[b]Oqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, spiker Estoniya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib: "Parlamentlər səviyyəsində münasibətlər dərinləşməkdədir və bu təqdirəlayiqdir. İqtisadi, siyasi sahədə əlaqələr mədəni sahədə də əməkdaşlığa geniş imkanlar açır. Azərbaycan mədəniyyəti günlərinin Estoniyada müvəffəqiyyətlə keçirilməsi buna əyani sübutdur. Kristina Ojuland Estoniyanın müstəqil Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini deyib: "Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da genişlənməsinə xidmət edir".
Azərbaycan Xəbərləri
Printable View

04-02-2008, 07:01 PMAPAOqtay Əsədov Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

04-02-2008, 07:06 PMAPAİbrahim Bürhanov: "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm"
[b]İbrahim Bürhanov: "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstana qayıdacağını düşünürəm"[b]
[Bakı. Elbrus Seyfullayev-APA. "Azərbaycanda yaşayan 70 min Ahısxa türkündən cəmi 30 min nəfərinin Gürcüstandakı yurd-yuvasına qayıdacağını düşünürəm. Onlar könüllü olaraq yurd-yuvalarına qayıtmaq istəyir". Bu açıqlamanı APA-ya Ahısxa türklərinin "Vətən" cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Bürhanov bildirib. Gürcüstanda "Repatriasiya haqqında" qanun qüvvəyə minəndən bu günə kimi Azərbaycanda yaşayan yalnız 31 ailənin Axalkələk bölgəsinə köçdüyünü xatırladan İ. Bürhanov hazırda bu prosesin müəyyən qədər ləng getdiyini deyib. Ahısxa türklərinə doğma torpaqlarına qayıtmaq üçün Gürcüstanın Qaçqınların Məskunlaşması üzrə Dövlət Nazirliyi tərəfindən statusun verildiyini deyən təşkilat sədri bununla bağlı müəyyən prosedur qaydaların mövcud olduğunu bildirib: "Gürcüstana qayıtmaq istəyən şəxs ərizəsini gürcü dilində yazmalı, anketdəki suallara gürcü dilində cavab verməlidir. Bu da müəyyən çətinliklər yaradır". -
04-02-2008, 07:11 PMAPADağlıq Qarabağ müharibəsində itkin düşənlərin sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanla BQXK arasında saziş imzalanacaq
[b]Dağlıq Qarabağ müharibəsində itkin düşənlərin sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycanla BQXK arasında saziş imzalanacaq[b]
[Bakı. Ramil Məmmədli-APA. Dağlıq Qarabağ müharibəsində itkin düşən vətəndaşların sümük qalıqlarının müəyyənləşdirilməsi məqsədilə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında saziş imzalanacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə komissiyanın katibi Şahin Sailov məlumat verib. Onun sözlərinə görə, bu işlər "Antimorte" adlanan layihə çərçivəsində həyata keçiriləcək. İki il öncə BQXK Azərbaycan Xarici İşlər Nazirliyinə, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına və Prezidentin İcra Aparatına itkinlərin axtarışı ilə bağlı proqram təqdim edib. Layihə Azərbaycan tərəfindən öyrənilib və hissə-hissə araşdırılıb. Ş. Şailov layihənin münaqişədən əziyyət çəkən tərəf kimi Azərbaycan üçün əhəmiyyətli olduğunu deyib: "Layihəyə əsasən, sülh dövründə döyüş aparılan ərazilərdə insan qalıqları aşkar edilərsə, onların eksqumasiyası və identifikasiyası aparılacaq. Tapılan sümük qalıqlarının eksqumasiyası ilə əldə olunan məlumatlar uzlaşdıqda, cəsədin kimliyini müəyyənləşdirmək olacaq". -
04-02-2008, 07:16 PMAPAErmənistan Gürcüstanda itmiş iki İrəvan sakininin adını da Azərbaycanda əsir və girov düşmüşlərin siyahısına salıb
[b]Ermənistan Gürcüstanda itmiş iki İrəvan sakininin adını da Azərbaycanda əsir və girov düşmüşlərin siyahısına salıb[b]
[Bakı. Ramil Məmmədli - APA. "Ermənistan Azərbaycanda 414 əsir və girovunun olması haqda uydurma rəqəmlər səsləndirib. Hətta Gürcüstanda itmiş iki İrəvan sakininin adı da həmin siyahıya salınıb". APA-nın məlumatına görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov deyib ki, Azərbaycan 2007-ci ilin iyununda Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Plaetvoetə əsir və girovlarla bağlı bütün sənədləri təqdim edib. Beynəlxalq təşkilatlar isə hələ də bu məsələ ilə bağlı ciddi addımlar atmır. O, bu sənədlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim edildiyini də deyib: "Ötən əsrin 90-cı illərinin əvvəllərində, müharibənin gərgin dövrlərində bu təşkilatın Ermənistanda olan nümayəndələri azərbaycanlı əsir və girovlar haqqında məlumatlar toplayıblar. Onların baş çəkdiyi, gördüyü insanlar haqda məlumatlar bizə də təqdim edildi. Sonradan həmin insanları onlardan tələb edəndə, Ermənistan tərəfi həmin azərbaycanlıları görmədiklərini söyləyib. Ermənilər həmin siyahıdan olan dörd nəfərin ölməsi haqda məlumatı təsdiqləsələr də, sonradan bundan imtina etdilər". -
04-03-2008, 11:46 AMAPAİsrail uydurma "erməni soyqırımı"nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təq
[b]İsrail uydurma "erməni soyqırımı"nı tanısa, Azərbaycan parlamentinə Fələstinə qarşı aparılan soyqırım siyasəti ilə bağlı sənəd təqdim ediləcək[b]
Bakı. Ramil Məmmədli - APA. "İsrailin 1967-ci ildən indiyədək Fələstin ərəblərinə qarşı apardığı soyqırımı siyasəti ilə bağlı sənəd Milli Məclisin müzakirəsinə çıxarıla bilər".
[Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu deyib. O, sənədi özünün hazırladığını və İsrail-Azərbaycan münasibətlərinin pozulmaması üçün bu günə qədər komissiyaya təqdim etmədiyini bildirib: "Əgər İsrail parlamenti qondarma "erməni soyqırımı"nı tanısa, biz də İsrailin Fələstin ərəblərinə qarşı soyqırım siyasəti ilə bağlı sənədin qəbulu üçün əlimizdən gələni edəcəyik. Bu zaman bizim belə bir addım atmağımızın günahkarı İsrail tərəfi olacaq". F. Qəzənfəroğlu Milli Məclisdəki həmkarlarının bu sənədin qəbulunu dəstəkləyəcəklərinə inandığını söyləyib: "Sənəd əvvəlcə Milli Məclisin İnsan haqları komissiyasının müzakirəsinə təqdim ediləcək. Milli maraqlara xidmət edən bütün partiyaların millət vəkillərinin sənədin lehinə səs verəcəyinə inanıram". -
04-03-2008, 11:51 AMAPABuxarestdə Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub
[b]Buxarestdə Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında görüş olub[b]
Bakı. Fəxri Kərimli - APA. NATO-nun Buxarestdə keçirilən sammiti çərçisində bu gün Azərbaycan prezidenti İlham Əliyevlə ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) arasında görüş keçirilib.
[APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Danışıqlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.Həmsədrlərin Ermənistanın baş naziri və yeni seçilmiş prezidenti Serj Sərkisyanla görüşü isə sabah keçiriləcək. -
04-03-2008, 11:56 AMAPA"Aqo" qrupunun Azərbaycana səfəri başlayıb
[b]"Aqo" qrupunun Azərbaycana səfəri başlayıb[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Bu gün Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfəri başlayıb. APA-nın müxbirinin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında açıqlama verən "Aqo" qrupunun rəhbəri Pyer Syörgen bildirib ki, səfərlərinin məqsədi Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin vəziyyəti ilə bağlı monitorinq aparılması və bu çərçivədə bir neçə görüş keçirməkdir.
[Azərbaycandan əvvəl Ermənistana səfər etdiklərini deyən P. Syörgen bu ölkənin də Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı monitorinq aparıldığını, prezident seçkilərindən sonrakı vəziyyətlə tanış olduqlarını söyləyib: "Lakin biz bununla bağlı əlavə şərhlər vermək istəmirik. Oradakı müşahidələrimiz və tanış olduğumuz digər məsələlər barədə hesabatımızda bildiriləcək". Ermənistanda bir qrup müxalifətçinin aclıq aksiyasına başlaması ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, onlar bu məsələni yeni eşitdikləri üçün araşdırmaqla məşğuldurlar. Azərbaycanın post-monitorinq ölkəsi olmasının mümkünlüyü ilə bağlı suala cavabında isə P. Syörgen bildirib ki, bu məsələ ölkənin öhdəlikləri yerinə yetirməsinin vəziyyətindən və AŞ PA-nın qərarından asılıdır."Aqo" qrupunun rəhbəri Azərbaycanda keçirdikləri görüşlər və müşahidələri ilə bağlı yekun nəticənin də hesabatda əksini tapacağını vurğulayıb. -
04-03-2008, 12:01 PMAPAGəncədə keçirilən "Şahin" hərbi-idman oyunları başa çatıb
[b]Gəncədə keçirilən "Şahin" hərbi-idman oyunları başa çatıb[b]
[Gəncə. Ayxan Hüseynov-APA. Orta məktəblərin 10-11 sinif şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyunlarının Gəncə birinciliynin qalibi müəyyən olunub. Gəncə şəhər Gənclər və İdman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Gəncə məktəbləri arasında keçirilən şəhər birinciliyində Mir Cəlal Paşayevin adını daşıyan 39 saylı məktəbin kollektivi bütün mərhələlərdə üstün olaraq birinci yerə layiq görülüb. Şəhər üzrə ikinçi yeri 29, üçüncü yeri isə 12 nömrəli məktəbin kollektivi tutub. Qeyd edək ki, "Şahin" hərbi-idman oyunlarında birinci yeri tutmuş 39 saylı məktəbin komandası Ağstafada keçiriləcək zona birinciliyində iştirak edəcək. -
04-03-2008, 12:06 PMAPATürkiyə parlamentinin Qrant Dinkin ölümünü araşdıran komissiyasının üzvü istefa verib
[b]Türkiyə parlamentinin Qrant Dinkin ölümünü araşdıran komissiyasının üzvü istefa verib[b]
[Ankara. Mayis Əlizadə - APA. Türkiyə Böyük Millət Məclisi İnsan hüquqları komissiyasının üzvü Çətin Soysal Qrant Dinkin ölümünü araşdıran parlament komissiyasının üzvlüyündən istefa verib. Cümhuriyyət Xalq Partiyasının üzvü olan Ç. Soysal APA-nın Türkiyə bürosuna açıqlamasında komissiyanın öz funksiyasını itirdiyini bildirib: "2007-ci ilin oktyabrında yaradılan komissiya üç ay ərzində işə başlaya bilmədi. Bu ilin yanvarında fəaliyyətə başlayandan sonra bəzi şəxsləri dinlədik. Mart ayında komissiyanın AKP-dən olan sədrinə sənədlərlə tanış olmaq istədiyimi deyəndə mənə heç bir sənəd göstərmədi və alınan ifadələrin raport yazmaq üçün kifayət etdiyini bildirdi. Mən o vaxt istefa verməyi düşünürdüm, ancaq mənə onsuz da komissiyanın işini başa çatdırdığını dedilər". Ç. Soysal komissiya səmərəli fəaliyyət göstərmədiyinə görə qurumun üzvlüyündən istefa verdiyini deyib. -
04-03-2008, 12:11 PMAPAErmənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
[b]Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub[b]
[Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 13.25-dən 17.15-dək ara-sıra Ermənistanın Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərini, saat 09.45-dən aprelin 3-ü saat 02.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Əbdülrəhmanlı, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 22.30-dan aprelin 3-ü saat 04.30-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 22.35-dən 23.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, aprelin 3-də saat 01.30-dan 04.40-dək ara-sıra Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. -
04-03-2008, 12:16 PMAPAUkraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq
[b]Ukraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq[b]
[Bakı. Ülkər Qasımova-APA. 11-20 apreldə Ukraynada keçiriləcək XVIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunacaq. Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin simfonik orkestr üçün "İthaf" əsəri və bəstəkar Rauf Əliyevin xor kapellası üçün "Ballada" əsərləri ifa olunacaq. R. Əliyevin APA-ya verdiyi məlumata görə, Azərbaycan ilk dəfə olaraq bu festivalda iştirak edir. F. Əlizadənin "İthaf"ı festivalın açılış mərasimində, R. Əliyevin "Ballada"sı isə aprelin 13-də ifa olunacaq. -
04-03-2008, 12:21 PMAPA"Aqo" qrupunun üzvlər Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüblər
[b]"Aqo" qrupunun üzvlər Azərbaycanda hüquq müdafiəçiləri ilə görüşüblər[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvlər hüquq müdafiəçiləri Elçin Behbudov, Arzu Abdullayeva və Leyla Yunusla görüşüblər. Bu barədə APA-ya E. Behbudov məlumat verib. Görüşdə Azərbaycanda insan hüquqlarının, mətbuatın vəziyyəti, həbsdə olan və aclıq aksiyası keçirən jurnalistlərlə bağlı müzakirələr aparılıb. Hüquq müdafiəçiləri qonaqları maraqlandıran sualları cavablandırıblar. -
04-03-2008, 12:26 PMAPA"Aqo" Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər
[b]"Aqo" Monitorinq Qrupunun üzvləri Azərbaycan müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər[b]
Bakı. Elnur Məmmədli - APA. Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu üzvləri bu gün müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər.
[Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, görüşdə Azərbaycandakı ictimai siyasi vəziyyət, Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi, hazırkı problemlərdən çıxış yolları, situasiyanın dəyişməsi məsələləri müzakirə edilib. S. Cəlaloğlu bildirib ki, "Aqo" üzvləri proseslərin müsbət istiqamətdə dəyişməsi üçün müxalifətin hansı təklifləri irəli sürməsi ilə maraqlanıb: "Biz də öz növbəmizdə hansı addımların proseslərin müsbət istiqamətdə dəyişməsinə təkan verə biləcəyini dedik. Amma onlar məsələlərə münasibət bildirmədilər. Sadəcə, bizim fikirlərə diqqətlə qulaq asdılar, özləri üçün qeydlər etdilər". Müzakirələrdə bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlərə də toxunulub. Görüşdə ADP sədrindən başqa, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov iştirak edib. -
04-03-2008, 12:31 PMAPAAzərbaycanda tələbələr arasında Beynəlxalq Humanitar Hüquq üzrə Dördüncü Milli Müsabiqə keçirilir
[b]Azərbaycanda tələbələr arasında Beynəlxalq Humanitar Hüquq üzrə Dördüncü Milli Müsabiqə keçirilir[b]
[Bakı. Məhbubə Qasımbəyli-APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 3-6-da Azərbaycan universitetlərinin beynəlxalq hüquq, hüquq və beynəlxalq münasibətlər fakültələrinin tələbələri arasında Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə Dördüncü Milli Müsabiqə keçirir. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Müsabiqəyə fevralın 11-də start verilib, ərizələrin təqdim olunması üçün bir ay vaxt ayrılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, "Azərbaycan" Universiteti, Xəzər Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Əmək və Sosial Əlaqələr Akademiyasını təmsil edən, hər biri 3 tələbədən ibarət 12 komanda bu müsabiqədə iştirak etmək üçün seçilib. BQXK-nın Rusiya Federasiyasındakı Regional Nümayəndəliyinin hüquq məsləhətçisi və akademik proqramının rəhbəri Arçil Kryukov müsabiqədə ekspert qismində çıxış edəcək. Müsabiqədə iştirakçılara uydurulmuş silahlı münaqişə vəziyyəti təklif ediləcək və onlar bu şəraitdə dövlət rəsmiləri rolunda qərar qəbul edəcək, hökumət əleyhinə qüvvələri təmsil edəcək və BQXK-nın nümayəndələri rolunda olacaqlar. -
04-03-2008, 12:41 PMAPAVenesiya Komissiyası və ATƏT DTİHB Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyiblər
[b]Venesiya Komissiyası və ATƏT DTİHB Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyiblər[b]
[Bakı. Tamara Qriqoryeva - APA. Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Ermənistanda sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran qanun dəyişikliyini pisləyən bəyanatla çıxış edib. APA-nın Avropa Şurasının saytına istinadən yaydığı məlumata görə, hər iki qurum Ermənistanda martın 17-də qəbul olunan "Mitinq və nümayişlərin təşkili haqqında" qanunu öyrəndikdən sonra dəyişikliklərin qəbul olunmazlığı barədə yekdil rəyə gəliblər. Bəyanatda qeyd olunur ki, bu dəyişikliklər spontan şəkildə aksiya keçirmək imkanlarını məhdudlaşdırır və aksiya iştirakçılarının həyatı üçün risk təhlükəsi yaradır. Beynəlxalq təşkilatlar qanundan piketlərin çoxlu sayda insanın iştirakı ilə nümayişlərə çevrilməsinin yolverilməzliyi haqqında müddəanın çıxarılmasından da narahatlığını bildiriblər. -
04-03-2008, 02:01 PMAPAAzərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq
[b]Azərbaycanın Quba rayonunda bərpa edilmiş məscidin açılışı olacaq[b]
[Bakı. Ülkər Qasımova - APA. Aprelin 7-də Qubanın Rustov kəndində bərpa olunan məscidin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, məscid 1902-ci kərpicdən tikilmiş yerli əhəmiyyətli abidədir. Məscid Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat İnstitutu tərəfindən bərpa olunub. İ. Hümbətov bildirib ki, məsciddə bərpa işləri Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqustunda verdiyi qərara əsasən aparılıb. Mətbuat katibinin sözlərinə görə, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Qubada olan Günbəzli hamamın və I Nügədidəki məscidin bərpası da nəzərdə tutulur. Qeyd edək ki, Qubada ümumilikdə 162 məscid qeydiyyatdadır. Məscidlərdən 1-i dünya, 44-ü ölkə, 117-si isə yerli əhəmiyyətli abidədir. -
04-03-2008, 02:06 PMAPAAzərbaycanda səfərdə olan "Aqo" qrupunun üzvləri həbsdəki jurnalistlərlə görüşəcəklər
[b]Azərbaycanda səfərdə olan "Aqo" qrupunun üzvləri həbsdəki jurnalistlərlə görüşəcəklər[b]
Bakı. Ülviyyə Əliyeva - APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun üzvləri görüşlərini davam etdirirlər.
[APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən qrupun rəhbəri Pyer Syörgen hüquq müdafiəçiləri, müxalifət partiyalarının sədrləri ilə görüşdüklərini bildirib. Onun sözlərinə görə, görüşlərdə ölkədə insan hüquqlarının, söz azadlığının durumu, prezident seçkisi öncəsində siyasi vəziyyət müzakirə edilib. P. Syörgen qrup üzvlərinin sabah həbsdəki jurnalistlərlə görüşəcəyini qeyd edib. -
04-03-2008, 02:11 PMAPA"Hürriyyət" qəzeti dövriliyini azaldır
[b]"Hürriyyət" qəzeti dövriliyini azaldır[b]
[Bakı. Elnur Məmmədli - APA. "Hürriyyət" qəzeti dövriliyini azaldır. Qəzetin baş redaktoru Süleyman Məmmədlinin APA-ya verdiyi məlumata görə, maliyyə problemləri ilə əlaqədar olaraq "Hürriyyət" həftədə iki dəfə, 2-ci və 6-cı günlər satışda olacaq. Baş redaktor qəzetin satışından əldə olunan gəlirlə kollektivi saxlamağın və çap xərclərini ödəməyin çətin olduğunu bildirib: "Biz bilirik ki, bu il seçki ilidir və qəzetin dövriliyini azaltmaq düzgün deyil. Amma bizim başqa yolumuz yoxdur". S. Məmmədli maliyyə problemləri həll olunandan sonra qəzetin gündəlik nəşrinin bərpa olunacağını bildirib. Qeyd edək ki, 1991-ci ildən təsis olunan "Hürriyyət" qəzeti son bir ildə həftədə 5 dəfə nəşr edilirdi. -
04-03-2008, 02:16 PMAPARusiya mətbuatı: Ermənilərin işğalı altında olan Azərbaycan rayonları insan yaşamayan səhranı xatırladır
[b]Rusiya mətbuatı: Ermənilərin işğalı altında olan Azərbaycan rayonları insan yaşamayan səhranı xatırladır[b]
Bakı. Vüqar Məsimoğlu, Zaur Nurməmmədov - APA. "Azərbaycanın keçmiş Ağdam şəhəri bütün Sovet İttifaqında məşhur portveyninə görə tanınırdı. İndi isə Ağdam sözün əsl mənasında "keçmiş şəhər"dir. Burada nəinki portveyn istehsal olunur, bu şəhər, ümumiyyətlə, yoxdur". APA-nın məlumatına görə, bu fikirlər Anton Krivenyukun "Seqodnya.ru" saytında dərc olunmuş "Qafqazın ölü şəhərləri" adlı məqaləsində öz əksini tapıb.
