya, Polşa, Bolqarıstan və İtaliyanın Azərbaycandakı səfirləri, Almaniya və Fransa səfirliklərinin nümayəndələri də iştirak ediblər. Hesabatı təqdim edən Avropa Komissiyasının Azərbaycandakı səfiri Alan Vaddams ölkəmizi Avropa İttifaqının mühüm tərəfdaşı adlandırıb və Azərbaycanın ticarət dövriyyəsinin yarısının Aİ ölkələrinin payına düşdüyünü deyib. O, Avropa Komissiyasının Azərbaycanla bağlı ilk hesabatını açıqladığını, lakin belə hesabatların növbəti dörd il ərzində hər il hazırlanacağını deyib. Hesabatda qeyd olunur ki, Azərbaycan sərhəd xidməti, vergi xidməti, azad ticarət dövriyyəsi, şirkətlərin fəaliyyəti üçün qanunvericilik sahəsində əhəmiyyətli nəticələr əldə etməyə müvəffəq olub. Ölkədə demokratikləşmə mühitini dəyərləndirən Alan Vaddams seçki komissiyalarının təşkili sahəsində islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb: "Yerli özünüidarəetmə sahəsində ciddi irəliləyişlər var, İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planı qəbul olunub, Ombudsman İnstitutu yaradılıb. Amma bu sahədə görüləsi işlər var. Xüsusilə seçkilər ilində Azərbaycanda demokratiyanın inkişafı çox vacibdir". Alan Vaddams insanların sərbəst toplaşmaq hüququ, söz və media azadlığı sahəsində problemlərin aradan qaldırılmasını da vacib sayıb. Avropa Komissiyasının səfiri həmçinin bildirib ki, Azərbaycan mütləq tolerant cəmiyyətdir və istər gender məsələsi, istərsə də vicdan azadlığı sahəsində əhəmiyyətli irəliləyişlərə nail olub. Azərbaycanın Avropa İttifaqı ilə xarici siyasət, təhlükəsizlik, nüvə silahının yayılmasının qarşısını almaq sərhəd məsələləri, cinayətkarlığa, narkotrafik və insan alverinə qarşı mübarizə sahələrində aktiv əməkdaşlıq etdiyini deyən səfir hazırladıqları hesabatın son dərəcə obyektiv olduğunu söyləyib: "Hesabatda bəlkə də müəyyən tənqidi məqamlar var, amma, bu, əməkdaşlığımızı aktivləşdirmək məqsədilə edilən tənqidlərdir. Biz Azərbaycanı hər zaman dəstəkləməyə hazırıq". -
04-04-2008, 05:21 PMAPAAlan Vaddams: "Azərbaycan Avropa İttifaqına üzv qəbul olmaq üçün Kopenhagen meyarlarına cavab verməlidir"
[b]Alan Vaddams: "Azərbaycan Avropa İttifaqına üzv qəbul olmaq üçün Kopenhagen meyarlarına cavab verməlidir"[b]
Bakı. Tamara Qriqoryeva - APA. "Azərbaycanın Avropa İttifaqına üzv qəbul olunması gündəmdə deyil. Lakin bu, o demək deyil ki, Azərbaycan heç zaman Avropa İttifaqının üzvü olmayacaq".
[APA-nın məlumatına görə, bu fikirləri Avropa Komissiyasının Azərbaycandakı səfiri Alan Vaddams mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Azərbaycan belə bir niyyət nümayiş etdirsə, nə zamansa Avropa İttifaqının üzvü ola bilər: "Bunun üçün Azərbaycan Kopenhagen meyarlarına tam şəkildə cavab verməlidir". -
04-04-2008, 05:26 PMAPAAzərbaycan rayonlarında Ağbirçəklər Şurası yaradılır
[b]Azərbaycan rayonlarında Ağbirçəklər Şurası yaradılır[b]
[Bakı. Laura Cəbrayıllı - APA . "Azərbaycan rayonlarında Ağbirçəklər Şurası yaradılır. Bu şura artıq bir neçə rayonda fəaliyyətə başlayıb. Mən bu qadınların necə böyük enerji ilə fəaliyyətə başlamasının şahidi oluram". APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O, Ağbirçəklər Şurasının fəaliyyətinə dəstək veriləcəyini bildirib: "Biz çalışacağıq ki, hər bir rayonda Ağbirçəklər Şurası yaradaq". Azərbaycanda milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi, qadın potensialının üzə çıxarılması məqsədilə yaradılan Ağbirçəklər Şurasının nəzdində "Gənc qızlar klubu"nun təşkil olunması da nəzərdə tutulur. -
04-04-2008, 05:31 PMAPAAzərbaycan Milli Məclisinin üzvü Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini tənqid edib
[b]Azərbaycan Milli Məclisinin üzvü Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini tənqid edib[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti kağız üzərindədir". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Milli Məclisinin üzvü Gültəkin Hacıyeva bu gün parlamentdə "Ekoloji kənd təsərrüfatı haqqında" qanun layihəsi müzakirə olunarkən deyib. Millət vəkili Azərbaycanda kənd təsərrüfatı üçün yararlı olan torpaqların sürətlə şoranlaşdığını, məhsuldarlığın aşağı düşdüyünü bildirib. Ölkədə aqrokimyəvi laboratoriyaların yaradılmasının vacibliyini vurğulayan G. Hacıyeva torpaq sahələrinə yetərincə gübrə verilmədiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı strategiyası hazırlanmalıdır: "Bu gün Azərbaycanda "Kənd təsərrüfatının kreditləşməsi haqqında" qanun qəbul olunmalıdır. Əkinçiyə 40 manat verməklə onu ələ baxan öyrətmək olmaz". -
04-04-2008, 06:46 PMAPABakı Apellyasiya Məhkəməsi "Bizim yol" qəzetinin əməkdaşının cəzasının müddətini azaldıb
[b]Bakı Apellyasiya Məhkəməsi "Bizim yol" qəzetinin əməkdaşının cəzasının müddətini azaldıb[b]
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti üzrə qərar elan olunub.