[O, Ağdamın hazırda gerçək bir xarabazarlığı xatırlatdığını deyib: "Boş qalmış, xarabazara çevrilmiş evlərin əhatəsində olan küçələrdə çox az-az yük maşınının keçdiyini görmək olar. Dağlıq Qarabağın ətraf rayonlarının əhalisinin burada yeganə təsərrüfat fəaliyyəti - dağılmış evlərin tikinti materiallarını daşımaqdan ibarətdir. Ağdam qanlı Ermənistan-Azərbaycan müharibəsinin mərkəzində olub. 1994-cü ildə müharibə başa çatdıqdan sonra şəhər bütünlüklə erməni qüvvələrinin nəzarətinə keçib. Hələ həmin vaxtlardan şəhər boş qalıb, Ağdamın əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlılar dağılmış şəhəri tərk etmişdilər". Müəllif Ağdam şəhərinin hətta SSRİ dövründə belə hüquqi baxımdan Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmadığını xatırladıb: "Əslində Ağdam hətta sovetlər dövründə belə hüquqi bağımdan Dağlıq Qarabağın ərazisinə daxil deyildi. Bu, hazırda Ermənistanın işğal etdiyi Azərbaycanın daha yeddi rayonundan biridir və hələ də Ermənistanın nəzarəti altındadır". Anton Krivenyuk insan yaşamayan Ağdamda yalnız şəhər məscidinin dağıdılmadığını bildirib: "Ağdamın insan yaşamayan panoramını yalnız şəhər mərkəzində ucalan məscid bəzəyir. Bu, şəhərdə salamat qalan yeganə tikilidir. Ermənilər bu məscidi qəsdən dağıtmayıblar, onlar bununla öz dini tolerantlıqlarını özünəməxsus şəkildə nümayiş etdirmək istəyirlər. Məscidin yaxınlığında xaraba qalmış azərbaycanlı məzarlığı var. Məscidə getməyə adam olmadığı kimi, burada da dəfn etməyə adam yoxdur". Müəllif Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağdan kənar bütün yeddi rayonun insan yaşamayan səhranı xatırlatdığını bildirir: "Bu gün həmin yeddi rayonun hamısı - böyük bir insan yaşamayan səhranı xatırladır. Bəzən hansısa kəndlərin qalıqlarına rast gəlmək olur. Burada məskunlaşmağı elə bir əhəmiyyəti yoxdur, amma torpaq çox məhsuldadır. Dağlıq Qarabağ erməniləri uzun məsafəni qət edərək torpağı becərmək üçün bura gəlirlər. Bütün bağlar və əkin sahələri yaxşı qulluq edilmiş şəkildədir". Müəllif Ermənistanda bu torpaqların geri qaytarılması ilə bağlı fikir ayrılığının mövcud olduğunu qeyd edir: "Bir çoxları hesab edir ki, torpaqları qaytarmaq lazım deyil və buranı ermənilər məskunlaşdırmalıdır. Nə Ermənistanda, nə də Dağlıq Qarabağda Laçın rayonunun Azərbaycana qaytarılması barədə ümumiyyətlə düşünmürlər. Dağlıq Qarabağı ətraf aləmlə birləşdirən yeganə yol Laçın ərazisindən keçir". Müəllif erməni işğalı altında olan Şuşa şəhərinin də xarabazarlığı xatırlatdığını deyib: "Dağlıq Qarabağda "yoxa çıxmış şəhər" statusunu almağa iddialı daha bir şəhər var. Bu, Xankəndidən 15 dəqiqəlik məsafədə yerləşən Şuşa şəhəridir. Şuşa böyük mədəni və tarixi ənənələrə malik şəhərdir. Bir zamanlar bura xanlığın mərkəzi olub, şəhər günün bu gün də öz monumental binaları, gözəl arxitekturası ilə insanı heyrətə salır. Bir zamanlar 20 min əhalisi olan Şuşada indi cəmi 3 min nəfər yaşayır. Onların əksəriyyəti müharibədən sonra burada məskunlaşmış Azərbaycanın müxtəlif rayonlarından olan erməni qaçqınlarıdır. SSRİ dövründə Şuşanın əhalisinin əksəriyyəti azərbaycanlılar olub. Qaçqınlar indi onların evlərində məskunlaşıblar. Buranın əhalisinin yoxsulluq vəziyyətində yaşadığı ilk baxışdan da nəzərə çarpır". -
04-03-2008, 02:21 PMAPAAzərbaycanlı alim: "İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur"
[b]Azərbaycanlı alim: "İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi əsası yoxdur"[b]
Bakı. Laura Cəbrayıllı - APA. "Bu il oktyabrın 11-də "Paytaxt və iri şəhərlər Beynəlxalq Assambleyası" çərçivəsində İrəvanın 2790 illiyinin qeyd olunmasının heç bir elmi, tarixi əsası yoxdur. İrəvanın yaranması ərəb dövrünə təsadüf edir, İrəvan və Qərbi Azərbaycan ermənilərə, erməni tarixinə aid deyil".
[Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyib. Onun sözlərinə görə, ilk növbədə Urartu mənbələri və Rusiyanın qədim dövrdə tanınmış tarixçilərinin, İqor Dyakonovun, Azərbaycanın mərhum akademiki İqrar Əliyevin, mənşəcə erməni olan amerikalı alim Nina Qarsiyanın və digərlərinin elmi əsərlərində də ermənilərin bu əraziyə heç bir aidiyyəti olmadığı açıq şəkildə göstərilib: "Xristian dini qəbul ediləndən sonra kilsələr, o cümlədən Qriqoryan kilsəsi V əsrdən etibarən missionerlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Kilsələr ayrı-ayrı yerlərə, o cümlədən indiki Türkiyə ərazisində olan Van gölü ətrafındakı ərazilərə missionerlər göndərib. XIX əsrin birinci yarısında Rusiyanın işğal etdiyi Şimali Azərbaycan torpaqlarına, o cümlədən Azərbaycanın tərkib hissəsi olan İrəvan xanlığına kütləvi surətdə ermənilərin köçürülməsinə başlanılıb. Ən qədim dövrdən 1918-ci ilədək istər müasir Türkiyə, istərsə də müasir Azərbaycan ərazisində, ümumiyyətlə regionda Ermənistan dövləti olmayıb. Bir səhv olaraq, 1918-ci ilin mayın 29-da İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi nəticəsində ingilis, amerikan və fransızların himayədarlığı ilə onların dövlət yaratması mümkün olub. 1920-ci ildə Şimali Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra bu ərazilərdə ermənilərin torpaqlarının sahəsinin genişləndirilməsi üçün təqiblər həyata keçirilib və Sovet Rusiyasının birbaşa təzyiqi nəticəsində Sovet Azərbaycanından 19,8 min kv.km ermənilərə verilib". Tarixi məlumatlara görə, qədim Azərbaycan yurdu olan İrəvanın bir səhər, qala kimi tarixi ərəb xilafətinin süqutundan sonra başlayıb. Ərazi türk mənşəli sacilərin, sonra salari və rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Səfəvi dövründə İrəvan Çüxurşəhər bəylərbəyliyinin ərazi inzibati mərkəzinə çevrilib, nəhayət İrəvan xanlığı və Şimali Azərbaycan torpaqlarının işğalı ilə İrəvan quberniyası, sonra 1918-ci il mayın 29-da İrəvanın verilməsi nəticəsində Ermənistan Respublikası yaranıb. Bunların tarixi fakt olduğunu deyən C. Bəhramov İrəvanın yaradılmasının saxta 2790 rəqəmi ilə beynəlxalq miqyasda qeyd edilməsinə Azərbaycanın müvafiq strukturlarının münasibət bildirməli olduğunu vurğulayıb. -
04-03-2008, 02:36 PMAPAAzərbaycan Mətbuat Şurası jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb
[b]Azərbaycan Mətbuat Şurası jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb[b]
[Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) üzvləri növbəti dəfə aclıq aksiyası keçirən jurnalistlərə baş çəkiblər. Bu barədə APA-ya görüşdə iştirak edən MŞ-nın icra katibi Rəhim Hüseynzadə bildirib. Şura nümayəndəsi bu gün "Yeni Müsavat" qəzetinin redaksiyasında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkdiklərini deyib. R. Hüseynzadə həmkarlarını bir daha aksiyanı dayandırma çağırdıqlarını bildirib: "Mətbuat Şurası aksiya keçirən jurnalistlərə diqqətlə yanaşır". -
04-03-2008, 02:51 PMAPAAvropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat
[b]Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış Fəaliyyət Planının yerinə yetirilməsi vəziyyətinə dair hesabat açıqlanıb[b]
Bakı. Tamara Qriqoryeva - APA. Avropa Komissiyasının xarici işlər komissarlığı Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını yerinə yetirməsinin vəziyyətinə dair hesabatı dərc edib.