[M. Hüseynovun vəkili Vüqar Xasayev APA-ya bildirib ki, qərara görə, birinci məhkəmə instansiyasının hökmü qismən dəyişdirilib, onun cəzası 5 ilə endirilib. Vəkil deyib ki, apellyasiya şikayətlərində məhkəmə hökmünün dəyişdirilməsini, M. Hüseynova bəraət verilməsini istəyiblər. O, yaxın günlərdə məhkəmənin qərarından kasasiya şikayəti verəcəyini bildirib.Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M. Hüseynov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, o, 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul ola bilməz. -
04-04-2008, 06:51 PMAPAPolad Bülbüloğlu: "Azərbaycan NATO-ya daxil olmağa tələsmir"
[b]Polad Bülbüloğlu: "Azərbaycan NATO-ya daxil olmağa tələsmir"[b]
Moskva. Anarə Axundova - APA. İTAR-TASS agentliyində Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun birgə mətbuat konfransı keçirilib.
[APA-nın Rusiya bürosunun məlumatına görə, "Rusiya-Azərbaycan: əməkdaşlığın üfüqləri" adlı mətbuat konfransı iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 16 illiyinə həsr olunub. Mətbuat konfransını giriş sözü ilə açan Qriqori Karasin iki ölkə arasında əməkdaşlığın uğurlu nəticələr verdiyini və bu münasibətlərin inkişafının qaçılmaz olduğunu bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizin bu problemi sülh yolu ilə həll etmək istədiyini bildirib: "Azərbaycan münaqişə nəticəsində meydana çıxan problemləri sülh yolu ilə, danışıqlar vasitəsilə həll etmək istəyir". Azərbaycanın NATO hərbi blokuna üzv olması ehtimalı ilə bağlı sualı cavablandıran səfir ölkəmizin bu hərb alyansa qəbul olmaq üçün tələsmədiyini deyib. Polad Bülbüloğlu Rusiya ilə münasibətlərin dinc qonşuluq münasibətləri səviyyəsində olduğunu, bir çox sahələrdə - mədəniyyət, iqtisadiyyat, siyasət, humanitar sferalarda əməkdaşlığın inkişaf etdiyini deyib. BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamənin müzakirəsi zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səınədin əleyhinə səs verməsi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, hazırda bu məsələdə dünyanın 40 ölkəsi Azərbaycanın mövqeyini müdafiə edirlər. Qəbələ radiolokasiya stansiyasının ABŞ və Rusiyanın birgə istifadəsinə verilməsi ehtimalına toxunan Polad Bülbüloğlu bildirib ki, bu layihə Rusiya və ABŞ arasındakı danışıqların gedişindən asılıdır. -
04-04-2008, 06:56 PMAPAAzərbaycanla Rusiya arasında narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair saziş imzalanıb
[b]Azərbaycanla Rusiya arasında narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığa dair saziş imzalanıb[b]
Sankt-Peterburq. Zaur Nurməmmədov-APA. Sankt-Peterburqda Rusiya Federasiyasının narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin direktoru Viktor Çerkesovla Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair saziş imzalanıb.
[APA-nın məlumatına görə, sazişə əsasən, hər iki qurum narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə birgə operativ-profilaktik tədbirlər keçirəcək, təcrübə mübadiləsi aparacaq, peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.