[Aİ xarici işlər komissarı Benita Ferrero-Valdnerin spikeri Kristian Xomanın APA-nın verdiyi məlumata görə, bu gün həmçinin Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Livan, İordaniya və İsraillə bağlı müvafiq hesabatlar da dərc olunub. Azərbaycanla bağlı hesabatda Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, birgə həyata keçirilən layihələr, siyasi və iqtisadi dialoqun vəziyyəti barədə materiallar öz əksini tapıb. Hesabat müəllifləri qeyd ediblər ki, 1992-ci ildən başlayaraq Avropa Komissiyası Azərbaycana 409 milyon avro dəyərində qrant ayırıb. Hesabatda 2003-cü ildə keçirilən prezident seçkilərində müəyyən irəliləyişlər qeydə alındığı, lakin beynəlxalq təşkilatların bəzi problemlər aşkarladığı bildirilir. Müəlliflər həmçinin məhkəmə sistemi, bələdiyyə özünüidarəetməsi, vətəndaşların hərbi xidmət keçməsi sahəsində islahatlar keçirildiyini xüsusi qeyd ediblər. Avropa İttifaqı hesab edir ki, Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramı qəbul etsə də, bu problem hələ də qalmaqdadır. Azərbaycanda söz azadlığı sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunduğunu deyən hesabat müəllifləri medianın iqtisadi problemlərinin hələ də həllini tapmadığını və müxalifət mətbuatına təzyiqlərin olduğunu vurğulayıblar: "Ölkədə qeyri-hökumət təşkilatlarına münasibətdə də problemlər qalmaqdadır. Həbsxanalarla bağlı problemlər də həllini tam şəkildə tapmayıb, cəzaçəkmə müəssisələrində məhkumların işgəncələrə məruz qalması faktlarına rast gəlinir. Bunun müqabilində siyasi məhbuslar probleminin həllində əhəmiyyətli irəliləyişlər qeydə alınıb. Azərbaycan qadınların, uşaqların və etnik azlıqların hüquqlarının müdafiəsi məsələsi istiqamətində də əhəmiyyətli işlər görməyi bacarıb". Hesabatda qeyd olunur ki, Azərbaycan Rusiya, ABŞ, Türkiyə, Gürcüstan və Avropa İttifaqı ilə münasibətləri aktiv inkişaf etdirir. Dağlıq Qarabağ münaqişəsinə toxunan hesabat müəllifləri problemin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərinin dəstəklədiklərini bəyan ediblər: "Bununla belə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri hələ də tam həllin tapmayıb". Azərbaycanın narkotik maddələr daşınan tranzit yolların üzərində yerləşdiyini qeyd edən Avropa Komissiyası ölkənin bu problemlə yanaşı, insan alveri və terrorçuluğun maliyyələşdirilməsinə də qarşı mübarizə apardığını qeyd edib. Hesabatda həmçinin Azərbaycanın vergi, ticarət, inflyasiyaya qarşı mübarizə sahəsində pozitiv islahatlar həyata keçirdiyi bildirilir. Qeyd edək ki, sabah Bakıda hesabatın təqdimetmə mərasimi keçiriləcək. -
04-03-2008, 04:01 PMAPANeftçalada Azərbaycan Musiqi Festivalı başlayıb
[b]Neftçalada Azərbaycan Musiqi Festivalı başlayıb[b]
[Bakı. Ülkər Qasımova - APA. Bu gün Neftçala rayonunda Azərbaycan Musiqi Festivalı başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun Fərəh Əliyeva APA-ya deyib ki, iki günlük festival çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi çıxış edəcək və klassik musiqi konserti təşkil olunacaq. F. Əliyeva bildirib ki, aprelin 8-10-da Azərbaycan Musiqi Festivalı Masallıda keçiriləcək. Masallıda üç gün ərzində Dövlət Rəqs Ansamblının, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının çıxışları olacaq və klassik musiqi konserti keçiriləcək. Bundan sonra festivalın Xaçmaz rayonunda keçirilməsi planlaşdırılır. -
04-03-2008, 04:06 PMAPAAvropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb
[b]Avropa Birliyi Məhkəməsi PKK-nı terrorçu təşkilatlar siyahısından çıxarıb[b]
Lüksemburq - APA. Lüksemburqda yerləşən Avropa Birliyi Məhkəməsi PKK-nın AB-nin terror təşkilatları siyahısına salınması və bank hesablarının dondurulması barədə 2002-ci il mayın 2-də qəbul olunmuş qərarı ləğv edib.
[APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarı PKK terror təşkilatının lideri Abdulla Öcalanın qardaşı Osman Öcalanın müraciəti əsasında verib. Məhkəmə 2002-ci ildə qəbul olunmuş qərarı AB qanunlarına zidd sayıb. Maraqlıdır ki, Osman Öcalanın qaldırdığı iddia 2005-ci il fevralın 15-də rədd edilmiş və onun PKK-nı təmsil etmək səlahiyyətinin olmadığı bildirilmişdi. Ancaq bu qərardan apellyasiya verildikdən sonra işə yenidən baxılıb və 2002-ci ildə qəbul olunmuş qərar AB qanunlarına zidd sayıldığı üçün ləğv edilib.Qeyd edək ki, Avropa Birliyi Məhkəməsi 1958-ci ildə qurulub və qurumda hər üzv dövlətdən bir hakim, eləcə də 8 vəkil təmsil olunur. Onlar 6 il müddətinə seçilir, hər üç ildən bir məhkəmə heyətinin yarısının tərkibi yenilənir. Məhkəmə AB-yə üzv dövlətlər, üzv dövlətlərlə AB, fiziki və hüquq şəxslərlə AB arasında mübahisələri tənzimləyir. Məhkəmə AB-nin qoşulduğu beynəlxalq razılaşmalara rəy verir, üzv ölkələrin milli məhkəmələrinin AB-nin normativ-hüquqi aktlarının və AB səviyyəsində imzalanan müqavilələrin tövsif edilməsinə dair müraciətlərini cavablandırır. AB ölkələri ərazisində bu məhkəmə orqanının qərarlarının icrası məcburidir. Maastriht müqaviləsinə əsasən məhkəmənin qərarlarını icra etməyən dövlətlərin üzərinə cərimə qoyulur. Avropa Birliyi Məhkəməsinin Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi ilə hər hansı bağlılığı yoxdur. -
04-03-2008, 04:16 PMAPAAlbaniya və Xorvatiya NATO-ya dəvət alıb, Ukrayna və Gürcüstanın məsələsinə isə sonra baxılacaq
[b]Albaniya və Xorvatiya NATO-ya dəvət alıb, Ukrayna və Gürcüstanın məsələsinə isə sonra baxılacaq[b]
Buxarest. Fəxri Kərimli - APA. Albaniya və Xorvatiya Şimali Atlantika Müqaviləsi Təşkilatına üzvlük üçün rəsmi dəvət alıblar.
[APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, hərbi-siyasi blokun baş katibi Yaap de Hoop Sxeffer bu gün üç dəfə təxirə salınan mətbuat konfransından sonra jurnalistlərin qarşısına çıxaraq Albaniya və Xorvatiyanın üzvlüyə dəvət olunduqlarını rəsmən elan edib. O bildirib ki, Makedoniya bir qədər gözləməli olacaq: "Makedoniyanın NATO-ya qəbul olunması üçün vaxt məhdudiyyəti yoxdur". Baş katib deyib ki, Makedoniyaya dəvət Yunanıstanla narazılığın aradan qaldırılmasından sonra göndəriləcək. Xatırladaq ki, Yunanıstan Makedoniyanın adını dəyişdirməsini tələb edir. Yaap de Hoop Sxeffer Ukrayna və Gürcüstanın üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) dəvət olunmadıqlarını da açıqlayıb: «NATO bu ölkələrin apardığı islahatları və sülhməramlı əməliyyatlarda iştirakını olduqca yüksək qiymətləndirir və onların MAP-a mümkün qədər tez qəbul edilməsi üçün əməkdaşlığı davam etdirmək niyyətindədir». -
04-03-2008, 05:16 PMAPAEdvard Ohara AŞ PA missiyasının bölgəyə səfərinin təşkili üçün Azərbaycan, Ermənistan və Gürcüstan deputatları ilə danışıqlar aparacaq
[b]Edvard Ohara AŞ PA missiyasının bölgəyə səfərinin təşkili üçün Azərbaycan, Ermənistan və Gürcüstan deputatları ilə danışıqlar aparacaq[b]
Bakı. Tamara Qriqoryeva-APA. Avropa Şurası Parlament Assambleyasının Cənubi Qafqazda mədəni irsin vəziyyətini araşdıracaq missiyanın bölgəyə səfəri ilə bağlı Azərbaycan və Ermənistanla son iki ay ərzində aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb.
[Bu barədə APA-ya AŞ PA Mədəniyyət, Təhsil və Elm Komitəsinin Cənubi Qafqazda mədəni irsin vəziyyətinin öyrənilməsi üzrə məruzəçisi, britaniyalı deputat Edvard Ohara məlumat verib. O, missiyanın bölgəyə səfərinin təşkili ilə bağlı məsələsi AŞ PA-nın aprel sessiyasında Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyəti ilə müzakirə edəcəyini bildirib: "Mən səfərin bütün aspektlərini bir daha müzakirə etməyə və tərəflər arasında razılaşma əldə olunacağına ümidvaram". Qeyd edək ki, missiyanın bölgəyə səfəri ötən ilin sentyabrında gerçəkləşməli olsa da, tərəflər arasında fikir ayrılığı olduğuna görə, səfər təxirə salınıb. -
04-03-2008, 05:21 PMAPAƏflatun Amaşov: "Mətbuat Şurası yaranandan sonra "reket" jurnalistlərin sayı azalıb"
[b]Əflatun Amaşov: "Mətbuat Şurası yaranandan sonra "reket" jurnalistlərin sayı azalıb"[b]
[Bakı. Ülviyyə Əliyeva - APA. Mətbuat Şurası (MŞ) yaranandan sonra Azərbaycanda "reket" jurnalistlərin sayı azalıb. APA-nın məlumatına görə, bu barədə MŞ sədri Əflatun Amaşov bildirib. MŞ-nin "reket" jurnalistikasına qarşı mübarizə apardığını söyləyən qurum sədrinin sözlərinə görə, bu qəbildən olan jurnalistlərin ayrı-ayrı şəxsləri şantaj etdiklərini deyib: "Bəzi "qəzet"lər mükafatlar təsis edərək vəzifəli şəxsləri, idarə və təşkilat rəhbərlərini "qalib" seçirlər. Sonra isə həmin adamlardan pul istəyirlər. Mətbuat Şurasında bu kimi hallarla əlaqədar konkret faktlar var". -
04-03-2008, 05:26 PMAPAAzərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı ilə bağlı məhkəmə prosesi keçiriləcək
[b]Azərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı ilə bağlı məhkəmə prosesi keçiriləcək[b]
Bakı. Hacı Zeynalov-APA. Aprelin 10-da Azərbaycanda həbs edilən Böyük Britaniya vətəndaşı Patrik O,Brayanla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə məhkəmə prosesi keçiriləcək.
[Bu barədə APA-ya məhkəmədən bildirilib. Hakim Mehdi Əsədovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində Böyük Britaniya vətəndaşının ölkəsinə verilməsi ilə bağlı məsələyə baxılacaq və bunun mümkün olub-olmaması haqqında qərar qəbul ediləcək. Qeyd edək ki, İngiltərə vətəndaşının 1975-77-ci illərdə öz ölkəsində seksual xarakterli hərəkətlər etdiyi, buna görə də İnterpol vasitəsilə axtarışda olduğu bildirilib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə diplomatik kanallar vasitəsi ilə Böyük Britaniyada cinayət törətməkdə təqsirləndirilən Patrik O,Brayanın həbs olunmasına dair səlahiyyətli məhkəmənin qərarı və onun təslim edilməsi barədə sorğu daxil olub. Bundan sonra P. O. Brayan bu ilin fevralında Bakıda saxlanılıb və barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. -
04-03-2008, 05:31 PMAPAXuraman Şuşalı toy gününün tarixini açıqlayıb
[b]Xuraman Şuşalı toy gününün tarixini açıqlayıb[b]
Bakı. Ülkər Qasımova - APA. Xuraman Şuşalı ailə həyatı qurmağa hazırlaşır. Sənətçi APA-ya açıqlamasında deyib ki, avqustun 8-də keçiriləcək toy mərasimi üçün üç yer seçilib, hazırda onlar arasında seçim aparılır: "Toy mərasimi ya dəniz kənarında, ya da meşədə olacaq. Mənim toyum tamamilə başqa formada keçiriləcək. Hələ ki, toyun təşkilatçılığını kimə həvalə edəcəyimizi dəqiqləşdirməmişik".
[Hələlik nişan mərasiminin keçirilmədiyini bildirən X. Şuşalı nişanın toydan bir az əvvəl baş tutacağını vurğulayıb. Sənətçi nişanlısının kimliyini də açıqlamayıb. Bu sirri o, toydan iki ay əvvəl - iyunda açıqlamaq niyyətindədir. X. Şuşalı onu da deyib ki, artıq gələcək həyat yoldaşı ilə toy mərasiminə at belində gəlməyi qərarlaşdırıblar: "Bu yaxınlarda mənə Qarabağ atı hədiyyə edilib. Toyuma at belində gəlmək ən böyük arzum olub. Bu arzumu gerçəkləşdirəcəyəm. Toy mərasiminə nişanlım öz atında, mən isə öz atımda gələcəyəm. Hazırda at çapmağı öyrənirəm". X. Şuşalı atına "Şah" adı verdiyini də bildirib: "Deyirlər ki, guya atımı "Tolik" adlandırmışam. Sözün düzü, elə bir fikrim vardı. Ancaq düşündüm ki, birdən atımı elə adlandıraram, "Tolik"ə oxşayar, ona görə fikrimdən daşındım. Mənim atım atların şahıdır, ona görə də ona "Şah" adı yaraşır". -
04-03-2008, 05:36 PMAPAATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
[b]ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər[b]
Bakı. Tamara Qriqoryeva - APA. Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Buxarestdə birgə bəyanatla çıxış ediblər.
[ATƏT-in baş ofisindən APA-ya verilən məlumata görə, həmsədrlər Metyu Brayza, Bernar Fasie və Yuri Merzlyakov NATO-nun sammiti çərçivəsində Buxarestdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri, yeni seçilmiş prezident Serj Sarkisyanla xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanın da iştirakı ilə ayrı-ayrılıqda görüş keçiriblər: "İki lider və həmsədrlər tərəflər arasında fikir ayrılıqlarının azaldılması və Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsipləri üzrə konsensus əldə olunması istiqamətində fikir mübadiləsi aparıblar. Həmsədrlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək, münaqişənin sülh yolu ilə həlli, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi və bu statusun sonrakı mərhələdə əhali tərəfindən təsdiqlənməsi məsələsinin siyasi kompromis tələb etdiyinə dair əvvəlki mövqelərini bir daha təkrarlayıblar". Bəyanatda deyilir ki, liderlər və həmsədrlər masadakı təkliflərin dəqiqləşdirilməsi üçün danışıqların mövcud təməl üzərində davam etdirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə vasitəçilər çox tezliklə ən yüksək (prezidentlər) səviyyədə görüş keçirilməsini faydalı və lazımlı saydıqlarını bəyan ediblər. -
04-03-2008, 05:41 PMAPAİbrahim Burhanov: "Ahıskada yaşayan ermənilər pul müqabilində evlərimizi qaytarmağa razılıq veriblər"
[b]İbrahim Burhanov: "Ahıskada yaşayan ermənilər pul müqabilində evlərimizi qaytarmağa razılıq veriblər"[b]
[Bakı. Ramil Məmmədli - APA. "2008-ci il Ahıska türklərinin fərdi şəkildə repatriant statusunun alması üçün ərizə vermək ilidir. Gələn ildən isə rəsmi köçə start veriləcək". Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri İbrahim Burhanov APA-ya açıqlamasında deyib ki, həmvətənlərinin tarixi ərazilərinə qayıtması üçün repatriant statusu alması çox vacibdir. Onun sözlərinə görə, 31 türk ailəsi artıq Gürcüstana köçüb və orada qeydiyyata düşüb. Lakin onların heç biri repatriant statusu almayıb. İ. Burhanov bu statusun alınması üçün Gürcüstan səfirliklərinə mütəşəkkil şəkildə müraciət ediləcəyini də deyib: "Digər tərəfdən, Gürcüstan parlamentinin Ahıska türklərinin repatriasiyası haqqında qəbul etdiyi qanunun icra müddəti gecikdirilib. Bununla yanaşı, köç prosesinə hər hansı müddət qoyulmayıb və bu, mümkün deyil. Çünki Ahıska türklərinin əksəriyyəti kəndlərdə yaşayır və onların bu proseduranı həyata keçirməsi çətinlik törədəcək. Amma repatriant statusunun alınması üçün bütün Ahıska türkləri adında müraciətləri təmin edəcəyik". Ahıska türklərinin köçürülməsində lazım olan maliyyə dəstəyinin ayrılması ilə bağlı məsələyə də aydınlıq gətirən İ. Burhanov deyib ki, bunun üçün Ahıska Türklərinin Qayıdışına Dəstək Fondu yaradılıb: "Beynəlxalq təşkilatlar repatriant statusu alan şəxslərin sayı artdıqdan sonra bu fonda maliyyə yardımı edəcəklərini söyləyiblər. Bu səbəbdən də biz öz həmvətənlərimizin hamısının repatriant statusu almasında maraqlıyıq. Bu statusu alan hər bir ahıskalı maliyyə yardımı üçün fonda və ya beynəlxalq təşkilatlara müraciət edə biləcək. İ. Burhanov türklərin Samtsxe-Cavaxetiya adlanan Ahıskada mənzil almalarında və yaşamalarında heç bir problemin olmayacağını da deyib: "Ahıskada yaşayan ermənilər etiraf edirlər ki, onlar bizim evlərimizə köçüblər. Onların əksəriyyəti vaxtilə Ahıska türklərinə məxsus evləri bizə pul müqabilində qaytarmağa da razılıq veriblər". -
04-03-2008, 05:46 PMAPAMahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib
[b]Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib[b]
[Bakı. Laçın Sultanova - APA. Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Estoniya parlamentinin vitse-spikeri Kristina Ojulandı qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər görüş zamanı son illər ərzində ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyi və qarşılıqlı səfərlərin artdığını qeyd ediblər. Mahmud Məmməd-Quliyev Estoniyanın əldə etdiyi uğurları, iqtisadi və demokratiya sahəsində apardığı islahatları vurğulayaraq, Azərbaycanın Aİ-yə inteqrasiya məsələlərində, xüsusilə qanunvericiliyin uyğunlaşdırılmasında Estoniyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib. Daha sonra nazir müavini Aİ ilə Qonşuluq Siyasəti daxilində əməkdaşlıq haqda məlumat verib, bu istiqamətdə Estoniya ilə daha da sıx işləmək arzusunu ifadə edib. Xanım K. Ojuland Estoniyanın Aİ-yə inteqrasiya sahəsində öz təcrübəsini paylaşmağa, nazirliklərarası məsləhətləşmələr aparmağa hazır olduğunu bildirib. Qonaq həmçinin ikitərəfli əlaqələrin müqavilə-hüquq bazasının genişləndirilməsi, sərmayə qoyuluşuna dair sazişin imzalanmasının tezləşdirilməsini vacib hesab edib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı durumu, enerji təhlükəsizliyi, insan hüquqları və demokratiya quruculuğu məsələləri, ikitərəfli maraq kəsb edən digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. -
04-03-2008, 05:51 PMAPAYaap de Hoop Sxeffer: "NATO liderləri Ukrayna və Gürcüstanın alyansa qəbuluna dair öhdəlik götürüblər"
[b]Yaap de Hoop Sxeffer: "NATO liderləri Ukrayna və Gürcüstanın alyansa qəbuluna dair öhdəlik götürüblər"[b]
Buxarest. Fəxri Kərimli - APA. "NATO Ukrayna və Gürcüstanın avroatlantik hədəflərini alqışlayır. NATO liderləri bu ölkələrin bir gün alyansa qəbul olacaqlarına dair öhdəlik götürüblər".
[APA-nın NATO sammitini işıqlandıran əməkdaşının məlumatına görə, bunu NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Şimali Atlantika Şurasının toplantısı başa çatdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, alyans liderləri hələlik Ukrayna və Gürcüstana üzvlüklə bağlı Fəaliyyət Planına (MAP) qoşulmasını məqsədəuyğun saymayıblar. Baş katib NATO ölkələri xarici işlər nazirlərinin bu ilin dekabr ayında Ukrayna və Gürcüstanın alyansa inteqrasiya çərçivəsində əldə etdikləri irəliləyişlərin ilkin qiymətləndirməsini aparacaqlarını söyləyib: "Hər iki ölkə aparılan demokratik islahatları dəstəkləyirik. Gürcüstanda may ayında keçiriləcək parlament seçkilərini səbirsizliklə gözləyirik. MAP birbaşa üzvlük yolunda növbəti mərhələdir. Ali siyasi səviyyədə intensiv öhdəliklər dövrü başlayır. Xarici işlər nazirləri əldə olunmuş irəliləyişlərin ilkin dəyərləndirilməsini dekabrda həyata keçirəcəklər. Onlar Ukrayna və Gürcüstanda MAP-ın tətbiq olunmasına dair səlahiyyətə malikdirlər". -
04-03-2008, 05:56 PMAPANATO-nun Buxarest sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əksini tapacaq
[b]NATO-nun Buxarest sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əksini tapacaq[b]
Buxarest. Fəxri Kərimli - APA. "NATO-ya üzv olan ölkələr son məqama qədər Makedoniyanın NATO-ya qəbul olunmasını dəstəkləyiblər". APA-nın NATO sammitinin işini işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Rumıniya prezidenti Trayan Basesku NATO Şurasının yekununda sonunda verdiyi açıqlamada bildirib.
[O, Makedoniyanın artıq hərbi alyansa dəvət aldığını və bunun üçün əlavə sammitin keçirilməsinə ehtiyac olmadığını bəyan edib. Prezident Ukrayna və Gürcüstanın hələlik intensivləşdirilmiş dialoq mərhələsində olduqlarını və MAP meyarlarını yerinə yetirmədiklərini bildirib. Bundan əlavə o, Serbiya müraciət edəcəyi təqdirdə, bu dövlətlə üzvlüyə dair danışıqların başlayacağını bəyan edib: "NATO liderləri Qara dəniz bölgəsinin strateji əhəmiyyətini müzakirə edərək müvafiq qərar çıxarıblar. NATO Şurasında müzakirə olunan başqa bir məsələ isə enerji təhlükəsizliyi ilə bağlı olub. Kosovo presedentini nəzərə alaraq Şimali Atlantika Alyansı qərara alıb ki, sammitin yekun sənədinə NATO-nun Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, suverenlik və müstəqilliklərinin dəstəkləməsinə dair formul əlavə olunsun". -
04-03-2008, 06:01 PMAPAÇexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılıq əldə edilib
[b]Çexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılıq əldə edilib[b]
[Praqa - APA. Vaşinqton və Praqa Çexiya ərazisində ABŞ raket hücumundan müdafiə sisteminə daxil olan radarın quraşdırılması barədə razılığa gəliblər. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bununla bağlı iki tərəf arasında kommünike imzalanıb. Kommünikedə bildirilir ki, əldə olunmuş razılaşma Çexiya ərazisində İran kimi ölkələrin ərazisindən buraxılacaq ballistik raketləri izləmək məqsədilə radar qurğusunun tikintisini nəzərdə tutur. Radar raket hücumundan müdafiə sisteminin digər elementləri, xüsusən Polşa ərazisində yerləşdirilməsi planlaşdırılan 10 antiraket sistemi ilə əlaqəli çalışacaq. -
04-03-2008, 06:06 PMAPAİran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclığı dayandırıb
[b]İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclığı dayandırıb[b]
[Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya A. Lisaninin həyat yoldaşı Ruqəyya Əlizadə məlumat verib. R. Əlizadə deyib ki, A. Lisani bir qrup azərbaycanlı ziyalının müraciəti əsasında aclığı dayandırmaq haqda qərar verib. Onun sözlərinə görə, Yəzd şəhər həbsxanasında saxlanma şəraitindən narazı olan A. Lisani Əhərdəki cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir. İran ədliyyə qurumunun fəaliyyətindən narazılığını bildirən R. Əlizadə aprelin 7-də A. Lisaninin işi ilə bağlı keçiriləcək növbəti məhkəmə prosesində ədalətli qərarın qəbul olunacağına ümid etmədiyini də söyləyib: "Abbas Lisani cinayətkarlarla bir bölmədə saxlanılır və həbsxana nəzarətçiləri tərəfindən mütəmadi təzyiqlərə məruz qalır". Qeyd edək ki, A. Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub. Ərdəbil İnqilab Məhkəməsi onu 18 ay müddətinə həbs cəzasına məhkum edib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində A. Lisaninin cəza müddəti daha 1 il artırılıb. A. Lisani, həmçinin İran dövləti əleyhinə fikirlər söyləməkdə də ittiham olunub. Bu işlə bağlı məhkəmə iclası isə aprelin 7-də Təbriz İnqilab Məhkəməsində keçiriləcək. -
04-03-2008, 06:41 PMAPAAzərbaycanda cəza çəkən 17 İran vətəndaşı öz ölkəsinə təhvil verilib
[b]Azərbaycanda cəza çəkən 17 İran vətəndaşı öz ölkəsinə təhvil verilib[b]
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycanda cəza çəkən İran İslam Respublikasının vətəndaşı olan 17 məhkum öz ölkəsinə təhvil verilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov bildirib.
[İdarə rəisi deyib ki, təhvil vermə Azərbaycan və İranın səlahiyyətli orqanları arasında əldə olunan razılığa əsasən, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında 21 fevral 1998-ci il tarixli müqaviləyə uyğun olaraq həyata keçirilib. Məhkumlar Astara sərhəd-keçid məntəqəsində İranın səlahiyyətli orqanlarına təhvil verilib. -
04-03-2008, 06:46 PMAPAAzərbaycanın Rusiyadakı səfiri Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət edib
[b]Azərbaycanın Rusiyadakı səfiri Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə müraciət edib[b]
Bakı. Ramil Məmmədli - APA. Bu gün Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılovun məhkəmə işi ilə bağlı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Nikolay Patruşevə müraciət edib.
[Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün APA-ya verdiyi məlumata görə, müraciətdə E. İsmayılovla bağlı məsələnin ədalətli araşdırılması üçün işin Çelyabinsk Vilayət Məhkəməsindən alınaraq, mərkəzi orqanların icraatına verilməsi xahiş olunur. Müraciətdə həmçinin E. İsmayılov barəsində Çelyabinsk Vilayət Məhkəməsi tərəfindən çıxarılan həbs-qətimkan tədbirinin dəyişdirilməsi də istənilir. Səfir E. İsmayılovun sərbəst buraxılacağı təqdirdə, prosesdə iştirakına zəmanət verdiyini də bildirib. E. Şükürlü onu da deyib ki, səfirlikdən işin diqqətdə saxlanılması və ədalətli araşdırılması üçün Çelyabinskə nümayəndə də göndərilib: "Çelyabinsk Vilayət Məhkəməsi Etimad İsmayılovun Rusiya vətəndaşı olmamasını əsas gətirərək, onun ölkəni tərk edəcəyini, bu səbəbdən də barəsində həbs-qətimkan tədbirinin seçilməsini zəruri hesab edib". Qeyd edək ki, E. İsmayılov "Avroasiya" Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk qubernatorunun himayəsində olan şirkətlərdən birinin "Avroasiya"ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd də verib. Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin "çirkli pulların yuyulması" və "dələduzluq" maddələri ilə ittiham irəli sürülüb və martın 27-də Çelyabinsk Şəhər Məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. -
04-03-2008, 06:51 PMAPA"Aqo" qrupunun üzvləri Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüblər
[b]"Aqo" qrupunun üzvləri Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüblər[b]
[Görüşdən sonra jurnalistlərə açıqlama verən Ə. Həsənov görüşdə söz və mətbuat azadlığının vəziyyəti, bu sahədə görülmüş və görüləcək işlərlə bağlı müzakirələr aparıldığını deyib. Görüşdə o da vurğulanıb ki, Azərbaycan mətbuatında problemlər olsa da, bu digər ölkələrin mətbuatında da mövcuddur, problemlərin aradan qaldırması üçün jurnalistlərin peşəkarlığının artırılması, qanunvericiliyin tələblərini yerinə yetirilməsi, cəmiyyətlə media arasında məhkəmə cəkişmələrinin aradan qaldirması vacibdir. Ə. Həsənov deyib ki, görüşdə həbsdə olan və aclıq edən jurnalistlərlə bağlı məsələ müzakirə edilməyib. -
04-03-2008, 11:06 PMAPA"Aqo" Monitorinq Qrupunun üzvləri 1, 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər
[b]"Aqo" Monitorinq Qrupunun üzvləri 1, 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər[b]
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupunun üzvləri sabah bir sıra cəzaçəkmə müəssisələrində olacaqlar.
[APA-nın xəbərinə görə, Avropa Şurası təmsilçilərinin 1, 12, 13 və 14 saylı müəssisələrə baş çəkəcəkləri gözlənilir. Qonaqların həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Mirzə Sakit, sabiq səhiyyə naziri Əli İnsanov, "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, Rasim Əkbərov, sabiq polis rəisi Müşfiq Mədətovla görüşəcəkləri bildirilib.